Məhkəmə qərarları › İş №2-1(102)-1999/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1999/2020

04.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1999/2020 04.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial X12 şəhər şöbəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: rayon statistika idarəsində iş dövrünün dövlət qulluqçusu kimi iş stajına daxil edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh vəki li X1 iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə (bundan sonra cavabdeh) qarşı “Şəki şəhəri statistika idarəsində işlədiyi müddətin Dövlət qulluqçularının iş stajı kimi hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-258/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarından iddiaçının verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı 1959-cu ildə Şəki rayonunun Oxud kəndində anadan olmuşdur. 1981-ci ildə Azərbaycan Politexnik İnstitutunu bitirmiş, xx.xx.1982-ci il tarixdən Şəki şəhər Statistika İdarəsində xx.xx. 1999-cu il tarixədək mühəndis, büro müdiri, mühəndis, şöbə müdiri vəzifələrində çalışmışdır. İşlədiyi “Statistik məlumatların işlənməsi” şöbəsində elektron hesablama maşınlarının (M 5000) vasitəsi ilə uçotun mexanikləşdirilməsi, statistik bülletenlərin hazırlanması və sair işlər görülmüşdür. İdarə 1984-cü ilə qədər Şəki rayon məlumat-hesablama stansiyası, 1984-cü ildən 1987-ci ilə qədər Şəki rayon (şəhər) məlumat hesablama mərkəzi, 1988-ci ildən Şəki şəhər statistika idarəsi adlandırılmışdır. İşlədiyi müddətdə gözlərində yaranmış xəstəliklər səbəbindən ona xx.xx.2007-ci il tarixindən 3-cü qrup ömürlük əlillik dərəcəsi təyin edilmişdir. Həmin tarixdən lazımı sənədləri təqdim etdikdən sonra Şəki Sosial müdafiə fondunda ona dövlət qulluqçusu kimi əlilliyə görə əmək pensiyası təyin edilmişdir. xx.xx.2019-cu ildə iddiaçı DSMF-nin Şəki şəhər şöbəsinə çağırılmış və 12 il sonra əlilliyə görə əmək pensiyasının səhv təyin edildiyi bildirilmiş və 12 il 2 ay ərzində artıq verilmiş 25040 manat əlavə ödənişin geri qaytarmalı olduğunu bildirilmişdir.

2. Cavabdehin iddiaçıya ünvanladığı xx xxxx 2019-cu il tarixli məktubda qeyd edilmişdir ki, iddiaçıya xx.xx.2007-ci il tarixdən İİİ qrup əlilliyə görə əmək pensiyası təyin olunmuşdur. Şəki şəhər statistika idarəsində olan iş stajınız 16 il 6 ay dövlət qulluğu stajı kimi nəzərə alınaraq həmin tarixdən dövlət qulluqçusu kimi qulluq stajına görə əlavə hesablanmış və ödənilmişdir. 2019-cu ilin aprel ayında şöbədə aparılmış növbəti audit araşdırması zamanı Şəki şəhər statistika idarəsində işlədiyi vəzifələr dövlət büdcəsindən maliyyələşdirilmədiyi üçün dövlət qulluğuna daxil edilmədiyi aşkar olunmuşdur. Nəticədə ona xx.xx.2007-ci il tarixdən xx.xx.2019-cu il tarixədək əsassız olaraq 25040 manat qulluq stajına görə əlavə ödənişi həyata keçirilmişdir. x xxxx 2019-cu il tarixdən iddiaçının əmək pensiyasının məbləği 160.0 manat müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsinə istinadən artıq ödənilmiş məbləğ iddiaçının əmək pensiyasının məbləğindən 20 faiz olmaqla tutulur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı xx xxxxxxx 2019-cu il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Şəki şəhər statistika idarəsində işlədiyi müddətin dövlət qulluqçularının iş stajı kimi hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, 1971-ci ildən etibarən rayon (şəhər) statistika müfəttişliklərinin maşın-hesablama stansiyaları ilə birləşdirilməsinə, Vahid Dövlət statistika orqanlarının-rayon (şəhər) məlumat hesablama stansiyalarının (mərkəzləşdirilmiş) yaradılmasına başlanılmışdır. Bu işlər 1975-ci ilin sonlarında başa çatmışdır. “Dövlət statistika orqanlarının maliyyələşdirilməsi və maddi-texniki təminatı, onlara xidmət göstərilməsi Azərbaycan Respublikasının Dövlət büdcəsindən ayrılan vəsait hesabına həyata keçirilir. Yerli statistika orqanlarının Proqramında tutulmamış əlavə gördükləri işlər, həmin işləri gördürən təşkilatların vəsaiti hesabına ödənilir.

5. Dövlət İmtahan Mərkəzinin məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli məktubda qeyd edil mişdir ki, Azərbaycan SSR Nazirlər Soveti yanında X6 və Naxçıvan MSSR-də, DQMV-də, Azərbaycan SSR şəhər və rayonlarında dövlət statistika orqanları haqqında Əsasnamənin təsdiq edilməsi barəsində” Azərbaycan SSR Nazirlər Sovetinin x xxxxxx 1973-cü tarixli 360 nömrəli qərarı ilə təsdiq edilmiş Əsasnamənin 28-ci hissəsinə əsasən dövlət statistikasının rayon və şəhər məlumat hesablama stansiyaları (mərkəzləri) təsərrüfat hesabı əsasında işləmişdir. Dövlət statistikası rayon və şəhər məlumat hesablama stansiyalarının (mərkəzlərinin) bütün xərcləri təsdiq edilmiş istehsal-maliyyə planlarına və xərclər smetalarına uyğun olaraq onların təsərrüfat fəaliyyəti nəticəsində əldə etdiyi vəsait hesabına ödənilmişdir. Qeyd edilən Əsasnamə “Azərbaycan SSR Dövlət Statistika Komitəsi haqqında Əsasnamənin təs diq edilməsi haqqında“ Azərbaycan SSR Nazirlər Sovetinin xx xxxx 1988-ci il tarixli 114 nömrəli qərarına əsasən qüvvədən düşmüşdür. “Dövlət qulluğu haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən dövlət orqanı Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsəd və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən, sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının və işsizlikdən sığorta fondunun büdcəsindən maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır. Qeyd edilənlərə əsasən təsərrüfat fəaliyyəti hesabına maliyyələşdirildiyi üçün iddiaçının 19821988-ci illərdə Şəki məlumat hesablama stansiyasında (mərkəzində) işlədiyi müddət dövlət qulluğu stajına daxil edilmir. İddiaçının 1988-1994-cü il tarixlərdə işlədiyi müddətlə bağlı bildirilir ki “Ölkədə statistika işlərinin əsaslı surətdə yaxşılaşdırılması tədbirləri haqqında” Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi və Azərbaycan SSR Nazirlər Sovetinin xx xxxxxx 1987-ci il tarixli 294 nömrəli qərarı ilə bağlı Azərbaycan SSR Dövlət Statistika Komitəsinin xx xxxxxx 1987-ci il tarixli 3 nömrəli əmrinin 2-ci bəndinə əsasən, rayon məlumat hesablama mərkəzləri (stansiyaları) rayon statistika idarələrinə çevrilmişdir və statistika idarələrinin fəaliyyəti “Dövlət müəssisəsi (birliyi) haqqında” Qanuna uyğun olaraq təsərrüfat hesabı əsasında həyata keçirilmişdir. “X9 Partiyası Mərkəzi Komitəsi və S SRİ Nazirlər Sovetinin xx xxxx 1987-ci il tarixli 822 nömrəli “Ölkədə statistika işinin əsaslı surətdə yaxşılaşdırılması tədbirlər barədə” qərarı haqqında” Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi və Azərbaycan SSR Nazirlər Sovetinin xx xxxxxx 1987-ci il tarixli 294 nömrəli qərarı “Azərbaycan Respublikası hökumətinin bəzi qərarlarının qüvvəsinin itirilmiş hesab edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1994-cü il tarixli 414 nömrəli qərarına əsasən qüvvədən düşmüşdür. Qeyd edilənlərə əsasən 1988- 1994-cü il tarixədək Şəki şəhər statistika idarəsi təsərrüfat hesabı əsasında fəaliyyət göstərdiyi üçün iddiaçının həmin illərdə işlədiyi müddət dövlət qulluğu stajına daxil edilmir. İddiaçının 1995-1999-cu il tarixlərdə işlədiyi müddətlə bağlı bildirilir ki, A zərbaycan Respublikası Dövlət Statistika Komitəsinin xx xxxxxx 1995-ci il tarixli 234/T nömrə əmrinə əsasən, şəhər, rayon statistika idarələri və şöbələrinin saxlanması xərcləri respublika büdcəsində mərkəzi dövlət idarəetmə orqanlarının saxlanması üçün ayrılan vəsait hesabına ödənilmişdir. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Kollegiyasının xx xxxxxx 1996-cı tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası rayon, şəhər statistika idarələri şöbələri haqqında Əsasnamə”nin 1-ci hissəsinə əsasən yerli statistika orqanları ərazidə statistika və uçot işinə rəhbərlik edən yerli iqtisadi dövlət idarəetmə orqanı olmuşdur və Dövlət Statistika Komitəsi sistemində fəaliyyət göstərmiş, bilavasitə yuxarı dövlət statistika orqanına tabe olmuşdur. Həmin Əsasnamənin 7-ci hissəsin də göstərilmişdir ki, yerli statistika orqanlarının və Dövlət Statistika Komitəsinin inkişafı üçün mərkəzləşdirilmiş qaydada nəzərdə tutulan respublika büdcə vəsaiti hesabına yaranmışdır. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 saylı Fərman təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarının aparatlarında çalışmış dövlət qulluqçularının vəzifələri “İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələr uyğunlaşdırılması Siyahısının 2-ci bəndində 1991-ci il oktyabrın 18-dən İnzib ati və yardımçı vəzifələrin Təsnifat Toplusu qüvvəyə minənədək Azərbaycan Respublikası dövlət orqanlarında dövlət qulluğu vəzifələrinin “İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmışdır. Həmin Siyahının 2.12-ci yarımbəndində Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının tabeliyində olan regional orqanların, ikili tabelikdə olan yerli bölmələrin aparatında şöbə müdiri (rəisi) vəzifəsi “İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusunda göstərilən Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının tabeliyində olan orqanların, yerli bölmələrin aparatında sektor müdiri vəzifəsinə uyğunlaşdırılmışdır. Müvafiq uyğunlaşdırma aparıldığı üçün iddiaçının 1995-1999-cu il tarixlər işlədiyi müddət dövlət qulluğu stajı hesablanarkən nəzərə alınır.

6. Şəki İnzibati Məhkəməsinin (hakim X5, 2-1(116)-207/2020 saylı iş) x xxx 2020-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir.

7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, qanunvericiliyə əsasən şəxsin dövlət qulluqçusu kimi pensiya hüququnun olması üçün onun 5 il daimi dövlət qulluğunda xidmət etməsi kifayətdir. Lakin iddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.1999-cu il tarixədək Şəki şəhər Statistika İdarəsində işləsə də, onun xx.xx.1982-ci il tarixdən 1995-ci il tarixədək işlədiyi müddət qüvvədə olan qanunvericiliklə dövlət qulluqçusu stajına aid edilməmişdir. xx.xx.1995-ci il tarixdən xx.xx.1999-cu il tarixədək olan dövr üzrə isə iddiaçının dövlət qulluqçusu olaraq pensiya alması üçün qanunla nəzərdə tutulmuş müddət tamamlanmamışd ır.

8. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

9. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası (hakimlər Rəfiyev Rövşən Rafiq oğlu-məruzəçi, X3 və X2, 2-1(107)-258/2020 saylı iş) xx xxxx 2020-ci il tarixli qərarla birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, iddiaçının apelyasiya şikayətini təmin etməmiş, x xxx 2020-ci il tarixli qərarı dəyişdirmədən saxlamışdır.

10. İddiaçı x xxxxxxxx 2020-ci il tarixdə kasasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsini xahiş edilmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri

11. İddiaçı işlədiy i müddətdə Dövlət Statistika Komitəsinin (Şəki statistika İdarəsinin) dövlət orqanlarına aid edilib-edilməməsi ilə bağlı sorğu ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə müraciət etmişdir. Həmin sorğunun cavabı olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Statistika orqanlarının 1995-ci il tarixdən müstəqil mərkəzi iqtisadi idarə etmə orqanı, 1988-ci il tarixdən ittifaq respublika dövlət idarə etmə orqanı olduğu 1988-ci ilədək isə Nazirlər Soveti yanında X4 Dövlət İdarəetmə işində iştirak etdiyi qeyd edilmişdir.

12. Yuxarıda qeyd edilən sorğunun cavabı ilə iddiaçıya 2007-ci il tarixdə təyin edilmiş pensiya qanuna müvafiqdir. Eyni zamanda, iddiaçının işlədiyi 1995-1999-cu illər dövlət qulluqçusu kimi qəbul edilir.

13. İşdə olan Dövlət İmtahan Mərkəzinin məktubuna əsasən hər iki m əhkəmənin (qərarında 1988-1995-ci illərdəki, işlədiyi müddətlə bağlı “Azərbaycan SSR Dövlət Statistika Komitəsinin” xx xxxxxx 1987-ci il tarixli əmrinin İİ bəndinə əsasən “Rayon Məlumat Hesablama Mərkəzləri “Rayon Statistika İdarələri”nə çevrilmişdir. Onlar fəaliyyətini təsərrüfat hesabı ilə həyata keçirir. Bu qərarın 1994-cü il tarixdə qüvvədən düşdüyünü əsas götürərək həmin illərdəki iş müddətini dövlət qulluğu stajına daxil etmirlər. Bu düzgün yanaşma deyildir. Belə əsaslandırma ilə iddiaçı razı deyildir. Çünki, Azərbaycan SSR-nin Nazirlər Sovetinin xx xxxx 1988-ci il tarixli 114 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR Dövlət Statistika Komitəsi haqqında” Əsasnamənin 1-ci bəndində qeyd edilir ki, Azərbaycan SSR-i Dövlət Statistika Komitəsi Azərbaycan SSR ərazisində xalq təsərr üfatının bütün sahələrində statistika, uçot və hesabat işinə rəhbərlik edən ittifaq-respublika dövlət idarə orqanı-Azərbaycan SSR-nin Baş Uçot Statistika Mərkəzidir.

14. Şəki şəhər Statistika İdarəsi Dövlət Statistika Komitəsinin strukturunda olduğu üçün “Müəssisə qanunu” ilə tənzimlənmir. Yəni 15-ci maddədə göstərildiyi kimi büdcədən maliyyələşdirilir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Cavabdeh kasasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün çıxışlarda iştirak etməmişdir.

17. Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinin dəlilləri ilə razılaşmamış, şikayətin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq 18. “Döv lət qulluğu haqqında” Qanun: Maddə 2.2. Bu Qanun icra, qanunvericilik və məhkəmə hakimiyyətləri orqanlarının aparatlarında dövlət qulluğu keçən qulluqçulara şamil edilir. 2.5. Bu Qanun müvafiq icra hakimiyyəti orqanlarının tabeliyində olan müəssisələrin işçilərinə şamil edilmir. Bu işçilərin əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. Maddə 23.1. Dövlət qulluqçularının pensiya təminatı üçün əsas və onun qaydası bu maddənin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikasının müvafiq Qanunu ilə müəyyən edilir. 23.2. Dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğunda xidmət illərindən və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət pensiyası verilməsi üçün lazım olan xidmət illərinin minimum həddi 5 ildir. 23.3. Müvafiq qanunvericiliyə uyğun ol araq pensiya yaşına çatmasına, əlilliyinə və ya sağlamlıq imkanlarının məhdudluğuna görə könüllü işdən çıxmış, dövlət qulluğunda xidmət illərinin minimum həddinə və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçusuna qanunvericiliklə müəyyən edilmiş miqdarda ömürlük müavinət təyin edilir. 23.4. Dövlət qulluqçusunun pensiyasının və müavinətinin məbləği fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğində olan sonrakı artımlara uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada yenidən hesablanır. 19. “Əmək Pensiyaları haqqında” Qanun: Maddə 20.1.7. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən “Dövlət qulluğu haqqında” Azərbaycan Res publikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr almaq hüququna malikdirlər (x xxxx 2017-ci ilə qədər qüvvədə olmuş redaksiya).

20. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 115 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi haqqında Əsasnamənin birinci bəndinə görə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi mərkəzi icra hakimiyyəti orqanıdır.

21. Azərbaycan Respublikası Prezidentinin x xxxxxxxx 2005-ci il tarixli 290 saylı Fərmanı ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı” təsdiq edilmişdir. Adı çəkilən Fərmanın 2-ci bəndində qeyd edilir ki, bu Fərmanın 1-ci bəndi ilə təsdiq edilmiş Siyahıya daxil olmayan və pensiya təyin edilməsi üçün dövlət q ulluqçusunun müraciət etdiyi vaxt dövlət qulluğunda mövcud olmayan vəzifələrin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğunun müvafiq vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən həyata keçirilir.

22. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 saylı Fərman təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarının aparatlarında çalışmış dövlət qulluqçularının vəzifələri “İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusunda göstərilən dövlət qulluğ u vəzifələr uyğunlaşdırılması Siyahısının 2-ci bəndində 1991-ci il oktyabrın 18-dən İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu qüvvəyə minənədək Azərbaycan Respublikası dövlət orqanlarında dövlət qulluğu vəzifələrinin “İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmışdır. Həmin Siyahının 2.12-ci yarımbəndində Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının tabeliyində olan regional orqanların, ikili tabelikdə olan yerli bölmələrin aparatında şöbə müdiri (rəisi) vəzifəsi “İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusunda göstərilən Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının tabeliyində olan orqanların, yerli bölmələrin aparatında sektor müdiri vəzifəsinə uyğunlaşdırılmışdır.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 136 saylı, xx xxxxxx 2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın 24.1-cü bəndində Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin rayon (şəhər) statistika idarələri (şöbələri) göstərilmişdir.

24. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Kollegiyasının xx xxxxxx 1996-cı tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası rayon, şəhər statistika idarələri şöbələri haqqında Əsasnamə”nin 1-ci hissəsinə əsasən yerli statistika orqanları ərazidə statistika və uçot işinə rəhbərlik edən yerli iqtisadi dövlət idarəetmə orqanı olmuşdur və Dövlət Statistika Komitəsi sistemində fəaliyyət göstərmiş, bilavasitə yuxarı dövlət statistika orqanına tabe olmuşdur. Əsasnamənin 7-ci hissəsində göstə rilmişdir ki, yerli statistika orqanlarının və Dövlət Statistika Komitəsinin inkişafı üçün mərkəzləşdirilmiş qaydada nəzərdə tutulan respublika büdcə vəsaiti hesabına yaranmışdır.

25. İnzibati Prosessual Məcəllə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə v erilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

26. İddiaçının kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.

27. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarın ın ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

29. İddiaçının əsas dəlili ondan ibarətdir ki, rayon statistika şöbəsində işlədiyi dövrdə şöbə büdcədən maliyyələşdirildiyindən işlədiyi peşə dövlət qulluqçusu kateqoriyasına aid olmuşdur.

30. Kasasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.

31. İşin hallarından müəyyən olunduğu kimi xx.xx.1982-ci il tarixdən Şəki şəhər Statistika İdarəsində xx.xx.1999-cu il tarixədək mühəndis, büro müdiri, mühəndis, şöbə müdiri vəzifələrində çalışmışdır.

32. İdarə 1984-cü ilə qədər Şəki rayon məlumat-hesablama stansiyası, 1984-cü ildən 1987-ci ilə qədər Şəki rayon (şəhər) məlumat hesablama mərkəzi, 1988-ci ildən Şəki şəhər statistika idarəsi adlandırılmışdır.

33. Apelyasiya məhkəməsinin araşdırmasından görünür ki, təsərrüfat fəaliyyəti hesabına maliyyələşdirildiyi üçün iddiaçının 1982-1988-ci illərdə Şəki məlumat hesablama stansiyasında (mərkəzində) işlədiyi müddət dövlət qulluğu stajına daxil edilmir.

34. İddiaçının 1988-1994-cü il tarixlərdə işlədiyi müddətlə bağlı qeyd edilməlidir ki, “Ölkədə statistika işlərinin əsaslı surətdə yaxşılaşdırılması tədbirləri haqqında” Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi və Azərbaycan SSR Nazirlər Sovetinin xx xxxxxx 1987 ci il tarixli 294 nömrəli qərarı ilə bağlı Azərbaycan SSR Dövlət Statistika Komitəsinin xx xxxxxx 1987-ci il tarixli 3 nömrəli əmrinin 2-ci bəndinə əsasən, rayon məlumat hesablama mərkəzləri (stansiyaları) rayon statistika idarələrinə çevrilmişdir və statistika idarələrinin fəaliyyəti “Dövlət müəssisəsi (birliyi) haqqında” Qanuna uy ğun olaraq təsərrüfat hesabı əsasında həyata keçirilmişdir. “X9 Partiyası Mərkəzi Komitəsi və SSRİ Nazirlər Sovetinin xx xxxx 1987-ci il tarixli 822 nömrəli “Ölkədə statistika işinin əsaslı surətdə yaxşılaşdırılması tədbirlər barədə” qərarı haqqında” Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi və Azərbaycan SSR Nazirlər Sovetinin xx xxxxxx 1987-ci il tarixli 294 nömrəli qərarı “Azərbaycan Respublikası hökumətinin bəzi qərarlarının qüvvəsinin itirilmiş hesab edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1994-cü il tarixli 414 nömrəli qərarına əsasən qüvvədən düşmüşdür. Qeyd edilənlərə əsasən 1988-1994-cü il tarixədək Şəki şəhər statistika idarəsi təsərrüfat hesabı əsasında fəaliyyət göstərdiyi üçün iddiaçının həmin illərdə işlədiyi müddət dövlət qulluğu stajına daxil edilmir.

35. İddiaçının 1995-1999-cu il tarixlərdə işlədiyi müddətlə bağlı qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin xx xxxxxx 1995-ci il tarixli 234/T nömrə əmrinə əsasən, şəhər, rayon statistika idarələri və şöbələrinin saxlanması xərcləri respublika büdcəsində mərkəzi dövlət idarəetmə orqanlarının saxlanması üçün ayrılan vəsait hesabına ödənilmişdir. Odur ki, müvafiq uyğunlaşdırma aparılaraq yalnız iddiaçının 1995-1999-cu il tarixlər işlədiyi müddət dövlət qulluğu stajı hesablanarkən nəzərə alınmışdır.

36. İstinad olunan qanunvericilik normalarının məzmunundan göründüyü kimi şəxsin dövlət qulluqçusu kimi pensiya hüququnun yaranması üçün onun 5 il daimi dövlət qulluğunda xidmət etməsi kifayətdir. İddiaçı xx.xx.1982-ci il tarixindən xx.xx.1999-cu il tarixədək Şəki şəhər Statistika İdarəsində işləsə də, onun xx.xx.1982-ci il tarixdən 1995-ci il tarixədək işlədiyi müddət qüvvədə olan qanunvericiliklə dövlət qulluqçusu stajına aid edilməmişdir. xx.xx.1995-ci il tarixdən xx.xx.1999-cu il tarixədək olan dövr üzrə isə iddiaçının dövlət qulluqçusu olaraq pensiya alması üçün qanunla nəzərdə tutulmuş müddət tamamlanmamışdır.

37. Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli məktubunda da bildirilmişdir ki, iddiaçının 1982-1994-cü illərdə işlədiyi müddətdə iş yeri təsərrüfat hesabı əsasında fəaliyyət göstərdiyindən, rayon, şəhər idarə və şöbələrinin saxlanma xərcləri dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilmədiyindən, həmin dövrdə iddiaçının işlədiyi müddət dövlət qulluğu stajına daxil edilmir.

38. İşə ba xılarkən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırılmış, sübutlara hüquqi qiymət verilmişdir.

39. Apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir.

40. Kasasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

41. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(107)-258/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar