Məhkəmə qərarları › İş №2-1(102)-200/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-200/2022

12.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-200/2022 12.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (mənzilin texniki inventarlaşdırılmasının aparılaraq bölgü sxeminin tərtib edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi, Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı mənzilin texniki inventarlaşdırılmasının apa rılaraq bölgü sxeminin tərtib edilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-692/2021 nömrəli iş üzrə 09.02.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə 12 yanvar 2022-ci il tarixdə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı DƏDRX tərəfindən verilmiş ******* saylı çıxarışa əsasən paylı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən birmərtəbəli evin ümumi sahəsi 59,0 kv.metr, yaşayış sahəsi 40,5 kv.metr olan 3 otaqlı mənzilin yardımçı sahəsinə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən bölgü sxeminin tərtib edilməsi vəzifəsinin cavabdehin üzərinə qo yulmasını tələb edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı mənzilin texniki inventarlaşdırılmasının aparılaraq bölgü sxeminin tərtib edilməsi barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.

3. Birinci instansiya məhkəməsinin 20.10.2020-ci il tarixli, 2-1(112)6852/2020 nömrəli (sədrlik edən hakim Mehriban Qarayeva) qərardadı iddianın mümkün sayılmaması qərara alınmışdır.

4. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəm əsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı Qərarına, İPM-in 35.1-ci maddəsinə istinad edərək, belə hesab etmişdir ki, iddia mümkün sayılmamalıdır.

5. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 20.10.2020-ci il tarixli, 2-1(112)-6852/2020 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsindəki icraat

6. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apellyasiya instansiyası məhkəməsi) 09.02.2021-ci il tarixli, 2-1(103)-692/2021 nömrəli (hakimlər Elmira Nağıyeva - sədrlik edən və məruzəçi, Vidadi Məmmədov və Namiq Cəfərov) qərardadı ilə apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 20.10.2020-ci il tarixli, 2-1(112)-6852/2020 nömrəli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.

7. Apellyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən, birinci instansiya məhkəməsinin də istinad etdiyi prosessual hüquq normalarını tətbiq etməklə, belə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması ilə bağlı gəldiyi nəticə maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassızdır.

8. İddiaçı kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin 09.02.2021-ci il tarixli, 2-1(103)-692/2021 nömrəli qərardadının ləğv edilməsini, iddianın təmin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri

9. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, hesab edir ki, apellyasiya məhkəməsinin qərardadı qanunsuzdur, əsassızdır, aşağıda göstərilən dəlillərə görə ləğv edilməlidir. Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərardadını təkrarlamışdır. İddia hüququ - pozulmuş subyektiv hüquq yox, müəyyən prosessual qaydada, müəyyən prosessual iddia və onun məcburi qaydada həyata keçirilməsi formasından müdafiə əldə edilməsidir. Məhkəmədə həll edilməsi məqsədilə müəyyən konkret maddi hüquqi mübahisəni məhkəmə yolu ilə qaldırmaq və araşdırmaq hüququ iddia irəli sürmək hüququ adlandırılır. Bu, konkret maddi hüquqi iddia üzrə ədalətli məhkəmə araşdırması hüququdur. Nəzərə almaq lazımdır ki, bir-biri ilə qarşılıqlı, sıx və ümumi yekun məqsədlərinin olmasına baxmayaraq, şə xsin maddi hüququ və prosessual tələblərinin müdafiə olunması üçün məhkəməyə müraciət etdiyi halda bunlar vəhdət təşkil etmir və onlardan hər birinin özünün xüsusi subyektinə yönəldilmiş və ya xüsusi məzmuna malik olan ayrıca bir tələb kimi mövcud olur. Digər sözlərlə maddihüquqi tələb hər zaman cavabdehə, mülki (inzibati) məhkəmə araşdırmasının qaldırılması haqqında, qanunla qorunan pozulmuş və mübahisə edilən hüququn müdafiəsi haqqında prosessual məhkəmə müraciəti isə məhkəməyə yönəldilir. İddia irəli sürmək hüququ müəyyən şəxsin iddia irəli sürmək üçün subyektiv hüququnun yaranmasının varlığı və ya olmaması ilə qanunun əlaqələndirdiyi müəyyən ilkin şərtlərə malik olmalıdır.

10. Ümumi və xüsusi ilkin şərtləri bir-birindən ayırmaq lazımdır. Əgər belə şərtlər mövcuddursa, onda həmin şəxsin öz hüquqi tələblərini məhkəmə yolu ilə araşdırmaq hüququ var. Əgər ilkin şərtlərdən hər hansı biri mövcud deyilsə, onda həmin hüququn özü də mövcud olmur; belə halda məhkəməyə müraciət etmək göstərilən mübahisənin məhkəmə yolu ilə baxılması ilə nəticələnə bilməz; buna görə də məhkəmənin ədalətli məhkəmə araşdırması aparmaq hüququ yoxdur (və aparmamalıdır). İddia irəli sürmək üçün ümumi ilkin şərtlər aşağıdakılardır:

1. İddiaçının və cavabdehin prosessual hüquqi səlahiyyətləri, yəni işdə tərəf olmaq qabiliyyəti;

2. İşin məhkəmə aidiyyəti;

3. Məhkəmənin həmin tərəflər arasında baş verən mübahisəyə dair, həmin predmet haqqında və həmin əsaslarla qanuni qüvvəyə minmiş qərarının olmaması və ya iddiaçının iddiadan imtina etməsi ilə və ya tərəflərin sülh razılaşmasının təsdiq edilməsi ilə bağlı olaraq icraata xitam verilməsi haqqında məhkəmə qərarının olmaması. Göründüyü kimi, iddianın irəli sürülməsi üçün ümumi şərtlər mövcuddur. Tətbiq edilən hüquq

11. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli 5 nömrəli qərarı: 1.1-ci bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2-ci bəndinə əsasən, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3-cü bəndinə əsasən, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4-cü bənd inə əsasən, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1-ci bəndinə əsasən, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.5-ci bəndinə əsasən, iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 8.6-cı bəndinə əsasən, iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. 9. məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

12. İnzibati Prosessual Məcəllə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır; Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri

13. Kassasiya şik ayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

14. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya məhkəməsinin mövqeyi

15. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətində göstərdiyi dəlillərini əsassız hesab edir, belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli 5 nömrəli qərarından görünür ki, inzibati məhkəmə icraatı qaydasında qaldırılan iddianın hüquqi cəhətdən yoxlanılması ilk növbədə onun mümkünlüyünün müəyyənləş dirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. Hazırkı mübahisədə iddiaçının iddia qaldırmaq subyektiv hüququ olmadığı üçün iddianın əsaslılığının araşdırılmasına imkan vermir.

16. İddia ərizəsindən aydın olur ki, iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı mənzilin texniki inventarlaşdırılmasının aparılaraq bölgü sxeminin tərtib edilməsini məhkəmədən xahiş etmişdir.

17. Beləliklə iddiaçının hazırkı iddianı qaldırılmasında əsas məqsədi onun paylı mülkiyyətində olan mənzilə dair deyil, ümumilikdə bütün mənzilinə dair cavabdeh tərəfindən bölgü sxeminin tərtib edilməsidir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı sözügedən daşınmaz əmlaka münasibətdə subyektiv hüquq daşıyıcısı deyildir.

18. Belə ki, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.

19. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddia nın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır.

20. Bundan başqa mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər.

21. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddia tələbi subyektiv hüququ olan şəxs tərəfindən qaldırılmadığından və iddiaçının cavabdeh tərəfindən hüquqlarının pozulması ilə nəticələnən hərəkətə (hərəkətsizliyə) yol verilməsini təsdiq edən sənədləri məhkəməyə təqdim etməməsi, belə bir halın məhkəmə araşdırması zamanı müəyyən edilməməsi səbəbindən iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının cavabdeh tərəfindən hansı formada pozulduğu müəyyən edilməmişdir.

22. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin 09.02.2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09.02.2021-ci il tarixli, 2-1(103)-692/2021 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar