Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1998/2023 05.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinin vəfat etmiş şəxsə məxsus olması barədə arayışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Mingəçevir Bələdiyyəsi) “X5 Soveti İcraiyyə Komitəsinin xx.xx.1980-ci il tarixli, 102 saylı qərarı ilə X9 işçilərinə ayrılmış ərazidə yerləşən 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X7 məxsus olması barədə arayışın (elektron çıxarışın) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 may 2023-cü il tarixli 2-1(107)-293/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Mingəçevir şəhər XDS İcraiyyə komitəsinin arxiv fondunun sənədlərinə əsasən 07 mart 1980-ci il tarixli 102 saylı qərarı ilə Yol maşınları zavoduna bağçılıq üçün torpaq sahəsinin verilməsi qeyd edilmişdir.
2. X9 “Sağlamlıq” bağçılığın adlı siyahısında X6 adı 24-cü sı rada qeyd olunmuşdur.
3. AZ-İİ 103142 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən, X8 xx.xx.2021ci il tarixdə vəfat etmişdir.
4. İddiaçı Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə müraciət edərək vəfat etmiş əri X4 qalmış miras əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir.
5. İddiaçı cavabdehə müraciət edərək Mingəçevir şəhəri, Samux küçəsi, Yol maşınları zavoduna “Sağlamlıq” bağçılıq tərəfindən X7 verilmiş 0.06 ha torpaq sahəsinə elektron çıxarışın və texniki pasportun verilməsini xahiş etmişdir.
6. Cavabdeh 14 mart 2022-ci il tarixli imtina məktubu ilə bildirmişdir ki, ləğv edilmiş Mingəçevir şəhər Bağlar İdarəsi tərəfindən xx.xx.2007-ci il tarixli Akta əsasən DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinə təhvil verilmiş X9 “Sağlamlıq” bağçılığın adlı siyahısında X6 adı qeyd olunmuşdur. Torpaq sahəsi üzərində 220 kv-luq yüksək gərginlikli hava elektrik xətləri keçir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları”-na əsasən torpaq sahəsi ilə elektrik xətti arasında olan mühafizə zolağı müvafiq olaraq 25 metr təşkil edir. Bununla da, torpaq sahəsi ilə elektrik xətti arasında olan qorunma zolağı gözlənilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək “X5 Soveti İcraiyyə Komitəsinin xx.xx.1980-ci il tarixli, 102 saylı qərarı ilə X9 işçilərinə ayrılmış ərazidə yerləşən 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X7 məxsus olması barədə arayışın (elektron çıxarışın) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Mingəçevir şəhər X10 İcraiyyə Komitəsinin 07 mart 1980-ci il tarixli, 102 saylı qərarı ilə X9 işçilərinə torpaq sahəsi ayrılmışdır. X2 Maşınları Zavodunun “Sağlamlıq" bağçılıq kollektivinin üzvü olmuş və ona 0,06 ha torpaq sahəsi ayrılmışdır. Mərhum əri Rafiq Əsgərov 03 aprel 2021-ci il tarixdə vəfat etmişdir. Bundan sonra o, mərhum ərinin vərəsəliyini qəbul etmişdir. X3 “Asan Xidmət” mərkəzində notariat ofisinin cavabdehə ünvanladığı 21 dekabr 2021-ci il tarixli, 2429 nömrəli məktubunda göstərilmişdir ki, mərhum X6 ölümünədək daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyata alınması üçün əsas olmasına baxmayaraq hər hansı səbəbdən qeydiyyata alınmamış, mərhuma məxsus, Mingəçevir şəhərində yerləşən torpaq sahəsinə dair, qanunvericiliyin tələblərinə uyğun olaraq daşınmaz əmlakın üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarışın verilməsi xahiş edilmişdir. Bunun əsasında iddiaçı qeyd olunan torpaq sahəsini mərhum ərinin adına özəlləşdirmək üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan, ləğv edilmiş Mingəçevir şəhər Bağlar İdarəsi tərəfindən xx.xx.2007-ci il tarixli Akta əsasən DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinə təhvil verilmiş X9 “Sağlamlıq” bağçılığın adlı siyahısı nda X6 adı qeyd olunduğunu, istifadəsində olan torpaq sahəsinin üzərindən 220 kv-luq yüksək gərginlikli hava elektrik xətləri keçdiyini, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları”-na əsasən torpaq sahəsi ilə elektrik xətti arasında olan mühafizə zolağı müvafiq olaraq 25 metr təşkil etdiyi üçün bununla da torpaq sahəsi ilə elektrik xətti arasında olan qorunma zolağı gözlənilmədiyini bildirərək müraciətin təmin edilməsindən imtina etmişdir. Cavabdehin etirazları:
9. Cavabdehin etirazının əsasını imtina məktubunda göstərilənlər təşkil edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
10. Şəki İnzibati Məhkəməsinin 10 fevral 2023-ci il tarixl i, 2-1(116)-151/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdehin üzərinə iddiaçıya X5 Soveti İcraiyyə Komitəsinin xx.xx.1980-ci il tarixli, 102 saylı qərarı ilə X9 işçilərinə ayrılmış ərazidə yerləşən 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X7 məxsus olması barədə arayışın (elektron çıxarışın) verilməsi öhdəliyi qoyulmuşdur. 11 Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi” Qaydalarının 6 və 7-ci bəndlərinə istinad edərək hesab etmişdir ki, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin istifadə qaydalarında məhdudiyyətlər nəzərdə tutulsa da, onların xüsusi mülkiyyətdə olmasına heç bir qadağa yoxdur. Əksinə, həmin torpaq sahələri torpaq mülkiyyətçisinin və ya istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən həmin qaydaların tələblərinə riayət edilməklə istifadə oluna bilər.
12. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
13. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 may 2023-cü il tarixli 2-1(107)-293/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 10 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
15. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
16. Cavabdehin kassasiya şikayəti imtina məktubu eləcə də iddiaya qarşı etiraz ərizəsinə uyğun tərtib edilmiş, əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya məhkəməsi Torpaq Məcəlləsinin 62-ci maddəsinin tələblərinin pozulmasına yol verərək nəzərə almamışdır ki, Mingəçevir XDS İK-nin xx.xx.1980-cı il tarixli 102 saylı qərarı ilə X9 işçilərinə ayrılmış ərazidə yerləşən 0.06 ha torpaq sahəsi X1 Agentliyinin Mingəçevir filialının xx.xx.2022-ci il tarixli AERA24- 516/22 nömrəli məktubunda qeyd olunduğu kimi, həmin torpaq sahəsinin üzərindən hər 3 istiqamətdə gərginliyi 1000 voltdan yuxarı olan yüksə k gərginlikli elektrik hava xətti keçir və onun mühafizə zolağında yerləşir. Belə olan halda isə göstərilən maddi hüquq normasının tələblərinə əsasən yalnız bostan və tərəvəz becərilməsi, habelə örüş və ot çalımı məqsədləri üçün qısamüddətli istifadəyə və icarəyə verilə bilər, deməli mülkiyyətə verilə bilməz. Beləliklə də, həmin 0.06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X7 məxsus olması barədə (arayışın) elektron çıxarışın verilməsi öhdəliyi qoyula bilməzdi. b) kassasiya şikayətinə etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə
8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqlar ın əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur;... Maddə
22. Daşınmaz əmlakla bağlı etibarlı idarəetmə, qəyyumluq və vərəsəlik... 22.2. Müqav ilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.
19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğ u gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qət idir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
21. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Şikayət aşağıdakı səbəblərə görə təmin edilə bilməz. 23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddələrinin müddəalarının tələblərindən göründüyü kimi 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair ve rilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
24. İş materiallarından görünür ki, iddiaçının mərhum ərinin adı “Sağlamlıq” kollektiv bağçılıq təsərrüfatının adlı siyahısında mövcuddur.
25. İddia olunan bağ sahənin iddiaçının sələfinin istifadəsinə qanuni əsaslarla verildiyindən yuxarıda istinad edilən normaya əsasən o, həmin torpaq sahəsinə mülkiyyət hüququ əldə etmişdir. 26. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinin tələbinə görə, m üqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir.
27. Beləliklə, iddiaçının həmin normadan irəli gələn hazırkı məzmunda tələb hüququ vardır.
28. Hazırkı halda, cavabdehin imtinasının əsasını torpaq sahəsinin üzərindən hər 3 istiqamətdə gərginliyi 1000 voltdan yuxarı olan yüksək gərginlikli elektrik hava xətti keçməsi və onun mühafizə zolağında yerləşməsi təşkil edir.
29. Məhkəmə kollegiyası qeyd edir ki, Torpaq Məcəlləsinin 22-ci maddəsinin 3-cü bəndinə əsasən, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisin də mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar.
30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”n müddəalarına görə, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər (6). Torpaq mülkiyyətçisi və yaxud istifadəçisi tərəfindən hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında həmin xətlərin istismarçılarını qabaqcadan xəbərdar etməklə kənd təsərrüfatı, suvarma və digər işlər aparılır (7).
31. Göründüyü kimi, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri xüsusi mülkiyyətdə və yaxud istifadədə ola bilər. Lakin həmin torpaq sahələrində binaların layihələşdirilməsi və tikintisi zamanı qeyd olunan Qaydaların tələbləri gözlənilməlidir.
32. Beləliklə, cavabdehin imtinası əsassız olmuşdur.
33. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.
34. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 may 2023-cü il tarixli 21(107)-293/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.