Məhkəmə qərarları › İş №2-1(102)-20/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-20/2021

03.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-20/2021 03.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qərarının ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, iddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 və vəkili Bayramov Abil Nəzir oğlunun iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisad iyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2-1(103)-979/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. xx.xx.2019-cu il tarixli operativ vergi yoxlaması qərarı əsasında iddiaçıya məxsus ünvan 4da yerləşən məişət malları mağazasında yoxlama keçirilərkən mağazada 1087 adda mal qalığı aşkar edilmiş, ekspertiza yolu ilə həmin malların dəyəri 750.445 manat məbləğində müəyyən edilmiş, həmin malların 638.535 manat dəyərində olan hissəsinə dair hesab-fakturalar təqdim edilmədiyinə görə, malların dəyərinə uyğun olaraq, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə əsasən iddiaçının 63.853,50 manat məsuliyyətə cəlb edilməsi barədə qərar verilmişdir.

2. Həmçinin xx.xx.2019-cu il tarixli operativ vergi yoxlaması qərarı əsasında iddiaçıya məxsus Nərimanov rayonu Teymur Əliyev, məhəllə 1978 ünvanda yerləşən zirzəmidə yoxlama keçirilərkən orada 795 adda mal qalığı aşkar edilmiş, ekspertiza yolu ilə həmin malların dəyəri 1.079.309 manat məbləğində müəyyən edilmiş, bu malların dəyərinə uyğun olaraq Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə əsasən xx.xx.2019-cu il tarixli qərarla iddiaçının 107.930,90 manat məbləğdə məsuliyyətə cəlb edilməsi barədə qərar verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı cav abdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2019-cu il tarixli **********4731 nömrəli və xx.xx.2019-cu il tarixli **********5450 nömrəli qərarların ləğv edilməsini xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh xx.xx.2019-cu il tarixli **********1873 saylı operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərar qəbul edərək, iddiaçıda operativ vergi nəzarətini həyata keçirmişdir. Aparılmış yoxlama nəticəsində vergi orqanı iddiaçıya 173.125,03 AZN məbləğində qanunsuz maliyyə sanksiyası hesablamışdır. Vergi orqanı “Azərekspertiza” Birliyinin təqdim etdiyi rəyə əsaslanaraq, İddiaçı MMC-nin anbarında sənədsiz olaraq qalan mallarının İddiaçır dəyərini 1.731.250,30 AZN müəyyən etmişdir. Halbuki, vergi orqanlarının malların İddiaçır qiymətləri ilə anbarda olan malların qiymətləndirilməsi düzgün deyil. Çünki qiymətləri müəyyən edilən mallar brend mallar olduğuna görə həmin malların İddiaçır qiymətləri ilə dəyərinin müəyyən edilməsi qanunsuzdur. Cavabdeh bu malların maya dəyərinə uyğun hesablama aparmalı idi. Bundan əlavə, vergi orqanı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 94-cü maddəsinə əsasən vergi orqanının vergi ödəyicisinin hesablamalarının yanlış olmasını sübut etmə öhdəliyi var. Qanunvericiliyin tələbindən görünür ki, birinci vergi orqanı hesablamanın səhv olmasını sübut etməlidir. Yalnız bundan sonra əlavə hesablama aparmalıdır.

5. Cavabdeh iddia tələbinə qarşı verdiyi etirazda bildirmişdir ki, cavabdehin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2019-cu il tarixli **********1455 nömrəli qərara əsasən İddiaçı MMC-yə məxsus AZ1069, ünvan 2 ünvanında yerləşən “MONES” mağazasında operativ vergi nəzarəti tədbiri keçirilmişdir. “Azərekspertiza” Birliyinin verdiyi xx.xx.2019-cu il 137 nömrəli rəyə əsasən mağazada alış qiyməti ilə 750.445,00 manat məbləğində mal qalığı mövcud olduğu müəyyən edilmişdir. xx.xx.2019-cu il tarixli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” qərara əsasən malların alışına dair yük gömrük bəyannamələri, hesab-fakturalar və “xxxx” MMC ilə İddiaçı MMC arasında “Malların qəbul və təhvil” aktı götürülmüşdür. Mağazada tərtib edilmiş malların adlı siyahısı yük gömrük bəyannamələri və hesab-fakturalarla üzləşdirilərkən müəyy ən olunmuşdur ki, 750.445 manat məbləğində mallardan 111.910 məbləğində malların sənədləri mövcuddur. Operativ vergi nəzarəti tədbiri zamanı 638.535 manat məbləğində mal qalığının sənədsiz olduğu aşkar edilmiş və vergi ödəyicisi barəsində "Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura, idxal mallarına münasibətdə idxal gömrük bəyannaməsi əsasında alınması, həmin mallar vergi ödəyicisinin özü tərəfindən istehsal edildikdə isə Vergi Məcəlləsinin müvafiq maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərin olması üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” akt tərtib edilmişdir. Həmçinin cavabdeh in “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2019cu il tarixli **********1873 nömrəli qərarına əsasən AZ1106, Bakı şəhəri Nərimanov rayonu, X2 1978, Zirzəmidə İddiaçı MMC VÖEN ********** “MONES” mağazasına məxsus, qeydiyyatda olmayan (uçotsuz) malların saxlanılması üçün istifadə olunan anbar aşkar edilmişdir. xx.xx.2019-cu il tarixli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” qərar təqdim edilməsinə baxmayaraq zəruri sənədlər heç bir səbəb göstərilmədən yoxlamaya təqdim edilməmişdir. Qeyd olunanlara əsasən İddiaçı MMC-yə məxsus AZ1069, Bakı şəhəri, Nərimanov rayonu, Teymur Əliyev ev.25V ünvanında yerləşən “MONES” mağazasına məxsus zirzəmidə keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı 1.079.309 manat məbləğində mal qalığının sənədsiz olduğu aşkar e dilmiş və vergi ödəyicisi barəsində "Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən qaiməfaktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura, idxal mallarına münasibətdə idxal gömrük bəyannaməsi əsasında alınması, həmin mallar vergi ödəyicisinin özü tərəfindən istehsal edildikdə isə Vergi Məcəlləsinin müvafiq maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərin olması üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” akt tərtib edilmişdir.

6. Cavabdeh etirazda daha sonra qeyd etmişdir ki, iddiaçı müəssisə təsis edilərkən hüquqi şəxsin təsisçisi olan “xxxx” MMC tərəfindən 450.000 manat məbləğində əmlak şəklində pay qoyulduğunu bildirmişdir. Vergi Məcəlləsini n 16.1.11-6-cı maddəsinə əsasən “xxxx” MMC-dən İddiaçı MMC-yə nizamnamə kapitalı kimi malların qoyuluşu malların elektron qaimə faktura ilə əldə olunmasını istisna etmir. Malların nizamnamə kapitalı kimi təsisçi tərəfindən İddiaçı MMC-yə qoyuluşu Vergi məcəlləsinin 13.2.10-cu maddəsinə əsasən malların təqdim edilməsi sayılır. Lakin “xxxx” MMC tərəfindən İddiaçı MMC-yə nizamnamə kapitalı kimi 450.000 manatlıq malların qoyuluşu zamanı elektron qaimə faktura təqdim edilməmişdir. Buna görə də vergi ödəyicisi tərəfindən Operativ vergi nəzarətinə təqdim edilmiş “Malların qəbul və təhvil” aktı malların alışına dair sənəd kimi qəbul edilməmişdir. Malların təhvil-təslim aktı operativ vergi nəzarəti zamanı müəyyən edilmiş 1.717.844 manat məbləğdə sənədi olmayan malların həqiqətən "İddiaçı” MMC-nin n izamnamə kapitalına qoyulmuş 450.000 manat məbləğində mallar ilə eyniliyi sübut etmir. Həmçinin İddiaçı MMC barəsində vergilərin hesablanmasına əsas verən sənədlər xx.xx.2019-cu il tarixli **********800700 nömrəli məktubla məhkəməyə təqdim edilmişdir. İddiaçı MMC-yə məxsus AZ1069, Bakı şəhəri, Nərimanov rayonu, Teymur Əliyev ev.25V ünvanında yerləşən “MONES” mağazasında keçirilmiş operativ vergi nəzarətinin nəticəsinə əsasən qəbul edilən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarlarla tətbiq edilmiş maliyyə sanksiyası qanuni və əsaslıdır. 7. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(82)2709/2019 nömrəli qərarı ilə (hakim Z. Tağıyev) iddia tələbi təmin edilməmişdir.

8. Birinci instansiya məhkəm əsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıya məxsus mağazada və anbarda aşkar edilmiş malların alınmasına dair heç bir sənəd təqdim edilməmişdir.

9. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. Apelyasiya instansiyası məhkəməsindəki icraat

10. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2-1(103)-979/2020 nömrəli qərarı ilə (hakimlər V.Məmmədov (sədrlik edən və məruzəçi), E.Nagiyeva və H.Həmidov) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2709/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

11. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəmə sinin hüquqi mövqeyi ilə razılaşmış, həmçinin qeyd etmişdir ki, malların təhvil-təslim aktı operativ vergi nəzarəti zamanı müəyyən edilmiş 1.717.844 manat məbləğdə sənədi olmayan malların həqiqətən İddiaçı MMC-nin nizamnamə kapitalına qoyulmuş 450.000 manat məbləğdə mallar ilə eyniliyi sübut olunmur. Məhkəmə kollegiyası satış üçün nəzərdə tutulan gündəlik istehlak və məişət mallarının nizamnamə kapitalına qoyulmasına dair auditor rəyi ilə həyata keçirilən əməliyyatın mötəbərliyinə münasibət bildirmədən qeyd edir ki, belə bir eyniliyin təsdiqini tapdığı fərz olunsa, o halda Vergi Məcəlləsinin 16.1.11-6-ci maddəsinə əsasən malların təqdim edilməsi ilə bağlı elektron qaimə-faktura verilməsi kimi qanunun imperativ tələbi yerinə yetirilməmişdir.

12. İddiaçı həmin qərardan kassasiya şikayəti ver ərək qərarın ləğv edilməsini və yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. Kassasiya şikayətinin dəlilləri

13. Kassasiya şikayətində iddia ərizəsində göstərilən dəlillər təkrarlanmış, əlavə olaraq qeyd olunmuşdur ki, Vergi Məcəlləsinin 94-cü maddəsinə əsasən vergi orqanının vergi ödəyicisinin hesablamalarının yanlış olmasını sübut etmə öhdəliyi var. Yalnız bundan sonra əlavə hesablama aparmalıdır. İşin hallarından görünür ki, vergi orqanı heç bir halı sübut edə bilmədiyi halda qiymətləndirmə aparmışdır. İddiaçı vicdanlı vergi ödəyicisi olaraq öz dəlillərini cavabdeh və məhkəmə qarşısında irəli sürmüşdür. Təqdim edilmiş sübutların mötəbərliyi isə heç bir halda şüb hə altına düşmür. Malların dəyərinin şişirdilməsinin sübutlarından biri də odur ki, İddiaçı MMC-nin təsisçisi “xxxx” MMC-də Vergi Cinayətləri Departamenti tərəfindən cinayət işi açılaraq istintaq aparılmış və həmin cinayət işində təsdiq edilmişdir ki, bu malların dəyəri 450.000 manat məbləğindədir və təsisçi payı olaraq İddiaçı MMC-nin nizamnamə kapitalına qoyulmuşdur. Vergi orqanı isə təsisçi payı kimi qoyulan malların dəyərinin 450.000 manat olduğunu təsdiq edərək qeydiyyata almışdır.

14. İddiaçı MMC təsis edilərkən hüquqi şəxsin təsisçisi olan “xxxx” MMC tərəfindən qoyulmuş əmlakların dəyərinin 450.000 manat olması faktı, xx.xx.2017-ci il tarixli audit rəyi və audit rəyinin açıqlaması ilə öz təsdiqini tapır. Hal-hazırda anbarda qalan mal qalığı və vergi orqanı tərəfindən dəyəri artıq he sablanmış mallar, təsisçi tərəfindən nizamnamə kapitalına əmlak şəklində qoyulmuş malların qalığıdır. Belə olan halda qalıq malların dəyərinin 1.731.250.30 manat müəyyən edilməsi və bunun əsasında vergi hesablanması qanunsuzdur.

15. Bunlardan əlavə olaraq Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İstintaq və təhqiqat idarəsinin müstəntiqi tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli cinayət işi üzrə icraata xitam verilməsi barədə qərardan da aydın olur ki, sözügedən malların dəyəri 450.000 manat məbləğindədir və təsisçi payı şəklində İddiaçı MMC-nin nizamnamə kapitalına qoyulmuşdur. Həmin qərar məhkəməyə təqdim edilmişdir.

16. Eyni zamanda cavabdeh vergi orqanı tərəfindən 10-xx xxxxx 2019-cu il tarixləri arasında iddiaçının fəaliyyət göstə rdiyi obyektdə xronometraj keçirmişdir. Həmin dövrdə satılmış malların bir qismi sonradan geri qaytarılmışdır. Yəni faktiki olaraq həmin satışlar ləğv edilmişdir. Lakin buna baxmayaraq vergi orqanı ləğv olunmuş həmin əməliyyatları satış kimi tanımışdır.

17. Bundan əlavə olaraq apellyasiya instansiyası qərar qəbul edərkən, əsasən Vergi Məcəlləsinin 16.1.11-6-cı maddəsinə istinad etmişdir. Həmin dəyişiklik isə Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında xx.xx.2018-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən edilmişdir. Sözügedən qanuna nəzər saldıqda müəyyən edilir ki, apelyasiya instansiyasının istinad etdiyi 16.1.11-6-cı maddə 2019-cu ilin yanvar ayının 1-dən etibarən qüvvəyə minmişdir. b. Kassasiya şikayətinə qarşı etiraz

18. Cavabdehin təqdim e tdiyi kassasiya şikayətinə qarşı etirazın dəlilləri, iddia tələbinə qarşı etirazın dəlilləri ilə eynilik təşkil edir. Əlavə olaraq göstərilmişdir ki, hər iki instansiya məhkəməsi maddi-prosesual hüquq normalarını düzgün tətbiq edərək ədalətli qərar qəbul etmişdir. c. Məhkəmə icraatı iştirakçılarının izahatları

19. İddiaçının vəlili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin olunmasını xahiş etdi.

20. Cavabdehin nümayəndəsi X1 və vəkili Bayramov Abil Nəzir oğlun kassasiya şikayətinin dəlilləri ilə razılaşmadığını bildirərək, apelyasiya instansiyası məhkəməsinin qərarınını ləğv olunmasını xahiş etdilər. TƏTBİQ EDİLƏN HÜQUQ

21. Azərbaycan Respublikası Vergi Məcəlləsi Maddə

23. Vergi orqanlarının hüquqları 23.1. Vergi orqanlar ının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək Maddə

50. Operativ vergi nəzarəti 50.1.12. pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması hallarına nəzarət edilməsi; 50.1.13. malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilməsinə nəzarət edilməsi 50.6. Operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti o rqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edilir. Maddə

58. Vergilərin azaldılmasına və digər vergi hüquqpozmalarına görə maliyyə sanksiyaları 58.8. Səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinə məxsus pul vəsaitlərinin uçotdan yayındırılmasına görə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda, habelə bu Məcəllənin 71-1.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla vergi ödəyicisinin sahibliyində olan mallara dair elektron qaimə-faktura, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab-faktura (invoys), alış aktları və ya bu Məcəllənin 71-2-ci maddəsində göstərilən elektron alış aktları, elektron qaimə-faktura təqdim edilənədək komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı və qaytarılmış mallara dair malların qaytarılması aktı olmadıqda: 58.8.2. malların alışını və ya mədaxilini təsdiq edən bu Məcəllənin 58.8-ci maddəsində nəzərdə tutulan sənədlər olmadıqda – alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların dəyərinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında. Bu maddənin müddəaları istehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən istehsal edilən hazır məhsullara münasibətdə tətbiq edilmir. Maddə

72. Vergi hesabatının tərtib edilməsi və verilməsi qaydası 72.1. Bu Məcəllənin məqsədləri üçün vergi hesabatı vergi bəyannaməsindən ibarətdir. 72.2. Bu Məcəlləyə və ona müvafiq olaraq qəbul edilmiş qanunlara uyğun olaraq vergi hesabatını verməyə borclu olan vergi ödəyiciləri vergi hesabatını bu Məcəllədə göstərilən müddətlərdə müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi formada və yerdə vergi orqanına verməlidirlər. Vergi hesabatları vergi ödəyicisi tərəfindən şəxsən və ya hesabatın təqdim edilməsi təsdiq oluna bilən hər hansı digər üsulla (rabitə təşkilatına təhvil verilməsi və ya müvafiq qanunvericiliyə uyğun olaraq elektron sənəd formasında göndərilməsi də daxil olmaqla) təqdim edilə bilər. 72.5. Bu Məcəllənin 163-cü maddəsində nəzərdə tutulan hallar istisna olmaqla əvvəlki hesabat dövrləri üzrə təqdim edilmiş hesabat lardakı məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlara uyğun olmadığı hallarda vergi ödəyiciləri tərəfindən həmin hesabat dövrü üçün dəqiqləşdirilmiş hesabat təqdim edilməlidir. Dəqiqləşdirilmiş hesabat üzrə büdcəyə ödənilməli vergi məbləği əvvəl təqdim edilmiş hesabat üzrə büdcəyə ödənilməli vergi məbləğindən çox olduqda, əlavə hesablanmış vergi məbləği faizlərlə birlikdə büdcəyə ödənilir, az olduqda isə hesablanmış vergi və faiz məbləğləri azaldılır. Vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş və ya vaxtında təqdim edilməmiş hesabatlar vergi ödəyicisində səyyar vergi yoxlamasının başlandığı günədək təqdim edilə bilər.

22. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə b ilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

23. İnzibati icraat haqqında qanun Maddə

11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə

16. Hüququn tətbiqindən imtinanın qadağan olunması 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Maddə

17. Mütənasi blik prinsipi Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

25. İş üzrə iddiaçı apelyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ 2

6. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı aşağıdakı səbələrə görə ləğv edilib təkrar baxılması üçün göndərilməlidir.

27. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi xx.xx.2019-cu il tarixli operativ vergi yoxlaması qərarı əsasında iddiaçıya məxsus ünvan 4da yerləşən məişət malları mağazasında yoxlama keçirilərkən mağazada 1087 adda mal qalığı aşkar edilmiş, ekspertiza yolu ilə həmin malların dəyəri 750.445 manat məbləğində müəyyən edilmiş, həmin malların 638.535 manat dəyərində olan hissəsinə dair hesabfakturalar təqdim edilmədiyinə görə, malların dəyərinə uyğun olaraq VM-nin 58.8.2-ci maddəsinə əsasən 63.853,50 manat məsuliyyətə cəlb edilməsi barədə qərar verilmişdir.

28. Həmçinin işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından gorunür ki, xx.xx.2019-cu il tarixli operativ vergi yoxlaması qərarı əsasında iddiaçıya məxsus Nərimanov rayonu Teymur Əliyev, məhəllə 1978 ünvanda yerləşən zirzəmidə yoxlama keçirilərkən orada 795 adda mal qalığı aşkar edilmiş, ekspertiza yolu ilə həmin malların dəyəri 1.079.309 manat məbləğində müəyyən edilmiş, bu malların dəyərinə uyğun olaraq VM-nin 58.8.2-ci maddəsinə əsasən xx.xx.2019-cu il tarixli qərarla 107.930,90 manat məbləğdə məsuliyyətə cəlb edilməsi barədə qərar verilmişdir.

29. Cavabdehin qərarlarının qanuniliyini yoxlamış məhkəmələrin mövqeyinə görə, VM-nin 58.8-ci maddəsinin tələbinə görə operativ vergi nəzarəti zamanı vergi ödəyicisinin sahibliyində olan malların alışını təsdiq edən qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab -faktura, idxal mallarına münasibətdə idxal gömrük bəyannaməsi, həmin mallar vergi ödəyicisinin özü tərəfindən istehsal edildikdə isə bu Məcəllənin 130.1-1-ci maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərdən ən azı biri təqdim edilməlidir. İddiaçı tərəfindən bu sənədlər təqdim olunmadığına görə, iddiaçının məsuliyyətə cəlb olunması barədə cavabdehin qərarları qanunauyğun olmuşdur.

30. Məhkəmə kollegiyası, iddiaçının əməllərinin VM-nin 58.8-ci maddəsinin təsiri altına düşdüyü barədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.

31. Belə ki, VM-nin 58.8.2-ci maddəsinin təhlili o nəticəyə gəlməyə əsas verir ki, həmin maddə ilə vergi ödəyicisinin məsuliyyətə cəlb olunması üçün vergi orqanı üç halı müəyyən etməlidir:

1. Vergi ödəyicisinə məxsus olan mallara dai r VM-nin 58.8-ci maddəsində nəzərdə tutulmuş sənədlərin təqdim olunmaması;

2. Həmin malların dəyəri;

3. Bu cür əmələ təqvim ili ərzində neçənci dəfə yol verilməsi.

32. İşin hallarından görünür ki, vergi orqanı tərəfindən müəyyən edilmiş 1-ci və 3-cü hallarla bağlı tərəflər arasında mübahisə yoxdur. Kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, aşkar edilmiş malların dəyəri vergi orqanı tərəfindən düzgün müəyyən edilməmişdir.

33. İddiaçı bu dəlilini onunla əsaslandırır ki, aşkar edilmiş malların tərkibində İddiaçı MMC-nin təsisçilərindən biri olan “xxxx” MMC-nin İddiaçı MMC-yə nizamnamə kapitalı kimi qoyulmuş 450.000 manat dəyərində olan mallar var və həmin malların dəyəri hələ yoxlamadan əvvəl auditor rəyi ilə müəyyən edilmişdir. Həmin malların auditor rəyi ilə müəyyən edilmiş də yəri, cavabdehin təyin etdiyi ekspertiza rəyləri ilə fərqli, yəni daha yüksək məbləğdə müəyyən edilmişdir.

34. İddiaçının bu dəlili həm birinci instansiya məhkəməsində, həm də apelyasiya məhkəməsində baxılarkən irəli sürülmüş, lakin məhkəmələr tərəfindən qəbul edilməmişdir. Məhkəmələr mövqeyini onunla izah etmişlər ki, «malların təhvil-təslim aktı operativ vergi nəzarəti zamanı müəyyən edilmiş 1.717.844 manat məbləğdə sənədi olmayan malların həqiqətən İddiaçı MMC-nin nizamnamə kapitalına qoyulmuş 450.000 manat məbləğdə mallar ilə eyniliyi sübut olunmur. Məhkəmə kollegiyası satış üçün nəzərdə tutulan gündəlik istehlak və məişət mallarının nizamnamə kapitalına qoyulmasına dair auditor rəyi ilə həyata keçirilən əməliyyatın mötəbərliyinə münasibət bildirmədən qeyd edir ki, belə bir eyniliyin t əsdiqini tapdığı fərz olunsa, o halda Vergi Məcəlləsinin 16.1.11-6-ci maddəsinə əsasən malların təqdim edilməsi ilə bağlı elektron qaimə-faktura verilməsi kimi qanunun imperativ tələbi yerinə yetirilməmişdir».

35. Məhkəmə kollegiyası məhkəmənin bu əsaslandırması ilə razılaşmır. Çünki, nizamnamə kapitalı kimi qoyulmuş malların təqdim edilməsinə görə elektron qaiməfakturanın olması vacib olsa belə, maliyyə sanksiyasının məbləği həmin malların dəyərindən asılı olacaqdır. Doğrudur ki, iddiaçı nizamnamə kapitalı kimi müəyyən etdiyi mallara görə də qaimə-faktura təqdim etməlidir. Lakin iddiaçı, bu malların dəyərinin düzgün müəyyən edilməsi kimi hüquqi marağa malikdir.

36. Bu halda iddiaçının dəlilinin həlli üçün araşdırılmalı olan məsələ, iddiaçının istifadəsində olan Nərimanov rayonu Teymur Əli yev, məhəllə 1978 ünvanda yerləşən zirzəmidə aşkar olunan 795 adda və ünvan 4da aşkar olunan 1087 adda malların içərisində auditor tərəfində qiymətləndirilmiş malların olub-olmamasıdır. Bu məqsədlə qeyd olunan siyahılar tutuşdurulmalı, həqiqətən də bu malların eyni mallar olması və əhəmiyyətli dərəcədə fərqli qiymətləndirilməsi müəyyən edilməli, bundan sonra iddiaçının dəlilinə qiymət verilməlidir. Lakin məhkəmələr bu cür araşdırma aparmamış, iddiaçıya da zəruri sübutları təqdim etməyi təklif etməmişdir. Halbuki, İPM-nin 12.2-ci maddəsinə görə məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.

37. İddiaçının kassasiya məhkəməsinə təqdim etdiyi si yahıda, audit rəyində qiymətləndirilmiş malların cavabdeh tərəfindən tərtib olunmuş siyahılarla tutuşdurulmuş siyahısı göstərilmişdir (Həmin malların həm mağazada, həm də anbarda aşkar edilmiş mallara aid olduğu göstərilr). Lakin bu siyahı əsasında araşdırma aparılması kassasiya məhkəməsinin səlahiyyətinə aid deyildir.

38. Göründüyü kimi aşağı instansiya məhkəmələrinin araşdırması, Azərbaycan Respublikası İPM-nin 12-ci maddəsində müəyyən olunmuş işin hallarının tam araşdırılması prinsipinə və 57-ci maddəsində müəyyən olunmuş sübutların araşdırılması qaydalarına cavab vermir.

39. Bu da apelyasiya instansiyası məhkəməsinin qərarının ləğvi üçün əsasdır. Lakin kassatorun iddianın təmin edilməməsi barədə dəlilinin həlli üçün yuxarıda göstərilən xüsusatlar araşdırılmalıdır və bu araşdırma əhəmiy yətli sayda sübutların araşdırılmasını tələb etdiyinə görə kassasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyasının qərarı ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

40. Məhkəmə kollegiyası eyni zamanda bildirir ki, apelyasiya instansiyası məhkəməsi, malların qaytarılması barədə iddiaçının dəlillərini rədd etməkdə haqlı olmuşdur.

41. Ona görə də təkrar araşdırma zamanı məhkəmə, audit rəyində əksini tapmış hansı malların ekspert tərəfindən qiymətləndirildiyini, bu qiymətlərin düzgün müəyyən edilb-edilmədiyini araşdırmalı, bundan asılı olaraq zəruri prosessual hərəkətlər etməli, məhkəmə baxışı zamanı əlavə meydana çıxan hüquqi məsələlərə qiymət verməlidir.

42. Yuxarıda göstərilənlərə və İPM-in 96 və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏ RARA ALDİ İddiaçının kassasiya təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2-1(103)-979/2020 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar