Məhkəmə qərarları › İş №2-1(102)-20/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-20/2020

08.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-20/2020 08.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: (İİ qrup əliliyə görə əmək pensiyasının təyin edilməsi) GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu ra yon şöbəsinə qarşı İİ qrup əlil kimi əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1401/2019 nömrəli, xx xxxx 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, xx xxxxxx 2020-ci il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı (bundan sonra - iddiaçı) xx.xx.1964-cü ildə Bakı şəhərində anadan olmuşdur. (AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsi). İddiaçı 1981-1982-ci illərdə 74 nömrəli texniki peşə məktəbində nəzarət ölçü cihazları və avtomatika çilingəri ixtisası üzrə təhsil almış, əmək fəaliyyətinə 1982-ci ildə başlamış, xx.xx.1982-ci ildən xx.xx.2000-ci ilədək Bakı məişət kondision erləri zavodunda işləmişdir. (İT-İ ******* nömrəli əmək kitabçası, xxxx) Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2017-ci il tarixli müayinə aktına əsasən iddiaçıya ümumi xəstəlikdən İİ qrup əlillik dərəcəsi təyin edilmişdir. İddiaçı İİ qrup əlilliyə görə əmək pensiyasının təyin edilməsi ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Sabunçu rayon şöbəsinə (bundan sonra - cavabdeh) müraciət etmiş, lakin sonuncu tərəfindən xx.xx.2018-ci il tarixli, xx/xx-5087 saylı məktubla müraciətin təmin olunmasından imtina edilmişdir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, texniki peşə məktəbində təhsil aldığı müddətin iş stajı kimi nəzərə alınaraq, xx.xx.2017-ci il tarixdən İİ qrup əlil kimi əmək pensiyası tə yin edilməsi və yaranmış fərqin birdəfəyə ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, texniki peşə məktəbində təhsil aldığı müddət də daxil olmaqla əmək kitabçasında qeyd edilən xx.xx.1979-cu i tarixdən xx.xx.2000-ci il tarixədək olan müddətin iş stajı kimi nəzərə alınaraq ona xx.xx.2017-ci il tarixdən İİ qrup əlil kimi əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmiş, dəyişdirilmiş iddia icraata qəbul edilmişdir. İddiaçı bildirmişdir ki, o, xx.xx.1964-cü il tarixdə doğulmuş, ona xx.xx.2017-ci ildə İİ qrup əlillik təyin edilmişdir. Onun təxminən 18 il iş stajı mübahisələndirilmir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci m addəsinə görə, sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 iyul tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabın sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80 faiz artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. İddiaçı qanunun bu tələbini rəhbər tutaraq ona göstərilən qaydada İİ qrup əlil kimi əmək pensiyası təyin edilməsini DSMF-nin Sabunçu rayon şöbəsindən xahiş etmiş, cavabdeh orqan tərəfindən məsələnin həllindən imtina edilmişdir. DSMF-nin Sabunçu rayon şöbəsinin xx.xx.2018-ci il tarixli cavab məktubunda bildirilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 21-ci maddəsində təhsil müddətini sığorta stajı kimi hesablanması nəzərdə tutulmamışdır. 2006-cı il yanvarın 1-dək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin ğ) bəndində deyilir ki, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti iş stajına daxil edilir. İddiaçı 1981 və 1982-ci illər ərzində texniki peşə məktəbində təhsil almışdır. Bu illər iş stajına daxil edilməli olduğu halda, DSMF-nin Sabunçu rayon şöbəsi bu illəri iş stajı kimi nəzərə almamış və nəticədə onun pensiya hüququnu məhdudlaşdırmışdır. Cavabdeh iddiaya etiraz edərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunun 21-ci maddəsində təhsil müddətini sığorta stajı kimi hesablanması nəzərdə tutulmamışdır. Qanunvericiliklə müəyyən edilmiş qaydada m əcburi dövlət sosial sığorta haqlarını ödənilməsi şərti ilə formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi ilə işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət növləri sığorta stajına daxil edilir. 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 2-1(82)-4160/2018 nömrəli, 14 dekabr 2018-ci tarixli qərarı ilə (hakim: X.X.İmanov) iddia təmin edilərək, texniki peşə məktəbində təhsil aldığı müddət də daxil olmaqla, əmək kitabçasında qeyd edilən xx.xx.1979-cu il tarixdən xx.xx.2000-ci il tarixədək olan müddətin iş stajı kimi nəzərə alınaraq iddiaçıya xx.xx.2017- ci il tarixdən İİ qrup əlil kimi əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. Məhkəmənin həmin qərarından cavabdeh tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1401/2019 iş üzrə xx xxxx 2019-cu il tarixli qərarı ilə (sədrlik edən: E.E.Nağıyeva, hakimlər: H.Ü.Həmidov və V.Ə.Baxışova) apelyasiya şikayəti qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 2-1(82)-4160/2018 nömrəli, 14 dekabr 2018-ci il tarixli qərarı dəyişdirilmiş, iddiaçıya texniki peşə məktəbində təhsil aldığı müddət də daxil olmaqla xx.xx.1981-ci il tarixdən xx.xx.1997-ci ilədək olan müddətin iş stajı kimi nəzərə alınaraq ona xx xxxxxxxx 2017-ci il tarixdən İİ qrup əlil kimi pensiya təyin edilməsi və yaranmış pens iya məbləği fərqinin birdəfəyə ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. Apelyasiya instansiya məhkəməsinin qərarından cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini, iddianın rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdehin kassasiya şikayətində bildirilir ki, apelyasiya instansiya məhkəməsi qərar qəbul edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ilə formasından əmək qabiliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi ilə işləyənlərin, hərbi qulluqçuların eləcədə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təmin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət növləri sığorta stajına daxil edilir. İddiaçının sığorta stajı hesablanarkən qanunvericilikdə göstərilən hallar nəzərə alınmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün işə Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq onun izahatı dinlənilmədən baxıldı. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamışdır. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, cavabdehə təqdim edilmiş məhkəmə bildirişində onun nümayəndəsinin iclasda i ştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (İPM-nin 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlkin olaraq qeyd olunmalıdır ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələ blərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Əmək pensiyasının yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısı nı itirməyə görə əmək pensiyası növləri müəyyən edilir. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. (maddə 3, 4, 21) “Əlillərin hüquqları haqqında” Konvensiyaya qoşulmaq barəsində Azərbaycan Respublikasının Qanununa əsasən iştirakçı dövlətlər əlillik əlamətinə görə hər hansı ayrıseçkiliyə yol vermədən bütün əlillərin bütün insan hüq uqlarının və əsas azadlıqlarının tam realizəsini təmin etməyi və həyata keçirməyi öhdələrinə götürürlər. Bu məqsədlə iştirakçıdövlətlər aşağıdakıları öz öhdələrinə götürürlər: istənilən şəxs, təşkilat və ya xüsusi mülkiyyət hüququna əsaslanan müəssisə tərəfindən əlillik əlamətinə görə ayrı-seçkiliyə yol verilməsinin aradan qaldırılması üçün bütün lazımi tədbirləri görmək və s. İqtisadi, sosial və mədəni hüquqlara gəldikdə isə hər bir iştirakçı dövlət malik olduğu resurslardan maksimum istifadə etməklə, zərurət olduqda isə beynəlxalq əməkdaşlığa can atmaqla bu Konvensiyada formulə olunmuş və beynəlxalq hüquqa uyğun olaraq bilavasitə tətbiq olunan öhdəliklərdə ziyan vurmadan bu hüquqların tam realizə olunmasına tədricən nail olmaq üçün tədbirlər görməlidirlər (maddə 4). İştirakçı dövlətlər ə lillik əlaməti üzrə istənilən ayrı-seçkiliyi qadağan edir və əlillərin istənilən zəmində ayrı-seçkilikdən bərabər və səmərəli hüquqi müdafiəsinə təminat verirlər (maddə 5). İştirakçı dövlətlər ədalət məhkəməsini əlillərə digərləri ilə bərabər səviyyədə təmin edir, o cümlədən ibtidai istintaqın təhqiqat və digər mərhələləri də daxil olmaqla, hüquqi prosesin bütün mərhələlərində düzünə və dolayı iştirakçıların, o cümlədən şahidlərin öz səmərəli rolunu yerinə yetirməsini asanlaşdıran prosessual və yaşa uyğun düzəlişlər nəzərdə tuturlar. Əlillərin ədalət məhkəməsindən istifadə etmələrinə imkan yaratmaq üçün iştirakçı dövlətlər ədalət məhkəməsinin həyata keçirilməsi sferasında, o cümlədən polis və penitensiar sistemdə işləyən şəxslərin lazımi qaydada təlim keçməsinə yardım göstərirlər (maddə 13 ). İştirakçı dövlətlər əlillik əlamətinə görə diskriminasiyaya yol vermədən əlillərin sosial müdafiə hüququnu və ondan istifadə etmək hüququnu tanıyır və bu hüququn təmin edilməsi və mükafatlandırılması üçün zəruri tədbirləri görür, o cümlədən: əlillərin təmiz su, zəruri və ucuz xidmətlə, vasitələrlə bərabər səviyyədə təmin olunmaları və əlilliklə bağlı ehtiyaclarının ödənilməsi üçün digər köməyin göstərilməsi; əlillərə, xüsusilə əlil qadınlara, qızlara və yaşlı insanlara sosial müdafiə və yoxsulluğun miqyasının azaldılması proqramlarından istifadə etmək imkanının təminatı; yoxsulluq şəraitində yaşayan əlillərə və onların ailələrinə zəruri təhsil, məsləhət, maliyyə yardımı və müvəqqəti patronaj xidməti kimi əlilliklə bağlı məsrəflərin dövlət tərəfindən qarşılanması imkanından istifadənin təminatı; əlillərin dövlət yaşayış proqramlarından istifadəsinin təminatı; əlillərin pensiya müavinətlərindən və proqramlarından istifadəsinin təminatı (maddə 28). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 11.1-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlillik qrupları, əlilliyin və ya 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun səbəbləri, habelə onların başvermə müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünü n hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilik əmək qabiliyyətli yaş həddini 15 yaş kimi müəyyən etmişdir. Ona görə də iddiaçıya əmək pensiyası təyin edilməsi üçün 12 il 06 ay ( 2017 - (1964+15) = 38; 38x4 = 152; 152: 12 = 12,6) iş stajı tələb olunur. xx.xx.1992-ci il tarixdə təsdiq edilmiş (xx.xx.1993-cü il tarixdən qüvvəyə minmiş) “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin “ğ” bəndinə əsasən ali, orta ixtisas, texnik i-peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir... Bu qanunun norması xx.xx.2006-cı il tarixədək, yəni “Əmək pensiyaları haqqında” yeni Qanun qüvvəyə minənədək qüvvədə olmuşdur. Apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçıya məxsus İT-İ seriyalı, ******* saylı xx.xx.1982-ci il tarixdə açılmış əmək kitabçasının təsdiq edilmiş surətində iddiaçının təhsil aldığı müddət xx.xx.1979-cu ildən qeyd edilsə də, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 12 nömrəli Bakı Peşə Liseyinin xx.xx.2019-cu il tarixli cavab məktubuna əsasən müəyyən edilir ki, iddiaçı xx.xx.1981-ci il tarixdən xx. xx.1982-ci il tarixədək keçmiş ÜİLKGİ-nin 50 illiyi adına 74 nömrəli X1 Məktəbində təhsil almış, təhsil müddəti 10 ay olmuşdur. İddiaçının təhsil müddəti xx.xx.1979-cu ildən deyil, cavab məktubunda qeyd edildiyi kimi xx.xx.1981-ci il tarixdən başlanmışdır. Digər tərəfdən, iş materiallarında olan Azərbaycan Respublikası “xxxx” ASC tərəfindən iddiaçıya verilmiş xx.xx.2017-ci il tarixli arayışda onun xx.xx.1982-ci ildən xx.xx.2000-ci ilədək işlədiyi qeyd edilsə də, xx.xx.1997-ci ildən əmək haqqı hesablanmadığı göstərilmişdir. Buna görə də apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının həmin zavodda iş stajı 1997-ci ilə kimi nəzərə alınmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya əlilliyə görə pensiya təyin edilməsi üçün 12 il 06 ay sığorta stajı lazım olduğundan ona t əhsil müddəti (xx.xx.1981- xx.xx.1982) və xxxx ASC-də xx.xx.1982-ci ildən xx.xx.1997-ci ilədək işlədiyi dövr sığorta stajı kimi nəzərə alınmaqla ona əlilliyə görə pensiya təyin edilməsi barədə apelyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya in stansiyası məhkəməsi düzgün nəticəyə gəlmişdir. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalı, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1401/2019 nömrəli iş üzrə xx xxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar