Məhkəmə qərarları › İş №2-1(102)-20/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-20/2024

19.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-20/2024 19.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bələdiyyə qərarı əsasında ayrılmış torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınaraq bu barədə müvafiq çıxarışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1967-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Yevlax rayon X aldan bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 97 nömrəli qərarı ilə ona ayrılmış və xx.xx.2007-ci il tarixli torpaqların alqı-satqısına dair aktla ona satılmış 20 kv.metr torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01 iyun 2023-cü il tarixli, 2-1(107)-243/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Yevlax şəhərinin baş memarının, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax rayon şöbəsinin müdirinin, Elektrik şəbəkəsi idarəsinin rəisinin, gigiyena-epidemiologiya mərkəzinin baş həki minin, 8 saylı ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin rəisinin və Xaldan bələdiyyəsinin sədrinin iştirakı ilə tərtib və təsdiq edilmiş aktda qeyd edilmişdir ki, iddiaçı Yevlax rayon Xaldan bələdiyyəsinə ərizə ilə müraciət edərək sahibkarlıqla məşğul olmaq üçün ona torpaq sahəsinin ayrılmasını xahiş etmişdir. Ərizəsi nəzərə alınaraq ona Xaldan kəndinin cənub-qərb hissəsində sahibkarlıq fəaliyyəti üçün 20 kv.metr torpaq sahəsi müəyyən edilmişdir. Seçilmiş torpaq sahəsi boş və istifadəsiz olmaqla tikinti üçün yararlıdır. Sanitariya və yanğından mühafizə qaydalarına, normalarına cavab verir.

2. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli rəydə qeyd edilmişdir ki, iddiaçıya satılması nəzərdə tutulan torp aq sahəsi 20 kv.metr olmaqla Yevlax rayon Xaldan bələdiyyəsinin mülkiyyətinə aiddir və alqı-satqı predmetidir. Həmin torpaq sahəsi kənd təsərrüfatına şərti yararsız olmaqla həmin məqsəd üçün satılması qanunamüvafiqdir.

3. İddiaçıya satılması nəzərdə tutulan 20 kv.metr torpaq sahəsinə dair tərtib edilmiş yerquruluşu planı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax rayon şöbəsi ilə razılaşdırılmaqla xx.xx.2007-ci il tarixdə Yevlax rayon Xaldan bələdiyyəsi tərəfindən təsdiq edilmişdir.

4. Yevlax rayon Xaldan bələdiyyəsinin xx.xx.2007-cı il tarixli, 97 nömrəli qərarı ilə bələdiyyə mülkiyyətinin alqı-satqı predmeti olan 20 kv.metr torpaq sahəsinin sahibkarlıq məqsədilə iddiaçıya satılması qərara alınmışdır. 5. xx.xx.2007-ci il tarixli, 88 nömrəli kassa mədaxil order inə əsasən, Yevlax rayon Xaldan bələdiyyəsinin xx.xx.2007-cı il tarixli, 97 nömrəli qərarı ilə ayrılmış torpaq sahəsinin satılması müqabilində iddiaçı tərəfindən 30 manat haqq ödənilmişdir.

6. Yevlax rayon Xaldan bələdiyyəsinin xx.xx.2007-cı il tarixli, 97 nömrəli qərarı ilə iddiaçıya satılmış torpaq sahəsinə dair tərəflər arasında xx.xx.2007-ci il tarixdə torpaqların alqı-satqısına dair akt tərtib edilmiş və imzalanıb təsdiq edilmişdir. Həmin akt Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax rayon şöbəsində xx.xx.2007-ci il tarixdə 1739 nömrə ilə qeydiyyata alınmışdır.

7. İddiaçı sözügedən torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarışın verilməsi barədə cavabdehə müraciət etmişdir.

8. Cavabdeh xx.xx.2022-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmiş və imtinanı onunla əsaslandırmışdır ki, iddiaçının təqdim etdiyi sənədlər toplusu (surətlər) ekspertiza edilən zaman məlum olmuşdur ki, torpaq sahəsinin ayrılmasına dair Yevlax rayon Xaldan bələdiyyəsi tərəfindən qəbul edilmiş xx.xx.2007-ci il tarixli, 97 nömrəli qərar əsasında bələdiyyə ilə iddiaçı arasında bağlanmış torpaq sahəsinin alqı-satqısına dair akt 1739 qeydiyyat nömrəsi ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax rayon şöbəsində xx.xx.2007-ci il tarixdə qeydə alınmışdır ki, bu da, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” xx.xx.2007-ci il tarixli, 466-İİİQD nömrəli Azərbaycan Res publikasının Qanunlarının, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin mövcud tələblərinə ziddir. Həmçinin 1739 qeydiyyat nömrəsi ilə qeydə alınmış torpaqların alqı-satqısına dair akt barədə məlumat ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax rayon şöbəsi tərəfindən təhvil verilmiş arxiv materiallarında aşkar olunmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

9. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, Yevlax rayon Xaldan bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 97 nömrəli qərarı ilə ona ayrılmış və xx.xx.2007-ci il tarixli torpaqların alqı-satqısına dair aktla ona satı lmış 20 kv.metr torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2007-cı ildə Yevlax rayon Xaldan bələdiyyəsinə ərizə ilə müraciət edərək sahibkarlıq fəaliyyəti ilə əlaqədar mülkiyyətinə 20 kv.metr torpaq sahəsinin verilməsini və buna dair alqı-satqı aktının tərtib olunmasını xahiş etmişdir. Yevlax şəhərin baş memarının, DTXK-nin Yevlax rayon şöbəsinin müdirinin, Elektrik şəbəkəsi idarəsinin rəisinin, gigiyena-epidemiologiya mərkəzinin baş həkiminin, 8 saylı ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin rəisinin və Xaldan bələdiyyəsinin sədrinin iştirakı ilə tərtib edilmiş aktda iddiaç ıya sahibkarlıq üçün 20 kv.metr torpaq sahəsinin müəyyən edilməsi, həmin sahənin boş və istifadəsiz olmaqla tikinti üçün yararlı olması, sanitariya və yanğından mühafizə qaydaları və normalarına cavab verməsi göstərilmişdir. İddiaçı xx.xx.2007-ci il tarixli, 88 nömrəli qəbzə əsasən, Xaldan bələdiyyəsinin balansına 30 manat pul ödəmişdir. xx.xx.2007-ci il tarixli torpaqların alqı-satqısına dair akta əsasən, Yevlax rayon Xaldan kəndinin ərazisindən 20 kv.m torpaq sahəsinin iddiaçıya satılması təsdiq edilmişdir. İddiaçı cavabdehə müraciət edərək həmin torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq müvafiq çıxarışın verilməsini xahiş etsə də, cavabdeh xx.xx.2022-ci il tarixli məktubla ona imtina cavabı vermişdir.

11. Cavabdeh iddiaya qarşı etirazında imtina məktubundakı dəlil lərə istinad edərək iddianın təmin olunmamasını xahiş etmişdir.

12. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə Yevlax rayon Xaldan bələdiyyəsi üçüncü şəxs qismində adi qaydada məhkəmə icraatına cəlb edilmişdir.

13. Üçüncü şəxs Yevlax rayon Xaldan bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışda qeyd edilmişdir ki, Yevlax rayon Xaldan bələdiyyəsinin xx.xx.2007-cı il tarixli, 97 nömrəli qərarı ilə iddiaçıya sahibkarlıq məqsədilə 20 kv.metr torpaq sahəsi verilmişdir. Sahibkarlıq məqsədilə 20 kv.metr torpaq sahəsi üçün 30 manat pul ödənilmiş və torpağın alqı-satqısına dair akt tərtib edilmişdir.

14. Cavabdehin xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsini n döngə nöqtələri və koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Elektron məlumat bazasında mövcud olan “Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sistemi”nə əsasən iddiaçının naturada göstərdiyi 23,17 kv.metr torpaq sahəsinin təyinatı yaşayış məntəqələrinin torpaqları (ümumi istifadədə olan torpaqlar), uqodiyası tikinti altında olan torpaqlar (şərti yararsız), mülkiyyətçisi Yevlax rayon Xaldan bələdiyyəsidir.

15. Şəki İnzibati Məhkəməsinin (hakim: Fəxri Hacızadə) 24 yanvar 2023-cü il tarixli, 2-1(116)-380/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdehin üzərinə Yevlax rayon Xaldan bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 97 nömrəli qərarı ilə sahibkarlıq məqsədilə iddiaçıya ayrılmış 20 kv.m torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət re yestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyi qoyulmuşdur.

16. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Yevlax rayon Xaldan bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 97 nömrəli qərarı ilə sahibkarlıq məqsədilə iddiaçının mülkiyyətinə verilmiş torpaq sahəsi onun istifadəsində və sahibliyindədir. Mübahisələndirilən torpaq sahəsinin iddiaçıya satılması barədə qərar torpaq sahəsinin sxemi ilə də təsdiq edilir. İddiaçı tərəfindən torpağın dəyəri xx.xx.2007-ci il tarixli qəbzə əsasən Yevlax rayon Xaldan bələdiyyəsinin hesabına ödənilmişdir. Cavabdehin iddiaya qarşı dəlili həmin torpaq sahəsinə dair alqı-satqı aktının tərtib olunmaması ilə bağlı olmuşdur. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.2-ci maddəsinin mübahisəli münasibə tlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, tərəflər arasında torpaqların alqı-satqısına dair aktın tərtib olunmasını nəzərdə tutulsa da, həmin aktın tərtibi və torpaq ayırma qaydasında həyata keçirilən bütün digər proseslər (torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğunluğu barədə müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması) bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin müvafiq alqı-satqı aktı və digər belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərin ə malik deyillər. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə prosedur pozuntularına yol verilməsi yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq alqı-satqı aktının tərtib edilməməsi kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilə nə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi).

17. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

18. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Vəzirxan Məlikov /sədrlik edən və məruzəçi/, Rövşən Rəfiyev və Günay Cavadova) 01 iyun 2023-cü il tarixli, 2-1(107)-243/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

19. Apellyasiya instansiya məhkəməsi birinci instansiyası məhkəməsinin hüquqi mövqeyi il ə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur. Cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla iddiaçının hüquqlarını pozmuşdur. Ona görə də cavabdehin apellyasiya şikayətinin dəlilləri, işin faktiki halları və iş materiallarına əlavə edilmiş sənədlərlə öz təsdiqini tapmır.

20. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

21. Cavabdehin kassasiya şikayətinin əsasını mahiyyətcə onun imtinasının, iddiaya qarşı etirazının və apellyasiya şikayətinin dəlilləri təşkil edir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayəti nə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

23. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 24. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömr əsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 25. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (bələdiyyə qərarı qəbul edilən və torpaqların alqı-satqısına dair akt tərtib edilən tarixlərdə qüvvədə olan redaksiyada) 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunv ericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.5. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqs ədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Maddə 9.6. Bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahələri və onlar üzərində istifadə və icarə hüquqlarına dair alqı-satqı aktı tərtib edilir. 26. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla m əcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə

17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət aza dlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə q ədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır

27. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəs ində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

28. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

29. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

30. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münas ibətlərinə hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.

31. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

32. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

33. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə müvafiq çıxarışın verilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymə tləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

34. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

35. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

36. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi Yevlax rayon Xaldan bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 97 nömrəli qərarı əsasında ona satılmış 20 kv.metr torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə al ınmasına və bu barədə müvafiq çıxarışın verilməsinə nail olmaqdan ibarətdir.

37. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçı Yevlax rayon Xaldan bələdiyyəsinə ərizə ilə müraciət edərək sahibkarlıqla məşğul olmaq üçün ona torpaq sahəsinin ayrılmasını xahiş etmişdir. İddiaçının ərizəsi nəzərə alınaraq, sahibkarlıq fəaliyyəti üçün ona Xaldan kəndinin cənub-qərb hissəsində 20 kv.metr torpaq sahəsi seçilmiş və həmin torpaq sahəsinin boş və istifadəsiz olmaqla tikinti üçün yararlı olduğuna, sanitariya və yanğından mühafizə qayda və normalarına cavab verdiyinə dair aidiyyəti dövlət orqanlarının nümayəndələrinin iştirakı ilə akt tərtib edilmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax rayon şöbəsi tərəfindən həmin tor paq sahəsinin bələdiyyə mülkiyyətinə aid və alqı-satqı predmeti olmasına, eləcə də kənd təsərrüfatına şərti yararsız olmaqla sahibkarlıq məqsədilə satılmasının qanunauyğunluğuna dair xx.xx.2007-ci il tarixli rəy verilmişdir. İddiaçıya satılması nəzərdə tutulan 20 kv.metr torpaq sahəsinə dair tərtib edilmiş yerquruluşu planı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax rayon şöbəsi ilə razılaşdırılmaqla xx.xx.2007-ci il tarixdə Yevlax rayon Xaldan bələdiyyəsi tərəfindən təsdiq edilmişdir. Yevlax rayon Xaldan bələdiyyəsinin xx.xx.2007-cı il tarixli, 97 nömrəli qərarı ilə bələdiyyə mülkiyyətinin alqı-satqı predmeti olan 20 kv.metr torpaq sahəsinin sahibkarlıq məqsədilə iddiaçıya satılması qərara alınmış, iddiaçı tərəfindən bələdiyyənin bank hesabına torpaq sahəsinin dəyəri ödənilmiş, tərəflər arasında xx.xx.2007-ci il tarixdə torpaqların alqı-satqısına dair akt tərtib edilmişdir. Həmin akt Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax rayon şöbəsində xx.xx.2007-ci il tarixdə 1739 nömrə ilə qeydiyyata alınmışdır.

38. İddiaçı sözügedən torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarışın verilməsi barədə cavabdehə müraciət etmişdir. Lakin cavabdeh torpağın alqı-satqısına dair iddiaçının təqdim etdiyi aktın Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax rayon şöbəsində xx.xx.2007-ci il tarixdə qeydiyyata alındığına, həmin tarixdə isə artıq “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunda dəyişiklik edildiyinə və həmin dəyişikliyə əsasən bələ diyyə torpaqlarının özgəninkiləşdirilməsinin alqı-satqı aktı ilə deyil, müvafiq müqavilə ilə rəsmiləşdirildiyinin nəzərdə tutulduğuna, həmçinin sözügedən torpağın alqısatqısına dair akt barədə məlumatın ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax rayon şöbəsi tərəfindən təhvil verilmiş arxiv materiallarında aşkar olunmadığına istinad edərək iddiaçının müraciətinin təmin olunmasından imtina etmişdir.

39. Bununla bağlı qeyd edilməlidir ki, şəxsə torpaq sahəsinin ayrılması ilə bağlı torpaqların alqı-satqısına dair aktın tərtib olunması və ya müqavilənin bağlanması torpaq sahəsinin ayrılması üzrə inzibati icraatın tərkib hissəsi kimi qəbul olunmalıdır. Nəzərə almaq lazımdır ki, torpaq sahəsinin ayrılması ilə bağlı hakimiyyət iradəsi məhz bu barədə qərarda ifadə olunur. Alqı-sa tqı aktı və ya müqavilə həmin qərara əsaslanır, həmin qərarın icrasının və torpaq sahəsinin dəyərinin ödənilməsinin təmin olunması məqsədlərinə xidmət edir.

40. Nəzərə almaq lazımdır ki, torpaq sahəsinin ayrılması üzrə icraat, eləcə də həmin icraat çərçivəsində tərtib edilən torpaqların alqı-satqısına dair akt və ya müqavilə yalnız torpaq sahəsinin ayrılması ilə bağlı suveren iradəni ifadə edən inzibati aktın, yəni qərarın qəbul olunması və icrası məqsədlərinə xidmət edir. İşin faktiki hallarından da görünür ki, iddiaçı tərəfindən bələdiyyənin bank hesabına müəyyən olunmuş məbləğdə vəsaitin ödənilməsi ilə həmin qərarın məqsədlərinə nail olunmuşdur, yəni iddiaçı ilə bələdiyyə arasında müvafiq torpaq sahəsinin alqı-satqısı baş tutmuşdur. Bununla bağlı həm də nəzərə almaq lazımdır ki, məhz ic raatın yekununda qəbul edilən həmin qərar şəxsə münasibətdə hüquqi təsirə malikdir və ona münasibətdə hüquqi nəticə yaradır, yəni ona torpaq sahəsinin ayrılması ilə bağlı məsələni tənzimləyir və həll edir. Başqa sözlə, şəxsə torpaq sahəsinin ayrıldığını, onun həmin sahəyə hüququnun yarandığını müəyyən edən konstitutiv və hüquqmüəyyənedici sənəd qismində məhz həmin qərar çıxış edir. Bu mənada hüququn yaranma anının da həmin qərara bağlı olduğu diqqətə alınmalıdır. 41. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinin tələbləri baxımından, müvafiq icraat nəticəsində qəbul edilmiş yekun qərar-inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsi ni saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Belə yanaşma “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqedən də irəli gəlir. İstinad olunan həmin hüquqi mövqeyə görə, qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək h aqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində qəbul etdikləri inzibati aktlara münasibətdə vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilər yaranmış olsun (bununla bağlı bax: “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarı).

42. Torpaq sahəsinin alqı-satqı aktı institutunun ləğv olunması, onun qeydiyyata alındığı tarixdə qüvvədə olan qanunvericilikdə torpaq sahəsinin alqı-satqısının müqavilə əsasında həyata keçirilməsinin nəzərd ə tutulması ilə bağlı xüsusatlar torpaq sahəsinin ayrılması barədə inzibati aktın hüquqi qüvvəsini və etibarlılığını istisna edən, eləcə də həmin inzibati akta əsaslanan hüququn dövlət qeydiyyatına alınmasından imtinaya səbəb olan hallar kimi qiymətləndirilə bilməz. Belə ki, torpaq sahəsinin alqı-satqısının akt və ya müqavilə formasında həyata keçirilməsi mahiyyət baxımından hüquqmüəyyənedici sənəd olan qərardan irəli gələn, ona əsaslanan və onun icrasına yönəlik hərəkət kimi qəbul edilməlidir. Bu zaman önəmli olan və həlledici əhəmiyyət kəsb edən alqı-satqının həyata keçirildiyi forma deyil, tərəflər arasında alqı-satqının (bunun forma ilə bağlı tələbin pozulmaşı ilə müşayiət olunduğuna rəğmən) baş tutduğuna dair iradə ifadəsidir. Hazırkı mübahisəyə münasibətdə tərəflərin alqı-satqı ilə bağlı iradəsi onların istifadə etdiyi alqısatqı aktında ifadə olunmuşdur. Torpaq sahəsinə görə müəyyən olunmuş vəsaitin Yevlax rayon Xaldan bələdiyyəsinin hesabına ödənilməsi və bu ödənişin bələdiyyə tərəfindən qəbul olunması da tərəflər arasında torpaq sahəsinin alqı-satqısının baş tutduğunun təsdiqi kimi qiymətləndirilməlidir.

43. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, alqı-satqı ilə bağlı forma tələbinə riayət olunmasını, eləcə də torpaq sahəsinin ayrılmasına dair müvafiq materialların arxivə təhvil verilməsini təmin etmək şəxsin deyil, müvafiq səlahiyyətli orqanların məsuliyyət sferasına aiddir. Bu baxımdan qeyd edilən hallar şəxsin ziyanına təfsir oluna və ona münasibətdə neqativ nəticələr doğura bilməz. Həmin hallar yuxarıda istinad edilən normaların mahiyyəti, o cümlədən “Daşın maz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinin tələbləri baxımından iddiaçının hüququnun qeydə alınmasından imtina üçün yetərli əsas sayıla bilməz.

44. Eyni zamanda qeyd edilməlidir ki, sözügedən bələdiyyə qərarı qəbul edilən tarixdə, eləcə də torpaqların alqı-satqısına dair akt tərtib edilən tarixdə cavabdehin istinad etdiyi dəyişiklik hüquqi qüvvədə olmamışdır. Belə ki, “Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının xx.xx.2007-ci il tarixli, 466-İİİQD nömrəli Qanunu xx.xx.2007ci il tarixdə qüvvəyə minmişdir. Bu baxımdan tərtib edildiyi xx.xx.2007-ci il tarixdə qanunla nəzərdə tutulmuş formaya uyğun olan torpaq sahəsinin alqı-satqısına dair aktın Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax rayon şöbəsində xx.xx.2007-ci il tarixdə qeydiyyata alınması həmin aktın qanunauyğunluğunu və mötəbərliyini istisna edə bilməz.

45. Hazırkı mübahisəyə münasibətdə hüququn qeydə alınması üçün tələb olunan hüquqmüəyyənedici sənədlərin mövcudluğu iş üzrə materiallarla təsdiq olunur. Nəzərə alınmalıdır ki, hüquqmüəyyənedici sənəd yalnız onu qəbul etmiş inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların, o cümlədən cavabdehin də davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu, icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir.

46. Məhkəmə kollegiyası qeyd edir ki, etibarlı və hüquqi qüvvəsini saxlayan müvafiq hüquqmüəyyənedici sənədlər əsasında daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasından və hüququn qeydiyyata alınması barədə müvafiq çıxarışın verilməsindən davamlı imtina edilməsinin “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi baxımından inzibati orqanların fəaliyyətinin, habelə onlar tərəfindən qəbul edilən qərarların qanunauyğunluğuna vətəndaşların inam və etimadına ciddi zərbə vurduğu və bu baxımdan yolverilməz olduğu da nəzərə alınmalıdır.

47. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, kassas iya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

48. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01 iyun 2023-cü il tarixli, 21(107)-243/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar