Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2/2019 13.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı1 Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh2nə qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, İddiaçı1 MMC-nin vəkili Vəkil1, üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi X3, vəkili Vəkil3 iştirakı ilə İddiaçı1 MMC-nin Cavabdeh2nə qarşı (Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi üçüncü şəxs olmaqla) kompensasiya ödənilməs i tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2013/2016 saylı, 01 dekabr 2016-cı il tarixli qərarından iddiaçı, cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə Ali Məhkəmənin binasında, 13 fevral 2019-cu il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı1 MMC (bundan sonra - iddiaçı) Cavabdeh2nə (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi və iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinə müraciət edərək, iddiaçıya bazar qiymətinə uyğun olaraq hesablanmış 6.240.300 manat məbləğində kompensasiyanın, dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın qanunvericiliyə uyğun olar aq hesablanmış 6.240.300 manat məbləğində kompensasiyasının bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqqın, 01.09.2013-cü il tarixdən başlayaraq qəbul ediləcək qətnamə qanuni qüvvəyə minən tarixə qədər 6.240.300 manat məbləğində pul vəsaitinin hər ay 10 faizi hesablanmaqla 624.00 manat məbləğində adi mülki dövriyyə şəraitində əldə ediləcək gəlirlərin (əldən çıxmış fayda), manatın devalvasiyaya uğraması nəticəsində 6.240.300 manatın 33 faizi məbləğində pul vəsaitinin, 10.000 manat məbləğində vurulmuş mənəvi zərərin əvəzinin verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xxxxprospekti ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş və mülkiyyətində qeyri-yaşayış sahəsi olmuşdur. Həmin sahə Dənizkənarı Bulva r sahəsinin Zığ istiqamətində genişləndirilməsinin icrası ilə əlaqədar sökülmüşdür. Söküntü işləri iddiaçıya heç bir rəsmi xəbərdarlıq edilmədən, 2013-cü ilin iyul-sentyabr aylarında aparılmışdır. Hazırda həmin söküntüdən sonra iddiaçı fəaliyyətini tamamilə dayandırmışdır. Nəticədə ona maddi ziyan dəymişdir. Belə ki, söküntü işlərinə Əmlak Məsələləri Dövlət Komitəsinin müvafiq vəzifəli şəxsləri rəhbərlik etmiş, söküntü başa çatdıqdan sonra iddiaçının dəfələrlə müraciət etməsinə baxmayaraq ona ödənilməli olan kompensasiya ödənilməmişdir. Həmin ərazidə 23-dən artıq sahibkarlıq subyektliyi ilə yanaşı, 30-a yaxın mənzil mülkiyyətçisi də olmuşdur. Həmin mənzil mülkiyyətçilərinə hər kv.metr görə 1500 manatdan hesablanmaqla kompensasiya ödənilmiş, iddiaçıya isə hər kv.metrə görə 1000 manat + 20% olmaqla kompensasiya ödəniləcəyi bildirilmişdir. Göründüyü kimi, bir tərəfdən mənzil mülkiyyətçilərinə elə həmin vaxt, özü də 1500 manatdan olmaqla kompensasiya ödənilmiş, digər tərəfdən isə iddiaçıya hər kv.metr üçün daha az kompensasiya ödəniləcəyi bildirilmiş, həmin məbləğin isə bu günə qədər ödənilməsi təmin edilməmişdir. Başqa sözlə, mənzil mülkiyyətçiləri ilə iddiaçı arasında ayrı-seçkilik qoyulur. Halbuki, həmin sahibkarlıq subyektlərində 1000-dən artıq işçi çalışırdı və ailəsini dolandırırdı. Bu gün onların da əksəriyyəti işsiz qalmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1606/16 saylı, 12 may 2016-cı il tarixli qərarı ilə (hakim: Z.M.Tağıyev) iddia qismən təmin olunmuş, iddiaçıya məxsus olan xxxxında yerləşən 6240.3 kv.m. qeyri-yaşayış sahəsinin sökülməsi ilə əla qədar cavabdeh tərəfindən qeyri-yaşayış sahəsinin hər bir kvadrat metri 800 manatdan hesablanmaqla, cəmi 4.992.240 manat kompensasiyanın İddiaçı1 MMC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Məhkəmə hesab etmişdir ki, xxxxında yerləşən 6240.3 kv.m qeyri-yaşayış sahəsinin söküldüyü tarixə bazar qiymətinin hər kv.metrə görə 800 manat hesablanması iddiaçının mülkiyyət maraqlarını qanunla təmin etmiş olar. İddiaçı ona dəymiş və iddia tələbində qeyd etmiş olduğu əldən çıxmış faydanın mənbələrini və mənəvi zərərin hansı şəraitdə və necə yarandığını, həmin zərərlərin hansı hallar nəzərə alınmaqla hesablandığını məhkəmə qaydasında əsaslandıra bilmədiyindən məhkəmə həmin hissədə iddianı əsassız hesab etmişdir. Qərardan narazı qalan iddiaçı, cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən apelyasiya şikayətləri vermiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2013/2016 saylı iş üzrə 01 dekabr 2016-cı il tarixli qərarı ilə (sədrlik edən: K.N.Abiyeva, hakimlər: S.Q.Hüseynov və Ə.İ.Qasımov) apelyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 12 may 2016-cı il tarixli, 2-1(82)-1606/2016 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Apelyasiya instansiya məhkəməsinin qərarından iddiaçı, cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ayrı-ayrılıqda kassasiya şikayəti vermişlər. Kassasiya şikayətlərinin dəlilləri: İddiaçı tərəfindən verilmiş kassasiy a şikayəti: Həmin kassasiya şikayətində apelyasiya instansiya məhkəməsinin 01 dekabr 2016-cı il tarixli qərarının qismən - iddianın rədd edilməsi hissəsində ləğv edilməsi və apelyasiya məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddianın qalan hissələrdə də, yəni tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, qeyri-yaşayış sahəsinin bazar qiymətinin hər bir kvadrat metr üçün 800 manatdan hesablanması hissəsində məhkəmələrin gəldiyi nəticə əsassızdır. Belə ki, həmin ərazidə yerləşən qeyri-yaşayış sahəsinin bazar qiyməti hər bir kvadrat metr üçün 1000 manatdan az ola bilməz. Buna baxmayaraq, məhkəmələrin həmin məbləği 200 manat azaltması, yəni hər bir kv.metri 800 manatdan hesablaması düzgün yanaşma deyildir. Bundan başqa, işdə o lan «xxxx» MMC-nin 18.01.2016-cı il tarixli MB-09/064 saylı ekspert rəyindən göründüyü kimi, xxxxında yerləşən, ümumi sahəsi 6240.3 kv.m olan əmlak kompleksi kimi müəssisənin 2013-cü ilin avqust ayına hesablanmış bazar qiyməti 8.986.000 manat təşkil edir. Belə təkzibolunmaz sübutlar olduğu halda, məhkəmələr heç bir əsas olmadan qeyri-yaşayış sahəsinin bazar qiymətini müəyyən edərkən obyektin hər bir kvadrat metrini 800 (səkkiz yüz) manatdan hesablamaqla qismən qanunsuz və əsassız nəticəyə gəlmişdir. Həmin məbləğ iddia ərizəsində qoyulmuş ən azı 1.000 manat həddində təmin edilməli idi. Daha sonra qeyd edilir ki, birinci və apelyasiya instansiya məhkəməsinin iddianın “dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış 6.240.000,3 manat məbləğində bazar q iymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqqın tutulması” hissəsində iddianı təmin etməməsi barədə nəticəsi də qanunsuz və əsassızdır. Belə ki, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli 506-İİİQD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli 689 nömrəli Fərmanının 2.3-cü bəndinə görə, dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir. Göründüyü kimi, birinci və apelyasiya instansiya məhkəməsinin həmin hissədə də nəticəsi qanunsuz və əsassızdır. Həmçinin şikay ətdə qeyd edilir ki, birinci və apelyasiya instansiya məhkəməsinin iddianın “01.09.2013-cü il tarixdən başlayaraq qəbul ediləcək qətnamə qanuni qüvvəyə minən tarixə qədər 6.240.000,3 manat məbləğində pul vəsaitinin hər ay 10 faizi hesablanmaqla 624.000,03 manat məbləğində adi mülki dövriyyə şəraitində əldə ediləcək gəlirlərin (əldən çıxmış fayda) tutulması” hissəsində iddianı təmin etməməsi barədə nəticəsi də qanunsuz və əsassızdır. Belə ki, əgər birinci və apelyasiya instansiya məhkəməsi qərarını Azərbaycan Respublikasının MM-nin 445.7-ci maddəsinə əsasən əsaslandırsa idi, o halda ərazinin 2013-cü ilin yay aylarında sökülməsini və birinci instansiya məhkəməsinin qərarının qəbul edildiyi 13.10.2016-cı il tarixədək ötən 3 ildən artıq müddəti nəzərə alıb, borclu pul məbləğinin ödənilməsini gecikdirdiyinə görə, gecikdirilmiş vaxt üçün illik 5 faiz X 3il = 15 faiz ödənilməsi barədə qərar qəbul edə bilərdi. Digər tərəfdən, əgər birinci instansiya məhkəməsinin qərarını Azərbaycan Respublikasının MM-nin 449.1 və 449.2-ci maddəsinə əsasən əsaslandırsa idi, o halda yenə də ərazinin 2013-cü ilin yay aylarında sökülməsini və birinci instansiya məhkəməsinin qərarının qəbul edildiyi 13.10.2016-cı il tarixədək ötən 3 ildən artıq müddəti nəzərə alıb, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən illik 5 faiz olmaqla, cəmi 15 faiz ödənilməsi barədə qərar qəbul edə bilərdi. Halbuki, iddiaçı adi mülki dövriyyə şəraitində əldə ediləcək gəlirlərin (əldən çıxmış f ayda) daha az, yəni 10 faiz məbləğində hesablanmaqla tutulmasını tələb etmişdir. Bundan başqa, birinci və apelyasiya instansiya məhkəməsinin iddianın “manatın devalvasiyaya uğraması nəticəsində 6.240.000,3 manat məbləğində pul vəsaitinin 100 faizi məbləğində pul vəsaitinin, yəni həmin pul vəsaitinin tutulması” hissəsində iddianı təmin etməməsi barədə nəticəsi də qanunsuz və əsassızdır. Belə ki, iddianın dəqiqləşdirilməsi barədə ərizə verilmiş və həmin ərizə onunla əsaslandırılmışdır ki, X5 Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə ilk devalvasiya olmuş, manat dollara qarşı dəyərini 34% itirmiş, həmin qərar ilə 21 fevral 2015-ci il tarixinə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində müəyyən edilmişdir. X5 Heyətinin 21 dekabr 2015-ci il tarixli qərarı ilə ikinci devalvasi ya olmuş, manat dollara qarşı dəyərini bu dəfə 48% itirmiş, həmin qərarla üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul edilmişdir. Hazırkı iş üzrə iddia qaldırılan tarixə qədər iddiaçıya manatla ayrılmış pul vəsaiti cavabdehin təqsiri üzündən ən azı 2 dəfə dəyərdən düşmüşdür. Birinci instansiya məhkəməsinin qərarının qəbul edildiyi 12 may 2016-cı il tarixdə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1 manat 70 qəpik səviyyəsində müəyyən edilmişdir. Daha sonra qeyd edilir ki, birinci və apelyasiya instansiya məhkəməsinin iddianın “10.000 manat məbləğində vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi” hissəsində iddianı təmin etməməsi barədə nəticəsi də qanunsuz və əsassızdır. Belə ki, nəzərə alınsa ki, təkcə 3 ildən artıq müddət ərzində kompensasiyanın ödənilməsi təmin edilmir və bu fakta görə ai diyyəti orqanların bürokratik əngəlləri ilə iddiaçı qarşı-qarşıya qalıb, belə halda mənəvi zərərin vurulmasını dərk və müəyyən etmək o qədər də çətin olmazdı. Cavabdeh Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti: Həmin kassasiya şikayətində apelyasiya instansiya məhkəməsinin 01 dekabr 2016-cı il tarixli qərarının ləğv edilməsi və iddianın təmin olunmaması barədə yeni qərar qəbul edilməsi xahiş olunur. Kassasiya şikayətində bildirilir ki, məhkəmələr cavabdehin üzərinə iddiaçıya kompensasiya ödənilməsi vəzifəsini qoyarkən düzgün nəticəyə gəlməmişdir. Belə ki, müvafiq söküntünün Cavabdeh2 tərəfindən həyata keçirildiyi sübuta yetirilmir. Bundan əlavə, iddiaçı izahatında da qeyd etmişdir ki, söküntü işlərinə Əmlak Məsələləri Dövlət Komitəsinin müvafiq vəzifəli şəxsləri rəhbərlik etmişdir. Belə olan halda söküntü işinə rəhbərlik etmiş orqan yox, söküntü işlərini maliyyələşdirən orqan yox, nədənsə bu söküntü işlərinə heç bir aidiyyəti olmayan Xətai Rayon İcra Hakimiyyəti cavabdeh qismində işə cəlb edilərək üzərinə kompensasiya ödənilməsi vəzifəsi qoyulmuşdur. Daha sonra şikayətdə qeyd olunur ki, iddia mümkünsüz hesab edilməlidir. Çünki iddiaçının sözügedən qeyri-yaşayış sahəsinə hər hansı hüquqmüəyyənedici sənədi olmamışdır. Üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş kassasiya şikayəti: Həmin kassasiya şikayətində apelyasiya instansiya məhkəməsinin 01 dekabr 2016-cı il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunur. Kassasiya şikayətində bildirilir ki, məhkəmə tərəfindən qərar qəb ul edilərkən əsaslı və iş üçün əhəmiyyət kəsb edən sübutlara və müvafiq normativ hüquqi aktlara istinad olunmamış, işin faktiki halları tam araşdırılmamış, maddi hüquq normaları düzgün tətbiq edilməmiş, o cümlədən məhkəmə tərəfindən kompensasiyanın müəyyən edilməsində qanunvericiliyin tələbləri nəzərə alınmamış və nəticədə kompensasiya məbləği şişirdilmələrə yol verilməklə müəyyən edilmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyində olan məlumatlara əsasən İddiaçı1 MMC-nin və bir sıra digər iddiaçıların iddia etdikləri tikililərin onların mülkiyyətlərində olması barədə müvafiq sənədlər təqdim edilmədiyi üçün Xətai Rayon İcra Hakimiyyəti tərəfindən bu məqsədlə cəlb edilmiş müstəqil qiymətləndirici həmin tikililərə kompensasiya hesablanmasını məqsədəmüvafiq hesab etməmişdir. Bununla belə məhkəmə qərarında qeyri-yaşayış sahəsinin İddiaçı1 MMC-nin mülkiyyətində olması ilə bağlı heç bir tutarlı sübuta istinad olunmamışdır. Məhkəmə qərarının əsaslandırıcı hissəsində xxxx” kiçik dövlət istehsalat kommersiya müəssisəsinin hüquqi ünvanının xxxx hesab edilməsi xüsusi vurğulansa da, məlum olduğu kimi, qeyd olunan hal xxxx ünvanında yerləşən 6240.3 kv.m. qeyri-yaşayış sahəsinin İddiaçı1 MMCyə məxsus olmasına dair hüquqi əsas ola bilməz. Daha sonra qeyd edilir ki, aparılan ekspertiza zamanı Maliyyə Nazirliyinin mütəxəssisinin rəyi nəzərə alınmamışdır. Halbuki, Maliyyə Nazirliyi tərəfindən 31 mart 2010-cu il tarixli 14/03- ***-**** nömrəli məktubla Ali Məhkəməyə müraciət edilərək dövlət ehtiyacları ilə əlaqədar məhkəmə işlərində nazirliyin ekspert və ya mütəxə ssislərin iştirakının təmin edilməsi xahiş olunmuşdur. Maliyyə Nazirliyinin həmin müraciətinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinin müvafiq məktubu ilə respublikanın rayon (şəhər) məhkəmələrinə, yerli iqtisad məhkəmələrinə və apelyasiya instansiya məhkəmələrinə tövsiyyə edilmişdir ki, dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın qiymətləri ilə əlaqədar mübahisələrə baxılarkən daşınmaz əmlakın qiymətləndirilməsi prosesində iştirak etmək üçün Maliyyə Nazirliyinin ekspert və ya mütəxəssislərinin iştirakını təmin etsinlər. İş üzrə müəyyən edilən məbləğin hesablaması aparılarkən istifadə edilmiş metod və üsullar, mənbələr məhkəmə prosesində tədqiq edilməmiş, məhkəmə öz mülahizəsi ilə kompensasiya hesablamışdır. İnzibati Prosessual Məcəllənin tələbinə görə, məhkəmə şa hidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. Lakin hazırkı iş üzrə xüsusi bilik tələb edildiyi halda, bu prosessual normaya riayət edilməmiş, məhkəmə iclaslarında qeyri-yaşayış sahəsinin qiymətləndirilməsinin aparılması üsulları (əsas sahə və yardımçı sahəyə münasibətdə hesablama və s.) tədqiq edilməmiş, bununla əlaqədar ekspert və ya mütəxəssisin rəyi dinlənilməmişdir. Şikayətdə həmçinin göstərilir ki, qeyd olunan obyektə yaxın ərazidə yerləşən mülkiyyətçilərə (mülkiyyət hüququnu təsdiq edən sənədlər əsasında) məxsus qeyriyaşayış sahələrinin 1. kv. metri 200-400 manat arasında qiymətləndirildiyi halda, iddiaçıya məxsus əmlakların (1980-ci ilə aid tikilinin) 1 kv. metrinin 800 manatdan hesablanması aydın deyildir. Kompensasiya məbləği müəyyən ed ilərkən qeyd olunan tikililərin köhnə tikili olması, habelə iddiaçının nizamnamə kapitalının cəmi 130.223 manat (Vergilər Nazirliyinin rəsmi internet səhifəsindən əldə edilmiş məlumata əsasən) təşkil etməsi nəzərə alınmalı idi. Göründüyü kimi, məhkəmə qərarında nəzərdə tutulan kompensasiya İddiaçı1 MMC-nin nizamnamə kapitalından 38 dəfə artıqdır ki, bu da kompensasiyanın aşkar şəkildə şişirdilmiş məbləğdə müəyyən olunduğunu göstərir. Bununla yanaşı məhkəmə iddianı əsaslı hesab etdiyi halda, Avropa Məhkəməsinin qərarlarının tətbiqi təcrübəsinə uyğun olaraq, həmin əmlaklara görə kompensasiyanı real bazar dəyəri əsasında deyil, bu tikililərə çəkilmiş xərc əsasında müəyyən etməli idi. Digər tərəfdən, işə baxan məhkəmə iddiaçıya yalnız maliyyə vəsaitləri verilməsi məsələsini araşdırmış, həmin hüquqi şəxsin əgər istifadəsində daşınmaz dövlət əmlakı olmuşdursa, mübahisə predmeti olan həmin əmlakın əvəzində aidiyyəti dövlət orqanları tərəfindən yeni torpaq sahəsinin verilməsi və ya təklif edilməsi məsələsini aydınlaşdırmamışdır. Halbuki, mövcud qanunvericilikdə kompensasiyanın naturada verilməsinin mümkünlüyü barədə müddəalar da əks edilmişdir. İşə baxan məhkəmə mübahisəyə hüquqi qiymət vermək üçün “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununa istinad edərək iddiaçıya kompensasiya ödənilməsi qərarına gəlmişdir. Məhkəmə iddiaçıya kompensasiya ödənilməsi barədə gəldiyi nəticəni əsaslandırarkən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikası Qanununa istinad etməklə yanlışlığa yol vermişdir. Yuxarıda qeyd olu nan Qanunun 3-cü maddəsinə əsasən, torpağın alına biləcəyi dövlət ehtiyacları kimi dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi müəyyən edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili iddiaçı tərəfindən verilmiş kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, üçüncü şəxs və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinin təmin olunmamasını xahiş etdi. Üçün cü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi və vəkili verdikləri kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin olunmamasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış inzibati məhkəmə icraatının digər iştirakçıları (cavabdeh və digər üçüncü şəxs) məhkəmə kollegiyasının iclasında təmsil olunmamışdır. Buna baxmayaraq məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişində iclasda iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-nin 62.3cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlk öncə qeyd edilməlidir ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əsaslı saymır və öz mövqeyini əsaslandırmaq üçün şikayətdəki dəlillərə ayrı ayrılıqd a qiymət verilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinin İ hissəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin İİİ hissəsində isə təsbit edilmişdir ki, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Qeyd olunan maddənin İV hissəsinə əsasən, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir... Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Buna görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul edilən qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 21 dekabr tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, Avropa Məhkəməsinin presedent hüququna görə, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə legitim məqsəd daşımalıdır. 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli bala ns” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən,... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır. (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147-148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93). Azərbaycan Respublikası İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia, öhdəliyin icrası haqqında iddiadır. İddiaçı və üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətlərində ödənilməli olan kompensasiyanın məbləği, cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində isə söküntü işlərinin onun tərəfindən həyata keçirilməməsinə baxmayaraq əsassız olaraq işə cavabdeh qismində cəlb edilməsi mübahisə edilir. Qeyd olunmalıdır ki, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddia (İPM-in 2.2.7-ci maddəsi) öhdəliyin icrası haqqında iddianın xüsusi forması sayılır (İMP-in 34.1-ci maddənin 2-ci cümləsi).Belə ki, İPM-in 34.1-ci maddəsinin ikinci cümləsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İşə baxan aşağı instansiya məhkəmələri Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və Texniki İnventarlaşdırma Mərkəzinin iddiaçının istifadəsində olan torpaq və tikili sahəsinin Kadastr Planından çıxarışına istinad etməklə torpaq sahəsi üzərində mövcud olan tikili sahəsinin 6240.3 kvadrat metr olması qənaətinə gəlmişdir. Lakin torpaq sahəsinin Kadastr Planından çıxarışın əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti iş materiallarına əlavə edilməmişdir. İş materiallarında olan “xxxx” MMC-nin 09/064 saylı, 18 yanvar 2016-cı il tarixli ekspert rəyində iddiaçıya məxsus, xxxxında yerləşən 6240.3 kv.m qeyri-yaşayış sahəsinin söküntü tarixinə dəyəri 8.986.00 manat müəyyən edilmişdir. Üçüncü şəxs Əmlak Məsələləri Dövlət Komitəsinin işdə olan hesabatlarından görünür ki, bəhs edilən ərazidə qeyri-yaşayış sahələrinin, o cümlədən iddiaçının qeyriyaşayış sahəsinin sökülməsi ilə əlaqədar kompensasiya müəyyən edilərkən hər bir kv. metr 1000 manatdan hesablanmışdı r. Üçüncü şəxs Maliyyə Nazirliyi kassasiya şikayətində mübahisə olunan obyektə yaxın ərazidə yerləşən mülkiyyətçilərə məxsus qeyri-yaşayış sahələri üçün hər bir kv.metrə görə 200-400 manat arasında qiymətləndirmə aparılmasını bildirmişdir. Apelyasiya məhkəməsi qeyd olunan qiymətləndirmə sənədlərinə münasibət bildirməmiş, həmin sənədləri əlaqəli şəkildə təhlil etməmiş, tikilinin bir kvadrat metrinin dəyərinin məhz 800 manatdan hesablanması barədə gəldiyi nəticəni əsaslandırmamışdır. Avropa Məhkəməsi kompensasiya prinsipini qəti olaraq “Litqoi və başqaları Böyük Britaniyaya qarşı” işində müəyyənləşdirmişdir. Məhkəmənin mövqeyinə görə, kompensasiyasız 1-ci maddə əmlak hüququnun “xəyali və səmərəsiz” müdafiəsini təmin etmiş olardı. Məhkəmə qeyd etmişdir ki, müxtəlif səbəblərdən kompensasiya əm lakın real bazar dəyəri səviyyəsindən aşağı ola bilər. Özgəninkiləşdirilən mülkiyyətin məbləği ilə əvəzi ödənilən məbləğ ağlabatan dərəcədə tarazlaşdırılmalıdır. Avropa Məhkəməsinin təcrübəsində dəfələrlə qeyd olunmuşdur ki, 1 saylı Protokolun 1-ci maddəsi özgəninkiləşdirilən əmlakın faktiki dəyərinin ödənilməsini nəzərdə tutmur. Burada əsas meyar kimi ədalətli tarazlıq, yəni ictimai maraqlarla mülkiyyətçinin təminat verilən hüquqları arasındakı ədalətli tarazlıq gözlənilməlidir. İctimai maraqlarla fərdin mülkiyyət hüququna müdaxilə arasında tarazlığa nail olmaq mülkiyyətçiyə müvafiq pul kompensasiyası verilməsi ilə təmin olunur. Beləliklə, ədalətli tarazlıq prinsipi dövlətə təkcə əmlakın məcburi qaydada özgəninkiləşdirilməsinə yol verilməsinin hüdudlarının deyil, həm də əmlak özgəninkiləş dirilən zaman ədalətli əvəzinin məbləğinin müəyyənləşdirilməsinə geniş imkan verir. S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 31 may 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən (MPM-in 81, 88, 217.1 və 218.1-ci maddələri) müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhk əmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. İPM-in 69.4-cü maddəsinə görə məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir... Apelyasiya instansiya məhkəməsi mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmamış, sübutları tam və hərtərəfli qiymətləndirməmiş, tikilinin sahəsi və qiymətləndirilməsi ilə bağlı gəldiyi nəticəni mötəbər sübutlarla əsaslandırmamışdır. Bəhs olunan hallar işin düzgün həlli üçün əhəmiyyət daşıyır. Odur ki, təkrar apelyasiya baxışında kompensasiyanın məbləği ilə bağlı hissədə tam və hərtərəfli araşdırma aparılması təmin edilməli, həmçinin iddiaçının istifadəsində olan torpaq və tikili sahəsinin Kadastr Planından çıxarışın əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti tələb edilib tədqiq edilməlidir. Cavabdeh kassasiya şikayətində qeyd edir ki, məhkəmələr cavabdehin üzərinə kompensasiya ödənilməsi vəzifəsini qoyarkən düzgün nəticəyə gəlməmişdir. Belə ki, müvafiq söküntünün Cavabdeh2 tərəfindən həyata keçirildiyi sübuta yetirilmir. Bu dəlili əsassız hesab edən məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əsaslı sayır. Belə ki, cavabdeh özü iddiaçıya ünvanladığı məktublarda söküntü işlərinin onun tərəfindən həyata keçirildiyini etiraf etmişdir. Odur ki, iddianın əsassız olaraq Xətai Rayon İcra Hakimiyyətinə ünvanlanması ilə bağlı şikayətin dəlilləri əsaslı sayıla bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” 17 sentyabr 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, İPM-in inzibati apelyasiya icraatının hədlərini nəzərdə tutan 82-ci maddəsi apelyasiya instansiyası məhkəməsinin mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxmasını nəzərdə tutsa da, eyni zamanda həmin Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutların (sübutetmə vasitələrinin) və faktların (faktiki halların) da nəzər ə alınmasını göstərir. İPM-in 12-ci maddəsi apelyasiya məhkəməsinin üzərinə mübahisənin düzgün həlli üçün nəinki proses iştirakçılarının təqdim etdikləri izahatları, ərizə və təklifləri, sübutları araşdırıb qiymətləndirmək, eyni zamanda onun üzərinə öz təşəbbüsü ilə digər zəruri sübutları toplamaq vəzifəsini qoymuşdur (İPM-in 12.1 və 12.2-ci maddələri). İPM-in 82-ci maddəsinin təhlilindən göründüyü kimi, bu maddədə işə yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələri) və faktlar (faktiki hallar) əsasında mahiyyət üzrə tam həcmdə baxılması göstərilmiş, eyni zamanda Məcəllənin işin hallarının araşdırılması prinsipini nəzərdə tutan 12-ci maddəsinə istinad edilmişdir. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə deyilir ki, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İPM-in 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Kollegiya hesab edir ki, mübahisəyə baxılması ilə əlaqədar apelyasiya instansiyası məhkəməsi tərəfindən qeyd olunan prosessual hüquq normalarının tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmamışdır. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2013/2016 saylı iş üzrə 01 dekabr 2016-cı il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılsın. Kassasiya şikayətləri qismən təmin edilsin. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-2/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2/2019
13.02.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver