Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-200/2017 24.01.2017 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Cavabdehnə (üçüncü şəxslər Azərbaycan Respublikası Maliyyə Nazirliyi, “xxxx” MMC) qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-200/2017) Bakı şəhəri 24 yanvar 2017-ci il giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), X5, X4 ibarət tərkibdə, İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi X9, cavabdeh Bakı şəhəri Cavabdeh nümayəndəsi X10 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 (bundan sonra iddiaçı) cavabdeh Bakı şəhəri Cavabdehnə (bundan sonra cavabdeh) qarşı (üçüncü şəxslər Azərbaycan Respublikası Maliyyə Nazirli yi, “xxxx” MMC-bundan sonra üçüncü şəxslər) “kompensasiya ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-1072/2016 saylı, 04 avqust 2016-cı il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 24 yanvar 2017-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov (Sovet) küçəsində yerləşmiş 68 saylı evin 326.6 kv.m ümumi sahəsindən 1/5 hissə xüsusi mülkiyyət hüququ əsasında iddiaçılara məxsus olmuşdur. Həmin yaşayış sahəsi Bakı şəhər İcra Hakimiyyəti başçısının 12.12.2013-cü il tarixli, 501 saylı “Bakı şəhərində Baş planın icrasının təmin edilməsi ilə əlaqədar şəhərdə aparılan yol-nəqliyyat infrastruktur təminat ın yaxşılaşdırılması və bununla əlaqədar abadlıq-quruculuq işləri çərçivəsində Yasamal rayon ərazisində yerləşən bir sıra yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi işlərinin həyata keçirilməsi haqqında” sərəncamının icrası ilə əlaqədar cavabdeh tərəfindən sökülmüş, iddiaçılara heç bir kompensasiya məbləği ödənilməmişdir. İddiaçılar kompensasiya ödənişi üçün cavabdehə müraciət etsələr də, cavabdeh 16.02.2015-ci il tarixli məktubu ilə ərizəni təmin etməmiş və bildirmişdir ki, “...Sözügedən ünvandakı mənzillərlə əlaqədar məsələ artıq köçürmə komissiyasında baxılmış, orada yaşamış sakinlərə veriləcək maddi vəsait təyin edilmiş, hazırda sakinlər köçürülmüş və ünvan sökülmüşdür. Qeyd olunan məsələ ilə əlaqədar köçürmə komissiyasına və müstəqil qiymətləndirici ekspertlərə müraciət edilməsi məqsədəuyğundur”. Sözügedən ünvanda yerləşən fərdi yaşayış evi sökülərkən digər paylı mülkiyyətçilər X7, X11, X23, X2, X16 və bir sıra digər şəxslər əsas və köməkçi sahələr üçün hər kv.m-ə 1.500 manatdan kompensasiya almışlar. İddiaçılar 10 mart 2015-ci il tarixdə cavabdehəqarşı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərəkiddiaçılara məxsus olan ünvan 4, 374.8 kv.m ümumi sahəsinin 1/5 hissəsinin kompensasiya məbləği 1 kv.m üçün 1.500 manat hesablanaraq 112.440 manatın bərabər bölünməklə İddiaçı2 56.220 manat və İddiaçı1 56.220 manat cavabdehdən tutularaq ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanının, 12 otaq, 192,5 kv.m yaşayış, 326,6 kv.m ümumi sahəsinin 1/5 hissəsi iddiaçılara məxsusdur. Qey d edilən evin 1/5 payı hissəsinə qeydiyyat vəsiqəsi 06.05.1999-cu il tarixində verilmişdir. İddiaçı1 mülkiyyətində olan evə özü və ailə üzvləri - arvadı X1, oğlu Abdullayev Rüfət, qızı Novruzova Ruqiyyə, nəvəsi Novruzova Safiyyə qeydiyyatdadırlar. Dövlət tərəfindən Bakı şəhərinin abadlaşdrılması və yeni üsulla, müasir binaların tikilməsi və parkların salınması məqsədilə köhnə tiklilərin sökülməsi qərarına gəlinmiş və qeyd edilən ünvan əvvəllər Sovet küçəsi adlanan hazırda N.ünvan
2. İddiaçı1 bunu eşidəndən sonra mənzil kommunal təsərrüfat sahəsinə müraciət etmiş və bildirmişdir ki, qohumu onların otaqlarında qalır lakin onlarla əlaqə saxlanılsın və sənədləşmə İddiaçı1 ilə aparılsın. Bundan əlavə həmin ünvana sahənin ölçülməsi, hesablanması, nömrələnməsi və pulun mülkiyyətçilərə verilməsi t apşırığı verilən “xxxx” MMC-nin nümayəndələri gələndə İddiaçı1 iştirak etmiş və ona aid olan otağa (1/5 payına) 85/10 nömrəsi verilərək mənzilin divarına və texniki pasportda qeyd etdilər. Lakin çox müddət keçməmiş İddiaçı1 öyrənmiş ki, ünvanlarının əsas hissəsi boşaldılıb və sakinlərə pul verməklə ünvandan köçürdüblər, onunla əlaqə saxlanılmayıb, pul verilməyib lakin ünvanı sökülüb O, dəfələrlə Bakı şəhər İcra Hakimiyyətinə, Mənzil kommunal təsərrüfat sahəsinə və “xxxx” MMC-yə müraciət etməsinə baxmayaraq ona mülkiyyətində olan 1/5 pay sahəsinə görə kompensasiya ödənilməyib. Dövlət tərəfindən qeyd edilən ünvanın söküntüsü üçün 1 kv.m 1500 manat müəyyən edilib. Həmin ünvana aid olan Texniki Pasportda ümumi tikinti altında olan sahə 374.8 kv.m göstərilir. İddiaçılara məxsus həmin ünvandan o lan ümumi sahəsinin 1/5 hissəsi 74.96 kv.m təşkil edir. Həmin ünvanın 1 kv.m sahəsinə 1500 manat kompensasiya qiyməti müəyyən edilib, 74.96 kv.m isə 112.440 manat təşkil edir. Cavabdeh tərəfindən iddiaçının mülkiyyət hüquqları pozulmuşdular. Belə ki, “İnsan Hüquqlarının və X8 haqqında” Avropa Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Bundan başqa iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 161, 164, 178 və 247-ci maddələrinə istinad edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (haki m X17, 2-1(81)-1835/2015 saylı iş) 23 iyun 2015-ci il tarixli qərarı ilə iddia qismən təmin edilərək, ünvan 4 ünvanının 326.6 kv.metr ümumi sahəsinin 1/5 hissəsinin kompensasiya məbləği 1 kv.metr üçün 1 500,0 manat hesablanaraq (326,6 x 1 500 = 489 900 / 5 = 97 980 manat) bərabər bölünməklə iddiaçılar İddiaçı2 və İddiaçı1 pul kompensasiyası şəklində ödənilməsi cavabdehə həvalə edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etməsini onunla əsaslandırmışdır ki, iş materialları, o cümlədən cavabdehin rəsmi sənədləri ilə mübahisəsiz şəkildə müəyyən edilmişdir ki, sözügedən ünvanda yerləşmiş olan və iddiaçıların da paylı mülkiyyətçiləri olduğu fərdi yaşayış evinin sökülməsi Bakı şəhər İcra Hakimiyyəti başçısının 12.12.2013-cü il tarixli, 501 saylı “Bakı şəhərində Baş planın icrasının təmin edilməsi ilə əlaqədar şəhərdə aparılan yol-nəqliyyat infrastruktur təminatın yaxşılaşdırılması və bununla əlaqədar abadlıq-quruculuq işləri çərçivəsində Yasamal rayon ərazisində yerləşən bir sıra yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi işlərinin həyata keçirilməsi haqqında” sərəncamının icrası ilə əlaqədar cavabdeh tərəfindən təmin edilmiş və bu zaman iddiaçılarla hər hansı alq-satqı müqaviləsi bağlanmayaraq kompensasiya ödənilməmişdir. İddia tələbi texniki sənəddə göstərilən ölçülərin göstəriciləri (374,8 kv.m) nəzərə alınmaqla kompensasiyanın ödənilməsi hissəsində qismən təmin edilməlidir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş e tmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 01 oktyabr 2015-ci il qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 23 iyun 2015-ci il tarixli qərarı ilə razılaşan Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X3məruzəçi,X18 və X19, 2-1(103)-1670/2015 saylı iş) 05 noyabr 2015-ci il tarixli qərarla cavabdehin apellyasiya şikayətini təmin etməmiş, qərarı dəyişdirmədən saxlamışdır. Qərardan cavabdeh kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər Zakir Quliyev-məruzəçi,Sevda Hüseynova və Xəqani Məmmədov, 2-1(102)-466/16 saylı iş) 24 fevral 2016-cı il tarixli qərarı ilə kassasiya şikayət i qismən təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin 05.11.2015-ci il tarixli qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi qərarında göstərmişdir ki, ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 374.8 kv.m təşkil edən yaşayış evinin 1/5 hissəsinin mülkiyyət hüququ əsasında iddiaçılara məxsus olması mübahisə doğurmur. Lakin buna baxmayaraq işin araşdırılmış hallarından qeyd edilən mənzildə paylara malik mülkiyyətçilərin paylarının naturada ayrılması, onlardan hər hansı birinə hansı məbləğdə kompensasiya ödənilməsi, iddiaçılara ödənilməli olan kompensasiya məbləğinin mülkiyyətçilərdən hansına ödənilməsi, paylı mülkiyyətdə olmuş mənzilin ümumi sahəsini təşkil edən 326,6 kv.metr sahənin dəyərinin tam olaraq ödənilib-ödənilmə məsi araşdırılmamış və buna hüquqi qiymət verilməmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 23 iyun 2015-ci il tarixli qərarı ilə razılaşan Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X20məruzəçi,X25 və X12, 2-1(103)-1072/2015 saylı iş) 04 avqust 2016-cı il tarixli qərarla cavabdehin apellyasiya şikayətini təmin etməmiş, qərarı dəyişdirmədən saxlamışdır. Cavabdeh 29 avqust 2016-cı il tarixdə qərarın surətini almış, 27 sentyabr 2016-cı il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv olunaraq işin yenidən tam araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Apellyasiya instansiyası məhkəməsininqərarı maddi və prosessual hüquq pozuntuları nəticəsində qəbul edildiyindən ləğv edilməli, yenidən ara şdırılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir. Belə ki, məhkəmə Ali Məhkəmənin 24 fevral 2016-cı il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 15.11.2015-ci il tarixli qərarının ləğv edilməsi üçün müəyyən etdiyi əsasları araşdırmadan və hüquqi qiymət vermədən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarını qüvvədə saxlamışdır. Məhkəmə prosesində mülkiyyətçilər arasında mübahisənin olduğu, digər mülkiyyətçilərin məhkəmə prosesinə cəlb edilərək qeyd olunan mülkiyyətə ödənilən kompensasiyanın kim tərəfindən və hansı əsaslarla alınmasını müəyyənləşdirmək üçün digər mülkiyyətçilərin 3-cü şəxs qismində prosesə cəlb edilməsi xahiş edilsə də, məhkəmə digər mülkiyyətçiləri prosesə cəlb etməmişdir. İddiaçının nümayəndəsi məhkəmə prosesində onla ra ödənilməli olan vəsaitin iddiaçılara məxsus pay hissədə yaşayan və iddiaçıların yaxın qohumu tərəfindən alındığını bildirilmişdir. Məhkəmə bu faktı da nəzərə almamış, pulu alan şəxsi 3-cü şəxs qismində prosesə cəlb etməmiş, sadəcə mülkiyyət sənədlərinə istinad edərək dövlət büdcəsindən həmin paylara görə ikiqat vəsaitin ödənişini yaradan qərarı qüvvədə saxlamışdır. Bundan başqa, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qətnaməsində hər kvadrat metrə görə 1500 manat müəyyən edilərək kompensasiyanın ödənilməsi tələbi qoyulmuşdur. məhkəmə hər kvadratı 1500 manat olan qiyməti necə müəyyən etməsini əsaslandırmamışdır. Komissiya tərəfindən əsas sahə, köməkçi sahə, sanitar qovşaq, talvar, xidməti tikililər, zirzəmi və digər tikililər ölçülərək hər birinə ayrı-ayrılıqda kompensasiya məbləği hesablanır. Həmin hissələrin vəziyyətinə uyğun olaraq (təmirli, təmirsiz) qiymətləndirmələr həyata keçirilir. Ekspertlər tərəfindən indiyədək keçirilmiş qiymətləndirmələrdə əsas sahə bütün əlavələr nəzərə alınmaqla 1500 manat, digər sahələr isə 100-800 manat olmaqla müxtəlif cür qiymətləndirilir. tərəflərin izahatları: Həm iddiaçının, həm də, cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiklərinə görə çıxışlarda iştirak etməmişlər. əsaslandırma hissəsi: Üçüncü şəxslər məhkəmə kollegiyasının iclasında iştirak etməməsinə baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlar məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onların iştirakı olmadan da baxılmasının mümkünlüyü bildiri lmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). Cavabdehin kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçılar mülkiyyətlərində olan tikilinin sökülməsinə görə cavabdehdən onlara kompensasiya ödənilməsini xahiş etmiş, cavabdeh ərizəni təmin etməmişdir. Odur ki, iddiaçılar inzibati mə hkəmə icraatı qaydasında cavabdehin üzərinə ona kompensasiya ödənilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçılar subyektiv hüquqa malik olmuşdur. İPM-in 34.1-ci maddəsinin ikinci cümləsinə görə öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov küçəsi 68 saylı mənzil digər şəxslərlə yanaşı iddiaçıların paylı mülkiyyətində olmuşdur. Mənzilin mülkiyyət hüququnu təsdiq edən sənədə əsasən mənzilin ümumi sahəsi 326,6 kv.metrdir, iddiaçıların payı isə ümumi sahənin 1/5 hissəsini təşkil edir. Bu hal mübahisə olunmur. İşdə olan sənədlərə görə mənzil cavabdeh tərəfindən söküldüyünə görə müxtəlif şəxslərə kompensasiya ödənilmiş, mənzilin mülkiyyətçisi olan iddiaçılara hər hansı kompensasiya ödənilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarına görə 326,6 kv.m ümumi sahənin 1/5 hissəsi hər kvadrat metr 1.500 manatdan hesablanmaqla cəmi 97.980 manat bərabər bölünməklə cavabdeh tərəfindən iddiaçılara ödənilməlidir. Cavabdehin təqdim etdiyi sənədlərə görə adı çəkilən mənzildə kompensasiyanın miqdarı yaşayış sahəsinin hər bir kvadrat metrinə görə 1.500 manat olmuşdur. İddiaçılar da öz paylarının hər kvadrat metrinə görə 1.500 manat kompensasiya ödənilməsini xahiş etmişlər. Cavabdeh şikayətində bildirmişdir ki, məhkəmə ödənilən kompensasiyanın hər kvadrat metrinə görə 1.500 manat hesablanmasını əsaslandırmamışdır. Apellyasiya instansiyası məhkəməsi qərarını adı çəkilən mənzilə digər şəxslərə hər kvadrat metrə görə 1.500 manat ödənilməsi ilə əsaslandırmışdır. İddia tələbinə bərabərlik hüququnun təminatları baxımından qiymət verilməsi olduqca vacibdir. Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə görə hamı qanun və məhkəmə qarşısında bərabərdir. “İnzibati icraat haqqında” Qanunun 12-ci maddəsində isə təsbit edilmişdir ki, hamı qanun və inzibati orqan qarşısında bərabərdir. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki halla ra malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. Bəhs olunan hüquq normalarına istinad edən məhkəmə kollegiyası şikayətin qeyd edilən dəlilini əsaslı saymır və eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsini qanunverici qadağan etdiyindən apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Cavabdeh özü də mübahisə olunan tikilinin yaşayış sahəsinin hər kvadrat metrinin dəyərinin 1.500 manatdan az olması barədə məhkəmələrə sübut təqdim etməmişdir. Cavabdeh iddiaçılara məxsus yaşayış evinin dəyərini əvvəlcədən ödənilmədən sökdüyündən, onlara məxsus yaşayış evinin qeyri-yaşayış sahəsinin həcmi, habelə qiyməti barədə sübut təqdim etmədiyindən şikayətin qeyd edilən dəlili haqlı sayıla bilməz. Ali Məhkəmənin 24 fevral 2016-cı il tarixli qərarında olan göstərişlərin araşdırlmaması barədə şikayətin dəlili ilə bağlı qeyd edilir ki, apellyasiya instansiyası məhkəməsi qərarda göstərilən halların araşdırılması məqsədilə cavabdehə məktub ünvanlamış və ünvan 5erləşən yaşayış evinə görə kompensasiya ödənilmiş paylı mülkiyyətçilərin siyahısının, kompensasiyanın ödənilməsini və məbləğini təsdiq edən sənədlərin məhkəməyə təqdim olunması xahiş olunmuş, cavabdehin nümayəndəsi tərəfindən Bakı şəhərinin Baş planının icrası ilə əlaqədar dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərini n çəkilişi məqsədilə satınalınması nəzərdə tutulan yaşayış və qeyri-yaşayış obyektlərinin sahələri və satınalınma qiymətləri barədə məlumat (43 saylı MKİS – İİ qrup) məhkəməyə təqdim olunmuşdur. Həmin məlumatdan hazırkı iş üzrə iddiaçılara hər hansı bir ödəniş olunmadığı müəyyən olunmuş, eyni zamanda mülkiyyətçi olmayan şəxslərə ödəniş edildiyi və dəyəri ödənilən sahənin mübahisəli yaşayış evinin sahəsindən artıq olduğu müəyyən olunmuşdur. Cavabdehin nümayəndəsi bu halın əsası kimi həmin ünvanda qanuni tikililərlə yanaşı özbaşına tikililərin də inşa olunduğunu və satınalma zamanı həmin tikililərin dəyərinin də ödənildiyini bildirmiş, lakin iddiaçılara ödəniş olunmasını təsdiq edən sənədləri məhkəməyə təqdim edə bilməmişdir. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi kassasiya məhkə məsinin qərarında olan göstərişlərə əməl etmişdir. “İnzibati icraat haqqında” Qanunun 89.1-ci maddəsinə görə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.9-cu maddəsinə əsasən dövlət ehtiyacları tələb etdikdə dövlət tərəfindən mülkiyyət yalnız qanunla icazə verilmiş hallarda yolların və digər kommunikasiya xətlərinin çəkilməsi, sərhəd zolağının müəyyən edilməsi və ya müdafiə əhəmiyyətli obyektlərin tikilməsi məqsədilə müvafiq dövlət orqanı tərəfindən və yalnız bazar dəyəri miqdarında qabaqcadan əvəzi ödənilməklə özgəninkiləşdirilə bilə r. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakın vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakın və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir... Həmin Məcəllənin 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ na malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “X6rşı işdə” İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, “mülkiyyətin dəyərinə uyğun olan ağlabatan məbləğdə kompensasiya ödənilmədən mülkiyyətin müsadirə edilməsi adətən mülkiyyət hüququna qeyri-mütənasib müdaxilə təşkil edir və belə müdaxiləyə 1-ci ma ddə ilə haqq qazandırıla bilməz” (121-ci bənd). İddiaçıya əmlakın sökülməsi nəticəsində ona ədalətli kompensasiya ödənilməli olması barədə apellyasiya instansiyası məhkəməsinin qənaəti ilə bölüşən məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əsaslı sayır. Qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusu baş verməmişdir. Kassasiya şikayətinin dəlilləri əsaslı olmadığından şikayət təmin edilmədən, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh Bakı şəhəri Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegi yasının 2-1(103)-1072/2016 saylı, 04 avqust 2016-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir. Sədrlik edən: Hakimlər: R.Nəbizadə N.Rəsulbəyova İ.Hüseynov