Məhkəmə qərarları › İş №2-1(102)-1995/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1995/2024

11.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1995/2024 11.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: tikintiyə müdaxilənin qanunsuz sayılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə qarşı «cavabdehin iddiaçıya icarəyə verilmiş torpaq sahəsində icazə üzrə qeyri-yaşayış binasının tikintisinə müdaxiləsinin qanunsuz sayılması, cavabdehin həmin tikintiyə maneələrinin aradan qaldırması və belə əlverişsiz hərəkətləri (maneələri) etməkdən çəkinməsi» tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 mart 2024-cü il tarixli, 2-1(103)-565/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, 4 saylı binanın yanında yerləşən müvafiq cizgidə (Bakı ŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş cizgidə) göstərilən torpaq sahəsinin 49 il müddətinə iddiaçının icarəsinə verilməsinə dair iddiaçı ilə Bakı ŞİH arasında 31 yanvar 2018-ci il tarixdə icarə müqaviləsi bağlanmışdır

2. Bakı ŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsi 29 dekabr 2017-ci il tarixli məktubu ilə Binəqədi RİH-in 01/12-10-11/A-50/3-149/2-t/1 nömrəli 14 noyabr 2017-ci il tarixli məktubunu nəzərə alaraq, Binəqədi rayonu, 8-ci mikrorayon, S.S.Axundov küçəsində qeyri-yaşayış obyektinin layihələndirilməsi üçün nəzərdə tutulan torpaq sahəsinin ölçülərinə dair razılaşdırılmış cizgi iddiaçıya göndərmişdir.

3. Bakı şəhəri Binəqədi RİH-in 27 aprel 2018-ci il tarixli 140 nömrəli sərəncamı ilə iddiaçıya S.S.Axundov küçəsi ilə İ.Dadaşov küçəsinin kəsişməsində 4 saylı binanın tinində (yol tərəfdə) yerləşən torpaq sahəsində Bakı ŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış memarlıq-planlaşdırılma həlli layihəsi ("xxxx" MMC-nin işi) və şəhərsalma əsa slandırılması layihəsi (“Azərdövlətlayihə” DBLİ-nin işi) əsasında qeyriyaşayış obyektinin tikintisinə icazə verilməsi qərara alınmışdır.

4. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 X1 Ekspertiza Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli rəyə əsasən, “Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, 4 saylı binanın yaxınlığında qeyri-yaşayış obyekti” üzrə işçi layihəsi, bütün işlərin icrasının Azərbaycan Respublikasının qanunvericiliyində müəyyənləşdirilmiş qaydada həyata keçirilməsi şərti ilə razılaşdırılmışdır.

5. Qeyd olunan torpaq sahəsində qeyri-yaşayış binasının tikintisinə başlanan ərəfədə cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tikintinin aparılmasını qadağ an etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiyası məhkəməsindəki icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək «cavabdehin iddiaçıya Bakı ŞİH-lə bağlanmış 31 yanvar 2018-ci il tarixli 1434 saylı müqaviləsi əsasında icarəyə verilmiş Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, S.S.Axundov küçəsi, 4 saylı binanın yanında sahəsi 93 kv.m olan torpaq sahəsində Bakı şəhəri Binəqədi RİH-in 27 aprel 2018-ci il tarixli 140 saylı sərəncamı ilə icazə verilmiş qeyri-yaşayış binasının tikintisinə müdaxiləsinin qanunsuz sayılması, cavabdehin həmin tikintiyə maneələrinin aradan qaldırması və belə əlverişsiz hərəkətləri (maneələri) etməkdən çəkinməsi» barədə qərar qəbul edilməsini xahiş etmi şdir. İddiaçının əsaslandırması:

7. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, o, 2-ci qrup Qarabağ müharibəsi əlilidir. O, maddi imkanlarını yaxşılaşdırmaq məqsədilə 26 yanvar 2018-ci il tarixdə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmiş və yaşadığı ərazidə (Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, S.S.Axundov küçəsi, 4 saylı binanın yanında) sahəsi 93 kv.m olan boş torpaq sahəsini qeyri-yaşayış binasının tikintisi üçün icarəyə verilməsini xahiş etmişdir. Bakı ŞİHlə bağlanmış 31 yanvar 2018-ci il tarixli 1434 saylı müqavilə əsasında Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, S.S.Axundov küçəsi, 4 saylı binanın yanında sahəsi 93 kv.m olan boş torpaq sahəsi qeyri-yaşayış binasının tikintisi üçün onun uzun müddətli icarəsinə verilmişdir. Bakı şəhəri Binəqədi RİHin 27 aprel 2 018-ci il tarixli 140 saylı sərəncamı ilə Bakı ŞİH tərəfindən müqavilə əsasında istifadəyə verilmiş həmin torpaq sahəsində qeyri-yaşayış obyektinin tikintisinə icazə verilmişdir. Bundan sonra Bakı ŞİH yanında Memarlıq və Şəhərsalma Baş İdarəsi 29 dekabr 2017-ci il tarixli 18/03-8/3662 saylı məktubu ilə Binəqədi RİH-in 14 noyabr 2017-ci il tarixli 01/12-10-11/A-50/3-149/2-t/1 saylı razılıq məktubunu nəzərə alaraq, müvafiq qeyri-yaşayış obyektinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsinin hazırlanmış cizgi sxemini iddiaçıya göndərmişdir. İddiaçı Bakı ŞİH yanında Memarlıq və Şəhərsalma Baş İdarəsi 29 dekabr 2017-ci il tarixli 18/03-8/3662 saylı məktubunu, Binəqədi RİH-in 14 noyabr 2017-ci il tarixli 01/12-10-1 l/A50/3-149/2-t/l saylı razılıq məktubunu nəzərə alaraq Bakı şəhəri, Bi nəqədi rayonu, 8-ci mikrorayon, S.S.Axundov küçəsi, 4 saylı binanın yanında yerləşən sahəsi 93 kv.m olan boş torpaq sahəsində qeyri-yaşayış obyektinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsinin ölçülərinə dair hazırlanmış cizgi sxeminə uyğun layihə hazırlanması üçün "xxxx" MMC-yə və “Azərdövlətlayihə” DBLİ müraciət etmişdir. Qeyri-yaşayış binasının layihəsi işlənmiş və sonradan Bakı ŞİH yanında Memarlıq və Şəhərsalma Baş İdarəsi Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi ilə razılaşdırılmaqla “Azərdövlətlaiyihə” DBLİ tərəfindən işlənmiş layihəyə rəy vermişdir. Qeyd olunan torpaq sahəsində qeyri-yaşayış binasının tikintisinə başlanan ərəfədə cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tiki ntinin aparılmasını qadağan etmiş və buna süni maneələr yaratmışdır. Mübahisəli boş torpaq sahəsinə ağaclar əkdirmişdir ki, guya həmin torpaq sahəsi yaşıllıq ərazidir, həmin ərazidə tikinti işləri aparmaq olmaz. İddiaçı Bakı ŞİH Yaşıllaşdırma İdarəsinə sonradan əkilmiş ağacların ödəniş etməklə köçürülməsi ilə əlaqədar müraciət etmişdir. Lakin cavabdeh bundan sonra da süni maneələr yaratmağı davam etdirmiş, Bakı ŞİH ilə bağlanmış müqaviləyə uyğun, Bakı şəhəri Binəqədi RİH-in sərəncamı ilə layihəsi təsdiqlənmiş qeyri-yaşayış obyektinin tikintisinə imkan verməmişdir. Dəfələrlə cavabdehə maneələrə son qoyulması üçün müraciət edilsə də, əsassız səbəblərlə müraciət cavablandırmış və qanunsuz hərəkətləri davam etdirilmişdir. Cavabdehin etirazları:

8. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim ed ərək iddia tələbini təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 19 mart 2019-cu il tarixli 597 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi haqqında» Əsasnamənin 3.1.16-cı yarımbəndinə əsasən Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tikinti obyektinin tikintisinə icazə vermək səlahiyyətinə malikdir. Tələb onunla əsaslandırılır ki, Bakı ŞİH ilə İddiaçı arasında Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, S.S.Axundov küçəsi 4 saylı binanın tinində yerləşən torpaq sahəsində qeyri-yaşayış obyektinin tikintisi üçün 31 yanvar 2018-ci il tarixli 1434 nömrəli “torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilə bağlandığından, sözügedən ünvanda yerləşən torpaq sahəsində obyektin tikintisinə Binəqədi RİH tərəfindən 27 aprel 2018-ci il tarixli 140 nömrəli sərəncamı ilə icazə sənədi verildiyindən, tikinti işlərinin aparılması qanuni əsaslarla aparılır və həmin tikintiyə maneələrin törədilməsi əsassızdır. Sözügedən məsələ ilə bağlı iddiaçının nümayəndəsinin müraciətləri Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 4 iyun 2021-ci il, 3 avqust 2021-ci il, 29 oktyabr 2021-ci il və 2 sentyabr 2022-ci il tarixli məktubları ilə cavablandırılmışdır. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 75.3.1-ci maddəsinə əsasən torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən mülkiy yət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti olmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66.2-ci maddəsinə əsasən torpaq üzərində hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Habelə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında» Əsasnamənin 4.18.2-ci yarımbəndinə görə 4.11.11.5-ci yarımbəndində nəzərdə tutulmuş səlahiyyətlər şəhər rayonlarının icra hakimiyyəti başçılarına aid edilmir. Sadalananlardan belə nəticəyə gəlmək olur ki, yuxarıda göstərilən ünvanda yerləşən torpaq sahəsinin ayrılması və həmin torpaq üzərində tikintiyə icazə verilməsinə dair sənədləş mə qanunvericiliyin tələblərinə uyğun deyil. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

9. Bakı İnzibati Məhkəməsinin 26 iyul 2023-cü il tarixli, 2-1(112)-3552/2023 nömrəli qərarı ilə (hakim R.Kərimli) iddia təmin edilərək İddiaçı Bakı ŞİH-lə bağlanmış 31 yanvar 2018-ci il tarixli 1434 saylı müqaviləsi əsasında icarəyə verilmiş Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, S.S.Axundov küçəsi, 4 saylı binanın yanında sahəsi 93 kv.m olan torpaq sahəsində Bakı şəhəri Binəqədi RİH-in 27 aprel 2018-ci il tarixli 140 saylı sərəncamı ilə icazə verilmiş qeyri-yaşayış binasının tikintisinə cavabdehin müdaxiləsinin qanunsuz sayılması və cavabdeh tərəfindən həmin tikintiyə maneələri aradan qaldırılması və belə əlverişsiz hərəkətləri (maneələri) etməkdən çəkinməsi qərara alınmışdır.

10. Birinci instansiya məhkəməsi qeyd etmişdi ki, Bakı şəhəri Binəqədi RİH-in “qeyriyaşayış sahəsinin tikintisinə icazə verilməsi barədə” 27 aprel 2018-ci il tarixli 140 saylı sərəncamı həmin sərəncama münasibətdə «İnzibati icraat haqqında» Qanunun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığından, eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığından, İddiaçı etimadın qanunla qorunması hüququna malikdir. Bundan başqa, sözügedən 27 aprel 2018-ci il tarixli 140 nömrəli sərəncam geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır. Həmçinin nəzərə alınmalıdır ki, hazırkı cavabdeh müvafiq dövrdə Bakı ŞİH-in tabeliyində olarkən, iddiaçının qeyri-yaşa yış sahəsi tikmək niyyəti ilə tanış olmuş, həmin qeyri-yaşayış sahəsinin tikintisinə müvafiq torpaq sahəsi ayrılmasına 29 dekabr 2017-ci il tarixli məktubla, həmin tikintinin layihələndirilməsinə dair işlənmiş şəhərsalma əsaslandırılmasına isə 17 aprel 2018-ci il tarixli məktubla razılıq vermişdir. 11. “Qeyri-yaşayış sahəsinin tikintisinə icazə verilməsi barədə” 27 aprel 2018-ci il tarixli 140 saylı sərəncamın qəbulunda RİH-in səlahiyyətinə gəldikdə isə, məhkəmə qeyd etmişdir ki, cavabdehin istinad etdiyi «Yerli icra hakimiyyətləri haqqında»Əsasnamənin 4.11.11.5-ci yarımbəndinə görə şəhər rayonu kimi Binəqədi RİH səlahiyyətli olmasa da, Bakı ŞİH tabeliyində olan Baş İdarə (hazırkı cavabdeh) vasitəsilə bu icazəyə münasibət bildirdiyindən, sözügedən Əsasnamənin həmin müddəası hazırda qüvvədə olmadığından, eləcə də qanunvericiliyin tikintiyə icazə tələb olunan obyektlərin tikintisinin müvafiq əsaslar mövcud olduğu halda dayandırılmasına dair icraatı tənzimləyən müddəaları bu səlahiyyət üzrə müvafiq orqan kimi yerli icra hakimiyyəti orqanını, eləcə də Şəhərsalma və Arxitektura Komitəsini (və ya onun tabeliyindəki qurumu) müəyyən etmədiyindən (Fövqəladə Hallar Nazirliyi səlahiyyətlidir), İddiaçı icarəsində olan müvafiq torpaq sahəsində qeyri-yaşayış sahəsinin tikintisi üzrə işləri aparmasına cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin tikintiyə icazənin səlahiyyətsiz orqan tərəfindən verilməsini əsas gətirməklə müdaxiləsi qanuna, o cümlədən «İnzibati icraat haqqında» Qanunun 11, 13, 17-ci maddələrinin tələblərinə zidd qiymətləndirilməlidir.

12. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 mart 2024-cü il tarixli, 21(103)-565/2024 nömrəli qərarı ilə (hakimlər: R.Səmədov - sədrlik edən və məruzəçi, A.Oruczadə və X.Cəmilova) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 26 iyul 2023-cü il tarixli, 2-1(112)-3552/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

15. Apellyasiya məhkəməsi mövqeyini əsaslandırmaq üçün « İnzibati icraat haqqında» Qanunun 2.0.2, 11.1, 17, 24, 64.1, 64.2, 64.3, 64.4, 67.6-cı maddəsinə, Torpaq Məcəlləsinin 51, 84-cü, Şəhərsalma və Tikinti Məcəlləsinin 1, 74.1, 75.1, 75.2, 75.3, 75.8, 75.10, 75.13, 75.14, 92.1, 92.2, 92.3, 92.4-cü maddələrinə istinad etmişdir.

16. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

17. Cavabdeh kassasiya şikayətində apellyasiya məhkəməsinin qərarının ləğvini aşağıdakı səbəblər ilə şərtləndirir: 1) Binəqədi RİH tərəfindən verilmiş tikintiyə icazə sənədi müəyyən edilmiş vahid formaya uyğun olmadığından etibarsız hesab olunmalı və onun yaratdığı hüquqi nət icələr etibarsız inzibati aktın əsasında yarandığından heç bir hüquqi qüvvəsi yoxdur. 2) Tikintiyə icazə sənədi verilən zaman “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 4.11.11.5-ci yarımbəndi qüvvədə idi və həmin yarımbəndin tələbinə görə tikintiyə icazə barədə sənədi şəhər rayonlarının icra hakimiyyəti başçılarına aid edilmir. Müvafiq səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığına görə sözügedən sərəncam etibarsız hesab olunur. Etibarsız inzibati aktın heç bir hüquqi qüvvəsi yoxdur. 3) Sifarişçi tərəfindən tikintiyə icazə alınması ilə bağlı prosedur ŞTM-nin 75-ci maddəsinin tələblərinə uyğun olaraq həyata keçirilməli idi. Göründüyü kimi, sifarişçi tərəfindən ŞTM-yə uyğun olaraq tikintiyə icazə icraatı ilə bağlı prosedur mərhələlərin yalnızca ilkin mərhələsi olan qeyri-yaşayış ob yekti ilə bağlı layihənin razılaşdırılması mərhələsi icra edilmiş digər mərhələlər isə icra edilmədiyindən tikintiyə icazə icraatı tam başa çatdırılmamışdır. 4) Mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar məhkəmə tərəfindən düzgün və ətraflı araşdırılmamışdır. Belə ki, təqdim edilmiş etirazda bütün faktiki hallar göstərilmişdir. Eyni zamanda müvafiq sənəd və məlumatların Tikintilərin Dövlət reyestrinə təqdim edilib-edilməməsi barədə araşdırma aparılmamışdır. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati prak tikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə

17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24.1. İnzibati orqan inzibati icraat zama nı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 33.1. Ərizəyə baxılması və həmin ərizə üzrə müvafiq inzibati aktın qəbul edilməsi başqa inzibati orqanın səlahiyyətlərinə aid olduğu halda, ə rizəçinin müraciət etdiyi inzibati orqan ərizənin daxil olduğu vaxtdan ən geci 10 gün müddətində ərizəni və ona əlavə olunmuş sənədləri səlahiyyətli inzibati orqana göndərməlidir. Maddə 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Maddə 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Maddə 65.1. Aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan in zibati akt. Maddə 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda.

20. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsi 75.1. Barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir.

21. İnzibati Prosessual Məcəllə: a) Maddə 12.1. Məhkəmə pros es iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində m üvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımd an lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı ins tansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

27. B ununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

28. Hazırkı mübahisəyə dair iş üzrə iddiaçıların hüquqi marağı və məqsədi cavabdehin Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, S.S.Axundov küçəsi, 4 saylı binanın yanında sahəsi 93 kv.m olan torpaq sahəsində Bakı şəhəri Binəqədi RİH-in 27 aprel 2018ci il tarixli 140 saylı sərəncamı ilə icazə verilmiş qeyri-yaşayış binasının tikintisinə müdaxiləsi qanunsuz sayılmasına və həmin tikintiyə yaradılmış maneələri aradan qaldırılmasına yönəlmişdir.

29. Mübahisəyə dair işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Bakı ŞİH-lə bağlanmış 31 yanvar 2018-ci il tarixli icarə müqaviləsi əsasında Bakı şəhəri, Binəqədi ray onu, S.S.Axundov küçəsi, 4 saylı binanın tinində yerləşən müvafiq cizgidə göstərilən torpaq sahəsi 49 il müddətinə hazırkı İddiaçı icarəsinə verilmişdir. Torpaq sahəsinin verilməsi və koordinatları Bakı ŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırılmışdır. Bundan sonra, Bakı ŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırılmaqla həmin torpaq sahəsində qeyri-yaşayış binasının tikintisinə icazə verilməsi barədə Bakı şəhəri Binəqədi RİH 27 aprel 2018-ci il tarixli 140 nömrəli sərəncam qəbul etmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 X1 Ekspertiza Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli rəyə əsasən, “Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, 4 saylı binanın yaxınlığında qeyri-yaşayış obyekti” üzrə işçi layihəsi, bütün işlər in icrasının Azərbaycan Respublikasının qanunvericiliyində müəyyənləşdirilmiş qaydada həyata keçirilməsi şərti ilə razılaşdırılmışdır.

30. Cavabdehin kassasiya şikayətində Binəqədi rayon İcra Hakimiyyətinin mübahisəli tikinti obyektinin tikintisinə icazə vermək səlahiyyətinin olmadığına istinad etmişdir.

31. Məhkəmə kollegiyası cavabdehin bu dəlilini əsaslı hesab etmir. Belə ki, sözügedən qeyri-yaşayış binasının tikinti layihəsi müvafiq aidiyyəti qurumlarla razılaşdırılmış, eləcə də həmin qeyri-yaşayış binasının tikintisi ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən müvafiq rəylər verilmişdir.

32. Məhkəmə kollegiyası qeyd edir ki, Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən qeyriyaşayış binasının tikintisinə icazə verilməsi üzrə icraat barədə hazırkı cavabdeh Bakı ŞİHin tabeliyində olarkən, i ddiaçının qeyri-yaşayış sahəsi tikmək niyyəti ilə nəinki tanış olmuş, həmin qeyri-yaşayış sahəsinin tikintisinə müvafiq torpaq sahəsi ayrılmasına 29 dekabr 2017-ci il tarixli məktubla, həmin tikintinin layihələndirilməsinə dair işlənmiş şəhərsalma əsaslandırılmasına isə 17 aprel 2018-ci il tarixli məktubla razılıq vermişdir.

33. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan səlahiyyətlərin Bakı şəhər İcra Hakimiyyətinin iradə ifadəsi əsasında həyata keçirildiyi qəbul edilməli və həmin səlahiyyətlərin onun tərəfindən icra olunduğu, yaxud da səlahiyyətlərin ötürülməsi anlamında qiymətləndirilməlidir. Nəzərə almaq lazımdır ki, səlahiyyətlərin ötürülməsi qaydasında qəbul edilmiş qərar hüquqa uyğun şəkildə səlahiyyət sahibi tərəfindən qəbul edilmiş qərara bərabər hesab olunur. Digə r tərəfdən isə, qüvvədə olan qanunvericilikdə səlahiyyətlərin sözügedən qaydada həyata keçirilməsini və ya ötürülməsini istisna edən hər hansı müddəa da nəzərdə tutulmamışdır.

34. Bu zaman həmçinin nəzərə alınmalıdır ki, Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsinə görə, barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (reklam qurğularının tikintisinə istisna olmaqla) tərəfindən tikintiyə icazə verilməlidir. Nəzərə almaq lazımdır ki, istinad olunan norma anlamında tikintiyə icazə tikinti layihəsində əksini tapan tikinti niyyətinə verilir. Həmin layihənin səlahiyyətli qurum tərəfindən razılaşdırılması və ya təsdiq olunması həmin layihənin şəhərsalma və tikintiyə dair normativ sənəd lərin tələblərinə uyğunluğunu təsbit edir. Bu mənada tikintiyə icazənin məqsədi də məhz təqdim olunmuş tikinti layihəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğunluğunu təmin etməkdən ibarətdir.

35. Hazırkı mübahisəyə bu kontekstdən yanaşdıqda və sözügedən tikinti obyektinin layihəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərə uyğunluğunun məhz Bakı şəhər İcra Hakimiyyəti tərəfindən razılaşdırıldığını və təsdiq olunduğunu nəzərə aldıqda, həmin tikintiyə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən istinad olunan norma anlamında icazə verildiyi də qəbul edilməlidir.

36. Məhkəmə kollegiyası həmçinin ona diqqət çəkir ki, hazırkı mübahisənin həlli baxımından icazə (həm tikintiyə, həm də istismara) icraatının özünün gedişatı deyil, həmin icraat nəticəsində qəbul ol unmuş yekun qərar – inzibati akt həlledici əhəmiyyət daşıyır. Belə ki, inzibati orqanın apardığı inzibati icraat mahiyyət etibarilə hakimiyyət iradəsinin formalaşması və həmin iradənin ifadə olunduğu inzibati aktın qəbulu məqsədlərinə xidmət edir. İnzibati icraatın gedişində yol verilmiş pozuntular icraatı aparan inzibati orqanın məsuliyyət sferasına aiddir və buna səlahiyyəti olmayan digər orqanlar, o cümlədən cavabdeh tərəfindən təftiş edilə və mübahisələndirilə bilməz.

37. Bununla bağlı həmçinin nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 33.1-ci maddəsinə görə, müraciətə baxılması və müvafiq inzibati aktın qəbul edilməsi ilə bağlı səlahiyyətli olub-olmadığını müəyyən etmək inzibati orqanın xidməti vəzifəsinə aiddir. Şəxsin üzərinə aidiyyəti orqana müraciət edilməsi ilə bağlı mütləq öhdəliyin qoyulması və ya səlahiyyətin müəyyən olunması ilə bağlı neqativ nəticələrin şəxsə aid edilməsi yolverilməz sayılmalıdır.

38. Beləliklə, hazırkı mübahisəyə münasibətdə hüququn qeydə alınması üçün tələb olunan hüquqmüəyyənedici sənədlərin mövcudluğu iş üzrə materiallarla təsdiq olunur. Nəzərə alınmalıdır ki, hüquqmüəyyənedici sənəd yalnız onu qəbul etmiş inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların, o cümlədən cavabdehin də davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu, icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir.

39. Məhkəmə kollegiyası qeyd ed ir ki, etibarlı və hüquqi qüvvəsini saxlayan müvafiq hüquqmüəyyənedici sənədlər əsasında daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasından və hüququn qeydiyyata alınması barədə müvafiq çıxarışın verilməsindən davamlı imtina edilməsinin “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi baxımından inzibati orqanların fəaliyyətinin, habelə onlar tərəfindən qəbul edilən qərarların qanunauyğunluğuna vətəndaşların inam və etimadına ciddi zərbə vurduğu və bu baxımdan yolverilməz olduğu da nəzərə alınmalıdır.

40. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

41. Yux arıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 mart 2024-cü il tarixli, 21(103)-565/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar