Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-200/2021 09.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərə yaşa görə əmək pensiyasının yenidən hesablanması; «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəasının tətbiqi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nu rəddin oğlundan ibarət tərkibdə, Cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı “güzəştli şərtlərə yaşa görə əmək pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 25 avqust tarixli, 2-1(103)-1238/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya 2008-ci il 19 oktyabr tarixdə güzəştli şərtlərə yaşa görə əmək pensiyası təyin edilmişdir.
2. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona təyin edilmiş güzəştli şərtlərə yaşa görə əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir.
3. Cavabdeh 2019-cu il 20 sentyabr tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, iddiaçı pensiyaya çıxmaq üçün 2008-ci il 19 oktyabr tarixdə müraciət etdiyindən ona həmin tarixdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərə yaşa görə əmək pensiyası təyin edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı 2019-cu il 20 noyabr tarixdə Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nəsimi rayon Şöbəsinə qarşı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdeh inzibati orqanın hərəkətlərinin qanunsuz hesab edilərək, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin tələblərinə müvafiq olara q onun əmək pensiyasının yenidən hesablanması və iki illik pensiya haqqının indeksasiya etməklə yenidən hesablanıb ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. 5.İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh qismində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin inzibati məhkəmə icraatına cəlb edilməsini xahiş etmişdir.
6. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən onun əmək pensiyasının yenidən hesablanması və 2006-cı il 19 oktyabr tarixdən 2008-ci il 19 oktyabr tarixədək, yəni iki illik pensiya haqqının indeksasiya etməklə yenidən hesablanıb ona ödənilməsi öhdəliyin in cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması:
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, əmək fəaliyyətinə 1973-cü ildən X1 başlamış, 2013-cü ilə kimi dənizdə ağır şəraitli işlərdə çalışmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 saylı siyahısı üzrə güzəştli şərtlərlə əmək pensiyasına çıxmaq hüququ qazanmış, yəni 55 yaşında əmək pensiyası hüququna malik olmuşdur. Onun 55 yaşı 2006-cı il 19 oktyabr tarixdə tamam olmuş, həmin tarixdə əmək pensiyasına çıxmalı olduğu halda o, əmək pensiyasının təyin edilməsi üçün inzibati orqana 57 yaşında müraciət etmiş və ona əmək pensiyası həmin tarixdən təyin olunmuş və hesablanmışdır. Halbuki, əmək pensiyası buna hüququ yarandığı tarixdən etibarən, yəni yaşı tamam olduğu 2006-cı il 19 oktyabr tarixdən eti barən hesablanmalı idi. Cavabdehin etirazları:
8. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçının mövqeyinə görə onun pensiya hüququ 55 yaşının tamam olduğu 2006-cı il 19 oktyabr tarixdə yaranmışdır. Lakin inzibati orqan iddiaçıya pensiyanı 57 yaşdan, yəni 2008-ci il 19 oktyabr tarixdən təyin etmişdir. Buna görə də iddiaçının hüquqları pozulub. İddiaçının bu dəlili əsaslı deyildir. Belə ki, iddiaçı əslində pensiyanın yenidən hesablanmasını deyil, 2006-cı il 19 oktyabr tarixdən təyin olunmasını tələb edir. Yəni qaldırılan iddia öhdəliyin icrası deyil, məcburetmə haqqındadır. Lakin nəzərə alınmalıdır ki, pensiyanın təyin edilməsi haqqında qərar inzibati aktdır. Əgər iddiaçı ona pensiya təyin edilməsi haqqında inzibati orqanın 2008ci il tari xli qərarı ilə razı deyildirsə, onda bu halı mübahisələndirə bilərdi. Həmin qərar qəbul edilən zaman bu məsələlər Mülki Prosessual Məcəllənin 27-ci fəsli ilə tənzimlənirdi. Həmin Məcəllənin 298-ci maddəsində hüququ pozulduğunu iddia edən şəxsə bu barədə məhkəmədə iddia qaldırmaq üçün 1 aylıq müddət tanınmışdı. İddiaçının bu müddətdə iddia qaldırmağında tərəddüd yoxdu. Göründüyü kimi, qüvvəyə minmiş və mübahisələndirilməmiş inzibati aktın iddiaçıya pensiya təyin edilməsi haqda qərarın mövcudluğuna baxmayaraq, inzibati orqanın üzərinə təkrarən yeni inzibati aktın qəbulu vəzifəsi qoyula bilməz. Hazırki iddia qaldırılan tarixə qədər iddiaçı pensiya təyin edilməsi haqqında 2008-ci il tarixi qərarı mübahisələndirmədiyindən, həmin inzibati akt qüvvədə olduğundan və onun mübahisələndirilməsi üçün müddət bitdiyindən iddia bu tələbə münasibətdə mümkün sayılmamalıdır.
9. Bakı İnzibati Məhkəməsinin 2020-ci il 11 mart tarixli, 2-1(112)-622/2020 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçının əmək pensiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən yenidən hesablanaraq, 2006-cı il 19 oktyabr tarixdən 2008-ci il 19 oktyabr tarixədək olan dövr üçün ona ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh iddiaçının 1997-ci ilin avqustun 1-dək 25 il ümumi iş stajı, 12 il 06 ay xüsusi iş stajı olmasını mübahisələndirməmiş, iddiaçıya həmin staj əsasında əmək pensiyası təyin etmiş (57 yaşdan), lakin onun 55 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun olmamasını bildirərək, 2006-cı il 01 yanvar tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin tələblərini nəzərə almamışdır.
11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
12. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ona 2006-cı il 19 oktyabr tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və 2006-cı il 19 oktyabr tarixdən 2008-ci il 19 oktyabr tarixədək olan dövr üçün yaranacaq məbləğ fərqinin birdəfəyə ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 25 avqust tarixli, 2-1(103)-1238/2020 n ömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin qərarı dəyişdirilmiş, iddia təmin edilmiş, iddiaçıya 2006-cı il 19 oktyabr tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, 2006-cı il 19 oktyabr tarixdən 2008-ci il 19 oktyabr tarixədək olan dövr üçün yaranacaq məbləğ fərqinin birdəfəyə ona ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
14. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçıya 55 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün onun 1997-ci ilin avqustun 1-dək 25 il ümumi iş stajı, 12 il 06 ay xüsusi iş stajı olmuşdur.
15. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİL ARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri
16. Məhkəmə “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsini hazırkı mübahisəyə tətbiq etməkdə haqlı olmamışdır. Belə ki, həmin maddəyə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.
17. Göründüyü kimi, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsindəki “əvvəllər qüvvədə olmuş” ifadəsindən məqsəd “2006-cı 01 yanvar ilədək qüvvədə olma”dır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 2006-cı il 01 yanvar tarixədək qüvvədə olan redaksiyasında müvafiq pensiya yaşı artıq 57 yaş idi. Dolayısı ilə, “ Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsi tətbiqi halında, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 2006-cı il 01 yanvar tarixədək olan redaksiyası əsas götürülə bilər. Başqa sözlə, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsi özündən əvvəlki qanunvericiliyin müvafiq dəyişikliklərinin də diqqətə alınmalı olmasını nəzərdə tutmur.
18. Digər tərəfdən, iddiaçı 2019-cu ilin sentyabrında ona 55 yaşdan pensiya təyin edilməsi ilə bağlı ərizə ilə Filiala müraciət edib. “Əmək pensiyaları haqqında” Qanunun 37.7-ci maddəsinə görə, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə görə, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindi yi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir.
19. Göründüyü kimi, bu halda belə, iddia təmin edilə bilməzdi. Məhkəmə isə, 2020-ci ildə 14 il əvvələ dair pensiyanın hesablanmasını qərara alıb. Halbuki, Ali Məhkəmənin İnzibati kollegiyasının 2020-ci il 08 oktyabr tarixli, 03/2020 saylı qərardadının 1-ci bəndinə əsasən, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə ” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasi bətdə də tətbiq edilməlidir. b. məhkəmə icraatı iştirakçılarının izahatları
20. Cavabdehin vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.
21. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ 22. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Maddə 37.7. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir.
23. İPM: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarı nın tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə b ilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
25. İş üzrə cavabdeh apellyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin olunmamalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
27. Məhkəmə kollegiyası, ilk növbədə nəzərə alır ki, iddiaçıya 2008-ci il 19 oktyabr tarixdən güzəştli şə rtlərlə yaşa görə əmək pensiyası təyin olunmuşdur. Hazırkı halda, mübahisə olunan iddiaçıya eyni məzmunlu əmək pensiyasının onun 55 yaşının tamam olduğu 2006-cı il 19 oktyabr tarixdən təyin edilməli olub-olmadığından ibarətdir. 28. 2006-cı il 1 yanvar tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun (2017-ci il 1 iyul tarixədək qüvvədə olan redaksiyada) 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.
29. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 30. 1992-ci ildə qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) 13-cü maddəsinə əsasən (1997-ci il avqustun 1-dək qüvvədə olan redaksiya da), axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: (...) b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa...
31. Həmin Qanunun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixdə edilmiş dəyişikliyə görə, həmin maddədə nəzərdə tutulan yaş həddi 1997-ci ilin avqustun 1dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır.
32. Beləliklə, həmin normaların tələbləri nəzərə alındıqda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”na uyğun olaraq, kişilərə 55 yaşdan pensiya təyin edilməsi üçün həmin maddənin “b” bəndində nəzərdə tutulmuş 25 illik ümumi və 12,5 illik xüsusi iş stajını 1997-ci il avqustun 1-dək qazanmış olmalıdır.
33. Həmin şərtlərin iddiaçı tərəfindən təmin olunduğu, yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə əmək pensiyasının təyin edilməsini tələb etmək hüququnu 1997-ci ilin avqustun 1-dək qazandığı mübahisəsizdir.
34. Bununla yanaşı, həm də nəzərə alınmalıdır ki, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir.
35. Məhkəmə kollegiyası, nəzərə alır ki, hazırkı işin halları ilə oxşarlıq təşkil edən mübahisələrlə bağlı əvvəllər Ali Məhkəmənin icraatında olmuş işlərdə Ali Məhkəmənin İnzibati Kollegiyasının hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, x xxxx 2017-ci il tarixədək pensiya hüququ yaranmış şəxslərin barəsində «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsi (əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir) tətbiq edilməməlidir.
36. Bununla yanaşı, məhkəmə təcrübəsinin vahidliyini təmin edən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” 2020-ci il 8 oktyabr tarixli Qərardadına əsasən, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 1 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir.
37. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının həmin qərardadında ifadə o lunmuş mövqeyə görə, keçmiş dövr üçün alınmamış pensiyaların konkret müddətlə (3 illə) məhdudlaşdırılması hüquqi müəyyənlik və sabitliyin təmin edilməsi baxımından da ümumən hüquqda qəbul edilmiş yanaşmaya uyğun hesab olunmalıdır. Belə ki, müddətlər (qanunvericinin dairəsini konkret müəyyən etdiyi iddia müddətlərinin şamil edilmədiyi münasibətlər istisna olmaqla) hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla, onlardan qeyri-müəyyən istənilən dövr ərzində deyil, konkret müddətlər daxilində hüquqlarını həyata keçirmək üçün real hərəkətlər etmələrini tələb edir.
38. İşdən göründüyü kimi, iddiaçı ona 2008-ci il 19 oktyabr tarixdən (57 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunduğunu 2019-cu il 12 sentyabr tarixədək mübahisələndirməmiş, yalnız həmin tarixdə cavabdeh ə müraciət edərək onun əmək pensiyası hüququnun 55 yaşda – 2006-cı il oktyabrın 19-da yarandığını bildirmiş və həmin tarixdən 2008-ci il 19 oktyabr tarixədək olan müddət üçün iki illik pensiya məbləğinin ödənilməsini tələb etmişdir. Buna görə də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” xx xxxxxxx 2020-ci il tarixli Qərardadına əsasən, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası iddiaçıya münasibətdə də tətbiq edilməlidir. Lakin iddiaçıya 2008-ci il 19 oktyabr tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmaq la onun müraciət etdiyi 2019-cu il 12 sentyabr tarixədək pensiya ödənişləri icra olunduğundan, bununla da, müraciət etdiyi 2019-cu il 12 sentyabr tarixdən əvvəlki üç il üçün əmək pensiyasının ödənilməsi istisna edildiyindən, cavabdehin üzərinə iddia olunan məzmunda öhdəlik qoyula bilməz.
39. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 25 avqust tarixli, 2-1(103)-1238/2020 nömrəli qərarı ləğv edilir. İddia rədd edilir. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov N.İ.Rəsulbəyova K.N.Bədəlov