Məhkəmə qərarları › İş №2-1(102)-200/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-200/2020

12.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-200/2020 12.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı Şəki Bələdiyyəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: (torpaq sahəsinin hərracdan kənar satılması öhdəliyinin bələdiyyənin üzərinə qoyulmasından imtina) GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, X7 ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi ilə, İddiaçı cavabdeh Şəki Bələdiyyəsinə qarşı (X12 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsi üçüncü şəxslər olmaqla) “ünvan 1 ünvanında qeyri-yaşayış obyektinin arxasın da yerləşən 65.5 m2 torpaq sahəsinin müsabiqə və hərrac keçirilmədən ona satılması barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(107)-514/2019 nömrəli, xx xxxxxxx 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, xx xxxxxx 2020-ci il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2014-cü il tarixli 2-1 (84)-240/2014 nömrəli qərarı ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsinin üzə rinə Şəki şəhəri M.Müşfiq küçəsində yerləşən 22 kv.m torpaq sahəsində tikilən və faktiki istifadəsində olan qeyri-yaşayış sahəsinin (mağaza binası) daşınmaz əmlakın dövlət reyestrində X8 adına qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi qoyulmuşdur. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2014-cü il tarixli 2-1(84)-240/2014 nömrəli qərardadı ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2014-cü il tarixli 21(84)240/2014 nömrəli qərarının mətnində 22 kv.m ifadəsi 22.88 kv.m ifadəsi ilə əvəz edilmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2014-cü il tarixli 2-1 (84)-240/2014 nömrəli qərarı qanuni qüvvəsini aldıqdan sonra cavabdeh tərəfindən məhkəmə qərarı icra olunaraq ünvan 2 ünvanında 0.0028 ha dövlət mülkiyyətində olan torpaq sahəsində yerl əşən, ümumi sahəsi 22 m2 olan qeyri-yaşayış binası üzərində X8 mülkiyyət hüququ xx.xx.2014-cü il tarixdə dövlət qeydiyyatına alınmış və adına RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatından çıxarış verilmişdir. X13 xx.xx.2014-cü il tarixdə mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən qeyriyaşayış sahəsini iddiaçının anası X4 bağışlamış və müqavilə həmin tarixdə qeydə alınmışdır. Bundan sonra, ünvan 2 ünvanında dövlət mülkiyyətində yerləşən, ümumi sahəsi 22 m2 olan qeyri-yaşayış binası tam mülkiyyət hüququ üzrə X3 adına xx.xx.2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və adına RX seriyalı ******* nömrəli çıxarış verilmiş və **********55-06301 reyestr nömrəli qeyri-yaşayış binasının Texniki Pasportu hazırlanmışdır. xxxx xx.xx.2018-ci il tarixdə öl müşdür və Şəki rayon 2 saylı Notariat Kontoru tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən İddiaçı onun vərəsəsidir. İddiaçı (bundan sonra mətndə iddiaçı) ünvan 2 ünvanında mərhum anasına məxsus qeyri-yaşayış binasının ətrafında yerləşən və Şəki Bələdiyyəsinin (bundan sonra mətndə cavabdeh) mülkiyyətində olan 65.5 m2 torpaq sahəsinin anasının sağlığında onun istifadəsində olmasını əsas gətirərək həmin torpaq sahəsinin hərrac və müsabiqə keçirilmədən ona satılması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu xx.xx.2019-cu il tarixli 012 nömrəli məktubla imtina edərək bildirmişdir ki, qeyd edilən məsələyə dəfələrlə müxtəlif instansiya məhkəmələrində baxılmışdır və qanunamüvafiq qərar və qətnamələr qəbul edilmişdir. İddia çı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış obyekti mərhum X1 məxsusdur. X2 xx.xx.2018-ci il tarixdə vəfat etmiş və bundan sonra X15 rəsmi qaydada müraciət edərək, xx xxxxxx 2018-ci il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Anası vəfat etdikdən sonra ona məxsus əmlaka o, sahiblik edir. X1 məxsus Şəki şəhəri Mikayıl Müşfiq küçəsində yerləşən qeyri-yaşayış obyektinin ətrafında yerləşən 65.5 m2 torpaq sahəsi anasının sağlığında onun istifadəsində olmuşdur. Həmin torpaq sahəsi sözügedən qeyri-yaşayış obyektinin ətrafında yerləşdiyindən həmin torpaq sahəsinin adına rəsmiləşdirilməsi zərurəti yaranmışdır. Sözügedən torpaq sahəsini bələdiyyədən almaq üçün rəsmi qaydada Şəki Bələdiyyəsinə müraciət etmiş, lakin bələdiyyə müraciətini cavablandırmamışdır. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bundan əlavə, iş üzrə üçüncü şəxs X12 mübahisə predmeti olan torpaq sahəsinin ona satılması ilə bağlı məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi iddianı təmin etsə də, Şəki Apelyasiya Məhkəməsinin qərarı ilə iddia rədd edilmiş və Ali Məhkəmə öz qərarında həmin torpaq sahəsinin xxxxa satılmasının mümkün olmadığını bildirmişdir. Cavabdeh xx.xx.2019-cu il tarixli 531 nömrəli məktubla iddia tələbinə etiraz etmiş və etirazını onunla əsasland ırmışdır ki, iddiaçı mübahisə predmeti olan 65.5 m2 torpaq sahəsinin ona satılması ilə bağlı Şəki Bələdiyyəsinə müraciət etmiş, həmin məsələ Şəki Bələdiyyəsinin iclasında müzakirə edilmiş və bələdiyyənin xx.xx.2013-cü il tarixli 11 nömrəli iclas qərarı ilə torpaq sahəsinin sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün hərrac qaydasında satışa çıxarılması məqsədəmüvafiq hesab edilərək, plan-ölçü sənədinin hazırlanması üçün DTXK-nın Şəki rayon şöbəsinə və mülkiyyət hüququnun qeydə alınması üçün DƏDRX-in 12 saylı Şəki Ərazi idarəsinə müraciət edilməsi qərara alınmışdır. Lakin, DTXK-nın ləğv olması və xxxx, oğlu İddiaçı iddia ərizəsi ilə müxtəlif instansiya məhkəmələrinə müraciət etmələri səbəbindən torpağın sənədləşməsi prosesi baş tutmamışdır. Bundan əlavə, İddiaçı və ya obyektin əvvəlki sah ibləri iddia olunan torpaq sahəsini heç vaxt istifadə etməmişlər. Həmin torpaq sahəsindən uzun müddət qonşuluqda yerləşən kafenin sahibi X12 istifadə etmiş və Şəki Bələdiyyəsinə torpaq vergisi ödəmişdir. Lakin mübahisə yarandıqdan sonra torpaq sahəsinin vergisinin ödənişi dayandırılmışdır. İddianın rədd edilməsi barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-805/2019 saylı, xx xxxx 2019-cu il tarixli qərarı ilə (hakim: R.A.Məcidov) iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mübahisə predmeti olan torpaq sahəsi xx xxxx 2001-ci il tarixədək iddiaçının mərhum anasının və özünün istifadəsində olmadığından bələdiyyənin iddiaçıya hərracdan kənar qaydada torpaq sahəsi satmaq kimi bir öhdəliyi olmamışdır. Məhkəmənin həmin qərarından iddiaçı tərəfindən apelyasiya şikayəti verilmiş, Şəki Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-514/2019 nömrəli, xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə (sədrlik edən: R.R.Rəfiyev, hakimlər: G.Q.Abbasov və M.R.Hüseynov) apelyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-805/2019 saylı, xx xxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. İddiaçı apelyasiya məhkəməsinin yuxarıda qeyd edilən qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçının kassasiya şikayətində bildirilir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, hər iki instansiya məhkəməsi iddia tələbini rədd edərkən xx xxxx 2001-ci il tarixdə qəbul edilmiş “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında“ Azərbaycan Respublikası Qanununun müvafiq maddələrinin müddəalarını hazırkı mübahisəyə tətbiq etməklə ədalətsiz qərar qəbul etmişdir. Bundan əvvəl apelyasiya şikayətində qeyd edilmişdir ki, sözügedən torpaq sahəsi iddiaçının dayısı xxxxun istifadəsində olmuşdur. xxxx vəfat etdikdən sonra onun oğlu xxxx sözügedən torpaq sahəsinin ətrafında yerləşən mağaza binasını öz adına daşınmaz əmlakın dövlət reyestrində adına rəsmiləşdirmiş və bundan sonra qeyri-yaşayış binasını iddiaçının anası xxxxya bağışlamışdır. Mübahisədən görünür ki, torpaq sahəsi xxxxun istifadəsində olm uş, sonradan oğlu xxxx həmin mağaza binasını öz adına rəsmiləşdirmişdir. Belə olduğu təqdirdə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununu hazırki işə tətbiq etmək olmaz. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 19 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş "Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında" Əsasnamənin 6-cı bəndinə görə, özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələri qanunvericilikdə göstərilən hallar istisna olmaqla satınalma obyektlərinə daxildir. Həmin Əsasnamənin 11-ci bəndinə görə, bu torpaq sahələri yalnız torpaq sahəsinin üstündə yerləşən müəssisə və obyektlərin sahiblərinə satıla və ya satınalma hüququ ilə icarəyə verilə bilər. Şikayət müəllifi bu Fərman a istinad edərək bildirir ki, xxxxun adına rəsmiləşdirilmiş qeyri - yaşayış obyekti əvvəllər atası xxxxa məxsus olmuşdur. Belə ki, xxxx 1993-cü il tarixdə həmin ərazidə “Yüksəliş” kiçik müəssisəsi yaratmış və hazırda mübahisə predmeti olan 65.5 m2 torpaq sahəsi həmin müəssisənin anbarı olmuşdur. xxxx 2001-ci il tarixədək həmin müəssisədən və onun anbarından istifadə etmişdir. 2001-ci il tarixdə xxxx vəfat etdikdən sonra hazırki iş üzrə üçüncü şəxs xxxx həmin ərazini guya hərrac yolu ilə əldə etdiyini bildirmiş və nəticədə saxta sənəd hazırlayaraq mübahisəli torpaq sahəsinin ətrafında yerləşən kafeyə çıxarış əldə etmişdir. Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılışdırılması qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanu nunun 10-cu bəndində qeyd edilənlər xxxxa aid olmaya bilər. Bu səbəbdən ki, xxxx həmin kafeni 2001-ci ildən sonra əldə etmişdir. Hazırda sözügedən obyektin mülkiyyətçisi iddiaçıdır. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 19 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş "Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında" Əsasnamənin 6-cı bəndinə görə qeyri-yaşayış binasına məxsus torpaq sahəsi iddiaçıya satıılmalıdır. Daha sonra qeyd edilir ki, iş üzrə üçüncü şəxs xxxx həmin yerə 2005-ci ildə çayçı işləmək üçün gəlmiş və ona şəhərin Sülh küçəsi adlanan ərazisindən qeyri- yaşayış obyekti verildiyi halda, qanunsuz olaraq şəhərin xxx ünvanında yerləşən qeyri-yaşayış obyektini guya hərrac vasitəsilə əldə etmişdir. Şəhərin xəritəsinə nəzər sa lınanda görünür ki, Sülh küçəsi ilə xxx arasında böyük fərq var və bu küçələr kəsişmir. Lakin şəhərin müvafiq qurumları buna göz yumur və məhkəmələr bu səhvi təkrar etmişlər. xxxx iz itirmək məqsədi ilə, yəni qeyri yaşayış binasına sənəd almaq üçün həmin yerdə yanğın hadisəsi törətmiş və hətta iddiaçıya məxsus qeyri - yaşayış binasını yararsız hala salmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış məhkəmə icraatının iştirakçıları məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində onların iclasda iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul ed ilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-nin 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlk öncə qeyd edilməlidir ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. Belə ki, "Bələdiyyə t orpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun: - 6.1-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. -9.1-ci maddəsinə əsasən, bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə n irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. -16.1-ci maddəsinin müddəalarına əsasən, qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə istifadəyə və icarəyə verilməmiş, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istifadə edilən torpaqlardır. -16.2-ci maddəsinə əsasən, qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır. -16.3-cü maddəsinə əsasən, bu Qanun qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqlarının geri qaytarılması mümkün olmadığı hallarda, bu torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada onları istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə verilir, eyni zamanda torpaq vergisinə cəlb edilir. -16.4-cü maddəsinə əsasən, torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərdə göstərilən ölçüdən artıq istifadə edilən torpaq sahəsinin geri alınması mümkün olmadığı hallarda isə artıq sahələr eyni hüquq əsasında həmin şəxslərin adına rəsmiləşdirilir. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıdakı normaların birgə təhlilindən göründüyü kimi, qeyri-qanuni is tifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları ilə bağlı ümumi qayda həmin torpaq sahələrinin Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmasından ibarətdir. Bu qaydadan iki istisna nəzərdə tutulmuşdur. xx xxxx 2001-ci ildə qəbul edilmiş "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək tikinti üçün qeyri-qanuni istifadə edilən torpaqların geri qaytarılması mümkün olmadıqda, bu torpaq sahələri onları istifadə edən şəxslərin mülkiyyətinə verilir. Torpaq üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən ölçüdən artıq istifadə edilən torpaq sahəsinin geri alınması mümkün olmadıqda, artıq sahələr eyni hüquq əsasında həmin şəxslərin adına rəsmiləşdirilir. Göründüyü kimi, Qanunda ümumi şərt kimi qanunsuz istifadə edilən torpaq sahəsinin geri qaytarılmasının mümkün olmaması, birinci hal üçün isə əlavə olaraq, torpaq sahəsinin göstərilən Qanun qüvvəyə minənədək istifadə edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan sənədlərdən məlum olur ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2014-cü il tarixli 2-1(84)-240/2014 nömrəli qərarına əsasən ünvan 2 ünvanında 0.0028 ha dövlət mülkiyyətində olan torpaq sahəsində yerləşən, ümumi sahəsi 22 m2 olan qeyri-yaşayış binası üzərində X8 mülkiyyət hüququ xx.xx.2014-cü il tarixdə dövlət qeydiyyatına alınmış və adına RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatından çıxarış verilmişdir. Bundan sonra, sonuncu, mülkiyyətində olan qeyri-yaşayış binasını xx.xx.2014-cü il tarixd ə iddiaçının anası X4 bağışlamış və sonuncunun bağışlanmış əmlak üzərində mülkiyyət hüququ xx.xx.2016-cı il tarixdə dövlət qeydiyyatına alınmışdır. Göründüyü kimi, iddiaçı mübahisə predmeti olan torpaq sahəsindən mərhum anası tərəfindən istifadə edildiyini iddia etsə də, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, mübahisə predmeti olan torpaq sahəsinin yaxınlığında yerləşən qeyriyaşayış binası ona xx.xx.2014-cü il tarixdə bağışlanmış və həmin tarixədək sonuncunun həmin qeyri-yaşayış sahəsi ilə qanuni əlaqəsi olmamışdır. Bu isə onu deməyə əsas verir ki, mübahisə predmeti olan torpaq sahəsi xx xxxx 2001-ci ildə qəbul edilmiş "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək iddiaçı və onun anasının istifadəsində olmamışdır. Bundan başqa, bələdiyyənin mülkiyyət hüququ qanunvericiliklə müəyyən olunmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Belə olan təqdirdə, cavabdehin həmin torpaq sahəsini “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamənin” bəndlərinə əsasən hərraca çııxarılması barədə qərar qəbul edilməsi mümkündür. Məhkəmə kollegiyası apelyasiya instansiya məhkəməsinin mövqeyini tam əsaslı hesab edərək qeyd edir ki, mübahisə predmeti olan torpaq sahəsi xx xxxx 2001-ci il tarixədək iddiaçının mərhum anasının və özünün istifadəsində olmadığından bələdiyyənin iddiaçıya hərracdan kənar qaydada torpaq sahəsi satmaq kimi bir öhdəliyi yoxdur. Bu əsas iddianın rədd olunması üçün yetərli olduğundan məhkəmələr tərəfindən torpaq sahəsi nin geri qaytarılmasının mümkünlüyünün araşdırılmaması da qanuni və əsaslı olmuşdur Kassasiya şikayətində qeyd edilir ki, məhkəmələr hazırkı mübahisəyə "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununu tyətbiq etməkdə haqlı olmamışlar. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 19 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş "Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında" Əsasnamənin 6-cı bəndinə görə, özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələri qanunvericilikdə göstərilən hallar istisna olmaqla satınalma obyektlərinə daxildir. Həmin Əsasnamənin 11-ci bəndinə görə, bu torpaq sahələri yalnız torpaq sahəsinin üstündə yerləşən müəssisə və obyektlərin sahiblərinə satıla və ya satınalma hüququ ilə icarəyə verilə bilər. Beləliklə də iddiaçının qənaətinə görə, hazırkı halda "Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında" Əsasnamənin 6-cı bəndinə əsasən mübahisəli torpaq sahəsi ona satılmalıdır. Məhkəmə kollegiyası iddiaçının bu dəlilini də əsassız sayır. Belə ki, bələdiyyələrin özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrini satmaq hüququ olmadığından, hazırkı iş üzrə cavabdeh inzibati orqanın – Şəki Bələdiyyəsinin belə bir öhdəliyi də yoxdur. Bəhs edilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmadığından, kassasiya şikayəti təmin edilmədən, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-514/2019 saylı iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar