Məhkəmə qərarları › İş №2-1(102)-20/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-20/2025

11.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-20/2025 11.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə tələbinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: gömrük rəsmiləşdirilməsinin aparılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə qarşı “gömrük rəsmiləşdirilməsinin aparılması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzib ati Kollegiyasının 2-1(103)-64/2024 saylı, 25 aprel 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: 1. "xxxx" Şirkəti tərəfindən iddiaçı "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2020-ci il tarixli, 705/2020-07 nömrəli invoysdan görünür ki, “Valaqro Viva”, “Radifarm”, “Valaqro EDTA Cu” adlı (məhsulun İnvoys kodları 31010000, 31010000, ********) məhsullar sifariş edilmişdir.

2. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi X12 İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli, 2200-011/0xx-xx/000227 nömrəli məktuba əlavə edilmiş sənədlərdən görünür ki, “Valaqro Viva” və “Valaqro EDTA Cu” adlı gübrələri ekspertizaya təqdim edilmişdir. 3. xx.xx.2020-ci il tarixl i ekspertiza tədqiqatının nəticəsindən görünür ki, ekspertizanın aparılması və sənədlərin araşdırılması nəticəsində müəyyən olunmuşdur ki, "xxxx" MMC-nin ünvanına 705/2020-07 nömrəli, xx.xx.2020-ci il tarixli invoysun 3 və 7-ci mövqeləri üzrə idxal olunan yük XİF MNə görə aşağıdakı kimi sinifləşdirilir: 3-cü mövqeyi üzrə- “Valaqro EDTA Cu” adlı 15% suda həll olunan EDTA ilə xelat olunmuş mis tərkibli mineral gübrə- XİF MN üzrə kodu 3824 99 960 9; 7-ci mövqeyi üzrə- “Valagro Viva” adlı 3% ümumi azot, 1% üzvi azot, 2% amid azotu, 8% kalium oksid, 8% karbon, 0,02% dəmir tərkibli maye halında üzvi-mineral gübrə- XİF MN üzrə kodu 3105 20 900 0.

4. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 24 noyabr 2021-ci il tarixli, 1400-012/0xx-xx /008479 saylı müraciətindən görünür ki, Bakı Baş Gömrük İdarəsi üzrə cari yoxlamalar zamanı məlum olmuşdur ki, "xxxx" MMC-nin ünvanına 2019-2021-ci illərdə idxal olunan mallara tərtib edilmiş **********3780, **********7609, **********3540, **********9872, **********4897, **********7493 və **********5000 sorğu nömrəli gömrük bəyannamələrində 36-cı qrafada imtiyaz kodu səhv göstərilməklə gömrük rəsmiləşdirilməsi həyata keçirilmişdir, nəticədə sözügedən gömrük bəyannamələri üzrə müvafiq gömrük borcu yaranmışdır. Odur ki, qeyd edilən gömrük bəyannamələri üzrə 149886.00 AZN X22 və 50416.00 AZN dəbbə pulu olmaqla ümumilikdə 200302.00 AZN gömrük borcunun tam şəkildə qısa zaman ərzində dövlət büdcəsinə ödənilməsi tələb olunmuşdur.

5. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi X12 İdarəsinin mə ktubdan görünür ki, "xxxx" MMC-nin 129 saylı, xx.xx.2021-ci il tarixli müraciətinə X15 İdarəsində (MDEİ) baxılmışdır. Bununla əlaqədar bildirilir ki, Bakı Baş Gömrük İdarəsinin 1400 012/0xx-xx/008324 saylı, xx.xx.2020-ci il tarixli müraciətinə əsasən "xxxx" MMC nin ünvanına 705/2020-07 nömrəli, xx.xx.2020-ci il tarixli invoysla idxal olunmuş “Valaqro EDTA Cu” və “Valaqro Viva” adlı malların ekspertizası aparılmışdır və X11 Mal Nomenklaturasına (XİF MN) əsasən sinifləşdirilmişdir. “Valaqro EDTA Cu” adlı mineral gübrənin ekspertizası zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 500 saylı, 17 noyabr 2017-ci il tarixli “Azərbaycan Respublikasının X11 mal nomeklaturası, X16 dərəcələri və X16 dərəcələri”nin təsdiq edilməsi haqqında qərarın 31-ci qrup qeydinə əsasən EDTA ilə xelat olunmuş mis tərkibli gübrə 31-ci qrupda təsnif oluna bilməz. Həmçinin 31-ci qrupun izahnaməsinə əsasən mikroelement əsaslı gübrə 3824 mal mövqeyində sinifləşdirilməlidir. Göstərilənlərə əsasən “Valaqro EDTA Cu” adlı mineral gübrə XİF MN əsasən 3824 99 960 9 alt yarımmövqeyində sinifləşdirilmişdir. “Valaqro Viva” adlı gübrənin isə ekspertizası zamanı onun tərkibində amid azot, üzvi azot, kalium oksid, karbon, dəmir əsaslı üzvi və qeyri-üzvi maddələrin qarışığından ibarət üzvi-mineral gübrə olduğu təyin olunmuş və bu fakt malın markalanması ilə eynilik təşkil edir. Bu əlamətlərə görə də obyekt XİF MN görə 3105 20 900 0 alt yarımmövqeyində sinifləşdirilmişdir. Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 337 saylı, 24 avqust 2017-ci il tarixli, “Azərbaycan Respublikasınd a idxal-ixrac əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli qərarında dəyişiklik edilməsi barədə” Qərara əsasən yalnız 31-ci mal qrupunda sinifləşdirilən gübrələr idxal gömrük rüsumundan azad oluna bilər və Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 164.1.31ci bəndinə əsasən yalnız mineral gübrələr ƏDV ödəməkdən azad edilir. Nəzərlərinə çatdırılır ki, "xxxx" MMC-nin “Valaqro Viva” adlı gübrəni ilk bəyan etdiyi 3101 00 000 0 təsnifat kodu yalnız üzvi gübrəyə aid olduğundan ƏDV vergisindən azad edilmir. Eyni zamanda bildirilir ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 322.1-ci maddəsinə əsasən malların vergidən azad edilməsi Gömrük Ekspertizasının səlahiyyətlərinə daxil deyildir.

6. Azər baycan Qida Təhlükəsizliyi X4 Laborotoriyasının xx.xx.2020-ci il tarixli, 1056-20/A nömrəli və xx.xx.2020-ci il tarixli, 1057-20/A nömrəli sınaq protokollarından görünür ki, tədqiq olunmuş “Yieldon Valaqro (İR 1849/20)”; “Radifarm (İR 1849/20)”; “Viva (İR 1849/20)”; “Plantofol 20-20-20 (İR 1849/20)”; “MC set (İR 1849/20)”; “X23 (İR 1849/20)”; “Brexil Ca (İR 1849/20)”; “Plantafol 5-15 45 (İR 1849/20)”; “Actiwave (İR 1849/20)” nümunələrində müvafiq olaraq ümumi azotun miqdarı, kalium oksidin miqdarı, fosfor oksidin miqdarı, sinkin miqdarı, misin miqdarı parametrlərin yolverilən həddinə uyğundur.

7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 aprel 2022-ci il tarixli, 9/1071 nömrəli ekspert rəyindən görünür ki, xx.xx.2022-ci il tarixdə Məhkəmə Ekspertiza Mərk əzinə xx.xx.2022-ci il tarixli məktubu ilə göndərilmiş, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin 1849/20 nömrəli rəyinə əsasən həmin malların tərkibi aşağıdakı kimi müəyyən olunur: “Valaqro Viva”–sınaq parametrlərinin adı: ümumi azotun miqdarı-tətbiq edilən müayinə (sınaq) metodları: kjeldahl method, parametrlərin yolverilən həddi-3.0, sınaq nəticəsində əldə edilmiş dəyər2.97, sınaq nəticələrinin qiymətləndirilməsi– uyğundur; sınaq parametrlərinin adı: kalium oksidin (K2O) miqdarı (kaliuma (K) görə)- tətbiq edilən müayinə (sınaq) metodları: AAS method, parametrlərin yolverilən həddi-8.0, sınaq nəticəsində əldə edilmiş dəyər-7.7, sınaq nəticələrinin qiymətləndirilməsi-uyğundur; “Valeqro EDTA Cu”-sınaq parametrlərinin adı: misin miqdarı-tətbiq edilən müayinə (sınaq) metodl arı: AAS method, parametrlərin yolverilən həddi-15.0, sınaq nəticəsində əldə edilmiş dəyər-14.4, sınaq nəticələrinin qiymətləndirilməsi-uyğundur. Qeyd olunan xüsusatlara müvafiq aparılmış tədqiqat nəticəsində, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının X11 mal nomenklaturası, X16 dərəcələri və X17 dərəcələri”nə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş malların “**********”, “29224985” göstərilən kodlara uyğunluğu müəyyən edilir.

8. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük Komitəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli, 1400-012/0xx-xx/00953 nömrəli məktubdan görünür ki, onun Bakı Baş Gömrük İdarəsinə ünvanladığı xx.xx.2021-ci il tarixli müraciəti tə rəflərindən araşdırılmışdır. "xxxx" MMC-nin **********9740 sorğu nömrəli gömrük bəyannaməsi təqdim edilmiş 705/2020-07 saylı, xx.xx.2020-ci il tarixli invoys üzrə 3-cü və 7-ci maddələrin X15 idarəsinin 2200 011/003- 24/000227 saylı, xx.xx.2021-ci il tarixli ekspert rəyinə uyğun XİFMN koduna düzəliş edilməsi üçün geri qaytarılmışdır. Müraciətdə qeyd etdikləri 2200-011/003 24/000227 saylı, xx.xx.2021-ci il tarixli ekspert rəyinin ləğv edilməsi Bakı Baş Gömrük İdarəsinin səlahiyyətlərinə aid deyildir. Həmçinin X15 İdarəsinin 2200-011/003- 24/000227 saylı, xx.xx.2021-ci il tarixli ekspert rəyinə uyğun malların tez bir zamanda bəyan olunaraq rəsmiləşdirilməsinin həyata keçirilməsi onlardan tələb olunur.

9. AR X2 EAM 095224R saylı rəyindən görünür ki, AZ-19040131/LAB05 24036-T036 nömrəli protoko ldakı müayinə nəticələri və məhsullar üzərində qeyd edilən etiket məlumatları 0001 və 0002 nömrəli nümunələri üzvi-mineral, 0003 nömrəli nümunəni isə mineral gübrə olaraq qiymətləndirməyə əsas verir.

10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 1 fevral 2024-cü il tarixli, 9/7291 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının X11 mal nomenklaturası, X16 dərəcələri və X17 dərəcələri”nə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş gübrələr aşağıda qeyd edilən alt yarımmövqeylərdə sinifləşdirilir: Valagro Viva-1 litr, Valagro Radifarm-1 litr, Valagro Brexİl Ca-1 kq (heyvan və bitki mənşəli məhsulların qarışdırılması və kimyəvi ema lı ilə əldə edilmiş Kalsiüm kübrəsi), Valagro Yieldon on-10 litr, Valagro Actiwave-1 litr gübrələr, heyvan və bitki mənşəli gübrələr olub, kimyəvi emal ilə əldə edilmiş gübrə-3101 00 000 0, X23- 5 kq (tərkibi mis elementindən ibarət olan gübrə), Valaqro MC Set-1 litr gübrənin tərkibi bitki ekstratları və mikroelementlərdən ibarət olan gübrə- 2922 49 850 0, Valagro Plantofol 20.20.20-1 kq gübrənin tərkibində azotun miqdarı 10 kütlə %-dən çox (20) olduğundan-3105 20 100 0, Valaqro Plantofol 5.15.45- 1 kq gübrələrin tərkibində azotun miqdarı 10 kütlə % dən az (5) olduğundan-3105 20 900

0. İmtiyaz kodlarının müəyyən edilməsi məhkəmə-əmtəəşünaslıq ekspertizasının predmetinə aid deyil. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

11. İddiaçı "xxxx" MMC cavabd eh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 25 sentyabr 2020-ci il tarixli, 705/2020-07 saylı İnvoys əsasında "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasına idxal olunmuş 840 litr “Valaqro Viva” adlı (məhsulun İnvoysdakı kodu **********0111) malın ƏDV-yə cəlb edilmədən gömrük rəsmiləşdirilməsinin aparılmasının cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

12. İddiaçı "xxxx" MMC iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ünvanına 20192021-ci illərdə idxal olunan mallara Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş **********5000, **********7493, **********3780, **********7609, **********3540, ********** 9872 və **********4897 sorğu nömrəli gömrük bəyannamələrində sadalanan malların invoysda göstərilən kodları X11 Mal Nomenklaturası üzrə kodlarla eynilik təşkil etdiyindən və həmin mallar imtiyaza düşdüyündən (“Valaqro Viva”, “Valaqro EDTA Cu”, “Radifarm”,Plantofol 2020 20, MCSet, Brexsil Ca, Plantafol 5-15-45, YieldonValaqro və Actiwave) ƏDV-yə cəlb edilmədən gömrük rəsmiləşdirilməsinin aparılmasının cavabdehə həvalə edilməsi ilə bağlı qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir.

13. İddiaçı "xxxx" MMC iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək 25 sentyabr 2020-ci il tarixli, 705/2020-07 saylı İnvoys üzrə "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasına idxal olunmuş **********9740 nömrəli gömrük bəyannaməsi ndə bəyan edilmiş “Valaqro Viva”, “Radifarm”, “Valaqro EDTA Cu” adlı (məhsulun İnvoys kodları 31010000, 31010000, ********) malların İnvoysda göstərilən kodları X11 Mal Nomenklaturası üzrə kodlarla eynilik təşkil etdiyindən 18% ƏDV-yə cəlb edilmədən gömrük rəsmiləşdirilməsinin aparılmasının cavabdehə həvalə edilməsi ilə bağlı qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir.

14. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC İtaliyanın “Valaqro SPA”dan kənd təsərrüfatı bitkiləri üçün nəzərdə tutulan aqrokimyəvi maddə (Viva, Valaqro EDTA Cu) alaraq Azərbaycan Respublikasına idxal etmişdir. "xxxx" MMC 25 sentyabr 2020-ci il tarixdə **********9740 nömrəli gömrük bəyannaməsində bəyan edilmiş Viva, Valaqro EDTA Cu preparatları laborotoriyaya v erilmişdir. Laborotoriya tərəfindən ekspertizanın aparılması və sənədlərin araşdırılması nəticəsində müəyyən etmişdir ki, "xxxx" MMC-nin ünvanına 705/2020-07 nömrəli, xx.xx.2020-ci il tarixli invoysun 3-cü mövqeyi üzrə “Valaqro EDTA Cu” adlı 15% suda həll olan EDTA ilə xelat olunmuş mis tərkibli mineral gübrə (XİF MN üzrə kodu-3824 99 960 9) və 7-ci mövqe üzrə “Valaqro Viva” adlı 3% ümumi azot, 1% üzvi azot, 2% amid azotu, 8% kalium oksid, 8% karbon, 0,02% dəmir tərkibli maye halında üzvi-mineral gübrə (XİF MN üzrə kodu 3105 20 900 0) olduğunu nəzərə alaraq, vergi tutulmasını (ƏDV) göstərmişdir. Bildirmək istəyirlər ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi idxal edəcəkləri mineral gübrənin idxalına dair 1848/20 və 1449/20 saylı rəylər verilmişdir. Həmin rəylərdə qeyd edi lən mallar mineral gübrə olduğundan ümumilikdə onun adı bu rəydə aqrokimyəvi maddə adı altında (səkkiz adda) göstərilməklə dövlət standartlarına və digər normativ hüquqi aktların tələblərinə cavab verdiyindən “Pestisidlərin, Bioloji Preparatların və X7 Qeydiyyatı Haqqında” Şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 164.1 və 164.1.31-cı malların ixracından başqa, malların təqdim edilməsinin, işlərin görülməsinin və xidmətlərin göstərilməsinin, habelə idxalında mineral gübrələrin, pestidlərin idxalından vergi ödəmədən azad olunması maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri barədə” 20 aprel 2004-cü il tarixli, 58 saylı qərarının “Spesifik gömrük idxal rüsum u dərəcələri advalor gömrük idxal rüsum dərəcələri ilə əvəz edilən malların siyahısı”nın 31-ci qrupuna daxil olan mineral gübrə (XİF MN üzrə kodu 3105 20 900 0; XİF MN üzrə kodu– 3824 99 960 9), yəni Viva, Valaqro EDTA CU preparatları ƏDV-dən azaddır. Lakin laborotoriya tərəfindən həyata keçirilən zamanı aparılan sınaq zamanı aqrokimyəvi maddələr mineral gübrə qanunla mineral gübrə olduğu halda üzvimineral gübrə kimi qeydə alınmış və vergiyə (ƏDV) cəlb edilməsi göstərilmişdir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarında və Vergi Məcəlləsinin müvafiq maddəsində idxal olunan mallar (kodlar üzrə təsnifatda) vergidən (ƏDV-dən) azaddır. Bakı Baş Gömrük İdarəsi Ekspert İdarəsinin həmin mallarla bağlı qəbul etdiyi rəyə istinad edərək, həmin mallara görə MMC-ni vergiyə cəlb edi r. Aqrokimya MMC göstərilən məzmunda Azərbaycan Respublikası Dövlət Gömrük və Bakı Baş Gömrük İdarəsinin Komitəsinə müraciət etmişdir. Müvafiq idarələrdən aldığı cavablardan məlum olur ki, hər iki qurum Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi X12 İdarəsinin rəyinə istinad edərək, gübrənin mineral deyil, üzvi-mineral gübrəyə aid olduğundan ƏDV vergisindən azad oluna bilməz qənaətinə gəlmişlər. Bu baxımdan rəyin ləğv edilməsi ilə bağlı Ekspertiza İdarəsinə müraciət olunmasını bildirirlər. "xxxx" MMC Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi X12 İdarəsinə etdiyi müraciətdə, göstərilən səbəblər əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 aprel 2004-cü il tarixli, 58 saylı Qərarı və Azərbaycan Respublikası Vergi Məcəlləsini rəhbər tutaraq, vergiyə cəlb edilmiş mallarla bağlı X12 İdarəsinin (705/2020-07 nömrəli, xx.xx.2020- ci il tarixli invoysun 3-cü mövqeyi üzrə “Valaqro EDTA Cu” adlı 15% suda həll olan EDTA ilə xelat olunmuş mis tərkibli mineral gübrə (XİF MN üzrə kodu-3824 99 960 9) və 7-ci mövqe üzrə “Valaqro Viva” adlı 3% ümumi azot, 1% üzvi azot, 2% amid azotu, 8% kalium oksid, 8% karbon, 0,02% dəmir tərkibli maye halında üzvi-mineral gübrə (XİF MN üzrə kodu 3105 20 900 0) qəbul etdiyi rəyin ləğv edilməsini və rəydə göstərilən malların vergidən azad olunmasına dair qərar qəbul edilməsini göstərmişdi. Lakin ekspertiza idarəsinin cavab məktubunda Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 322.1-ci bəndinə istinad edərək vergidən azad edilməsi Gömrük Ekspertizasının səlahiyyətinə daxil olmadığını və aparılmış ekspertizanın düzgün olduğunu və ləğvi nə dair heç bir əsaslandırılmış səbəb olmadığını qeyd etmişdir. Qeyd olunmalıdır ki, “Valaqro Viva” adlı gübrəni bəyan etdiyi 3101 00 000 0 təsnifat kodunda- “Bir-biri ilə qarışdırılmış və ya qarışdırılmamış, kimyəvi emal edilmiş və ya emal edilməmiş heyvan və ya bitki mənşəli gübrələr; heyvan və ya bitki mənşəli məhsulların qarışdırılması və ya kimyəvi emalı ilə əldə edilmiş gübrələr aid olması göstərilmişdir. Məktubda isə 3101 00 000 0 təsnifat kodu yalnız üzvi gübrəyə aid olduğundan ƏDV vergisindən azad edilməməsi göstərilmişdir. Lakin həmin təsnifat kodu (3101 00 000 0) Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələrinə aid edilmişdir, ƏDV-yə deyil. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 337 saylı, 24 avqust 2017-ci il tarixli, “Azərbayca n Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli, 91 nömrəli qərarında dəyişiklik edilməsi barədə” Qərara əsasən idxal gömrük rüsumundan azad oluna bilən 31-ci qrupda sinifləşdirilən “gübrələr” ifadəsi öz əksini tapmışdır. Bu gübrələr sırf gömrük rüsumuna aid edilməsidir. ƏDV-yə cəlb olunması ilə bağlı isə hər hansı bir normativ akt yoxdur. Ümumilikdə mineral və həm də üzvi-mineral gübrələr “Gübrələr” sinfinə aid edilir. Lakin cavabdeh tərəf Azərbaycan Respublikası Vergi Məcəlləsinin 164.1.31-ci maddəsinə istinad edərək gətirilən malın mineral deyil, rəyə əsasən üzvi-mineral gübrə olduğundan vergiyə cəlb olunmasını tələb edir. Qeyd edilən maddədə isə göstərilir ki, əsasən miner al gübrələrin, pestisidlərin idxalı və satışını həyata keçirən müvafiq qurumlar vergi ödəmədən azaddır. "xxxx" MMC-nin gətirdiyi malın tərkibində mineral və həm də üzvi gübrə vardır. Qanunla isə üzvi-mineral gübrələrin ƏDV-yə cəlb olunması ilə bağlı hər hansı bir müddəa da yoxdur. Bu baxımdan üzvi-mineral gübrə “Gübrələr” sinfinə aid edildiyindən “Aqrokimya" MMC tərəfindən gətirilən “Valaqro Viva” adlı gübrənin tərkibində eyni zamanda mineral gübrə olduğundan (rəyə əsasən) ƏDV-yə cəlb edilə bilməz. Vergiyə cəlb olunma qanunla və ya normativ aktlarla tənzimlənir. Lakin bununla bağlı hər hansı bir tənzimlənmə yoxdur. Azərbaycan Respublikası Vergi Məcəlləsində mineral gübrə göstərilməsinə görə müvafiq icra qurumu qanunu şərh edərək, üzvi-mineral gübrə adı olmadığı səbəbindən gətirilən malın Ə DV-yə cəlb olunması qərarına gəlmişdir.

15. Bakı İnzibati Məhkəməsinin 8 dekabr 2022-ci il tarixli, e-2-1(112)-754/2022 nömrəli qərarı ilə (hakim Ş.A.Həsənova) iddia tələbinin təmin edilməsi, 25 sentyabr 2020ci il tarixli, 705/2020-07 saylı İnvoys üzrə "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasına idxal olunmuş **********9740 nömrəli gömrük bəyannaməsində bəyan edilmiş “Valaqro Viva”, “Radifarm”, “Valaqro EDTA Cu” adlı (məhsulun İnvoys kodları 31010000, 31010000, ********) malların İnvoysda göstərilən kodları X11 Mal Nomenklaturası üzrə kodlarla eynilik təşkil etdiyindən 18% ƏDV-yə cəlb edilmədən gömrük rəsmiləşdirilməsinin aparılmasının cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə həvalə edilməsi, aparılmış tədqiqatın dəyəri 100 (yüz) manat cavabdeh Bakı Baş Gömrük İdarəsindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin hesabına (Büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsini kodu: 3, X5, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ**********0000003944 SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34OTRE********************) ödənilməsi qərara alınmışdır.

16. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, XİF MN üzrə 3824 99 960 9 kodu altında “––––– başqa yerdə adları çəkilməyən və ya daxil olunmayan, əsasən üzvi birləşmələrdən ibarət olan kimyəvi məhsullar və ya preparatlar: alt mövqeyində “–––––– digərləri o cümlədən: əsasən N, N-dialkil (metil, etil, n-propil və ya izopropil)-2xloretilaminlərdən və ya onların protonlaşdırılmış duzlarından ibarət olan qarışıqlar; əs asən N, N-dialkil (metil, etil, n-propil və ya izopropil)-2-aminoetanollardan və onların protonlaşdırılmış duzlarından ibarət olan qarışıqlar; əsasən N, N-dimetil-2-aminoetanoldan və ya N, N-dietil-2-aminoetanoldan və ya onların protonlaşdırılmış duzlarından ibarət olan qarışıqlar; əsasən N, N-dialkil(metil, etil, n-propil və ya izopropil) aminoetan-2-tiollardan və ya onların protonlaşdırılmış duzlarından ibarət olan qarışıqlar” nəzərdə tutulur. XİF MN üzrə 3105 20 900 0 kodu altında isə “Tərkibində azot, fosfor və kalium kimi iki və ya üç qida elementi olan mineral və kimyəvi gübrələr; digər gübrələr; həb və ya analoji formalarda və ya brutto-çəkisi 10 kq dan çox olmayan qablaşmalarda bu qrupun malları: alt mövqeyində “–– digərləri” nəzərdə tutulur. Azərbaycan Respublikası Ədliyyə Nazirli yi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 9/1071 nömrəli rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, aparılmış tədqiqat nəticəsində təqdim edilmiş malların “**********”, “29224985” göstərilən kodlara uyğunluğu müəyyən edilir. Hazırki iş üzrə məhkəmə qərardadı əsasında keçirilmiş ekspertiza üzrə alınmış rəydə əks olunan məlumatlar şübhə doğurmamış, bu məlumatların mötəbərliyini təkzib edən hallar cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilməmişdir. Bu səbəbdən ekspert rəyində olan məlumatlar hazırki iddia tələbi üzrə əhəmiyyət kəsb edən sübut qismində çıxış edir. Ona görə də məhkəmə iş üzrə verilmiş xx.xx.2022-ci il tarixli, 9/1071 nömrəli ekspert rəyini digər sübutlarla yanaşı qiymətləndirərək həmin rəyi iş üzrə əsas sübut növü kimi qəbul edir. Belə olan halda iddiaçı tərəfindən idxal edilmiş 25 sentyabr 2020-ci il tarixli, 705/2020-07 saylı İnvoys üzrə “Valaqro Viva”, “Radifarm”, “Valaqro EDTA Cu” adlı (məhsulun İnvoys kodları 31010000, 31010000, ********) malların İnvoysda göstərilən kodları X11 Mal Nomenklaturası üzrə kodlarla eynilik təşkil edir. Məhkəmə həmçinin cavabdeh inzibati orqan tərəfindən aparılmış inzibati icraat çərçivəsində istinad edilən X12 İdarəsinin verdiyi xx.xx.2020-ci il tarixli ekspert rəyi ilə bağlı bildirir ki, sözügedən rəy formal şəkildə əsaslandırılmış, tədqiqatın aparıldığı instrumental vasitələr tam açıqlanmamış və rəyi verən orqanla cavabdeh orqanın eyni mərkəzi icra hakimiyyəti orqanına tabe olunmaları da nəzərə alınmaqla qeyd olunanlar rəyin mötəbərliyini şübhə altına qoyur. 25 sentyabr 2020-ci il tarixli, 705/2020-07 saylı İnvoys üzrə "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasına idxal olunmuş **********9740 nömrəli gömrük bəyannaməsində bəyan edilmiş “Valaqro Viva”, “Radifarm”, “Valaqro EDTA Cu” adlı (məhsulun İnvoys kodları 31010000, 31010000, ********) malların İnvoysda göstərilən kodları X11 Mal Nomenklaturası üzrə kodlarla eynilik təşkil etdiyindən həmin mallar 18% ƏDV-yə cəlb edilmir. Belə olan halda cavabdeh inzibati orqan tərəfindən iddiaçının idxal etdiyi həmin mallara gömrük rəsmiləşdirilməsi 18% ƏDV tətbiq edilmədən aparılmalı idi. Ona görə də cavabdehin imtinası qanuna zidd sayılmalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.

17. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbin in təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

18. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-64/2024 saylı, 25 aprel 2024-cü il tarixli qərarı ilə (sədrlik edən: A.P.Oruczadə, hakimlər: E.Ə.Əliyev və G.M.Abbasova) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 754/2022 saylı, 08 dekabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

20. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyası Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 164.1.31-ci maddəsi ilə mineral gübrələrin, pestisidlərin idxalın və satışının ƏDV-dən azad edilməsi ilə bağlı müddəanı şərh edərək və həmin Məcəlləyə zidd olaraq üzvi-mineral gübrələrin də X21 azad olması qənaətinə gəlmişdir. Həmçinin iş materiallarında olan invoysda və Ədliyyə nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspertinin verdiyi rəydə göstərilən 31010000 təsnifat kodu “Bir-biri ilə qarışdırılmış və ya qarışdırılmamış, kimyəvi emal edilmiş və ya emal edilməmiş heyvan və ya bitki mənşəli gübrələr, heyvan və ya bitki mənşəli məhsulların qarışdırılması və ya kimyəvi emalı ilə əldə edilmiş gübrələr” kimi təsvir edilir. Bununla müəyyə n olunur ki, həmin təsnifat kodunda olan malların gömrük dəyəri 096 gömrük rüsumuna cəlb edilsə də, Vergi Məcəlləsinin 164.1.31-ci maddəsi ilə mineral gübrələrin, pestisidlərin idxalı və satışını ƏDV-dən azad edildiyi üçün və həmin mallar da üzvi-mineral gübrə olduğu üçün ƏDV-yə cəlb edilməlidir. X12 İdarəsinin müvafiq rəylərini və yuxarıda göstərilənləri nəzərə alaraq cavabdeh tərəfindən iddiaçının ünvanına 2019-2021-ci illərdə idxal olunmuş gübrələrə görə tərtib edilmiş və rəsmiləşdirilmiş **********5000, **********7493, **********3780, **********7609, **********3540, **********9872 və **********04897 sorğu nömrəli gömrük bəyannamələrinin 36-cı qrafasında imtiyaz kodunun düzgün bəyan edilmədiyi aşkar edilmişdir və nəticədə qeyd olunan gömrük bəyannamələri üzrə 149886.00 AZN X22, 50416. 00 AZN dəbbə pulu olmaqla ümumilikdə 200302.00 AZN gömrük borcunun dövlət büdcəsinə ödənilməsi barədə iddiaçının ünvanına bildirişlər göndərilmişdir. Məhkəmə kollegiyasına bu barədə məlumat verilməsinə baxmayaraq kollegiya qeyd edilən faktı da araşdırmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. İddiaçı kassasiya şikayətinə qarşı etirazda bildirmişdir ki, Bakı Apellyasiya məhkəməsində ekspertlərdən alınan izahatdan məlum olur ki, gübrələrin kodunun müəyyən edilməsi markalanmalarına və sənədlərə əsasən müəyyən edilir, malların tərkibinin müəyyən edilməsi ilə bağlı ekspertizanın hansı formada aparılmasını ekspert özü müəyyən etmişdir, ekspert qarşısında belə bir sual qoyulmamışdır. Buradan məlum olur ki, cavabdeh quruma tabe olan ekspert idarəsi tələb olunmayan suallara cava blar hazırlayaraq əsassız ekspertiza rəyi hazırlayırlar. Bakı İnzibati və Bakı Apellyasiya məhkəmələri tərəfindən aparılan ekspertizaların nəticəsi olaraq rəylər məhkəməyə təqdim edilmiş və məhkəmə son nəticəyə gələrək qərar qəbul etmişdir. Bu qərar əsaslıdır və qüvvədə qalmalıdır. Belə ki, keçirilən məhkəmə prosesləri dinləmələrində və aparılmış ekspertiza rəylərində Azərbaycan Respublikası Vergi Məcəlləsinin 164.1. və 164.1.31-ci və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri” barədə 20 aprel 2004-cü il tarixli, 58 saylı Qərarını rəhbər tutaraq, Bakı Baş Gömrük İdarəsini iddia tələbində göstərilən malların ƏDV-yə cəlb edilmədən gömrük rəsmiləşdirilməsi aparılmalıdır. Cavabdeh kassasiya şikay ətində qeyd edir ki, Məhkəmə Kollegiyasına 2019-2021-ci il tarixlərdə gömrük bəyannamələrinin 36-cı qrafasında imtiyaz kodunun düzgün bəyan edilməməsi və qeyd olunan gömrük bəyannamələri üzrə gömrük borcunun dövlət büdcəsinə ödənilməsi barədə məhkəmə kollegiyasına məlumat verilsə də kollegiya faktı araşdırmamışdır. Bakı Baş Gömrük İdarəsi özünü sığortalamaq məqsədilə və iddiaçını çətin duruma salmaq məqsədilə heç bir qanuni əsası olmadan 20 noyabr 2021-ci il tarixli, 1400-012/004 24/006173 saylı və 24 noyabr 2021-ci il tarixli, 1400-012/0xx-xx/008479 saylı müraciət ünvanlamışdır. Belə ki, birinci və ikinci müraciətdə göstərilir ki, (eyni məzmunlu olduğundan). “Bakı Baş Gömrük İdarəsi üzrə cari yoxlamalar zamanı məlum olmuşdur ki, "xxxx" MMC-nin ünvanına 2019-2021-ci illərdə idxal olunan ma llara tərtib edilmiş **********3780, **********7609, **********3540, **********9872, **********4897, **********7493 və **********5000 sorğu nömrəli gömrük bəyannamələrində 36-cı qrafada imtiyaz kodu səhv göstərilməklə gömrük rəsmiləşdirilməsi həyata keçirilmişdir, nəticədə sözügedən gömrük bəyannamələri üzrə müvafiq gömrük borcu yaranmışdır.” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının X11 Mal Nomenklaturası, X16 Dərəcələri və X17 X13 X1 X14 "xxxx" MMC-nin idxal etdiyi mallar üzrə kodlar göstərilmişdir. Bu kodlar həmin malların ayrılmaz hissəsi olan müvafiq sənədlərdə öz əksini tapmışdır. Bu malların tərkibinin malın üzərində olan təsnifata uyğunluğunu isə Azərbaycan Qida Təhlükəsizliyi X4 Labora toriyasının 12 noyabr 2020-ci il tarixli, 1056-20/A və 13 noyabr 2020-ci il tarixli, 1057-20/A saylı Sınaq protokolunda öz əksini tapmışdır. Belə ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi idxal edəcəyimiz mineral gübrənin idxalına dair 1848/20 və 1849/20 saylı rəylər verimişdir. Həmin rəylərdə qeyd edilən mallar mineral gübrə olduğundan ümumilikdə onun adı bu rəydə aqrokimyəvi maddə adı altında (səkkiz adda) göstərilməklə dövlət standartlarına və digər normativ-hüquqi aktların tələblərinə cavab verdiyindən “Pestisidlərin, Bioloji Preparatların və X7 Qeydiyyatı Haqqında” Şəhadətnamə verilmişdir. Eyni zamanda həmin rəylərdə göstərilir ki, “Preparat baxış keçirilməsi üçün Sumqayıt r/b-nə (Ə.Abuzərli) nümunələrin götürülməsi və analiz olunub müvafiq Toksikoloji Rəyin verilməsi üçün AQTİ-nin X6 Kompleks Müayinələr laboratoriyasına təqdim olunmalıdır. Laboratoriya nəticələri normallara uyğun olduqdan sonra təyinatı üzrə istifadə edilə bilər.” Rəydən çıxış edərək, preparatlar Azərbaycan Qida Təhlükəsizliyi X4 Laboratoriyasına verilmiş və 18/48/20 saylı rəy üzrə 13 noyabr 2020-ci il tarixdə 1057-20/A saylı Sınaq protokolu tərtib edilmişdir. Protokolda sınaq üçün götürülmüş mallar bunlardır: Radifarm(İR 1848/20): VİVA(İR 1848/20): Plantofol 20-20-20(İR 1848/20): MC Set (İR 1848/20): Valaqro EDTA CU(İR 1848/20): Brexsil Ca (İR 1848/20): Plantafol 5-15-45 (İR 1848/20): Activvave(İR 1848/20). Aparılmış sınağın nəticəsi olaraq laboratoriyanın tərtib etdiyi cədvəlin bütün bəndlərində idxal edilmiş bütün adı çəkilən mallar(eyni zamanda 7-ci bənd daxil olmaqla) sınaq nəti cələrinin qiymətləndirilməsinə əsasən uyğundur. Sınaq protokolunda iddia edilən malların tərkibi onun təqdim edilmiş sənədlərdə göstərilən tərkib təsnifatına uyğun olduğundan X11 Mal Nomenklaturası üzrə kod verilmişdir. “Azərbaycan Respublikasının X11 mal nomenklaturası, X16 dərəcələri və X17 dərəcələri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 noyabr 2017-ci il tarixli, 500 saylı qərarına əsasən: “Malların Təsviri və Kodlaşdırılması üzrə Harmonikləşdirilmiş Sistem haqqında” Beynəlxalq Konvensiyaya və göstərilən X3 qoşulmaq barədə” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, X11 mal nomenklaturası (XİFMN) üzrə kodların X10 yeni variantına uyğunlaşdırılması məqsədilə və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Gömrük Məcəlləsini n təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli Fərmanının 28.5-ci və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” 2013-cü il 4 iyul tarixli 936 nömrəli Fərmanının 3.2-ci bəndlərinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alaraq, “Azərbaycan Respublikasının X11 mal nomenklaturası, X16 dərəcələri və X17 dərəcələri” təsdiq edilmişdir. Gömrük bəyannaməsinin 36-cı qrafasındakı imtiyaz kodu mala verilmiş koda əsasən yazılır. Yəni qrafa gömrük ödənişləri üzrə imtiyazlar təsnifatına uyğun imtiyazın kodu göstərilir. İmtiyaz olmadıqda “000” yazılır. X11 Mal Nomenklaturası üzrə kod “Malların təsviri və kodlaşdırılması üzrə harmonikləşdirilmiş sistem haqqında” Beynəlxalq Konvensiy aya və göstərilən X3 Azərbaycan Respublikası Qanununa əsasən 2 may 2000-ci il (872-İQ saylı) tarixdə qoşulmuşdur. Azərbaycan Respublikasının qoşulduğu Beynəlxalq Konvensiyanın 3-cü, “Malların təsviri və kodlaşdırılması üzrə harmonikləşdirilmiş sistem haqqında” maddəsində göstərilir: “fa) Hər bir Razılığa gələn Tərəf öhdəsinə götürür ki, bu maddənin (s) bəndində qeyd edilən hallar istisna olmaqla, onun gömrük-tarif və statistika nomenklaturaları bu Konvensiyanın qüvvəyə mindiyi tarixdən etibarən Harmonikləşdirilmiş Sistemə uyğun olacaq. Bununla da, o, özünün gömrük-tarif və statistika nomenklaturalarına münasibətdə (бј) Harmonikləşdirilmiş Sistemin bütün başlıqlarını və yarımbaşlıqlarını, heç bir əlavə və dəyişiklik etmədən, onlara aid rəqəmli kodlarla birlikdə istifadə etməyi, (ii) Harmoni kləşdirilmiş Sistemin şərhi üçün Ümumi Qaydaları, habelə bölmə, fəsil və yarımbaşlıqlara aid bütün qeydləri tətbiq etməyi və Harmonikləşdirilmiş Sistemin bölmə, fəsil, başlıq və ya yarımbaşlıqlarının əhatə dairəsini dəyişməməyi, və dii) Harmonikləşdirilmiş Sistemdə göstərilmiş rəqəmlər ardıcıllığına əməl etməyi öhdəsinə götürür.” Azərbaycan Respublikası qüvvədə olan Qanunları və dövlətin qoşulduğu Beynəlxalq Konvesiyalardan görünür ki, "xxxx" MMC tərəfindən idxal edilmiş malların invoys kodları X11 Mal Nomenklaturası üzrə olan kodlarla eynilik təşkil edir, imtiyaza düşür və ƏDV-yə cəlb edilməməlidir. Yəni, **********5000, **********7493, Öl **********80, **********7609, **********3540, **********9872 və **********4897 sorğu nömrəli gömrük bəyannamələrində olan malların invoyslarındakı kodl ar X11 Mal Nomenklaturası üzrə olan kodlarla eynilik təşkil edir. Bu da həmin malların imtiyaza düşməsi üçün əsasdır. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin kassasiya şikayətinin təmin edilməməsi və Bakı Apellyasiya Məhkəməsinin 25 aprel 2024-cü il tarixli, 2-1(103)-64/2024 saylı qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

23. Azərbaycan Respublikası Gömrük Məcəlləsi: Maddə 102.1. Gömrük rəsmiləşdirilməsi bu Məcəllə və gömrük işi üzrə digər qanunvericilik aktları ilə müəyyən edilmiş qaydada aparılır. Maddə 102.2. Gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi və sürətləndirilməsi məqsədi ilə bağlanılan beynəlxalq müqavilələrə uyğun olaraq, bir sıra dövlətlərdə gömrük rəsmiləşdirilməsi üçün nəzər də tutulan gömrük sənədlərindən istifadə edilə bilər. Maddə 103.1. Gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsinin xüsusiyyətləri aşağıdakılardan asılı olaraq fərqləndirilir: 103.1.1. gömrük sərhədindən keçirilən malların kateqoriyasına görə; 103.1.2. gömrük sərhədindən keçirilmə üçün istifadə olunan nəqliyyat vasitəsinin növünə görə; 103.1.3. malları keçirən şəxsə görə. Maddə 103.2. Malların mənşəyindən, göndərilmə və təyinat ölkəsindən asılı olmayaraq, gömrük rəsmiləşdirilməsi eyni qaydada həyata keçirilir. Maddə 104.1. Gömrük rəsmiləşdirilməsi bəyannaməçinin gömrük orqanına konkret malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı bəyannamə və ya müvafiq sənədləri təqdim etdiyi, yaxud bu Məcəllədə nəzərdə tutulmuş hallarda gömrük rəsmiləşdirilməsini həyata keçirmə k barədə niyyətini şifahi formada gömrük orqanına bildirdiyi vaxtdan başlanır. Maddə 218.1. Malların idxalı və ixracı üzrə gömrük rüsumları gömrük tarifinə əsaslanır. Malların idxalı və ixracı ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş digər tədbirlər bu malların tarif təsnifatına uyğun olaraq tətbiq olunur. Maddə 218.2. Gömrük tarifi aşağıdakılar əsasında müəyyən edilir: 218.2.1. X11 mal nomenklaturası; 218.2.2. tamamilə və ya qismən X11 mal nomenklaturasına əsaslanan və malların ticarəti ilə bağlı tarif tədbirlərinin tətbiqi məqsədilə xüsusi sahələri tənzimləyən qanunvericilik aktları ilə müəyyən edilmiş digər nomenklatura; 218.2.3. xarici iqtisadi X1 əhatə etdiyi mallara tətbiq olunması nəzərdə tutulan avtonom və ya konvensiya idxal gömrük rüsumları; 218.2.4. müəyyən ölkələrlə, yaxud b eynəlxalq təşkilatlarla bağlanılmış beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş preferensial tarif tədbirləri; 218.2.5. müəyyən ölkələrə, yaxud beynəlxalq təşkilatın üzv ölkələrinə münasibətdə birtərəfli qaydada qəbul edilən preferensial tarif tədbirləri; 218.2.6. müəyyən mallar üzrə gömrük rüsumlarının azaldılmasını, yaxud gömrük rüsumlarından azadedilməni təmin edən tədbirlər; 218.2.7. müəyyən malların xüsusiyyətləri, yaxud son istifadəsi ilə əlaqədar olaraq, bu Məcəllə və müvafiq qanunvericiliklə müəyyən edilmiş güzəştli tarif rejimi; 218.2.8. kənd təsərrüfatını, ticarəti və başqa sahələri tənzimləyən qanunvericiliklə müəyyən edilmiş digər tarif tədbirləri. Maddə 219.1. Malların tarif təsnifatı gömrük rüsumları, vergilər, malların idxalı və ixracı üzrə qadağalar və məhdudiyyətlər barədə m əlumat toplusundan ibarətdir. Maddə 219.2. Gömrük orqanları gömrük rüsumlarının və qanunvericilikdə nəzərdə tutulmuş vergilərin tətbiqində malların tarif təsnifatından istifadə edirlər. Maddə 225.1. Gömrük rüsumları bəyan edilən malların yerləşdirilməsi üçün seçilmiş gömrük prosedurunun tələbləri əsasında, normativ hüquqi aktlara uyğun olaraq tətbiq olunur. Maddə 225.2. Konkret mallar üzrə gömrük rüsumlarının dərəcələrini müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Gömrük rüsumlarının dərəcələri rəsmi nəşrlərdə dərc olunur və müvafiq icra hakimiyyəti orqanlarının rəsmi internet saytlarında yerləşdirilir. Maddə 225.3. Mallar üzrə tarif güzəştləri, gömrük rüsumlarından azad edilmə, tarif preferensiyalarının və güzəştlərinin verilməsi halları və qaydaları “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa və müvafiq icra hakimiyyəti orqanının normativ hüquqi aktlarına uyğun olaraq tənzimlənir. Maddə 227.1. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə (bundan sonra- Vergi Məcəlləsi) uyğun olaraq gömrük orqanları tərəfindən bu Məcəllənin 228-230-cu maddələrində göstərilən vergilər alınır. Maddə 227.2. Gömrük orqanları tərəfindən alınan vergilərin ödəyiciləri, vergilərin hesablanması və ödənilməsi qaydaları, vergilərdən azadedilmə, ödənişlərə möhlət verilmə və onların qaytarıldığı hallar və qaydalar bu Məcəllə və Vergi Məcəlləsi ilə tənzimlənir. Maddə

228. Gömrük ərazisinə gətirilən və bu ərazidən aparılan mallara X22 bu Məcəlləyə və Vergi Məcəlləsinə uyğun olaraq tətbiq edilir. Maddə 319.1. X11 mal nomenklaturası-malların qrupunu, mövqeyini, yardımçı mövqeyini, alt yardımçı mövqeyini rəqəm işarəsi və ya rəqəm işarələri qrupu (kodlar) şəklində özündə birləşdirən təsnifatdır. Maddə 319.2. Xarici iqtisadi X1 şərh etmə qaydaları və istənilən təsnifatlandırma səviyyəsindəki mövqelərə dair şərhlər (qeydlər) xarici iqtisadi X1 ayrılmaz hissəsidir.Maddə 319.3. X11 mal nomenklaturasından tarif və qeyri-tarif tədbirlərinin tətbiqi və xarici ticarətin gömrük statistikasının aparılması üçün istifadə edilir. Maddə 319.4. Azərbaycan Respublikasında istifadə edilən X11 mal nomenklaturası X8 malların təfsiri və kodlaşdırılmasının Harmonikləşdirilmiş Sisteminə, X18 Edilmiş Sisteminə və X9 X11 vahid mal nomenklaturasına uyğun olmalıdır. Maddə 319.5. X11 mal nomenklaturasını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 321.1. Mallar bəyan edilərkən malların təsn ifatı aparılır, yəni malların X11 mal nomenklaturasında kodu (kodları) müəyyən olunur. Maddə 321.3. Bəyan edilən malların X11 mal nomenklaturası üzrə kodu bəyannaməçi tərəfindən düzgün göstərilmədikdə, gömrük orqanları həmin malları sərbəst təsnifatlandırma hüququna malikdirlər. Maddə 321.4. Malların təsnifatını apararkən, gömrük orqanları X11 mal nomenklaturasına uyğun olan malların kodlarından istifadə edirlər. Malı müşayiət edən sənədlərdə göstərilən məlumatlar, habelə ekspertiza fəaliyyətini həyata keçirən müəssisələr tərəfindən verilən ekspertiza aktları, arayışlar, rəylər yardımçı informasiya xarakteri daşıyır və malların təsnifatı zamanı nəzərə alınır.

24. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 164.1. Malların ixracından başqa, malların təqdim edilməsinin, işlər görülməsi nin və xidmətlər göstərilməsinin aşağıdakı növlərindən, habelə idxalın aşağıdakı növlərindən ƏDV tutulmur: 164.1.31. siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən mineral gübrələrin, pestisidlərin idxalı və satışı; (hazırda qüvvədə olan redaksiyada) 164.1.31. mineral gübrələrin, pestisidlərin idxalı və satışı; (xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiya).

25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

14. Sübut etmə vəzifəsi 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pros essual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, də yişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

26. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

27. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Məhkəmə koll egiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

29. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab ol unur.

30. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi gömrük rəsmiləşdirilməsinin aparılması ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

31. Bununla belə, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

32. Hazırkı işin apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı "xxxx" MMC tərəfindən İtaliya Respublikasından idxal edilmiş “Viva” və “Radifarm” adlı mallar “3101 00 000 0” kodu, “X23” adlı mal isə “2922 4985” kodu ilə iddiaçının ünvanına göndərilmiş, iddiaçı gömrük bəyannaməsində sözügedən malları “3101 00 000 0” və “2922 4985” kodu ilə bəyan edərək gömrük dəyərinin 0% olmasını bəyan etmiş, sözügedən mallar barəsində Bakı Baş Gömrük İdarəsindən X12 İdarəsinə göndərilən sorğuya əsasən ekspertiza aparılmış və ekspertiza nəticəsində müəyyən olunmuşdur ki, "xxxx" MMC-nin ünvanına 705/2020-07 nömrəli, xx.xx.2020-ci il tarixli invoysun 3-cü mövqeyi üzrə-“X23” adlı 15% suda həll olunan EDTA ilə xelat olunmuş mis tərkibli mineral gübrə-XİF MN üzrə kodu 3824 99 960 9; 7-ci mövqey i üzrə-“Valaqro Viva” adlı 3% ümumi azot, 1% üzvi azot, 2% amid azotu, 8% kalium oksid, 8% karbon, 0,02% dəmir tərkibli maye halında üzvi-mineral gübrə-XİF MN üzrə kodu 3105 20 900 0 sinifləşdirilir. Cavabdeh inzibati orqan iddiaçı tərəfindən idxal edilmiş malların 31-cu qrupa aid edilmədiyini bildirərək iddiaçı tərəfindən bəyan edilmiş malların X15 İdarəsinin 2200-011/0xx-xx/000227 saylı, xx.xx.2021-ci il tarixli ekspert rəyinə uyğun bəyan olunaraq XİF MN üzrə 3824 99 960 9 kodu və XİF MN üzrə 3105 20 900 0 kodu ilə rəsmiləşdirilməsinin həyata keçirilməsini tələb etmişdir.

33. Azərbaycan Respublikası Vergi Məcəlləsinin hüquq münasibətlərinin yaradığı dövrdə qüvvədə olan 164.1.31-ci maddəsinə əsasən mineral gübrələrin, pestisidlərin idxalı və satışından ƏDV tutulmur.

34. Azərbaycan Respu blikası Nazirlər Kabinetinin 17 noyabr 2017-ci il tarixli 500 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının X11 mal nomenklaturası, X16 dərəcələri və X17 dərəcələri”ndə Qrup 31-a aid olan qeydlərdə göstərilir ki, bu qrupa aşağıdakılar daxil edilmir: (a) 0511 mal mövqeyindəki heyvan qanı; (b) müəyyən kimyəvi tərkibli ayrı-ayrı birləşmələr (2(a), 3(a), 4(a) və 5-ci bəndlərində göstərilənlərdən başqa); və ya (c) 3824 mal mövqeyinə daxil edilən, hər birinin kütləsi 2,5 q-dan az olmayan kalium xloridin süni yetişdirilmiş kristalları (optik elementlərdən başqa); kalium xloridin optik elementləri (9001 mal mövqeyi). Bir-biri ilə qarışdırılmış və ya qarışdırılmamış, kimyəvi emal edilmiş və ya emal edilməmiş heyvan və ya bitki mənşəli gübrələr; heyvan və ya bitki mənşəli məhsulların qarışdırılması və ya kimyəvi emalı ilə əldə edilmiş gübrələr XİF MN üzrə 3101 00 000 0 kodu altında sinifləşdirilir və həmin kod altında sinifləşdirilmiş mallar gömrük rüsumundan azaddır.

35. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 aprel 2022-ci il tarixli, 9/1071 nömrəli ekspert rəyindən görünür ki, xx.xx.2022-ci il tarixdə Məhkəmə Ekspertiza Mərkəzinə xx.xx.2022-ci il tarixli məktubu ilə göndərilmiş, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin 1849/20 nömrəli rəyinə əsasən həmin malların tərkibi aşağıdakı kimi müəyyən olunur: “Valaqro Viva”–sınaq parametrlərinin adı: ümumi azotun miqdarı-tətbiq edilən müayinə (sınaq) metodları: kjeldahl method, parametrlərin yolverilən həddi-3.0, sınaq nəticəsində əldə edilmiş dəyər2.97, sınaq nəticəl ərinin qiymətləndirilməsi– uyğundur; sınaq parametrlərinin adı: kalium oksidin (K2O) miqdarı (kaliuma (K) görə)- tətbiq edilən müayinə (sınaq) metodları: AAS method, parametrlərin yolverilən həddi-8.0, sınaq nəticəsində əldə edilmiş dəyər-7.7, sınaq nəticələrinin qiymətləndirilməsi-uyğundur; “Valeqro EDTA Cu”-sınaq parametrlərinin adı: misin miqdarı-tətbiq edilən müayinə (sınaq) metodları: AAS method, parametrlərin yolverilən həddi-15.0, sınaq nəticəsində əldə edilmiş dəyər-14.4, sınaq nəticələrinin qiymətləndirilməsi-uyğundur. Qeyd olunan xüsusatlara müvafiq aparılmış tədqiqat nəticəsində, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının X11 mal nomenklaturası, X16 dərəcələri və X17 dərəcələri”nə əs asən ekspertiza tədqiqatına təqdim edilmiş malların “**********”, “29224985” göstərilən kodlara uyğunluğu müəyyən edilir.

36. AR X2 EAM 095224R saylı rəyindən görünür ki, AZ-19040131/LAB05 24036-T036 nömrəli protokoldakı müayinə nəticələri və məhsullar üzərində qeyd edilən etiket məlumatları 0001 və 0002 nömrəli nümunələri üzvi-mineral, 0003 nömrəli nümunəni isə mineral gübrə olaraq qiymətləndirməyə əsas verir.

37. Göründüyü kimi iddiaçı tərəfindən idxal edilmiş 25 sentyabr 2020-ci il tarixli, 705/2020-07 saylı İnvoys üzrə “Valaqro Viva”, “Radifarm”, “Valaqro EDTA Cu” adlı (məhsulun İnvoys kodları 31010000, 31010000, ********) malların İnvoysda göstərilən kodları X11 Mal Nomenklaturası üzrə kodlarla eynilik təşkil etdiyindən həmin mallar 18% ƏDV-yə cəlb edilmir.

38. Həmçinin, qeyd edilməli dir ki, oxşar iş üzrə iddiaçı "xxxx" MMC tərəfindən bəyan olunmuş **********5000, **********7493, **********3780, **********7609, **********3540, **********9872 və **********279872 və **********4897 sorğu nömrəli gömrük bəyannamələrində sadalanan malların kodlarının (36-cı qrafada) həmin malların tərkiblərinə görə qeyd olunan imtiyaz kodlarına uyğun olub-olmaması ilə bağlı ekspertiza təyin edilmiş, tədqiqat üçün eyni zamanda “Valaqro Viva”, “Radifarm”, “Valaqro EDTA Cu” adlı mallardan nümunələr təqdim edilmişdir. Ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının X11 mal nomenklaturası, X16 dərəcələri və X17 dərəcələri"nə əsasən ekspertiza tədqiqatı na təqdim edilmiş gübrələr aşağıda qeyd edilən alt yarımmövqeylərdə sinifləşdirilir: - Valagro Viva - 1 litr, Valagro Radifarm -1 litr, Valagro Brexİl Ca - 1 kq (heyvan və bitki mənşəli məhsulların qarışdırılması və kimyəvi emalı ilə əldə edilmiş Kalsiüm kübrəsi), Valagro Yieldon on - 10 litr, Valagro Actiwave - 1 litr gübrələr, heyvan və bitki mənşəli gübrələr olub, kimyəvi emal ilə əldə edilmiş gübrə - 3101 00 000 0, - X23- 5 kq (tərkibi mis elementindən ibarət olan gübrə), Valagro MC Set - 1 litr gübrənin tərkibi bitki ekstratları və mikroelementlərdən ibarət olan gübrə - 2922 49 850 0, - Valagro Plantofol 20.20.20- 1 kq gübrənin tərkibində azotun miqdarı 10 kütlə %-dən çox (20) olduğundan - 3105 20 100 0, - Valagro Plantofol 5.15.45 - 1 kq gübrələrin tərkibində azotun miqdarı 10 kütl ə %- dən az (5) olduğundan 3105 20 900 0.

39. Apellyasiya instansiya məhkəməsində icraat zamanı iddiaçı tərəfin nümayəndəsi bildirmişdir ki, iddiaçı MMC tərəfindən əvvəlki illər üzrə də “Valaqro Viva”, “Radifarm”, “Valaqro EDTA Cu” adlı mallar idxal olunmuş, lakin 18% ƏDV-yə cəlb edilməklə gömrük rəsmiləşdirilməsinin aparılması ilə bağlı cavabdeh inzibati orqan tərəfindən hər hansı tələb irəli sürülməmişdir, cavabdeh inzibati orqanın nümayəndəsi də bununla bağlı inzibati praktikanın olmasını inkar etməmişdir.

40. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin V hissəsinə əsasən, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. 41. “İnzibati icraat haq qında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınması məqsədlərinə xidmət edir. Nəzərə alınmalıdır ki, bərabərlik prinsipi diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı xüsusi əhəmiyyət daşıyır. Belə ki, həmin prinsiplə ehtiva olunan bərabər yanaşma tələbi diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin ilkin şərti kimi çıxış edir. Belə ki, inzibati orqan diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı vətəndaş qarşısında bərabər yanaşma prinsipini təm in etmək öhdəliyi daşıyır.

42. Konstitusiyada və qanunlarda təsbit olunmuş bərabərlik hüququ həm də onu tələb edir ki, hər kəs dövlət xidmətləri qarşısında bərabərlik hüququna malikdir. Bu hüquq müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə eyni faktiki və hüquqi hallara malik işlər üzrə inzibati orqanlar tərəfindən fərqli qərarların çıxarılmasını qadağan edir. İnzibati orqanlar öz səlahiyyətlərini icra edərkən vətəndaşlar qarşısında bərabər yanaşma və etimadın qorunması prinsiplərini təmin etməli, mövcud inzibati praktikaya uyğun hərəkət etməlidir.

43. Bundan başqa, inzibati orqan tərəfindən hazırkı mübahisəyə münasibətdə eyni zamanda istinad olunan Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi də pozulmuşdur. Həmin prinsipə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin normaya görə, inzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur.

44. Nəzərə almaq lazımdır ki, inzibati orqan bir tərəfdən eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün (o cümlədən və xüsusilə də məhkəmə qərarı əsasında) formalaşdırdığı inzibati praktikaya, yəni hüququn tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxslərin analoji vəziyyətlərdə həmin praktikanın onlara da tətbiq olunacağına dair əsaslı qanuni gözləntilərinə və həmin praktikaya etimadına bağlıdır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun və artıq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır.

45. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, publik hüquq sahəsində həyata keçirilən idarəçilik fəaliyyəti zamanı inzibati orqanların konstitusion prinsipləri, o cümlədən bərabər yanaşma və hüquqi dövlət prinsipindən irəli gələn etimadın qorunması prinsiplərini birbaşa tətbiq etməyə borclu olduğu da nəzərə alınmalıdır.

46. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

47. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-64/2024 saylı, 25 aprel 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar