Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1998/2019 27.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Həmkarlar İttifaqı X3 Birliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, iddiaçının vəkili Vəkil iştirakı ilə iddiaçı “Azərbaycan X2 Təşkilatlan” İctimai Birliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlə t Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı daimi istifadə hüququnun qeydiyyata alınması tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-660/2019 nömrəli, 28 fevral 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, 27 iyun 2019-cu il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə, Oktyabr rayon X4 11 saylı, 03 dekabr 1982-ci il tarixli qərarı Oktyabr rayonu, Şərifzadə küçəsi, 7-ci Alatava döngəsində tikilən idman kompleksi “Məhsul” İdman Cəmiyyətinin balansına verilmişdir. “Məhsul” İdman Cəmiyyətinin Azərbaycan Həmkarlar İttifaqları X1 strukturuna daxil olmaqla, onu n təşkilatlarından biri olması Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası İcraiyyə Komitəsinin 14 avqust 1998-ci il tarixli qərarında qeyd edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş “Azərbaycan Həmkarlar İttifaqları X1 adına tərtib edilmiş, 16.05.2014-cü il tarixli texniki pasportda Azərbaycan Həmkarlar İttifaqları X1 Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, 69 D ünvanında yerləşən əmlak kompleksi kimi müəssisənin balans saxlayıcısı, eyni zamanda istifadəçisi olması qeyd edilmişdir. “Azərbaycan X2 Təşkilatlan” İctimai Birliyi (bundan sonra - iddiaçı) ərizə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra - ca vabdeh) ərizə ilə müraciət edərək, əmlak kompleksinin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını və bu barədə çıxarış verilməsini xahiş etmiş, lakin cavabdeh 03.07.2018-ci il tarixli cavab məktubunda ərizənin təmin olunmasından imtina etmiş və bunun səbəbi olaraq göstərmişdir ki, qeyri-yaşayış binasına dair “Daşınmaz əmlakın dövlət reyestrində” Qanunun 8-ci maddəsinə uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan müvafiq sənədlər təqdim edilməmişdir. Bundan sonra, iddiaçı “Azərbaycan X2 Təşkilatlan” İctimai Birliyi balansında olan Bakı şəhəri, xxx ünvanında yerləşən əmlak kompleksinin dövlət reyestr xidmətində qeydə alınaraq çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “Azərbaycan X2 Təşkilatlan” İctimai Birliyinin balansında olan Bakı şəhəri, xxx ünvanında yerləşən əmlak kompleksinin dövlət reyestr xidmətində qeydə alınaraq daimi istifadə hüququna dair çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddianın əsaslarına görə, iddiaçı “Azərbaycan X2 Təşkilatları” İctimai Birliyi olaraq 1982-ci ildən balanslarında olan Bakı şəhəri, xxx ünvanında yerləşən əmlak kompleksinin dövlət reyestri xidmətində qeydə alınaraq çıxarış verilməsinin təmin edilməsi üçün 05.06.2018-ci il tarixdə ərizə ilə cavabdehə müraciət etmişdir. Cavabdehin əməkdaşları tərəfindən həmin qeyd olunan əmlak kompleksinə 16.05.2014-cü il tarixdə texniki paspor t verilmişdir. Cavabdeh onlara 03.07.2018-ci il tarixdə əsassız olaraq cavab məktubu göndərmişdir. Qeyd olunan həmin əmlak kompleksi 1982-ci il tarixdən onların təşkilatının balansındadır. Bu göstərilən faktı təsdiq edən arxiv arayışları, icraiyyə komitəsinin qərarı, protokoldan çıxarış, həmçinin 1982-ci il tarixdə tərtib edilmiş texniki pasport mövcuddur. 17 iyul 2018-ci il tarixdə yenidən cavabdehə müraciət edilərək həmin sənədlərin əsilləri ərizəyə əlavə edilmişdir. Bundan əlavə məsələnin tam, hərtərəfli və obyektiv araşdırılması üçün iddiaçının səlahiyyətli nümayəndəsi 20 iyul 2018-ci il tarixdə rəis müavinin qəbuluna yazılsa da, rəis müavini onu qəbul etməmişdir. İddiaçının səlahiyyətli nümayəndəsi məcbur olub 27 iyul 2018-ci il tarixdə yenidən rəis müavininin qəbuluna yazılmışdır. Buna baxmayaraq, cavabdeh yenə də 14 avqust 2018-ci il tarixdə həmin məzmunda imtina məktubu vermişdir. Cavabdehin cavab məktubunda göstərilən qanunvericilik normaları qeyd olunan əmlak kompleksinə münasibətdə şamil edilə bilməz. Bundan əlavə, həmin əmlak kompleksinə texniki pasport tərtib edildiyi təqdirdə çıxarışın verilməməsi əsassız və qanunsuzdur. Bu səbəbdən də, hazırki tələblə məhkəməyə müraciət edilmişdir. Cavabdeh iddiaya etiraz edərək bildirmişdir ki, sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı qeyri-yaşayış binasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan müvafiq sənədlər toplusunun təqdim edilə bilmədiyi aşkar edilmişdir. Bu səb əbdən ərizənin icrası mümkün olmamış və bu barədə, iddiaçıya 14.08.2018-ci il tarixli **********23 saylı, 29.08.2018-ci il tarixli **********26 saylı cavab məktubları göndərilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 05 dekabr 2018-ci il tarixli 2-1(81)3885/2018 saylı qərarı ilə (hakim: A.A.Abdullayeva) iddia təmin edilmiş, “Azərbaycan X2 Təşkilatları” İctimai Birliyinin balansında olan Bakı şəhəri, xxx ünvanında yerləşən əmlak kompleksinin dövlət reyestri xidmətində qeydə alınaraq daimi istifadə hüququna dair çıxarışın verilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. Məhkəmə hesab etmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində iddiaçının istifadə hüququnun qeydə alınmasından, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə uyğun olaraq, daşınmaz əmlak üzərind ə hüquqların dövlət qeydiyyatı üçün əsas olan müvafiq sənədlər toplusunun təqdim edilməməsinə əsaslanmaqla cavabdehin imtinası əsassız olmuşdur. Məhkəmənin həmin qərarından cavabdeh tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (sədrlik edən: C.A.Yusifov, hakimlər: V.M.Ağayev və A.B.Nuriyeva) 2-1(103)-660/2019 nömrəli iş üzrə 28 fevral 2019cu il tarixli qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 05 dekabr 2018-ci il tarixli 2-1(81)-3885/2018 saylı qərarı ləğv edilmiş, iddia tələbi təmin edilməmişdir. Apelyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş sənədləri təqdim edə bilmədiyindən cavabdehin i mtinası əsaslı olmuşdur. İddiaçı apelyasiya instansiya məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini, işin təkrar baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində qeyd edilir ki, apelyasiya instansiya məhkəməsinin qərarı Azərbaycan Respublikası İPM-in 69-cu maddəsinin tələblərinə zidd olaraq tərtib edilmişdir. Belə ki, qərarın əsaslandırıcı hissəsi faktiki olaraq yoxdur. Qərarda qanunun tələb etdiyi kimi, məhkəmənin bu və ya digər sübutları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qərar çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməmişdir, istinad edilmiş ümumməlum normaların şərhi isə konkret olaraq qərar və işin halları ilə ziddiyyət təşkil edir. Ümumməlum normalarla qərarın əlaqəliliyi demək olar ki, bir-birini inkar edir. Belə olduğu halda məlum olur ki, apelyasiya instansiya məhkəməsi tərəfindən işin halları və məhkəmənin qənaətini formalaşdıran sübutlar, bu və ya digər sübutları rədd etmək üçün istinad edilən “dəlillər” və rəhbər tutulan qanunlar qərarda göstərilməmiş, qərar hüquqi cəhətdən tam əsaslandırmamışdır. Məhkəmə icraat iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-660/2019 nömrəli iş üzrə 28 fevral 2019-cu il tarixli qərarının ləğv edilməsini və işin təkrar baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndər ilməsi barədə qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Buna baxmayaraq, məhkəmə killegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, cavabdehə təqdim edilmiş məhkəmə bildirişində onun nümayəndəsinin iclasda iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (İPM-in 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən, Ali Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, qərardan kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Məhkəmə kollegiyası aşağıdakılara əsasən apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əsaslı saymır və hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsaslı olduğundan apelyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməklə iş təkrar apelyasiya baxışına qaytarılmalıdır. Bu, aşağıdakı səbəblərdən irəl i gəlir. Belə ki, apelyasiya instansiya məhkəməsi qeyd edilən nəticəyə gələrkən hesab etmişdir ki, iddiaçı tərəfindən qanunvericiliyin tələblərinə uyğun təsdiqləyici sənədlər cavabdehə təqdim olunmamışdır və iş materiallarında məhkəməyə təqdim olunmuş sənədlər sırasında da belə təsdiqləyici sənədlər mövcud deyil. Belə olan halda, iddiaçı tərəfindən qeydə alınması tələb olunan hüquq dövlət qeydiyyatına alınmalı hüquq kimi qiymətləndirilə bilməz. Apelyasiya instansiya məhkəməsi gəldiyi nəticəni əsaslandırarkən, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9-cu maddəsinə istinad edərək, həmin maddənin tələbinə görə, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair təqdim e dilməli olan sənədləri sadalamış və həmin sənədlər iddiaçı tərəfindən cavabdeh inzibati orqana təqdim edilmədiyi üçün iddia tələbinin əsaslı olmadığını qeyd etmiş, həmin qanunun 15.1 və 15.1.1-ci maddələrinə istinad edərək göstərmişdir ki, dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiya məhkəməsi maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş, mübahisənin həllinə tətbiq edilməli olmayan maddi hüquq normalarını tətbiq etmişdir. Belə ki, apelyasiya instansiya məhkəməsinin istinad etdiyi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu 29 iyun 2004-cü il tarixdə qəbul olunmuşdur. Azərba ycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndinə əsasən, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Həmin müddəa, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 87.2-ci maddəsində də əksini tapmışdır. İş materaillarında olan keçmiş Oktyabr Rayon X4 İcraiyyə Komitəsinin 03.12.1982-ci il tarixli 11 saylı qərarından görünür ki, mübahisə predmeti olan əmlak kompleksi 1982-ci ildə iddiaçının balansına verilmişdir (iş vər 13). Həmin sənədlə təsdiq olunur ki, kompleksin inşasına 1982-ci ildə, ya da ondan daha əvvəl başlanılmışdır. Bu səbəbdən, həmin hüqu q münasibətlərinə, 29.06.2004-cü ildən sonra qüvvəyə minmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun müddəaları tətbiq edilə bilməz. Həmçinin, məhkəmə kollegiyası dəqiqləşdirilmiş iddia tələbinə hüquqi qiymət verərək qeyd edir ki, iddiaçının qeydə alınmasını tələb etdiyi hüquq, mübahisə predmeti olan əmlak üzərində daimi istifadə hüququdur. Apelyasiya məhkəməsi nəzərə almamışdır ki, həmin hüququn mövcud olduğu, üzərində daimi istifadə hüququnun qeydə alınması tələb edilən əmlakın, hələ Azərbaycan Respublikası müstəqillik əldə etməzdən əvvəl iddiaçının balansında olması ilə təsdiq olunur. Yəni, iddiaçı, əslində əmlak üzərində mövcud olan istifadə hüququnun müvafiq reyestrdə qeydə alınmasını arzulamışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcə lləsinin 12-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.(12.1) Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.(12.2) Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Bu Məcəllənin 64.1-ci maddəsinə əsasən, sədrlik edən hakim mübahisə ilə bağlı işin həm faktiki, həm də hüquqi tərəflərini proses iştirakçıları ilə müzaki rə etməyə borcludur. İPM-in 12.1, 58.7, 64.1-ci maddələrində təsbit olunmuş tələblər apelyasiya icraatında da qüvvədədir. Belə ki, İPM-in 81.3-cü maddəsinə əsasən, bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar... tətbiq olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” 17 sentyabr 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, İPM-in inzibati apelyasiya icraatının hədlərini nəzərdə tutan 82-ci maddəsi apelyasiya instansiyası məhkəməsinin mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxmasını nəzərdə tutsa da, eyni zamanda həmin Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutların (sübutetmə vasitələrinin) və faktların (faktiki halların) da nəzərə alınmasını göstərir. İPMnin 12-ci maddəsi apelyasiya məhkəməsinin üzərinə mübahisənin düzgün həlli üçün nəinki proses iştirakçılarının təqdim etdikləri izahatları, ərizə və təklifləri, sübutları araşdırıb qiymətləndirmək, eyni zamanda onun üzərinə öz təşəbbüsü ilə digər zəruri sübutları toplamaq vəzifəsini qoymuşdur (İPM-in 12.1 və 12.2-ci maddələri). İPM-nin 82-ci maddəsinin təhlilindən göründüyü kimi, bu maddədə işə yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələri) və faktlar (faktiki hallar) əsasında mahiyyət üzrə tam həcmdə baxılması göstərilm iş, eyni zamanda Məcəllənin işin hallarının araşdırılması prinsipini nəzərdə tutan 12-ci maddəsinə istinad edilmişdir. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən İPM-in 12 və 58.7-ci maddələrinin tələbləri təmin olunmamış, işin yuxarıda qeyd olunan halları ilə bağlı ətraflı araşdırma aparılmamış, bununla da maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş, iş üzrə səhv nəticəyə gəlinmişdir. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqt isadi Kollegiyasının 2-1(103)-660/2019 nömrəli iş üzrə 28 fevral 2019-cu il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. İddiaçı “Azərbaycan X2 Təşkilatlan” İctimai Birliyi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-1998/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1998/2019
27.06.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver