Məhkəmə qərarları › İş №2-1(102)-1999/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1999/2019

28.08.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1999/2019 28.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-1999/19 Bakı şəhəri 28 avqust 2019-cu il Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun, İddiaçı və vəkili Vəkil1un, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xü susi Şərtlərlə Təyinat İdarəsinin vəkili Vəkil2nın iştirakları ilə, İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 28 fevral 2019-cu il tarixli, 2-1(103)-493/2019 saylı qərarından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə qarşı (bundan sonra mətndə cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müharibə iştirakçısı olduğuna görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 19.2.4-cü maddəsi əsasında ona yaşa görə əmək pensiyasının baza hissəsinin 10 faizi miqdarında əlavənin qeyri qan uni olaraq hesablanmaması səbəbindən ona vurulmuş zərərin əvəzinin onun pensiyaya çıxdığı 22 oktyabr 2009-cu il tarixindən hazırkı dövrədək əmək pensiyasının baza hissəsinin qiyməti əsasında hesablanaraq birdəfəlik ödənilməsi və hər ay yaşa görə əmək pensiyasının baza hissəsi üzərinə yaşa görə əmək pensiyasının baza hissəsinin 10 faizi miqdarında əlavənin hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Daha sonra, iddiaçı iddia tələbinin dəqiqləşdiilməsi barədə ərizə təqdim edərək, müharibə iştirakçısı olduğuna görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 19.2.4-cü maddəsi əsasında ona yaşa görə əmək pensiyasının baza hissəsinin 10 faizi miqdarında əlavəninhesablanması və 22 oktyabr 2009-cu il tarixindən ödənilməmiş pe nsiya fərqinin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Ərizə məhkəmə tərəfindən qəbul edilmişdir. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, əmək pensiyaları haqqında qanunvericilik döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına, habelə döyüş əməliyyatı aparılan ölkədə xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçuların yaşa görə əmək pensiyasının baza hissəsinin 10 faizi məbləğində əlavənin ödənilməsi nəzərdə tutmuşdur. İddiaçı müharibə veteranı olması əsası ilə cavabdehə əlavənin hesablanması barədə müraciət etmiş, cavabdeh isə onun müraciətinin təmin olunmasından imtina etmişdir. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etiraz təqdim etməmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəm əsinin 02 noyabr 2018-ci il tarixli, 2-1(81)3947/2018 saylı qərardadı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi üçüncü şəxs (bundan sonra mətndə - üçüncü şəxs) qismində icraata cəlb edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19 noyabr 2018-ci il tarixli, 2-1(81)3947/2018 saylı qərarı ilə (hakim Elçin Məmmədov) iddia təmin edilmişdir. Həmin məhkəmə hesab etmişdir ki, hazırkı mübahisəyə əmək pensiyaları haqqında qanunvericiliyin iddiaçının pensiya hüququnun yarandığı tarixdə qüvvədə olmuş müddəaları tətbiq olunmalı və onun əmək pensiyasının baza hissəsinin 10 faizi məbləğində əlavə hesablanmaqla həmin tarixdən yaranmış fərq iddiaçıya ödənilməlidir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bak ı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 28 fevral 2019-cu il tarixli, 2-1(103)-493/2019 saylı qərarı ilə (sədrlik edən Cahangir Yusifov, hakimlər Valeh Ağayev və Afaq Nuriyeva) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmaqla iddia təmin edilməmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, qanunvericiliyin tələblərinə görə hərbi qulluqçulara yaşa görə əmək pensiyası xidmət etdiyi orqanın tərtib etdiyi məlumat vərəqinə əsasən xidmətdən buraxıldığı günə aldıqları təminat xərcliyindən hesablanır. Hərbi qulluqçuların pensiyasında qanunvericilik yaşa görə əmək pensiyasının baza və yaxud sığorta hissəsi kimi anlayışları əks etdirməmişdir. Bundan başqa, iddiaçının əmək pensiyası onun təminat xərcliyinin 100 faizi məbləğini təşkil edir ki, qanunvericilik əmək pensiyasına əlavənin əmək pensiyası ilə birlikdə məbləğinin müvafiq təminat xərcliyindən artıq olmasını da istisna etmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, hərbi qulluqçuların əmək pensiyasının baza hissəsi artırıldıqda əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablama aparılır və belə şəxslərin əmək pensiyası yalnız onların əmək haqqında sonradan baş verən artımlar nəticəsində yenidən hesablanır. Gəldiyi nəticəni apellyasiya məhkəməsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 19.2.4, 19.1,6, 1.0.2, 1.0.5, 29.3, 20.1.1-20.1.21, “Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyasının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydaların ın 4.1.4, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddələri ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 28 avqust 2019-cu il tarixli, 2-1(102)-1999/19 saylı şifahi məhkəmə iclasının qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsi onun hüquq varisi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi ilə əvəz edilmişdir. Kassasiya şikayəti Sonuncu qərardan iddiaçı kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya ş ikayəti onun mümkünlüyünü şərtləndirən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. İddiaçı kassasiya şikayətində bildirmişdir ki, müvafiq təminat xərcliyinin 100 faizinin 876 manat təşkil etməsinə baxmayaraq, əmək pensiyası 868,49 manat təşkil etmişdir. İddiaçı hesab edir ki, ona müvafiq təminat xərcliyinin 100 faizi məbləğində əmək pensiyası hesablanmadığından apellyasiya məhkəməsinin əmək pensiyası və əlavənin müvafiq təminat xərcliyindən artıq olmasına dair mövqeyi əsassız olmuşdur. Başqa bir dəlillə bildirilmişdir ki, apellyasiya məhkəməsinin əmək pensiyaları haqqında qanunvericiliyin hərbi qulluqçuların pensiyalarının hesablanmasına dair müddəalarında pensiyanın baza və sığorta hissəsi anlayışlarının olmamasına və iddiaçının istinad etdiyi maddənin hərbi qulluqçu kimi pensiya təyin olunmayan şəxslərə aid oluna biləcəyinə dair təfsirləri də qanunsuz olmuşdur. İddiaçı hesab edir ki, apellyasiya məhkəməsi əmək pensiyaları haqqında qanunvericiliyin onun pensiya hüququnun yarandığı tarixdə qüvvədə olmuş müddəalarına deyil, mövcud normalara istinad edərək iddianın təmin edilməməsinə dair qanunsuz qərar qəbul etmişdir. Daha bir əsas kimi göstərilmişdir ki, hazırki mübahisə ilə eyni faktiki və hüquqi əsaslara söykənən iddia tələblərinin təmin edilməsi barədə bir sıra qanuni qüvvəyə minmiş məhkəmə qərarları qəbul edilmişdir ki, iddiaçıya münasibətdə fərqli qərarın qəbul edilməsi onun konstitusion hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Kassasiya şikayətində qeyd olunmuş dəlillərin hüquqi əsası kimi cavabdeh “Əmək pensiyaları haqq ında” Azərbaycan Respublikası Qanunun 19.2.4, 20, 20.1.11-20.1.13, 37.3.5, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Qanunun 90.1, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 12.1, 12.2-ci maddələrinə istinad etmişdir. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və vəkili kassasiya şikayətinə uyğun izahat verərək, onun dəlillərini müdafiə etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməsini xahiş etmişdirlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayətini qəbul etməyərək, onun dəlillərinə etiraz etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, ü çüncü şəxs məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsaslanmaqla işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiya instansiyası məhkəməsinin qərarında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. 16 fevral 1998-ci il tarixdə Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 013124 saylı vəsiqədən görünür ki, iddiaçı müharibə veteranıdır. DİN-in 21 oktyabr 2009-cu il tarixli əmrindən görünür ki, iddiaçı 22 oktyabr 2009-cu il tarixdən istefada olan polis mayoru sayılmışdır. İstefaya buraxıldıqdan sonra iddiaçıya yaşa görə əmək pensiyası təyin edildiyi və onun təminat xərcliyinin 100 faizi məbləğində pensiya alması işin mübahisələndirilməyən halını təşkil edir. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərarın ləğv olunması xahiş edildiyindən məhkəmə kollegiyası həmin qərarın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquq normları yoxlanılarkən iddianın Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinin tələblərinə uyğun verildiyi müəyyən edilmiş və onun mümkünlüyü mübahisə olunmamışdır. Maddi hüquq normaları yoxlanılarkən məhkəmə kollegiyası belə nə ticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını tam düzgün müəyyən etməmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçının əmək pensiyası onun təminat xərcliyinin 100 faizi məbləğini təşkil edir ki, qanunvericilik əmək pensiyasına əlavənin əmək pensiyası ilə birlikdə məbləğinin müvafiq təminat xərcliyindən artıq olmasını da istisna etmişdir. Bu mövqeyi iddiaçı o əsasla mübahisələndirmişdir ki, onun pensiya məbləği təminat xərcliyinin 100 faizini təşkil etmir və apellyasiya məhkəməsi tərəfindən qanunvericiliyin müddəaları düzgün təfsir və tətbiq edilməməsi nəticəsində qəbul edilmiş qərar onun bərabərlik hüququna təminat verən konstision normalara zidd olmuşdur. Məhkəmə kollegiyası aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir. İşin hallar ına görə iddiaçıya pensiya 22 oktyabr 2009-cu il tarixdən təyin edilmiş və bu dövrə uyğun olaraq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun(bundan sonra mətndə Qanun): - 1.0.3-ci maddəsinə əsasən, hərbi qulluqçular - Azərbaycan Respublikası Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında və Azərbaycan Respublikasının qanunvericiliyi ilə yaradılmış digər silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərdir; - 4.1-ci maddəsinə əsasən, bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası; əlilliyə görə əmək pensiyası; ailə başçısını itirməyə görə əmək pensiyası; - 4.2-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyası aşağıdakılardan ibarətdir: baza hissəsindən; sığorta hissəsindən; yığı m hissəsindən; - 10.1-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyasının baza hissəsinin məbləğimüvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir; “Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 6 mart 2006-cı il tarixli Fərmanının 2.1-ci bəndində müəyyən edilmişdir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir. Sadalanmış müddəaların iddiaçının tələblərinə münasibətdə mənası ondan ibarətdir ki, silahli birləşmələrdə xidmət etmiş hərbi rütbəsi olan şəxslər hərbi qulluqçular hesab olunurlar. Qanunda müxtəlif növ pensiyalar müəyyən edilmiş, onların sır asında yaşa görə əmək pensiyası nəzərdə tutulmuşdur ki, həmin pensiyanın tərkibindən birini baza hissəsi təşkil edir. Yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği müvafiq icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikasının Prezidenti müəyyən edir. İstinad edilmiş Qanunun 19-cu maddəsində isə əmək pensiyasının baza hissəsinə əlavələr nəzərdə tutulmuş və aşağıdakılar göstərilmişdir: - 19.2-ci maddəsinə əsasən, əmək pensiyasının baza hissəsinin üzərinə müvafiq hallarda aşağıdakı əlavələr hesablanır: 19.2.4. döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına, habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara yaşa görə əmək pensiyasının baza hissəsinin 10 faizi məbləğində. Bu normalardan göründüyü kimi, yaşa görə əmək pensiy alarının baza hissəsinə döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına baza hissəsinin 10 faizi məbləğində əlavələr hesablanmalıdır. Beləliklə, aparılmış təhlilin nəticəsinə görə, şəxsin yaşa görə əmək pensiyasına əlavənin verilməsi üçün zəruri olan şərtlər onun əmək pensiyaçısı olması və müharibə iştirakçısı olmasıdır. Yəni, bu şərtlərin mövcudluğu halında şəxs göstərilmiş əlavənin alınması hüququnu qazanmış olur. İşin hallarına görə isə, iddiaçıya təyin edilmiş pensiyanın növü yaşa görə əmək pensiyasıdır, o, müharibə veteranıdır (iştirakçısıdır) və belə olan halda ona münasibətdə istinad edilmiş Qanunun 19.2.4-cü maddəsinin tətbiqini zəruri edən bütün şərtlərin mövcud olması iddiaçının tələbinin təmin edilməsinin hüquqi əsaslarını təşkil etmişdir. Apellyasiya məhkəməs inin istinad edilən Qanunun 20.15, 29.3-cü maddələrinə əsaslanmasını isə məhkəmə kollegiyası aşağıdakılara görə düzgün hesab etmir. Həmin Qanunun 20.15-ci maddəsinə əsasən, bu maddədə göstərilən qaydada hesablanan əmək pensiyasına əlavənin əmək pensiyası ilə birlikdə məbləği müvafiq təminat xərcliyindən artıq ola bilməz. Belə ki, göstərilmiş Qanunun V fəsli “Əmək pensiyasına əlavələr” kimi adlandırılmış və həmin fəslə daxil olan 19-cu maddədə “Əmək pensiyasının baza hissəsinə əlavələr”lə bağlı qaydalar tənzimlənmiş, 20-ci maddədə isə “Qulluq stajına görə əmək pensiyasına əlavələr”lə bağlı qaydalar nəzərdə tutulmuşdur. Yuxarıda istinad edilmiş Qanunun4.2-ci maddəsindən göründüyü kimi, yaşa görə əmək pensiyasının tərkib hissələri baza, sığorta və yığımı hissələrindən ibarətdir. Əmək pensiyas ına əlavələr isə bir halda baza hissəsinə əlavələri müəyyən edən 19-cu maddəsi və qulluq stajına görə əmək pensiyasına əlavələri müəyyən edən 20-ci maddəsi qaydasında tənzimlənmişdirlər. Beləliklə, yaşa görə pensiyanın ümumi məbləği müvafiq şərtlərin mövcudluğu halında aşağıdakıların cəmindən ibarət ola bilər: (1) əmək pensiyası (baza,sığorta və yığım hissələri); (2) baza hissəsinə əlavə; (3) qulluq stajına görə əlavə. Qeyd edilənləri nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, Qanunun 20.15-ci maddəsində göstərilmiş qayda qulluq stajına görə əlavəyə (3) və əmək pensiyasının (1) məbləğinə dair şərtləri nəzərdə tutmuşdur ki, bu halda həmin hissələrə Qanununun 19-cu maddəsi ilə ödənilən əlavə aid olmamalıdır. Pensiya yaşına çatmış müharibə veteranı olan şəxsin təminat xərcliyinin 100 f aizindən artıq pensiya məbləğinin alınması hüququ həmçinin aşağıdakı əlaqəli qanunvericiliyinin tələblərindən də irəli gəlir. Belə ki, müharibə iştirakçısı olmuş hərbi qulluqçu xidmət dövründə təminat xərcliyi məbləğində gəlir əldə etməklə yanaşı, “Veteranlar haqqında” və “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununa əsasən müharibə veteranlarına verilən müavinətin alınması hüququna da malikdir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanunun: - 4.0.1.6–ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinətlər təyin edilir; - 7.0-ci maddəsinə əsasən, müavinətlər aşağıdakı hallarda təyin edilir: 7.0.6.müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmi ş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət — onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası hüququ olmadıqda; - 11.1.5-ci maddəsinə əsasən,müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət — onu almaq hüququ olan şəxs əmək pensiyası hüququ qazandıqdamüavinətlərin ödənişi dayandırılır. Bu qanunvericiliyin tələblərindən göründüyü kimi, müharibə iştirakçısı olmuş hərbi qulluqçulara müvafiq müavinət əmək pensiyası hüququ olmadığı halda ödənilməlidir. Belə müavinəti alan şəxs pensiya hüququnu qazandıqda isə, onun ödənilməsi dayandırılmalıdır. Göründüyü kimi, qanunvericilikdə əlaqəli şəkildə eyni hüququ fakta görə, yəni şəxsin müharibə iştirakçısı olması ilə bağlı müvafiq imtiyazın verilməsi nəzərdə tutulmuşdur. Şəxs pensiyaçı olmadığı halda müəvinətin alması hüququna malik olmuş, daha sonra əmək pensiyası hüququnu qazandığı dövrdə artıq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun yuxarıda istinad edilmiş 19.2.4-cü maddəsində bu imtiyaz saxlanılmışdır. Bundan başqa, apellyasiya məhkəməsinin istnad etdiyi Qanunun 29.3-cü maddəsində müəyyən olunmuşdur ki, bu Qanunun 20.1.1-20.1.17-ci maddələrində nəzərdə tutulmuş şəxslərin bu maddəyə uyğun olaraq əmək pensiyasının baza hissəsi artırıldıqda və ya sığorta hissəsi indeksləşdirildikdə, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əmək haqqı sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. Bu maddənin tələblərinin mübahisəli məsələyə tətbiqi o əsasla düzgün hesab edilməməlidir ki, tənzimlənmə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən baza hissəsinin artırılması və müvafiq olaraq qulluq stajına görə əmək pensiyasına əlavələrin hesablanması ilə bağlıdır. Yuxarıda qeyd edildiyi kimi, istinad edilən Qanunun 19 və 20-ci maddələri müxtəlif əlavələrin hesablanması qaydalarını müəyyən etmiş və onların bir-birindən asılığı və ya bir-biri ilə məhdudlaşıdırlması həmin qanunda nəzərdə tutulmamışdır. Bununla da məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətində bildirilmiş dəlillərlə razılaşaraq qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən qanunvericiliyin müddəaları d üzgün təsvir və tətbiq edilməmiş və nəticədə düzgün olmayan qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İPM-nin 96.5-ci maddəsinə əsasən şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Həmin Məcəllənin 96.9-cı maddəinə görə isə Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edə bilər. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı qüvvədə olan maddi hüquq normalarının tələblərinə uyğun qəbul edilməmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər qərarın ləğv olunması üçün əsaslıdır. NƏTİCƏVİ HİSSƏ Şərh olunan lara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 28 fevral 2019-cu il tarixli, 2-1(103)-493/2019 saylı qərarı ləğv edilsin. İddiacı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı tələbi təmin edilsin, iddiaçının müharibə iştirakçısı olduğuna görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 19.2.4-cü maddəsi əsasında ona yaşa görə əmək pensiyasının baza hissəsinin 10 faizi miqdarında əlavəninhesablanması və 22 oktyabr 2009-cu il tarixindən ödənilməmiş pensiya fərqinin hesablanaraq ödənilməsi vəzifəsi cavabdehə həvalə edilsin. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar