Məhkəmə qərarları › İş №2-1(102)-200/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-200/2024

04.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-200/2024 04.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qanunvericiliyə edilmiş müvafiq dəyişikliyin qanuni qüvvəyə mindiyi xx.xx.2022-ci il tarixdən sonra güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1961-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mə rkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 avqust 2023-cü il tarixli, 2-1(107)-26/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1961-ci il tarixdə doğulmuş, xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixədək hərbi xidmətdə olmuşdur. 2. 26.04.1982-ci il tarixli, EТ-İ ******* nömrəli əmək kitabçasına əsasən, iddiaçı xx.xx.1982-ci ildən xx.xx.1987-ci ilədək Qazaxıstan Respublikası “Manqışlaqneft” İstehsalat Birliyinin Jetıbay Qazma İşləri İdarəsində neft və qaz üçün istismar və kəşfiyyatqazma quyularının qazmaçı köməkçisi; x x.xx.1987-ci ildən xx.xx.1998-ci ilədək həmin İdarədə (xx.xx.1996-cı ildə İdarənin adı dəyişdirilərək “Manqistaumunayqaz” Səhmdar Cəmiyyətinin “Burqışı” Məhdud Məsuliyyətli Yoldaşlığı adlandırılmışdır) neft və qaz üçün istismar və kəşfiyyat-qazma quyularının qazmaçısı; xx.xx.1998-ci ildən xx.xx.1999-cu ilədək həmin müəssisədə quyuların yeraltı təmiri üzrə qazmaçı; xx.xx.1999-cu ildən xx.xx.2001-ci ilədək həmin müəssisədə (xx.xx.2001-ci ildən müəssisə “Oil Services Company” Məhdud Məsuliyyətli Yoldaşlığı adlanır) neft və qaz üçün istismar və kəşfiyyatqazma quyularının qazmaçısı; xx.xx.2001-ci ildən xx.xx.2008-ci ilədək həmin müəssisədə quyuların əsaslı təmiri üzrə qazmaçı; xx.xx.2008-ci ildən xx.xx.2009-cu ilədək Qazaxıstan Respublikası “Enerqoproyekt-Visokoqradnya” Səhmdar Cəmiyyətində çil ingər işləmişdir.

3. İddiaçı xx.xx.2021-ci il tarixdə cavabdehə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir.

4. Cavabdeh xx.xx.2021-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmiş və imtinasını belə əsaslandırmışdır ki, iddiaçının təqdim etdiyi sənədlərdən göründüyü kimi, onun ümumi iş stajı 21 il 8 ay 7 gün (xx.xx.1979-cu ildən xx.xx.1981-ci ilədək və xx.xx.1982-ci ildən xx.xx.2001-ci ilədək) olmaqla 25 ildən azdır. Bundan başqa, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 40000 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 16525,09 manat təşkil edir. Ona görə də iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, ona xx.xx.2021-ci ildən güzəştli şərtlərlə pensiya təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

6. İddiaçı tələbini işin hallarına uyğun əsaslandıraraq qeyd etmişdir ki, onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliklə tələb olunan 25 ildən artıq ümumi və 12 il 6 aydan artıq güzəştli iş stajı iddia ərizəsinə əlavə etdiyi sənədlərlə öz təsdiqini tapır. Cavabdehin imtinası qanunsuz və əsassızdır.

7. Cavabdeh imtinasının dəlillərinə istinad edərək iddiaya qarşı məhkəməyə təqdim etdiyi etirazında əlavə olaraq qeyd etmişdir ki, iddiaçı cavabdehə müraciət edərkən güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını cavabdehə təqdim etməmişdir.

8. Şəki İnzibati Məhkəməsinin (hakim: Vidadi Qasımov) 29 sentyabr 2022-ci il tarixli, 2-1(116)-610/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya xx.xx.2021-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması öh dəliyi cavabdehin üzərinə qoyulmuşdur.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.1961-ci il təvəllüdlü olmaqla, 60 yaşa xx.xx.2021-ci ildə çatmışdır. İddiaçının xx.xx.1979-cu ildən xx.xx.1981-ci ilədək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmətdə olduğu 2 il 1 ay 9 gün müddət onun sığorta stajına daxil edilməlidir. Bundan başqa, iddiaçının əmək kitabçasında olan qeydlərə əsasən, onun xx.xx.2006-cı ilədək iş stajı 23 il 8 ay 6 gün təşkil edir. Həmin staj bütövlükdə Qazaxıstan Respublikası ərazisində toplanmışdır. Göstərilən müddətin xx.xx.1992-ci ilədək olan hissəsi hər hansı şərt olmadan onun sığorta stajına daxil edilir. Əmək stajının xx.xx.1992-ci ildən sonrakı hissəsi ilə bağlı isə müəyyən edildi ki, Azərbaycan Respublikasını n xx.xx.2000-ci il tarixli, 820-İQ nömrəli Qanunu ilə “Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında Azərbaycan Respublikası ərazisində müvəqqəti işləyən Qazaxıstan Respublikası vətəndaşlarının və Qazaxıstan Respublikası ərazisində müvəqqəti işləyən Azərbaycan Respublikası vətəndaşlarının əmək fəaliyyəti və sosial müdafiəsi haqqında Saziş” təsdiq edilmişdir. Həmin Sazişin 9-cu maddəsində deyilir ki, müəyyən güzəştlərə əsas verən staj da daxil olmaqla, əməkçi miqrantın Tərəflərin ölkələrindən birinin ərazisində əmək fəaliyyəti müddətində əldə etdiyi əmək stajı qarşılıqlı olaraq hər iki Tərəf ölkəsində tanınır. Əməkçi miqrant işlə təmin edən Tərəfi tərk etdikdə işəgötürən, əməkçi miqranta onun əmək fəaliyyətinin müddəti və əməyin ödənilməsi haqqında (hər ay ü çün əmək haqqının məbləği göstərilməklə) möhürlə təsdiq edilmiş arayış təqdim etməlidir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının xx.xx.1992-ci ildən sonra Qazaxıstan Respublikası ərazisində işlədiyi müddət də onun sosial sığorta stajına daxil edilməlidir. Belə olan halda, iddiaçının əmək kitabçasında göstərilmiş 23 il 8 ay 6 gün və hərbi xidmətdə olduğu 2 il 1 ay 9 gün müddətin cəmi 25 il 9 ay 15 gün təşkil edir ki, bu da, ümumi sığorta stajı ilə bağlı yuxarıda göstərilən şərti tam təmin edir və iddiaçının pensiya kapitalının hesablanmasına zərurət qalmır.

10. Bundan başqa, birinci instansiya məhkəməsi iddiaçının güzəştli sığorta stajı ilə bağlı qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın “X. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı” bölməsinin “Qazma” adlanan 1-ci yarımbölməsinin a) bəndinin ikinci abzasında “1100000a—11297. Neft və qaz üçün istismar və kəşfiyyat qazma quyularının qazmaçıları”, “Neft-qaz və qaz kondensatının hasilatı” adlanan 2-ci yarımbölməsinin a) bəndinin ikinci abzasında “1100000a—11292. Quyuların əsaslı təmirinin qazmaçıları” göstərilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiy ası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın “Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı” adlanan 10-cu hissəsinin “Qazma” adlanan 10.1-ci bəndinin a) yarımbəndinin ikinci abzasında “Neft və qaz üçün istismar və kəşfiyyat-qazma quyularının qazmaçıları”, “Neft, qaz və qaz kondensatının hasilatı” adlanan 10.2-ci bəndinin a) yarımbəndinin ikinci abzasında isə “Quyuların əsaslı təmirinin qazmaçıları” göstərilmişdir. Göründüyü kimi, iddiaçının sosial sığorta stajının 12 il 6 aydan artıq hissəsi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrə aiddir. Beləliklə, məhkəmə bu qənaətə gəldi ki, iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan bütün şərtlərə cavab ve rir.

11. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, cavabdeh iddiaçıya pensiya təyin etməkdən imtina etsə də, imtina məktubunda, iddiaya qarşı etirazında və məhkəmənin sorğularına verdiyi cavablarda bunu hər dəfə fərqli dəlillərlə əsaslandırmağa çalışmış və ardıcıl bir mövqe göstərə bilməmişdir. Belə ki, o, imtina məktubunda iddiaçının ümumi sığorta stajının 21 il 8 ay 7 gün olduğunu və fərdi hesabının sığorta hissəsində qeydə alınmış 16529,09 manat pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına (40000 manat) imkan vermədiyini bildirdiyi halda, iddiaya qarşı etirazında əlavə olaraq, iddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışının tələb olunduğunu, məhkəmənin sorğusuna yazdığı xx.xx.2022-ci il tarixli cavab məktubunda iddiaçının ümumi iş stajının 25 il 9 ay 13 gün, güzəştli sığorta stajının 19 il 6 ay 28 gün təşkil etdiyini, məhkəmənin sorğusuna yazdığı xx.xx.2022-ci il tarixli cavab məktubunda isə iddiaçının ümumi iş stajının 21 il 8 ay 7 gün, güzəştli sığorta stajının 19 il 6 ay 28 gün təşkil etdiyini bildirmişdir. Göründüyü kimi, cavabdeh iddia tələbi ilə bağlı qarışıq mövqe nümayiş etdirsə də, xx.xx.2022-ci il tarixli cavab məktubunda iddiaçının ümumi iş stajının 25 ildən artıq (25 il 9 ay 13 gün), güzəştli sığorta stajının isə 12 il 6 aydan artıq (19 il 6 ay 28 gün) olmasını etiraf etmişdir.

12. Bundan başqa, birinci instansiya məhkəməsi iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün onun azı 25 il sığorta stajı ilə yanaşı, həm də fərdi hesa bının sığorta hissəsində qeydə alınmış əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalına malik olması barədə cavabdehin dəlili ilə razılaşmayaraq qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində yaşa görə əmək pensiyası hüququnun həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaranması təsbit edilmişdir. Qanunun 7-ci maddəsində isə əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalının olması şərti və şəxsin azı 25 il sığorta stajının olması şərti bir-birinə alternativ olaraq nəzərdə tutulmuşdur. Başqa sözlə, bu şərtlərdən yalnız birinin təmin olunması 60 yaşa çatmış və azı 12 il 6 ay güzəştli staja malik olan kişilərə güzəştli şər tlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayətdir.

13. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

14. İş üzrə apellyasiya icraatı zamanı iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edilərək ona xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması xahiş edilmiş, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə məhkəmənin icraatına qəbul edilmişdir.

15. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Vəzirxan Məlikov /sədrlik edən və məruzəçi/, Elçin Hüseynov və Günay Cavadova) 10 avqust 2023cü il tarixli, 2-1(1 07)-26/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı iddiaçıya xx.xx.2021-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması hissəsində dəyişdirilmiş, iddia təmin edilmiş, cavabdehin üzərinə iddiaçıya xx.xx.2022-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi qoyulmuşdur.

16. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdehin apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, iddiaçının 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ xx.xx.2021-ci il tarixdə yaranmışdır. 2021-ci ildə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün kapital tələbi olduğu halda, birinci instansiya məhkəməsi tərəfindən bu hala hüquqi qiymət verilməmişdir. Belə ki, iddiaçının xx.xx.2006-cı il tarixinədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 12835,62 manat təşkil edir, həmin tarixdən sonra olan dövr üçün isə onun fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 13 may 2022-ci il tarixli Qanuna əsasən “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə dəyişiklik edilmiş və həmin dəyişikliyə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqa nın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır (maddə 9.1). 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır (maddə 7). Həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 13 may 2022-ci il tarixli Qanunun 2-ci maddəsində qeyd edilmişdir ki, bu Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 9.1 – 9.3-cü, 9.6-cı, 9.7-ci və 14.4-cü maddələri əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qeyd edilən maddi normaları qüvvəyə mindiyi tarixdən əvvəlki dövr üçün əmək pensiyasının təyin edilməsinə münasibətdə tətbiq etməkdə haqlı olmamış və iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalına hüquqi qiymət vermədən ona xx.xx.2021-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməklə düzgün nəticəyə gəlməmişdir. İddiaçı məhkəmə kollegiyasının iclasında iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, ona xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hazırkı iddia tələbinə, yəni ona xx.xx.2022-ci ildən güzəştli şərtlərlə pensiya təyin olunması tələbinə münasibətdə hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1 və 7-ci maddələri tətbiq edilməlidir.

17. Həmçinin məhkəmə kollegiyasının sorğusuna cavabdehin xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, iddiaçı Qazaxıstan Res publikası ərazisində işlədiyi xx.xx.2002-xx.xx.2005-ci il tarixləri arasındakı dövr üzrə əməyin ödənilməsi haqqında arayışı cavabdehə təqdim etsə də, xx.xx.1992-xx.xx.2001-ci il tarixləri arasındakı dövrə dair sözügedən arayışı təqdim etməyib. Məhkəmə kollegiyası cavabdehin bu dəlilinə münasibətdə qeyd edir ki, iş materiallarında mövcud olan “Oil Services Company” Məhdud Məsuliyyətli Yoldaşlığı tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışlarla müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1982-ci ildən xx.xx.2001-ci ilədək yuxarıda göstərilən müəssisədə işləmişdir.

18. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri

19. Cavabdehin kass asiya şikayətinin dəlilləri onun imtinasının, iddiaya qarşı etirazının və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 21. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu (xx.xx.2022-ci il tarixdən qüvvədə olan redaksiyada) Maddə 1.0.1. Əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 1.0.2. Sosial sığorta stajı əmək pensiyası hü ququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna ol maqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. (xx.xx.2022-ci il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” xx.xx.2022-ci il tarixli Qanunun keçid müddəalarına əsasən, Bu Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 9.1 – 9.3-cü, 9.6-cı, 9.7-ci və 14.4-cü maddələri əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir.) Maddə 23.1. Vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ya həmin dövlətlərlə bağlanmış dövlətlərarası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, müvafiq icra ha kimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə, sığorta stajına daxil edilir. Maddə 23.2. 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir.

22. Azərbaycan Respublikasının 2000-ci il 14 mart tarixli, 820-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında Azərbaycan Respublikası ərazisində müvəqqəti işləyən Qazaxıstan Respublikası vətəndaşlarının və Qazaxıstan Respublikası ərazisində müvəqqəti işləyən Azərbaycan Respublikası vətəndaşlarının əmək fəaliyyəti və sosial müdafiəsi haqqında Saziş” Maddə

9. Müəyyən güzəştlərə əsas verən staj da daxil olmaqla, əməkçi miqrantın Tərəflərin ölkələrindən birinin ərazisində əmək fəaliyyəti müddətində əldə etdiyi əmək stajı qarşılıqlı olaraq hər iki Tərəf ölkəsində tanınır. Əməkçi miqrant işlə təmin edən Tərəfi tərk etdikdə işəgötürən, əməkçi miqranta onun əmək fəaliyyətinin müddəti və əməyin ödənilməsi haqqında (hər ay üçün əmək haqqının məbləği göstərilməklə) möhürlə təsdiq edilmiş arayış təqdim etməlidir.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”

10. Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı 10.1. Qazma a) fəhlələr: neft və qaz üçün istismar və kəşfiyyat-qazma quyularının qazmaçıları 10.2. Neft, qaz və qaz kon densatının hasilatı, qəbulu və saxlanması sahəsi a) fəhlələr: quyuların əsaslı təmirinin qazmaçıları

24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 9 4.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

26. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.

28. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldı rılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

29. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

30. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi ona “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin xx.xx.2022-ci il tarixdən qüvvədə olan redaksiyasına əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə nail olmaqdan ibarətdir.

31. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş şərtlərin, xüsusilə də cavabdehin mübahisələndirdiyi ümumi əmək stajı ilə əlaqədar şərtin iddiaçıya münasibətdə yerinə yetirilməsi ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünl ük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

32. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

33. İddiaçının təqdim etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən cavabdehin şəxsə pensiya təyinatından imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi əslində və ilk növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsinə aiddir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir.

34. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.

35. Hazırkı mübahisəyə münasibətdə cavabdehin qanunvericiliyin tələb etdiyi qaydada inzibati icraat apardığı, iddiaçının xeyrinə olan halları araşdırdığı və nəzərə aldığı, bunun üzərindən obyektiv qərar qəbul etdiyi iş üzrə materiallarla təsdiq olunmur. Cavabdehin əvəzinə apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12-ci maddəsinin tələblərinə uyğun olaraq mübahisənin düzgün həlli üçün əh əmiyyət kəsb edən bütün faktiki hallar hərtərəfli araşdırılmış və iş üzrə obyektiv qanunauyğun qərar qəbul edilmişdir.

36. Yuxarıda istinad edilən normalar baxımından şəxsin güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün aşağıdakı dispozisiya şərtləri mövcud olmalıdır: şəxs müvafiq yaşa çatmalı, 25 ildən çox ümumi iş stajına, o cümlədən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nəzərdə tutulmuş peşələrdə ən azı 12 il 6 ay xüsusi iş stajına malik olmalı, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli və ya azı 25 il ümumi stajı olmalıdır.

37. Hazırkı mübahisəyə münasibətdə işin apellyasiya instansiyas ı məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan həmin dispozisiya şərtləri iddiaçıya münasibətdə mövcuddur.

38. Həmçinin iddiaçının işlədiyi vəzifələrin (neft və qaz üçün istismar və kəşfiyyatqazma quyularının qazmaçısı, quyuların əsaslı təmiri üzrə qazmaçı) və sahənin neftin qazılması və hasilatı sahəsinə aid və bağlı olduğu işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş halları ilə təsdiq olunur.

39. Cavabdeh imtina məktubunda, iddiaya qarşı etirazında, birinci instansiya məhkəməsinin sorğularına cavab məktublarında fərqli dəlillərə istinad edərək iddiaçının əmək kitabçasına əsasən işlədiyi xx.xx.1992-xx.xx.2001-ci il tarixləri arasındakı dövrü mübahisələndirmədiyi halda, iş üzrə apellyasiya icraatı zamanı həmin dövrü mübahisələndirmiş, belə ziddiyyətli mövqeyini əsaslandırmadan həmin dəlili kassasiya şikayətində də təkrarlamışdır.

40. Cavabdeh nəzərə almalıdır ki, şəxsin müraciətinin təmin edilməsindən imtina ilə bağlı hər dəfə yeni dəlillərə istinad etməkdə haqlı sayıla bilməz və belə hal bir tərəfdən, şəxsin səmərəli müdafiə hüququnun təmin olunması, digər tərəfdən isə, prosessual qənaət prinsipinin tələbləri baxımından yolverilməzdir. Obyektiv araşdırma prinsipinin tələbinə görə, inzibati orqan inzibati icraat çərçivəsində şəxsin müraciətinin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur və işin bütün hallarının araşdırılması onun xidməti vəzifəsindən irəli gəlir. Şəxsin müraciətinin təmin ed ilib-edilməməsi qənaətinə gələrkən, cavabdeh məhz qanunvericiliyin tələblərinə uyğun aparılmış inzibati icraatın nəticəsinə əsaslanmalıdır.

41. Odur ki, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etməkdə iddiaçı haqlı sayılmalıdır.

42. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.

43. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iş üzrə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanunvericiliyin tələblərinə uyğun və əsaslıdır. Bu baxımdan cavabdehin kassasiya şikayəti təmin olun mamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

44. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 avqust 2023-cü il tarixli, 2-1(107)-26/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar