Məhkəmə qərarları › İş №2-1(102)-2/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2/2023

24.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2/2023 24.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Sənaye-Ticarət Assosiasiyasının cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın mübahisələndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı Sənaye-Ticarət Assosiasiyasının (xx.xx.1999-cu ildə qeydiyyata alınıb; VÖEN: **********) cavabdeh Dövlət Vergi Xidmətinin B akı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(103)-289/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Cavabdehin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 16 oktyabr 2018-ci il tarixli, **********165968 nömrəli qərarına əsasən iddiaçıda Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə sentyabr 2016-avqust 2018-ci il dövrü üzrə növbədənkənar vergi yoxlaması təyin edilmişdir.

2. Cavabdehin 14 noyabr 2019-cu il tarix li, **********166009 nömrəli “Səyyar vergi yoxlaması aktı”na əsasən iddiaçıda aparılan səyyar vergi yoxlaması 17 oktyabr 2018-ci ildə başlanmış, 14 noyabr 2019-cu ildə başa çatmışdır, yoxlama 9 dəfə cəmi 273 gün müddətinə müvəqqəti dayandırılmış və iki dəfə də 60 gün müddətinə uzadılmışdır.

3. Həmin aktın 2-ci bölməsində qeyd edilənlərə əsasən cavabdehin 10 oktyabr 2018-ci il tarixli qərarı ilə müəssisədə nəzarət postu yaradılmışdır. Keçirilən operativ vergi nəzarəti tədbiri zamanı vergi ödəyicisinin 0.25 litr həcmində alkoqollu içkilər istehsal etdiyi aşkarlanmışdır.

4. Yoxlama zamanı vergi ödəyicisi tərəfindən təqdim edilmiş qaimə fakturalarda göstərilən ******* ədəd 0,05 litr həcmində, 74000 ədəd 0,10 litr həcmində, 173220 ədəd 0,20 litr həcmində, alkoqollu içkiləri aparılan nəzarət pos tu zamanı istehsal olunmuş 0.25 litr həcmində alkoqollu içkilərə çevirərək hesablamalar aparılmışdır ki, bunun da nəticəsində cəmi 269154,74 manat ƏDV-nin dövlət büdcəsinə ödəməkdən yayınması müəyyən edilmiş və 134577,37 manat maliyyə sanksiyası hesablanmışdır, həmçinin ******* ədəd 0,05 litr həcmində, 74000 ədəd 0,10 ml həcmində, 173220 ədəd 0,20 litr həcmində alkoqollu içkiləri aparılan nəzarət postu zamanı istehsal olunmuş 0.25 litr həcmində alkoqollu içkilərə çevrilərək hesablamalar aparılmışdır ki, həmin hesablamalar nəticəsində iddiaçının yoxlanılan dövrdə cəmi 205025,99 manat aksiz vergisinin azaldılması müəyyən edilmiş,102512,99 manat maliyyə sanksiyası hesablanmışdır.

5. Eyni zamanda, iddiaçının ******* ədəd 0,05 litr həcmində, 9000 ədəd 0,10 litr həcmində, 168220 ədəd 0,20 litr h əcmində alkoqollu içkiləri 0.25 litr həcmində alkoqollu içkilərə çevirməklə aparılan hesablamalar nəticəsində iddiaçıya 2016-cı ildə 13970,44 manat mənfəət vergisi, 2017-ci ildə 24924,62 manat əlavə mənfəət vergisi hesablanmışdır.

6. Cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********195063 nömrəli, 20 dekabr 2019-cu il tarixli qərarına əsasən İddiaçı Sənaye Ticarət Assosiasiyası üzrə keçirilmiş səyyar vergi yoxlamasının nəticələri haqqında 14 noyabr 2019-cu il tarixli, **********166009 nömrəli akta və 19 dekabr 2019-cu il tarixli, **********465000 nömrəli sənədə əsasən iddiaçıya mənfəət vergisi 2016-cı ildə 11320,63 manat əlavə hesablanmış, 5660.32 manat maliyyə sanksiyası tətbiq edilmişdir, 2017-ci ildə 14917,25 manat əl avə hesablanmış, 7458,63 manat maliyyə sanksiyası tətbiq edilmiş, ƏDV 2016-cı ildə 29237,12 manat əlavə hesablanmış, 14618,56 manat maliyyə sanksiyası tətbiq edilmişdir, 2017-ci ildə 78470,62 manat əlavə hesablanmış, 39235,31 manat maliyyə sanksiyası tətbiq edilmişdir, 2018-ci ildə 113365,40 manat əlavə hesablanmış, 56682,70 manat maliyyə sanksiyası tətbiq edilmişdir, aksiz vergisi 2016-cı ildə 21778,04 manat əlavə hesablanmış, 10889,02 manat maliyyə sanksiyası tətbiq edilmişdir, 2017-ci ildə 117372,95 manat əlavə hesablanmış, 58686,48 manat maliyyə sanksiyası tətbiq edilmişdir, 2018-ci ildə 452337,01 manat əlavə hesablanmış, 226168,52 manat maliyyə sanksiyası tətbiq edilmişdir, cəmi 452337,01 manat əlavə vergi hesablanmış, 226168,52 manat maliyyə sanksiyası tətbiq edilmişdir.

7. Cavabde hin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəlişin edilməsi haqqında” **********195270 nömrəli, 25 dekabr 2019-cu il tarixli qərarına əsasən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********195063 nömrəli, 20 dekabr 2019-cu il tarixli qərarına düzəliş edilərək iddiaçıya mənfəət vergisi 2016-cı ildə 11320,63 manat əlavə hesablanmış, 5660.32 manat maliyyə sanksiyası tətbiq edilmişdir, 2017-cı ildə 14917,25 manat əlavə hesablanmış, 7458,63 manat maliyyə sanksiyası tətbiq edilmişdir, ƏDV 2016-cı ildə 29237,12 manat əlavə hesablanmış, 14618,56 manat maliyyə sanksiyası tətbiq edilmişdir, 2017-cı ildə 78470,62 manat əlavə hesablanmış, 39235,31 manat maliyyə sanksiyası tətb iq edilmişdir, 2018-ci ildə 113365,40 manat əlavə hesablanmış, 56682,70 manat maliyyə sanksiyası tətbiq edilmişdir, aksiz vergisi 2016-cı ildə 21778,04 manat əlavə hesablanmış, 5769,12 manat maliyyə sanksiyası tətbiq edilmişdir, 2017-ci ildə 117372,95 manat əlavə hesablanmış, 58686,48 manat maliyyə sanksiyası tətbiq edilmişdir,2018-ci ildə 65875,0 manat əlavə hesablanmış, 32937,50 manat maliyyə sanksiyası tətbiq edilmişdir, cəmi 452337,01 manat əlavə vergi hesablanmış, 211947,09 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

8. İddiaçı cavabdehə qarşı 24 yanvar 2020-ci il tarixdə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin 20 dekabr 2019-cu il tarixli, **********195063 nömrəli və 25 d ekabr 2019-cu il tarixli, **********195270 nömrəli “Vergi qanunvericiliyinin pozulmasına görə vergi məsuliyyətinə cəlb edilməsi barədə” qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən qəbul olunmuş 20 dekabr 2019-cu il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********195063 nömrəli qərarla iddiaçının 452337,01 manat məbləğində vergi borcunun yaranması müəyyən edilərək 226168,52 manat maliyyə sanksiyası tətbiq edilmişdir. 25 dekabr 2019-cu il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********195270 nömrəli qərarla “Vergi ödəyicisinin vergi qanu nvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********195063 nömrəli qərara düzəliş edilərək 452337,01 manat məbləğində vergi borcunun yaranması müəyyən edilərək 211947,09 manat maliyyə sanksiyası tətbiq olunmuşdur. Qərarların qəbul olunması əsası kimi cavabdeh tərəfindən aparılmış səyyar vergi yoxlamasının nəticəsi olaraq 2016-cı il üçün mənfəət vergisinin 11320,63 manat, ƏDV-nin 29237,12 manat, aksiz vergisinin 21778,04 manat; 2017-ci il üçün mənfəət vergisinin 14917,25 manat, ƏDV-nin 78470,62 manat, aksiz vergisinin 117372,95 manat; 2018-ci il üçün ƏDV-nin 113365,40 manat, aksiz vergisinin 65875 manat vergidən yayınma faktlarının olmasının müəyyən olunduğu qeyd olunmuşdur. Belə ki, cavabdeh tərəfindən keçirilmiş səyyar vergi yoxlamasının nəticəsinə dair tərtib ol unmuş 14 noyabr 2019-cu il tarixli aktda yoxlama dövrünün 2016-2018-ci illəri əhatə etdiyi göstərilir və hansı səbəbdən vergi qanunvericiliyinin tələblərinin pozulması və hesablanmış vergi borcunun hansı səbəbdən yaranmasına açıqlama verilir.

10. Səyyar vergi yoxlanılmasının keçirilməsi barədə qərar 16 oktyabr 2018-ci il tarixdə qəbul edilmiş və yoxlamanın nəticəsi barədə akt isə 14 noyabr 2019-cu il tarixdə yoxlamanın başlanmasından 13 ay sonra tərtib olunmuşdur. Mübahisələndirilən qərarların isə 20 və 25 dekabr 2019-cu il tarixlərdə qəbul olunmaları nəzərə alınsa, akt tərtib olunduqdan 36 və 41 gündən sonra qəbul olunmuşlar. Səyyar vergi yoxlamasına dair tərtib olunmuş aktda yoxlamanın 9 dəfə dayandırıldığı və 2 dəfə müddətinin uzadılması qeyd olunmuşdur. Səyyar vergi yoxlaması 9 aydan çox olmayaraq dayandırıla bilər, yoxlama 14 noyabr 2018-ci il tarixdə dayandırılmış və 20 avqust 2019-cu il tarixdə bərpa edilmişdir ki, ümumilikdə dayandırılma müddəti 283 gün təşkil edir, bu da 9 aydan artıq müddət edir.

11. Cavabdeh tərəfindən qəbul olunmuş 10 oktyabr 2018-ci il tarixli qərara əsasən müəssisənin ərazisində nəzarət postu yaradılmış və 0,25 litr həcmində alkoqollu içkilərin istehsal edildiyi müəyyən olunmuşdur. Yoxlama zamanı təqdim olunmuş ******* ədəd 0,05 litr həcmində, 9000 ədəd 0,10 litr həcmində, 168220 ədəd 0,20 litr həcmində alkoqollu içkilər 0,25 litr həcmində alkoqollu içkilərə çevrilərək hesablamalar aparılaraq 2016-cı il üçün müəssisənin gəlirinin 419113,3 manat olduğu, mənfəətin birbaşa hesablanması mümkün olmadığından mənfəətinin 69852,22 manat olduğu və bu nun müqabilində mənfəət vergisinin 13970,44 manat olduğu və 2017-ci il üçün müəssisənin gəlirinin 747738,5 manat olduğu, mənfəətinin 124623,08 manat olduğu müəyyən olunmuşdur. Təqdim olunmuş qaimə-fakturalarda göstərilən 0,5 litr həcmində, 0,10 litr həcmində, 0,20 litr həcmində alkoqollu içkilər 0,25 litr içkilərə çevrilərək hesablamalar aparılaraq yoxlama dövründə 269154,74 manat ƏDV-nin dövlət büdcəsinə ödəməkdən yayındırıldığı müəyyən edilmişdir. Təqdim olunmuş qaimə- fakturalarda göstərilən 0,05 litr həcmində, 0,10 litr həcmində, 0,20 litr həcmində alkoqollu içkiləri 0,25 litr içkilərə çevirərək hesablamalar aparılaraq yoxlama dövründə ümumilikdə 201025,99 manat aksiz vergisinin dövlət büdcəsinə ödəməkdən yayındırıldığı müəyyən edilmişdir. Səyyar vergi yoxlamasının nəticəsi kimi ümumil ikdə 513075,79 manat vəsaitin azaldılması müəyyən edilmişdir və azaldılmanın səbəbi kimi təqdim olunmuş qaimə-fakturada göstərilən 0,05 litr həcmində, 0,10 litr həcmində, 0,20 litr həcmində alkoqollu içkiləri 0,25 litr içkilərə çevrilərək hesablamalar aparılması göstərilmişdir. Lakin nə səbəbdən daha kiçik tutumlardakı alkoqollu işçilərin qanunvericiliyin hansı normalarına istinad edilərək 0,25 litr həcmində olan alkoqollu içkilərə çevrilməsi əsası göstərilməmişdir. Cavabdehin etirazları:

12. Cavabdeh iddia tələbinə qarşı yazılı etirazında göstərmişdir ki, “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 16 oktyabr 2018-ci il tarixli, **********165968 nömrəli qərara əsasən iddiaçıda 1 sentyabr 2016-cı il tarixdən 31 avqust 2018-ci il tarixədək olan dövr əhatə edilməklə vergilər və digər ic bari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması keçirilmiş və nəticəsi 14 noyabr 2019-cu il tarixli **********166009 nömrəli aktla rəsmiləşdirilmişdir. Akt əsasında “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 20 dekabr 2019-cu il tarixli **********195063 nömrəli qərar qəbul edilmişdir. 13. “Nəzarət postunun yaradılması haqqında” 10 oktyabr 2018-ci il tarixli, **********71778 nömrəli qərara əsasən müəssisədə nəzarət postu yaradılmışdır. Keçirilən operativ vergi nəzarət tədbiri zamanı vergi ödəyicisinin 0,25 litr həcmində alkoqollu içkilər istehsal etdiyi aşkar edilmişdir.

14. Yoxlama zamanı vergi ödəyicisi tərəfindən təqdim olunmuş qaimə-fakturada göstərilən ******* ədəd 0,05 litr, 9000 ədəd 0,10 litr həcmində, 168220 ədəd 0,20 litr həcmində alkoqollu içkilər 0,25 litr həcmində alkoqollu içkilərə çevrilərək hesablamalar aparılmışdır.

15. Yoxlama zamanı gəlirin əldə edilməsi ilə bağlı xərc sənədləri təqdim olunmadığı üçün 2016-cı və 2017-ci illər üzrə müəssisənin mənfəətini birbaşa müəyyən etmək mümkün olmamış və vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar əldə etdiyi gəlirə əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək 26237,88 manat mənfəət vergisi hesablanmışdır.

16. Yoxlama zamanı qeyd edilənlər nəzərə alınmış və yoxlama dövründə ümumilikdə 221073,14 manat ƏDV-nin dövlət büdcəsinə ödəməkdən yayındırıldığı müəyyən edilmişdir. Yoxlanılan dövr üzrə vergi ödəyicisi: 2016-cı ilin sentyabr ayı üzrə 1628,20 manat, oktyabr ayı üzr ə 1901,20 manat, noyabr ayı üzrə 6710,40 manat, dekabr ayı üzrə 11538,24 manat, 2017-ci ilin fevral ayı üzrə 22756,0 manat, mart ayı üzrə 4914,50 manat, aprel ayı üzrə 12252,40 manat, may ayı üzrə 21100,0 manat, iyun ayı üzrə 18200 manat, iyul ayı üzrə 14400 manat, avqust ayı üzrə 13300 manat, sentyabr ayı üzrə 0,05 manat, oktyabr ayı üzrə 5450 manat, noyabr ayı üzrə 2000 manat, dekabr ayı üzrə 2000 manat, 2018-ci ilin yanvar ayı üzrə 4750 manat, fevral ayı üzrə 10425 manat, mart ayı üzrə 11600 manat, aprel ayı üzrə 7800 manat, may ayı üzrə 12600 manat, iyun ayı üzrə 3100 manat, avqust ayı üzrə 4000 manat, ümumilikdə 205025,99 manat aksiz vergisini dövlət büdcəsinə ödəməkdən yayınmışdır və bununla da vergi məbləğinin 50% miqdarında, 102512,99 manat məbləğində maliyyə sanksiyası hesablanmış dır.

17. Səyyar vergi yoxlaması zamanı vergi ödəyicisinin fəaliyyətində Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş cinayət xüsusiyyətli faktlar aşkar olunduğundan, toplanmış materiallar Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə göndərilmiş və həmin materiallar əsasında külli miqdar təşkil edən vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktı üzrə cinayət işi başlanmışdır.

18. İddiaçı tərəfindən məhkəməyə təqdim edilən qaimələrə əsasən 026577 nömrəli, xx.xx.2017-ci il tarixli qaimə ilə 0,05 litr tutumlu 10000 ədəd, xx.xx.2017-ci il tarixli və xx.xx.2017-ci il tarixli qaimələrə əsasən 0,250 litr, 0,05 litr tutumlu,026606 nömrəli, xx.xx.2017-ci il tarixli qaimə fakturaya əsasən 0,005 litr tutumlu, 026593 nömrəli, xx.xx.2018-ci il tarixli qaimə fakturaya əsasən 0,100 litr və 0,05 litr tutumlu, 026563 nömrəli, xx.xx.2017-ci il tarixli qaimə-fakturaya əsasən 0,05 litr və 0,250 litr, 026556 nömrəli, xx.xx.2017-ci il tarixli qaimə-fakturaya əsasən 0,200 litr, 026551 nömrəli, xx.xx.2017-ci il tarixli qaimə-fakturaya əsasən 0,05 litr və 0,200 litr, 026557 nömrəli, xx.xx.2017-ci il tarixli qaimə-fakturaya əsasən 0,500 litr, 026642 nömrəli, xx.xx.2018-ci il tarixli qaimə fakturaya əsasən 0,05 litr, 0,5000 litr, 0,250 litr, 026596 nömrəli, xx.xx.2018-ci il tarixli qaimə-fakturaya əsasən 0,05 litr, 0,10 litr və digər belə ölçülü tutumlarda alkoqollu içkilər yoxlanılan dövrdə iddiaçı tərəfindən tədarük edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

19. Bakı İnzibati Məhkəməsinin 1 iyul 2021-ci il tarixli, 2-1(112)-545/2021 nöm rəli qərarı ilə (hakim M.T.Hacıbəyova) iddia təmin edilmiş, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 20 dekabr 2019-cu il tarixli, **********195063 nömrəli və 25 dekabr 2019-cu il tarixli, **********195270 nömrəli "Vergi qanunvericiliyinin pozulmasına görə vergi məsuliyyətinə cəlb edilməsi barədə” qərarları ləğv edilmişdir.

20. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının mübahisələndirdiyi inzibati aktlarla iddiaçıya əlavə vergilərin hesablanması və maliyyə sanksiyalarının tətbiq edilməsi iddiaçının istehsal etdiyi 0,05 litr, 0,10 litr, 0,20 litr həcmində alkoqollu içkiləri 0,25 litr həcmində alkoqollu içkilərə çevirərək hesablamalar nəticəsində həyata keçirilmişdir. Halbuki iddiaçının təqdim etdiyi qaimə fakturalara baxış keçirilən zaman iddiaçının h əm 0,05 litr, həm 0,10 litr, həm 0,20 litr həcmində, həm də 0,25 litr tutumlu qablarda alkoqollu içkilər istehsal edərək tədarük etməsi müəyyən olunmuşdur. Yəni iddiaçının 0,25 litr tutumlu qablarda istehsal etdiyi məhsulu daha kiçik tutumlu qablarda istehsal olunan alkoqollu içki kimi tədarük etməsi (göstərməsi) faktı müəyyən edilməmiş, buna dair sübutlar məhkəməyə təqdim edilməmiş, belə sübutlar barədə məhkəməyə məlumat verilməmişdir. Belə olan halda cavabdehin hansı əsasla iddiaçının istehsal etdiyi 0,05 litr, həm 0,10 litr, həm 0,20 litr həcmində tutumlarda olan məhsulu 0,25 litr tutumunda olan məhsul kimi qəbul edərək hesablamalar aparmasının hüquqi əsasları mövcud deyildir.

21. Vergi qanunvericiliyində vergilərin hesablanması qaydası dəqiq müəyyən edilmişdir və heç bir halda vergi öd əyicisinin istehsal etdiyi məhsulu başqa bir məhsul kimi qəbul edərək əlavə vergi hesablanmasını nəzərdə tutulmamışdır.

22. Bundan başqa, iddiaçıda aparılan səyyar vergi yoxlamasının keçirilməsi müddəti 17 oktyabr 2018-ci ildə başlanmış, 14 noyabr 2019-cu ildə başa çatmışdır, yoxlama 9 dəfə, cəmi 273 gün müddətinə müvəqqəti dayandırılmış və iki dəfə də 60 gün müddətinə uzadılmışdır. Cavabdeh vergi orqanı Vergi Məcəlləsinin 37-ci maddəsində səyyar vergi yoxlamasının dayandırılmasının qanunda göstərilən əsasları məhkəməyə təqdim etməmişdir ki, bu da səyyar vergi yoxlamasının Vergi Məcəlləsində nəzərdə tutulan normalar pozulmaqla aparılmasını göstərir.

23. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. b) apell yasiya instansiyası məhkəməsindəki icraat

24. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 3 mart 2022-ci il tarixli, 21(103)-289/2022 nömrəli qərarı ilə (sədrlik edən C.A.Yusifov, hakimlər V.M.Məmmədov və E.E.Nağıyeva) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 1 iyul 2021-ci il tarixli, 2-1(112)-545/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, cavabdehin səyyar vergi yoxlanılmasının keçirilməsi barədə 16 oktyabr 2018-ci il tarixli qərarı ilə başlanmış yoxlama 20 dekabr 2019-cu il tarixdə yoxlamanın nəticələrinə dair qəbul etdiyi “Vergi qanunvericiliyinin pozulmasına görə vergi məsuliyyətinə cəlb edilməsi ha qqında” qərarı ilə başa çatmışdır. Belə olan halda, səyyar vergi yoxlaması keçirmənin vergi qanunvericiliyi ilə müəyyən edilən qeyd olunan son həddi (12 ay müddəti) aşılır, başqa sözlə, qanunun tələbləri pozulmaqla tamamlanmış olur.

26. Bundan başqa, məhkəmə kollegiyası göstərmişdir ki, cavabdehin işə əlavə olunmuş səyyar vergi yoxlamasının keçirilməsi barədə 16 oktyabr 2018-ci il tarixli qərarına əsasən yoxlama ilə əhatə olunan dövr sentyabr 2016 – avqust 2018 dövrünü əhatə etmişdir. Cavabdehin 10 oktyabr 2018-ci il tarixli qərarına əsasən müəssisədə keçirilən operativ vergi nəzarətinin hüquq nəticələri, bundan əvvəlki dövrə münasibətdə tətbiq edilərək iddiaçı müəssisə vergi məsuliyyətinə cəlb edilmişdir. Belə ki, həmin tədbir zamanı iddiaçının 0,25 litr alkoqollu içkilər istehsal etdiyi nəzərə alınaraq, ona bundan əvvəlki, səyyar vergi yoxlaması ilə əhatə olunan sentyabr 2016-avqust 2018 dövrü üzrə 452.337,01 manat məbləğində vergilər (26237,88 manat mənfəət, 221073,14 manat ƏDV, 205025,99 manat aksiz) hesablanmış və maliyyə sanksiyası tətbiq olunmuşdur. Halbuki, vergi orqanı tərəfindən yoxlanılan dövrün özündə iddiaçı müəssisənin istehsal göstəricilərini əks etdirən operativ vergi nəzarəti tədbiri həyata keçirildiyi müəyyən olunmur. İkinci bir tərəfdən, yoxlama ilə əhatə olunan dövrə dair iddiaçı tərəfindən məhkəməyə təqdim edilən və işə əlavə olunmuş qaimə-fakturalardan görünür ki, müəssisə tərəfindən 0,05; 0,10; 0,20 litr, həm də 0,25 litr (qram) həcmində alkoqollu içkilərin satışı həyata keçirilmişdir. Cavabdehin 10 oktyabr 2018-ci il tarixli qərarına əsasən müəssisəd ə keçirilən operativ vergi nəzarətinin hüquqi nəticələri yalnız, həmin vaxtdan etibarən yaranmış münasibətlərə şamil oluna bilərdi.

27. Eyni zamanda, apellyasiya instansiya məhkəməsi cavabdehin dəlil kimi göstərdiyi, iddiaçının vergidən yayınma faktı ilə bağlı qaldırılmış cinayət işi ilə əlaqədar təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası üzrə Məhkəmə Ekspertizası Mərkəzinin 11 yanvar 2021-ci il tarixli, 9/4815 nömrəli ekspert rəyinə də münasibət bildirərək həmin ekspert rəyində gəlinən nəticənin sübut əhəmiyyətli məlumatlar kimi qiymətləndirilməsinin istisna edildiyini qeyd etmişdir.

28. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏL İLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

29. Cavabdeh hesab edir ki, “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 16 oktyabr 2018-ci il tarixli **********165968 nömrəli qərar ilə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən təyin edilən yoxlama müddətinin artırılması və dayandırılması (təxirə salınması) zamanı Vergi Məcəlləsinin tələblərinə əməl olunmuşdur. Məhkəmə kollegiyası sadəcə iddiaçının sözügedən dəlilini heç bir araşdırma aparmadan qərarına köçürmüşdür.

30. Məhkəmə kollegiyası iş üzrə tətbiq edilməli olmayan maddi hüquq normalarını tətbiq etmiş və yanlış nəticəyə gəlmişdir. Mübahisə predmeti olan yoxlama üzrə tərtib edilmiş səyyar vergi yoxlaması aktında növbədənkənar yoxlamanın keçirilməsi əsasları qeyd edilmişdir. Vergi Məcəlləsinin 36.3-cü maddəsinə əsasən bu Məcəllədə başqa hal müəyyən edilməmişdirsə, səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər. Yoxlama aparılan dövrdə operativ vergi nəzarəti tədbirinin həyata keçirilməməsi qanunvericiliyin müəyyən etdiyi müddət ərzində həmin dövr üzrə səyyar vergi yoxlamasının keçirilməsini məhdudlaşdırmır. Məhkəmənin iddiaçının təqdim etdiyi qaimə fakturalara baxış keçirərək, iddiaçının 0,25 litr tutumlu qablarda istehsal etdiyi məhsulu daha kiçik tutumlu qablarda istehsal olunan alkoqollu içki kimi tədarük etməsi (göstərməsi) faktının müəyyən edilməməsi barədə gəldiyi nəticə əsassızdır. M əhkəmə xüsusi bilik tələb olunan sahə üzrə həqiqətin müəyyən edilməsi üçün mütəxəssisin dəvət edilməsinin və yerində baxış keçirilməsinin zəruri olmasını nəzərə almamış, bununla əlaqədar lazımi tədbirlər görməmişdir.

31. Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş idarəsinin 26 oktyabr 2020-ci il tarixli qərarına əsasən iddiaçıda səyyar vergi yoxlaması ilə hesablanmış külli miqdar təşkil edən vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktı üzrə başlanan cinayət işi ilə əlaqədar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 yanvar 2021-ci il tarixli 9/4815 nömrəli ekspert rəyi ilə 475.847,06 manat məbləğində vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması tam s übuta yetirilmiş və ittiham aktı tərtib edilərək cinayət işinin materialları ilə birlikdə baxılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Həmin ekspert rəyini təkzib edən hər hansı bir sübut iş materiallarında mövcud olmadığından məhkəmə kollegiyası tərəfindən də qəbul edilmiş qərarda həmin hallara münasibət bildirilmədən, ümumi formal mülahizələr əsasında rəyin əsassız olması qeyd edilmişdir.

32. Apellyasiya məhkəməsi cavabdehin apellyasiya şikayətinin yoxlamanın müddəti, o cümlədən dayandırılması (təxirə salınması) barədə məsələlərlə bağlı məhkəmə tərəfindən ona şərait yaradılmadığını, bununla da, qanun və məhkəmə qarşısında bərabərlik hüququnun pozulduğunu mübahisələndirən dəlillərini formal xarakterli dəlillər kimi qiymətləndirmişdir. Məhkəmə tərəfindən sözügedən m əsələ araşdırılmadan, məhkəmə prosesində tədqiq edilmədən birbaşa olaraq yekun qərarda əsas dəlillərdən biri kimi əks etdirilmişdir. Lakin sözügedən məsələ məhkəmə araşdırmasının predmeti olduğu halda cavabdeh bununla bağlı yetərli sübutları məhkəməyə təqdim etmiş olardı. Məhkəmə hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipini pozmaqla cavabdehə məsələ barədə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmamışdır.

33. İddiaçı barəsində baxılan cinayət işi ilə bağlı icraatın dayandırılması barədə məhkəməyə vəsatət təqdim edilsə də, eləcə də qeyd olunan məsələlərə apellyasiya qaydasında baxılması zamanı müzakirə predmeti olmasına baxmayaraq məhkəmələr tərəfindən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcə lləsinin 7.2-ci maddəsinin tələblərinə zidd olaraq icraat dayandırılmamışdır. İş üzrə icraatın dayandırılması barədə vəsatət verilməsinə baxmayaraq, qeyd olunan vəsatətə baxılması üzrə məhkəmə üzərinə düşən vəzifələri icra etməmişdir. Həmçinin məhkəmə qəbul etdiyi qərarda təqdim olunmuş vəsatəti qəbul və ya rədd etməsi barədə hər hansı bir qiymətləndirmə aparmamış, rədd edildiyi təqdirdə isə rəddin əsaslarını bildirməmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

34. İddiaçı kassasiya şikayətinə etiraz təqdim edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 3 mart 2022-ci il tarixli, 2-1(103)-289/2022 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. c) cavabdehin vəsatəti və ona əlavə edilmiş sənədlər:

35. Cavabdeh vəsatətlə Ali Məhkəməyə müraciət e dərək bildirmişdir ki, inzibati iş məhkəmənin icraatında olduğu dövrdə iddiaçıda külli miqdar təşkil edən vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktı üzrə başlanılan cinayət işi baxılması üçün məhkəməyə göndərildiyinə görə cavabdeh tərəfindən inzibati məhkəmə icraatının cinayət işi üzrə məhkəmə icraatı başa çatana kimi dayandırılması barədə vəsatət (ittiham aktı əlavə edilməklə) birinci instansiya məhkəməsinə təqdim edilmişdir. Lakin nə birinci instansiya məhkəməsində, nə də ki, apellyasiya instansiyasında işə baxılarkən vəsatətdə sadalananlar nəzərə alınmamış və vəsatətə münasibət bildirilməmişdir. Vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktı üzrə başlanmış cinayət işinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsində baxılmış və xx.xx.2022-ci il tarixli, 1(002)- 4/2022 nömrəli qərar qəbul edilmişdir. Cavabdeh göstərilənlərə əsasən kassasiya şikayətinə baxılan zaman vəsatətdə qeyd olunanların nəzərə alınmasını xahiş etmişdir.

36. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(002)-4/2022 nömrəli qərarına əsasən X1 (İddiaçı Sənaye Ticarət Assosiasiyasının fəaliyyətinə faktiki olaraq rəhbərlik edən) əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsindən həmin Məcəllənin 213.1-ci maddəsinə tövsif edilmiş, X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə cinayət nəticəsində vurulmuş ziyan tamamilə ödənildiyinə görə xitam verilmiş və o, həmin maddə ilə cinayət məsuliyyətindən azad edilmiş, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilmişdir. Eləcə də, mülki iddia qismən, yəni 158826,25 (yüz əlli səkkiz min səkkiz yüz iyirmi altı manat iyirmi beş qəpik) manat həcmində təmin edilmiş və həmin məbləğin dövlət büdcəsinə ödənilməsi nəzərə alınmışdır. Eyni zamanda, iş üzrə 645 (altı yüz qırx beş) manat məbləğində ekspertiza xərcinin təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə ödənilməsinə, iş üzrə maddi sübut kimi tanınmış İddiaçı STA-ya məxsus hesabat və ilkin mühasibat sənədləri cinayət işinin materiallarında saxlanılmasına qərar verilmişdir.

37. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli, 1(103)-1340/2022 nömrəli qərarı ilə Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi və barəsində cinayət təqibinə xitam verilmiş şəxs X1 müdafiəçisi X2 tərəf indən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, X1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə cinayət təqibinə xitam verilməsinə və onun həmin maddə ilə cinayət məsuliyyətindən azad edilməsinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 5 may 2022-ci il tarixli, 1(002)-4/2022 nömrəli qərarı Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin və barəsində cinayət təqibinə xitam verilmiş şəxs X1 müdafiəçisi X2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

38. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə

26. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsi İ. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hü ququ vardır. İİ. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Maddə

60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. 39. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqa n tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.

40. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi (İPM): Maddə 70.1. İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlar ını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya ins tansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

41. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qayd ada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

42. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

43. Məhkəmə, ilk növbədə inzibati məhkəmə icraatının cinayət işi üzrə məhkəmə icraatı başa çatana kimi dayandırılması barədə cavabdehin vəsatətinə nə birinci instansiya məhkəməsində, nə də ki, apellyasiya instansiyasında baxılmamasının nəzərə alınması tələbinə münasibətdə qeyd edir ki, işin materiallarına görə, cavabdehin istinad etdiyi cinayət təqibinin başlanmasına səbəb iddiaçının mübahisələndirdiyi «Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» qərarla iddiaçı tərəfindən verginin azaldılmasının müəyyən edilməsidir.

44. Məhkəmə kollegiyası bu xüsusatı nəzərə alaraq hesab edir ki, nə qədər ki, cinayət işinin başlanmasına səbəb olmuş halları müəyyən edən inzibati aktın özü hazırkı mübahisənin predmetidir, həmçinin hazırkı icraatın nəticəsinin asılı olduğu hər hansı digər hallar müəyyən edilməmişdir, deməli, İPM-in 7.2-ci maddəsinin tətbiqi üçün də əsaslar yoxdur.

45. İPM-nin 7.2-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatının gedişində mübahisənin predmeti və ya mübahisə edilən hüquq münasibəti ilə bağlı cinayətin törədilməsi ilə əlaqədar cinayət təqibinin mübahisənin həllinə təsir edə biləcəyi hallarda, habelə məhkəmənin qərarının cinayət və ya mülki işlər üzrə məsələnin həllindən asılı old uğu hallarda məhkəmə cinayət işi və ya mülki iş üzrə icraat başa çatana kimi məhkəmə baxışını dayandırmalıdır.

46. Normanın tələbindən də göründüyü kimi icraatının dayandırılmalı olması cinayət təqibinin mübahisənin həllinə təsir edə biləcəyi hallarda, habelə məhkəmənin qərarının cinayət işi üzrə məsələnin həllindən asılı olduğu hallarda həyata keçirilməlidir. Hazırkı vəziyyətdə «Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» qərarın inzibati məhkəmə icraatında mübahisələndirilməsi cavabdehin istinad etdiyi cinayət işinin nəticəsindən asılı deyil.

47. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.

48. Şikayətin təmin oluna bilməməsi, ilk növbədə cavabdehin mübahisələndirilən qərarının qanuns uz olmasından və iddiaçının hüquqlarını pozmasından irəli gəlir (İPM-in 70.1-ci maddəsi). İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır (“İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsi) və mübahisələndirmə haqqında iddia əsasında ləğv olunmalıdır.

49. İşin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilən hallarından göründüyü kimi hazırkı mübahisənin əsasında iddiaçının istehsal etdiyi və qaimə-fakturada göstərilən 0,05 litr, 0,10 litr və 0,20 litr həcmində alkoqollu içkilərin 0,25 litr həcmində alkoqollu içkilərə çevrilərək hesablanması dayanır. Belə ki, cavabdehin 14 noyabr 2019-cu il tarixli, **********166009 nömrəli “Səyyar vergi yoxl aması aktı”nın 2-ci bölməsində qeyd edilənlərə əsasən cavabdehin 10 oktyabr 2018-ci il tarixli qərarı ilə müəssisədə nəzarət postu yaradılmışdır. Keçirilən operativ vergi nəzarəti tədbiri zamanı vergi ödəyicisinin 0.25 litr həcmində alkoqollu içkilər istehsal etdiyi aşkarlanmışdır. Buna görə də, cavabdeh yoxlanılan dövr (sentyabr 2016-avqust 2018) üzrə iddiaçının qaimə-fakturada göstərdiyi 0,05 litr, 0,10 litr və 0,20 litr həcmində alkoqollu içkiləri 0,25 litr həcmində alkoqollu içkilərə çevirərək hesablamış və hazırkı iş üzrə mübahisələndirilən qərarı qəbul etmişdir.

50. Vergi Məcəlləsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarını n saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən vergi nəzarəti formasıdır (maddə 50.1). Həmin Məcəllənin 50.1.13-cü maddəsinə əsasən malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsinin aşkar edilməsi üçün operativ nəzarət tədbiri həyata keç irilir.

51. Göründüyü kimi, operativ vergi nəzarəti Vergi Məcəlləsinin 50.1.1-50.1.14-cü maddələrində əks olunmuş hallara vergi ödəyicisi tərəfindən tədbir anında riayət edilibedilməməsini yoxlamaq məqsədilə həyata keçirilən nəzarət tədbiridir.

52. Hazırkı iş üzrə isə, cavabdehin keçirdiyi operativ yoxlama 10 oktyabr 2018-ci il tarixdən başlasa da, nəzarət tədbiri zamanı yalnız tədbir anında baş tutan istehsal daha əvvələ - bütövlükdə səyyar vergi yoxlamasının əhatə etdiyi dövrə (sentyabr 2016-avqust 2018) də aid edilmişdir. Başqa sözlə, vergi orqanı operativ vergi nəzarətinin nəticələrini faktiki olaraq həyata keçirilmədiyi dövrə də şamil etməklə və yalnız ehtimallara əsaslanmaqla iddiaçını vergi məsuliyyətinə cəlb etmişdir.

53. İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə əsasən, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir.

54. Həmin Qanunun 61-ci maddəsinin müddəalarının tələbinə görə, yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır (61.1.) Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir (61.2.). İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur (61.4.).

55. Eyni ilə Vergi Məcəlləsinin 49.2-ci maddəsinin tələbinə görə, vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərard a vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur.

56. Mübahisələndirilən qərarda cavabdehin əsaslandığı faktiki halları (sentyabr 2016-cı ildən - avqust 2018-ci ilədək müddətdə 0,25 litr həcmində alkoqollu içkilərin istehsal edildiyini) təsdiq edən sübutlar, yoxlanılan dövr (sentyabr 2016-avqust 2018) üzrə iddiaçının qaimə-fakturada göstərdiyi 0,05 litr, 0,10 litr və 0,20 litr həcmində alkoqollu içkilərin 0,25 litr həcmində alkoqollu içkilərə çevrilməsinin hüquqi əsasları göstərilməmiş, buradan, həmin qərar icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırılmamışdır.

57. İPM-in 14.1-ci maddəsinin tələbinə görə, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.

58. Hazırkı işdə cavabdeh inzibati orqan mübahisələndirilən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.

59. Beləliklə, İPM-in 70.1-ci maddəsinin tətbiqi üçün əsaslar mövcuddur. Cavabdehin mübahisələndirilən qərarı qanuna zidd olmaqla yanaşı, iddiaçının hüquqlarını pozur.

60. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.

61. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 21(103)-289/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar