Məhkəmə qərarları › İş №2-1(102)-2/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2/2025

15.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2/2025 15.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə qarşı (X2, X28, X13, X3, X18, X15, Rüstəmova Aida Xudakərim qızı, X10, X14, X29, X11, X1 və X37 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməklə) iş üzrə QƏRARİ (Açar sözlər: qeydiyyatdan çıxarılma; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə qarşı (X2, X28, X13, X3, X18, X15, Rüs təmova Aida Xudakərim qızı, X10, X14, X29, X11, X1 və X37 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməklə) “fərdi yaşayış evindən qeydiyyatdan çıxarılma” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(103)-397/2024 nömrəli, 23 yanvar 2024-cü il tarixli qərarından üçüncü şəxs Rüstəmova Aida Xudakərim qızı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:

1. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2016-cı il qeydiyyat tarixli çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Vəli Vəliyev k üçəsi, ev 47 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur.

2. Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2023-cü il tarixli, ******* №-li arayışına əsasən üçüncü şəxslər ünvan 8 qeydiyyatdadırlar.

3. Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Ramana qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il məktubuna əsasən ünvan 2 ünvanda X4, X13 və X5 yaşayırlar.

4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı ərazi idarəsi tərəfindən iddiaçıya ünvanlanan 02 may 2023-cü il tarixli məktubdan görünür ki, Bakı şəhəri, ünvan 4 ünvanı ünvan 5 təşkil edir.

5. Daşınmaz Əmlakın Dövlət K adastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı ərazi idarəsi tərəfindən iddiaçıya ünvanlanan 21 avqust 2023-cü il tarixli məktubdan görünür ki, ünvan 2 ünvanına Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli, 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli, 590 nömrəli Fərmanına uyğun olaraq yeni qaydalarla Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Vəli Vəliyev küçəsi, ev 47 ünvan rekviziti təyin edilmişdir.

6. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 22 dekabr 2023-cü il tarixli məktubundan görünür ki, Kərimov X30 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Vəli Vəliyev (keçmiş Hüsü Hacıyev) küçəsi, 1 saylı fərdi yaşayış evinə yeni qaydalarla “ünvan 6 ünvanı verilmişdir.

7. İddiaçı Binəqədi Rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək üçüncü şəxslərin Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Vəli Vəliyev küçəsi, ev 1 ünvanında yerləşən evdən (bundan sonra – mübahisəli ev) qeydiyyatdan çıxarılmasını xahiş etmiş, cavabdeh iddiaçının müraciətini xx.xx.2023-cü il tarixli məktubla təmin etməkdən imtina edərək məhkəməyə müraciət etməsini tövsiyə etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu Rayon Pol is İdarəsinə (üçüncü şəxslər X2, X28, X13, X3, X18, X15, Rüstəmova Aida Xudakərim qızı, X10, X14, X29, X11, X1 və X37) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, üçüncü şəxslərin onun mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Vəli Vəliyev küçəsi, ev 1 ünvanından qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Vəli Vəliyev küçəsi, ev 1 onun mülkiyyətindədir. Üçüncü şəxslər həmin ünvanda qeydiyyatdadırlar və göstərilən evdə yaşamırlar. Üçüncü şəxslərin həmin ünvanda qeydiyyatda olması onun mülkiyyətçi kimi hüquqlarını pozur.

10. Üçüncü şəxs Rüstəmova Aida Xudakərim qızı ərizə ilə məhkəməyə müraciət edərək, bi ldirmişdir ki, iddiaçının tələbi qanunsuzdur. Belə ki, hələ 2016-cı ildə ona və ailə üzvlərinə - X28 və X6 qarşı tələb yönəlsə də, məhkəməyə və cavabdehə düzgün məlumat verilmədən, mənzildən çıxarılma təmin olunmamış, Sabunçu Rayon Məhkəməsi xx.xx.2016-cı il tarixdə qətnamə qəbul edilmişdir. Daha sonra iddiaçıya qarşı çıxarışın qismən etibarsızlığına dair tələb təmin edilmiş, Sabunçu Rayon Məhkəməsinin 2(008)952/2018 nömrəli xx.xx.2018-ci il tarixli qətnaməsi yekun olaraq dəyişdirilmədən saxlanılmışdır. İddiaçı qeydiyyatla bağlı ərizə verərkən, mülkiyyət hüququna dair sənədin “B” tikilisi”nə dair hissədə etibarsızlığını gizlətmişdir. İddiaçının tələbi yalnız öz mülkiyyətinə aid hissədə kimlərin faktiki yaşaması və qeydiyyatları ilə bağlı olmalı idi. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018 -ci il tarixli qətnaməsi də nəzərə alınaraq, X14, X19 qarşı tələbləri də qanunsuzdur.

11. Bakı İnzibati Məhkəməsinin 14 iyul 2023-cü il tarixli, 2-1(112)-10558/2023 saylı qərarı (hakim B.M.Cəlalov) ilə iddia rədd edilmişdir.

12. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırkı işdən müəyyən olunur ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Vəli Vəliyev küçəsi, ev 47 iddiaçıya məxsusdur. İddiaçının qeydiyyatdan çıxarılmasını tələb etdiyi üçüncü şəxslər isə ünvan 8 qeydiyyatdadırlar. Həmçinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, V.Vəliyev küçəsi, 1 saylı fərdi yaşayış evi qeydiyyata alınmamışdır. Eyni zamanda Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Ramana qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il məktubuna əsasən üçüncü şəxslərdən Rüstəmova Aida Xudakərim qızı və X13 ünvan 8 yaşayırlar. Göründüyü kimi, iddiaçının qeydiyyatdan çıxarılmasını tələb etdiyi üçüncü şəxslər onun mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Vəli Vəliyev küçəsi, ev 47 ünvanda deyil, ünvan 8 qeydiyyatdadırlar və üçüncü şəxslər həmin ünvanda faktiki yaşayırlar. İddiaçı məhkəmə iclasında üçüncü şəxslərin yaşadığı və qeydiyyatda olduğu həmin tikilinin də onun mülkiyyətində olmasını göstərsə də, lakin bu hal iş materiallarına əsasən öz təsdiqini tapmamışdır. Belə olan halda iddia tələbi təmin edilə bilməz.

13. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərar ın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir b. Apellyasiya instansiyası məhkəməsində icraat

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-397/2024 nömrəli, 23 yanvar 2024-cü il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi: R.Ə.Səmədov, hakimlər: X.A.Cəmilova və P.A.Hüseynov) iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10558/2023 saylı, 14 iyul 2023-cü il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilməklə, iddia təmin edilmiş, üçüncü şəxslər X2, X28, X13, X3, X18, X15, Rüstəmova Aida Xudakərim qızı, X10, X14, X29, X11, X1 və X20 iş üzrə İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Vəli Vəliyev küçəsi, ev 47 ünvanında yerləşən fərdi yaşayış evind ən qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə həvalə edilməsi qərara alınmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, üçüncü şəxslərin sözügedən ev üzərində hər hansı əmlak hüququna malik olmadıqları və yaşamadıqları halda qeyd edilən ünvanda qeydiyyatda qalması iddiaçının mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırdığından və qanunvericilikdə yaşayış yerini dəyişdirmiş şəxsin yeni yaşayış yeri üzrə qeydiyyata alınmalı olduğu nəzərdə tutulduğundan iddiaçı üçüncü şəxslərin sözügedən evdən qeydiyyatdan çıxarılmasının cavabdehə həvalə edilməsini tələb etməklə haqlı olmuşdur.

16. Üçüncü şəxs Rüstəmova Aida Xudakərim qızı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kolleg iyasının 2-1 (103)-397/2024 saylı xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi, yeni qərar qəbul edərək iddianın rədd edilməsi, işdə yeni araşdırma tələb edildiyi halda, işə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

17. Üçüncü şəxs Rüstəmova Aida Xudakərim qızının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən məhkəmədə iştirakları təmin edilməmişdir. Belə ki, iş materiallarından görünür ki, 15 noyabr 2023-cü ildə məhkəmə tərəfindən bildiriş tərtib olunmuş, lakin bildirişin göndərilməsini və çatdırılmasını təsdiq edən hər hansı bir sübut növü yoxdur. İşdə əlyazma formasında olan əriz ə 1-ci instansiya məhkəməsinə daxil olduqdan sonra xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmış, həmin ərizəyə Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli 2(102)3540/2022 saylı qərarı əlavə edilmişdir. Məhkəmə həmin ərizədə olan Sabunçu Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnamənin mövcudluğuna əhəmiyyət verməmişdir. Qərarın təsviri hissəsində bu barədə məhkəmə qeyd versə də münasibət bildirməmişdir. Bundan başqa həmin ərizədə olan Sabunçu Rayon Məhkəməsinin 2(008)-9521/2018 nömrəli xx.xx.2018-ci il tarixli qətnaməsinin yekun olaraq dəyişdirilməməsinə və iddiasının mülkiyyət hüququnun B tikilisinə aid hissədə etibarsızlığı kimi dəlilə əhəmiyyət verməmişdir. Məhkəmənin gəldiyi nəticənin işin hallarına uyğun olmaması Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-397/2024 saylı xx.xx.2024-cü il tarixli qərarının 6-cı səhifəsində məhkəmə qeyd edib ki, işin hallarından görünür ki, İddiaçı ona məxsus ünvan 9 ünvanında yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxarmaq istədiyi 3-cü şəxslər iddiaçı ilə hər hansı ailə münasibətləri olmayan şəxslərdir, onların İddiaçı məxsus həmin mənzilə dair hər hansı əmlak hüquqları yoxdur, faktiki olaraq orada yaşamırlar. Məhkəmənin bu gəldiyi nəticə digər məhkəmə aktları olmadan da əsassız və qanunsuzdur. Belə ki, iş materiallarında olan fərdi uçot kartoçkalarına baxmayaraq, məhkəmə 3-cü şəxslərin həmin ünvanda nə zamandan qeydiyyata alınmalarına da əhəmiyyət verməmiş, nəticə etibarı ilə prosessual hüquq pozuntuları etməklə yanaşı maddi hüquq normalarının pozuntularını da etmişdir. Belə ki, iş materiallarında fərdi uçot k artoçkalarının təsdiqli surətləri təqdim olunmaqla 1994-cü ilin 13 yanvarında pasport verilməsi, 12-ci punktunda isə mübahisəli ünvanda qeydiyyatda olması göstərilmişdir. Bakı İnzibati Məhkəməsinin 30 may 2023-cü il tarixli məhkəmə sorğusuna Sabunçu RİHB-nin Ramana qəsəbəsi İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 22.06.23-cü il tarixdə verdiyi cavabda (İşdə 33-cü səhifədə) 3-cü şəxslərin-Rüstəmova Aida Xudakərim qızı, X13 və X5 mülkiyyətçinin mülkiyyətində olan Vəli Vəliyev 47 ünvanı deyil, Vəli Vəliyev 1 Ünvanında faktiki yaşadıqları göstərilib. Göründüyü kimi məhkəmənin gəldiyi nəticə işdə olan sübutla ziddiyyət təşkil edir, yəni faktiki olaraq həmin mənzildə yaşamırlar nəticəsi ilə işdə olan Nümayəndəliyin faktiki yaşayırlar sübutu ilə ziddiyyət təşkil edir. Əşya hüququnun olmaması na gəldikdə isə məhkəmə Kollegiyası istifadə hüququnun yaranması prinsipini düzgün tətbiq etməyiblər. Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və mənzil məcəlləsinin 123-cü maddəsinin şərh edilməsinə dair 27 iyul 2001-ci il tarixli qərarı ilə yaranmış istifadə hüququnun olmasını diqqətdən çıxarmışdır. Belə ki, mübahisəli hüquq münasibəti 3-cü şəxslərin 2001-ci ilə qədər qeydiyyata alındıqları üçün iddiaçı ilə olan hüquq münasibətinə düzgün qiymət verilməmişdir. Bu maddi hüquq norması pozuntusudur, Məhkəmə MPM-in 82.3-cü maddəsinin tələbini pozmuşdur. Sübutları təqdim etmək imkanından məhrum olmaqla pozuntu. İşdə olan Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli 2(102)-3540/2022 saylı qərarı ilə müəyyən edilmiş və iddiaçının mülkiyyət hüquqi müqəd dəratının həlli ilə bağlı preyudisial əhəmiyyətli faktlar nəzərə alınmamışdır. İddiaçının mülkiyyət hüququnda olmuş B tikilisi artıq onun mülkiyyətindan çıxmış hesab edilmiş, bu barədə miras qoyanın Meyransa Osat qızının hələ 30 sentyabr 1967-ci ildə bağışlanma müqaviləsi ilə miras qoyanın da mülkiyyət hüququna dair çıxarışının etibarsız sayılması haqqında Bakı Apellyasiya Məhkəməsinin 2(103)-827/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi kassasiya qaydasında qüvvədə qalmış, həmin qətnamə ilə müəyyən olunmuş faktlar hazırkı, işdə preyudisiya qüvvəsinə malikdir. Bundan başqa nə 1-ci instansiya məhkəməsində sonrakı iclaslarda, nə də apellyasiya instansiyasında işə baxılarkən iştirakı təmin olunmadığından apellyasiya şikayəti təqdim edilmədiyindən müvafiq məhkəmə qətnamə və qərarlarını t əqdim etmək imkanından məhrum olmuşdur. Belə ki, iş materiallarında olmayan lakin, Bakı Apellyasiya məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4/2023 saylı, 25 iyul 2023-cü il tarixli qətnaməsi xx.xx.2023-cü ildə təqdim edilməklə daha sonra, İddiaçı vəkili X31 ilə birlikdə verdikləri kassasiya şikayəti xx.xx.2023-cü ildə poçt vasitəsi ilə təqdim edilməklə həmin sübutları təqdim etmək imkanından məhrum olmuşdur. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4/2023 saylı, 25 iyul 2023-cü il tarixli qətnaməsi və həmin tarixi qərardadı ilə iddiaçının Rüstəmova Aida Xudakərim qızına və digərlərinə qarşı istifadə hüquqlarının olmamasının müəyyən olunması və mənzildən çıxarılma tələbi üzrə apellyasiya şikayəti qismən təmin edilmiş, Sabunçu Rayon Məhkəməsinin 14 dekabr 2016-cı i l tarixli qətnaməsi apellyasiya baxışında qalmış hissədə, yəni mübahisəli tikilinin boşaldılması tələbinin rədd edilməsi hissəsində ləğv edilmiş, İddiaçı cavabdehlər X18, Rüstəmova Aida Xudakərim qızı və digərlərinə qarşı tikilinin boşaldılması barədə iddiası təmin edilməmiş, istifadə hüququnun olmamasının müəyyən edilməsi tələbi ilə bağlı qərardad qəbul edilmiş, həmin tələb üzrə icraata xitam vermiş, tələbin qanuna uyğunlaşdırılması tövsiyə edilmişdir. Həmin, qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-232/2024 saylı 16 yanvar 2024-cü il tarixli qərarı qəbul edilmişdir. Göründüyü kimi hər iki məhkəmə aktı preyudisiya xarakteri daşıyır. Maddi hüquq normalarının tətbiq edilməməsi və ya edilməklə pozuntuları. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1 (103)-397/2024 saylı xx.xx.2024-cü il tarixli qərarının 6-cı səhifəsində məhkəmə qeyd edib ki, işin hallarından görünür ki, İddiaçı ona məxsus ünvan 9 ünvanında yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxarmaq istədiyi 3-cü şəxslər iddiaçı ilə hər hansısa ailə münasibətləri olmayan şəxslərdir, onların İddiaçı məxsus həmin mənzilə dair hər hansı əmlak hüquqları yoxdur, faktiki olaraq orada yaşamırlar. Məhkəmənin bu gəldiyi nəticə digər məhkəmə aktları olmadan da əsassız və qanunsuzdur. Belə ki, əşya hüququnun olmamasına gəldikdə isə məhkəmə Kollegiyası istifadə hüququnun yaranması prinsipini düzgün tətbiq etməyiblər. Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və mənzil məcəlləsinin 123-cü maddəsinin şərh edilməsinə dair 27 iyul 2001ci il tarixli qərarı il ə yaranmış istifadə hüququnun olmasını diqqətdən çıxarmışdır. Belə ki, mübahisəli hüquq münasibəti 3-cü şəxslərin 2001-ci ilə qədər qeydiyyata alındıqları üçün iddiaçı ilə olan hüquq münasibətinə düzgün qiymət verilməmişdir. 1982-ci il redaksiyalı mənzil məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinə görə yaşayış yeri mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd şərt göstərilməmişdirsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyara malikdirlər. Ailə üzvləri dedikdə burada təkcə qohumluq əlaqələri olan ailə üzvləri deyil, qanunvericilikdə onlara bərabər tutulan digər şəxsləri də nəzərdə tutur, bu barədə Konstitusiya Məhkəməsinin qərarının 2-ci səhifəsində müvafiq göstəriş vardır. Həmin məcəllənin 49-cu maddəsində də birgə tə sərrüfat aparan digər şəxslər də ailə üzvləri hesab edilirlər. Digər məsələ qeydiyyata alınmış yəni, 2001-ci ilə qədər qeydiyyata alınmış, daha dəqiq desək Konstitusiya Məhkəməsinin Mənzil Məcəlləsinin 60cı maddəsi şərhində göstərildiyi kimi mənzilə qeydiyyata alınmış şəxslərin uzun müddət başqa yerə köçmələri də mənzildən istifadə hüququna xitam verilməsinə əsas vermir. Bu münasibətlər Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına görə 1 sentyabr 2000-ci ilə qədər yaranmış münasibətlərə şamil edilir. 01 sentyabr 2001-ci il tarixindən sonra yaranmış münasibətlərə Mülki Məcəllənin 228.1, 228.2-ci maddələrinə uyğun tətbiq edilir. Məhkəmə Konstitusiya Məhkəməsinin Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarı ilə 2010-cu ildən qüvvəyə minmiş mənzil məcəlləsinin 30-cu maddəs inin və Mülki Məcəllənin 228-ci maddələri Yaşayış yeri və olduğu yer və qeydiyyat haqqında Qanunun 1-ci maddəsi ilə pasport qeydiyyatının istifadə hüququnun ehtiva etməməsinə istinad edərkən Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsi ilə qanunun geriyə şamil edilməməsi prinsipinin tam anlamı ilə nəzərdən keçirməmişdir. Yəni, 2000-ci ildən sonra qəbul edilmiş Mülki Məcəllə və Mənzil Məcəlləsinin müddəaları bundan əvvəl həyata keçirilmiş pasport qeydiyyatına, mənzilə köçmüş şəxslərə, yaranmış istifadə hüququna tətbiq edilə bilməzdi. Məhkəmə eyni zamanda Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında Azərbaycan Respublikası qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 2012ci il 21 dekabr tarixli q ərarına istinad edərkən nəyi ifadə etmək istədiyini əsaslandıra bilməmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. İddiaçı kassasiya şikayətinə etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1 (103)-397/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə

1. Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin u çota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Maddə

2. Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Maddə

9. Müvafiq icra hak imiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadı ğı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. 20. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarı: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.

21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə

13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə

48. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və digər proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

23. Apellyasiya instansiyası məhkəməsinin qərarı üçüncü şəxs Rüstəmova Aida Xudakərim qızı tərəfindən mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı üçüncü şəxs Rüstəmova Aida Xudakərim qızına münasibətdə yoxlanılacaqdır. KASSASİYA İN STANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası işin materiallarının və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır.

25. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli araşdırılmamışdır. Bu baxımdan üçüncü şəxs Rüstəmova Aida Xudakərim qızı tərəfindən verilmiş kassasiya şikayəti apellyasiya instansiya məhkəməsinin qərarının ləğvinin tələb olunduğu hissədə təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ona münasibətdə ləğv olunmalı, həmin hissədə iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

26. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı ə sasların qeyd olunmasını zəruri hesab edir.

27. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı üçüncü şəxsin Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Vəli Vəliyev küçəsi, ev 1 ünvanında yerləşən ona məxsus fərdi yaşayış evindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına yönəlmişdir.

28. Şəxsin qeydiyyatdan çıxarılmasının əsasları “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsində təsbit edilsə də, qeydiyyatda olan şəxsin qeydiyyatda olduğu mənzildə əmlak hüquqları olmadığı və orada yaşamadığı təqdirdə də onun başqasının mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxarılması mümkün sayıla bilər.

29. Apellyasiya instansiya məhkəməsi qərarında qeyd etmişdir ki, üçüncü şəxslərin sözügedən ev üzərində hər hansı əmlak hüququna malik olmadıqları və yaşamadıqları halda qe yd edilən ünvanda qeydiyyatda qalması iddiaçının mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırdığından və qanunvericilikdə yaşayış yerini dəyişdirmiş şəxsin yeni yaşayış yeri üzrə qeydiyyata alınmalı olduğu nəzərdə tutulduğundan iddiaçı üçüncü şəxslərin sözügedən evdən qeydiyyatdan çıxarılmasının cavabdehə həvalə edilməsini tələb etməklə haqlı olmuşdur.

30. Bununla bağlı, kollegiya ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-3540/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından müəyyən olunur ki, iddiaçılar X18 və Rüstəmova Aida Xudakərim qızı cavabdehlər Bakı şəhəri 39 saylı notariat kontoruna və İddiaçı qarşı iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri 39 saylı notariat kontoru tərəfindən İddiaçı adına verilmiş 07 sentyabr 2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, İddiaçı X18 və Rüstəmova Aida Xudakərim qızına qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi barədə” qarşılıqlı iddia tələblərinə dair birinci iş üzrə Sabunçu Rayon Məhkəməsinin 2(008)-1144/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə ilk iddia və qarşılıqlı iddia tələbləri təmin olunmamış, iddiaçılar X18 və Rüstəmova Aida Xudakərim qızının ünvan 11 ünvanına dair xx.xx.2016cı il tarixdə Meyransa Osat qızına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın və həmin ünvana dair 24 sentyabr 2016-cı il tarixdə İddiaçı verilmiş RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın qismən, yəni “B” tikilisinə aid hissədə etibarsız hesab edilməsi tələbinə dair iddiası Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-952/2018 saylı, 26 avqust 2018-ci il tarixli qətnaməsi ilə təmin edilərək 19 avqust 2016-cı il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Meyransa Osat qızına verilmiş RX seriyalı ******* nömrəli çıxarış və həmin evə dair 24 sentyabr 2016-cı il tarixdə İddiaçı verilmiş RX seriyalı ******* nömrəli çıxarış qismən, “B” tikilisinə aid hissədə etibarsız hesab edilmişdir.

31. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-827/2021 nömrəli 21 yanvar 2022-ci il tarixli qətnaməsi ilə birinci mülki iş üzrə X18 və Rüstəmova Aida Xudakərim qızı tərəfindən birgə verilmiş apellyasiya şikayəti qismən təmin olunmuş, həmin iş üzrə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(008)- 1144/2017 nömrəli qətnaməsi mübahisələndirilən hissədə-iddiaçılar X18 və Rüstəmova Aida Xudakərim qızının cavabdehlər İddiaçı və Bakı şəhəri 39 saylı Notariat Kontoruna qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi barədə” ilk iddiasının rədd edilməsi hissəsində ləğv edilmiş, iddiaçılar X18 və Rüstəmova Aida Xudakərim qızının cavabdehlər İddiaçı və Bakı şəhəri 39 saylı Notariat Kontoruna qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi barədə” ilk iddiası rədd olunmuş, ikinci mülki iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti rədd olunmuş, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(008)-952/2018 nömrəli qətnam əsi dəyişdirilmədən saxlanılmışdır.

32. Qərarda qeyd olunmuşdur ki, Sabunçu rayonu, Ramana qəsəbəsi, Vəli Vəliyev küçəsində yerləşən 47 №-li ev “A” və “B” tikililərindən ibarətdir. Ev 0,08503 ha torpaq sahəsində yerləşir. Evin əvvəlki ünvanı “Hüsü Hacıyev küçəsi, ev № 1” kimi göstərilib. X32 məxsus olub. Meyransa Osat qızı (hədiyyə verən) xx.xx.1967-ci il tarixdə evin 1/3 hissəsini Mirzə Umudova (hədiyyə alana) bağışlayıb. Onların arasında bağışlama müqaviləsi bağlanıb, müqavilə Bakı şəhəri 4 saylı Notariat Kontorunun notariusu tərəfindən notariat qaydasında təsdiq olunub. Hədiyyə verən Meyransa Osat qızı hazırkı mübahisənin tərəfi olan İddiaçı nənəsidir. Hədiyyə alan Mirzə Umudov hazırkı mübahisənin tərəfi olan Rəna Mehdiyevanın qayınatasıdır. Rəna Mehdiyeva 1980-ci ildən, onunla birgə id dia qaldıran Aida Rüstəmova isə 1999-cu ildən evdə qeydiyyatdadır.

33. Bundan başqa, iş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-232/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından müəyyən olunur ki, İddiaçı cavabdehlər X18, X7, X10, X4 və X8 qarşı Bakı şəhəri, V.Vəliyev küçəsində yerləşən 47 saylı evə cavabdehlərin istifadə hüquqlarının olmamasının müəyyən edilməsi və evin “B” literli tikilisinin boşaldılaraq ona təhvil verilməsi barədə tələbi Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-14417/2016 nömrəli, 14 dekabr 2016cı il tarixli qətnaməsi ilə rədd edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 25 iyul 2023-cü il tarixli, 2(103)-4/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, hazırkı mülki iş üzrə Bakı Ş əhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 14 dekabr 2016-cı il tarixli qətnamə apellyasiya baxışında qalmış hissədə, yəni “mübahisəli tikilinin boşaldılması” tələbin rədd edilməsi hissəsində ləğv edilmiş və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı cavabdehlər X18, X7, X10, X4 və X8 qarşı “tikilinin boşaldılması barədə” iddiasının təmin edilməməsi qət edilmişdir.

34. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli qərarında qeyd olunmuşdur ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, Bakı şəhəri, Ramana qəsəbəsi, V.Vəliyev küçəsində yerləşən 47 saylı ev “A” və “B” literli tikililərdən ibarətdir. Həmin ev əvvəllər iddiaçının nənəsi Meyransa Osat qızına məxsus olmuşdur. Meyransa Osat q ızı öldükdən sonra isə ev vərəsəlik hüququ ilə iddiaçının mülkiyyətinə keçmişdir. Cavabdehlər evin “B” tikilisində yaşayırlar. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli Çıxarışa əsasən, mübahisəli ev iddiaçının mülkiyyətindədir. Apellyasiya instansiyası məhkəməsi iddiaçının tələblərini araşdırıb qeyd etmişdir ki, apellyasiya icraatı zamanı hazırkı iş üzrə icraatın dayandırılmasına əsas olmuş işlər üzrə qəbul edilmiş və artıq qanuni qüvvəyə minmiş məhkəmə aktlarına əsasən müəyyən edilir ki, iddiaçının hazırkı iddianı qaldırmağa müvafiq subyektiv hüququ artıq mövcud deyil. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli qərarından (İş № 2(102)-3540/2022) görünür ki, həmin işlərə baxmış məhkəmələr tərəfin dən müəyyən edilmişdir ki, mübahisəli evin “B” literli tikilisi evin əvvəlki mülkiyyətçisi olmuş iddiaçının nənəsi Meyransa Osat qızı tərəfindən hələ xx.xx.1967-ci il tarixdə bağışlama müqaviləsi əsasında özgəninkiləşdirilmişdir. Bu səbəbdə də, həmin tikilinin Meyransa Osat qızının ölümündən sonra sonuncunun mülkiyyəti kimi “Daşınmaz əmlakın dövlət reyestrində” qeydə alınması, daha sonra isə qanun üzrə vərəsəlik qaydasında mərhumun vərəsəsi olan iddiaçının mülkiyyətinə keçməsi və reyestrdə onun adına qeydə alınması düzgün olmamışdır. Çünki həmin tikili xx.xx.1967-ci il tarixdən etibarən Meyransa Osat qızının mülkiyyəti sayılmırdı. Apellyasiya instansiyası məhkəməsi, iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb qeyd etmişdir ki, hazırk ı iş üzrə tərəflər yuxarıda qeyd edilən iş üzrə tərəf olmuşlar və MPM-in 82.3-cü maddəsinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi işin hallarını nəzərə alıb qeyd etmişdir ki, hazırkı iş üzrə iddiaçı, mübahisəli evin “B” literli tikilisinin onun mülkiyyətində olmasına və Mülki Məcəllənin 152, 157-ci maddələrinə əsaslanaraq həmin tikilinin boşaldılaraq ona təhvil verməyi tələb etmək üçün müvafiq subyektiv hüquqa malik deyil. Qeyd edilən səbəbdən həmin tələb təmin edilə bilməz. Birinci instansiya məhkəməsi həmin tələbi təmin etməsə də, tələbi həmin əsasla deyil, tələbin əsassız olma sı və Azərbaycan Respublikasında xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 123-cü maddəsinin tələblərinə zidd olması əsası ilə təmin etməmişdir.

35. Göründüyü kimi, hazırkı iş üzrə iddiaçının qeydiyyatdan çıxarılmasını tələb etdiyi üçüncü şəxs Rüstəmova Aida Xudakərim qızına münasibətdə qanuni qüvvəsini almış məhkəmə qərarı ilə həmin tikilinin boşaldılaraq ona təhvil verməyi tələb etmək üçün müvafiq subyektiv hüququnun olmadığı müəyyən edilmişdir.

36. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-3540/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, həmçinin Ramana qəsəbəsi, Hüsü Hacıyev küçəsi, ev 1 ünvanına dair Meyransa Osat qızının adına tərtib olunmuş texniki pasportla (2-ci cild i.v.44-45, 140-147) Sabunçu rayonu Ramana qəsəbəsi V.Vəliyev küçəsi 47 nömrəli yaşayış evinə dair texniki pasportu müqayisə etdikdə, yeni texniki pasportda əlavə tikililərin qeydə alınması, evin “A” və “B” tikililərindən ibarət olması müəyyən olunmuşdur.

37. Qeyd edilməlidir ki, iş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2016-cı il qeydiyyat tarixli çıxarışda Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Vəli Vəliyev küçəsi, ev 47 ünvanında yerləşən fərdi yaşayış evinin iddiaçının mülkiyyətində olması qeyd olunsa da, hazırkı işin materialları ilə fərdi yaşayış evinin hansı tikililərdən ibarət olması, üçüncü şəxsin məhz iddiaçının mülkiyy ətində olan fərdi yaşayış evində qeydiyyatda olub-olmaması müəyyən edilmir.

38. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı işin obyektiv həlli üçün həmin fərdi yaşayış evinə dair texniki pasport və digər sənədlər (evlərin sxemi və s.) əldə edilməli, üçüncü şəxs Rüstəmova Aida Xudakərim qızının fərdi yaşayış evinin “B” literli tikilisində yaşayıb-yaşaması, o cümlədən iddiaçının mülkiyyətində olan fərdi yaşayış evində qeydiyyatda olub-olmaması, qeydiyyatda olduğu halda istifadə hüququna malik olubolmaması müəyyən edilməlidir.

39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən faktiki hallar yuxarıda istinad olunan normalara uyğun olaraq tam və hərtərəfli yoxlanılmamış, sübutlar tam və hərtərəfli araşdırılmamışdır.

40. Bütü n yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, kassasiya şikayəti iddianın təmin edilməməsi hissəsində təmin edilməməlidir.

41. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 yanvar 2024-cü il tarixli, 21(103)-397/2024 nömrəli qərarı üçüncü şəxs Rüstəmova Aida Xudakərim qızının İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Vəli Vəliyev küçəsi, ev 47 ünvanında yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdeh Bakı şəhəri Sabunçu Rayon Poli s İdarəsinə həvalə edilməsi hissəsində ləğv edilsin. İş həmin hissədə təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar