Məhkəmə qərarları › İş №2-1(102)-1997/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1997/2022

06.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1997/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bağ sahəsinə dair çıxarışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 06.12.2022 hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx xxx 1954-cü il, FİN: xxxxxxx) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X4, X15, X16 və X17) “çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apelly asiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 iyun 2022-ci il tarixli, 2-1(103)-613/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət Arxivinin Bakı Filialının 1513 №- li, 17 sentyabr 2019-cu il tarixli arxiv arayışına əsasən Bakı şəhəri İcraiyyə Komitəsinin 19 oktyabr 1990-cı il tarixli, 7/348 №-li qərarı ilə iddiaçıya 102 №-li BTK-nın nəzdində olan Görədil massivində sahəsi 0,12 ha bağ sahəsi ayrılmışdır.

2. Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin X3 və X13 bağlar sahəsindəki 102 №-li kooperativinin xx.xx.1991-ci il tarixli, B/S №-li orderinin təsdiq edilmiş surətinə əsasən Bakı şəhəri İcraiyyə Komitəsinin 19 oktyabr 19 90-cı il tarixli, 7/348 №-li qərarı ilə X10 Görədil bağ sahəsində 102 №-li BTK-nın nəzdində 0,12 ha torpaq sahəsi olan 889K №-li bağ ayrılmışdır.

3. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət Arxivinin Bakı Filialının 1700 №- li, xx.xx.2015-ci il tarixli arxiv arayışından görünür ki, Bakı şəhəri İcraiyyə Komitəsinin 19 noyabr 1990-cı il tarixli, 7/386 №-li qərarına əsasən X11 102 №-li BTK-nın nəzdində olan Görədil massivində sahəsi 0,12 ha bağ sahəsi ayrılmışdır.

4. Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin X3 və X13 bağlar sahəsindəki 102 №-li kooperativinin B/S №-li orderinin surətindən görünür ki, Bakı şəhəri İcraiyyə Komitəsinin 19 noyabr 1990-cı il tarixli, 7/386 №-li qərarına əsasən X11 Görədil bağ sahəsində 102 №-li BTK-nın nəzdində 0,12 ha torpaq sahəsi olan 857b №-li bağ ayrılmışdır.

5. Cavabdehin 30 sentyabr 2019-cu il tarixli məktubuna əlavə edilmiş sənədlərə əsasən Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin X3 və İstismarı Birliyi iddiaçının bağ sahəsinin alınması haqqındakı ərizəsinə baxılaraq onu qeydiyyata götürmüş, növbəlik qaydasına uyğun olaraq bağ tikinti kooperativinin birində bağ sahəsi ilə təmin olunacağı bildirilmişdir. BTK tərəfindən 102 №-li kooperativə xx.xx.1991-ci il tarixdə məktub ünvanlanaraq Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 19 oktyabr 1990-cı il tarixli, 7/348 №li qərarına əsasən İddiaçı 102 №-li kooperativinin tərkibində bağ sahəsi verilməsinə icazə verildiyi bildirilmişdir.

6. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 2 aprel 2019-cu il tarixli məktubda qeyd edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Görədil bağ mass ivi ünvanında yerləşən 889 K saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2019-cu il tarixli ərizəsinə baxılmışdır. Müraciəti ilə əlaqədar olaraq bildirilir ki, bağların bölgüsünə dair sxematik xəritədə “889K” nömrəsi yoxdur. Həmçinin elektron kadastr məlumatlarına əsasən bağ sahəsinin nömrəsi bağ nömrələrinin ardıcıllığına uyğun deyil. Bundan əlavə, göstərilən əraziyə digər şəxs tərəfindən müraciət olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, İcraiyyə Komitəsinin 19 oktyabr 1990-cı il tarixli, 7/348 nömrəli qərarına əsasən ona ayrılmış Bakı şəhəri, Binəqədi rayonu, Görədil b ağlar sahəsində 102 saylı Bağlar Tikinti Kooperativi nəzdində 0,12 ha ölçüsündə 889K nömrəli bağ sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. İddiaçı iddia ərizəsinə əlavə təqdim edərək Bakı şəhər İcraiyyə Komitəsinin 19 oktyabr 1990-cı il tarixli, 7/348 nömrəli qərarına və xx.xx.1991-ci il tarixli, 889k bağ sahəsinin orderinə əsasən ayrılmış, Bakı şəhəri, Binəqədi rayonu, Görədil bağlar sahəsindəki ünvan üzrə faktiki istifadə və sərəncamında olan 0,12 ha ölçüsündə bağ sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehə h əvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması:

9. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcraiyyə Komitəsinin 19 oktyabr 1990-cı il tarixli, 7/348 nömrəli qərarına əsasən ona Bakı şəhəri, Binəqədi rayonu, Görədil bağlar sahəsində 102 saylı Bağlar Tikinti Kooperativi nəzdində 0,12 ha ölçüsündə 889k nömrəli bağ sahəsi ayrılmışdır. Buna dair ona 102 saylı BTK tərəfindən müvafiq order də təqdim edilmişdir. Bağ sahəsi verildiyi vaxtdan onun istifadəsindədir və ona qulluq edir. O, bağ sahəsinə hüquqlarının qeydiyyata alınması ilə bağlı cavabdeh İdarəyə müraciət etmişdir. Lakin cavabdeh təşkilat məsələnin həllindən imtina etmişdir. İmtina barədə 02 aprel 2019-cu il tarixli, **********89 nömrəl i məktubda göstərilmişdir ki, sxematik xəritədə 889k nömrəsi yoxdur. Həmçinin bağ sahəsinin nömrəsi bağ nömrələnmə ardıcıllığına uyğun deyil. Bundan əlavə göstərilən əraziyə dair digər fiziki şəxs tərəfindən müraciət edilib. Hesab edir ki, cavabdehin imtinası əsassız və qanunsuzdur. Belə ki, Bakı şəhər İcraiyyə Komitəsinin 19 oktyabr 1990-cı il tarixli, 7/348 nömrəli qərarına əsasən ona Bakı şəhəri, Binəqədi rayonu, Görədil bağlar sahəsində 102 saylı Bağlar Tikinti Kooperativi nəzdində 0,12 ha ölçüsündə 889k nömrəli bağ sahəsinin verilməsinə dair orderin qanuniliyi cavabdeh tərəfindən mübahisələndirilmir və mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Bundan başqa, imtina məktubundan göstərilən digər hallar da qanunla imtinanın əsas ları kimi müəyyən edilməmişdir. Belə ki, digər hər hansı fiziki şəxsin müraciəti imtinanın əsası kimi müəyyən edilməmişdir. Bununla belə, həmin mübahisəyə dair ekspertiza rəyi və məhkəmə qərarları mövcuddur. Həmin mübahisəyə dair iş üzrə verilmiş 18 sentyabr 2018-ci tarixli, 11303 nömrəli ekspert rəyindən göründüyü kimi X11 ayrılmış 857 B nömrəli torpaq sahəsi həmin koordinatlardan aralıda **********96 reyestr nömrəsilə digər şəxsin adına qeydiyyatdan keçmişdir. Eyni zamanda, ona bağ sahəsi daha əvvəl ayrılmışdır. 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 23 oktyabr 2018-ci il tarixli, 2-1(81)-1669/2018 saylı qərarı ilə bağ sahələrinin üst-üstə düşmədiyi öz təsdiqini tapmışdır. Qeyd edilən faktlar məhkəmə qərarında öz əksini tapdığı üçün onların yenidən sübutuna ehtiyac yoxdur. Cavabdehin etirazları:

10. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsaslarına görə ərizəyə əlavə olunmuş sənədlər surətdir. Bağların bölgüsünə dair sxematik xəritədə “889K” nömrəsi yoxdur. Həmçinin elektron kadastr məlumatlarına əsasən bağ sahəsinin nömrəsi bağ nömrələrinin ardıcıllığına uyğun deyil. Bundan əlavə, göstərilən əraziyə digər fiziki şəxs tərəfindən müraciət olunub. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və iddiaçıya 02 aprel 2019-cu il tarixli, **********89 saylı cavab məktubu ünvanlanmışdır. İdarə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.

11. Məhkəmənin xx.xx.2019-cu i l və xx.xx.2020-ci il tarixli qərardadları ilə X4, X15, X16 və X17 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər.

12. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış 2 oktyabr 2020-ci il tarixli, 06 noyabr 2020-ci il tarixli məktublardan və onlara əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Görədil qəsəbəsində yerləşən 857b saylı bağ sahəsinin icarəyə verilməsinə dair keçmiş X3 və İstismarı Birliyi ilə X21 arasında 29 dekabr 2001-ci il tarixli, 30524 nömrəli müqavilə bağlanılmışdır. Həmin müqaviləyə əsasən sözügedən bağ sahəsi xx.xx.2016-cı il tarixdə X18 adına dövlət reyestrində qeydiyyatdan keçmişdir. Daha sonra Arif Vəliyev məlumatlandırma icraatı qaydasında həmin bağ sahəsində tikdiyi evin qeydiyyata alınmasını xahiş etmişdir. Görədil qəsəbəsində y erləşən 857b saylı torpaq sahəsi və üzərində ümumi sahəsi 119.8 kv.m olan bağ evi vahid əmlak kimi xx.xx.2018-ci il tarixdə X18 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır, hazırda mülkiyyətindədir. Məlumat üçün bildirilir ki, Bakı şəhər İcraiyyə Komitəsinin 19 noyabr 1990-cı il tarixli, 7/386 nömrəli qərarına əsasən X11 102 nömrəli BTK nəzdində Bakı şəhəri, Binəqədi rayonu, Görədil qəsəbəsində, 0.12 hektar torpaq sahəsi olan 857b nömrəli bağ sahəsinin ayrılmasına dair B/S nömrəli order İdarənin arxivində mövcuddur.

13. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış 17 noyabr 2020-ci il tarixli məktuba əlavə edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Görədil bağlar sahəsindəki 102 saylı Bağlar Tikinti Kooperativi nəzdində 0,12 ha ölç üsündə 889 k nömrəli bağ sahəsi kimi iddia etdiyi və naturada göstərdiyi 1269,0 kvm. bağ sahəsinin sərhədləri üç tərəf qonşu hasarlar, qalan tərəf şərtidir, üzərində yarımçıq tikili var. Bağların bölgüsünə dair sxematik xəritədə 889k nömrəsi yoxdur. Elektron kadastr məlumatlarına əsasən bağ sahəsinin nömrəsi bağ nömrələrinin ardıcıllığına uyğun deyil, qonşu bağ nömrələri 857ö, 898z, 826ğ, 857ş, 857o-dur. Bundan başqa, iddiaçı tərəfindən naturada göstərilən əraziyə digər fiziki şəxslər (X19, X17) tərəfindən də Bakı şəhəri, Binəqədi rayonu, Görədil bağ massivi 857b saylı bağ sahəsinə dair çıxarış almaq məqsədilə İdarəyə müraciət edilmişdir. Göstərilən ərazi ilə bağlı Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində digər məhkəmə mübahisəsi də mövcuddur. 857b saylı bağ kimi iddia edilən sahənin nömrəsi sxematik xəritəyə əsasən naturada yerləşmə vəziyyəti ilə uyğunsuzluq təşkil edir, iddia edilən digər 889k saylı bağ sahəsinin nömrəsi isə sxematik xəritədə öz əksini tapmadığından, bağ sahələrinin üst-üstə düşübdüşmədiyini və hansı bağ sahəsinə aid olub-olmadığını müəyyənləşdirmək mümkün olmamışdır. İdarənin elektron kadastr baza məlumatlarına əsasən eyni 857b nömrəsi göstərilən mübahisəli sahədən cənub tərəfdə **********96 reyestr nömrəsi ilə digər şəxsin (X18) adına qeydiyyatdan keçmişdir.

14. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin məhkəməyə ünvanladığı 29 dekabr 2020-ci il tarixli məktuba əlavə edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, mübahisələndirilən, İddiaçı iddia etdiyi və naturada göstərdi yi torpaq sahəsinin naturada koordinatları müəyyən edilməklə ölçülmüşdür. Araşdırma verilmiş sorğulara və naturada müəyyən edilmiş koordinatlara əsasən elektron kadastr bazasında aparılmış və sxemlər hazırlanmışdır (sxemlər əlavə edilir). Azərbaycan Respublikası Prezidentinin 2186 nömrəli 22 may 2007-ci il tarixli yerli icra hakimiyyəti orqanlarının nəzdində olan X14nin ləğv edilməsi barədə sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının nəzdində olan X14 ləğv edilərək arxiv sənədləri Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təhvil verildiyi üçün müraciətdə qeyd edilən sualların cavablandırılması məqsədi ilə İddiaçı iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsinin naturada koordinatları Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə sorğu ilə təqdim edilmiş və Daşınmaz Əmlakın Döv lət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfində aşağıdakı kimi cavablanmışdır: araşdırma zamanı məlum olmuşdur ki, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Görədil bağlar sahəsindəki 102 saylı Bağlar Tikinti Kooperativi nəzdində 0,12 ha ölçüsündə 889k nömrəli bağ sahəsi kimi iddia etdiyi və naturada göstərdiyi 1269,0 kvm. bağ sahəsinin sərhədləri üç tərəfi qonşu hasarlar, qalan tərəfi şərtidir, üzərində yarımçıq tikili var. Bağların bölgüsünə dair sxematik xəritədə 889k nömrəsi yoxdur. Elektron kadastr məlumatlarına əsasən bağ sahəsinin nömrəsi bağ nömrələrinin ardıcıllığına uyğun deyil, qonşu bağ nömrələri 857ö, 898z, 826ğ, 857ş, 857odur. Bundan başqa, iddiaçı tərəfindən naturada göstərilən əraziyə digər fiziki şəxslər (X19, X17) tərəfindən də Bakı şəhəri, Binəqədi rayonu, Gör ədil bağ massivi, 857b saylı bağ sahəsinə dair çıxarış almaq məqsədilə İdarəyə müraciət edilmişdir. Göstərilən ərazi ilə bağlı Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində digər məhkəmə mübahisəsi də mövcuddur. “857b" saylı bağ kimi iddia edilən sahənin nömrəsi sxematik xəritəyə əsasən naturada yerləşmə vəziyyəti ilə uyğunsuzluq təşkil edir, iddia edilən digər “889k” saylı bağ sahəsinin nömrəsi isə sxematik xəritədə öz əksini tapmadığından, bağ sahələrinin üst-üstə düşüb-düşmədiyini və hansı bağ sahəsinə aid olub-olmadığını müəyyənləşdirmək mümkün olmamışdır. İdarənin elektron kadastr baza məlumatlarına əsasən eyni “857b” nömrəsi göstərilən mübahisəli sahədən cənub tərəfdə **********96 reyestr nömrəsi ilə digər şəxsin (X21) adına qeydiyyatdan keçmişdir. Göstərilən ba ğ sahəsinin koordinatları mütəxəssis rəyinə əlavə edilmişdir.

15. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış 17 may 2021-ci il tarixli məktubdan və ona əlavə edilmiş sənədlərdən görünür ki, arxiv qovluğunda 102 nömrəli bağ tikinti kooperativinə aid sxematik xəritə aşkar olunmadı. Qovluqda Görədil bağ massivindəki 102 nömrəli bağ tikinti kooperativinə aid bağ sahələrinin ilkin yerləşmə sxemi mövcuddur. Sorğuda qeyd edilən bağ nömrələri ilə əlaqədar olaraq bildirilir ki, 856 bağ nömrə ilə Binəqədi rayonu, Görədil kəndi ünvanında 0,12 hektar torpaq sahəsi (reyestr nömrəsi-**********57) 02 may 2008-ci il tarixdə X7 adına qeydiyyata alınmış və hazırda mülkiyyətindədir. Binəqədi rayonu, Görədil kəndi ünvanında 857 bağ nömrə ilə 0.071 hektar torpaq sahəsi və bağ evi (reyestr nömrəsi-**********99-1 1301) xx.xx.2021-ci il tarixdə Hüseynov İlqar Əkrəm oğlunun adına qeydiyyata alınmış və hazırda mülkiyyətindədir. Binəqədi rayonu, Görədil kəndi ünvanında 857b bağ nömrə ilə 0,12 hektar torpaq sahəsi və bağ evi (reyestr nömrəsi-**********96-11301) xx.xx.2018-ci il tarixdə X18 adına qeydiyyata alınmış və hazırda mülkiyyətindədir. Həmçinin Bakı şəhər İcraiyyə Komitəsinin 19 noyabr 1990-cı il tarixli, 7/386 nömrəli qərarına əsasən X11 102 nömrəli BTK nəzdində Bakı şəhəri, Binəqədi rayonu, Görədil qəsəbəsində, 0,12 hektar torpaq sahəsi olan 857b nömrəli bağ sahəsinin ayrılmasına dair B/S nömrəli order İdarənin arxivində mövcuddur. Binəqədi rayonu, Görədil ərazisində 857a bağ nömrə ilə qeydiyyata alınmış torpaq sahəsinə dair məlumat aşkar olunmamışdır. Binəqədi rayonu, Görədil ərazisində 858 ba ğ nömrə ilə qeydiyyata alınmış bağ torpaq sahəsinə dair məlumat aşkar olunmamışdır. Görədil ərazisində yerləşən 858 nömrəli bağ sahəsinə (0.25 hektar) dair Səriyyə Hənifə qızı ilə bağlanılmış 02 aprel 2004-cü il tarixli, 15611 nömrəli müqavilə İdarənin arxivində mövcuddur. Binəqədi rayonu, Görədil kəndi ünvanında 887 bağ nömrə ilə 0,0732 hektar torpaq sahəsi (reyestr nömrəsi-**********92) 17 sentyabr 2020-ci il tarixdə X1 adına qeydiyyata alınmış və hazırda mülkiyyətindədir. Binəqədi rayonu, Görədil kəndin ünvanında 888 bağ nömrə ilə 0,12 hektar torpaq sahəsi və bağ evi (reyestr nömrəsi**********17-11301) xx.xx.2016-cı il tarixdə X2 adına qeydiyyata alınmış və hazırda mülkiyyətindədir. Binəqədi rayonu, Görədil kəndi ünvanında 889a bağ nömrə ilə 0,111806 hektar torpaq sahəsi (reyestr nömrəs i-**********54) 12 noyabr 2013-cü il tarixdə X5 adına qeydiyyata alınmış və hazırda mülkiyyətindədir. Binəqədi rayonu, Görədil qəsəbəsində, 102 nömrəli BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 889k nömrəli bağ sahəsinin ayrılmasına dair Bakı Şəhər İcraiyyə Komitəsinin 19 oktyabr 1990-cı il tarixli, 7/348 nömrəli qərarına əsasən İddiaçı adına verilmiş B/S nömrəli order idarənin arxivində mövcuddur. Binəqədi rayonu, Görədil kəndi ünvanında 890 bağ nömrə ilə 0,12 hektar bağ torpaq sahəsi və bağ evi (reyestr nömrəsi-**********42-11301) xx.xx.2012- ci il tarixdə X6 adına qeydiyyata alınmış və hazırda mülkiyyətindədir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

16. Bakı İnzibati Məhkəməsinin (hakim Ş.A.Süleymanova) 16 sentyabr 2021-ci il tarixli, 2-1(112)-1061/2021 nömrəli qərarı ilə idd ia təmin edilərək Bakı şəhər İcraiyyə Komitəsinin 19 oktyabr 1990-cı il tarixli, 7/348 nömrəli qərarına və xx.xx.1991-ci il tarixli, 889k bağ sahəsinin orderinə əsasən ayrılmış, Bakı şəhəri, Binəqədi rayonu, Görədil bağlar sahəsindəki ünvan üzrə faktiki istifadə və sərəncamında olan 0,12 ha ölçüsündə bağ sahəsinə İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.

17. Birinci instansiya məhkəməsi iddianı təmin etməsini onunla əsaslandırmışdır ki, üçüncü şəxslər mübahisəli bağ sahəsinə iddia etsələr də X11 19 noyabr 1990-cı il tarixli, 7/386 №-li qərara əsasən Görədil bağ sahəsində 102 №-li BTK-nın nəzdində 0,12 ha torpaq sahəsi olan 857b №-li bağ ayrı lmışdır. Həmin nömrəli bağ sahəsi xx.xx.2016-cı il tarixdə X18 adına dövlət reyestrində qeydiyyatdan keçmişdir və iş üzrə alınmış müvafiq mütəxəssis rəyi ilə onun mübahisəli sahədən cənub tərəfdə yerləşməsi müəyyən edilmişdir. Üçüncü şəxslərin mübahisəli bağ sahəsinə dair hər hansı hüquqlarının mövcud olması məhkəmə araşdırılması zamanı öz təsdiqini tapmamışdır. Bundan başqa, cavabdeh inzibati orqan imtinasında bir tərəfdən bağların bölgüsünə dair sxematik xəritədə 889K nömrəsinin olmamasını göstərir, digər tərəfdən isə məhkəmənin sorğusuna cavab olaraq arxiv qovluğunda 102 nömrəli bağ tikinti kooperativinə aid sxematik xəritənin aşkar olunmamasını, eləcə də qovluqda Görədil bağ massivindəki 102 nömrəli bağ tikinti kooperativinə aid bağ sahələrinin ilkin yerləşmə sxeminin mövcud olmasını b ildirir. Cavabdehin elektron kadastr məlumatlarına əsasən bağ sahəsinin nömrəsinin bağ nömrələrinin ardıcıllığına uyğun olmamasına dair əsası ilə bağlı isə qeyd edilməlidir ki, iş üzrə mütəxəssis rəyindən göründüyü kimi mübahisəli bağ sahəsi yaşayış məntəqələrinin hüdudları daxilində dövlət mülkiyyətində olan torpaq sahəsi olmaqla üç tərəfi qonşu bağlarla əhatələnmişdir və həmin bağ sahələrinin nömrələri 857ö, 898z, 826ğ, 857ş, 577odur. Belə olan halda həmin bağ sahələrinin nömrələri də ardıcıllığa uyğun deyildir və həmin bağ sahələri də 102 nömrəli bağ tikinti kooperativinə aid bağ sahələrinin ilkin yerləşmə sxemində də qeyd edilməmişdir.

18. Cavabdeh və üçüncü şəxslər qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişlər. b. ap ellyasiya instansiyası məhkəməsindəki icraat

19. Apellyasiya baxışı zamanı məhkəmə tərəfindən cavabdeh İdarəyə İddiaçı, X19 və X9 adına olan bağ sahələrinə aid sənədlər qovluğunun məhkəməyə təqdim edilməsi ilə bağlı sorğu ünvanlansa da, bu sorğuya cavab olaraq cavabdeh İdarə tərəfindən təqdim edilmiş məktubda yalnız X9 adına bağ sahəsinin ayrılması barədə məlumat və hər hansı hüquqmüəyyənedici sənədin İdarənin arxivində aşkar edilmədiyi bildirilmişdir.

20. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər A.S.Hüseynov /sədrlik edən və məruzəçi/, S.İ.Bəktaşi və A.Ə.Hüseyn) 10 iyun 2022-ci il tarixli, 2-1(103)613/2022 nömrəli qərarı ilə cavabdeh və üçüncü şəxslərin apellyasiya şikayətləri təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1061/2021 saylı, 16 sentyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

22. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

23. İddiaçının Bakı şəhəri, Binəqədi rayonu, Görədil bağ massivi ünvanında yerləşən 889K saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx.xx.2019-cu il tarixdə İdarəyə müraciətinə əsasən aparılan araşdırma zamanı müəyyən olmuşdur ki, bağların bölgüsünə dair sxematik xəritədə “889K” nömrəsi yoxdur. Həmçinin, elektron kadastr məlumat larına əsasən iddia olunan və naturada göstərilən bağ sahəsinin nömrəsi qonşu bağ sahələrinin nömrə ardıcıllığına uyğun deyil.

24. Həmçinin, sözügedən torpaq sahəsinə digər fiziki şəxslər (iş üzrə üçüncü şəxslər) tərəfindən “857b” saylı bağ sahəsi kimi torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı müraciət edilmişdir.

25. Şikayətin maddi hüquqi əsası kimi Torpaq Məcəlləsinin 67, 68, 111.1-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2, 8.0.7, 9, 11.1, 11.1, 23-cü maddələrinə, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinə istinad edilmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri

26. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 27. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Res publikası Qanun: Maddə

8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan X14 tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; Maddə

15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı ba rədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

28. İnzibati Prosessual Məcəllə (İPM): Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

29. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan la zımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

30. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

31. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

32. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə g örə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetinin yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

33. Mübahisə üzrə işin hallarının tam və hərtərəfli araşdırılması apellyasiya məhkəməsi tərəfindən zəruri olan həddə təmin edilmişdir. Ona görə də işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

34. Apellyasiya instansiyası məhkəməsi istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə al maqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

35. Cavabdehin kassasiya şikayətinin təkrarlanan dəlilləri ondan ibarətdir ki: 1) bağların bölgüsünə dair sxematik xəritədə “889K” nömrəsi yoxdur; 2) elektron kadastr məlumatlarına əsasən iddia olunan və naturada göstərilən bağ sahəsinin nömrəsi qonşu bağ sahələrinin nömrə ardıcıllığına uyğun deyil; 3) sözügedən torpaq sahəsinə üçüncü şəxslər tərəfindən “857b” saylı bağ sahəsi kimi torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı müraciət edilmişdir.

36. Cavabdehin şikayətinin dəlillərinə münasibətdə nəzərə alınmalıdır ki, Binəqədi rayonu, Görədil qəsəbəsində, 102 nömrəli BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 889k nömrəli bağ s ahəsinin ayrılmasına dair Bakı Şəhər İcraiyyə Komitəsinin 19 oktyabr 1990-cı il tarixli, 7/348 nömrəli qərarına əsasən İddiaçı adına verilmiş B/S nömrəli order idarənin arxivində mövcuddur. Eləcə də, mübahisələndirilən torpaq sahəsinin qonşuluğunda yerləşən bağ nömrələri (857ö, 898z, 826ğ, 857ş, 857o) göstərilmişdir.

37. Göründüyü kimi, bağların bölgüsünə dair sxematik xəritədə “889K” nömrəsi olmasa da, cavabdehin arxivində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab olunan sənəd – Bakı Şəhər İcraiyyə Komitəsinin 19 oktyabr 1990-cı il tarixli, 7/348 nömrəli qərarı əsasında verilmiş order mövcuddur.

38. Beləliklə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsində nəzərdə tutulmuş şərt iddiaçı tərəfindən ödənilmişdir.

39. İddia olunan və natur ada göstərilən bağ sahəsinin nömrəsinin qonşu bağ sahələrinin nömrə ardıcıllığına uyğun olmadığına dair dəlilə gəldikdə, nəzərə alınmalıdır ki, mübahisələndirilən torpaq sahəsinin qonşuluğunda yerləşən bağ sahələrində də nömrə ardıcıllığı gözlənilməmişdir. Bu səbəbdən cavabdehin həmin xüsusatla bağlı dəlili imtinanın əsası kimi qəbul oluna bilməz.

40. Cavabdeh “857b” saylı bağ sahəsi kimi torpaq sahəsi ilə bağlı üçüncü şəxslərin müraciətinin olmasını qeyd etsə də, apellyasiya instansiyası məhkəməsinin araşdırması ilə müəyyən edilmişdir ki, 857b nömrəli bağ sahəsi mübahisələndirilən torpaq sahəsindən cənubda – fərqli ərazidə yerləşir.

41. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas v ermir.

42. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 iyun 2022-ci il tarixli, 21(103)-613/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar