Məhkəmə qərarları › İş №2-1(102)-2/2018

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2/2018

25.07.2018 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2/2018 25.07.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR 25 iyul 2018-ci il şəhəri iş № 2-1(102)-2/18 Bakı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi Cavabdeh nümayəndəsi Sabuhi Rəfizadənin və vəkili Feyzulla Mehdiyevin iştirakları ilə, İddiaçı tərəfindən Gəncə Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 13 iyun 2016-cı il tarixli, 2-1(104)-200/2016 saylı qərarından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Ve rgilər Nazirliyi Cavabdehnə (bundan sonra mətndə cavabdeh) qarşı, iddia ərizəsi, daha sonra onun dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 21 sentyabr 2015-ci il tarixli, **********931845 saylı səyyar vergi yoxlaması aktına əsasən qəbul edilmiş 04 noyabr 2015-ci il tarixli, **********968076 saylı məsuliyyətə cəlbetmə qərarının ləğv edilməsi və şəxsi hesab vərəqəsinə hesablanmış vergi, maliyyə sanksiyası və faizlərin silinməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, faktiki olaraq onun adına 12 may 2014-cü il tarixdə ********** nömrəli VÖEN qeydə alınmış, lakin o, heç bir sahibkarlıq fəaliyyəti ilə məşğul olmamışdır. Buna baxmayaraq, ona məxsus olmayan ticarət obyektlərindən götürülmüş məlumatlar əsasında vergi yoxlam ası keçirilmiş, aktda qeyd edilən ticarət obyektlərinin Elçin Əzizxanlının adına vergi uçotuna alınmasına və VÖEN verilməsinə baxmayaraq, akt onun adına tərtib edilmiş və qərarla ona ümumilikdə 437602,71 manat vergi və maliyyə sanksiyaları hesablanmışdır. Habelə, bildirilmişdir ki, yoxlama aktında onun adına qeyd edilmiş Bakı şəhəri, Nəsimi rayonu, 5-ci mikrorayon, M.Cəfərov küçəsi 16 saylı yaşayış binasının 1-ci mərtəbəsində Bakı şəhəri, Nizami rayonu, Babək pr. 53 B ünvanında qanunsuz axtarışgötürmə əməliyyatları həyata keçirilmiş, onun adına hər hansı təsdiqedici sənədlər olmadan akt yazılmışdır. Cavabdeh təqdim etdiyi etirazında bildirmişdir ki, Vergi Cinayətlərinin ibtidai Araşdırılması Departamenti İstintaq İdarəsində fiziki şəxs Elçin Əzizxanlının xeyli miqdar təşkil edən 7321,35 manat məbləğində vergiləri dövlət büdcəsinə yayınması faktı ilə bağlı cinayət işinin istintaqı zamanı müəyyən edilmişdir ki, iddiaçı faktiki olaraq 2009-cu ildən icarə müqaviləsi əsasında qeyri-yaşayış obyektlərinin müxtəlif növ mebellərin satışı ilə məşğul olmasına baxmayaraq 2012-cı ildə vergi ödəyicisinin eyniləşdirmə nömrəsini yanında fəhlə olaraq çalışan Elçin Əzizxan oğlunun adına rəsmiləşdirərək sonuncunun VÖEN üzrə fəaliyyət göstərmişdir. Bundan başqa, 24 avqust 2014-cü il tarixdə Nəsimi rayon məhkəməsinin müvafiq qərarı əsasında qeyri-yaşayış obyektlərində axtarış-götürmə istintaq hərəkətləri həyata keçirilmiş və "qara mühasibatlıq" hesab edilən 2009-cu ildən 2014-cü ilədək mebellərin satışından yaranan dövriyyəni əks etdirən dəftərçələr aşkar edilmişdirlər. İş üzrə dindirilmiş id diaçı istintaqa verdiyi ifadəsində dəftərçələrdə 2009-cu ildən 2014-cü ilədək gündəlik real satışın və qazancın əks olunduğunu, "qara mühasibatlıq" sənədlərinin olduğunu göstərmişdir. Bu əsasla cinayət işi üzrə növbədənkənar səyyar vergi yoxlaması barədə vəsatətlə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə müraciət olunmuş və Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 17 noyabr 2014-cü il tarixli qərarına əsasən, Deprtamentin 06 iyul 2015-ci il tarixli qərarı ilə iddiaçının sahibkarlıq fəaliyyətində 01 yanvar 2009-cu il tarixdən 01 noyabr 2014-cü il tarixədək olan dövr üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlama zamanı iddiaçı "qara mühasibatlıq" sənədlərində qeyd olunan 17 may 2009-cu ildən 19 sentyabr 2014-cü ilədək 2047421,00 manat (ƏDV ilə birlikdə) satış dövriyyəsi və 171 1084,00 manat satılmış malların maya dəyərinin onun fəaliyyətinə məxsus olduğunu qeyd etmişdir. Həmin sənədlərə əsasən iddiaçıya 2009-cu ilin 2-ci və 3-cü rübləri üzrə sadələşdirilmiş vergi 1737,56 manat, 01 sentyabr 2009-cu il tarixdən 01 sentyabr 2014-cü il tarixə qədər ƏDV üzrə 305692,17 manat, onun 2013-cü ildən maliyyə sanksiyası 70558,02 manat, gəlir vergisi xərclər nəzərə alınmaqla 2009-2013-cü illər üzrə 46196,67 manat və 12418,28 manat maliyyə sanksiyası 2012-2013-cü illərə münasibətdə hesablanmışdır. Habelə, vergi hesabat və arayışların təqdim edilməməsinə görə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 21 yanvar 2016-cı il tarixli, 2-1(83)-108/2016 saylı qərardadı (hakim Rəşad Mamedov) ilə iş üzrə Elçin Əzizxanlı üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 29 fevral 2016-cı il tarixli, 2-1(83)-108/2016 saylı qərarı (hakim Rəşad Mamedov) ilə iddia təmin edilməmişdir. Həmin məhkəmə hesab etmişdir ki, iddiaçı iddia tələbi ilə bağlı irəli sürdüyü dəlilləri sübut etməli olduğu halda bunu edə bilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, onun ləğv edilməsi və iddia tələblərinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 13 iyun 2016-cı il tarixli, 2-1(104)-200/2015 saylı qərarı ilə (sədrlik edən hakim Şəfiqə Əliyeva, hakimlər Rəhman Muradov və Zərbəli Zərbəliyev) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarında qeyd olunan əsasları öz qərarında da göstərmiş və bildirmişdir ki, iddiaçı tərəfindən vergi hesablanmanın düzgün olmaması sübut edilə bilməmişdir. Gəldiyi nəticəni apellyasiya məhkəməsi Azərbaycan Respublikası Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38, 39, 49, 159, 174, 177-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardan iddiaçı kassasiya şikayəti verərək, onun ləğv, iddia tələblərinin təmin edilməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. İddiaçı şikayətində bildirmişdir ki, apellyasiya məhkəməsi gəldiyi nəticəni qərarında əsaslandırmamışdır. Daha bir dəlillə bildirilmişdir ki, iddiaçı tərəf apellyasiya məhkəməsinə vəsatət göndərərək, eyni məsələ ilə bağlı Bakı şəhər Yasamal rayon məhkəməsində baxılan cinayət işin icraatının həmin iş üzrə məhkəmə hökmünün qanuni qüvvəyə minənədək dayandırılmasını xahiş etmişdir. Lakin məhkəmə vəsatətə baxmamış və ona münasibət bildirməmiş və işə iddiaçı tərəfin iştirakı olmadan baxmışdır. Bununla da iddiaçının dinlənilmə hüququ pozulmuşdur. Digər dəlillə bildirilmişdir ki, iddiaçı tərəfindən malların təqdim edilməsi və bununla da gəlir əldə edilməsi sübuta yetirilməmiş, qaralama “göy dəftədəki” yazılar isə iddiaçı icra etməmişdir. Habelə, E.X1-iqtisadi Məhkəməsinə verdiyi notarial qaydada təsdiq olunmuş ərizəsində göstərmişdir ki, obyektlər ona məxsus olub, həmin obyektlərdə o, fəaliyyət göstə rib. Sonrakı dəlillərində iddiaçı vergilərin əsassız hesablanmasını aktda göstərilmiş fəaliyyət dövrünün illəri ilə bağlı, ƏDV qeydiyyatının 2009-cu ildən yarandığının qeyri mümkünlüyünü onun vergi ödəyicisi kimi qeydə alınmasını 2014-cü ildən həyata keçirdiyi ilə əsaslandırmış və iş üzrə halların araşdırılması məqsədilə məhkəmə mühasibatlıq ekspertizasının təyin etməli olduğunu bildirmişdir. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətini qəbul etməyərək, onun dəlillərinə etiraz etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməməsini xahiş etmişdirlər. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı tərəf məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPMnin 62-ci maddəsinə əsaslanmaqla işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiya instansiya məhkəməsinin qərarında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 noyabr 2014-cü il tarixli, 5(006)650/2014 saylı qərarı ilə ********* nömrəli cinayət işi üzrə istintaqın tam, hərtərəfli və obyektiv aparılması məqsədilə İddiaçı qanunsuz sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirin müəyyən edilməsi və fiziki şəxs E.Əzizxanlının vergi ödəyicisinin eyniləşdirmə nömrəsindən istifadə edərək həyata keçirdiyi sahibkarlıq fəaliyyəti zamanı vergilərə və digər icbari ödən işlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə 01 yanvar 2009-cu il tarixdən 01 noyabr 2014-cü il tarixədək olan dövr üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. 12 saylı ƏVD-nin operativ nəzarət şöbəsinin böyük dövlət vergi müfəttişi 3-cü dərəcəli müfəttiş R.Əliyev tərəfindən tərtib edilmiş 08 sentyabr 2015-ci il tarixli, **********942837 saylı sənədlərin və nümunə kimi əşyaların verilməsindən imtina barədə akta əsasən, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23 və 43-cü maddələrinə uyğun olaraq sənədlərin və nümunə kimi əşyaların götürülməsi həyata keçirilməzdən əvvəl sahibkar İddiaçı sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında 14 avqust 2015-ci il tarixli qərar təqdim edilmişdir. 01 yanvar 2009-cu il tarixdən 01 noyabr 2014-cü il tarixədək olan dövr üzrə ilkin mühasibat sənədləri və digər sənədlər Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin müvafiq qərarı əsasında Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən 20 avqust 2014-cü il tarixdə götürülmüş dəftərlər və yoxlama predmetinə aid olan digər sənədlərin təqdim edilməsi təklif olunmuşdur. İddiaçı 30 iyul 2015-ci il tarixdə verdiyi izahatında Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin müvafiq qərarı əsasında Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən 20 avqust 2014cü il tarixdə götürülmüş dəftərlərdən başqa sahibkarlıq fəaliyyətinə dair heç bir sənədinin olmadığını bildirmiş, buna görə də vergi ödəyicisinin sə nədlərinin və nümunə kimi əşyaların götürülməsinə icazə verilməmişdir. 21 sentyabr 2015-ci il tarixli, **********931845 saylı səyyar vergi yoxlaması aktına əsasən, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.3.6-cı maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə İddiaçı barəsində növbədənkənar səyyar vergi yoxlaması aparılmışdır. 04 noyabr 2015-ci il tarixli, **********475600 saylı vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə tələbnamədən görünür ki, İddiaçı büdcəyə ödənilməli olan 437602.71 manat vəsaitin 5 gün müddətində ödənilməli olduğu bildirilmişdir. 04 noyabr 2015-ci il tarixli, **********968076 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərara əsasən, İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23 və 49-cu maddələrinə əsasən 437602.71 manat məbləğində vergi borcu hesablanmışdır. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərarın ləğv olunması xahiş edildiyindən, məhkəmə kollegiyası həmin qərarın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquq normalar yoxlanıla rkən iddianın Azərbaycan Respublikası İPMnin 35.1-ci maddəsinin tələblərinə uyğun verildiyi müəyyən edilmiş və onun mümkünlüyü mübahisə olunmamışdır. Digər prosessual hüquq normalarını yoxlayarkən məhkəmə kollegiyası aşağıdakıların bildirilməsini zəruri hesab edir. Azərbaycan Respublikası İPM-nin 58.8-ci maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Göstərilmiş maddənin tələblərinin tətbiqi onunla bağlıdır ki, işin hallarından göründüyü kimi, iddiaçı tərəfindən mübahisələndirilən qərarla onun 437602.71 manat məbləğində vergi borcunun olduğu müəyyən edilmişdir. Həmin vergi borcunun tərkib hissələri müxtəlif dövrləri əhatə etməklə müxtəlif vergi növlərini və məbləğləri təşkil etmişdir. Lakin inzibati mübahisə üzrə icraat aparılan zaman iddiaçı Azərbaycan Respublikası CM-nin 192.2.2. və 213.2.2-ci maddələri ilə ona görə ittiham olunmuşdur ki, dövriyyəsini vergi orqanından gizlətməklə külli miqdar təşkil edən 328132,31 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırmışdır. Bakı şəhəri Yasamal rayon məhkəməsinin 28 iyul 2016-cı il tarixli hökmü ilə İddiaçı əməli Azərbaycan Respublikası CM-nin 213.2.2-ci maddəsindən həmin Məcəllənin 213.1ci maddəsinə tövsif edilərək, 99516,77 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayənma əməlinə görə təqsirli bilinərək məhkum olunmuş, Azərbaycan Respublikası CM-nin 192.2.2-ci maddəsi ilə isə əməlində qeyd olunan maddənin tər kibi olmadığından bəraət verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 mart 2017-ci il tarixli qərarı ilə Yasamal rayon məhkəməsinin 28 iyul 2016-cı il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 13 oktyabr 2017-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 mart 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Göstərilmiş məhkəmə aktları ilə müqayisədə apellyasiya məhkəməsinin qərarı ilə müəyyən edilmiş vergi növləri, dövrləri və məbləğləri ilə bağlı müəyyən edilmiş halların hazırki mübahisə üzrə nəzərə alınmasını məhkəmə kollegiyası yuxarıda istinad edilmiş Azərbaycan Respublikası İPM-nin 58.8-ci maddəsinin tələblərinə əsasən zəruri hesab edir. Lakin eyni za manda məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsi işin hallarını və iş üzrə sübutları müəyyən etmir, həmçinin apellyasiya instansiyası məhkəməsində sübut kimi qəbul edilməyən hər hansı sənədi yenidən sübut kimi qəbul edə və qiymətləndirə bilməz. Lakin məsələ ilə bağlı iddiaçının bildirdiyi dəlilləri və müvafiq olaraq cavabdehin təqdim etdiyi Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 13 oktyabr 2017-ci il tarixli qərarını nəzərə almaqla hesab edir ki, iş üzrə göstərilmiş məsələ ilə bağlı əlavə olaraq araşdırma aparılmalıdır. Azərbaycan Respublikası İPM-nin 96.5.1-ci maddəsinə əsasən, mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu, yəni apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual po zuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Həmin Məcəllənin 96.11-ci maddəsinə uyğun olaraq mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Azərbaycan Respublikası İPM-nin 96.9-cı maddəinə görə Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edə bilər. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı qüvvədə olan madd i və prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilməmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər qərarın ləğv olunması üçün əsaslıdır. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 13 iyun 2016-cı il tarixli, 2-1(104)-200/2016 saylı qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Hakimlər “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar