Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1996/2022 23.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı “Azərbaycan” Nəşriyyatının cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinə dair plan-ölçünün etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, İddiaçı “Azərbaycan” Nəşriyyatının cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X18) “torpaq sahəs inin plan və ölçülərinin etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-41/2022 nömrəli, 15 iyul 2022ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Abşeron rayon X12 İcraiyyə Komitəsi tərəfindən verilmiş 20 fevral 1981-ci il tarixli, B 000369 saylı “X17 dair” Dövlət Aktına əsasən, 15 ha ölçüdə torpaq sahəsi “Kommunist” Nəşriyyatına (indiki “Azərbaycan” Nəşriyyatı) yardımçı təsərrüfat yaradılması üçün müddətsiz ayrılmış və həmin akt 20 fevral 1981-ci il tarixdə dövlət aktlarının qeydiyyatı kitabında 64 nömrə ilə qeydə alınmışdır. 2. 27 noyabr 2013-cü il tarixli alqı-satqı müqavilələrinə əsasən X5 rayonu, Nardaran qəsəbəsi 85-ci məhəllədə yerləşən torpaq sahələrini ayrı-ayrı şəxslərdən: Sabunçu (Lenin) rayon X21 İcraiyyə Komitəsinin 19 yanvar 1989-cu il tarixli 3/41 saylı qərarına əsasən X3 adına qeydiyyatdan keçmiş torpaq sahəsini ******* nömrəli 27 noyabr 2013-cü il tarixli alqısatqı müqaviləsi əsasında, X22 adına Bakı şəhəri Sabunçu rayonu İcra Hakimiyyətinin 02 mart 1993-cü il 210 nömrəli qərarı ilə qeydiyyata alınmış, qanun üzrə vərəsəlik əsasında 26 noyabr 2013-cü il tarixdən etibarən X11 torpaq sahəsini ******* nömrəli 27 noyabr 2013cü il tarixli alqı-satqı müqaviləsi əsasında, Sabunçu (Lenin) rayon X21 İcraiyyə Komitəsinin 19 yanvar 1990-cı il tarixli, 3/50 saylı qərarına əsasən sözügedən torpaq sahəsi X1 verilmiş torpaq sahəsini ******* nömrəli 27 noyabr 2013-cü il tarixli alqı-satqı müqavi ləsi əsasında, Sabunçu (Lenin) rayon X21 İcraiyyə Komitəsinin 21 fevral 1992-ci il tarixli, 4/37 saylı qərarına əsasən X10 adına olmuş torpaq sahəsini alqı-satqı müqaviləsi əsasında satın almış və 4 ayrı-ayrı torpaq sahəsinə mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
3. Bu torpaq sahələri birləşdirilərək X15 **********24 reyestr nömrəli ********** qeydiyyat nömrəli 20 yanvar 2016-cı il tarixli seriya RX №0813803 saylı çıxarış verilmiş və daha sonra torpaq hissəsi iki yerə bölünərək hər birinə ayrılıqda **********54 reyestr nömrəli 09 fevral 2016-cı il tarixli seriya RX № ******* və **********55 reyestr nömrəli 09 fevral 2016-cı il tarixli seriya RX № ******* saylı çıxarışlar verilmiş, torpaq sahələrinə dair yeni plan-ölçülər tərtib edilmişdir.
4. İddiaçı “Azərbaycan” nəşriyyatı cavabdeh inzibati orqana müraciət edərək X15 verilmiş **********54 və **********55 reyestr nömrəli və onların verilməsinə əsas olmuş **********24 nömrəli torpaq sahələrinin planı və ölçülərinin etibarsız hesab edilməsini xahiş etmiş, cavabdeh inzibati orqan onun müraciətini təmin etməkdən imtina etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X15 verilmiş **********54 və **********55 reyestr nömrəli və onların verilməsinə əsas olmuş **********24 nömrəli torpaq sahələrinin planı və ölçülərinin etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Sovetinin 06 m ay 1980-ci il tarixli 195 saylı Qərarı ilə Nardaran qəsəbəsi ərazisində yerləşən 15 ha ölçüdə torpaq sahəsi “Kommunist” Nəşriyyatına (hazırda “Azərbaycan” Nəşriyyatı) yardımçı təsərrüfat yaradılması üçün ayrılmışdır. Bununla bağlı Abşeron ZDS İK tərəfindən 20 fevral 1981-ci il tarixli “X17 X37” verilmişdir. X36 20 fevral 1981-ci il tarixdə dövlət aktlarının qeydiyyatı kitabında 64 nömrə ilə qeydə alınmışdır. “Azərbaycan” Nəşriyyatının yardımçı təsərrüfatı Sabunçu rayonun inzibati ərazisində, kənd təsərrüfatı təyinatlı 15 ha ölçüdə torpaq sahəsində yerləşir və həmin torpaq sahəsi dövlət mülkiyyətində olmaqla iddiaçının qanuni istifadəsindədir. Yuxarıda göstərilən hallar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 20 dekabr 2016-cı il tarixli 2(102)-6123/2016 salı qərarı ilə müəyyən edilmişdir. Həmçinin “Azərbaycan” Nəşriyyatının yardımçı təsərrüfatının yerləşdiyi 15 ha ölçüdə torpaq sahəsi Maştağa SüdçülükTərəvəzçilik sovxozunun torpaqdan istifadə etməsinə dair yerquruluşu layihəsində göstərilmişdir. Hal-hazırda iddiaçıya məlum olmuşdur ki, X13 0.446922 ha və 0.012715 ha torpaq sahələri üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 09 fevral 2016-cı il tarixdə qeydiyyata alınaraq ona **********54 və **********55 reyestr nömrəli çıxarışlar və həmin reyestr nömrəli torpaq sahələrinin planı və ölçüləri verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********54 və **********55 reyestr nömrəli çıxarışlarda torpaq sahələrini n olduğu yer Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 85-ci məhəllə, 2 saylı sahə kimi göstərilmişdir. Həmin torpaq sahəsinin kateqoriyası yaşayış məntəqələrinin torpaqları kimi qeyd edilmişdir. X6 verilmiş torpaq sahələrinin planı və ölçülərində göstərilən əsas döngə nöqtələrinin koordinatları “Azərbaycan” Nəşriyyatının yardımçı təsərrüfatının yerləşdiyi 15 ha ölçüdə olan torpaq sahəsinin ərazisində yerləşdirilmişdir. Halbuki iddiaçıya verilmiş 20 fevral 1981-ci il tarixli “X17 X37”nda 15 ha ölçüdə torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı torpağı kimi göstərilmişdir. Bundan başqa, həmin torpaq sahəsi dövlət mülkiyyətində olmaqla iddiaçının qanuni istifadəsindədir və hasara alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Rey estri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin işçilərinin texniki səhvləri və yaxud vəzifələrindən sui-istifadələri nəticəsində X15 verilmiş torpaq sahələrinin planı və ölçülərində göstərilən əsas döngə nöqtələrinin koordinatları qanunsuz və əsassız olaraq “Azərbaycan” Nəşriyyatının yardımçı təsərrüfatının yerləşdiyi 15 ha ölçüdə torpaq sahəsinin ərazisinə vurulmuşdur. Bu da öz növbəsində “Azərbaycan” Nəşriyyatının nümayəndələri ilə torpaq əldə etmiş şəxslər arasında lüzumsuz mübahisələrə, qarşıdurmalara və bir sıra xoşagəlməz halların baş verməsinə səbəb olmuşdur. Belə olan halda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi öz işçilərinin texniki səhvlərini aradan qaldırmalıdır. Lakin “Azərbayca n” Nəşriyyatının müraciətinə cavabdeh orqan müxtəlif bəhanələr gətirərək yaranmış vəziyyətin aradan qaldırılması ilə əlaqədar heç bir tədbir görməmişdir.
7. Cavabdeh inzibati orqan tərəfindən verilmiş iddiaya dair yazılı etirazda qeyd edilmişdir ki, araşdırma zamanı “Azərbaycan” Nəşriyyat tərəfindən daxil olan ərizə, ona əlavə olunmuş məhkəmə qərarları və icra sənədi ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə hər hansı öhdəliyin qoyulmadığı, həmçinin bu qərarlar barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə rəsmi qaydada məlumat daxil olmadığı müəyyən olunmuşdur. Bu səbəbdən ərizənin icrasının mümkün olmaması ilə bağlı “Azərbaycan” Nəşriyyatına 09 aprel 2018-ci il tarixli **********97 qeydiyyat nömrəli məktub ünva nlanmışdır. Eyni zamanda, “Azərbaycan” Nəşriyyatı tərəfindən 1 saylı Bakı Ərazi idarəsinə rəsmi daxil olmuş müraciətdə X15 münasibətdə qeyd olunanlarla 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə verilən iddia ərizəsində göstərilən tələb arasında fərq mövcuddur. Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi 85-ci məhəllədə yerləşən torpaq sahələri (**********95 reyestr nömrəli ********** qeydiyyat nömrəli xx.xx.2013-cü il tarixli, **********54 reyestr nömrəli ********** qeydiyyat nömrəli xx.xx.2013-cü il tarixli, **********07 reyestr nömrəli ********** qeydiyyat nömrəli xx.xx.2013-cü il tarixli və **********14 reyestr nömrəli ********** qeydiyyat nömrəli xx.xx.2015-ci il tarixli çıxarışlar) alqı-satqı müqavilələri ilə X15 verilmişdir. Qeyd olunmuşdur ki, ilk öncə Sabunçu (Lenin) rayon XDS İK-nin 19 yanvar 1989-cu il tarixli, 3/41 saylı qərarına əsasən X3 adına qeydiyyatdan keçmiş, daha sonra X8 ilə X19 (adına ƏN-İ 344613 nömrəli xx.xx.2013-00 il tarixli etibarnamə verilmişdir) arasında ******* nömrəli xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsi ilə torpaq sahəsi sonuncuya verilmişdir. Beləliklə, alqı-satqı müqaviləsi əsasında **********95 reyestr nömrəli ********** qeydiyyat nömrəli xx.xx.2013-cü il tarixli çıxarış verilmişdir. Habelə **********54 reyestr nömrəli çıxarış ilkin olaraq X22 adına Bakı şəhəri Sabunçu rayonu İcra Hakimiyyətinin xx.xx.1993-cü il 210 nömrəli qərarı ilə qeydiyyata alınmışdır. Sözügedən torpaq sahəsi qanun üzrə vərəsəlik əsasında xx.xx.2013-cü il tarixdən etibarən X7. Daha sonra isə X30 ilə X19 arasında ******* nömrəli xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Bundan əlavə ilk öncə Sabunçu (Lenin) rayon XDS İK-nin 19 yanvar 1990-cı il tarixli, 3/50 saylı qərarına əsasən sözügedən torpaq sahəsi X1 verilmişdir. X4 ilə X19 arasında ******* nömrəli xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilə əsasında X15 **********07 reyestr nömrəli ********** qeydiyyat nömrəli xx.xx.2013-cü il tarixli çıxarış verilmişdir. Həmçinin Sabunçu (Lenin) rayon XDS İK-nin 21 fevral 1992-ci il tarixli, 4/37 saylı qərarına əsasən ilkin özəlləşdirmə X10 adına olmuş, daha sonra R.X2 arasında bağlanmış alqı-satqı müqaviləsi əsasında sonuncuya **********14 reyestr nömrəli ********** qeydiyyat nömrəli xx.xx.2015-ci il tarixli çıxarış verilmişdir. Yuxarıda adları çəkilən torpaq sahələri birləşdirilərək **********24 reyestr nömrəli ********** qeydiyyat nömrəli 20.012016-cı il tarixli çıxarış X15 verilmiş və daha sonra torpaq hissəsi iki yerə bölünərək hər birinə ayrılıqda **********54 və **********55 reyestr nömrəli çıxarışlar verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin ərizəsi əsasında aparılır, həmçinin hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri təqdim olunmalıdır.
8. Cavabdeh “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci, 66.1-ci, 67-ci, 68-ci, 109-cu maddələrinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 7.1-ci maddəsinə, vaxtilə qüvvədə olmuş və Azərb aycan Respublikasi Prezidentinin xx.xx.2018-ci il tarixli 630 nömrəli Fərmanı ilə ləğv edilmiş Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 fevral tarixli 536 nömrəli Fərmanı ilə təsdiq edilən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən verilən “Torpaq sahəsinin planı və ölçüsü”nün təsvirinin 1-ci bəndinə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli 319 nömrəli Qərarı ilə təsdiqlənmiş “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur qaydaları”nın 4.2-ci bəndinə, Mülki Məcəllənin 140-cı, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 9-cu, 11.1-ci maddələrinə, İnzibati Prosessual Məcəllənin 35.1-ci, 38.1-ci, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi nin 19 may 2014-cü il tarixli “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci və “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair” Plenum Qərarına əsaslanaraq məhkəmədən iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. 9. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3193/2018 nömrəli, 03 oktyabr 2018-ci il tarixli qərarı ilə (hakim E.M.Mustafayev) iddia təmin edilmiş, X15 verilmiş **********54 və **********55 reyestr nömrəli və onların verilməsinə əsas olmuş **********24 nömrəli torpaq sahələrinin planı və ölçüləri etibarsız hesab edilmişdir.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, 3-cü şəxsə verilmiş torpaq sahəsinin koordinatlarının iddiaçıya yardımçı təsərrüfatın yaradılması üçün ayrılmış torpaq sahəsinin koordinatları ilə üst-üstə düşməsi iş materialları ilə öz təsdiqini tapmışdır. İddiaçıya ayrılmış torpaq sahəsi kənd təsərrüfatı təyinatlı olduğundan və onun istifadəsindən geri alınmadığından, həmin torpaq sahəsinin daxilində üçüncü şəxsə fərdi yaşayış evinin tikilməsi üçün torpaq sahəsinin ayrılması qanunsuz olmuşdur.
11. Cavabdeh və üçüncü şəxs apellyasiya şikayətləri verərək qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)133/2019 nömrəli, 21 fevral 2019-cu il tarixli qərarı ilə (hakimlər H.Ü.Həmidov /sədrlik edən və məruzəçi/, E.E.Nağıyeva və V.Ə.Baxışova) apellyasiya şikayətləri təmin e dilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3193/2018 nömrəli, 03 oktyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarında qeyd olunmuş əsasları öz qərarında təkrarlamış və əlavə olaraq bildirmişdir ki, üçüncü şəxsin iddiaçıya ayrılmış torpaq sahəsinin onun istifadəsindən geri alınmasına dair apellyasiya şikayətinin dəlili öz təsdiqini tapmamış, habelə onun istinad etdiyi "xxxx" MMC tərəfindən tərtib edilmiş müstəqil ekspert rəyində mübahisəli torpaq sahələrinin üst-üstə düşüb-düşməməsi faktı müəyyən olunmamışdır.
14. Məhkəmə gəldiyi nəticəni “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunun 10-cu, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1, 8.0.1, 8.0.4-cü, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 12.4-cü maddələri ilə əsaslandırmışdır.
15. Üçüncü şəxs kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) kassasiya instansiyası məhkəməsində birinci icraat
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)66/2020 nömrəli, 29 yanvar 2020-ci il tarixli qərarı ilə (hakimlər S.Ə.Hüseynova /sədrlik edən və məruzəçi/, İ.A.Dadaşov və K.N.Bədəlov) kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-133/2019 nömrəli, 21 fevral 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
17. Kassasiya instansiyası məhkəməsi qeyd etmiş dir ki, məhkəmənin istinad etdiyi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 20 dekabr 2016-cı il tarixli 2(102)-6123/2016 saylı qərarı ilə bağlı qeyd edilməlidir ki, həmin iş üzrə tərəflər “Azərbaycan” Nəşriyyatı, X24, X27 olmuş, hazırkı iş üzrə üçüncü şəxslər və cavabdeh həmin iş üzrə tərəf olmadığından o qərarla müəyyən edilmiş hallar hazırkı iş üzrə preyudisial əhəmiyyət daşıya bilməz.
18. İşə baxan məhkəmələr iddiaçıya məxsus torpaq sahəsinin koordinatlarının müəyyən edilməsi istiqamətində araşdırma aparmadan, tərəflərin verdiyi vəsatətləri əsassız olaraq rədd edərək, iş üzrə "xxxx" MMC-nin təqdim etdiyi rəyə, o cümlədən Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 20 dekabr 2016-cı il tarixli 2(102)-6123/2016 saylı qərarına, cavabdehin imtina məktubunda qeyd etdiklərinə istinad etməklə iddiaçı və üçüncü şəxslərə məxsus torpaq sahələrinin üst-üstə düşməsi nəticəsinə gəlmişlər. Halbuki işə baxan məhkəmələr iddiaçıya məxsus torpaq sahəsinin koordinatlarının müəyyən edilməsi istiqamətində ətraflı araşdırma aparmalı, bu barədə məlumatın əldə edilməsi mümkün olan müvafiq dövlət orqanlarına sorğular verməli, torpaq sahələrinin yerləşdiyi yerlərə yerində baxış keçirməli, əldə edilmiş məlumatlar əsasında ekspertiza təyin etməli idi.
19. Bundan əlavə, iddiaçıya məxsus olduğu iddia edilən torpaq sahəsinin kateqoriyası kənd təsərrüfatı torpaqlara aid olmuş, üçüncü şəxsə verilmiş torpaq sahələri isə yaşayış məntəqələrinin torpaqlarına aid olmuşdur.
20. İşə baxan aşağı instansiya məhkəmələri tərəflərə məxsus torpaq sahələrinin kateqoriyalarının müəyyən edilməsi istiqamətində də hər hansı araşdırma aparmamışlar. b) apellyasiya instansiyası məhkəməsində ikinci icraat
21. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1306/2020 nömrəli, 23 sentyabr 2020-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə mühəndislik texniki ekspertizası təyin edilmişdir.
22. Məhkəmə Ekspertizası Mərkəzinin 10/2851 saylı, 07 iyun 2022-ci il tarixli ekspert rəyində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” MMC-nin verdiyi mütəxəssis rəyinə istinad olunaraq qərardadın birinci, üçüncü və dördüncü sualları üzrə qeyd edilmişdir ki, Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1980-ci il tarixli 195 nömrəli qərarı ilə təsdiq edilmiş “Torpaq istifadəçiliyinin planı” əsasında Abşeron rayon X16 İcraiyyə Komitəsi tərəfindən “Kommunist" Nəşriyyatına yardımçı kənd təsərrüfatı üçün ayrılmış və X17 aid dövlət aktlarının qeydiyyatı kitabında xx.xx.1981-ci il tarixdə 64 nömrə ilə qeydə alınmış V 000369 nömrəli “X17 aid Dövlət Aktı”nda göstərilən, iddia edilən 15 ha torpaq sahəsinin coğrafi yerləşməsinin müəyyənləşdirilməsi mümkün olmamış, dövlət aktının koordinatlarının təqdim edilməməsi səbəbindən qərardadın bu suallarını cavablandırmaq mümkün olmamışdır.
23. Qərardadın ikinci sualı üzrə qeyd edilmişdir ki, X15 məxsus **********54, **********55 daşınmaz əmlakın dövlət reyestr nömrəli və onların verilməsinə əsas olmuş **********24 reyestr nömrəli sahələrinin hazırda faktiki yerləşmə koordinatl arı ilə həmin torpaq sahələrinin plan və ölçülərində göstərilən koordinatların üst-üstə düşdüyü müəyyən olunmuşdur.
24. Qərardadın beşinci sualı üzrə qeyd edilmişdir ki, X15 məxsus **********54, **********65 daşınmaz əmlakın dövlət reyestr nömrəli və onların verilməsinə əsas olmuş **********24 reyestr nömrəli torpaq sahələrinin faktiki olaraq yaşayış məntəqəsi kateqoriyasına aid torpaqlarda yerləşdiyi, kateqoriyasının dəyişdirilməsi barədə məlumat aşkar edilmədiyi müəyyən edilmişdir. X15 məxsus **********54, **********55 daşınmaz əmlakın dövlət reyestr nömrəli və onların verilməsinə əsas olmuş **********24 reyestr nömrəli torpaq sahələrinin ayrıldığı və ondan sonra daşınmaz əmlakın dövlət qeydiyyatına alınan vaxtlarda yerləşdiyi ərazinin kateqoriyasının yaşayış məntəqəsi torpaqlarına aid o lduğu müəyyən olunmuşdur. X15 məxsus **********54, ********** daşınmaz əmlakın dövlət reyestr nömrəli və onların verilməsinə əsas olmuş **********24 reyestr nömrəli torpaq sahələrinin ayrıldığı vaxtlarda dövlət mülkiyyətində olduğu və hal-hazırda xüsusi mülkiyyətdə olduğu müəyyən olunmuşdur.
25. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-41/2022 nömrəli, 15 iyul 2022-ci il tarixli qərardadı ilə üçüncü şəxs X18 iş üzrə zəruri cəlb edilən üçüncü şəxs qismində tanınmışdır.
26. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-41/2022 nömrəli, 15 iyul 2022-ci il tarixli qərarı ilə (hakimlər X.A.Cəmilova /sədrlik edən və məruzəçi/, C.A.Yusifov və X.A.Mərdanova) üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məh kəməsinin 2-1(82)-3193/2018 nömrəli, 03 oktyabr 2018-ci il tarixli qərarı ləğv edilmiş, iddia rədd edilmişdir.
27. Apellyasiya instansiyası məhkəməsi keçirilmiş mühəndis-texniki ekspertizasının rəyini mötəbər sübut kimi qəbul edərək hesab etmişdir ki, həmin rəyə əsasən iddia olunan 15 ha torpaq sahəsinin coğrafi yerləşməsinin müəyyənləşdirilməsi mümkün olmadığından və dövlət aktının koordinatlarının təqdim edilməməsi səbəbindən həmin sahənin üçüncü şəxsə verilmiş plan- ölçü sənədlərindəki torpaq sahələri ilə üst-üstə düşdüyünü də müəyyən etmək mümkün olmamışdır. Buna görə də iddiaçı üçüncü şəxsin adına verilmiş plan-ölçü sənədlərinin onun iddia etdiyi torpaq sahəsi ilə əlaqəli olduğundan etibarsız hesab olunmasını sübuta yetirə bilməmişdir.
28. İddiaçı kassasiya şikayəti verərək qərarın lə ğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
29. İddiaçıya torpaq sahəsi ayrılan vaxt (1971-ci ilin yanvarın 1-dən) qüvvədə olmuş Torpaq Məcəlləsinin 24-cü maddəsində qeyd edilir ki, kolxozların, sovxozların və başqalarının torpaqdan istifadə hüququ torpaqlardan istifadə hüququ barəsindəki dövlət aktları ilə təsdiq olunur. İddiaçının 15 ha torpaq sahəsinə istifadə hüququ Abşeron rayon XDS İK tərəfindən verilmiş X17 X37 ilə rəsmiləşdirilmişdir. İddiaçıya məxsus torpaq sahəsinə X37nda torpaq sahəsinin sərhədləri və ölçüləri qeyd edilmişdir.
30. İşə təkrar baxan apellyasiya məhkəməsinin qərarında göstərilmişdir ki, məhkəmə kollegiyası keçirilmiş mühəndis-te xniki ekspertizasının rəyini mötəbər sübut kimi qəbul edərək hesab edir ki, həmin rəyə əsasən iddia olunan 15 ha torpaq sahəsinin coğrafi yerləşməsinin müəyyənləşdirilməsi mümkün olmadığından və dövlət aktının koordinatlarının təqdim edilməməsi səbəbindən həmin sahənin 3-cü şəxsə verilmiş planölçü sənədlərindəki torpaq sahələri ilə üst-üstə düşdüyünü də müəyyən etmək mümkün olmamışdır. Buna görə də iddiaçı 3-cü şəxsin adına verilmiş plan-ölçü sənədlərinin onun iddia etdiyi torpaq sahəsi ilə əlaqəli olduğundan etibarsız hesab olunmasını sübuta yetirə bilməmişdir.
31. Halbuki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti “Azərbaycan” Nəşriyyatının müraciətinə cavab olaraq ünvanladığı məktubu işə baxan məhkəməyə təqdim ed ilmiş, həmin məktubda Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti qeyd edilən torpaq sahəsinin kadastr baza məlumatlarında mövcud olduğunu bildirmiş və qeyd edilən torpaq sahəsinə çıxarış alınması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etməli olduğunu bildirmişdir.
32. Ümumiyyətlə, mübahisəli torpaq sahəsinin təyinatı kənd təsərrüfatı təyinatlı olduğu halda, bu təyinatın dəyişdirilməsi, yəni digər (yaşayış məntəqələrinin torpaqları) təyinata keçirilməsi barədə səlahiyyətli orqan kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı olmamış, bundan başqa, X15 verilmiş **********54 və **********55 reyestr nömrəli və onların verilməsinə əsas olmuş **********24 nömrəli torpaq sahəsinin plan və ölçüləri tərtib olunarkən həmin torpaq sahəsinin koordinatlarının müəyyən edilməsi üçün əsas olan ayrıc aktı, istinad nöqtələri göstərilmiş torpağın yerləşmə sxemi və mərz nişanları qoyulmuş torpağın təhvil verilməsi barədə akt arxiv qovluğunda aşkar edilməmişdir. Lakin həmin torpaq sahələrinə inzibati orqan tərəfindən plan-ölçülər tərtib olunarkən, həmin torpaq sahələrinə verilən koordinatlar “Azərbaycan” Nəşriyyatına məxsus torpaq sahəsinin koordinatlarının daxilinə düşmüşdür. Halbuki “Azərbaycan” Nəşriyyatına ayrılmış torpaq sahəsi kənd təsərrüfat təyinatlı torpaq sahəsi olduğu üçün, X15 və digər şəxslərə ayrılmış torpaq sahələri fərdi yaşayış evinin tikilməsi üçün ayrıla bilməzdi.
33. Üçüncü şəxsə və digər şəxslərə ayrılmış torpaq sahələrinin ünvanlarına nəzər saldıqda həmin ünvanları n Nardaran qəsəbəsi 82-ci məhəllə 21-ci sahə, 85-ci məhəllə 1ci, 4-cü sahələr, olduğu və təyinatlarının yaşayış məntəqələrinin torpaqları olduğu göstərilmişdir. Halbuki iddiaçıya məxsus torpaq sahəsi kənd təsərrüfatı təyinatlı olmaqla, bütövlükdə hasar daxilində yerləşir və həmin torpaq sahəsi hər hansı formada kvartal, məhəllə, sahə və.s formada bölünməmişdir.
34. Həmçinin əvvəlki məhkəmə araşdırmaları zamanı məhkəmə kollegiyası tərəfindən mübahisəli torpaq sahəsinə yerli baxış keçirmiş və mübahisəli torpaq sahəsinin yerində müayinəsi zamanı “Azərbaycan” Nəşriyyatına ayrılmış Bakı şəhəri, Nardaran qəsəbəsi ərazisində yerləşən torpaq sahəsinin Bilgəh magistral yolu boyu 300 metr, əks istiqamətində isə 500 metr düzbucaqlı olmaqla ümumi sahəsi 15 ha təşkil etdiyi, həmin torpaq sahəsinin hasa ra alındığı, hasarın hər iki istiqamətdə müxtəlif yerlərdə uçurulmuş vəziyyətdə olması, torpaq sahəsinin Bilgəh magistral yolu boyu 300 metr hissəsi boyunca Bilgəh istiqamətində üçüncü şəxs X15 ayrılmış torpaq sahələri ilə üst-üstə düşdüyü müəyyən edilmişdir.
35. Məhkəmənin qüvvədə olan xx.xx.2019-cu il tarixli qərarı ilə “Azərbaycan” Nəşriyyatının torpaq sahəsinin koordinatları öz təsdiqini tapmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
36. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
37. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti mə hkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) d əyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
38. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
39. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apell yasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən olunmamışdır.
41. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
42. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəm əsinin araşdırmaları yetərli hesab olunur.
43. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)66/2020 nömrəli, 29 yanvar 2020-ci il tarixli qərarında ifadə edilmiş göstərişlərə uyğun olaraq ikinci apellyasiya baxışı zamanı məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmişdir. 10/2851 saylı 07 iyun 2022-ci il tarixli ekspert rəyinə əsasən iddia olunan 15 ha torpaq sahəsinin coğrafi yerləşməsinin müəyyənləşdirilməsi mümkün olmadığından və dövlət aktının koordinatlarının təqdim edilməməsi səbəbindən həmin sahənin 3-cü şəxsə verilmiş plan-ölçü sənədlərindəki torpaq sahələri ilə üst-üstə düşdüyünü də müəyyən etmək mümkün olmamışdır.
44. Buna görə də, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçı 3-cü şəxsin adına verilmiş plan-ölçü sənəd lərinin onun iddia etdiyi torpaq sahəsi ilə əlaqəli olduğundan etibarsız hesab olunmasını sübuta yetirə bilməmişdir.
45. Məhkəmə kollegiyası, həmçinin qeyd edir ki, “Azərbaycan” Nəşriyyatına ayrılmış torpaq sahəsi kənd təsərrüfat təyinatlı torpaq sahəsi olduğu halda, Nazlı Quliyevaya məxsus torpaq sahələri yaşayış məntəqələrinə aid torpaq sahəsi olmuşdur. Əgər iddiaçı ona ayrılmış torpaq sahəsinin sonradan 3-cü şəxsə verildiyini iddia edirsə, onda keçən müddət ərzində ona ayrılmış kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 3-cü şəxsə yaşayış məntəqəsi torpağı kimi verilməsi üçün torpağın kateqoriyası dəyişdirilmiş olmalı idi.
46. Nazlı Quliyevanın mülkiyyətində olan torpaq sahələrinin bir kateqoriyadan digərinə keçirilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının mövc udluğu müəyyən edilməmişdir.
47. Digər tərəfdən, işin araşdırılmış materiallarına əsasən müəyyən olunur ki, əvvəlki mülkiyyətçilərə torpaq sahələri 1989-1993-cü illərdə Bakı şəhəri Sabunçu (keçmiş Lenin) rayon XDS İcraiyyə Komitəsinin qərarları və Sabunçu rayonu İcra Hakimiyyətinin sərəncamı ilə verilmişdir. Üçüncü şəxs də həmin torpaq sahələrini hüquq sələflərindən 2013-2015-ci illərdə alğı-satqı yolu əldə etmişdir.
48. Həmin qərarların və sərəncamın ləğv edildiklərinə və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edildiklərinə dair sübut işdə yoxdur. 49. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0, 8.0.1 və 8.0.3-cü maddələrinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşı nmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə ipoteka qoyulmasına dair qəbul edilmiş aktlar; daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
50. Beləliklə, cavabdeh orqan tərəfindən üçüncü şəxslərin adlarına qeydə alınmış torpaq sahələrinə dair “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərinin tərtib edilməsi ilə bağlı hərəkətləri qanuna zidd olmamışdır.
51. Apellyasiya instansiyası məhkəməsi nin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.
52. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-41/2022 nömrəli, 15 iyul 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.