Məhkəmə qərarları › İş №2-1(102)-2000/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2000/2021

16.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2000/2021 ALİ MƏHKƏMƏ İddiaçı Cavabdeh Təhsildə X1rşı iş üzrə (Açar sözlər: diplom üzrə ixtisasın tanınması) 16.11.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, İddiaçı, cavabdehin vəkili X2 iştirakı ilə, İddiaçı cavabdeh Təhsildə X1rşı “ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02.07.2021-ci il tarixli, 2-1(103)-555/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 1996-cı ildə Rusiya Federasiyasının Dağıstan Dövlət Universitetinin Bakı Filialına “Hüquqşünaslıq” ixtisası üzrə daxil olaraq təhsil almış və Dövlət İmtahan Komissiyasının 08.06.2001-ci il tarixli qərarı ilə ona “Hüquqşünas” ixtisası verilmişdir. İddiaçı təhsil aldığı müəssisəsini bitirməsinə dair 08.06.2001-ci il tarixli, ДBC ******* nömrəli diplom verilmiş, həmin diplom Rusiya Federasiyasının səlahiyyətli orqanı tərəfindən apostil olunmuşdur.

2. Azərbaycan Respublikası 1 saylı Yerli İqtisad Məhkəməsinin 2398/4-489-2006 saylı, 20.06.2007-ci il tarixli qətnaməsi ilə iddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinin iddiası qismən təmin olunmuş, cavabdeh Dağıstan Universitetinin Ə.Əliyev adına Bakı filialının f əaliyyəti dayandırılmış, iddia qalan hissələrdə rədd olunmuş və cavabdeh müəssisədə təhsil alan və təhsilini başa vurmayan tələbələrin müvafiq təhsil müəssisələrində yerləşdirilmələri Azərbaycan Respublikasının Təhsil Nazirliyinə həvalə olunmuşdur. Məhkəmə hesab etmişdir ki, cavabdeh müəssisədə hal-hazıradək təhsil alıb və bu barədə müvafiq sənəd almış tələbələrin təhsil sənədlərinin də etibarsız hesab edilməsi qanunauyğun hesab edilə və bu barədə olan iddia tələbi təmin oluna bilməz.

3. Azərbaycan Respublikası 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 2398/4-489/3 saylı, 14.01.2010-cu il tarixli qərardadı ilə izah edilmişdir ki, Azərbaycan Respublikası 1 saylı Yerli İqtisad Məhkəməsinin 2398/4-489 saylı, 20.06.2007-ci il tarixli qətnaməsi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin iddi ası Dağıstan Dövlət Universiteti tərəfindən verilmiş diplomların etibarsız hesab edilməsi hissəsində təmin edilməmişdir.

4. İddiaçı 17.11.2016-cı il tarixində diplom üzrə ixtisasının tanınması üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh 31.05.2017-ci il tarixli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir.

5. Cavabdeh imtinasını belə əsaslandırmışdır ki, iddiaçının təhsil aldığı Rusiya Federasiyası Dağıstan Dövlət Universitetinin Bakı filialı qeyri-qanuni fəaliyyət göstərdiyinə görə 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 20.06.2007-ci il tarixli, 2398/4-489-2006 saylı qətnaməsi ilə fəaliyyəti dayandırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsil sahəsində ixtis aslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydalarının 3.7-ci bəndinə əsasən Rusiya Federasiyası Dağıstan Dövlət Universiteti tərəfindən onun adına verilmiş ДBC ******* nömrəli, 08.06.2001-ci il tarixli diplom üzrə aldığı ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Rusiya Federasiyasının Dağıstan Dövlət Universitetinin Bakı Filialı tərəfindən 08.06.2001-cı il tarixli, ДВС ******* nömrəli diploma əsasən ona verilmiş “hüquqşünaslıq” ixtisasının tanınması və bu barədə ekvivalentlik haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilm əsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

7. İddiaçının razılığı ilə cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi əsl cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə əvəz edilmişdir.

8. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, 1996-2001-cı illərdə Rusiya Federasiyasının Dağıstan Dövlət Universitetinin Bakı Filialında təhsil alaraq həmin ölkənin ali təhsil haqqında dövlət sənədi olan “hüquqşünaslıq” ixtisasının verilməsi barədə 08.06.2001-cı il tarixli, ДBC ******* nömrəli diplom almışdır. 26.09.2007-ci il tarixdə apostil qoyulmaqla təsdiq edilmiş diplom üzrə ixtisasının ölkədə tanınması üçün cavabdehə 17.11.2016-cı il tarixində elekton ərizə ilə müraciət etmişdir və həmin elektron müraciətin nəticəsi barədə ona 31.05.2017-ci tarixli, 1455/ANİ saylı məktub göndərilmiş və həmin məktub ilə 08.06.2001-cı il tarixli, ДBC ******* nömrəli diplom üzrə aldığı ixtisasın tanınması mümkün hesab edilməmişdir. Həmçinin nümayəndəsi (atası) X4 tərəfindən 04.02.2020-ci il tarixdə cavabdehə diplomun üzrə ixtisasının tanınması haqqında müraciət edilmişdir. Cavabdehin 28.02.2020-ci il tarixli məktubu ilə diplomun üzrə ixtisasının tanınması mümkün hesab edilməmişdir. Cavabdehin məktublarında imtinaya əsas kimi 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 20 iyun 2007-ci il tarixli, 2398/4-489-2006 saylı qətnaməsinə əsasən Universitetin Bakı Filialının fəaliyyətinin dayandırıldığı göstərilmişdir. Qeyd edilən məktublarda istinad edilən hal diplomunun tanınmasından imtina edilməsinə əsas ola bilməz. Belə ki, 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 20 iyun 2007-ci il tarixli, 2398/4- 489-2006 saylı qətnaməsi o, Universitetin Bakı Filialını bitirdikdən 6 il keçdikdən sonra qəbul edilmişdir və mövcud qanunvericiliyə əsasən sözügedən qətnamə geriyə şamil edilə bilməz. Universitetin Bakı Filialına qəbul olunduğu və təhsil aldığı bütün dövr ərzində həmin ali təhsil müəssisəsinin fəaliyyəti Azərbaycan Respublikasının heç bir dövlət və digər müvafiq orqanları tərəfindən qeyriqanuni hesab edilməmiş, bu barədə heç bir rəsmi və ya qeyri-rəsmi məlumatı olmamışdır. Digər tərəfdən, təhsil aldığı dövrdə ona hərbi xidmətə çağırış zamanı Azərbaycanın müvafiq dövlət orqanı tərəfindən ali təhsil müəssisəsinin tələbəsi kimi güzəşt verilmiş, hərbi xidməti ali təhsilli şəxs kimi keçmiş və bunlar da həmin dövrdə Universitetin Bakı Filialının Azərbaycan Respublikasında qanuni fəaliyyət göstə rdiyini təsdiq edir. Bundan başqa Universitetin Bakı Filialının göstərilən dövrdə verdiyi diplomların Təhsil Nazirliyi tərəfindən tanınması faktları da məlumdur.

9. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Cavabdeh etirazını belə əsaslandırmışdır ki, Rusiya Federasiyası Dağıstan Dövlət Universitetinin Bakı filialı Azərbaycan Respublikasının Qanunları və ondan irəli gələn normativ-hüquqi aktların tələblərinin icrasına məhəl qoymadan qeyri-qanuni fəaliyyət göstərdiyinə görə 1 saylı Bakı yerli İqtisad Məhkəməsinin 20.06.2007-ci il tarixli, 2398/4489-2006 saylı Qətnaməsi ilə fəaliyyəti dayandırılmışdır. Rusiya Federasiyası Dağıstan Dövlət Universitetinin Bakı filialının təhsil fəaliyyətini həyata keçirməsinə xüsusi razılıq (lise nziya) və akkreditasiyası mövcud olmamışdır. Bundan başqa, cavabdeh iddiaçının diplomu üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamənin verilməsinə dair müraciətinə ekspert rəyi əsasında 31.05.2017-ci il tarixində imtina edilmişdir. Odur ki, cavabdeh hazırda iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür.

10. Bakı İnzibati Məhkəməsinin 14.10.2020-ci il tarixli, 2-1(112)-4021/2020 saylı qərarı ilə (hakim Şəlalə Həsənova) iddia tələbi təmin edilərək, Rusiya Federasiyasının Dağıstan Dövlət Universiteti tərəfindən İddiaçı verilmiş 08.06.2001-cı il tarixli, ДBC ******* nömrəli diplom üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi barədə şəhadətnamə verilməsi (nostrifikasiyası) öhdəliyinin cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin üzərinə qoyulması qərara alınmışdır.

11. Məhkəmə qeyd etmişdir ki, iddiaçının diplomuna Rusiya Federasiyasının səlahiyyətli orqanı tərəfindən 26.09.2007-ci il tarixində apostil möhürü vurulmaqla, həmin ölkədə diplomun qanuniliyi tanınmışdır. Hərbi xidmətə çağırış zamanı da iddiaçıya ali təhsil müəssisəsinin tələbəsi kimi güzəşt verilmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02.07.2021-ci il tarixli, 21(103)-555/2021 nömrəli qərarına əsasən (sədrlik edən və məruzəçi – Afaq Nuriyeva, hakimlər – Səadət Bəktaşi, Aida Hüseyn) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 14.10.2020-ci il tarixli, 2-1(112)-4021/2020 saylı qərarı ləğv edilmiş, iddia rədd edilmişdir.

13. Məhkəmə kollegiyası “İnzibati icraat haqqında” Qanunun 15.1 və 15.2-ci maddələrinə istinad edərək birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsassız hesab etmişdir.

14. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02.07.2021-ci il tarixli, 2-1(103)-555/2021 nömrəli qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri

15. Kassasiya şikayətinin əsasını iddia ərizəsində qeyd olunanlar təşkil edir. Şikayətdə əlavə olaraq qeyd edilmişdir ki, cavabdehin istinad etdiyi hal diplomun tanınmasından imtinaya əsas ola bilməz. Belə ki, 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 20.06.2007-ci il tarixli 2398/4-489-2006 saylı qətnaməsi iddiaçı Universitetin Bakı Filialını bitirdikdən 6 il keçdikdən sonra qəbul edilmişdir və mövcud qanunvericiliyə əsasən sözügedən qətnamə geriyə şamil edilə bilməz. İddiaçının Universitetin Bakı Filialına qəbul olduğu və təhsil aldığı bütün dövr ərzində həmin ali təhsil müəssisəsinin fəaliyyəti Azərbaycan Respublikasının heç bir dövlət və digər müvafiq orqanları tərəfindən qeyriqanuni hesab edilməmiş, bu barədə heç bir rəsmi və ya qeyri-rəsmi məlumat olmamışdır. Digər tərəfdən, təhsil aldığı dövrdə ona hərbi xidmətə çağırış zamanı Azərbaycanın müvafiq dövlət orqanı tərəfindən ali təhsil müəssisəsinin tələbəsi kimi güzəşt verilmişdir, hərbi xidməti ali təhsilli şəxs kimi keçmişdir. Göstərilənlər h əmin dövrdə Universitetin Bakı Filialının Azərbaycan Respublikasında qanuni fəaliyyət göstərdiyini təsdiq edir.

16. Bundan başqa, “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında “Təhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərin qarşılıqlı tanınması sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə” 13.05.2003cü il tarixli 455-İİQ saylı Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş Sazişə əsasən Rusiya Federasiyasının Dağıstan Dövlət Universitetinin Bakı Filialı tərəfindən 08.06.2001-ci il tarixli ДBC ******* nömrəli diploma əsasən iddiaçıya verilmiş “hüquqşünaslıq” ixtisası tanınmalı və bu barədə ekvivalentlik haqqında şəhadətnamə verilməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin Sazişin tələbləri pozulmuşdur.

17. Həmçinin, Na zirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydalarının” 3.7-ci bəndində imtinaya səbəb ola biləcək hal kimi mənfi ekspert rəyi nəzərdə tutulmuşdur. Lakin mənfi rəyin verilə biləcəyi halların siyahısında Akkreditasiya və Nostrifikasiya İdarəsinin əsaslandığı hal – sonradan ali təhsil müəssisəsinin fəaliyyətinin dayandırılması ümumiyyətlə mövcud deyildir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi işi mahiyyətcə düzgün araşdırmamış, sübutları araşdırmadan və tədqiq etmədən qiymətləndirmiş, bununla da İnzibati Prosessual Məcəllənin 48.1 və 58.7-ci maddələrinin tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

19. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən onun izahatı dinlənilməmişdir.

20. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili X3 izahat verərək kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 21. “Təhsil haqqında” Qanunun 27.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında təhsil fəaliyyəti üçün хüsusi razılığı (lisenziyası) olan və dövlət akkreditasiyasından keçmiş təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq təhsil haqqında dövlət sənədi verilir (19 iyun 2020-ci ilə qədər olan redaksiya).

22. Həmin Qanunun 27.4-cü maddəsinə əsasən xarici ölkələrdə veri lən təhsil haqqında sənədlərin tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.

23. Həmin Qanunun 29.0.21-ci maddəsinə əsasən xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydalarını müəyyən etmək, ixtisasların tanınmasını və nostrifikasiyasını həyata keçirmək təhsil sahəsində dövlətin vəzifələrindən biri kimi müəyyən olunmuşdur.

24. Həmin Qanunun 44.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydaları müvafiq icra hakimiyyəti or qanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir.

25. Azərbaycan Respublikası Prezidentinin 203 nömrəli 01.03.2005-ci il Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.278.28-ci bəndlərinə görə nazirlik xarici ölkələrin ali təhsil sahəsində ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsini (nostrifikasiyası) keçirir və xarici ölkələrdə alınmış təhsil sənədlərinin nostrifikasiya qaydalarına müvafiq komissiya yaradır, vətəndaşlara sənədlərin ekvivalentliyi haqqında şəhadətnamələr verir. 26. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 05.09.2009-cu il tarixli, 156 nömrəli Fərmanının 2.2-ci bəndində əsasən Qanunun 29.0.21 və 44.2-ci maddəsində (x arici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydalarının müəyyən olunması üzrə) nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.

27. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 mart tarixli, 203 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”yə görə nazirlik xarici ölkələrdə alınmış təhsil sənədlərinin nostrifikasiya qaydalarına uyğun müvafiq komissiya yaradır, vətəndaşlara sənədlərin ekvivalentliyi haqqında şəhadətnamələr verir.

28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyin in müəyyən edilməsi (nostrifikasiya) Qaydalarının 1.1-ci bəndinə əsasən bu Qaydalar “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 346 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır;

29. Həmin Qaydaların 1.6-cı bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razıla şmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir;

30. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: - ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; - xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra).

31. Həmin Qaydaların 3.6-cı bəndinə görə ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisası n tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu;

32. Həmin Qaydaların 3.7-ci bəndinə əsasən 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hü quqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə.

33. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən mMəhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

34. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəf indən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

35. Həmin Məcəllənin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

36. Həmin Məcəllənin 96.5-ci maddəsinə əsasən şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apelyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apelyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbində n əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apelyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə.

37. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

38. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

39. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.

41. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı təhsil aldığı müəssisəsini bitirməsinə dair 08.06.2001-ci il tarixli, ДBC ******* nömrəli diplom verilmiş, həmin diplom Rusiya Federasiyasının səlahiyyətli orqanı tərəfindən apostil olunmuşdur.

42. İddiaçı diplom üzrə ixtisasın tanınması barədə məhkəməyə müraciət etmiş və mübahisə ilə bağlı yuxarıda qeyd edilın məhkəmə qərarları qəbul edilmişdir.

43. İddiaçının kassasiya şikayətinin dəlillərinə görə təhsil aldığı Bakı filialının fəaliyyəti o təhsil və diplom aldıqdan sonra məhkəmə qərarı il ə dayandırılmışdır. Məhkəmə qərarında təhsil almış məzunların diplomlarının etibarsız sayılması barədə nazirliyin iddiası rədd edildiyindən onun diplomu tanınmalıdır.

44. Kasasiya şikayətlərinin dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.

45. Qanuni qüvvəsini almış 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 20.06.2007-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, Rusiya Federasiyasının Dağıstan Dövlət Universitetinin Bakı filialı Azərbaycan Respublikasında qanunla müəyyən olunmuş qaydada dövlət qeydiyyatına alınmadan və lisenziya almadan fəaliyyətə başlamış və fəaliyyət göstərmişdir. Ona görə də onun fəaliyyəti qanuna uyğun hesab edilə bilməz və bu fəaliyyət dayandırılmalıdır. 46. 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 20.06.2007-ci il tarixli qətnaməsindən həmçini n görünür ki, qətnamə ilə iddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinin cavabdeh Dağısan Dövlət Universitetinin Bakı Filialına qarşı iddiası qismən təmin edilərək, Filialın fəaliyyətinin dayandırılması və onda təhsil alan və təhsilini başa vurmayan tələbələrin müvafiq təhsil müəssisələrində yerləşdirilməsinin Azərbaycan Respublikası Təhsil Nazirliyinə həvalə olunması qət edilmiş, iddia tələbi “Filial fəaliyyətə başladığı gündən hal-hazıradək verilmiş diplomların etibarsız sayılması” hissəsində rədd edilmişdir.

47. Qətnaməyə görə Dağıstan Dövlət Universitetinin Bakı Filialında təhsilini hər hansı səbəbdən başa vurmamış (o cümlədən müvafiq tədris kursunu müvəffəqiyyətlə başa vurmadan təkrar həmin kursda saxlanılmış) tələbələrin Filialın fəaliyyətinin dayandırılmasına qədər olan dövrdək i təhsilləri qanuni sayılmışdır. Çünki, onlar həmin yarımçıq qalmış təhsilin bazasında təhsillərini (bir neçə ay, 1 il, 1 il yarım və s.) davam etdirərək diplom almaq hüququ qazanmış olurlar.

48. Xüsusilə qeyd edilməlidir ki, nazirliyin Filial fəaliyyətə başladığı gündən iddia ərizəsi təqdim edilənədək verilmiş diplomların etibarsız sayılmasına dair iddiası təmin edilməmişdir.

49. İddiaçı da məhkəmə tərəfindən qətnamə qəbul edildikdən əvvəl-2001-ci ildə Filialı bitirmiş və 08.06.2001-ci il tarixində ona diplom verilmişdir.

50. Odur ki, iddiaçı 08.06.2001-ci il tarixində təhsilini başa vurduğuna görə aldığı diplom üzrə ona ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi barədə şəhadətnamə verilməsindən cavabdehin imtinası qanuna uyğun olmamışdır.

51. Oxşar işlər üzrə formalaşmış Ali Məhkəmə hüquqi mövqeyi də belədir ki, məhkəmə tərəfindən qətnamə qəbul edilənə qədər Filial tərəfindən verilmiş diplomların etibarsız sayılmasına dair iddianın rədd edilməsi barədə qanuni qüvvəyə minmiş 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 20.06.2007-ci il tarixli qətnaməsi mövcud olduğundan hazırkı vəziyyətdə apellyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmamışdır (bax: Ali Məhkəmənin İnzibati Kollegiyası 2-1(102)-1761/2020 saylı 30.09.2020-ci il tarixli qərar).

52. Beləliklə, apellyasiya instansiyası məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən faktiki halları qiymətləndirməmiş, tam və hərtərəfli araşdırma aparmamışdır. Odur ki, iddiaçının kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02.07.2021-ci il tarixli, 2-1(103)-555/2021 n ömrəli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır.

53. Apellyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin yuxarıda qeyd edilmiş hüquqi mövqeyinə uyğun olaraq işə mahiyyəti üzrə baxıb qanuni və əsaslı qərar qəbul etməlidir.

54. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02.07.2021-ci il tarixli, 21(103)-555/2021 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılsın. İddiaçının kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar