Məhkəmə qərarları › İş №2-1(102)-2/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2/2022

21.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2/2022 21.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2, X19, İddiaçı4 oğlu və İddiaçı3 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: torpaq sahəsinin dövlət reyestrində aparılmış qeydiyyatının ləğvi; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1, İddiaçı2, X10, İddiaçı4 oğlunun, İddiaçı3 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (hazırda Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs) 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: X29, X24) “mülkiyyət hüququna dair qeydiyyatın ləğvi və s.” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-17/2020 nömrəli, 22 yanvar 2020-ci il tarixli qərarından üçüncü şəxs X24 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Gəncə şəhəri “Əriklik bağı” adlanan ərazidən Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının 10 may 2012-ci il tarixli 144 saylı sərəncamı ilə İddiaçı1 500 kv.m., 27 iyun 2012-ci tarixli 336 saylı sərəncamı ilə İddiaçı3 500 kv.m., 27 iyun 2012-ci il tarixli 337 sayl ı sərəncamı ilə İddiaçı4 oğluna 400 kv.m., 30 yanvar 2013-cü il tarixli 54 saylı sərəncamı ilə X14 500 kv.m., 30 yanvar 2013-cü il tarixli 55 saylı sərəncamı ilə İddiaçı2 500 kv.m. torpaq sahələrində fərdi yaşayış evlərinin yerləşdirilməsinə icazə verilmiş və həmin torpaq sahələrinin yerində ölçülüb vətəndaşlara təhvil verilməsi, inşa ediləcək fərdi yaşayış evinin Eskiz layihəsinin Memarlıq və tikinti şöbəsi ilə razılaşdırılmasının vətəndaşa tapşırılması qərara alınmışdır. Həmin şəxslərin onlara ayrılmış torpaq sahələrində inşa etdikləri fərdi yaşayış evlərinin Eskiz layihələri Gəncə şəhərinin baş memarı tərəfindən təsdiq edilmişdir. Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyətinin və müvafiq səlahiyyətlərə malik olan digər inzibati orqanların iştirakları ilə İddiaçı1, İddiaçı3, İddiaçı4 oğlun un, X10 və İddiaçı2 onlara ayrılmış torpaq sahələrində Gəncə şəhərinin baş memarı tərəfindən təsdiq edilmiş Eskiz layihələrə uyğun tikdirdikləri Fərdi yaşayış evlərinin istismara “Qəbul aktları” (evin istismarına icazə verilməsi barədə) tərtib edilmişdir. Habelə Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının 2 avqust 2013-cü il tarixli 1173 saylı sərəncamı ilə İddiaçı1, 07 oktyabr 2013-cü tarixli 1520 saylı sərəncamı ilə İddiaçı2, xx.xx.2014-cü il tarixli 147 saylı sərəncamı ilə İddiaçı3 və digər sərəncamları ilə İddiaçı4 oğluna və X14 məxsus olan (sərəncamlarda həmin mülklərin Gəncə şəhəri Yeni Gəncə yaşayış massivi “Əriklik bağı” adlanan ərazidə yerləşməsi göstərilmişdir) mülklərdə razılaşdırılmış layihə sənədləri əsasında inşa edilmiş tikililərin qeydiyyata alınması, DƏDRX-in 3 sa ylı Gəncə Ərazi İdarəsinə sözügedən fərdi yaşayış evlərini qeydiyyata aldıqdan sonra mülk sahiblərini müvafiq qaydada mülkiyyət hüquqlarını təsdiq edən sənədlərlə təmin etməsinin tapşırılması qərara alınmışdır.

2. Mübahisəli 0,209686 ha torpaq sahəsinin də daxil olduğu 1,31 ha torpaq sahəsinin əks olunduğu Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar (indiki Göygöl) rayon şöbəsi tərəfindən tərtib edilmiş “Torpağın mülkiyyətə verilməsinə” dair JN seriyalı 0497 nömrəli (KOD ********) 18 aprel 2006-cı il tarixli Dövlət Aktına əsasən həmin torpaq sahəsi Xanlar (indiki Göygöl) rayonu Quşqara bələdiyyəsinin 21 noyabr 2005-ci il tarixli 54a saylı qərarı ilə Faiq Şərifova satılmışdır. X41nda Faiq Şərifovun mülkiyyətinə verilmiş torpağın ümumi sahəsinin 1,31 ha olmaqla ayrı-ayrı ərazilərdə yerləşməsi, ona görə də torpaq sahəsinin üç ədəd müxtəlif planşetlərdə əks edilməsi müəyyən edilir. Sözügedən “Torpağın mülkiyyətə verilməsinə dair” dövlət aktına əsasən, 467 nömrəli konturda (planşetdə) 0,60 ha, 467A nömrəli konturda (planşetdə) 0,20 ha və 467D nömrəli konturda (planşetdə) 0,51 ha olması göstərilmişdir.

3. İddiaçıların müraciətinə cavab olaraq cavabdehin 26 may 2017-ci il tarixli imtina məktubunda qeyd olunmuşdur ki, X20 adına Xanlar rayon Quşqara bələdiyyəsinin 21 noyabr 2005-ci il tarixli 54a nömrəli qərarı ilə ləğv edilmiş DTXK-in Göygöl rayon şöbəsi tərəfindən verilmiş JN seriyalı 0497 nömrəli kod 50806018 olan "Torpağın mülkiyyətə verilməsinə” dair Dövlət Aktına əsasən 0.509686 ha torpaq sahəsi üzərində yaranmış hüquqların daşınmaz əmlakın döv lət reyestrində qeydiyyatı aparılarkən 18 iyul 2007-ci il tarixli **********45 reyestr nömrəli torpaq sahəsinə dair verilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsinə əsas olmuş ilkin sənədin əsaslarında uyğunsuzluqların olduğu müəyyən edilmişdir. Sözügedən torpaq sahəsinin 0.209686 ha hissəsini 18 dekabr 2012-ci il tarixli 4Ə-3-836 nömrəli alqı-satqı müqaviləsi əsasında əldə etmiş X15 həmin torpaq sahəsi üzərində yaranmış mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində 12 aprel 2013-cü il tarixli ********** nömrəli ərizəsi ilə qeydiyyatı aparılarkən “Torpaq sahəsinin planı və ölçüsü” sənədi mövcud uyğunsuzluqlar aradan qaldırılmadan hazırlanmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir.

4. Cavabdehin Gəncə İnzibati-İqtisadi Məhkəməsinə ünvanladığı 22 avqust 2017-ci il tarixli məktubda qeyd edilmişdir ki, aparılmış araşdırma zamanı ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar (indiki Göygöl) rayon şöbəsi tərəfindən tərtib edilmiş “Torpağa mülkiyyət hüququna dair“ JN seriyalı 0497 nömrəli Dövlət Aktında qeyd olunan, hal-hazırda mübahisə predmeti olan 497 D nömrəli konturun Dövlət Aktına sonradan əlavə olunduğu və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edilən zaman 3 saylı Ərazi İdarəsinə təhvil verilmiş elektron xəritə materiallarında 497 D nömrəli konturun öz əksini tapmadığı müəyyən edilmişdir.

5. Faiq Şərifov 26 iyul 2007-ci il tarixli alqı-satqı müqavilələrinə əsasən “Torpağa mülkiyyət hüququna dair“ JN seriyalı 0497 nömrəli (KOD ********) Dövlət Aktının 497D nömrəli planşetində göstərilən 0,51 ha torpaq sahəsinin 0,24 ha hissəsini Goranboy rayonu Əhmədabad kəndində yaşayan X16, 0,06 ha hissəsini isə Gəncə şəhəri M.Hacıyev küçəsi 320 ev 6A mənzil 22-də yaşayan X1. Həmin 0,51 ha torpaq sahəsinin qalan 0,209686 ha hissəsini isə 18 dekabr 2012-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında Elşad Məmmədova satmışdır. Qeyd olunan alqı-satqı müqaviləsi əsasında 0.209686 ha torpaq sahəsi üzərində Elşad Məmmədovun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 12 aprel 2013-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınaraq Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əml akın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarış və eyni tarixli Torpaq sahəsinin planı və ölçüsü ilə rəsmiləşdirilmişdir.

6. Gəncə Apellyasiya Məhkəməsinin icraatında olan 2(104)-03/2017 saylı mülki iş üzrə 17 mart 2017-ci il tarixli qərardad ilə təyin edilmiş Məhkəmə tikinti-texniki ekspertizasının icrası ilə bağlı ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 3 saylı Gəncə LTİ tərəfindən verilmiş 19 iyun 2017-ci il tarixli mütəxəssis rəyində göstərilir ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli 12 aprel 2013-cü il tarixli çıxarışa və **********28 reyestr nömrəli torpaq sahəsinin plan və ölçüsü sənədinə əsasən X17 məxsus 0,209686 ha torpaq sahəsinin koordinatları, sərhədləri müəyyən edilmişd ir. Mübahisəli torpaq sahəsinin koordinatları və sərhədləri rəyə əlavə edilmiş sxematik planda öz əksini tapmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli 12 aprel 2013-cü il tarixli çıxarışa əsasən X15 mülkiyyətində olan 0,209686 ha torpaq sahəsi ilə Gəncə şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının Gəncə şəhəri “Əriklik bağı” adlanan ərazisində fərdi yaşayış evlərinin yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilməsi haqqında 54 nömrəli 30 yanvar 2013-cü il tarixli sərəncamı ilə X14 ayrılmış torpaq sahəsinin 113 kv.m-i, 54 nömrəli 30 yanvar 2013-cü il tarixli sərəncamı ilə İddiaçı2 ayrılmış torpaq sahəsinin 178 kv.m-i, 144 nömrəli 10 may 2012-ci il tarixli sərəncamı ilə İddiaçı1 ayrılmış torpaq sahəsinin 500 kv.mi, 336 nömrəli 27 iyun 2012-ci il tarixli sərəncamı ilə İddiaçı3 ayrılmış torpaq sahəsinin 500 kv.m-i, 337 nömrəli 27 iyun 2012-ci il tarixli sərəncamı ilə İddiaçı4 oğluna ayrılmış torpaq sahəsinin 419 kv.m-i üst-üstə düşür. Aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, Xanlar rayon Quşqara bələdiyyəsinin 21 noyabr 2005-ci il tarixli 54a saylı qərarı əsasında X25 0.80 ha torpaq sahəsi ayrılmış, həmin qərar əsasında ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsi tərəfindən “Torpağa mülkiyyət hüququna dair “ JN-497 saylı Dövlət Aktı tərtib edilmişdir. X41 iki konturdan- 497 A (0.20 ha) və 497(0.60 ha) konturlardan ibarət olmuşdur. Hal-hazırda mübahisə predmeti olan 497D (0.51ha) nömrəli kontur Dövlət Aktına sonradan əlavə olunmuş və elektron xəritə materi allarında öz əksini tapmamışdır. X29 JN seriyalı 497 nömrəli Dövlət Aktının 497D nömrəli konturunda qeyd olunan 0.51 ha torpaq sahəsindən 0.209686 ha hissəsini 18 dekabr 2012-ci il tarixli 4Ə-3-836 nömrəli alqı-satqı müqaviləsi əsasında X2. Qeyd olunan alqı-satqı müqaviləsi əsasında 0.209686 ha torpaq sahəsi üzərində X15 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq 12 aprel 2013-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Torpaq sahəsinə dair ərazi idarəsi tərəfindən “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilərkən texniki xətaya yol verilərək torpaq sahəsi əvvəlki plan ölçüsündəki koordinatlardan fərqli olaraq sənəd üzrə vəziyyətdən 80 metr sürüşmə ilə hal-hazırda İddiaçı1 məxsus fərdi yaşayış evinin yerləşdiyi torpaq sah əsinin üzərinə qeydiyyat aparılmışdır. Məlumat üçün bildirilir ki, baza məlumatlarına istinadən araşdırma zamanı Dövlət Aktında qeyd olunan 0.51 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının bir hissəsi başqa şəxslərə məxsus tikililərin, bir hissəsinin isə ümumi istifadədə olan yolun üzərinə düşdüyü məlum olmuşdur. Ərazi idarəsinin arxiv sənədlərinə əsasən, ləğv edilmiş DT və XK tərəfindən təhvil verilmiş dövlət aktlarının qeydiyyatı kitabında X20 mülkiyyətinə verilmiş 1.31 ha torpaq sahəsi sözündə düzəliş (qaralanaraq sonradan yazılıb) olunmuşdur.

7. Gəncə Apellyasiya Məhkəməsinin 09 dekabr 2019-cu il tarixli xx-xx/2019 nömrəli məktubunda qeyd olunmuşdur ki, iddiaçı X24 cavabdehlər Nümayəndə3 İslam oğluna qarşı torpaq sahəsinin boşaldılması və qanunsuz tikililərin sökülməsi tələ binə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan Göygöl rayonu Quşqara kəndi (hazırkı Gəncə şəhəri Yeni Gəncə qəsəbəsi “Əriklik bağı”) ərazisində yerləşən 0,209686 ha torpaq sahəsinin cavabdehlər tərəfindən boşaldılması, həmin torpaq sahəsində cavabdehlər tərəfindən aparılmış tikilinin cavabdehlərin vəsaiti hesabına sökülməsi və torpaq sahəsi üzərində mülkiyyət hüququnun müdafiəsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 17 iyul 2013-cü il tarixli 2(044)1336/2013 nömrəli (sədrlik edən hakim M.A.Əsədli) qərardadı ilə mülki iş üzrə əsl olmayan cavabdeh Nümayəndə3 İslam oğlu əsl cavabdehlər İddiaçı1, İddiaçı2, X19, X11 və X30 ilə əvəz edilmişlər.

9. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 25 iyul 2013-cü il tarixli 2(044)1336/ 2013 nömrəli (hakim M.A.Əsədli) qətnaməsi ilə iddia tələbi təmin edilmişdir.

10. Qətnamədən narazı qalan cavabdehlər İddiaçı1, X19, İddiaçı2, qəbul edilmiş qətnamə ilə hüquq və vəzifələrinə toxunan İddiaçı4 oğlu və İddiaçı3 apelyasiya şikayəti verərək, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 25 iyul 2013-cü il tarixli 2(044)1336/2013 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

11. Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 avqust 2017-ci il tarixli 2(104)-03/2017 nömrəli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 25 iyul 2013-cü il tarixli 2(044)-1336/2013 nömrəli qətnaməsi ləğv edilmiş və yeni qətnamə qəbul edilərək, iddia tələbi təmin edilmiş, Göygöl rayonu Quşqara kəndində yerləşən (hazırda Gəncə şəhəri Nizami rayonunun inzibati ərazisinə daxildir) və iddiaçı X15 mülkiyyətində olan 0,209686 ha torpaq sahəsinin cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı4 oğlu, İddiaçı3 və X19 tərəfindən boşaldılması, həmin torpaq sahəsində inşa edilmiş evlərin (tikililər) cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı4 oğlu, İddiaçı3 və X10 vəsaiti hesabına sökülməsi qət edilmişdir.

12. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 fevral 2018-ci il tarixli 2(102)-609/2018 nömrəli (hakimlər Ə.G.Nurməmmədov (sədrlik edən və məruzəçi), M.T.Əhmədova və Ə.M.Rüstəmov) qərarı ilə cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı4 oğlu və İddiaçı3 birgə verdikləri kassasiya şikayəti qismən təmin edilmiş, Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 avqust 20 17-ci il tarixli 2( 104)-03/2017 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilmişdir.

13. Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 iyun 2018-ci il tarixli 2(104)-1870/2018 nömrəli (hakimlər Ə.G.Abdullayev (sədrlik edən və məruzəçi), T.A.Muxtarov və E.İ.Xasməmmədov) qərardadı ilə mülki iş üzrə icraat iddiaçılar İddiaçı1, X19, İddiaçı2, İddiaçı4 oğlu və İddiaçı3 cavabdeh DƏDRX-in 3 saylı Ərazi İdarəsinə (üçüncü şəxslər X29 və X24) qarşı Göygöl rayon Torpaq şöbəsi tərəfindən verilmiş JN0497 KOD 50806018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktına əsasən 0,509686 ha torpaq sahəsinin X20 adına aparılmış dövlət reyestrində qeydiyyatın və həmin torpaq sahəsinin 0,209686 ha hissəsinin X15 adına aparılmış 12 aprel 201 3-cü il tarixli reyestr qeydiyyatının ləğv edilməsi vəzifəsinin qoyulması tələbinə dair inzibati işə baxılıb yekun qərar qəbul olunanadək dayandırılmışdır.

14. İddiaçı X24 cavabdeh Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxslər İddiaçı1, X19, İddiaçı2, İddiaçı4 oğlu və İddiaçı3) 10 may 2012-ci il tarixli 144 nömrəli, 27 iyun 2012-ci il tarixli 336 nömrəli, 27 iyun 2012-ci il tarixli 337 nömrəli, 30 yanvar 2013-cü il tarixli 54 nömrəli və 30 yanvar 2013-cü il tarixli 55 nömrəli sərəncamların etibarsız hesab edilməsi tələbi ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir.

15. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 27 sentyabr 2017-ci il tarixli 2-1(83)2312/2017 nömrəli (hakim F.C.Hüseynov) qərarı ilə iddia tələbi təmin edilərək, Gəncə şəhər Nizami Rayon İcra Hakimi yyəti tərəfindən verilmiş 10 may 2012-ci il tarixli 144 nömrəli, 27 iyun 2012-ci il tarixli 336 nömrəli, 27 iyun 2012-ci il tarixli 337 nömrəli, 30 yanvar 2013-cü il tarixli 54 nömrəli və 30 yanvar 2013-cü il tarixli 55 nömrəli sərəncamlar etibarsız sayılmışdır.

16. Həmin qərardan cavabdeh Gəncə şəhəri Nizami Rayon İcra Hakimiyyəti, həmçinin üçüncü şəxslər İddiaçı1, X19, İddiaçı2, İddiaçı4 oğlu və İddiaçı3 apelyasiya şikayətləri verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd olunmasını xahiş etmişlər.

17. Gəncə Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 31 yanvar 2018ci il tarixli 2-1(104)-63/2018 nömrəli (hakimlər F.Ə.Mehtiyev (sədrlik edən və məruzəçi), Ş.Q.Rzaquliyev və N.N.Quliyev) qərarı ilə apelyasiya şikayətləri təmin edilməmiş, Gəncə İnzibati-İqtisadi Məhkəməs inin 27 sentyabr 2017-ci il tarixli 2-1(83)-2312/2017 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

18. Həmin qərardan cavabdeh Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti, həmçinin üçüncü şəxslər İddiaçı1, İddiaçı2, İddiaçı4 oğlu və İddiaçı3 kassasiya şikayətləri verərək, apelyasiya instansiyasi məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişlər.

19. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21 iyun 2018-ci il tarixli 2-1(102)-1077/2018 nömrəli (hakimlər R.S.Nəbizadə (sədrlik edən və məruzəçi), A.S.Hüseynov və X.S.Məmmədov) qərarı ilə kassasiya şikayətləri qismən təmin edilmiş, Gəncə Apelyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 2-1(104)-63/2018 nömrəli qərarı ləğv edilmiş, işin təkrar baxılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilməsi, kassasiya şikayətlərinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

20. Gəncə Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 09 iyul 2019-cu il tarixli 2-1(104)-40/2019 nömrəli (hakimlər Ç.B.Məmmədov (sədrlik edən və məruzəçi), R.Z.Mamedov və A.H.Hüseynzadə) qərardadı ilə inzibati iş üzrə icraat iddiaçılar İddiaçı1 və qeyrilərinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X29 və X24) Göygöl Rayon Torpaq Şöbəsi tərəfindən verilmiş JN-0497 KOD 50806018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktına əsasən 0,509686 ha torpaq sahəsinin X20 adına aparıl mış dövlət reyestrində qeydiyyatın və həmin torpaq sahəsinin 0,209686 ha hissəsinin X15 adına aparılmış 12 aprel 2013-cü il tarixli reyestr qeydiyyatının ləğv edilməsi vəzifəsinin qoyulması tələbinə dair inzibati işə baxılıb yekun qərar qəbul olunanadək dayandırılmışdır.

21. İddiaçı Göygöl rayonu Qusqara Bələdiyyəsi cavabdeh X29 və üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsinə qarşı Göygöl Rayon Məhkəməsində iddia qaldıraraq, Torpağa mülkiyyət hüququna dair JN seriyalı 0497 nömrəli (KOD ********) Dövlət Aktına əsasən cavabdeh X20 mülkiyyətində olan 1,31 ha torpaq sahəsinin 0,51 ha aid hissəsinin texniki səhv olduğu üçün etibarsız hesab edilməsi; cavabdeh X20 mülkiyyətində olan Göygöl rayonu Quşqara bələdiyyəsinin 21 noyabr 2005-ci il t arixli 54A nömrəli qərarına əsasən alqı-satqı yolu ilə satılmış 0,80 ha torpaq sahəsinin saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eləcə də iddiaçı Göygöl rayonu Quşqara bələdiyyəsinin sədri X31 cavabdeh X8 və üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsinə qarşı Göygöl Rayon Məhkəməsində iddia qaldıraraq, torpağın mülkiyyət hüququna dair JN-0491 KOD 50806018 nömrəli Dövlət Aktına əsasən cavabdeh X3 mülkiyyətində olan 1,72 ha torpaq sahəsinin 0,72 ha aid hissəsinin texniki səhv olduğu üçün etibarsız hesab edilməsi, cavabdeh X3 mülkiyyətində olan Göygöl rayonu Quşqara bələdiyyəsinin 24 fevral 2006-cı il tarixli 14 nömrəli qərarına əsasən alqı-satqı yolu ilə satılmış 1,0 ha torpaq sahəsinin saxlanılması barədə qətnamə çıxarıl masını xahiş etmişdir.

22. Göygöl Rayon Məhkəməsinin 13 oktyabr 2010-cu il tarixli qərardadı ilə iddiaçı Göygöl rayon Quşqara bələdiyyəsinin sədri X21 cavabdeh X4 qarşı Torpağa mülkiyyət hüququna dair JN seriyalı 0491 nömrəli Dövlət aktının qismən etibarsız hesab edilməsinə dair 2(066)-358/2010 nömrəli mülki iş və Göygöl rayon Quşqara bələdiyyəsinin sədri X21 cavabdeh X25 qarşı Torpağa mülkiyyət hüququna dair JN seriyalı 0497 nömrəli (KOD ********) Dövlət Aktının qismən etibarsız hesab edilməsinə dair iddiası üzrə 2(066)359/2010 nömrəli mülki işlərin bir icraatda birləşdirilməsi qərara alınmışdır.

23. Göygöl Rayon Məhkəməsinin 29 oktyabr 2010-cu il tarixli 2(066)-358/2018 qətnaməsi ilə iddia tələbi təmin edilərək, X3 adına verilmiş Torpağa mülkiyyət hüququna dair 07 aprel 2006-cı il tarixl i JN-0491 nömrəli Dövlət Aktının 0,72 ha torpaq sahəsi üzrə, X20 adına verilmiş Torpağa mülkiyyət hüququna dair 25 aprel 2006-cı il tarixli JN seriyalı 0497 nömrəli (KOD ********) Dövlət Aktının 0,51 ha torpaq sahəsi üzrə etibarsız hesab edilməsi qət olunmuşdur.

24. Həmin qətnamədən narazı qalan hüquq və vəzifələrinə toxunan şəxs X24 apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

25. Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 dekabr 2018-ci il tarixli 2(104)-3463/2018 nömrəli (hakimlər R.Ş.Muradov /sədrlik edən və məruzəçi/, Ə.İ.Məmmədov və A.H.Hüseynzadə) qərardadı ilə mülki iş üzrə icraat iddiaçılar İddiaçı1 və qeyrilərinin cavabdeh DƏDRX-in 3 saylı Ərazi İdarəsinə (üçüncü şəxslər X29 v ə X24) qarşı Göygöl rayon Torpaq şöbəsi tərəfindən verilmiş JN seriyalı 0497 nömrəli (KOD ********) nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən 0,509686 ha torpaq sahəsinin X20 adına aparılmış dövlət reyestrində qeydiyyatın və həmin torpaq sahəsinin 0,209686 ha hissəsinin X15 adına aparılmış 12 aprel 2013-cü il tarixli reyestr qeydiyyatının ləğv edilməsi vəzifəsinin qoyulması tələbinə dair inzibati işə baxılıb yekun qərar qəbul olunanadək dayandırılmışdır.

26. Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 sentyabr 2020-ci il tarixli 2(104)-183/2020 nömrəli qərardadı ilə Göygöl rayon Quşqara bələdiyyəsinin sədri X21 cavabdehlər X4, X25 torpağın mülkiyyət hüququna dair dövlət aktının etibarsız hesab edilməsi tələbinə dair mülki işin icraatı təzələnmişdir.

27. Gəncə A pelyasiya Məhkəməsinin Mülki Kollegiyasının icraatında olan 2(104)183/2020 nömrəli iş üzrə iddiaçının vəkili Gəncə Apelyasiya Məhkəməsinin bütün hakimlərinə etiraz edərək işin baxılması üçün başqa apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.

28. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 1 dekabr 2020ci il tarixli qərardadı ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının icraatında olan - iddiaçı Göygöl rayonu Quşqara Bələdiyyəsinin cavabdehlər X8, X29 və üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə qarşı “dövlət aktının etibarsız hesab edilməsi” tələbinə dair mülki iş baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir.

29. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 fevral 2021-ci il tarixli, 2(107)- 4 10/2021 nömrəli qərardadı ilə Göygöl Rayon Məhkəməsinin 29 oktyabr 2010-cu il tarixli, 2(066)-358/2010 nömrəli qətnaməsi qismən, yəni “X20 adına verilmiş torpağın mülkiyyət hüququna dair 25 aprel 2006-cı il tarixli, JN-0497, KOD 50806018 nömrəli Dövlət Aktının 0,51 ha torpaq sahəsi üzrə etibarsız hesab edilməsi” hissəsində ləğv edilmiş və həmin cavabdehə münasibətdə iş üzrə icraata xitam verilmiş, tərəflərə (o cümlədən hüquqlarına toxunan şəxslərə) hazırkı mübahisənin həlli ilə bağlı ilk növbədə həmin sənədləri verən orqana müraciət etmək, müraciətləri həmin orqan tərəfindən həll olunmadığı (hərəkət və ya hərəkətsizliyi) təqdirdə isə məhkəmə aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə müraciət hüququ izah olunmuşdur.

30. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 may 20 21 -ci il tarixli, 2(102)-2957/2021 nömrəli qərarı ilə kassasiya şikayətləri təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 fevral 2021-ci il tarixli, 2(107)-410/2021 nömrəli qərardadı ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

31. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 oktyabr 2021-ci il tarixli, 2(107)-1568/2021 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, Göygöl Rayon Məhkəməsinin 29 oktyabr 2010-cu il tarixli, 2(066)-358/2010 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddiaçı Göygöl rayon Quşqara Bələdiyyəsinin cavabdehlər X4 və X25, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritə çəkmə Komitəsinin Göygöl rayon şöbəsinə qarşı iddialar rədd edilmişdir.

32. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 23 may 2022-ci il tarixli, 2(102)-2149/2022 nömrəli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 oktyabr 2021-ci il i tarixli, 2(107)-1568/2021 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddiaçı Göygöl rayon Quşqara Bələdiyyəsinin cavabdeh X25, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsinə qarşı “X20 adına verilmiş torpağa mülkiyyət hüququna dair 25 aprel 2006cı il tarixli, JN-0497, KOD 50806018 saylı Dövlət Aktının 0,51 ha torpaq sahəsi üzrə etibarsız hesab edilməsi” tələbinə dair iddiası təm in edilməmişdir. Qərar qəbul edildiyi andan qüvvəyə minmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

33. İddiaçılar iddia ərizəsi ilə məhkəməyə müraciət edərək JN-0497 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Dövlət Aktına əsasən 0.509686 ha torpaq sahəsinin X20 adına aparılmış dövlət reyestrində qeydiyyatın və həmin torpaq sahəsinin 0.209686 ha hissəsinin X15 adına aparılmış 12 aprel 2013-cü il tarixli reyestr qeydiyyatında yol verilmiş səhvlərin və uyğunsuzluğun aradan qaldırılaraq düzəliş edilməsi öhdəliyinin cavabdehə həvalə olunmasını xahiş etmişlər.

34. İddiaçılar iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Göygöl rayon Torpaq şöbəsi tərəfindən verilmiş JN-0497 kod 50806018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Dövlət Aktına əsasən 0.509686 ha torpaq sahəsinin X20 adına aparılmış dövlət reyestrində qeydiyyatın və həmin torpaq sahəsinin 0.209686 ha hissəsinin X15 adına aparılmış 12 aprel 2013-cü il tarixli ********** nömrəli reyestr qeydiyyatının ləğv edilməsi öhdəliyinin cavabdehə həvalə olunmasını xahiş etmişlər.

35. İddianın əsaslarına görə, Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti başçısının sərəncamlarına əsasən fərdi yaşayış evləri üçün torpaq sahələri əldə edərək orada yaşayış evləri inşa etdirmişlər. Üçüncü şəxs E.Məmmədov qanunsuz sənədlər əldə etməklə onlara qarşı iddialar qaldırmışdır. Halbuki üçüncü şəxslərin sənədləri düzgün tərtib edilməmişdir. Aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsi tər əfindən “Torpağa mülkiyyət hüququna dair ” JN-497 saylı Dövlət Aktı iki konturdan 497A (0.20ha) və 497 (0.60 ha) konturlardan ibarət olmuşdur. Hal-hazırda mübahisə predmeti olan 497 D(0.51 ha) nömrəli kontur Dövlət Aktına sonradan əlavə olunmuş və elektron xəritə materiallarında öz əksini tapmamışdır. X29 JN-497 Dövlət Aktında qeyd olunan 497D 0.51 ha torpaq sahəsindən 0.209686 ha hissəsini 18 dekabr 2012-ci il tarixli, 4Ə-3-836 nömrəli alqı-satqı müqaviləsi əsasında E.C.Məmmədova satmışdır. Qeyd olunan alqı-satqı müqaviləsi əsasında 0.209686 ha torpaq sahəsi üzərində E.C.Məmmədovun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq 12 aprel 2013-cü il tarixli çıxarışla rəsmiləşdirilmişdir. Torpaq sahəsinə dair ərazi idarəsi tərəfindən “Torpaq sahəsinin planı və ölçüs ü” sənədi tərtib edilərkən texniki xətaya yol verilərək torpaq sahəsi əvvəlki plan ölçüsündəki koordinatlardan fərqli olaraq sənəd üzrə vəziyyətdən 80 m sürüşmə ilə halhazırda İddiaçı1 məxsus fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin üzərinə qeydiyyat aparılmışdır. Baza məlumatlarına istinadən araşdırma zamanı Dövlət aktında qeyd olunan 0.51 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının bir hissəsi başqa şəxslərə məxsus tikililərin, bir hissəsinin isə ümumi istifadə olan yolun üzərinə düşdüyü məlum olmuşdur. Ərazi idarəsinin arxiv sənədlərinə əsasən, ləğv edilmiş DT və XK tərəfindən təhvil verilmiş dövlət aktlarının qeydiyyatı kitabında X20 mülkiyyətinə verilmiş 1.31 ha torpaq sahəsi sözündə düzəliş olunmuşdur. Eyni zamanda X25 Quşqara bələdiyyəsi tərəfindən 0.80 ha torpaq sahəsi satılmışdır, həmin torpaq sahəsi ayrı yerdə, ayrı konturlar altında yerləşməklə bizim tikilmiş evlərdən tamamilə kənarda yerləşir, 0.80 ha torpaq sahəsi neçə illər əvvəllər digər şəxslərə satmışdır. Saxtalaşdırılmış 0.51 ha torpaq sahəsinin əvvəldən heç bir yeri olmamış, sonradan onların tikdirdiyi evlərin altındakı torpağın üzərinə əsassız sənədləşdirilmişdir.

36. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin (hakim K.H.Vəliyev) 30 may 2019-cu il tarixli 2-1(83)-49/2019 nömrəli qərarı ilə iddia rədd edilmişdir.

37. Məhkəmə qeyd etmişdir ki, iddiaçılar mübahisə predmetinə aid torpaq sahələrini Gəncə şəhər Nizami rayon İcra Hakimiyyətinin 2012-2013-cü illərdə qəbul etmiş olduğu sərəncamlar əsasında əldə etmişlər. Sonradan məlum olmuşdur ki, həmin torpaq sahələri hazırkı iş üzrə üçüncü şəxslə rin mülkiyyəti kimi qeydə alınmışdır. İşin mübahisəli halları bu qeydiyyatla bağlı yaranmışdır. Ona görə də həmin qeydiyyatın ləğv edilməsini tələb etmişlər. 1996-cı ildə “Torpaq islahatı haqqında” Qanunun qəbul edilməsi ilə torpaq sahələri üzərində yeni hüquq münasibətləri və mülkiyyət növləri yaranmışdır. Qanunvericiliyin tələbinə görə vətəndaşlar fərdi yaşayış evlərinin tikintisi üçün nəzərdə tutulmuş torpaq sahələrini bələdiyyə orqanının qərarı və həmin orqanla bağlanmış müqavilə əsasında əvəzini ödəməklə əldə edə bilərlər. Bu kimi torpaq sahələrinin verilməsi barədə başqa bir orqana qanunla səlahiyyət verilməmişdir. Qeyd olunanlarla bərabər hazırkı mübahisəyə münasibətdə preyudisial xarakter daşıyan və iş üzrə əhəmiyyətli faktları müəyyən edən qanuni qüvvəsini almış məhkəmə qərarları mövcuddur. İddiaçılar torpaq sahələrini qanuni əsaslarla əldə etmədiklərindən hüquqların pozulması halından söhbət gedə bilməz. Yəni, yaranmayan və mövcud olmayan hüquqların pozulması və ya mübahisələndirilməsi halları da baş verə bilməzdi. Hüquq mövcud olmalıdır ki, ona toxunulması da mümkün olsun. Qeyd olunanlar iddia tələbinin qanuni əsasının olmaması halını da aşkara çıxarır. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, həmin müddəa iddiaçı tərəfin cavabdeh tərəfə qarşı nəyi isə tələb etməsinə hüquqi cəhətdən imkan yaratmış olsun. İddiaçılar mövcud qeydiyyatların onların maraqlarına toxunmuş olmasını hesab etsələr də, bu maraq da qanundan irəli gələn olmalıdır. Qanunvericilik hər cür mənafe və maraqların deyil, yalnız qanundan irəli gələn mənafe və mar aqların müdafiəsinə və qorunmasına təminat verir.

38. İddiaçılar həmin qərardan apellyasiya şikayəti vermişlər.

39. İşə apellyasiya qaydasında baxılan zaman iddiaçılar ərizə təqdim edərək Gəncə Apellyasiya Məhkəməsinin bütün hakimlərinə etiraz etdiklərini bildirmiş və işin baxılması üçün başqa apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişlər.

40. Gəncə Apellyasiya Məhkəməsinin 23 avqust 2019-cu il tarixli 2-1(104)-586/2019 nömrəli qərardadı ilə inzibati iş iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə başqa apellyasiya instansiyası məhkəməsində baxılması məsələsinin həll edilməsi məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir.

41. Azərbaycan Respublikası Ali Məhkəməsinin 16 sentyabr 2019-cu il tarixli məktubu ilə inzibati iş baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

42. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: G.Q.Abbasov /sədrlik edən və məruzəçi/, R.R.Rəfiyev və V.İ.Məlikov) 22 yanvar 2020-ci il tarixli, 21(107)-17/2020 nömrəli qərarı ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 oğlu və İddiaçı3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 30 may 2019-cu il tarixli 2-1(83)-49/2019 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılmaqla iddia qismən təmin edilərək cavabdehin üzərinə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar (indiki Göygöl) rayon şöbəsi tərəfindən verilmiş “Torpağa mülkiyyət hüququna dair“ JN seriyalı 0497 nömrəli (kod ********) Dövlət Aktına əsasən 0.509686 ha torpaq sahəsinin xüsusi mülkiyyətdə olması ilə bağlı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində X20 adına 18 iyul 2007-ci il tarixdə aparılmış ********* nömrəli qeydiyyatın 0,209686 ha torpaq sahəsi ilə bağlı hissədə ləğv edilməsi və həmin 0,209686 ha torpaq sahəsinin xüsusi mülkiyyətdə olması ilə bağlı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində X15 adına 12 aprel 2013-cü il tarixdə aparılmış ********** nömrəli qeydiyyatın ləğv edilməsi öhdəliyi qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir.

43. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, Əli Quliyev, İddiaçı3 və Səadət Qocayeva sözügedən torpaq sahələrini müvafiq səlahiyyətlərə malik olan Gəncə Şəhər Nizami Ra yon İcra Hakimiyyətinin sərəncamları əsasında qanunauyğun olaraq əldə etmişlər və həmin sərəncamlarla iddiaçılara torpaq sahələrində fərdi yaşayış evlərinin yerləşdirilməsinə icazə verilmişdir. Həmin sərəncamlar ləğv edilməmiş və ya etibarsız sayılmamışdır, hazırda qüvvədədir. Bundan sonra iddiaçılar Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyətinin sərəncamları ilə onlara verilən icazə əsasında qanunvericiliyin tələbinə uyğun olaraq, müvafiq prosedur qaydalara riayət etməklə orada fərdi yaşayış evləri tikmişlər və həmin evlərdə də yaşayırlar. Onların tikdirdikləri evlər yuxarıda göstərildiyi qaydada qanunvericiliyin tələbinə uyğun inşa edildiyinə görə özbaşına tikinti hesab edilə bilməz. İddiaçılar həmin evləri tikərkən hər hansı şəxs və ya inzibati orqan tərəfindən onlara etiraz edilməmiş, o cümlədən onların tikinti apardıqları torpaq sahəsinin digər şəxsin mülkiyyətində olması, həmin torpaq sahəsində ev tikilməsinin qanunsuz olması ilə bağlı xəbərdarlıq edilməmişdir. Belə olan halda iddiaçıların qanuna uyğun olaraq inşa etdirdikləri fərdi yaşayış evlərinin yerləşdiyi torpaq sahələrinin mülkiyyətdə olması ilə bağlı digər şəxslərin (üçüncü şəxslər Elşad Məmmədovun və Faiq Şərifovun) adına daşınmaz əmlakın dövlət reyestri orqanı tərəfindən aparılmış qeydiyyatlar iddiaçıların hüquqlarını pozur.

44. Üçüncü şəxs E.C.Məmmədov həmin qərardan kassasiya şikayəti, daha sonra kassasiya şikayətinə əlavə verərək qərarın ləğv edilməsi və işin təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA MƏHKƏMƏSİNDƏ İCRAAT 4

5. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)1072/2020 nömrəli, 6 oktyabr 2020-ci il tarixli qərardadı ilə hazırki iş üzrə icraat Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının icraatında olan - iddiaçı Göygöl rayonu Quşqara Bələdiyyəsinin cavabdehlər X8, X29 və üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə qarşı “dövlət aktının etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə icraat başa çatanadək dayandırılmışdır.

46. Üçüncü şəxs E.C.Məmmədov ərizə ilə məhkəməyə müraciət edərək hazırkı iş üzrə icraatın təzələnməsini və işin şifahi məhkəmə baxışına təyin edilməsini xahiş etmişdir. Ərizədə icraatın təzələnməsinin əsası kimi icraatın dayandırılmasına səbəb olmuş mülki iş üzrə icraatın başa çatması göstərilmiş, yuxarıda q eyd olunan məhkəmə aktlarına istinad edilmişdir.

47. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)2/2022 nömrəli, 15 iyul 2022-ci il tarixli qərardadı ilə ərizə qismən təmin edilərək, iddiaçılar İddiaçı1, İddiaçı2, X12, İddiaçı4 oğlunun, İddiaçı3 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: X29, X24) “mülkiyyət hüququna dair qeydiyyatın ləğvi və s.” tələbinə dair inzibati iş üzrə icraat təzələnmiş, işə yazılı icraat qaydasında baxılması barədə icraat iştirakçılarına məlumat verilməsi qərara alınmış, ərizə “işin şifahi məhkəmə baxışına təyin edilməsi” tələbinə aid hissədə rədd edilmişdir. a) Kassasiya şikayətinin dəlilləri

48. Apellyasiya instansiya məhkəməsi işə baxarkən prosessua l hüquq normalarını pozmuş, işin hallarına maddi hüquq normalarını düzgün tətbiq etməmişdir.

49. Belə ki, preyudisial xarakter daşıyan və iş üzrə əhəmiyyətli faktları müəyyən edən qanuni qüvvəsini almış məhkəmə qərarına (Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 19 may 2016-cı il tarixli, 2(102)-2126/16 saylı qərarı) əsasən onun mülkiyyətində olan 0,209686 ha torpaq sahəsi ilə iddiaçılara Gəncə şəhəri, “Ərikli bağı” adlanan ərazidən fərdi yaşayış evlərinin yerləşdirilməsinə icazə verilmiş torpaq sahələrinin (Gəncə şəhər Nizami Rayon İcra Başçısı tərəfindən verilmiş sərəncamlar ilə) koordinatları üst-üstə düşür. Lakin RX ******* nömrəli çıxarış əsasında xüsusi mülkiyyətdə olan 0,209686 ha torpaq sahəsi 6 fevral 2013-cü il tarixə kimi Göygöl rayonu, Quşqara kənd inzibati əra zisinə daxil olduğundan iddiaçılara torpaq sahəsinin ayrılması ilə bağlı sərəncamların verilməsində Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyəti səlahiyyətli olmamışdır. Odur ki, Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti başçısının fərdi yaşayış evlərinin yerləşdirilməsinə dair sərəncamları özü-özlüyündə torpaq sahəsi üzrə hüquqmüəyyənedici sənədlər kimi qəbul oluna bilməz və mübahisə predmetinə aid torpaq sahəsinin iddiaçılar tərəfindən istifadələri qanunsuz sayılmaqla “zəbt edilmə” kimi qiymətləndirilir.

50. Göründüyü kimi, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyası qərarında Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının fərdi yaşayış evlərinin yerləşdirilməsinə dair sərəncamlarına münasibət bildirərək bu aktların torpaq sahələri üzrə hüquqmüəyyənedici sənəd kimi qəbul edilməsinin yolverilməz olmasını vurğulamışdır. Həmin iş üzrə proses iştirakçılarının dairəsi ilə hazırkı iş üzrə şəxslərin dairəsi, həmçinin mübahisə predmetinə aid torpaq sahəsi eynidir. Lakin apellyasiya instansiya məhkəməsi Ali Məhkəmənin sözügedən qərarının hazırkı iş üzrə preyudisiallığını nəzərə almadan qərar qəbul etmişdir.

51. Apellyasiya instansiya məhkəməsinin əsaslandırmasında istinad etdiyi dəlillər əsassızdır. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 27 sentyabr 2017-ci il tarixli qərarı ilə iddiaçıların adına verilmiş sərəncamlar etibarsız sayılmışdır. Həmin qərar Gəncə Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Məhkəməsinin 31 yanvar 2018-ci il tarixli qərarına əsasən dəyişdirilmədən saxlanılmış, apelyasiya şikayəti təmin edilməmişdir. Apelyasiya instansiya məhkəməsinin həmin q ərarı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının qərarı ilə ləğv edilmiş və yeni apelyasiya baxışına qaytarılmışdır. Həmin işin icraatı hazırki iş üzrə yekun məhkəmə aktının qanuni qüvvəyə minənə qədər dayandırılmışdır. Göründüyü kimi, iddiaçıların adlarına Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş sərəncamlar mübahisələndirilmişdir.

52. İddiaçıların inşa etdirdikləri tikililər Torpaq Məcəlləsinin 111.1, Mülki Məcəllənin 180.3 və 239.2-ci maddələrinə əsasən qanunsuzdur. Çünki, qanunvericiliyin imperativ normalarına əsasən, başqasının mülkiyyətində olan torpaq sahəsində tikinti aparılması yalnız və yalnız onun mülkiyyətçisinin razılığı ilə aparılır və orada inşa edilmiş tikiliyə mülkiyyət hüququnu əldə edilməsi ancaq torpaq sahəsinin mülk iyyətçisinə məxsusdur. Nə qədər ki, iddiaçıların inşa etdirdikləri tikililərə hüquqmüəyyənedici sənədlər əldə edilmədiyindən və onların başqa şəxsin (hazırkı iş üzrə üçüncü şəxsin) mülkiyyətində olan torpaq sahəsində inşa edilməsi öz təsdiqini tapdığından onların qanuni olması ilə bağlı mövqe əsassız və qanunsuzdur.

53. Bundan əlavə, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş nəticəni əsaslı və qanuni hesab etməsə də, özü heç bir araşdırma aparmamış və yalnız məhkəmə aktlarında əks olunmuş mütəxəssis rəylərinə istinad edərək qərar qəbul etmişdir. Lakin, apellyasiya instansiya məhkəməsinin istinad etdiyi mütəxəssis rəyinin alındığı və Gəncə Apellyasiya Məhkəməsinin hakimi Loğman Süleymanovun icraatında olan iş üzrə yekun məhkəmə aktı qəbul edilməd iyindən həmin iş üzrə əldə edilmiş sübutlar preyudisial əhəmiyyətə malik deyil.

54. İnzibati prosessual qanunvericiliyə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 mart 2003-cü il tarixli Qərarına görə iş üzrə digər məhkəmə aktının preyudisiallığının mütləq şərti ondan ibarətdir ki, həmin qərar qanuni qüvvəsini alsın.

55. Apellyasiya instansiya məhkəməsi isə qanuni qüvvəsini almış məhkəmə qərarına (Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 19 may 2016-cı il tarixli, 2(102)-2126/16 saylı qərarı) deyil, qüvvəyə minməmiş məhkəmə qərarındakı hallara istinad etmişdir.

56. Bundan əlavə, iddiaçıların iş üzrə iddia qaldırmağa subyektiv hüququ olmamışdır. Belə ki, əgər Gəncə şəhər icra Hakimiyyəti mübahisəli torpaq sahəsinin dövlət mülkiyyətində olması əsası ilə torpa q sahəsində fərdi yaşayış evinin tikintisi üçün sərəncamlar vermişdirsə, belə olan halda iddia qaldırmaq üçün subyektiv hüquq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə aiddir. Çünki sərəncamlarda torpağın müqəddəratı ilə bağlı məsələ qoyulmamışdır, həmçinin Gəncə şəhər İcra Hakimiyyətinin torpaq sahələrini mülkiyyətə vermək səlahiyyəti olmamışdır. Bu hüquq Əmlak Məsələləri Dövlət Komitəsinin səlahiyyətlərinə və yaxud digər mülkiyyətçiyə məxsusdur.

57. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 19 may 2016-cı il tarixli 2(102)-2126/2016 saylı qərarı iş materiallarında mövcud olmamışdır. Halbuki, məhz həmin qərarda məhkəmə müəyyən etmişdir ki, “Gəncə şəhərinin və Daşkəsən, Goranboy, Göygöl, Samux rayonlarının sərhədlərində qismən dəyişikliklər edilm əsi haqqında” 21 dekabr 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 3.5-ci maddəsinə əsasən Göygöl rayonu, Quşqara kənd inzibati ərazi dairəsi tərkibindəki Quşqara kəndinin ərazisindən 450,24 ha (bundan dövlət mülkiyyətində olan 270,53 ha, bələdiyyə mülkiyyətində olan 151,87 ha və xüsusi mülkiyyətdə olan 27,84 ha) torpaq sahəsi Gəncə şəhər Nizami rayonunun inzibati ərazisinə verilmiş və həmin Qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 6 fevral 2013-cü il tarixli sərəncamı əsasında yuxarıda göstərilən torpaq sahələri həmin tarixdən Gəncə şəhər Nizami rayonu inzibati ərazisinə aid olmuşdur.

58. Göründüyü kimi, RX ******* nömrəli çıxarış əsasında mülkiyyətə verilmiş 0,209686 ha torpaq sahəsi 6 fevral 2013-cü il tarixə kimi Göygöl rayonu, Quşqara kənd ərazisinə daxil olmuşdur. Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının Gəncə şəhəri, “Əriklik bağı” adlanan ərazidən iddiaçılara fərdi yaşayış evlərinin yerləşdirilməsinə icazə verilməsi ilə bağlı sərəncamlar 10 may 2012-ci il, 27 iyun 2012-ci il və 30 yanvar 2013-cü il tarixlərdə verilmişdir. Yəni, həmin sərəncamlar verilən zaman mübahisəli torpaq sahəsi inzibati ərazi vahidi kimi Göygöl rayonu, Quşqara kəndinə aid olmuşdur. Bu isə o nəticəyə gəlməyə əsas verir ki, həmin sərəncamların verilməsində Gəncə şəhəri Nizami Rayon İcra Hakimiyyəti səlahiyyətli olmamışdır.

59. Əlavə olaraq, apellyasiya instansiya məhkəməsi nəzərə almamışdır ki, X20 adına X42 İslahat Komissiyasının qərarı ilə verilmiş və həmin AİK-nın qərarı və ona əsasən verilmiş Dövlət Aktı hal-hazırda da mübahisələndirilməmiş və qüvv ədədir. Bununla yanaşı, torpağa dair alğı-satqı müqaviləsi və çıxarış da hal-hazırda qüvvədədir. Belə olan halda, üçüncü şəxs vicdanlı alıcı olduğu üçün onun qeydiyyatının ləğv edilməsi qanunsuzdur.

60. Azərbaycan Respublikası Mülki Məcəllənin 140-cı maddəsinə görə də reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

61. Göründüyü kimi, Mülki Məcəllənin 140-cı maddəsində də əqdin həqiqi sayılması üçün reyestrdəki əldə edən şəxsin xeyrinə olan qeydə dair etirazın reyestrə daxil edilməməsi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bilməməsi əsas şərtdir. Başqa sözlə, əqd o vaxt həqiqi sayılmır ki, bu qeydə dair etiraz reyestrə daxil edilmiş olsun və ya əldə edən şəxs qeydin qeyri- dəqiq olmasını bilmiş olsun. Hazırki işdə isə əqdin həqiqi olmaması üçün MM-in 140-cı maddəsində müəyyən edilən hallar yuxarıda qeyd edildiyi kimi mövcud deyil. 62. “S.N. Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 oktyabr 2004-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, əmlakı başqa şə xslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir.

63. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir.

64. Adıçəkilən qərarda Konstitusiya Məhkəməsinin Plenumu xüsusi olaraq onu da qeyd etmişdir ki, əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mü lkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. 65. “X6 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında da Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, əldə edənin əmlakı onu ozgəninkiləşdirməyə səlahiyyəti olmayan şəxsdən əldə etdiyini bilməməsi faktının mövcudluğu tələbin təmin olunmasının mümkünlüyü baxımından vicdanlı sahibi mülkiyyətçiyə nisbətdə daha üstün hüquqi mövqeyə çıxarır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

66. İddiaçılar kassasiya şikayətinə qarşı etiraz təqdim edərək bildirmişlər ki, kassasiya şikayəti əsassız olduğu üçün təmin edilməməlidir. Kassator qeyd edir ki, onun xeyrinə qəbul edilmiş X32 Məhkəməsinin 27 sentyabr 2017-ci tarixli qərarı və Gəncə Apellyasiya Məhkəməsinin 31 yanvar 2017-ci il tarixli qərarı Ali Məhkəmənin İnzibat- İqtisadi Kollegiyasının 21 iyun 2018-ci il tarixli qərarı ilə ləğv edilmişdir. Kassator nəzərdən qaçırır ki, Ali Məhkəmənin yekun qərarı hazırda qüvvədədir və iddiaçıların xeyrinədir. Bu isə o deməkdir ki, həmin sərəncamlar ləğv edilməmiş və öz qüvvəsindədir.

67. Kassatorun Torpaq Məcəlləsinin 111.1 maddəsinə, Mülki məcəllənin 180.3 və 239.2 maddələrinə istinad etməklə göstərdiyi dəlili nə iddiaçıların işinə, nə də ona heç bir aidiyyəti yoxdur. Çünki 2012-ci ildən başlayaraq iddiaçılara verilmiş sərəncamlar əsasında həmin torpaq sahələrində ev tikərkən Məmmədov Elşad adlı şəxsin həmin torpaq sahələrinə heç bir aidiyyəti olmamışdır. Məmmədov Elşad saxta sənədlər (Göygöl rayon məhkəməsinin 29 oktyabr 2010-cu il qətnaməsi) əsasında yerini bilmədən, yalnız kağız üzərində formal alqı-satqı ilə adına keçirdiyi torpaq sahəsinə çıxarışı xeyli sonra, yəni 2013-cü ilin aprel ayında almışdır. Onun yazdığından belə çıxır ki, iddiaçılar 2012-ci ildə boş torpaq sahəsinə sərəncam alıb ev tikərkən fikirləşməliydi ki, bir il sonra kimsə saxta sənədlər əsasında iddiaçıların tikilisinin altındakı torpaq sahəsinə sənəd əldə edəcək və onu axtarıb razılığını almalıdırlar.

68. X13 Məcəllənin 78-ci, Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cı il tarixli və Ali Məhkəmə Plenumunun 25 mart 2003-cü il tarixli qərarlarına istinad edərək şikayətlərində qeyd edir ki, Şəki Apellyasiya Məhkəməsi qanuni qüvvədə olan, Ali Məhkəmənin 19 may 2016-ci il tarixli məhkəmə qərarına münasibət bildirməmişdir. Şəki Apellyasiya Məhkəməsi Ali Məhkəmənin 19 may 2016-cı il tarixli qərarına istinad etməli olduğu halda buna göz yummuşdur.

69. X36 Şərifovdan alqı-satqı yolu ilə, yalnız kağız üzərində aldığı 0,20 ha torpaq sahəsinin ilkin sənədləri Göygöl Rayon Məhkəməsinin 20 oktyabr 2010-cu il tarixli qətnaməsi ilə ləğv edilmişdir.

70. Ali Məhkəmənin 5 mart 2018-ci il ta rixli 2(102)-609/18 nömrəli qərarında da həmin məsələ araşdırılaraq qeyd edilmişdir ki “iş materiallarından görünür ki Xanlar rayonu (İndiki Göygöl) Quşqara bələdiyyəsinin 21 noyabr 2005-ci il tarixli 54 A saylı qərarı ilə X25 0,80 ha torpaq sahəsi satılmış, həmin qərar əsasən Faiq Şərifovun adına “Torpağın mülkiyyətə verilməsinə dair JN 0497 KOD50806018 nömrəli 18.042006-cı il tarixli dövlət aktı işlənmişdir. X41nda Faiq Şərifovun mülkiyyətinə verilmiş torpağın ümumi sahəsinin 1,31 ha olması ayrı -ayrı ərazilərdə yerləşməsi, 467 konturda 0,60 ha 467A konturda 0,20 ha və 467 D konturda 0,51 olmasi göstərilmiş, Torpağın mülkiyyətə verilməsinə dair” dövlət aktında 467D konturu ilə işlənməsi sənədlərin saxtalaşdırılması yolu ilə həyata keçirilmiş, əlavə yazılmış Faiq Şərifov 0,51 ha torpaq sahəsinin 0,24 ha hissəsini X16, 0,06 ha hissəsini isə X9 26 iyul 2007-ci il tarixli alqı-satqı müqavilələrinə əsasən satmışdır. Qalan 0,209686 ha torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən sənəd (Dövlət aktı) etibarsız, hesab olunmağına baxmayaraq həmin sahəni Faiq Şərifov 18 iyul 2007-ci il tarixli Seriya Mh ******* nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən Elşad Məmmədova 18 dekabr 2012-ci il tarixdə satmışdır.”

71. Ali Məhkəmə həmin qərarında qeyd etmişdir ki, şərh olunan hallar qanuni qüvvəyə minmiş Göygöl Rayon Məhkəməsinin 29 oktyabr 2010-cu il tarixli qətnaməsindən başqa cavabdeh tərəfin məhkəmə iclaslarında verdikləri izahatlarda, verilmiş vəsatətlərdə, vəkilin sorğusuna əsasən DƏDRX 3 saylı ərazi İdarəsindən verilmiş sənədlərdə, Göygöl rayon Quşqara bələdiyyəsinin arayışında, mütəxəssis və ekspert rəyləri ilə öz əksini tapmışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

72. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəlləni n 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsasland ırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

73. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

74. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çər çivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

75. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi hallara əsasən nəzərə alır ki, cavabdeh inzibati orqan tərəfindən aparılmış araşdırma zamanı, ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar (indiki Göygöl) rayon şöbəsi tərəfindən tərtib edilmiş “Torpağa mülkiyyət hüququna dair“ JN seriyalı 0497 nömrəli Dövlət Aktında qeyd olunan, halhazırda mübahisə predmeti olan 497 D nömrəli konturun Dövlət Aktına sonradan əlavə olunduğu və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edilən zaman 3 saylı Ərazi İdarəsinə təhvil verilmiş elektron xəritə materiallarında 497 D nömrəli konturun öz əksini tapmadığı müəyyən edilmişdir.

76. Həmçinin cavabdehin iddiaçılara ünvanlanan 26 may 2017-ci il tarixli imtina məktubunda qeyd olunmuşdur ki, X20 adına Xanlar rayon Quşqara bələdiyyəsinin 21 noyabr 2005-ci il tarixli 54a nömrəli qərarı ilə ləğv edilmiş DTXK-in Göygöl rayon şöbəsi tərəfindən verilmiş JN seriyalı 0497 nömrəli kod 50806018 olan "Torpağın mülkiyyətə verilməsinə” dair Dövlət Aktına əsasən 0.509686 ha torpaq sahəsi üzərində yaranmış hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparılarkən 18 iyul 2007-ci il tarixli **********45 reyestr nömrəli torpaq sahəsinə dair verilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsinə əsas olmuş ilkin sənədin əsaslarında uyğunsuzluqların olduğu müəyyən edilmişdir. Sözügedən torpaq sahəsinin 0.209686 ha hissəsini 18 dekabr 2012-ci il tarixl i 4Ə-3-836 nömrəli alqı-satqı müqaviləsi əsasında əldə etmiş X15 həmin torpaq sahəsi üzərində yaranmış mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində 12 aprel 2013-cü il tarixli ********** nömrəli ərizəsi ilə qeydiyyatı aparılarkən “Torpaq sahəsinin planı və ölçüsü” sənədi mövcud uyğunsuzluqlar aradan qaldırılmadan hazırlanmışdır.

77. Məhkəmə kollegiyası, həmçinin razılaşır ki, iddiaçılara aid torpaq sahələrinə dair sərəncamlar hər hansı orqan tərəfindən ləğv edilməmiş, qüvvəsinə xitam verilməmiş və ya etibarsız sayılmamışdır, hal-hazırda qüvvədədirlər. İddiaçılar Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının sərəncamları ilə onlara verilən icazə əsasında qanunvericiliyin tələbinə uyğun olaraq, müvafiq prosedur qaydalara riayət etməklə orada fərdi yaşayış evləri inşa etmi şlər və həmin evlərdə də yaşayırlar. Həmin evlər özbaşına tikinti hesab edilə bilməzlər. İddiaçılar həmin evləri inşa edərkən hər hansı şəxs və ya inzibati orqan tərəfindən onlara etiraz edilməmiş, o cümlədən, onların tikinti apardıqları torpaq sahələrinə digər şəxsin və ya şəxslərin əşya hüquqlarının olması, həmin torpaq sahəsində ev tikilməsinin qanunsuz olması ilə bağlı xəbərdarlıq edilməmişdir.

78. Beləliklə, iddiaçıların inzibati orqanla aralarındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam mövcud olmuşdur. Bu etimadın iddiaçılar tərəfindən qanunsuz hərəkətlərə əsaslandıqlarına dair işdə məlumat yoxdur. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı isə qanunla qorunur (“İnzibati icraat haqqında” Qan unun 2.0.8, 13.1, 13.5, 67.5, 67.6-cı maddələri).

79. Digər tərəfdən, Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının yuxarıda istinad edilən sərəncamlarının etibarsızlığı “İnzibati icraat haqqında” Qanunun 65.1-ci maddəsində təsbit olunmuş hallardan hər hansı birinin mövcudluğu ilə şərtlənir.

80. Üçüncü şəxs hesab edir ki, 0,209686 ha torpaq sahəsi 6 fevral 2013-cü il tarixə kimi Göygöl rayonu, Quşqara kənd inzibati ərazisinə daxil olduğundan iddiaçılara torpaq sahəsinin ayrılması ilə bağlı sərəncamların verilməsində Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyəti səlahiyyətli olmamışdır. Üçüncü şəxs bu dəlilin əsası kimi “Gəncə şəhərinin və Daşkəsən, Goranboy, Göygöl, Samux rayonlarının sərhədlərində qismən dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun (21 dekabr 2012-ci il, № 518-İVQ) 3.5-ci maddəsinə və həmin Qanunun tətbiqi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 6 fevral 2013-cü il tarixli 2704 №-li Fərmanına istinad etmişdir.

81. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının hazırkı iş üzrə 2018-ci il 28 fevral tarixli 2-1(102)-456/18 nömrəli qərarında ifadə olunmuş mövqeyə görə, iddiaçılara torpaq sahələrinin yerində ölçülüb təhvil verilməsi barədə Sərəncamların məzmununun düzgün təfsir və ya şərh olunması üçün həmin sərəncamlar digər hallarla yanaşı, həm də Gəncə şəhər İcra Hakimiyyəti başçısının 1995-ci il 20 dekabr tarixli, 2915 saylı sərəncamı ilə əlaqəli tədqiq olunmalıdır (İ cild iş v. 16). Belə ki, həmin sərəncamlarda eyni torpaq sahələrinin nəzərdə tutulub-tutulmadı ğı aydın deyil. Bu halın araşdırılması (həm də xüsusilə) 1995-ci və 2012, 2013-cü illərdə qəbul edilmiş sərəncamlarda göstərilən torpaq sahələrinin eyni inzibati əraziyə aid olub-olmadığının müəyyən edilməsi üçün əhəmiyyət kəsb edir (İ cild iş v. 217222).

82. Məhkəmə kollegiyası həmin mövqenin davamı olaraq qeyd edir ki, Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının yuxarıda istinad edilən sərəncamları ilə iddiaçılara təhvil verilmiş torpaq sahələrinin Gəncə (keçmiş Kirovabad) şəhər X18 21 iyul 1987-ci il tarixli 12 №-li qərarı ilə ayrılmış 10 ha və ya Gəncə şəhər İcra Hakimiyyəti başçısının 1995-ci il 20 dekabr tarixli, 2915 №-li sərəncamı ilə ayrılmış 2.3 ha torpaq sahələrinin hüdudları daxilində olduğunun müəyyən edildiyi halda, Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısı nın 2012, 2013-cü illərdə qəbul etdiyi sərəncamlar həmin 21 iyul 1987-ci il tarixli 12 №-li qərardan və 1995-ci il 20 dekabr tarixli, 2915 №-li sərəncamdan törəmədir və həmin aktların icrasını təmin edir. Başqa sözlə, həmin sərəncamları qəbul etməkdə icra hakimiyyəti səlahiyyətli olmuşdur.

83. İddiaçılara verilmiş torpaq sahələri Gəncə (keçmiş Kirovabad) şəhər X18 21 iyul 1987-ci il tarixli 12 №-li qərarı və Gəncə şəhər İcra Hakimiyyəti başçısının 1995-ci il 20 dekabr tarixli, 2915 №-li sərəncamı ilə ayrılmış torpaq sahələrinin tərkibində olmasa belə, lakin dövlət mülkiyyətinə (o cümlədən, üçüncü şəxsin istinad etdiyi “Gəncə şəhərinin və Daşkəsən, Goranboy, Göygöl, Samux rayonlarının sərhədlərində qismən dəyişikliklər edilməsi haqqında” Qanunla Quşqara kənd inzibati ərazi dairəsi tərkibi ndəki Quşqara kəndinin ərazisindən Gəncə şəhər Nizami rayonunun inzibati ərazisinə verilmiş torpaq sahəsinə münasibətdə) aid olduqları halda, bu, dövlət orqanı tərəfindən verilmiş “tikintiyə icazə barədə” sərəncamların etibarsızlığına (hüquqi nəticələr yaratmayan inzibati akt) deyil, qanunsuzluğuna (hüquqi nəticə yaradan inzibati akt) səbəb ola və mübahisələndirmə haqqında iddia vasitəsi ilə ləğv edilə bilər.

84. Qeyd olunanlarla yanaşı, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticəni və bu nəticənin əsası kimi istinad etdiyi hallarla bağlı əsaslandırmalarını İPM-in 12.1, 58.7, 82-ci maddələrinin tələblərinə uyğun hesab etmir.

85. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi qeyd etmişdir ki, Gəncə Apellyasiya Məhkəməsinin icraatında ol an 2(104)-03/2017 saylı mülki iş üzrə 17 mart 2017-ci il tarixli qərardad ilə təyin edilmiş Məhkəmə tikinti-texniki ekspertizasının icrası ilə bağlı ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 3 saylı Gəncə LTİ tərəfindən verilmiş 19 iyun 2017-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli xx.xx.2013-cü il tarixli çıxarışda və **********28 reyestr nömrəli Torpaq sahəsinin plan və ölçüsü sənədinə əsasən X17 məxsus 0,209686 ha torpaq sahəsinin koordinatları, sərhədləri müəyyən edilmişdir. Mübahisəli torpaq sahəsinin koordinatları və sərhədləri rəyə əlavə edilmiş sxematik planda öz əksini tapmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri ndən RX seriyalı ******* nömrəli xx.xx.2013-cü il tarixli çıxarışa əsasən X15 mülkiyyətində olan 0,209686 ha torpaq sahəsi ilə Gəncə Şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının Gəncə şəhəri “Əriklik bağı” adlanan ərazidə fərdi yaşayış evlərinin yerləşdirilməsinə (layihələndirilməsinə) dair 54 nömrəli xx.xx.2013-cü il tarixli sərəncamı ilə X14 ayrılmış torpaq sahəsinin 113 kv.m-i, 54 nömrəli xx.xx.2013-cü il tarixli sərəncamı ilə İddiaçı2 ayrılmış torpaq sahəsinin 178 kv.m-i, 144 nömrəli xx.xx.2012-ci il tarixli sərəncamı ilə X5 ayrılmış torpaq sahəsinin 500 kv.m-i, 336 nömrəli xx.xx.2012-ci il tarixli sərəncamı ilə İddiaçı3 ayrılmış torpaq sahəsinin 500 kv.m-i, 337 nömrəli xx.xx.2012-ci il tarixli sərəncamı ilə İddiaçı4 oğluna ayrılmış torpaq sahəsinin 419 kv.m-i üst-üstə düşür. Aparıl mış araşdırma nəticəsində müəyyən edilmişdir ki, Xanlar rayon Quşqara bələdiyyəsinin 21 noyabr 2005-ci il tarixli 54a saylı qərarı əsasında X25 0.80 ha torpaq sahəsi ayrılmış, həmin qərar əsasında ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsi tərəfindən “Torpağa mülkiyyət hüququna dair“ JN seriyalı 497 saylı Dövlət Aktı tərtib edilmişdir. X41 iki konturdan 497A (0.20 ha) və 497(0.60 ha) konturlardan ibarət olmuşdur. Hal-hazırda mübahisə predmeti olan 497D (0.51ha) nömrəli kontur Dövlət Aktına sonradan əlavə olunmuş və elektron xəritə materiallarında öz əksini tapmamışdır. X29 JN seriyalı 497 nömrəli Dövlət Aktının 497D nömrəli konturunda qeyd olunan 0.51 ha torpaq sahəsindən 0.209686 ha hissəsini xx.xx.2012-ci il tarixli 4Ə-3-836 nömrəli alqı-satqı müqaviləsi əsasında X2. Qeyd olunan alqı-satqı müqaviləsi əsasında 0.209686 ha torpaq sahəsi üzərində X15 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq xx.xx.2013-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Torpaq sahəsinə dair ərazi idarəsi tərəfindən “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilərkən texniki xətaya yol verilərək torpaq sahəsi əvvəlki plan ölçüsündəki koordinatlardan fərqli olaraq sənəd üzrə vəziyyətdən 80 metr sürüşmə ilə hal-hazırda İddiaçı1 məxsus fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin üzərinə qeydiyyat aparılmışdır. Məlumat üçün bildirilir ki, baza məlumatlarına istinadən araşdırma zamanı dövlət aktında qeyd olunan 0.51 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının bir hiss əsi başqa şəxslərə məxsus tikillilərin, bir hissəsinin isə ümumi istifadədə olan yolun üzərinə düşdüyü məlum olmuşdur. Ərazi idarəsinin arxiv sənədlərinə əsasən, ləğv edilmiş DT və XK tərəfindən təhvil verilmiş dövlət aktlarının qeydiyyatı kitabında X20 mülkiyyətinə verilmiş 1.31 ha torpaq sahəsi sözündə düzəliş (qaralanaraq sonradan yazılıb) olunmuşdur.

86. Apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi rəydə mübahisəli torpaq sahələrinin qismən – cəmi 1710 (113+178+500+500+419) kv.m üst-üstə düşdüyü qeyd olunsa da, apellyasiya instansiyası məhkəməsi 0,209686 ha torpaq sahəsinə aid hissədə iddianı tam həcmdə, həm də hər bir iddiaçıya aid sahənin üst-üstə düşən hissələrinin yerləşmə vəziyyətlərini göstərmədən təmin etmişdir.

87. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi, həmçinin Göygöl Rayon Məhkəməsinin 29 oktyabr 2010-cu il tarixli 2(066)-358/2018 qətnaməsinə də istinad etmişdir. Həmin qətnamə ilə X20 adına verilmiş Torpağa mülkiyyət hüququna dair 25 aprel 2006-cı il tarixli JN seriyalı 0497 nömrəli (KOD ********) Dövlət Aktının 0,51 ha torpaq sahəsi üzrə etibarsız hesab edilməsi qət olunmuşdur.

88. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 23 may 2022-ci il tarixli, 2(102)-2149/2022 nömrəli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 oktyabr 2021-ci il i tarixli, 2(107)-1568/2021 nömrəli qətnaməsinin ləğv edildiyi, iş üzrə yeni qərar qəbul edilərək iddiaçı Göygöl rayon Quşqara Bələdiyyəsinin cavabdeh X25, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respu blikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsinə qarşı “X20 adına verilmiş torpağa mülkiyyət hüququna dair 25 aprel 2006cı il tarixli, JN-0497, KOD 50806018 saylı Dövlət Aktının 0,51 ha torpaq sahəsi üzrə etibarsız hesab edilməsi” tələbinə dair iddiasının rədd edildiyi nəzərə alınmalı, iddianın əsaslılığı işin digər faktiki hallarına uyğun yoxlanılmalı və qiymətləndirilməlidir.

89. Bu zaman, həm də nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 23 may 2022-ci il tarixli, 2(102)-2149/2022 nömrəli qərarında məhkəmə kollegiyası iddianın rədd edilməsinin əsası kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin mübahisəli hüquq münasibətinin yarandığı vaxtda qüvvədə olan 298-ci maddəsində nəzərdə tutulmuş məhkəməyə müraciət etm ə müddətinin ötürüldüyünü qeyd etmişdir. Başqa sözlə, qərarda bilavasitə iddia tələbinin maddi-hüquqi əsaslarına qiymət verilməmişdir.

90. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərarı iddianın təmin edilən hissəsində ləğv edilməli, Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının yuxarıda istinad edilən sərəncamları ilə iddiaçılara təhvil verilmiş torpaq sahələrinin Gəncə (keçmiş Kirovabad) şəhər X18 21 iyul 1987-ci il tarixli 12 №-li qərarı ilə ayrılmış 10 ha və ya Gəncə şəhər İcra Hakimiyyəti başçısının 1995-ci il 20 dekabr tarixli, 2915 №-li sərəncamı ilə ayrılmış 2.3 ha torpaq sahələrinin hüdudları daxilində olub-olmadığı da daxil olmaqla, yuxarıda qeyd edilən halların araşdırılaraq qiymətləndirilməsi, İPM-in 12.1, 58.7, 82-ci maddələrinin tələblərinin təmin olunması üç ün təkrar apellyasiya baxışına göndərilməlidir.

91. İddianın rədd edilən hissəsində apellyasiya instansiyası məhkəməsinin qərarı ilə üçüncü şəxsin hər hansı tələbi rədd edilmədiyindən və ya onun hüquqlarına müdaxilə olunmadığından şikayət həmin hissədə mümkünsüz hesab edilməlidir.

92. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-17/2020 nömrəli, 22 yanvar 2020-ci il tarixli qərarı iddianın təmin edilən hissəsində ləğv edilir. İş həmin hissədə təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət iddianın rədd edilən hissəsinə münasibətdə mümkün sayılmır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar