Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2000/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iddiasına dair iş üzrə QƏRAR GİRİŞ HİSSƏ 23.07.2019 Hakimlər: Azər Soltanhəmid oğlu Hüseynov (sədrlik edən və məruzəçi), Rahib Sahib oğlu Nəbizadə və X2 ibarət tərkibdə, cavabdeh Nazirliyin nümayəndəsi və vəkili X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı məlumat vərəqinin göndərilməsinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 07 mart 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən inzibati işə Ali Məhkəmənin binas ında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməə müraciət edərək, iddiaçıya X3 işlədiyi vəzifə üçün müəyyən edilmiş vəzifə maaşı, rütbə maaşı, xidmət illərinə görə əlavə və ərzaq payı əvəzinə kompensasiyadan ibarət müvafiq təminat xərcliyi nəzərə alınmaqla “Məlumat vərəqəsi”nin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə göndərilməsi öhdəliyinin cavabdeh Nazirliyə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 07.12.2018-ci il tarixli qərarı ilə (hakim M.Hacıbəyova; iş No 2-1 (81)-277 1/2018) iddia tələbinin rədd edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 07 mart 2019-cu il tarixli qərarı ilə (sədrlik edən V.Baxışova, hakimlər E.Nağıyeva və H.Həmidov; iş № 2-1(103)-666/2019) iddiaçının apellyasiya şikayətinin təmin edilməməsi; 1 saylı Bakı inzibati iqtisadi Məhkəməsinin 07.12.2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardan iddiaçı kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və işin yenidən apellyasiya baxışına qaytarılması barədə yeni qərar çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri İddiaçının kassasiya şikayətində qeyd edilənlərə görə, apellyasiya instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbi q etməmiş, nəticədə əsassız və qanunsuz qərar qəbul etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında çıxış edən cavabdeh Nazirlyin vəkili Ə.Həbilov kassasiya şikayətinin dəlillərini əsassız hesab edərək, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin edilməməsi; Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 07 mart 2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmalarına baxmayaraq, hazırkı iş üzrə iddiaçının nümayəndələri gəlmədiklərindən və bunun səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası İPM-nin 1.2 və Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddələrinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan məlum olur ki, iddiaçı 21.08.1974-cü ildən 07.04.1995-ci ilə qədər daxili işlər orq anlarında xidmət etmişdir. Güzəştli 25 il 11 ay 12 gün, təqvim hesabı ilə 20 il 07 ay 16 gün xidmət stajı vardır. 1995-ci ildən ona pensiya təyin edilmişdir. İddiaçı 06.03.2018-ci il tarixli ərizə ilə cavabdeh Nazirliyə müraciət edərək ona X3 işlədiyi dövrün təminat xərcliyi nəzərə alınaraq pensiyanın yenidən hesablanması üçün “Məlumat vərəqi”nin tərtib olunaraq Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə göndərilməsini xahiş etmişdir. Cavabdeh Nazirliyin Baş Kadrlar İdarəsinin 022/23-13614k nömrəli, 10.04.2018-ci il tarixli məktubuna əsasən, iddiaçıya bildirilmişdir ki, iddiaçı DİN-nin 06.04.1995-ci il tarixli, 784ş/h nömrəli əmri ilə “attestasiya qaydasında" daxili işlər orqanlarında xidmətdən xaric olunmuşdur. Daxili işlər orqanlarından xaric olunduğu vaxt qüvvədə olan “Hərbi quuluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 40-cı maddəsinə əsasən, hərbi qulluqçulara və onların ailələrinə pensiya hərbi qulluqçuların təminat xərcliyindən hesablanır. Xidmət üzrə sonuncu iş yeri Dəvəçi RPŞ-nin baş polis sahə inspektoru vəzifəsi olduğundan bu vəzifə üçün müəyyən edilmiş vəzifə maaşı, rütbə maaşı, xidmət illərinə görə əlavə və ərzaq payı əvəzinə kompensasiyadan ibarət müvafiq təminat xərcliyi nəzərə alınmaqla iddiaçıya pensiya təyin edilmişdir. İddiaçı ərizəsində Dəvəçi RPŞ-nin baş polis sahə inspektoru təyin edilsə də bu vəzifədə işləmədiyini, sonuncu iş yerinin X1 iddia etdiyindən 1-ci instansiya məhkəməsi tərəfindən iddiaçının bu dəlillərinin araşdırılması üçün müvafiq sorğular v erilmiş və sorğu əsasında cavabdeh Nazirliyin Baş Kadrlar İdarəsindən daxil olmuş sənədlərə əsasən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası DİN-nin 14.02.1993-cü il tarixli, 212 ş/h nömrəli əmri əsasında polis kapitanı olmuş İddiaçı 15.02.1993-cü ildən Quba rayon polis şöbəsinin dövlət yol polis bölməsinin rəisi vəzifəsindən azad edilib Azərbaycan Respublikası DİN-nin sərəncamında saxlanılmışdır. Azərbaycan Respublikası DİN-nin 27.09.1994-cü il tarixli, 2169 ş/h nömrəli əmrindən çıxarışa əsasən, iddiaçı 29.09.1994-cü ildən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin sərəncamında olan Dəvəçi rayon polis şöbəsinin polis baş sahə inspektoru vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 06 aprel 1995-ci il tarixli, 784 nömrəli əmrinə əsasən, iddiaçı Azərbaycan Respublikası daxili işlər orqanlarının sıravi və rəis heyətinin xidmətdən xaric edilməsi qaydası barədə müvəqqəti təlimatın 4-cü bəndinin “d” yarımbəndinə əsasən, (attestasiya qaydasında xidmətə müvafiq olmadığına görə) daxili işlər orqanlarından xaric edilmişdir. Araşdırılan qərardan göründüyü kimi, apellyasiya instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək, haqlı olaraq belə hesab etmişdir ki, iddiaçı pensiyaya çıxan zaman (1995-ci ildə) qüvvədə olmuş “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 40-cı maddəsinə əsasən, hərbi qulluqçulara və onların ailələrinə pensiya hərbi qulluqçuların təminat xərcliyindən hesablanır. Bu zaman onlara pensiya hesablanması üçün vəzifə maaşı (yeni vəzifə maaşını təşkil edən büt ün artım; növləri və əlavələr daxil olmaqla), hərbi və ya xüsusi rütbəyə görə müvafiq maaşlar, xidmət illəri (fasiləsiz iş) üçün əlavə faiz və ərzaq payı müqabilində verilən pul kompensasiyası nəzərə alınır. Məhkəmə araşdırmaları zamanı iddia tələbinin əsaslı olduğu sübut edilməmişdir. Belə ki, iddiaçı 29.09.1994-cü il tarixdən 06 aprel 1995-ci il tarixədək Dəvəçi rayon polis şöbəsinin polis baş sahə inspektoru vəzifəsində xidmət etmiş, xidmətdən azad edilərkən həmin vəzifədə işlədiyindən cavabdeh orqan tərəfindən həmin dövrdə qüvvədə olan qanunvericiliyə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə iş idarəsinə iddiaçının sonuncu xidmət etdiyi vəzifəyə uyğun təminat xərcliyi n əzərə alınmaqla məlumat vərəqi göndərilmişdir. İddiaçı, onun Dəvəçi rayon polis şöbəsinin polis baş sahə inspektoru vəzifəsinə təyin olunmasına razılıq vermədiyini və həmin vəzifədə heç vaxt əmək haqqı almadığını bildirsə də bu halı təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. İddiaçı işə apellyasiya qaydasında baxılarkən məhkəməyə vəsatət verərək bu halın yoxlanılması üçün Daxili işlər Nazirliyinin Arxiv idarəsinə soröu verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası DİN Maliyyə Plan İdarəsinin birinci instansiya məhkəməsinə ünvanlanmış 23.07.2018-ci il tarixli məktubunda 1994-1995-ci illərin ödəniş sənədlərinin qanunvericiliyə müvafiq olaraq məhv edildiyi qeyd edildiyindən iddiaçının vəsatətinin təmin edilməmişdir. Göründüyü kimi, cavabdeh Nazirliyin iddiaçının müraciətinin tə min edilməsindən imtina etməsi sonuncunun qanunla qorunan hüquqlarını pozmamış, əsaslı və qanuni olmuşdur. Eyni zamanda iddiaçının iddia tələbi əsassız və qanunsuz olduğundan həmin tələb 1ci instansiya məhkəməsi tərəfindən düzgün olaraq təmin edilməməişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı)—hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nə ticə düzgündür, iddiaçının kassasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan qəbul edilməməlidir. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə müvafiq olaraq məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərarın ləğvi üçün əsas olan qanun pozuntularına yol verilməmıidir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslı hesab edilmir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 07 mart 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 69, 96 və 98-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 07 mart 2019-cu il tarixli qərarı
Məhkəmə qərarları › İş №2-1(102)-2000/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2000/2019
23.07.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver