Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1999/2021 16.11.2021 ALİ MƏHKƏMƏ İddiaçı Cavabdeh Bakı şəhər Xətai Rayon İcra Hakimiyyətinə qarşı iş üzrə (Açar sözlər: kompensasiya tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, iddiaçının vəkili Vəkil, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Xətai Rayon İcra Hakimiyyətinə qarşı “torpaq sahəsinə görə kompensasiyanın ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28.04.2021-ci il tarixli, 2-1(103)-583/2021 nömrəli qərarından iddiaçı tərə findən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin Başçısının 22.09.2000-ci il tarixli 291 nömrəli sərəncamı ilə Ünvan1-də yaşayan İddiaçı Ünvan2 məxsus sahədə (müəssisə rəhbərliyinin razılığı ilə) 0,015 ha torpaq sahəsinin iddiaçının adına sənədləşdirilməsi və yaşayış evinin tikintisinə icazə verilmişdir.
2. Azərbaycan Respublikası Prezidentinin 01.02.2006-cı il tarixli, 1255 saylı Sərəncamı ilə təsdiq olunmuş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006-2007-ci illər üçün tədbirlər planının icrası ilə əlaqədar tədbirlər proqramı həyata keçirilmiş və Bakı şəhər İcra Hakimiyyəti Başçısının 7-4010/17 saylı, 27.11.2007-ci il tarixli Nəqliyyat Nazirliyi "xx xx" ASC-nin 4/01-3446 saylı, 20.11.2007-ci il tarixli məktubları adı çəkilən tədbirlər planının, eləcə də şəhərin bəzi yolları və prospektlərinin yenidən tikilməsi barədə 10.11.2007-ci il tarixli direktiv orqanların göstərişlərinin icrası məqsədilə Nobel pr., Zığ-yolu və Zığ dairəsi boyunca tikinti zolağından (yolun və prospektlərin torpaq zolağından) müxtəlif təyinatlı binaların, qurğuların, mühəndis-kommunikasiya xətlərinin ən qısa müddətdə köçürülməsi üçün təxirəsalınmaz tədbirlər görülmüş, köçürülən obyektlərin qiymətləndirilməsi və təzminat ödənilməsi məqsədi ilə tərkibində Nəqliyyat Nazirliyi, Maliyyə Nazirliyi, Dövlət Reyestr Xidməti və digər aidiyyəti orqanların nümayəndələri olmaqla Xətai Rayon İcra Hakimiyyətində müvafiq Komissiya yaradılmışdır.
3. İddiaçı cavabdeh inzibati orqan Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək Rayon İcra Hakimiyyətinin 22.09.2000-ci il tarixli 291 nömrəli sərəncanmı ilə onun istifadəsinə verilmiş 0,015 ha. torpaq sahəsinə dair və həmin torpaq sahəsində tikilinin sökülməsi nəticəsində ona dəymiş ziyanın əvəzi kimi kompensasiya məbləğinin ödənilməsini xahiş etmişdir.
4. Cavabdeh 14.08.2018-ci il tarixli Q-175 nömrəli məktubla bildirmişdir ki, Rayon İcra Hakimiyyətinin komissiya üzvləri tərəfindən “Ağ şəhər” layihəsi çərçivəsində sökülməsi nəzərdə tutulmuş yaşayış və qeyri-yaşayış obyektlərində ölçmə işləri aparılarkən iddiaçıya məxsus olan sahədə hər hansı bir tikinti aşlar olunmadığından ona kompensasiya nəzərdə tutulmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
5. İd diaçı cavabdeh Bakı şəhər Xətai Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona verilmiş Ünvan2 məxsus sahədə 0,020 ha torpaq sahəsinə dair kompensasiyanın verilməsi barədə inzibati aktın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barəd qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, 22.09.2000-ci il tarixində Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Başçısının 291 nömrəli sərəncamına əsasən Ünvan2 məxsus sahədə 0,020 ha torpaq sahəsi almışdır. Həmin torpaq sahəsində yaşayış evi tikintisinə başlamış, lakin sonradan maddi vəziyyəti yaxşı olmadığından tikintini yarımçıq saxlamaq məcburiyyətində qalmışdır. Daha sonra işlə əlaqədar xarici ölkəyə gedən iddiaçı bir neçə ildən sonra geri qayıtmış və tikintini başa çatdırmaq istədikdə, ona bildirilmədən tikdirdiyi evin söküldüyünü və yerində başqa tikinti işi getdiyini görmüşdür. Ona bildirmişlər ki, bu torpaq sahəsi plana düşüb və hal-hazırda burada “Ağ şəhər” layihəsi salınır. Buna görə İddiaçı kompensasiya ödəyəcəklərini demiş və iddiaçıdan torpağa aid olan bütün sənədləri alıb, gözləməli olduğunu söyləmişlər. Daha sonra iddiaçıya məlum olmuşdur ki, bu ərazidəki digər torpaq sahibləri ilə müqavilə bağlanılıb. Lakin iddiaçı ilə nəinki müqavilə bağlanılmış, hətta ona bu barədə məlumat belə verilməmişdir. İddiaçı 2018-ci ilin yanvar ayında Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin nümayəndəsinin qəbulunda olmuş və iddiaçıya mart ayında işə baxılacağı və bu barədə məlumat veriləcəyini bildirmişlər. İddiaçı ona heç bir məlumatın verilmədiyini görd ükdə 16.07.2018-ci il tarixdə ərizə ilə Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin Başçısına müraciət edərək vəziyyətini bildirmiş və ona dəymiş zərərin kompensasiya edilməsini, məsələnin aydınlaşdırılmasında köməklik göstərilməsini xahiş etmişdir. Lakin 14.08.2018-ci il tarixində iddiaçının ərizəsinə cavab olaraq Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən qeyd edilmişdir ki, Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin Komissiya üzvləri tərəfindən “Ağ şəhər” layihəsi çərçivəsində sökülməsi nəzərdə tutulmuş yaşayış və qeyri-yaşayış obyektlərində ölçmə işləri aparılarkən iddiaçıya məxsus olan sahədə hər hansı bir tikinti aşkar olunmadığından kompensasiya ödənilməsi nəzərdə tutulmamışdır.
7. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək iddia tələbini n mümkünsüz sayılmas və ya rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etirazı belə əsaslandırmışdır ki, iddiaçı istər söküntü və köçürülmə işləri aparılan zaman, istərsə də üstündən uzun illər keçməsinə baxmayaraq, qeyd edilən məsələ ilə əlaqədar Komissiyaya müraciət etməmiş və 2018-ci ildə guya onun həmin ünvanda yarım tikilisi olduğunu xatırlayaraq ona kompensasiya ödənilməsini tələb edir. Halbuki, iddiaçının qeyd etdiyi tikili heç vaxt mövcud olmamışdır. Əgər belə bir tikili mövcud olsaydı, iddiaçı əvvəllər də komissiyaya müraciət etmiş olardı. İddiaçı işlə bağlı uzun illərdir ki, xarici ölkədə olduğunu, bu səbəbdən də mübahisəli ərazinin köçürülməsi barədə məlumatı olmadığını bildirsə də, məhkəməyə heç bir sübut təqdim etməmişdir. Beləliklə, şəxsi mülkiyyətində olmayan və sərəncam əsasında ayrılan torpaq sahəsinin üzərində uzun illər təyinatı üzrə istifadə edilməyən boş torpaq sahələrinə kompensasiya ayrılması nəzərdə tutulmadığından iddiaçının tələbi təmin edilməməlidir. 8. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18.12.2019-cu il tarixli, 2-1(82)361/2019 saylı qərarına əsasən (hakim Rüstəm Kərimli) iddia tələbi təmin edilməmişdir.
9. Məhkəmə qeyd etmişdir ki, iddiaçılara müvafiq ərazidə torpaq sahəsi daimi əsaslarla ayrılmamış və orada yalnız əsaslı tikinti aparılmaması şərtilə talvar quraşdırılması nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, iddaçılara əsaslı (bünövrəli) şəkildə daşınmaz əmlak inşa olunmasına icazə verilməmişdir. Həmin ərazidə iddiaçılara məxsus daşınmaz əmlaka dair digər hüquq müəyyənedici sənəd isə təqdim edilməmişdir. Üzərində m üvafiq işlərin aparılmasına icazə verilmiş torpaq sahəsinə gəldikdə isə, həmin torpaq sahəsi iddiaçının mülkiyyətində deyil, mülkiyyətində olsaydı da, onun kompensasiyası iddiaçının tələb etdiyi bu qaydada ödənilə bilməzdi.
10. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28.04.2021-ci il tarixli, 21(103)-583/2021 nömrəli qərarına əsasən (sədrlik edən və məruzəçi – Afaq Nuriyeva, hakimlər – Cahangir Yusifov, Aida Hüseyn) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18.12.2019-cu il tarixli, 2-1(82)361/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Məhkəmə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. 1
3. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28.04.2021-ci il tarixli, 2-1(103)-583/2021 nömrəli qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
14. Kassasiya şikayətinin əsasını iddia ərizəsində qeyd olunanlar təşkil edir. Şikayətdə əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi qərarda obyektiv həqiqəti ifadə edən faktları nəzərə almamış, işi tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Belə ki, iş üçün əhəmiyyət kəsb edən hallar sübut olunmamış, qərarda müəyyən olunmuş nəticələr işin hallarına uyğun gəlməmiş, qərar maddi və prosessua l hüquq normalarının düzgün tətbiq edilməməsi ilə çıxarılmış və nəticədə qərarın ləğv edilməsi üçün əsaslar yaranmışdır.
15. İşə mahiyyəti üzrə baxan məhkəmələr nəzərə almamışlar ki, iddiaçı cavabdeh inzibati orqana müraciətində tikiliyə görə kompensasiya tələb etdiyi və cavabdehin məhz tikili ilə bağlı ona imtina cavabı verdiyi halda, iddia ərizəsində torpaq sahəsi ilə bağlı kompensasiya ödənilməsini tələb etmiş, məhkəmələrin məhz tikili və ya torpaq sahəsi və ya hər iki tələblə bağlı iddiasına baxılması müəyyən edilmir. İddia tələbinin düzgün olmadığı təqdirdə məhkəmə öz vəzifə səlahiyyətlərindən irəli gələrək iddia tələbinin dəqiqləşdirilməsini iddiaçıya təklif etməli, habelə iddiaçıya onun konkret olaraq torpaq sahəsi və ya onun üzərindəki yarımçıq tikili və ya hər iki, yəni həm torpaq, həm də yarımçıq tikili ilə bağlı kompensasiya tələb etməsi ilə əlaqədar cavabdeh inzibati orqana müraciət etməsini təmin etməli, bundan sonra işə mahiyyəti üzrə baxılmasını davam etdirməli idi.
16. Məhkəmə araşdırma aparmamışdır ki, iddiaçının da daşınmaz əmlakının yerləşdiyi ərazidə aparılan söküntü işləri ilə bağlı kompensasiyaların ödənilməsi üzrə cavab verməli olan orqan iddiaçının cavabdeh qismində iddia ərizəsində göstərdiyi Xətai rayon İcra Hakimiyyəti və ya başqa dövlət orqanı olmuşdur, ya yox. Torpaqayırma sənədi, torpaq sahəsinin cizgisi mövcud olduğu, habelə torpaq sahəsinin yerləşdiyi ünvan məlum olduğu halda, məhkəmələrin bununla bağlı iddia tələbini rədd etməsi qanunvericiliyin tələblərinə zidd olmuşdur.
17. İddiaçıya qanuni əsaslarla məhz fərdi yaşayış evinin tikintisi üçü n 01.01.2001-ci il tarixinədək torpaq ayırma səlahiyyətinə malik olmuş dövlət orqanı hesab edilən Xətai rayon İcra Hakimiyyətinin sərəncamının iddiaçı tərəfindən daşınmaz əmlakın dövlət orqanına vaxtında təqdim edilməməsi, iddiaçının həmin torpaq sahəsindən qanunsuz məhrum edilməsinin əsası kimi çıxış edə bilməz. Hansı ki, qeyd olunan sərəncamın ləğv edilməsi, dəyişdirilmədi və ya məhkəmə qaydasında etibarsız sayılması barədə cavabdeh inzibati orqan hər hansı sübutunu məhkəməyə təqdim etməmiş, belə bir hal məhkəmə araşdırmasında müəyyən edilməmişdir. Cavabdeh tərəfindən “İnzibati icraat haqqında” Qanunun 15.1, 15.2, 19, 64.2-ci maddələrinin tələbləri pozulsa da, məhkəmə bu hala qiymət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 və iddiaçının vəkili Vəkil kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
20. İşə baxılmasının vaxtı və yeri haqda lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ
21. Torpaq Məcəlləsinin 73.1-ci maddəsinə əsasən torpaq sahəsi və ya onun bir hissəsi üzərin də mülkiyyət, istifadə və ya icarə hüququna aşağıdakı hallarda xitam verilir: torpaq sahəsindən könüllü imtina edildikdə və ya torpaq mülkiyyətçisi onu özgəninkiləşdirdikdə; torpaq sahəsinin istifadəyə və ya icarəyə verildiyi müddət qurtardıqda; hüquqi şəxslərin fəaliyyətinə xitam verildikdə; torpaqdan məqsədli təyinatına görə istifadə edilmədikdə; əmək münasibətləri əsasında müvəqqəti istifadə edilən torpaq sahələri ilə əlaqədar işçilərin fərdi əmək müqavilələrinə xitam verildikdə; istifadə və ya icarə müqaviləsi şərtlərinə əməl edilmədikdə; torpaq vergisi və icarə haqqı üzürlü səbəb olmadan 1 il ödənilmədikdə; kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən dalbadal 2 il ərzində və qeyri-kənd təsərrüfatı ehtiyacları üçün verilmiş torpaq sahəsindən 1 il ərzində üzürlü səbəb olm adan istifadə edilmədikdə; istifadə zamanı torpağın keyfiyyətinin pisləşməsinə və eroziyasına, kimyəvi və radioaktiv maddələrlə çirklənməsinə, bataqlaşmasına, təkrar şoranlaşmasına, torpaq sahəsində olan meliorasiya və irriqasiya sistemlərinin istismar qaydalarının pozulmasına, ətraf təbii mühitin çirklənməsinə yol verildikdə; dövlət ehtiyacları üçün torpaqların alınması zəruriliyi yarandıqda; torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən tikili və qurğuya mülkiyyət hüququ keçdikdə; torpaq mülkiyyətçisi, istifadəçisi (icarəçisi) öldükdə və vərəsələr olmadıqda; torpaq sahəsinin ipotekası zamanı ipoteka ilə təmin edilmiş öhdəlik icra edilmədikdə.
22. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu maddənin 1-ci bəndinin 5-ci, 8ci, 9-cu və 10-cu abzaslarında nəzərdə tutul an müddəalar xüsusi mülkiyyətdə olan torpaqlara şamil edilmir.
23. Həmin Məcəllənin 73.3-cü maddəsinə əsasən bu maddənin 1-ci bəndinin 7-ci abzasında nəzərdə tutulan müvəqqəti istifadəyə və icarəyə verilmiş torpaqların geri alınmasına səbəb olan halların müəyyən edilməsi məhkəmə tərəfindən həyata keçirilir (həmin torpaqlar tərəflərin razılığı ilə geri alındıqda bu qayda tətbiq edilmir).
24. Həmin Məcəllənin 73.4-cü maddəsinə əsasən qanunvericilikdə torpaq üzərində mülkiyyət, torpaqdan istifadə və icarə hüququna xitam verilməsinin digər əsasları da nəzərdə tutula bilər.
25. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 6-cı abzasında nəzərdə tutulmuş halda torpaq sahəsindən istifadə hüququna müəssisə, idarə və təşkilatın müdiriyyəti tərəfindən, 11-ci abzasında nəzərdə tutulmuş halda torpaq üzərində mülkiyyət və icarə hüququna müvafiq icra hakimiyyəti orqanı tərəfindən, əvəzsiz istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin vəsatəti üzrə məhkəmə tərəfindən, nəzərdə tutulmuş hallarda isə torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququna məhkəmə, daimi istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən xitam verir.
26. Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən qanunvericilikdə başqa hal nəzərdə tutulmamışdırsa, torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququnun xitamı bu barədə məhkəmə, müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən qərar qəbul edildiyi tarixdən, torpaq mülkiyyətçisi, istifadəçisi və ya icarəçisi torpaqdan və ya onun bir hissəsindən könüllü imtina etdikdə isə müvafiq ərizə verilən tarixdən baş verilir.
27. Həmin Məcəllənin 75.3-cü maddəsinə əsasən bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 5-ci, 7-ci, 10-cu abzaslarında nəzərdə tutulan hallarda torpaq sahələri üzərində istifadə və icarə hüquqlarına xitam verilməsi haqqında qərar, buraxılmış nöqsanların (pozuntuların) müəyyən edilmiş vaxtda aradan qaldırılması barədə xəbərdarlıqdan sonra tədbirlər görülmədikdə qəbul edilir.
28. Həmin Məcəllənin 75.5-ci maddəsinə əsasən torpaq sahələri üzərində istifadə və ya icarə hüququna xitam verilməsi barədə məhkəmənin, müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarından qanunvericilikdə müəyyən edilmiş qaydada müvafiq məhkəməyə şikayət vermək olar. 29. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunu n 1.1-ci maddəsinə görə alınma-dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınmasıdır.
30. Həmin Qanunun 4.1-ci maddəsində qeyd olunub ki, bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyət çilər) ilə razılaşma əsasında, bələ razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər.
31. Həmin Qanunun 6.1-ci maddəsinə əsasən torpaqları dövlət ehtiyacları üçün alan orqan bu Qanunun 9.1-ci maddəsində tutulmuş qaydada qəbul edilən, torpağın alınmasını zəruri edən dövlət ehtiyacının mövcudluğu barədə qərarla müəyyən olunur və torpaqların dövlət ehtiyacları üçün alınmasını konkret halda dövlətin adından icra edir.
32. Həmin Qanunun 52.1-ci maddəsinə əsasən alınmanın təsirinə məruz qalan şəxsdən alınan torpaqla bağlı sahibliyin əldə edilməsi məhkəmə tərəfindən müvafiq qərar qəbul edildikdən sonra həyata keçirilə bilər.
33. Həmin Qanunun 54.2-ci maddəsinin tələbinə görə kompensasiya alınmanı zəruri edən layihənin hesabına ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 249.2-ci maddəsinə əsasən torpağın alınması barədə qərarın qəbul edildiyi tarixdən sonra həmin tarixədək mülkiyyətində alınan torpaq olan şəxslərin sahiblik və istifadə hüquqları istisna olmaqla, həmin torpaqla bağlı bütün hüquqları kompensasiya almaq hüququna çevrilir.
34. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
35. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü il ə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.
36. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur.
37. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
38. Həmin Məcəllənin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
39. Həmin Məcəllənin 96.5-ci maddəsinə əsasən 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə.
40. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
41. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
42. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tə ləblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.
44. Belə ki, hazırkı işin mübahisəsiz hallarından məlumdur ki, Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin Başçısının 22.09.2000-ci il tarixli 291 nömrəli sərəncamı ilə Ünvan1 yaşayan İddiaçı Ünvan2 məxsus sahədə 0,015 ha. torpaq sahəsinin sənədləşdirilməsi və yaşayış evinin tikintisinə icazə verilmiş, torpaq sahəsinin yerləşmə cizgisi cavabdeh tərəfindən tərtib olunmuş və iddiaçıya təqdim edilmişdir.
45. Azərbaycan Respublikası Prezidentinin 01.02.2006-cı il tarixli, 1255 saylı Sərəncamı ilə təsdiq olunmuş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006-2007-ci illər üçün tədbirlər planının icrası ilə əlaqədar tədbirlər proqramı həyata keçirilmiş və Bakı şəhər İcra Hakimiyyəti Başçısının 7-4010/17 saylı, 27.11.2007-ci il tarixli Nəqliyyat Nazirliyi "xxxx" ASC-nin 4/01-3446 saylı, 20.11.2007-ci il tarixli məktubları adı çəkilən tədbirlər planının, eləcə də şəhərin bəzi yolları və prospektlərinin yenidən tikilməsi barədə 10.11.2007-ci il tarixli direktiv orqanların göstərişlərinin icrası məqsədilə Nobel pr., Zığ-yolu və Zığ dairəsi boyunca tikinti zolağından (yolun və prospektlərin torpaq zolağından) müxtəlif təyinatlı binaların, qurğuların, mühəndis-kommunikasiya xətlərinin ən qısa müddətdə köçürülməsi üçün təxirəsalınmaz tədbirlər görülmüş, köçürülən obyektlərin qiymətləndirilməsi və təzminat ödənilməsi məqsədi ilə tərkibində Nəqliyyat Nazirliyi, Maliyyə Nazirliyi, Dövlət Reyestr Xidməti və digər aidiyyəti orqanların nümayəndələri olmaqla Xətai Rayon İcra Hakimiyyətində müvafiq Komissiya yaradılmışdır. Həmin torpaq sahəsi adı çəkilən tədbirlər planının həyata keçirilməsi məqsədilə iddiaçıdan alınmışdır.
46. Məhkəmələr torpaq sahəsinin iddiaçıya müvəqqəti istifadəyə verildiyini, həmin torpaq sahəsində iddiaçıya əsaslı tikinti aparılmasına icazə verilmədiyini qeyd etsə də, yuxarıda istinad edilən sərəncamın məzmunundan görünür ki, torpaq sahəsi daimi istifadə üçün verilmiş və yaşayış evinin tikintisinə icazə verilmişdir. Həmin sərəncam hal-hazırda da qüvvədədir. Bu halı cavabdeh təkzib etməmiş, sərəncamın qüvvədən düşməsinə dair məhkəmələrə hər hansı sübut təqdim etməmişdir.
47. Göstərilən hallar onu deməyə əsas verir ki, sözügedən torpaq sahəsi iddiaçının qanuni istifadəsində olmuşdur.
48. Məhkəmə kollegiyası qeyd e dir ki, torpaq sahəsi üzərində mülkiyyət, istifadə və icarə hüquqlarının məhdudlaşdırılması və xitamı qaydaları hazırkı qərarın 21-28-ci bəndlərində qeyd olunan maddi hüquq normaları ilə tənzimlənir.
49. Həmin normalardan aydın olur ki, torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququnun xitamı bu barədə məhkəmə, müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən qərar qəbul edildiyi tarixdən, torpaq mülkiyyətçisi, istifadəçisi və ya icarəçisi torpaqdan və ya onun bir hissəsindən könüllü imtina etdikdə isə müvafiq ərizə verilən tarixdən baş verir.
50. Hazırkı iş üzrə isə iddiaçının iddia etdiyi torpaq sahəsi üzərində istifadə hüququnun xitamı barədə nə məhkəmə, nə də müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən qərar qəbul edilməmiş, eyni zamanda iddiaç ı özü həmin torpaq sahəsindən könüllü imtina etməmişdir. Bununla da müəyyən olunur ki, iddiaçının torpaq sahəsinə istifadə hüququnun xitamı hazırkı qərarın 21-28-ci bəndlərində qeyd olunan maddi hüquq normalarında göstərilən qaydada baş verməmişdir.
51. Odur ki, hazırkı mübahisəyə münasibətdə torpaqların dövlət ehtiyacları üçün alınmasını tənzimləyən hazırkı qərarın 29-33-cü bəndlərində göstərilən maddi hüquq normaları tətbiq olunmalıdır.
52. Həmin normalarının məzmunundan görünür ki, torpaqların dövlət ehtiyacları üçün alınmasına görə iddiaçıya kompensasiya ödənilməsi torpaq sahəsini dövlət ehtiyacı üçün alan orqanın vəzifəsidir.
53. İddiaçının tələbi isə ona məxsus torpaq sahəsi üzrə ona kompensasiya ödənilməsidir. Odur ki, məhkəmə cavabdeh tərəfindən iddiaçının torpaq sahəsinin alınması ilə bağlı hazırkı qərarın 29-33-cü bəndlərində qeyd olunan normaların tələblərinə uyğun araşdırma aparmalı idi. Lakin işə baxan məhkəmələr bu istiqamətdə heç bir araşdırma aparmamışdır.
54. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28.04.2021-ci il tarixli, 2-1(103)-583/2021 nömrəli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
55. İşə təkrar baxan məhkəmə yuxarıda göstərilən nöqsanları aradan qaldırmalı, iddia tələbinə Ali Məhkəmənin yuxarıda əks olunmuş hüquqi mövqeyinə və hazırkı qərarın 29-33-cü bəndlərində göstərilən normalara uyğun qiymət verməlidir.
56. Göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28.04.2021-ci il tarixli, 21(103)-583/2021 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılsın. İddiaçının kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.