Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2/2021 28.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: keçmiş hərbi qulluqçuya təyin edilmiş əmək pensiyasının yenidən hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı, İddiaçının vəkili X1, Cavabdehin vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İ darəsinə (hazırda Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı) qarşı “təyin edilmiş pensiyanın yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 4 iyun tarixli, 2-1(103)-1206/2019 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona təyin edilmiş pensiyanın yenidən hesablanmasını xahiş etmişdir.
2. Cavabdeh 2018-ci il 20 noyabr tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, İddiaçı 2000-ci il 7 dekabr tarixdə əmək pensiyasına çıxdığına görə keçdiyi xidmət illərinin nəzərə a lınması ilə hesablanan təminat xərcliyi əsas götürülməklə iddiaçının pensiyasının yenidən hesablanması qanunun tələblərinə uyğun olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı 2018-ci il 30 noyabr tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək hərbi xidmətdən buraxıldığı SHXÇDX-ni Bakı şəhəri, Nizami rayon idarəsi rəisi vəzifəsi üzrə pensiyanın yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
4. İddiaçı 2019-cu il 15 fevral tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş Departamenti nə göndərilmiş məlumat vərəqəsinə müvafiq olaraq (vəzifə maaşı 910 manat, rütbə maaşı 138 manat, xidmət illərinə görə 50 faiz əlavə-524 manat, usta məharəti dərəcəsinə görə 35 faiz əlavə-318,50 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası 64,00 manat) təyin edilmiş pensiyanın 100 faiz miqdarında olmaqla yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. 5. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi 2019-cu il 15 fevral tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni icraata qəbul etmişdir. İddiaçının əsaslandırması:
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1972-ci ildən 2000-ci ilin dekabr ayına qədər Silahlı Qüvvələrdə hərbi xidməti keçmişdir. Azərbaycan Respublikası Prezidentinin 2000-ci ilin iyul ayında imzaladığı müvafi q fərmana əsasən ali təhsil müəssisələrində hərbi kafedralar ləğv edilmişdir. Təşkilati-ştat dəyişiklikləri ilə əlaqədar olaraq iddiaçı Bakı Dövlət Universitetində hərbi kafedranın atəş və hərbi texnika hazırlığı silsiləsində baş müəllim vəzifəsindən ehtiyata buraxılmışdır və 2000ci ilin dekabr ayında pensiya ilə təmin olunmuşdur. Azərbaycan Respublikasının Müdafiə Nazirinin 2004-cü il 22 iyul tarixli əmri ilə hərbi mütəxəssis kimi, o təkrarən Silahlı Qüvvələrə hərbi xidmətə çağırılmışdır. 2004-cü il 22 iyul tarixdən 2011-ci il 5 noyabr tarixədək Müdafiə Nazirliyinin Baş Qərargahında Təşkilat-Səfərbərlik İdarəsində rəis müavini, 2011-ci il 5 noyabr tarixdən 2016-cı il 18 noyabr tarixədək SHXÇDX-nın Xətai rayon idarəsinin rəisi vəzifəsində və 2016-cı il 18 noyabr tarixdən 2018-ci il 14 se ntyabr tarixədək SHXÇDX-nın Nizami rayon idarəsinin rəisi vəzifəsində hərbi xidmət etmişdir. 2018-ci ilin sentyabr ayında istefaya buraxılmışdır. 2004-cü il 22 iyul tarixdən 2011-ci ilin 5 noyabr tarixinə qədər Müdafiə Nazirliyinin baş Qərargahında Təşkilat-Səfərbərlik idarəsində rəis müavini vəzifəsində hərbi xidmət keçərkən mütəmadi olaraq döyüş bölgələrində keçirilən təlimlərin birbaşa iştirakçısı olmuşdur. Ümumi güzəştli xidmət illəri 05 il 04 ay 12 gün və ümumi xidmət illəri 42 il 05 ay 29 gün olmaqla, ümumilikdə 47 il 10 ay 11 gün Silahlı Qüvvələrdə hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası Silahlı Qüvvələr və müharibə veteranıdır. İddiaçı 2007-ci ildən 2018-ci ilədək sosial sığorta ödəyicisi olmuşdur. Odur ki, pensiyanın yenidən hesablanması üçün cavabdehə ərizə ilə müraciət e tmişdir. Lakin cavabdeh 2018-ci il 31 oktyabr tarixli cavab məktubu ilə pensiyanın hesablanmasından imtina etmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin etirazları:
7. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçıya Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş məlumat vərəqinə əsasən 2000-ci il 6 dekabr tarixdə sonuncu tutduğu vəzifəyə uyğun olaraq yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının adına 2018-ci il 18 dekabr tarixdə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən yenidən məlumat vərəqi İdarəyə daxil olmuş və iddiaçı tərəfindən ərizə verilərək pensiyanın yenidən sonuncu məlumat vərəqinə əsasən hesablanıb ödənilməsi xahiş edilmişdir. 2018-ci il 26 oktyabr tarixli qərar ilə iddiaçının ərizəsinin təmin edilməsindən imtina edilmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.6-cı maddəsinə əsasən hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Cavabdeh qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 8. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 21 fevral tarixli, 2-1(81)581/2019 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş Departamentinə göndərilmiş məlumat vərəqəsinə müvafiq olaraq (vəzifə maaşı 910 manat, rütbə maaşı 138 manat, xidmət illərinə görə 50 faiz əlavə-524 manat, usta məharəti dərəcəsinə görə 35 faiz əlavə318,50 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası 64,00 manat) təyin edilmiş pensiyanın 100 faiz miqdarında olmaqla yenidən hesablanması vəzifəsi cavabdehə həvalə edilmişdir.
9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçıya həqiqi hərbi xidmətdən tərxis olunduqdan sonra 2004-2018-cı illərdə hərbi qulluğunu davam etdirmiş və 2018-cı ildə yenidən hərbi xidmətdən tərxis olunmuşdur və iddiaçının işlədiyi orqan da qanuni olaraq cavabdehə yeni məlumat vərəqəsin i təqdim etmişdir. Belə olduğu halda, iddiaçıya tərxis olunduğu gündən yeni məlumat vərəqəsinə əsasən əmək pensiyasının yenidən hesablanmasına qanunla hər hansı məhdudiyyət nəzərdə tutulmamışdır. Həmin məlumat vərəqəsinə əsasən iddiaçının pensiyasını yenidən hesablanması cavabdeh qanuni vəzifəsi olsa da, cavabdeh bundan imtina etmiş, bununla da qüvvədə olan maddi hüquq normalarını, iddiaçının hüquqlarını və qanunla qorunan mənafelərini pozmuşdur.
10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 4 iyun tarixli, 2-1(103)-1206/2019 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 21 fevral tar ixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri
14. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda və iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, iddiaçı “Əmək pensiyaları haqqında” Qanunda öz əksini tapmış əmək pensiyası hüququndan istifadə etmiş və ona 2000-ci il 7 dekabr tarixdən etibarən “Əmək pensiyaları haqqında” Qanunun 9.6-cı maddəsinə əsasən əmək pensiyası təyin edilmişdir. İddiaçının 2007-2018-ci illər ərzində, yəni əmək pensiyaçısı olduğu müddətdə, yenidən hərbi xidmətə çağırılaraq hərbi xidmətini davam etdirməsi, iddiaçının pensiyasının sonuncu təminat xərcliyinə görə yenidən hesablanmasına gətirib çıxarmamışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.6-cı maddəsinin 2-ci cümləsi bunu birmənalı olaraq istisna edir (“Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır.”) “Əmək pensiyaları haqqında” Qanunun 9.6-cı maddəsinə əsasən bu kateqoriyadan olan şəxslərin əmək pensiyası yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə yenidən hesablana bilər. kassas iya şikayətinə etirazın dəlilləri
15. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, feldyeger rabitəsi, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Nazirlər Kabinetinin 631 nömrəli, 1992-ci il 23 noyabr tarixli Qərarının birinci hissəsinin onuncu abzasının müddəalarına görə silahlı qüvvələrin ehtiyatda olan yüksək ixtisaslı pensiyaçı zabit kadrlarının Silahlı Qüvvələrdə, Milli Təhlükəsizlik Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ədl iyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Dövlət Sərhəd Xidməti orqanlarında xidməti onlara pensiya təyin edilməsi üçün uzun müddət xidmətə aiddir və bu müddət qurtarandan sonra pensiya qüvvədə olan qanunvericiliyə əsasən yenidən hesablanır. Bu səbəbdən, iddiaçının təkrarən xidmətdə olduğum 14 il 01 ay 22 gün müddət onun ümumi xidmət (sığorta) stajına əlavə edilməlidir. 16. “Əmək pensiyaları haqqında” Qanunun 9.6-cı maddəsinin müddəalarına görə, hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Bu kateqoriyadan olan şəxslərin əmək pensiyası yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə yenidən hesablana bilər. Bu maddənin üçüncü cümləsini cavabdehin nümayəndələri bütün instansiya məhkəmələrində bəhs edilməmişdir. Halbuki, bu cümlədə ehtiva olunan məna məhz iddiaçının vəziyyətinə aiddir və burada söhbət pensiyaya hər hansı bir əlavədən deyil, məhz pensiyanın yenidən hesablanmasından gedir. Yəni, 2007-ci il 1 yanvar tarixdən qüvvəyə minmiş “Sosial sığorta haqqında” Qanuna dəyişikliklər və əlavələr edilməsi barədə” 2006-cı il 28 noyabr tarixli, 183-İİİQD nömrəli Qanuna əsasən iddiaçının aylıq təminat xərcliyindən 2007-ci il 1 yanvar tarixdən etibarən aybaay tutulmuş məcburi sosial sığorta haqqı iddiaçının fərdi uçot hesabında toplanaraq (2007-ci il-2424 m anat, 2007-ci il-3417,07 manat, 2009-cu il - 3770,93 manat, 2010-cu il- 3628,44 manat, 2011-ci il-4463,87 manat, 2012-ci il - 3998,99 manat, 2013-cü il - 5199,72 manat, 2014-cü il - 5391,75 manat, 2015-ci il - 5391,75 manat, 2016-cı il - 5391,75 manat, 2017-ci il-5391,75 manat, 2018-ci il - 3727,32 manat) cəmi 54987,34 manat məbləğdə (yüksək) pensiya kapitalı yaratdığına görə bu maddənin üçüncü cümləsindəki "hesablana bilər" sözləri iddiaçıya şamil edilməlidir. Belə ki, yaşa görə əmək pensiyasının təyin olunması üçün hüquq yaradan pensiya kapitalı 15840 manat müəyyən edildiyi halda, yəni bu məbləğin 144 aya (gözlənilən pensiya ödənişi müddəti) bölünməsi nəticəsində respublika üzrə əmək pensiyasının minimum baza hissəsi 110 manat təşkil etdiyi halda, iddiaçının topladığı kapital eyni qaydad a bölünərək 381,85 manat təşkil edir. Bu da respublika üzrə müəyyən edilmiş minimum əmək pensiyasının baza hissəsindən 3,47 dəfə çoxdur. 17. “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan a rtıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Bu maddənin müddəalarından göründüyü kimi, pensiya təyin olunduqdan sonra yenidən 6 il işləmiş əmək pensiyaçıların pensiyalarının yenidən hesablanmasında qadağa qoyulmamışdır. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli, 135 nömrəli Qərarı ilə təsdiq edilmiş «Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları»nın 2-ci bəndinə müvafiq olaraq «Əmək pensiyaları haqqında» Qanunun 1.0.5-ci maddəsinə əsasən hərbi qulluqçuların pensiyası onların təminat xərcliyindən (pul təminatından) hesablanır, belə ola n halda iddiaçının pensiyası məhz sonuncu təminat xərcliyimə görə yenidən hesablanmalıdır. Bundan başqa, həmin Qaydaların 4-cü bəndində hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədi ilə bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar həmin bənddə göstərilən orqanlar tərəfindən 5 iş günü ərzində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması qeyd edilmişdir. Beləliklə, hərbi qulluqçuların pensiyalarının yenidən hesablanmasında qadağa qoyulmamışdır. b. məhkəmə icraatı iştirakçılarının izahatları
18. Cavabdehin vəkili kassasiya şikayətini n məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.
19. İddiaçı və vəkili məhkəmə iclasında kassasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdilər. TƏTBİQ EDİLƏN HÜQUQ 20. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 9.6. Hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Bu kateqoriyadan olan şəxslərin əmək pensiyası yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə yenidən hesablana bilər. Maddə 37.3. İşləyən əmək pensiyaçılarına: Maddə 37.3.1.yaşa görə əmək pensiyasının baza və pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir;...
21. İPM: Maddə
91. Ali Məhkəmə müba hisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxl aya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
23. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Şikayə t əsaslıdır və təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. 25. “Əmək pensiyaları haqqında” Qanunun yuxarıda istinad edilən normalarının əlaqəli təhlilindən də göründüyü kimi hərbi qulluqçulara pensiya (hərbi pensiya) onların təminat xərcliyi əsasında təyin edilir və təminat xərcliyindəki sonrakı artımlar da hərbi qulluqçunun hərbi xidmətdən buraxıldığı gündə sonuncu vəzifə üzrə aldığı miqdara şamil edilir. Hərbi qulluqçu kimi yaşa görə əmək pensiyasının hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunduğuna dair müddəa aşkar olaraq pensiyaya çıxmış hərbi qulluqçunun hərbi xidmətini başa vurduğunu ehtiva edir. Pensiyaya çıxdıqdan sonra əmək fəaliyyətini davam etdirən pensiyaçı (işləyən əmək pensiyaçısı) pensiya təyin olunduqdan sonrakı dövr üzrə qaza ndığı sığorta və yığım hissələri üzrə toplanmış pensiya kapitalına ümid edə bilər.
26. Həmin normaların tələbləri iddiaçıya tətbiq olunduqda, o, pensiya təyin edildikdən sonrakı hərbi xidmətdən tərxis olunduqdan (işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdən) sonra pensiyanın yenidən hesablanmasını təminat xərcliyinə görə deyil, pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazandığı sığorta və yığım hissələri üzrə toplanmış pensiya kapitalına görə tələb edə bilər.
27. Kassasiya şikayətinə iddiaçının etirazında istinad etdiyi “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsi də işləməyən əmək pensiyaçısı kateqoriyasına keçmiş, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işləyən şəxslərin əmək pensiyasının məhz toplanmış pensiya kapitalına uyğun olaraq yenidən hesablan masını nəzərdə tutur.
28. İstinad edilən normaların tələbləri apellyasiya instansiyası məhkəməsi tərəfindən pozulduğundan, bununla da, iddiaçının tələbi üzrə səhv nəticəyə gəldiyindən, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin olunmamalıdır.
29. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 4 iyun tarixli, 2-1(103)-1206/2019 nömrəli qərarı ləğv edilir. İddia rədd edilir. Qərar qətidir.