Məhkəmə qərarları › İş №2-1(102)-1996/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1996/2024

25.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1996/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kirayə müqaviləsinin bağlanılmasından imtina) 25.09.2024 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı “kirayə müqaviləsinin bağlanılması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2024-cü il tari xli, 2-1(103)971/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışa əsasən, xx.xx.1959-cu il təvəllüdlü iddiaçı xx.xx.2005-ci il tarixdən ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır.

2. Bakı şəhəri Mənzil-Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyi 139 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışda qeyd edilmişdir ki, iddiaçı 1981-ci ildən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, B.Məmmədkərim (Kotovski) küçəsi 9 saylı evin 4 saylı mənzilində qeydiyyatdadır. 3. “Suraxanıneft” NQÇİ tərəfindən verilmiş xx.xx.2002-ci il tarixli rəydən görünür ki, Yeni Suraxanı qəsəbəsi, Kotovski küçəsi, ev 9, mənzil 4 ünvanındakı yaşayış sahəsi 35,9 kv.m-dən ibarət olan 2 otaqlı mənzilin mənzil və kommunal xidmətləri haqqını ödəmək üçün iddiaçının adına 2 nəfər ailə tərkibi ilə (özü və əri) maliyyə hesabat vərəqəsinin açılması və bununla bağlı MKT-nin mühasibatlığında müvafiq dəyişiklik edilməsi barədə rəy verilmişdir.

4. AZ-İ 985640 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən, iddiaçının əri X1 xx.xx.2018-ci il tarixdə ölmüşdür.

5. İddiaçı cavabdehə müraciət edərək, onun adına Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Kotovski küçəsi, 9 saylı evin 4 saylı mənzilinə dair kirayə müqaviləsinin bağlanılması barədə sərəncam verilməsini xahiş etmişdir.

6. Ba kı şəhər İcra Hakimiyyəti başçısının Mənzil-Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatı Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, hər hansı təşkilatın balansında olan yaşayış sahəsi yalnız həmin təşkilatla əmək münasibətləri olan işçilərə verilirdi. Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Kotovski küçəsi, ev 9 ünvanında yerləşən dövlət mənzil fonduna aid olan 4 saylı mənzilin alqı-satqı ilə əldə edilməsi tam olaraq qanuna ziddir. xx.xx.2002-ci il tarixli, 100 nömrəli rəyin arxiv sənədləri (həmkarlar təşkilatının protokolu və s.) aidiyyəti MKİS-in arxivində olmadığından, qeyd edilən arxiv sənədlərini (alqı-satqı müqaviləsini, həmkarlar təşkilatının protokolunu və s.) təqdim etdikdən sonra iddiaçı nın müraciətinə təkrar baxıla bilər.

7. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Kotovski küçəsi, ev 9, 4 saylı mənzilin dövlət qeydiyyatından keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir.

8. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Sosial İnkişaf İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Yeni Suraxanı qəsəbəsi, Kotovski küçəsi, ev 9, mənzil 4 ünvanındakı yaşayış sahəsi 35,9 kv.metrdən ibarət olan 2 otaqlı mənzilin mənzil və kommunal xidmətləri haqqını ödəmək üçün iddiaçının adına 2 nəfər ailə tərkibi ilə (özü və əri) maliyyə hesabat vərəqəsinin açılması barədə “Suraxanıneft” NQÇİ-nin xx.xx.2002-ci il tarix li, 100 nömrəli rəyi və onun verilməsi üçün əsas olan hər hansı sənəd İdarədə tapılmadı. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 435s nömrəli sərəncamına əsasən, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətləri Departamentinin balansında olan yaşayış binaları, yataqxanalar və qeyriyaşayış sahələri onlara aid sənədlərlə birlikdə Bakı şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamentinin balansına verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

9. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Kot ovski küçəsi, 9 saylı evin 4 saylı mənzilinə dair kirayə müqaviləsinin onun adına bağlanılması barədə sərəncam verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Kotovski küçəsi, 9 saylı evin 4 saylı mənzili xx.xx.1959-cu il tarixli, 01869 nömrəli order əsasında X2 istifadəsinə verilmişdir. Həmin orderin əsli iddiaçıda mövcuddur. Həmin mənzilə dair X4 ilə iddiaçı arasında alqı-satqı həyata keçirilmiş və mənzilin dəyəri tam olaraq ödənilmişdir. Mənzil “Suraxanıneft” NQÇİ-nin balansında olduğundan, xx.xx.2002-ci il tarixdə verilmiş 100 nömrəli rəy əsasında mənzilin alqı-satqısı həyata keçirilmiş və iddiaçı 2 nəfər ailə tərkibi ilə qeyd olunan mənzildə q eydiyyata alınmaqla, həmin mənzilin şəxsi hesab vərəqəsinin onun adına açılması müəyyən edilmişdir. Lakin həmin vaxtlar orderin onun adına dəyişdirilməsi, hər hansı formada onunla müqavilə bağlanması mümkün olmamışdır. Orderdə adı qeyd olunan şəxslərin heç biri həmin ünvanda qeydiyyatda deyil və 30 ildən artıq müddətdir ki, həmin ünvanda yaşamırlar. 2002-ci ildən hal-hazırkı vaxtadək həmin mənzillə bağlı hər hansı mübahisə olmamışdır. Qeyd olunan mənzildə yalnız iddiaçı qeydiyyatdadır, həmin mənzildə daimi olaraq yaşayır və mənzilə dair kommunal xidmətləri təkbaşına ödəyir. Həmin mənzilə dair istifadə və sahiblik hüququ vardır. İddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək, həmin mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın döv lət reyestrində qeydə alınmasını xahiş etsə də müraciəti təmin edilməmişdir.

11. Cavabdehin iddiaya qarşı etirazında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 435s nömrəli sərəncamının icrası haqqında Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli, 029 nömrəli sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər Departamentinin balansında olan sosial-mədəni və məişətkommunal təyinatlı obyektlər, o cümlədən ünvan 3 ünvanında yerləşən yaşayış binası dövlət mənzil fonduna aid olmaqla 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında və həmin Birliyin 139 saylı MKİS-in xidmət dairəsindədir. İddiaçı tərəfindən dövlət mənzil fonduna aid Suraxanı r ayonu, Yeni Suraxanı qəsəbəsi, Kotovski küçəsi, 9 saylı binanın 4 saylı mənzilinə köçməsinə əsas verən hüquqmüəyyənedici sənəd (order, sərəncam, qərar və s.) təqdim edilməmişdir. xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 50-ci maddəsinə görə, Azərbaycan SSR ərazisində mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların uçotunu və yaşayış sahələrinin bölüşdürülməsinin nümunəvi qaydalarını Azərbaycan SSR Nazirlər Soveti təsdiq edir. Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1983-cü il tarixli, 418 nömrəli (hazırda qüvvədə olan) qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR ərazisində mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydaları”nın 14-cü bəndinə görə, iş yerində uçota götürülmüş vətənd aşların siyahıları (2 nömrəli əlavə) və onların uçot işləri qərarın qəbul edildiyi vaxtdan 10 gündən gec olmayaraq, müdiriyyət və həmkarlar ittifaqı komitəsi tərəfindən yerli X3 İcraiyyə Komitəsinin təsdiqinə verilir. Mənzil Məcəlləsinin 51-ci maddəsinə görə, kirayə müqaviləsinin bağlanması mənzil hüquq münasibətlərində orderdən sonrakı mərhələdir. Həmin normaya əsasən dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsinin icarə müqaviləsi, yaşayış sahəsi orderi əsasında, kirayədarla – mənzil istismar təşkilatı (belə təşkilat olmadıqda isə, idarə, təşkilat) ilə icarədar – adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanılır. İddiadan və əlavə edilən sənədlərdən görünür ki, “Suraxanıneft” NQÇİ-nin xx.xx.2002-ci il tarixli, 100 nömrəli rəyi ilə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Kotovski küçəsi, 9 saylı evin, yaşayış sahəsi 35,9 kv.metr olan 2 otaqlı 4 saylı mənzilinə kommunal xidmət haqlarının ödənilməsi üçün açılmış maliyyə hesab vərəqəsi də, heç bir rəsmi hüquqmüəyyənedici sənəd olmadan, iddiaçıya qanunla müəyyən edilmiş qaydada ayrılmayan mənzilə dair açılmışdır. İddiaçı əvvəlcə qeyd edilən ünvanda yerləşən evin 4 saylı mənzilində heç bir hüquqi əsas olmadan məskunlaşmış, qeydiyyata alınmışdır. Hazırkı iddia ilə isə heç bir hüquqi əsas olmadan məskunlaşdığı mənzilə dair kirayə müqaviləsinin adına bağlanılması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb edir. “Suraxanıneft” NQÇİ-nin xx.xx.2002-ci il tarixli, 100 nömrəli rəyi ilə bağlı arxiv sənədi təqdim edilmədiyindən, həmin sənədin verilməsi və həqiqiliyi şübhə doğurur. İddiaçını n sözügedən mənzildə qeydiyyatda olması da mənzil üzərində hüquqlarının yaranmasına, onun hüquqi statusuna təsir göstərmir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci maddəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər.

12. Bakı İnzibati Məhkəməsinin (hakim: Nəriman Abıyev) 03 oktyabr 2023-cü il tarixli, 2-1(112)-11653/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Kotovski küçəsi, ev 9 ünvanında yerləşən 2 otaqlı, ümumi sahəsi 35,9 kv.metr olan 4 saylı mənzilə dair iddiaçının adına kirayə müqaviləsinin bağlanmasına dair sərəncam verilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.

13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli mənzilin keçmiş balanssaxlayıcısı olan “Suraxanıneft” NQÇİ-nin xx.xx.2002-ci il tarixli, 100 nömrəli rəyi ilə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Kotovski küçəsi, 9 saylı evin, yaşayış sahəsi 35,9 kv.metr olan 2 otaqlı 4 saylı mənzilinə kommunal xidmət haqlarının ödənilməsi üçün iddiaçının adına maliyyə hesab vərəqəsi açılmışdır. Məhkəmə hesab edir ki, iddiaçı mübahisə predmeti olan mənzildə 1981-ci ildən fasiləsiz olaraq faktiki yaşadığından, mənzilin hazırkı balanssaxlayıcısı olan orqan cavabdehdən onun mənzilin icarədarı sayılmaqla kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsini tələb etməkdə haqlıdır. Məhkəmə qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, i ddiaçı mübahisəli mənzildə 1981-ci il tarixdən yaşadığından və sonuncuya digər yaşayış sahəsinin verilməsi təklif olunmadığından, cavabdeh inzibati orqan yaşayış yeri üzrə qeydiyyatda olmaqla, istifadə hüququ olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Kotovski küçəsi, ev 9 ünvanında yerləşən 2 otaqlı, ümumi sahəsi 35,9 kv.metr olan 4 saylı mənzilə dair iddiaçı ilə kirayə müqaviləsinin bağlanması barədə sərəncam qəbul etməməkdə haqlı olmamışdır.

14. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Şərafət Məmmədova /sədrlik edən və məruzəçi/, Cahangir Yusifov və Pərviz Hüseynov) 27 fevral 2024-cü il tarixli, 2-1(103)-971/2024 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş və iddia təmin olunmamışdır.

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, iddiaçının sərəncam verilməsi öhdəliyinin qoyulmasını tələb etdiyi Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Kotovski küçəsi, ev 9 ünvanında yerləşən 2 otaqlı, ümumi sahəsi 35,9 kv.metr olan 4 saylı mənzil dövlət mənzil fonduna aid olmaqla iddiaçının həmin mənzilə köçməsinə əsas verən hüquqmüəyyənedici sənəd (order, sərəncam, qərar və s.) aşkar edilməmişdir. “Suraxanıneft” NQÇİ-nin xx.xx.2002-ci il tarixli, 100 nömrəli rəyi ilə həmin mənzilə dair kommunal xidmət haqlarının ödənilmə si üçün açılmış maliyyə hesab vərəqəsi də, heç bir hüquqmüəyyənedici sənəd olmadan, iddiaçıya qanunla müəyyən edilmiş qaydada ayrılmayan mənzilə dair açılmışdır. İddiaçı qeyd edilən mənzildə heç bir hüquqi əsas olmadan qeydiyyata alınmış və heç bir hüquqi əsas olmadan qeydiyyata alındığı mənzilə dair kirayə müqaviləsinin adına bağlanılması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb edir.

17. Bundan başqa “Suraxanıneft” NQÇİ-nin xx.xx.2002-ci il tarixli, 100 nömrəli rəyi ilə bağlı arxiv sənədi təqdim edilmədiyindən, həmin sənədin verilməsi və həqiqiliyi də təsdiq olunmur. Belə ki, məhkəmənin müvafiq sorğularına cavab olaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Sosial İnkişaf İdarəsinin xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, sözügedən mənzilə da ir mənzil və kommunal xidmətləri haqqının ödənilməsi üçün iddiaçının adına 2 nəfər ailə tərkibi ilə maliyyə hesabat vərəqəsinin açılması barədə “Suraxanıneft” NQÇİ-nin xx.xx.2002-ci il tarixli, 100 nömrəli rəyi və onun verilməsi üçün əsas olan hər hansı sənəd İdarədə tapılmamışdır. 18. “Suraxanıneft" NQÇİ-nin xx.xx.2002-ci il tarixli, 100 nömrəli rəyinin həqiqiliyi birinci instansiya məhkəməsində araşdırma zamanı da təsdiqini tapmamışdır. Belə ki, məhkəmə qərarında göstərilmişdir ki, qeyd edilən mənzil xx.xx.1959-cu il tarixli, 01869 nömrəli order əsasında X2 istifadəsinə verilmişdir. Onunla iddiaçı arasında alqı-satqı həyata keçirilmiş və mənzilin dəyəri tam ödənildikdən sonra xx.xx.2002-ci il tarixli, 100 nömrəli rəy verilmişdir. 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birli yinin xx.xx.2023-cü il tarixli məktubu ilə belə bir halın qanunazidd olduğu bir mənalı şəkildə qeyd edilmişdir. Məhkəmə kollegiyası diqqətə çəkir ki, müəssisə ilə iddiaçının özü və həyat yoldaşı əmək münasibətlərində olmadıqlarından onlara qeyd edilən rəy verilə bilməzdi.

19. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri

20. İddiaçının kassasiya şikayətinin əsasının mahiyyətcə onun iddia ərizəsinin dəlilləri təşkil edir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 22. 2009-cu ilin оktyаbrın 1-dək qüvvədə olmuş Azərbaycan SSR-in Mənzil Məcəlləsi Maddə

48. Dövlət və ictimai mənzil fondu evində yaşayış sahəsinə köçmək üçün yeganə əsas verən sənəd order sayılır. Maddə

50. Azərbaycan SSR ərazisində mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların uçotunu və yaşayış sahələrinin bölüşdürülməsinin nümunəvi qaydalarını Azərbaycan SSR Nazirlər Soveti təsdiq edir. Maddə

52. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsinin icarə müqaviləsi, yaşayış sahəsi orderi əsasında, kirayədarla – mənzil istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar – adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanılır.

23. Azərbaycan SSR Nazirlər Sovetinin 1983-cü il 14 oktyabr tarixli, 418 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR ərazisində mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vət əndaşların uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydaları”

14. İş yerində uçota götürülmüş vətəndaşların siyahıları (2 nömrəli əlavə) və onların uçot işləri qərarın qəbul edildiyi vaxtdan 10 gündən gec olmayaraq, müdiriyyət və həmkarlar ittifaqı komitəsi tərəfindən yerli xalq deputatları Soveti icraiyyə komitəsinin təsdiqinə verilir.

28. Yaşamaq üçün vətəndaşlara verilən yaşayış sahəsi həmin yaşayış məntəqəsinin şəraitinə müvafiq surətdə abad olmalı, müəyyən edilmiş sanitariya tələblərinə və texniki tələblərə cavab verməlidir. Avariyalı və çox köhnəlmiş evlərdə, zirzəmilərdə, baraklarda və yaşayış üçün uyğunlaşdırılmamış digər tikililərdə, habelə sökülməli, əsaslı təmir edilməli, yaxud qeyri-yaşayış evləri sırasına keçirilməli olan evlərdə boşalmış yaşayış sahəsinə vətəndaşların köçürülməsinə yol verilmir.

24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1984-cü il 2 mart tarixli, 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşayış sahələrindən istifadə edilməsi, yaşayış evinin və evlərətrafı ərazinin saxlanması Qaydaları”

1. Yaşayış sahəsindən istifadə üçün kirayəçilər və mənzil istismar təşkilatı arasında dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini kirayə haqqında təsdiq edilmiş birtipli müqavilə əsasında yazılı surətdə müqavilə bağlanır.

25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarını n tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiy ası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

26. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

27. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə bax ılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

29. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

30. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

31. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Kotovski küçəsi, 9 saylı evin 4 saylı mənzilinə dair onunla kirayə müqaviləsinin bağlanılması barədə cavabdeh tərəfindən sərəncam verilməsinə nail olmaqdan ibarətdir.

32. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından sözügedən mənzilə dair iddiaçı ilə kirayə müqaviləsinin bağlanılması üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışd ır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

33. Apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları da düzgün tətbiq edilmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

34. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır.

35. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şik ayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

36. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2024-cü il tarixli, 21(103)-971/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar