Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1996/2023 15.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı "xxxx" MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: növbədənkənar səyyar vergi yoxlaması keçirilməsi barədə qərarın əsaslandırılmaması; “əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi barədə” qərarın sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmaması). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilmə haqqında cavabdehin xx.xx.2020-ci il tarixli **********17898 nömrəli qərarının ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 may 2023-cü il tarixli, 2-1(103)1386/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2018-ci il tarixli **********170107 nömrəli qərarına əs asən vergi ödəyicisində xx.xx.2016-cı ildən xx.xx.2018-ci il tarixədək olan dövrdə sahibkarlıq fəaliyyəti üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş və yoxlamanın nəticəsinə dair xx.xx.2020-ci il tarixli **********170167 saylı akt tərtib edilməklə, xx.xx.2020-ci il tarixli **********137898 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul edilmişdir.
2. Cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarı ilə iddiaçıya 2017-cı ilin ƏDV üzrə 3177,58 manat əlavə vergi, 2018-ci ilin ƏDV üzrə 498264,88 manat əlavə vergi və 249132,44 ma nat maliyyə sanksiyası, 2016-cı ilin ÖMV üzrə 30,70 manat əlavə vergi, 2018-ci ilin ÖMV üzrə 76,99 manat əlavə vergi və 38,50 manat maliyyə sanksiyası hesablanmış, həmçinin Vergi Məcəlləsinin 58.1 maddəsinə əsasən vergi hesabatını və ya Vergi Məcəlləsinin 16.2-ci maddəsində nəzərdə tutulmuş arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim etmədiyinə görə 240 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2020-ci il tarixli **********137898 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarının ləğv olunmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının əsas fəaliyyəti digər qruplara daxil edilməyən fərdi xidmət fəaliyyətindən (96060) ibarət olmaqla, ölkə vətəndaşlarından və sahibkarlardan əldə edilən qızıl məmulatlarının yeni dizaynda və daha peşəkar zərgərlər tərəfindən emal olunması işinin təşkili üzrə sifarişləri yerinə yetirmək xidmətidir. Bu məqsədlə, qanunvericilikdə nəzərdə tutulmuş qaydada Türkiyə Respublikasında emal xidməti sahəsində təcrübəsi olan “X3. ve Tic. LTD” Şirkəti ilə müqavilə bağlamışdır. İddiaçı sahibkarlara və vətəndaşlara məxsus qızıl məmulatlarının öz zövqünə uyğun yenidən emalı məqsədilə müvafiq sifariş müqavilələri bağlayır, onlardan qızıl məmulatlarını təhvil alır, həmin məmulatlar qanunvericiliyə uyğun qaydada iddiaçı tərəfindən ölkədən Türkiyəyə müvəqqəti ixrac edilir, xaricdəki partnyor şirk ət tərəfindən emal edildikdən sonra ölkəyə idxal olunur və emal olunmuş formada qızıl məmulatları, əlavə zərgərlik detalları ilə birlikdə sifarişçiyə təhvil-təslim aktı ilə təhvil verilir. Bu sifariş xidməti üçün bağlanmış müqavilə şərtlərinə görə geri qaytarılan qızılın hər qramı üçün xidmət haqqı iddiaçıya yekun akt üzrə ödənilir və müqaviləyə əsasən sifarişin yerinə yetirilməsi vəziyyəti barədə üzləşmə aktları tərtib edilir. Yoxlama zamanı, vergi orqanına bütün sənədlər təqdim edilmişdir (idxal və ixrac əməliyyatları barədə məlumatlar, kassa mədaxil orderləri, müvəqqəti ixrac proseduruna aid olan sertifikat, rəsmi dövlət eksperti rəyi, qaimələr, ödəniş qəbzləri və yük gömrük bəyannamələri, təkrar idxal proseduruna aid olan sertifikat, qızılın həmin şəxslərə geri qaytarılması barədə 98 sayda akt, xaricdəki şirkət ilə iddiaçı arasında bağlanmış müqavilə, şirkətə emal üçün ödəniş