Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-200/2023 12.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: (57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, güzəştli stajın mövcudluğu ilə bağlı işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması, hərbi xidmət dövrünün güzəştli iş stajına aid edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyya d Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1955-ci il təvəllüdlü, FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 sentyabr 2022-ci il tarixli 2-1(107)-292/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 2021-ci il 20 avqust tarixli, **********9 nömrəli məktubu ilə İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunmuşdur. Cavabdeh imtinasını “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə istinadla güzəştli stajın toplanmadığı ilə əsaslandırmışdır.
2. Cavabdeh hesab etmişdir ki, iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (9 il 2 ay 21 gün (xx.xx.1977-xx.xx.1978-ci il, xx.xx.1980-xx.xx.1982-ci il, xx.xx.1983-xx.xx.1983cü il, xx.xx.1986-xx.xx.1992-ci il tarixləri arasındakı dövr) olduğundan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
3. İddiaçı məhkəməyə müraciət edərək, güzəştli şərtlərə aid olan iş stajının düzgün hesablanması və ona 57 yaşının tamam olduğu 2012-ci il 6 fevraldan güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 57 yaşının tamam olduğu vaxt o, qanunvericiliklə tələb olunan 25 il ümumi və 12,6 il xüsusi iş stajını toplamışdır. Bu halları təsdiq edən sübutlar iş materiallarında mövcud olduğu halda, cavabdeh qanunsuz olaraq pensiya təyinatından imtina etmişdir.
5. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilə bilməsi üçün qanunvericilikdə təsbit edildiyi kimi onun 25 il ümumi iş stajı olmalı və bu stajın azı 12 il 6 ayını zərərli və ağır işlərdə çalışmalıdır. Lakin onun güzəştli iş stajı 12 il 6 aydan az - 9 il 2 ay 21 gün təşkil edir. Hətta iddiaçı xx.xx.2021-ci il tarixli məktubunda da güzəştli iş stajının 12 il 6 aydan az olduğunu etiraf edir. Buna görə də, iddianın rədd edilməsi xahiş edilmişdir.
6. Şəki İnzibati Məhkəməsinin 30 iyun 2022-ci il tarixli, 2-1(116)-351/2022 nömrəli qərarı ilə (hakim F.S.İsmayılzadə) iddia tələbi təmin edilməmişdir.
7. Məhkəmə hesab etmişdir ki, iddiaçının işlədiyi peşələrin sözügedən siyahılarda nəzərdə tutulan peşələrlə müqayisəsindən məlum olur ki, onun 12,6 il müddətə siyahılarda nəzərdə tutulan peşələrdə işləməsi şərti yerinə yetirilmir. Belə ki, iddiaçının xx.xx.1977-xx.xx.1978, xx.xx.1980-xx.xx.1980, xx.xx.1980-xx.xx.1982, xx.xx.1983xx.xx.1983, xx.xx.1983-xx.xx.1992-ci il tarixlərdə siyahılarda nəzərdə tutulan peşələrdə iş stajı güzəştli şərtlərlə əmək pensiyası hüququ verən staj olaraq nəzərə alındığı halda, onun 12 il 04 ay 24 gün güzəştli iş stajına malik olduğu müəyyən edilir. Beləliklə, iddiaçı qanunvericiliklə müəyyən edilmiş güzəştli iş stajının minimum tələbinə cavab vermir.
8. İddiaçı apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 30 iyun 2022ci il tarixli, 2-1(116)-351/2022 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
9. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 sentyabr 2022-ci il tarixli, 2-1(107)-292/2022 nömrəli qərarına (hakimlər: V.İ.Məlikov - sədrlik edən və məruzəçi, R.R.Rəfiyev və G.İ.Cavadova) əsasən apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 30 iyun 2022-ci il tarixli, 2-1(116)-351/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
10. Məhkəmə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçı ümumilikdə 12 il 4 ay 24 gün güzəştli iş stajına malikdir, odur ki, minimum 12,6 il güzəştli iş stajı olmadığından onun tələbi təmin edilə bilməz. Məhkəmə iddiaçının 1973 və 1976-cı illərdə tələbə inşaat dəstəsinin tərkibində Rusiya Federasiyasının Penza şəhərində maşınqayırma zavodunda işlədiyi müddəti də onun güzəştli iş stajına daxil etməmişdir. Məhkəmə bu zaman ona əsaslanmışdır ki, X1 Arxivinin verdiyi xx.xx.2021-ci il tarixli 7471 saylı arxiv arayışında və “Penzmaş” AİB-in xx.xx.2020-ci il tarixli 62-81 nömrəli arayışında iddiaçının həmin müəssisədə tələbə inşaat dəstəsi tərkibində işləməsi təsdiq olunm ur.
11. İddiaçı kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 sentyabr 2022-ci il tarixli, 2-1(107)-292/2022 nömrəli qərarının ləğv edilməsini və işin yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
12. Kassasiya şikayətinin dəlillərinin əsasını işin halları, iddia ərizəsi və apellyasiya şikayətində qeyd olunanlar təşkil edir. Əlavə olaraq iddiaçı qeyd etmişdir ki, o, hərbi xidmətə çağırılmazdan əvvəl xx.xx.1977-ci ildən xx.xx.1978-ci ilə kimi, yəni 8 ay 24 gün, hərbi xidmətdən qayıtdıqdan sonra isə xx.xx.1980-cı ildən xx.xx.1980-ci ilə kimi, yəni 1 ay 26 gün güzəştli şərtlərə aid olan istehsalatda, yəni T oxuculuq Kombinatının əyrilik fabrikalarında işləmişdir. SSRİ Silahlı Qüvvələrində xidmətdə olduğu dövrdə qüvvədə olan SSRİ Nazirlər Sovetinin 03 avqust 1972-ci il tarixli 590 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və verilməsi qaydaları haqqında” Əsasnamənin 109cu bəndinə əsasən hərbi xidmətə çağırılmazdan əvvəl və ya sonra vətəndaş, güzəştli şərtlərə aid olan islahatlarda işləmişdirsə, onun seçimini nəzərə alaraq onun hərbi xidmətdə qulluq etdiyi vaxtdan çox olmamaq şərti ilə işlədiyi güzəştli işin müddəti qədər güzəştli iş sayılmalıdır. Qeyd edilən müddəa nəzərə alındıqda onun qanunla tələb olunan güzəştli iş stajı yaranır. b. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Cavabdeh kassasiya şikayətinə qarşı təqdim etdiyi etirazında işin hallarının dü zgün müəyyənləşdirildiyini və mübahisəyə hüquq normalarının düzgün tətbiq edildiyini nəzərə almaqla apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 14. “Əmək pensiyaları haqqında” Qanun (2017-ci il iyulun 1-dək qüvvədə olan redaksiya) Maddə
9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər. 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.
15. Əvvəllər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 01 avqust 1997-ci il tarixədək qüvvədə olmuş 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti t ərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. 13 iyun 1997-ci il tarixdə qəbul edilmiş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının Qanunun 1-ci hissəsinin 1-ci bəndinə əsasən «Vətəndaşların pensiya təminatı haqqında» Qanununun 13-cü maddəsinə edilən dəyişikliyə əsasən 1997ci il avqustun 1-dən 2000-ci ilin avqustun 1-dək kişilərin güzəştli şərtlərlə əmək pensiyasına çıxması üçün yaş həddi hər il 6 ay artırılmışdır.
16. SSRİ Nazirlər Sovetinin 03 avqust 1972-ci il tarixli 590 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və verilməsi qaydaları haqqında” Əsasnamənin 109-cu bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti zərərli olan işlərdə və çox isti sexlərdə, eləcə də əmək şəraiti ağır olan başqa işlərdə işləyən fəhlə və qulluqçulara güzəştli şərtlərlə qocalığa (yaşa) görə pensiya təyin edilərkən pensiya təyin edilməsi üçün müraciət edənin arzusu ilə keçmiş SSRİ Silahlı Qüvvələrində xidmət dövrü hərbi xidmət dövründən əvvəlki işə, yaxud da həmin dövrdə sonra gələn işə bərabər tutulur.
17. İnzibati Prosessual Məcəllə Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kə sb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar gö stərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
18. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
19. Apellyasiya in stansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin halları tam və hərtərəfli araşdırılmamış, mübahisəyə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamışdır. Ona görə də qərar ləğv edilməklə iş təkrar apellyasiya baxışına qaytarılmalıdır.
21. İddiaçıya 57 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilə bilməsi üçün onun 25 il ümumi sığorta stajına və 12 il 6 ay xüsusi staja malik olması şərti də ödənilməlidir.
22. Tərəflər iddiaçının 25 il ümumi iş stajının mövcudluğu ilə bağlı mübahisə etmirlər. M übahisələndirilən məsələ xüsusi stajın toplanılması məsələsi ilə bağlıdır. Bu hissədə apelyasiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçının 12,6 il xüsusi stajı mövcud deyildir, onun 12 il 04 ay 24 gün güzəştli iş stajı vardır. Məhkəmə bu staja iddiaçının xx.xx.1977-xx.xx.1978, xx.xx.1980-xx.xx.1980, xx.xx.1980-xx.xx.1982, xx.xx.1983-xx.xx.1983, xx.xx.1983-xx.xx.1992-ci il tarixlərdəki fəaliyyət dövrünü aid etmişdir.
23. Cavabdeh isə iddiaçının güzəştli iş stajının 9 il 2 ay 21 gün təşkil etdiyini bildirmişdir. Cavabdeh bu staja iddiaçının xx.xx.1977-xx.xx.1978-ci il, xx.xx.1980xx.xx.1982-ci il, xx.xx.1983-xx.xx.1983-cü il, xx.xx.1986-xx.xx.1992-ci il tarixləri arasındakı iş stajını aid etmişdir.
24. Bununla bağlı olaraq kollegiya qeyd edir ki, işin hallarından göründüyü kimi məhkəmə iddiaçının güzəştli iş stajını cavabdehin müəyyən etdiyindən fərqli qaydada hesablamışdır. Belə olan halda, məhkəmə özünün qənaətini əsaslandırmaq vəzifəsi daşıyır. Bunun üçün məhkəmə güzəştli stajı kimi qəbul etdiyi hər bir iş dövrünü “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” ilə dəqiq şəkildə əlaqələndirməlidir. Başqa sözlə, məhkəmənin güzəştli staj kimi qəbul etdiyi hər bir işin sözügedən Siyahıda nəzərdə tutulmuş konkret hansı iş olduğu, hansı peşə ilə uyğunlaşdırıldığı dəqiq göstərilməlidir. Hazırkı mübahisə üzrə isə apellyasiya məhkəməsi güzəştli stajı hesablayarkən bu qaydada bir əlaqələndirmə və uyğunlaşdırma aparmamışdır. Odur ki, təkrar apellyasiya baxışı zamanı məhkəmə iddiaçının işlədiyi peşələr lə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda göstərilmiş peşələrin yerinə yetirilmiş əmək funksiyaları nəzərə alınmaqla konkret kodlara istinadla eyni olub-olmadığını, eləcə də xüsusi stajla bağlı qanunun tələb etdiyi 12 il 06 ay müddətinə riayət edilib-edilmədiyini dəqiq müəyyən etməlidir.
25. Kollegiya mübahisəyə keçmiş SSRİ Nazirlər Sovetinin 03 avqust 1972-ci il tarixli 590 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və verilməsi qaydaları haqqında” Əsasnamənin 109-cu bəndinin müddəalarının tətbiq edilməli olduğu halda, edilmədiyinə dair iddiaçının dəlillərini də əsaslı hesab edir. Belə ki, həmin norma iddiaçının hərbi xidmətdə olduğu vaxtı qüvvədə olmuşdur.
26. Bununla bağlı olaraq kollegiya qeyd etməyi zəruri hesab edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə isə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliy inin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Müvafiq olaraq iddiaçı güzəştli iş stajının hesablanması zamanı hərbi xidmət dövrünün nəzərə alınması məsələsinə münasibətdə sözügedən SSRİ Nazirlər Sovetinin 03 avqust 1972-ci il tarixli 590 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və verilməsi qaydaları haqqında” Əsasnamənin 109-cu bəndinin müddəalarına istinad edə bilər.
27. Həmin norma isə nəzərdə tutur ki, yeraltı işlərdə, əmək şəraiti zərərli olan işlərdə və çox isti sexlərdə, eləcə də əmək şəraiti ağır olan başqa işlərdə işləyən fəhlə və qulluqçulara güzəştli şərtlərlə qocalığa (yaşa) görə pensiya təyin edilərkən pensiya təyin edilməsi üçün müraciət edənin arzusu ilə keçmiş SSRİ Silahlı Qüvvələrində xidmət dövrü hərbi xidmət dövründən əvvəlki işə, yaxud da həmin dövrdə sonra gələn işə bərabər tutulur. Odur ki, təkrar apellyasiya baxışı zamanı iddiaçının güzəştli iş stajı hesablanarkən sözügedən normanın tələbləri də nəzərə alınmalı, iddiaçının həqiqətən hərbi xidmətdən əvvəl və ya sonra güzəştli iş stajı hesab edilən peşədə işlədiyi müəyyən olunarsa, hərbi xidmət dövrünün də güzəştli staja hesablanması məsələsi müzakirə olunmalıdır.
28. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-292/2022 nömrəli, 29 sentyabr 2022-ci il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qətidir.