Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1998/2022 27.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Cavabdeh2nə qarşı iş üzrə QƏRARİ Açar sözlər: qarajın sökülməsinə görə kompensasiyanın ödənilməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdeh2nə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)387/2022 nömrəli, 8 iyun 2022-ci il tarixli qərarından cavabdehin verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmən in binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirilmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Lenin (Sabunçu) rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli, 30 saylı protokolu əsasında Bakı şəhəri, Razin qəsəbəsi, Kirov küçəsi 4, 4088-ci (hazırda Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, ev 68, mənzil 84) məhəllədə qaraj tikilməsi üçün 18 kv.metr sahə X2 ayrılmış, həmin il ərzində sonuncu tərəfindən qaraj inşa edilmiş, 1 saylı notariat kontorunun xx.xx.1993-cü il tarixli alqı-satqı müqaviləsi əsasında həmin qaraj iddiaçıya satılmış,xx.xx.2001-ci il tarixdə qarajın texniki pasportu iddiaçının adına tərtib edilmişdir.
2. İddiaçi 2014-cü ildə qarajın cavabdehin əməkdaşları tərəfindən sökülərək, ona ayrılmış torpaq sahəsinin zəbt edildiyini bildirərək, kompens asiya ödənilməsi ilə bağlı dəfələrlə cavabdehlə müraciət etmişdir.
3. Cavabdeh2 xx.xx.2018-ci il tarixli məktubunda göstərilmişdir ki, onun qeyd edilən ünvanda qarajı və ya müvafiq sənəd əsasında istifadəsində torpaq sahəsi olmamışdır. xx.xx.2019-cü il tarixli məktubla ona bildirmişdir ki, mübahisə olan ərazidə Cavabdeh2 tərəfindən abadlıq işləri aparılmışdir, həmin ünvanda onun qarajının olması və həmin qarajın kimin tərəfindən sökülməsi məlumatı yoxdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı cavabdehlər Bakı şəhər İcra Hakimiyyətinə, Bakı şəhəri Cavabdeh2nə və "xxxx" MTK-ya qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Razin qəsəbəsi, Kirov küçəsi 4, 4088-ci məhəllədə yerləşən qarajın sökülməsi ilə əlaqədar cavabdehlər Bakı şəhər İcra Hakimiyyətindən, Cavabdeh2ndən və "xxxx" MTK-dan 90000 (doğsan min) manat kompensasiya tutulması və ona ödənilməsinə dair, Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli 689 saylı fərmanında 20 faiz miqdarında satınalma qiymətinə əlavə haqq ödənilməsi nəzərdə tutulduğundan, ona ödənilməli olan 90000 manatın 20 faizi miqdarında, yəni 18000 (on səkkiz min) manatın da ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
5. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.1988-ci il tarixdə XDS İcraiyyə Komitəsinin 30 nömrəli protokolu ilə Bakı şəhəri, Razin qəsəbəsi, Kirov küçəsi 4, 4088-ci məhəllədə qaraj tikilməsi üçün X1 ayrılmışdır. Həmin il ərzində X4 qaraj inşa etdirmiş, xx.xx.1993-cü il tarixdə alqı-satqı müqaviləsinə əs asən həmin qarajı iddiaçıya satmışdır. 2014-cü ilə kimi həmin qaraj iddiaçının mülkiyyətində və istifadəsində olmuşdur. xx.xx.2001-ci il tarixində həmin qaraja dair fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu tərtib edilmişdir. 2014-cü ildə cavabdehin əməkdaşları tərəfindən ona məxsus və sahibliyində olan 18 kv.metrdən ibarət olan tikinti qanunsuz olaraq sökülmüş, ona ayrılmış torpaq sahəsi zəbt edilmişdir. Qanunsuz söküntü nəticəsində ona vurulmuş maddi ziyanın (kompensasiya) ödənilməsinə dair ərizə ilə o, cavabdehə müraciət etmiş, sonuncu onun mülkiyyət və sahiblik hüquqlarını pozaraq, söküntü işləri aparılması faktından boyun qaçırmışdır. Ona məxsus qaraja və torpaq sahəsinə cavabdehlər tərəfindən bildiriş verilməmiş, 90-180 gün ərzində yox, cəmi 1 (bir) gün ərzin də mülkiyyətindən məhrum olmuşdur. İddiaçı hesab edir ki, mülkiyyətində olan 18 kv.metrdən ibarət qarajın hər kv.metrinə görə ona 5000 manat, yəni 90000 manat (18x5000=90000) ödənilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 689 saylı Fərmanının 2.3-cü bəndinə əsasən, dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilməlidir. Odur ki, 90000 manatdan əlavə ona həmin məbləğin 20 faizi miqdarında, yəni 18000 manat da əlavə haqq ödənilməlidir. a) birinci instansiya məhkəməsindəki birinci icraat 6. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (Z.M.Tağıyev) 2-1(82)-3440/19 saylı, xx.xx.2019-cu il tari xli qərardadı ilə iddia mümkün sayılmamışdır.
7. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək, 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2-1(82)-3440/19 saylı, xx.xx.2019-cu il tarixli qərardadının ləğv edilməsini və işin baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)2856/2019 saylı, xx.xx.2019-cu il tarixli (hakimlər: V.Ə.Baxışova /sədrlik edən və məruzəçi/, E.E.Nağıyeva və H.Ü.Həmidov) qərardadı ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3440/19 saylı, xx.xx.2019-cu il tarixli qərardadı qismən - Bakı şəhəri Cavabdeh2nə qarşı iddianın mümkün sayılmamas ı hissəsində ləğv edilmiş, Bakı şəhəri Cavabdeh2nə qarşı qaldırılmış iddia tələbinə baxılması üçün iş 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə qaytarılmış, qərardad qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. c) birinci instansiya məhkəməsindəki ikinci icraat
9. Bakı İnzibati Məhkəməsinin (F.İ.Mədətli) 10 sentyabr 2020-ci il tarixli, 2-1(112)3275/2020 saylı qərarı ilə iddia rədd edilmişdir.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı ona məxsus olmuş qarajın Bakı şəhəri Cavabdeh2 tərəfindən və ya onun səlahiyyətli şəxslərinin tapşırığı əsasında sökülməsini təsdiq edən sübutu məhkəməyə təqdim etmədiyindən, işdə olan sənədlər, həmçinin məhkəmə araşdırması zamanı söküntü işlərinin məhz Bakı şəhəri Cavabdeh2 tərəfindən aparılması müəyyən edilmədiyindən iddiaçının cavabdehdən ona məxsus əmlakın sökülməsi ilə bağlı kompensasiya tələbi əsassızdır. ç) apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: A.B.Nuriyeva /sədrlik edən və məruzəçi/, C.A.Yusifov və A.Ə.Hüseyn) 2-1(103)-229/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-3275/2020 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Qərardan iddiaçı tərəfindən kassasiya şikayəti verilmişdir. d) kassasiya instansiyası məhkəməsindəki birinci icraat
13. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Z.M.Quliyev /sədrlik edən və məruzəçi/, R.S.Nəbizadə və İ.Ə.Şəfiyev) xx.xx.2021-ci il tarix li, 2-1(103)-1574/2021 saylı qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 21(103)-229/2021 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apelyasiya məhkəməsinə göndərilmişdir.
14. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya məhkəməsi dəmir qarajın pasportunun həqiqiliyinin yoxlanılması məqsədi ilə Əmlak Məsələləri Dövlət Xidmətinin nəzdində olan DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə sorğu göndərməli və məsələni araşdırmalı idi. Digər tərəfdən, apelyasiya məhkəməsi xx.xx.2021-ci il tarixli qərarında Sabunçu Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 44 saylı Mənzil-Kommunal İstismar sahəsinin xx.xx.2020-ci il tarixli, 84/1 saylı məktubunda Bakıxanov qəsəbəsi, M.Fətəliyev küçəsi, 68 saylı binanın 44 saylı MKİS-in xidməti balansında olduğu, 2014-cü ildə həmin binanın qarşısında aparılan abadlıq işləri ilə əlaqədar olaraq ərazidə olan müvəqqəti quraşdırılmış 17 (on yeddi) ədəd qarajın MKİS tərəfindən sökülərək yerində abadlıq işlərinin aparılması və həmin həyət tam abadlaşdırılaraq sakinlərin istifadəsinə verilməsi bildirilmişdir. Həmçinin, sözügedən məktubda qeyd edilir ki, 2013-2014-cü il üçün vətəndaş İddiaçı müvəqqəti quraşdırıb istifadə etdiyi qaraja görə hər il üçün 2 manat 16 qəpik pul ödəmişdir. Lakin apelyasiya məhkəməsi hazırkı inzibati mübahisəni həll edərkən bu məsələni də araşdırmamış, müvafiq orqanlara bu barədə sorğu göndərməmişdir. e) apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat
15. Ali Məhkəmənin müvafiq göstərişlərini nəzərə alan mə hkəmə tərəfindən işin hazırkı apellyasiya icraatı zamanı AR ƏMDX DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə sorğu ünvanlanaraq, iddiaçıya məxsus qarajın texniki pasportunun həqiqiliyinin yoxlanılması məqsədilə, həmin pasportun qeydə alınmasına əsas olmuş sənədlərin təsdiq edilmiş surətlərinin məhkəməyə göndərilməsi xahiş edilmişdir.
16. Məhkəmə sorğusuna cavab olaraq ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********21 №-li məktubla Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Fətəliyev küçəsi, 68 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair müvafiq sənədlərin surəti məhkəməyə göndərilmişdir.
17. Bundan başqa, işin hazırkı apellyasiya icraatı zamanı məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə qiymətləndirmə ekspertizası təyin edilmiş, iş üzrə mütəxəssis cəlb edilməklə müvafiq rəyin veril məsi “MBA LTD” konsaltinq və qiymətləndirmə şirkətinə həvalə olunmuşdur. Mütəxəssis qarşısında aşağıdakı sual qoyulmuşdur: “İddiaçı məxsus olan ünvan 3 ünvan Kirov küçəsi 4, 4088-ci məhəllə) ünvanında yerləşən, 2014-cü il tarixdə sökülmüş, sahəsi 18 kv.m olan daş bünövrəli, metal konstruksiyalı qarajın həmin ərazidə yerləşən analoji qarajların qiymətinə əsasən real bazar qiyməti nə qədər təşkil etmişdir?” 18. “MBA LTD” konsaltinq və qiymətləndirmə şirkəti tərəfindən məhkəməyə təqdim edilmiş № MB-15/0435 saylı, xx.xx.2022-ci il tarixli Qiymətləndirmə rəyində qarajın 2022-ci il üzrə real bazar dəyərinin 15 000 (on beş min) AZN təşkil etdiyi qeyd edilmişdir.
19. Eyni zamanda, "xxxx" MMC tərəfindən 21 saylı Vəkil Bürosunun vəkili Vəkil2 sifarişi ilə təqdim edilmiş 18 mart 2022-ci il tarixli, R EC-03-22/M-03 saylı mütəxəssis rəyinə əsasən, ünvan 3 ünvan Kirov küçəsi 4, 4088-ci məhəllə) ünvanında yerləşən, 2014-cü il tarixdə sökülmüş, sahəsi 18 kv.m olan daş bünövrəli, metal konstruksiyalı qarajın həmin ərazidə yerləşən analoji qarajların qiymətləri 18 mart 2022-ci il tarixə 15 000 ( on beş min) manat təşkil edir.
20. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: H.Ü.Həmidov /sədrlik edən və məruzəçi/ A.Ə.İsgəndərov və E.C.Kazımov) 2-1(103)-387/2022 nömrəli iş üzrə 8 iyun 2022-ci il tarixli qərarı ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli, 2-1(112)-3275/2020 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilməklə iddia tələbi qismən təmin edilərək, ünvan 3 ünvan Kirov küçəsi 4, 408 8-ci məhəllə) ünvanında yerləşən sahəsi 18 kv.m olan daş bünövrəli, metal konstruksiyalı qarajın sökülməsi ilə əlaqədar cavabdeh Bakı şəhər Cavabdeh2ndən 15000 (on beş min) manat kompensasiya məbləği tutularaq iddiaçıya ödənilməsi qərara alınmış, iddia tələbi qalan hissədə təmin edilməmişdir.
21. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, ünvan 5 ünvan) İddiaçı məxsus sahəsi 18 kv.m olan daş bünövrəli, metal konstruksiyalı qarajın olması, həmçinin qeyd edilən ünvanda abadlıq işlərinin aparılması ilə əlaqədar müvafiq qarajların sökülməsi iş materialları ilə öz təsdiqini tapdığından, qanunvericiliklə söküntü və abadlaşdırma işlərinin aparılması yerli icra hakimiyyəti orqanının, yəni Bakı şəhər Cavabdeh2 səlahiyyətlərinə aid edildiyindən müvafiq qarajın cavabdeh tərəfindən sökülmə si təsdiq edilir. Ekspert və mütəxəssis rəylərinə əsasən, sökülmüş qarajın real bazar dəyəri hazırki dövrdə 15.000 manat olduğundan iddia tələbi qismən təmin edilməklə, Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Kirov küçəsi, 4, 4088-ci məhəllədə yerləşən qarajın sökülməsi ilə əlaqədar cavabdehdən 15.000 manat kompensasiya tutularaq iddiaçıya ödənilməlidir.
22. Cavabdeh kasasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kasasiya şikayətinin dəlilləri
23. Şikayətdə “İnzibati icraat haqqında” Qanunun 89.1-ci, Mülki Prosessual Məcəllənin 54-cü maddəsinə istinad edilərək qeyd olunmuşdur ki, hazırkı iş üzrə iddiaçının iddia etdiyi ünvan 6 ünvanında yerləşən dəmir qarajın Cavabdeh2 tərəfindən sökülməsi barədə mötəbər sübut olmamasına, həmçinin iş materiallarında sözügedən qarajın 44 saylı MKİS tərəfindən sökülməsi barədə məktubun olmasına baxmayaraq məhkəmə əsassız olaraq iddia tələbini təmin etmişdir.
24. Mənzil Kommunal Təsərrüfat Birliyinin 44 saylı Mənzil Kommunal İstismar sahəsinin 24.12,2020-cı il tarixli, 84/1 saylı məktubunda ünvan 6 saylı binanın 44 saylı MKİS-nin balansında olduğu, həmin binanın qarşısında aparılan abadlıq işlərinin aparılması ilə əlaqədar qarajların MKİS tərəfindən sökülərək yerində abadlıq işlərinin aparıldığı qeyd edilmişdir.
25. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə qarşı verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçını n yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Hazırki iş üzrə əsl cavabdeh Bakı şəhər İcra Hakimiyyəti olmasına baxmayaraq əsassız olaraq Cavabdeh2 cavabdeh qismində tanınmışdır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. İddiaçı kasasiya şikayətinə qarşı etiraz təqdim edərək şikayətin təmin olunmamasını xahiş etmişdir. Tətbiq edilən hüquq
27. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 158.1.2. əmlakdan istifadə hüququ əmlak hüququ sayılır. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Maddə 210. m ülkiyyət hüququna xitam verən Azərbaycan Respublikası qanunu qəbul edildikdə bu qanunun qəbulu nəticəsində mülkiyyətçiyə dəyən zərərin əvəzi, o cümlədən əmlakın dəyəri dövlət tərəfindən ödənilir. Zərərin əvəzinin ödənilməsinə dair mübahisələri məhkəmə həll edir. 211-ci maddəsinə əsasən, mülkiyyət hüququna xitam verildikdə əmlak onun bazar qiymətinə əsasən qiymətləndirilir. Maddə 1096.1. mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiy yətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 28. “Azərbaycan Respublikası Prezidentinin 138 nömrəli, 16 iyun 1999-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş "Yerli İcra Hakimiyyətləri haqqında" Əsasnamənin 32-ci maddəsinin 8-ci bəndinə əsasən, yaşayış məntəqələrində abadlıq işlərini təşkil etmək, müqavilə əsasında bu işlərin aparılmasına müəssisə, idarə və təşkilatların, habelə əhalinin vəsaitlərini cəlb etmək, istehsalat ərazilərində abadlıq işlərinin aparılmasına nəzarət etmək, yaşıllaşdırma işini həyata keçirmək, yaşıllıqların qorunmasını, vətəndaşların istirahət yerlərini təşkil etmək rayon icra hakimiyyəti başçılarının səlahiyyətlərinə aid edilmişdir.
29. Azərbaycan Respub likası Prezidentinin 648 nömrəli, 06 iyun 2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "Yerli İcra Hakimiyyətləri haqqında" Əsasnaməyə görə isə (həmin Fərmanla əvvəlki Əsasnamə qüvvəsini itirmişdir) rayon bölgüsü olan şəhərin icra hakimiyyəti başçısının yanında olan qurumların və tabeliyində olan hüquqi şəxslərin müvafiq şəhər rayonunun ərazisində mənzil-kommunal təsərrüfatı və mənzil istismarı sahəsində fəaliyyət göstərən, məişət tullantılarının yığılması və daşınması, abadlaşdırma, yaşıllaşdırma, təmizlik və işıqlandırma işlərini yerinə yetirən struktur bölmələri (mənzilkommunal istismarı və mənzil istismarı sahələri də daxil olmaqla) ikili tabelikdədir - onlar həm şəhər icra hakimiyyətinin başçısına, həm də müvafiq şəhər rayonunun icra hakimiyyətinin başçısına tabedirlər (1.6); Yerli i cra hakimiyyətinin başçısı yaşayış məntəqələri ərazilərinin abadlaşdırılması və yaşıllaşdırılması işini və yaşıllıqların mühafizəsini təşkil edir (3.9.10); Müvafiq ərazidə mənzil- kommunal təsərrüfatı və mənzil istismarı sahəsində fəaliyyət göstərən, məişət tullantılarının yığılması və daşınması, abadlaşdırma, yaşıllaşdırma, təmizlik və işıqlandırma işlərini yerinə yetirən qurumlara (mənzil-kommunal istismarı və mənzil istismarı sahələri də daxil olmaqla) icrası məcburi olan göstərişlər verir (4.9.3); yaşayış məntəqələrində məhəllə ərazilərinın abadlaşdırılması üçün ünvanlı abadlaşdırma proqramlarını və müvafiq ərazilərin kompleks abadlaşdırılması proqramlarını hazırlamaq və həyata keçirmək səlahiyyətinə malikdir (4.9.14) 30. “İnzibati icraat haqqında” Qanun: Maddə 89.1. inzibati orqanları n qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Maddə 89.2. maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər.
31. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqd im olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır..... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəm əsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər..... 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
32. Cavabdehin kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.
33. Apelyasiya məhkəməsinin qərarı bütövlü kdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ
34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
35. Cavabdehin əsas dəlili ondan ibarətdir ki, onun tərəfindən iddiaçının hüquqlarına müdaxilə edilməmiş, tələb etdiyi qaraj tikilisi iddiaçının mülkiyyətində olmamışdır.
36. Kassasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıların qeyd olunmasını zəruri hesab e dir.
37. Göründüyü kimi, sahəsi 18 kv.m qarajın iddiaçıya məxsus olması Lenin (Sabunçu) rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli, 30 saylı protokolu, 1 saylı notariat kontorunun xx.xx.1993-cü il tarixli alqı-satqı müqaviləsi, səlahiyyətli dövlət orqanında qeydə alınmış və həmin orqan tərəfindən tərtib edilmiş xx.xx.2001-ci il tarixli texniki pasportla təsdiq edilmişdir.
38. İddiaçı uzun müddət həmin qarajdan fasiləsiz və mübahisəsiz olaraq istifadə etmişdir.
39. Mülki qanunvericiliyin tələbinə görə, əmlakdan istifadə hüququ əmlak hüququ sayılır və mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs tərəfindən pozulmaqdan müdafiə edilir.
40. Apellyasiya instansiyası məhkəməsi tərəfindən aparılan ekspertiza nəticəsində qarajın cəmi dəyəri 15.000 manat müəyyən edilmişdir.
41. İddiaçı qarajın qanuni əsaslarla istifadəçisi olduğundan, həmin qarajın sökülməsi ilə əlaqədar kompensasiyanın verilməsini tələb etməkdə haqlıdır.
42. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilir.
43. Məhkəmə kollegiyası iddiaçıya məxsus qarajın kim tərəfindən sökülməsi ilə bağlı qeyd edir ki, iş materiallarında olan müvafiq cavab məktubları ilə Bakı şəhəri Cavabdeh2 tərəfindən ünvan 8 ünvanında İddiaçı qarajının olub-olmaması və onun sökülməsi barədə Bakı şəhəri Cavabdeh2ndə hər hansı məlumatın mövcud olmadığı qeyd edilsə də, Cavabdeh2 iş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli məktubunda Cavabdeh2 tərəfindən Bakı şəhəri, Razin qəsəbəsi, Kirov küçəsi, 4, 4088-ci məhəllədə abadlıq işləri aparıldığı göstərilmişdir.
44. Eyni zamanda, Sabunçu Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 44 saylı MənzilKommunal İstismar sahəsinin xx.xx.2020-ci il tarixli, 84/1 saylı məktubunda ünvan 6 saylı binanın 44 saylı MKİS-in xidməti balansında olduğu, 2014-cü ildə həmin binanın qarşısında aparılan abadlıq işləri ilə əlaqədar olaraq ərazidə olan müvəqqəti quraşdırılmış 17 (on yeddi) ədəd qarajın MKİS tərəfindən sökülərək yerində abadlıq işlərinin aparılması və həmin həyətin tam abadlaşdırılaraq sakinlərin istifadəsinə verilməsi bildirilmişdir. Məktubda həmçinin bildirilmişdir ki, 2013-2014-cü illər üçün İddiaçı müvəqqəti quraşdırıb istifadə etdiyi qaraja görə hər il üçün 2 manat 16 qəpik pul ödəmişdir.
45. Göstərilən məktublar təsdiq edir ki, aparılan abadlaşdırma işləri ilə bağlı iddiaçıya məxsus qaraj cavabdehin göstərişi ilə götürülmüşdür.
46. Belə ki, yuxarıda istinad edilən qanunvericilik normalarının tələbləri baxımından nəzərə alınmalıdır ki, iddiaçıya məxsus sahəsi 18 kv.m olan daş bünövrəli, metal konstruksiyalı qarajın olması, həmçinin qeyd edilən ünvan da abadlıq işlərinin aparılması ilə əlaqədar müvafiq qarajların sökülməsi iş materialları ilə öz təsdiqini tapdığından, qanunvericiliklə söküntü və abadlaşdırma işlərinin aparılması yerli icra hakimiyyəti orqanının, yəni mübahisəli qarajın yerləşdiyi ərazi üzrə Bakı şəhər Cavabdeh2 səlahiyyətlərinə aid edildiyindən məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisə üzrə cavabdeh Bakı şəhər Cavabdeh2dir.
47. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən sübutlar tam və hərtərəfli araşdırılmış, sübutlara hüquqi qiymət verilmiş, maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
48. Yuxarıda qeyd edilənlərə əsasən, mə hkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-387/2022 nömrəli, 8 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.