aktları və s.). Xaricdəki şirkətlə bağlanmış müqavilə şərtlərinə uyğun olaraq, emal məqsədilə alınmış qızıl məmulatları sifarişçilərin tələbinə uyğun dizaynda və keyfiyyətdə vaxtında emal olunmuş və geri qaytarılmışdır. Bu emal xidmətinin haqqı geri qaytarılan qızılın çəkisinə uyğun olaraq 0,501,10 ABŞ dolları/qram hesabı ilə müəyyən edilir. Sifarişçi-vətəndaşlar ilə iddiaçı arasında bağlanmış müqavilələrin şərtlərinə görə, vətəndaşlar həmin qızıl məmulatlarının müvəqqəti ixrac və təkrar idxal prosedurları üzrə tələb edilən bütün ödənişləri (rüsum, yığım, vergi və bank xidmət haqqı) zərurət yarandıqca tam məbləğdə və vaxtında təmin etmiş, eyni zamanda geri qaytarılan qızılın çəkisinə uyğun olaraq 0,5 ABŞ dolları/qram hesabı ilə emal xidmətinin haqqını və qram hesabı ilə sifariş xidməti haqqını iddiaçıya təqdim etmişlər. Hesabat dövrü üçün iddiaçının dövriyyəsi sifarişçi-vətəndaşlardan emal məqsədilə alınmış və aidiyyəti üzrə ƏDV istisna olmaqla, rüsum və vergilərin, bank xidmət haqqının, emal xidməti və sifariş xidməti haqlarının ödənilməsi üçün 180077 manat məbləğində olmuşdur. Qeyd edilməlidir ki, vergi orqanı tərəfindən səyyar vergi yoxlaması zamanı ciddi və kobud qanun pozuntularına yol verilmişdir. Belə ki, yoxlama müddəti qanunla 90 günədək müəyyən edildiyi halda, heç bir qanuni əsas olmadan 554 gün davam etmişdir. Bundan əlavə, yoxlama müddətinin uzadılması ekspert və mütəxəssis rəyinin əldə edilməsi, o cümlədən xaricdəki şirkətə sorğu ünvanlanması ilə əlaqələndirilsə də, y oxlama dövründə heç bir mütəxəssis dəvət edilməmiş, ekspertiza keçirilməmiş, həmçinin xarici ölkədəki partnyor təşkilata sorğunun çatdırılması və cavabının alınması təmin edilməmişdir.
5. Cavabdehin etirazının dəlilləri: 5.1. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək işin hallarını sadalamış və əlavə olaraq bildirmişdir ki, yoxlanılan dövrdə iddiaçı ilə müxtəlif fiziki şəxslər arasında “Zərgərlik məmulatlarının istehsalı üçün vasitəçilik müqaviləsi” bağlanılmış və müvafiq müqavilələrə əsasən, qızıl məmulatı külçə şəklində təhvil alınaraq sifarişçi ilə razılaşdırılmış eskiz və formaya salınmaqla, sifarişçinin hesabına zərgərlik məmulatlarının istehsalı və hazır məhsul şəklində təhvil verilməsi nəzərdə tutulmuşdur. Müqavilənin şərtlərinə əsasən, istehsal ediləcək hazır məhsul un hər qramı üçün sifarişçi tərəfindən agentə 0,50-4,20 manat məbləğində komisyon ödənilməsi nəzərdə tutulmuşdur. Ümumilikdə, yoxlama ilə əhatə edilən dövr ərzində müvafiq yük gömrük bəyannamələrinə əsasən, “Hemera Kuyumculuk” San. Ve. Tic. LTD" şirkətinə 885 əyara çevrildikdə 70000,96 qram miqdarında 2540969,48 manat məbləğində qızıl külçə ixrac olunduğu və dövr ərzində 585 əyarda 70080,07 qram miqdarında 2768111,24 manat məbləğində (ƏDV-siz) qızıl məmulatlarının idxal edildiyi müəyyən olunmuşdur. Vergi ödəyicisi tərəfindən yoxlamaya ayrı-ayrı şəxslərdən qəbul edilmiş və sifariş verilmiş qızıl məmulatlarının çeşidi barədə, habelə idxal edilmiş qızıl məmulatlarının hansı çeşiddə təqdim edilməsi barədə heç bir sənəd təqdim edilməmişdir. Başqa sözlə, yoxlama zamanı iddiaçı müəssisə tərəfində n Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş “Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi Qaydaları”nın 3.1-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının xx.xx.2016-cı il tarixli Q-09 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ciddi hesabat blanklarının forma və rekvizitlərinin təsdiq edilməsi haqqında” Qərarın tələblərinə əməl olunmadığı müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş “Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ci ddi hesabat blanklarının tərtibi və tətbiqi Qaydaları”nın 3.1-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının xx.xx.2016-cı il tarixli Q-09 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ciddi hesabat blanklarının forma və rekvizitlərinin təsdiq edilməsi haqqında” Qərarın tələbinə əsasən, qızılı şəxslərdən qəbul edərək zərgərlik məmulatlarının hazırlanması öhdəliyini öz üzərinə götürən şəxs 10 nömrəli əlavə “Zərgərlik işləri üçün sifariş qəbzi” tərtib etməli və hazır məhsulların təhvil verilməsi isə 9 nömrəli əlavə “Qiymətli metallardan və qiymətli daşlardan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının təhvil verilməsi haqqında qəbz” ilə rəsmiləşdirilməlidir. Lakin iddiaçı tərəfindən yoxlamaya, o cümlədən məhkəməyə təqdim edilmiş sənədlər arasında qeyd edil ən ciddi hesabat blankları mövcud deyildir. Belə olan təqdirdə, iddiaçının idxal edilmiş malları sifariş alınan şəxslərə geri qaytardığı və həmin malların iddiaçıya məxsus olmadığını sübut edən halların mövcud olmaması bəlli olur. İddiaçı zərgərlik işlərini yerinə yetirməklə məşğul olmadığını və yalnız vasitəçilik xidməti göstərdiyini bildirərək qeyd edilən ciddi hesabat blanklarının onun fəaliyyətinə aid olmadığını qeyd etmişdir, Normativ hüquqi aktda sözügedən ciddi hesabat blankının tərtibi üzrə subyekt ilə bağlı hər hansı məhdudiyyət nəzərdə tutulmamışdır. Yəni, zərgərlik məmulatlarının sifariş verilməsi və həmin məmulatların təhvil verilməsi vergi ödəyicisinin fəaliyyətinin xarakterindən asılı olmayaraq yuxarıda qeyd edilən ciddi hesabat blankları ilə rəsmiləşdirilməlidir. Odur ki, ve rgi orqanı tərəfindən haqlı olaraq idxal olunmuş qızıl məmulatlarının dəyəri vergitutma obyekti hesab edilərək, hesablama həyata keçirilmişdir. 5.2. Bundan əlavə, yoxlama ilə ÖMV-nin azaldılması müəyyən edilmiş, hesablamanın əsası icarəyə götürülmüş təsərrüfat subyekti üzrə bağlanmış icarə müqaviləsinə əsasən hesablanmış verginin hesabat dövrü üçün müəyyən edilən icarə haqqı məbləğindən az göstərilməsi olmuşdur. 5.3. Yoxlama müddətinin qanunsuz olaraq 90 gündən artıq davam etməsi, həmçinin əsassız olaraq yoxlamanın dayandırılması ilə bağlı iddiaçının dəlillərinə münasibətdə qeyd edilmişdir ki, səyyar vergi yoxlamasının gedişində xx.xx.2019-cu il tarixli **********86286 saylı ekspertizanın təyin edilməsi haqqında qərarla xüsusi bilik tələb edən halların müəyyən edilməsi məqsədilə ekspert cə lb edilmiş, lakin ekspert tərəfindən rəyin verilməsinin mümkün olmadığı barədə məktub təqdim edilmişdir. Vergi orqanı vergi qanunvericiliyində nəzərdə tutulmuş hüququndan istifadə edərək, ekspertin cəlb edilməsi haqqında qərar qəbul etmiş və ekspertizanın aparılması səbəbindən yoxlamanı dayandırmışdır. Odur ki, ekspertizanın yekununda ekspert tərəfindən rəy verilməsinin mümkün olmaması ekspertizanın keçirilmədiyinə istinad edərək yoxlamanın müddətinin əsassız dayandırıldığını deməyə əsas vermir. Həmçinin, yoxlamanın gedişində vergi orqanı tərəfindən iddiaçı ilə “Hemera Kuyumculuk@ San. Ve Tic. LTD Şirkəti arasında qarşılıqlı əlaqələrə dair sənədlərin alınması üçün beynəlxalq sorğu göndərilmiş, lakin yoxlama müddətində sorğuya cavab daxil olmamışdır. Sorğuya cavab daxil olmaması vergi orqan ından asılı olmayan hal olduğundan, yoxlamanın əsassız dayandırılmasını deməyə əsas vermir. Belə ki, vergi qanunvericiliyi səyyar vergi yoxlamasını xaricdən sorğuya cavab daxil olanadək 9 aydan artıq olmayan müddətə dayandırmağa imkan verir. Qeyd edilənlərdən də göründüyü kimi, yoxlamanın dayandırılması əsasları tam qanunidir.
6. Məhkəmə araşdırması zamanı ortaya çıxan suallara dair xüsusi bilik tələb olunduğu üçün iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertiza Mərkəzinin təqdim etdiyi xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli ekspert rəylərində qeyd edilmişdir ki, mübahisələndirilən qərarla xx.xx.2016-cı ildən xx.xx.2018-ci il tarixədək olan dövr üzrə "xxxx" MMC-yə əlavə olaraq hesablanmış ƏDV-nin düzgünlüyünü müəyyən etmək mümkün olmamışdır. Həmçin in, səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində müəssisə tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan 107,69 manat məbləğində ödəmə mənbəyində tutulan verginin az hesablanması, 4.081,51 manat məbləğində mənfəət vergisinin artıq hesablanması müəyyən olunmuşdur.
7. Bakı İnzibati Məhkəməsinin (hakim: M.C.Qarayeva) 2-1(112)-399/2022 nömrəli 28 oktyabr 2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, cavabdehin “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********17898 nömrəli qərarı ləğv edilmişdir.
8. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki: 8.1. Məhkəmə Ekspertiza Mərkəzinin təqdim etdiyi xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli ekspert rəyləri ilə iddiaçı müəssis tərəfindən ƏDV-nin yayındırıldığı müəyyən olunmur. 8.2. Yoxlama zamanı cəmiyyət tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2004-cü il tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş “Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi Qaydaları”nın 3.1-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 04 aprel 2016-cı il tarixli Q-09 nömrəli qərarı ilə təsdiq edilmiş “Ciddi hesabat blanklarının forma və rekvizitlərinin təsdiq edilməsi haqqında” qərarın tələblərinə əməl edilmədiyi göstərilmişdir. Halbuki, iş materiallarında tərəflər arasında başlanmış qızılların təhvil-təslim aktları mövcud olmuşdur ki, həmin təhvil-təslim a ktlarının tərtib olunduğu tarixə aktların forması ilə bağlı qanunvericilikdə hər hansı bir tələb nəzərdə tutulmamışdır. Həmçinin, yoxlama aktında vergi ödəyicisi tərəfindən təqdim edilmiş sənədlərə əsasən, ayrı-ayrı şəxslərdən qəbul edilmiş və sifariş verilmiş qızıl məmulatlarının çeşidi barədə heç bir sənəd təqdim edilmədiyi, habelə idxal edilmiş qızıl məmulatlarının çeşidi barədə yoxlamaya heç bir sənəd təqdim edilmədiyi göstərilsə də, iş materiallarında olan sənədlərdən (müqavilələr, təhvil-təslim aktları, gömrük bəyannamələri və. s) görünür ki, vergi ödəyicisinin ayrı-ayrı şəxslərdən aldığı qızıl məmulatları həmin şəxslərə təhvil verilmişdir. Göründüyü kimi, iddiaçı zərgərlik işini yerinə yetirməklə məşğul olmur, bu sahədə emalçı və sifarişçi şəxslər arasında əlaqələndirici xidmət sifa rişlərini yerinə yetirir. Bu cür sifarişlərin yerinə yetirilməsi üçün Mülki Məcəllə ilə tənzimlənən sənədləşmə işlərinin - tərəflər arasında müqavilənin bağlanması, qarşılıqlı öhdəliklər müəyyən edilməsi, aktlar ilə təhvil-təslim həyata keçirilməsi və üzləşmə aktı ilə qarşılıqlı borcların təsdiqlənməsi kifayət edir. Vergi orqanı istifadəsi və tətbiqi qanunla digər fəaliyyət sahəsinə aid olan şəxslər üçün imperativ hesab edilən uçot sənədlərinin öz şəxsi mülahizələrinə əsasən iddiaçı tərəfindən tətbiq edilməməsini qanun pozuntusu kimi qiymətləndirmiş və buna görə iddiaçıya əsassız vergi öhdəliyi müəyyən etmişdir. 8.3. Bundan əlavə, yoxlama ilə qızıl məmulatları təqdim edilmiş kimi qəbul edilərək yoxlamanın son ayına (yəni, 2018-ci ilin sentyabr ayına) əlavə olaraq 498264,88 manat məbləğində ƏDV hesablanmışdır ki, yoxlamanın əhatə etdiyi dövrdə Vergi Məcəlləsində belə bir qayda nəzərdə tutulmamışdır. Həmin qaydada hesablamanın aparılması ilə bağlı maddə (67.15-ci maddə) Vergi Məcəlləsinə 2019-cu ildə əlavə edilmişdir. 8.4. Həmçinin, yoxlama zamanı prosessual pozuntulara yol verilmiş, yoxlama əsassız olaraq uzadılmış və dayandırılmışdır.
9. Həmin qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunması xahiş edilmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: K.H.Əkbərov /sədrlik edən və məruzəçi/, M.N.Tağızadə və P.A.Hüseynov) 03 may 2023-cü il tarixli, 21(103)-1386/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin ed ilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-399/2022 nömrəli 28 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır.
12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
13. Cavabdehin kassasiya şikayətinin dəlillərinin əsasını işin hallarında və iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. Bununla belə, cavabdeh kassasiya şikayətində əlavə olaraq qeyd etmişdir ki, iddiaçı ilə vətəndaşlar arasında olan münasibətlər xidmət münasibətləri deyil, alqı-satqı münasibətləri olmuşdur. Malların müvəqqəti ixrac olunması və emal olunduqdan sonra təkrar idxal olunması həmin malların vətəndaşlara təhvil verilməsi üçün nəzərdə tutulmasının göstəricisi hesab olunmur. İddiaçı rəsmiləşdirmələri başqa cür aparmaqla vergidən yayınma sxemi qurmuşdur.
14. Əlavə olaraq, apellyasiya instansiya məhkəməsi Vergi Məcəlləsinin 67.15-ci maddəsini düzgün tətbiq etməmişdir. Belə ki, həmin maddəyə əsasən, vergi orqanı tərəfindən keçirilən vergi nəzarəti zamanı vergi ödəyicisinin uçot məlumatlarında (mühasibat uçotu və ilkin uçot sənədlərində) göstərilən malların faktiki olaraq onun sahibliyində olmadığı aşkar edildikdə, vergilər həmin halın aşkar edildiyi hesabat dövrü üzrə, səyyar vergi yoxlaması zamanı isə yoxlama ilə əhatə edilən sonuncu hesabat dövrü üzrə hesablanır.
15. Həmçinin, məhkəmə kollegiyası işin halların a da hərtərəfli qiymət verməmişdir. Belə ki, apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, “həmin təhvil-təslim aktlarının tərtib olunduğu tarixə aktların forması ilə bağlı qanunvericilikdə hər hansı bir tələb nəzərdə tutulmamışdır”. Bununla da, məhkəmə iş materiallarında mövcud olan AR Maliyyə Nazirliyinin xx.xx.2005-ci il tarixli, İ-163 nömrəli əmri ilə təsdiq edilmiş “Zərgərlik işləri üçün sifariş qəbzi”nə qiymət verməmiş və həmin sənədləri qiymətləndirməmişdir. Eyni zamanda, iddiaçı tərəfindən X1 xx.xx.2016-cı il tarixli kassa məxaric orderi ilə 01 saylı akta əsasən, 1500 (min beş yüz) manat dəyərində malların alındığı müəyyən olunur ki, bu da iddiaçının alqı-satqı əməliyyatları apardığına dair sübutdur.
16. Xüsusilə, iddiaçı tərəfindən xx.xx.2016-cı il tarixdə AR Maliyyə Nazirliy inə edilən müraciətdə qeyd edilir ki, “Biz qızılların alqı-satqısını həyata keçirmək istəyirik, bu fəaliyyətlə əlaqədar vətəndaşlardan əldə edilmiş qızılın və onlara ödənilmiş nağd pul vəsaitinin dövriyyəsini əhatə edən ciddi hesabat blankı mövcud deyil. Bu həm də xammalın vətəndaşlardan yığılması və xaricdən asılılığın azaldılmasına səbəb olacaq. Toplanan xammal yenidən istehsal olunaraq yerli və dünya bazarına çıxarılacaq”. AR Maliyyə Nazirliyinin xx.xx.2016-cı il tarixli cavab məktubunda qeyd edilir ki, “həmin alqısatqı əməliyyatlarının həyata keçirilməsi zamanı ”Kassa məxaric orderi” ilkin uçot sənədindən istifadə edilməsini məqsədəmüvafiq hesab edirik”. Belə olan təqdirdə, iddiaçının idxal edilmiş malları sifariş alınan şəxslərə geri qaytardığı və həmin malların iddiaçıya məxsus olmad ığını sübut edən halların mövcud olmaması bəlli olur.
17. Sonuncu olaraq, məhkəmənin mötəbər hesab etdiyi ekspert rəylərində hüquqi məsələlərə qiymət verilmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
18. İddiaçı kassasiya şikayətinə etiraz təqdim edərək, şikayətin təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
19. Vergi Məcəlləsi: Maddə 38.1. Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Maddə 38.3. Növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər:... 38.3.5. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsa sında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə; 20. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamə
21. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şik ayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti vaxtında veri lmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir. Növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsinin qanuniliyi
25. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, cavabdehin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2018 -ci il tarixli **********170107 nömrəli qərarı ilə iddiaçının xx.xx.2016-cı ildən xx.xx.2018-ci il tarixədək olan dövrdə sahibkarlıq fəaliyyəti üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir.
26. Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə vergi orqanları tərəfindən növbədənkənar vergi yoxlaması keçirilə bilər.
27. Cavabdeh “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2018-ci il tarixli **********170107 n ömrəli Qərarında yalnız Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə istinad etməklə kifayətlənmiş və qərarda vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan məlumat göstərilməmişdir.
28. Məhkəmə kollegiyası növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsinin qanuniliyi ilə bağlı bir daha qeyd etməyi zəruri hesab edir ki, Vergi Məcəlləsinin 38-ci maddəsi səyyar vergi yoxlamasının iki növünü müəyyən etmişdir: növbəti və növbədənkənar. Vergi orqanı hər iki yoxlamanın keçirilməsi ilə bağlı qərar qəbul etsə də, sözügedən qərarlar inzibati akt hesab edilmirlər. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlan dığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formal aşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir. Vergi Məcəlləsinin 38, 39 və 49-cu maddələrinin birgə təhlili onu deməyə əsas verir ki, səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərar özü-özlüyündə vergi ödəyicisi üçün hüquqi nəticə yaratmır. Belə ki, aparılan yoxlamanın nəticələri Vergi Məcəlləsinin 39.1-ci maddəsinə müvafiq olaraq səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilir və həmin akt əsasında vergi orqanının rəhbəri (rəhbərin müavini) Vergi Məcəlləsinin 49.1-ci maddəsində nəzərdə tutulan qərarlardan birini qəbul edir. Göründüyü kimi, səyyar vergi yoxlamasının keçirilməsi barədə qərar, həmin yoxlamanın nəticələrinin rəsmiləşdirildiyi akt hələ vergi ödəyicisinin vergi məsuliyyətini müəyyən etmir (başqa sözlə, hüquqi nə ticə yaratmır), vergi məsuliyyətinin yaranması üçün vergi orqanının rəhbərinin məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edilməsidir (Vergi Məcəlləsinin 38.3.5-ci maddəsi).
29. Belə ki, növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi əsaslarının qanunvericiliklə dəqiq və həm də qapalı şəkildə müəyyən edilməsi, bir tərəfdən, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu zaman həm də nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır. Bu onunla bağlıdır ki, səlahiyyətverici normanın məzmununa görə, cavabdeh belə yoxlamanı keçirə bilər, lakin bunu bütün hallarda və həmişə etməyə borclu deyil. Əgər inzibati orqan növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə qərara gəlmişdirsə, onda VM-nin 38.3-cü maddələrinin müddəaları baxımından diskresion səlahiyyətindən niyə məhz bu qaydada istifadə etməsini açıqlamaq və əsaslandırmaq öhdəliyi daşıyır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin, o cümlədən də iddiaçının inzibati orqandan diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. İnzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarəti həmin orqanlar, o cümlədən cavabdeh tərəfindən diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsininin yoxlanılmasını da ehtiva edir.
30. Bu baxımdan, növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə, qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından, cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, habelə yoxlamanın başlanılmasını zəruri edən halları və məl umatları öz qərarında əsaslandırmağa borcludur.
31. Hazırkı iş üzrə isə cavabdeh növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə qərarında Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə (mənbəyi bəlli olan əlaqəli məlumat) istinad etməklə kifayətlənmiş, növbədənkənar yoxlamanın keçirilməsinin zəruriliyini şərtləndirən halları göstərməmiş, diskresion səlahiyyətlərindən bu formada istifadənin vacibliyini əsaslandırmamışdır.
32. Nəzərə alınmalıdır ki, hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından, cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, habelə yoxlamanın başlanılmasını zəruri edən halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Bununla yanaşı, nəzərə almaq lazımdır ki, vergi orqanı ümumiyyətlə bu və ya digər yoxlama tədb irini seçərkən həmin tədbirin həyata keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslara bağlıdır və həmin əsaslara istinad etməlidir. Bu zaman həm də xüsusilə nəzərə alınmalıdır ki, növbədənkənar vergi yoxlaması növbəti deyil, məhz növbədənkənar və bu baxımdan əlahiddə yoxlama olduğuna görə, onun başlanılması haqqında qərar, yoxlamanın zəruriliyini şərtləndirən vergi qanunvericiliyində təsbit olunmuş əsaslar və hallar, diskresion səlahiyyətlərin legitim məqsədləri və mütənasiblik prinsipinin tələbləri baxımından daha ətraflı şəkildə açıqlanmalı və daha ciddi şəkildə əsaslandırılmalıdır. Qeyd olunmalıdır ki, mübahisəyə baxılması və onun həll edilməsi zamanı məhkəmə mübahisə predmeti olan qərarın qanuna uyğunluğuna həm də cavabdeh tərəfindən istinad olunan həmin əsaslar üzərindən qi ymət verır. “Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi barədə” qərarın sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmaması
33. Hazırkı iş üzrə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən Çıxarışa əsasən, əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi barədə qərar qeydiyyatdan keçməmişdir. Oxşar işlər üzrə məhkəmənin icraatında olan işlərdə, həmçinin hazırkı iş üzrə də vergi orqanının əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi barədə qərarının “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndə qeydə alınmalı olması ilə bağlı dəlili ondan ibarət olmuşdur ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”də əlavə vergi yoxlam ası tədbirlərinin keçirilməsi barədə qərarların Reyestrə daxil edilməli olması barədə imperativ norma yoxdur.
34. Məhkəmə kollegiyası bu mövqe ilə bağlı qeyd edir ki, sahibkarlıq sahəsində aparılan yoxlamaların əsaslarının, aparılma qaydasının, müddətinin qanunvericiliklə dəqiq və hərtərəfli şəkildə müəyyən edilməsi bir tərəfdən sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Aparılan yoxlamalar barədə məlumatların reyestrə daxil edilməsi də inzibati orqanlar tərəfindən sahibkarların fəaliyyətinə edilən müdaxilələrin qanuniliyinə nəzarətetmə üsullarından biridir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin müddəalarına əsasən o yoxlamalar Reyestrdə qeydə alınmalıdır ki, inzibati orqanlar həmin yoxlamanı sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində həyata keçirirlər.
35. Vergi qanunvericiliyinin müddəalarına əsasən, vergi orqanlarının vergi ödəyiciləri tərəfindən hesablanmış vergilərin düzgünlüyünün yoxlanılması üçün həyata keçirdiyi tədbirlərdən biri – səyyar vergi yoxlamasının aparılmasıdır ki, həmin yoxlama vergi ödəyicisinin, yəni sahibkarın fəaliyyətinin həyata keçirildiyi yerə gəlməklə aparılır. Səyyar vergi yoxlamasının nəticələri üzrə vergi yoxlaması aktı tərtib edilir və səyyar vergi yoxlamasının materialla rına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri tərəfindən Vergi Məcəlləsinin 49.1-ci maddəsinə əsasən əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilə bilər.
36. Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi isə o mənaya gəlir ki, vergi orqanın səyyar vergi yoxlamasının nəticələri üzrə tərtib etdiyi akt öz əhəmiyyətini itirir və yenidən yoxlama keçirilməklə yeni akt qəbul edilir. Başqa sözlə, vergi orqanı yenidən vergi ödəyicisinin (sahibkarın) fəaliyyətini həyata keçirdiyi yerə gəlməklə onun sahibkarlıq fəaliyyəti ilə bağlı yoxlama aparır, vergi ödəyicisi tərəfindən vergilərin düzgün hesablanıbhesablanmadığını yoxlayır.
37. Vergi orqanı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasn amə”nin müddəalarında birbaşa olaraq əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında qərarın Reyestrdə qeydə alınmalı olmasına dair müddəa nəzərdə tutulmadığını qeyd etsə də, həmin Əsasnamənin müddəalarının ümumi təhlili onu deməyə əsas verir ki, nə qədər ki, əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi faktiki olaraq ilkin səyyar vergi yoxlamasının keçirilməsindən fərqlənmir və vergi ödəyicisinin (sahibkarın) fəaliyyətinin həyata keçirildiyi yerə gəlməklə aparılır, eyni zamanda vergi orqanına ilkin yoxlama zamanı verilən bütün hüquqları verir, bu halda həmin yoxlama da ilkin yoxlama kimi qeydə alınmalıdır. Mübahisələndirilən qərarla hesablanmış ödəmə mənbəyində verginin və vergi hesabatının və arayışının vaxtında verilməməsinə görə tətbiq edilmiş 240 manat maliyyə sanksiyasını n qanuniliyi ilə bağlı qeydlər
38. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, mübahisələndirilən qərarla iddiaçı müəssisəyə 2016-cı ilin ÖMV üzrə 30,70 manat əlavə vergi, 2018-ci ilin ÖMV üzrə 76,99 manat əlavə vergi və 38,50 manat maliyyə sanksiyası hesablanmış, həmçinin Vergi Məcəlləsinin 58.1 maddəsinə əsasən vergi hesabatını və ya Vergi Məcəlləsinin 16.2-ci maddəsində nəzərdə tutulmuş arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim etmədiyinə görə 240 manat maliyyə sanksiyası tətbiq edilmişdir.
39. İşə baxan aşağı instansiya məhkəmələri tərəfindən mübahisələndirilən qərar qeyd edilən hissələrdə də ləğv edilməsinə baxmayaraq, qərarların əsaslandırılmasında buna münasibət bildirilməmişdir.
40. Məhkəmə kollegiyası hesab edir ki, qeyd ol unan hesablamalar və maliyyə sanksiyasının düzgün tətbiq edilib-edilməməsi istiqamətində əlavə araşdırmanın aparılmasına zərurət yoxdur. Çünki, hətta qərarda əks olunmuş həmin məbləğlər əsaslı olsa belə, vergi orqanı tərəfindən aparılan yoxlama üzrə kobud prosessual pozuntulara yol verildiyindən (növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsinin əsaslandırılmaması; əlavə vergi yoxlamasının reyestrdə qeydiyyatdan keçməməsi) hesablama qanunsuzdur.
41. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən qərar qanunvericiliyin tələblərinə uyğun olmadığından qərarın ləğv edilməsi barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.
42. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin ed ilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 may 2023-cü il tarixli, 21(103)-1386/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.