Məhkəmə qərarları › İş №2-1(102)-2000/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2000/2022

17.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2000/2022 17.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi orqanın qərarın mübahisələndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdar əsinə qarşı “cavabdehin 14 aprel 2020-ci il tarixli, **********198960 saylı Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə qərarının ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 iyun 2022-ci il tarixli 2-1(105)142/2022 nömrəli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. xx.xx.2018-ci il tarixli, **********167576 nömrəli səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərara əsasən, “X2” MMC üzrə 2016-cı il fevral ayından 2018-ci ilin avqust ayına qədər olan dövrlər üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. 2. xx.xx.2020-ci il tarixli, **********167 712 nömrəli səyyarvergi yoxlaması aktına əsasən, vergi ödəyicisi tərəfindən əlavə dəyər vergisi üzrə 1.848.161 manat, ödəmə mənbəyində tutulan vergi üzrə 84.380 manat vergi borcunun azaldılması aşkar edilmişdir.

3. Cavabdehin 14 aprel 2020-ci il tarixli **********198960 nömrəli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarı ilə iddiaçı 2016-cı il ƏDV üzrə 88345.16 manat, 2017-ci il ƏDV üzrə 184149.39 manat, 2018ci il ƏDV üzrə 1575667.57 manat, 2016-cı il ÖMV üzrə 1260 manat, 2017-ci il ÖMV üzrə 1260 manat, 2018-ci il ÖMV üzrə 81860 manat, cəmi 1932542.12 manat əlavə vergi borcu və 921.468.49 manat maliyyə sanksiyası üzrə vergi məsuliyyətinə cəlb edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icr aat

4. İddiaçı “X2” MMC cavabdeh Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 14 aprel 2020-ci il tarixli, **********198960 saylı vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, vergi yoxlaması çərçivəsində vergi orqanı tərəfindən “X2” MMC-nin ünvan 1 ünvanında yerləşən polietilen məhsullar istehsalı zavodunda xx.xx.2016-cı il tarixindən - xx.xx.2018-ci il tarixinədək olan dövr üzrə istehsal olunmuş məhsulların real bazar qiymətlərinə uyğun satış qiymətlərinin müəyyən edilməsi barədə ekspert rəyinin alınması üçün Azərbaycan Respublikası Ticarət və Sənaye P alatasının “Azərekspertiza” Birliyinəmüraciət edilmişdir, **********70387 saylı, xx.xx.2018ci il tarixli qərar və xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən başladılan araşdırma nəticəsində “Azərekspertiza” Birliyi tərəfindən 17 fevral 2020-ci il tarixli ekspert rəyi (ekspert X1) tərtib edilmişdir. Həmçinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən “X2” MMC-nin sözügedən ünvanda yerləşən polietilen məhsullar istehsalı zavodunda xx.xx.2016-cı ildən - xx.xx.2018-ci ilə olan dövr üzrə vergi ödəyicisinin istehsal həcminin müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyinə müraciət edilmişdir. **********170387 saylı, xx.xx.2018-ci il tarixli qərar və xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən başladılan araşdırma nəticəsində “Azəreksper tiza” Birliyi tərəfindən 17 fevral 2020-ci il tarixli mütəxəssis rəyi (mütəxəssis X1) tərtib edilmişdir. Ekspert rəyində ekspertin idarənin nümayəndəsi ilə birlikdə yoxlanılan müəssisənin yerləşdiyi ünvanda olduğu və “X2” MMC-nin direktoruna “ekspertizanın təyin edilməsi haqqında” qərar və digər müvafiq sənədlərin təqdim edildiyi qeyd edilmişdir. Halbuki, şirkətin rəhbər heyəti müəssisənin yerləşdiyi - Siyəzən şəhəri, B.Səfəroğlu küç 1 ünvanında deyil, Sumqayıt şəhərində fəaliyyət göstərir. Rəyin digər qismində İstehsalat yerinin dislokasiyası və istehsal sahələri təsvir edilmişdir ki, həmin bu təsvir edilmə də faktiki həqiqəti əks etdirmir. Əlavə olaraq mütəxəssis rəyi çərçivəsində vergi qanunvericiliyinin tələbləri kobud şəkildə pozularaq onun qarşısında qoyulmayan sual çərçivəsində ar aşdırma aparılmışdır.

6. Bundan başqa iddiaçı qeyd etmişdir ki, Vergi yoxlaması dövrü ərzində vergi ödəyicisi tərəfindən AR Vergi Məcəlləsinin 134-cü maddəsinə əsasən gəlir və xərclərin hesablama metodundan istifadə edilməsinə baxmayaraq, aktda qanunsuz olaraq guya ki, vergi ödəyicisinin AR Vergi Məcəlləsinin 131-ci maddəsinə əsasən gəlir və xərclərin kassa metodundan istifadə edildiyi qeyd edilmişdir.

7. Əlavə dəyər vergisi üzrə yoxlanılan dövrdə ƏDV-nin 2016-cı ildə 88.345.16 manat, 2017-ci ildə 179.443.45 manat və 2018-ci ildə 3498.64 manat, ümumilikdə 271.287.25 manat məbləğində azaldılması qeyd edilmişdir. Yuxarıda sadalanan hallarda olduğu kimi ƏDV hesablanması ilə bağlı da əlavə dəyər vergisinin azaldılması “faktı”nın aşkarlanması əsasları sadalanmamış, Vergi Məcəlləsinin hansı tələ blərinin pozulması halları göstərilməmiş, vergi orqanı ilə vergi ödəyicisi arasında yaranmış fərqin nədən qaynaqlandığı qeyd edilməmişdir. Beləliklə də vergi orqanı ƏDV hesablanması ilə bağlı cədvəl halında məlumatlar qeyd etməklə kifayətlənmiş, bu məlumatları hansı mənbədən və ya hansı araşdırmalar əsasən əldə etməsinə dair hər hansı bir kiçik qeyd belə göstərməmişdir. Bundan başqa yoxlama dövrü ərzində polietilen məhsullarının istehsalı zavodunda istehsal prosesinin yoxlanılması zamanı xüsusi biliklərə malik olan ekspertin cəlb olunması zərurəti yarandığından xx.xx.2018-ci il tarixli, **********170385 nömrəli ekspertin təyin edilməsi haqqında qərara əsasən ekspert dəvət edilmişdir. Aktda ekspertin ilkin rəyinə (halbuki ekspert rəyində ümumiyyətlə bununla bağlı heç bir tədqiqat aparılmayı b, heç bir rəqəm göstərilməyib) əsasən 31.282.357.1 kq kalsium karbonat xammalının əskik gəlməsinin aşkarlandığı qeyd edilmişdir (halbuki bunula bağlı ekspertiza deyil, mütəxəssis fəaliyyəti zamanı və bu qəbildən deyil, fərqli formada kiçik bir araşdırma aparılmışdır). Həmçinin bu iddianın davamında bildirilmişdir ki, vergi ödəyicisi tərəfindən yoxlama dövrü ərzində 31.844.960 kq kalsium karbonat idxal edilmiş və mütəxəssis rəyinə əsasən guya ki, bu idxal edilən xammaldan yalnız 562.602.9 kq istehsala istifadə edilə bilərdi. Lakin 17 fevral 2020-ci il tarixli mütəxəssis rəyində ümumiyyətlə belə bir qiymətləndirilmə aparılmamış, aktda iddia edilən ifadələrin və rəqəmlərin heç biri öz əskini tapmamışdır. Bununla yanaşı mütəxəssis rəyində kalsium karbonatla bağlı qeyd edilən hala da istinad e dilə bilməz. Belə ki, həmin mütəxəssis fəaliyyəti çərçivəsində mütəxəssis qarşısında istehsalat zavodunda kalsium karbonat həcminin araşdırılması və əksik miqdarın müəyyən edilməsinə dair sual qoyulmamışdır. Bundan başqa, vergi ödəyicisinin idxal etdiyi, istehsal (istifadə etdiyi) etdiyi və qalıq qalan kalsium karbonat miqdarı ilə bağlı mütəxəssis rəyində qeyd edilən rəqəmlərlə aktda qeyd edilən rəqəmlər üst-üstə düşmür. Bir daha vurğulanır ki, mütəxəssis rəyində 31.282.357.1 kq kalsium karbonat xammalının əskik gəlməsi, idxal edilən xammaldan yalnız 562.602.9 kq-lıq hissəsinin istehsala istifadə edilə bilinməsi ifadələrinə yer verilməmişdir. Göründüyü kimi vergi orqanının tərəfindən kobud pozuntulara yol verilmişdir. Mütəxəssis rəyində qeyd edilməyən miqdarlar sanki varıymış kimi göstəril miş və bu hala istinad edərək külli miqdarda - 861.516.2 manat göstərilməklə ƏDV azaldılması olduğunu iddia edilmişdir. İddiaçı tərəf bildirir ki, yoxlanılandövrdə 31.844.960 kq xammal olaraq kalsium karbonat idxal edilmişdir. Lakin, yoxlayıcılar tərəfindən yoxlama dövrünün sonuna kalsium karbonatın heç bir qalığının qalmaması və əksiyin gəlməməsi (boru və digər məhsulların istehsalına sərf olunmasına görə) nəzərə alınmamış, əsassız olaraq Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən kənarlaşma 861.516.2 manat göstərilməklə ƏDV azaldılması kimi qeyd edilmiş və əlavə 50% maliyyə sanksiyası da tətbiq edilmişdir. - Vergi Məcəlləsinin 159.1-ci maddəsinə (malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məh sullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir) əsasən vergi ödəyicisi tərəfindən satış məqsədi ilə idxal olunan mallarda vergi ödəyicisi tərəfindən təqdim olunmuş ilkin mühasibat sənədləri, hesabat axtarış məlumat bazası və vergilərin hesablanması üçün zəruri olan digər sənədlər əsasında aparılan yoxlamaya və keçirilən inventarizasiyaya əsasən 3.948.071,19 manat əskik gəlmə aşkarlandığı qeyd edilmişdir. Kənarlaşma 710.652.81 manat ƏDV vergisi azaldılmasına görə 50% məbləğində, yəni 353.326,41 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməklə vergi məsuliyyəinə cəlb edilməsi təklif olunmuşdur (istinad aktın 12-ci vərəqəsinin sonuncu abzası). Lakin, inventarizasiya aktına əsasən iddia edilən 3.948.071,19 manat əskik gəlməni n, habelə 710.652.81 manat məbləğində ƏDV kənarlaşmasının hansı əsaslara görə müəyyən edildiyinə dair aktda heç bir məlumat verilməmiş, heç bir dəlil göstərilməmişdir. - Yoxlama zamanı ödəmə mənbəyindən tutulan verginin 2016-cı ildə 1.260 manat, 2017-ci ildə 1.260 manat və 2018-cı ildə 81.860 manat, ümumilikdə 84.380 manat azaldılması göstərilmişdir. Akta azalmanın səbəbi kimi 2018-ci ilin birinci rübündə güzəştli vergi tutulan ölkələrdə və ərazilərdə qeydiyyatdan keçmiş subyektlərə 425.000 manat, 2018-ci ilin ikinci rübündə 374.000 manat ödəniş edildiyi və ödəmə mənbəyində tutulan vergi bəyannaməsinin AR Vergi Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş subyektlərə rezident və qeyri-rezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayənd əlikləri tərəfindən birbaşa və ya dolayısı ilə edilən ödənişlər sətrində ödənilmiş məbləğlərin əks etdirilməməsi əsas gətirilmiş, əlavə 79.900 manat vəsait hesablanmışdır. Azaldılmış vergi məbləğlərinə Vergi Məcəlləsinin 58.1 maddəsinə əsasən 50% miqdarında maliyyə sanksiyası da tətbiq edilmişdir. Bununla bağlı bildirilir ki, aktda digər hallarda olduğu kimi 2016, 2017-ci illər üzrə əlavə hesablanmış 2.520 manat məbləğində ödəmə mənbəyində verginin azaldılması səbəbləri də göstərilməmiş, Vergi Məcəlləsinin konkret olaraq hansı maddələrinin pozulması halları dəqiq qeyd edilməmişdir. 2018-ci ilin birinci rübü üzrə əlavə hesablanmış 42.500 manat, ikinci rüb üzrə 37.400 manat məbləğində əlavə hesablanmış “ödəmə mənbəyində verginin azaldılması” ilə bağlı yenə qanunsuz olaraq Vergi Məcəlləsinin 128-ci maddəsiniə istinad edilmişdir. Belə ki, Vergi Məcəlləsinin 128-ci maddəsi - güzəştli vergi tutulan ölkələrdə əldə olunan gəlirlərin müəyyən edilməsini tənzimləyir. Eyni zamanda vergi ödəyicisi tərəfindən hansı güzəştli vergi tutulan ölkəyə vəsaitin ödənilməsi, ödənişin təyinatı da aktda göstərilməmişdir. Bununla bağlı bildirilir ki, 2018-ci ildə vergi ödəyicisi tərəfindən güzəştli vergi tutulan ölkəyə xammal alınması üçün 799.000 manat məbləğində vəsait ödənilmiş, lakin iddia ərizəsinə əlavə edilən sənədlərdən də göründüyü kimi əməliyyat baş tutmadığından həmin vəsait geri qaytarılmışdır. Bu hallar yoxlayıcılar tərəfindən nəzərə alınmamış, araşdırılmamış və düzgün olmayaraq əlavə vəsait formasında hesablanmışdır. Bir hal daha nəzərə alınmalıdır ki, vergi orqanı tərəfindən göstərilən hal üzrə kameral vergi yoxlaması zamanıəlavə vəsait hesablanmış zəruri sənədlər vergi orqanına təqdim edildikdən sonra həmin vəsait o yoxlama çərçivəsində azaldılmışdır

8. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, yoxlama zamanı əlavə dəyər vergisi üzrə aşağıdakılar müəyyən olunmuşdur: 2016-cı il üzrə 88345,16 manat, 2017-ci il üzrə 179443,45 manat və 2018-ci il üzrə 3498,64 manat ümumilikdə 271287,25 manat məbləğində ƏDV vergisi məbləği azaldılmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58,1 maddəsinə əsasən ƏDV vergisi məbləğinin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 271,29 min manat ƏDV vergisi azaldılmasına görə 50% məbləğində, yəni 135,64 min manat məbləğində maliyyə sanksiyası tətbiq edilməklə verg i məsuliyyətinə cəlb edilmişdir. Həmçinin, yoxlama dövrü (xx.xx.2016-xx.xx.2018) ərzində politilen məhsullarının istehsalatı zavodunda istehsal prosesinin yoxlanılması zamanı xüsusi biliklərə malik olan ekspertin cəlb olunması zərurəti yarandığından xx.xx.2018 tarixli, **********170385 nömrəli ekspertizanın təyin edilməsi haqqında qərara əsasən ekspert dəvət edilmişdir. Eyni zamanda ekspertin rəyinə əsasən ********.1 kq (31282,35 ton) kalsium karbonat (CaC03) xammalının əskik gəlməsi aşkarlanmışdır. Belə ki, vergi ödəyicisi yoxlanılan dövr ərzində 31844960 kq (31844.96 ton) xammal olaraq Kalsium karbonat (CaC03) idxal etmişdir (İdxal bəyannamələrinə əsasən alış qiyməti 1 ton 153 manat). Mütəxəssisin rəyinə əsasən vergi ödəyicisi yalnız 562602.9 kq istehsala istifadə edə bilər. Yoxlama dövr ünün sonuna kalsium karbonat qalığının olmamasını nəzərə alaraq Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən kənarlaşma 861516,12 manat, ƏDV vergisi azaldılmasına görə 50% məbləğində, yəni 430758,06 manat manat məbləğində maliyyə sanksiyası tətbiq edilməklə vergi məsuliyyətinə cəlb edilmişdir. Vergi Məcəlləsinin 159.1 maddəsinə əsasən iddiaçı MMC tərəfindən satış məqsədilə idxal olunan mallarda vergi ödəyicisi tərəfindən təqdim olunmuş ilkin mühasibat sənədləri, hesabat-axtarış məlumat bazası və vergilərin hesablanması üçün zəruri olan digər sənədlər əsasında aparılan yoxlamaya və keçirilən inventarizasiyaya əsasən 3948071,19 manat əskik gəlmə aşkarlanmışdır. Kənarlaşma 710652,81 manat ƏDV vergisi azaldılmasına görə 50% məbləğində, yəni 355326,41 manat manat məbləğində maliyyə sanksiyası tətbiq edilməklə vergi məsuliyyətinə cəlb edilmişdir. 2 saylı Ərazi Vergilər Departamenti tərəfindən xx.xx.2018-ci il tarixli, **********077200 saylı məktubla “Azərekspertiza” Birliyinə ekpert və mütəxəsis rəyinin verilməsi haqqında müraciət edilmişdir. Ekspert və mütəxəsis olaraq X1 təyin edimişdir. 2 saylı Ərazi Vergilər Departamenti tərəfindən xx.xx.2018-ci il tarixdə **********170385 saylı ekspert və **********170387 saylı mütəxəssis rəyləri verilmişdir. xx.xx.2020-ci il tarixində “Azərekspertiza” Birliyi tərəfindən verilmiş ekspert və mütəxəsis rəyləri 2 saylı Ərazi Vergilər Baş İdarəsinə təqdim edilmişdir. Tərəflərindən yoxlama zamanı rəsmi müraciət əsasında mütəxəssis ayrıldığı üçün mütəxəssisin Vergi Məcəlləsinin 45.2-ci maddəsinə əsasən xüsusi bilik və təcrübəsi olması araşdırılm amışdır. Mütəxəssis və ekspert rəyləri xx.xx.2020-ci il tarixdə alınmış və vergi ödəyicisinə təqdim edilmişdir. - ÖMV üzrə aşağıdakılar müəyyən olunmuşdur: 2018-ci ilin 1-ci rübü ərzində 425000 manat və 2-ci rüb ərzində 374000 manat məbləğlərində aparılmış ödənişlərin ödəmə mənbəyində vergiyə cəlb olunmasının araşdırılması məqsədilə banklardan alınmış məlumatların təhlil zamanı güzəştli vergi tutulan ölkə və ərazilərə, ümumilikdə, 799000 manat vəsait köçürülməsinə baxmayaraq qeyd edilən məbləğ müvafiq dövr üzrə təqdim edilmiş ödəmə mənbəyində tutulan vergi bəyannaməsində əks etdirilməmişdir. 799000 manat kənarlaşma müəyyən edilmiş və 10%, yəni 79900 manat məbləğində ödəməmənbəyində tutulan vergi hesablanmışdır. Göstərilən hal üzrə kameral vergi yoxlaması ilə münasibət bildirilməsi tərəflər indən araşdırılmış və bank çıxarışlarına əsasən banka qaytarılan məbləğlər öz əksini tapmadığından ödəmə mənbəyində tutulan vergi hesablanmışdır. Səyyar vergi yoxlamaları idarəsi tərəfindən xx.xx.2019-cu il tarixli **********551900 nömrəli "Kameral qaydada münasibət bildirilməsi haqqında" xidməti məlumatda 2018-ci ilin 1-ci və 2-ci rüb ödəmə mənbəyində tutulan vergi bəyannamələrinə kameral münasibət bildirilməsi qeyd olunmuş, lakin kameral yoxlama üzrə müddət başa çatdığından kameral məbləğin bərpa edilməsi mümkün olmamışdır. Vergi ödəyicisinə SVY zamanı kənarlaşma olan vergi məbləğinin aktla rəsmiləşdirilməyini nəzərə alaraq qeyd olunan dövrlər üzrə kameral hesablanmış vergi məbləğinin azaldılması nəzərdə tutulmuşdur. Kameral yoxlama ilə hesablanmış vergi məbləğləri səyyar vergi yoxlaması aktı yazılarkən bərpa edilmişdir. Yoxlama xx.xx.2018-ci il tarixində başlamış və xx.xx.2020ci il tarixində başa çatdırılaraq, nəticələri xx.xx.2020-ci il tarixli **********167712 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmiş və 2898.81 min manat əlavə vəsait hesablanmışdır. Vergi Məcəlləsinin 39-cu maddəsinin tələbləri gözlənilməklə xx.xx.2020-ci il tarixdə məsuliyyətə cəlb etmə haqqında qərar çıxarılmış və Vergi Məcəlləsinin 56.1 maddəsinin tələblərinə müvafiq olaraq 2854.01 min manat şəxsi vərəqədə hesablama verilmişdir.

8. Sumqayıt İnzibati Məhkəməsinin 8 oktyabr 2021-ci il tarixli, 2-1(118)-164/2021 nömrəli qərarı ilə iddia qismən təmin edilərək, cavabdehin 14 aprel 2020-ci il tarixli, **********198960 saylı “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsu liyyətə cəlb edilməsi haqqında” qərarı ÖMV üzrə 84.380 manat, ƏDV üzrə 1.132.803,37 manat, maliyyə sanksiyası üzrə 607.961,69 manat hissəsində ləğv edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.

9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, “X2” MMC tərəfindən idxal olunmuş malların adlı siyahısı araşdırılarkən, müəyyən edilmişdir ki, 2016-2018-ci illər üzrə “X2” MMC tərəfindən idxal edilmiş malların dəyəri 39.119.408,65 manat, həmin malların istehsalında istifadə edilmiş xammalın dəyəri 25.102.947,93 manat, daxili bazardan alınan xammalın dəyəri 932.662,50 manat təşkil etmişdir. Deməli idxal olunan və daxili bazardan alınan xammalın dəyəri 9332.662,50+39.119.408,65=40.052.071,15 manat təşkil etmişdir. Vergi orqanı tərəfindən qeyd olunan və dəyəri 40.052.071,15 manatlıq xammaldan “X2” MMC tərəfindən dəyəri 25.102.947,93 manat olan xammal, dəyəri 1.565.204,50 manat olan DSP materialı, dəyəri 707.397,55 manat olan MDF materialı və dəyəri 43.877,00 manat olan avadanlıq hazır məhsulun istehsalı üçün gətirilməsi, lakin yerdə qalan 11.730.581,61 manatlıq (25.102.947,93-1.565.204,50707.397,55-43.877=11.730.581,61 manat) malın kommersiya məqsədi ilə gətirilməsi müəyyən edilir. Kommersiya məqsədi ilə gətirilmiş 11.730.581,61 manatlıq maldan dəyəri 3.632.182,10 manat olan malın satışının həyata keçirilməsindən sonra yerdə qalan və dəyəri 8.098.399,51 manat olan malın üzərinə “X2” MMC tərəfindən kommersiya məqsədi ilə yenidən 2.343.703.83 manatlıq mal idxal edilmişdir. Deməli nəticə etibarı ilə “X2” MMC tərəfindən kommersiya məqsədi ilə idxal edilmiş dəyəri 10.442.103,94 mana t (11.730.581,613.632.182,10+2.343.703.83=10.442.103,94) olan mal mövcud olmalı idi. Həmin maldan dəyəri 6.092.326,66 manat olan malın satışı həyata keçirildikdən sonra yerdə dəyəri 4.349.726,68 manat olan mal qalmalı idi. Lakin aparılmış inventarizasiya nəicəsində “X2” MMC sahibliyində qalmalı olan və dəyəri 4.349.726,68 manat təşkil edən maldan 401.655,44 manat dəyəri olan mal aşkar edilmiş, yerdə qalan 3.948.071 manat dəyəri (4.349.726,68- 401.655,44=3.948.071,19 manat) olan malın harada olması barədə məlumat əldə edilməsi mümkün olmamışdır. Ona görə də məhkəmə hesab edir ki, vergi orqanı tərəfindən kommersiya məqsədi ilə idxal edilmiş mallardan dəyəri 3.948.071,19 manat olan mala görə 710.652,81 ƏDV və 355.326,41 maliyyə sanksiyası hesablanması düzgün olmuşdur.

10. İddiaçı həmin qərard an apellyasiya şikayəti verərək qərarın qismən, yəni iddianın təmin edilməyən hissəsində ləğv edilərək iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın qismən, yəni iddianın təmin edilən hissəsində ləğv edilərək iddia tələbinin tam təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 iyun 2022-ci il tarixli 2-1(103)-142/2022 nömrəli qərarı ilə Sumqayıt İnzibati Məhkəməsinin 8 oktyabr 2021-ci il tarixli qərarı ləğv edilmiş, cavabdehin 14 aprel 2020-ci il tarixli, **********198960 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı qismən – 271287.25 manat əlavə dəyər vergisinin hesablanması və həmin məbləğə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən maliyyə sanksiyasının tətbiq edilməsi hissəsi istisna olmaqla, qərar qalan hissədə ləğv edilmişdir.

13. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən tərtib olunmuş 01 aprel 2021-ci il tarixli, 9/3782 nömrəli ekspert rəyindən də görünür ki, təqdim edilmiş iş materiallarında aktda qeyd olunan pul vəsaitlərinin xaricə köçürmə haqqında ərizələri öz əksini tapmışdır. Eyni zamanda təqdim edilən iş materiallarında vergi ödəyicisinin ABŞ dolları hesabından çıxarışlar mövcuddur və həmin sənədlərdə səyyar vergi yoxlaması aktında ÖMV-nin hesablanmasına olmuş pul vəsaitlərinin geri qaytarılması öz əksini tapmışdır. Belə ki, müəssisə tərəfindən fevral 2016 - avqust 2018 tarixi aralığında güzəştli vergi tutulan ölkələrdə və ərazilərdə qeydiyyatdan keçmiş subyektlərə 470.000.00 (dörd yüz yetmiş min) ABŞ dolları məbləğində vəsait köçürülmüş və həmin şirkətdən müəssisənin hesabına 469.357.01 (dörd yüz altmış doqquz min üç yüz əlli yeddi) ABŞ dolları vəsait geri qayıtmışdır. 642.99 (altı yüz qırx iki) ABŞ dolları vəsait müxbir banklar tərəfindən xidmət haqqı kimi tutulmuşdur. Müəssisə tərəfindən fevral 2016 - avqust 2018 tarixi aralığında güzəştli vergi tutulan ölkələrdə və ərazilərdə qeydiyyatdan keçmiş subyektlərdən mal idxal olunmamışdır.Həmin sənədlər nəzərə alındıqda tərəflər arasında ÖMV-nin hesablanmasına əsas olmuş əməliyyatların baş tutmadığı müəyyən olunur. Belə olduğu halda i sə, yəni güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) şəxslərlə əməliyyatlar baş tutmadığı halda, Vergi Məcəlləsinin yuxarıda göstərilən tələblərinə əsasən ÖMV üzrə vergitutma obyekti yaranmır. Formalaşmış praktikaya əsasən, səyyar vergi yoxlaması nəticəsində qəbul edilmiş vergi ödəyicisinin vergi məsuliyyətinə cəlb edilməsi ilə bağlı qərarların əsaslandırması səyyar vergi yoxlaması aktında əks etdirilir. Lakin, cavabdeh tərəfindən qəbul edilmiş səyyar vergi yoxlaması aktında icarə haqqı ilə bağlı ÖMV məbləğinin necə müəyyən edilməsi və hansı qaydada hesablanması göstərilməmiş və əsaslandırılmamışdır. Məhkəmə kollegiyası bununla bağlı qeyd etmişdir ki, vergi orqanı tərəfindən səyyar vergi yoxlaması zamanı icarə haqqının azaldılması ilə bağlı vergi qanunvericiliyinin pozulması halı müəyyən edilmədiyindən, vergi ödəyicisinin 4480 manat məbləğində ÖMV üzrə vergi məsuliyyətinə cəlb edilməsi əsassız olmuşdur. Bundan başqa məhkəmə kollegiyası qeyd etmişdir ki, səyyar vergi yoxlaması aktında, eləcə də, cavabdehin apellyasiya şikayətinin dəlillərində vergi ödəyicisinə yuxarıda qeyd edilən üç 3 epizod üzrə (271.287,25 manat+861.516,12 manat+710.652,81 manat=1843.456,18) ümumilikdə 1843.456,18 manat ƏDV hesablansa da, vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara əsasən, iddiaçı 1848162,12 manat məbləğində ƏDV üzrə vergi məsuliyyətinə cəlb edilmiş, bununla da qeyd edilən məbləğlər arasında (1848162,12-1843.456,18=4705.94) 4705,94 manat fərq yaranmışdır. Lakin cavabdeh həmin fərqin nəyin əsasında yaranmas ına, 4705.94 manat məbləğində ƏDV-nin nəyin əsasında hesablanmasına dair məhkəməyə tutarlı sübut təqdim etməmişdir.

14. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın iddianın təmin edilməyən hissəsində ləğv edilməsini və iddianın tam təmin edilməsini xahiş etmişdir.

15. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın iddianın təmin edilmiş hissədə ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri İddiaçının kassasiya şikayətinin dəlilləri

16. Kassasiya şikayətində qeyd etmişdir ki, məhz yol verilən ilk pozuntu Vergi Məcəlləsinin 38.3.5-ci maddəsi ilə bağlıdır. Belə ki, yuxarıda qeyd edilən abzasda olduğu kimi bu ifadələrə yer verilmişdir: “Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən, vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi (vergilərin və digər icbari ödənişlərin hesablanması və ödənilməsi) vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması aparıldı” Halbuki AR Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə görə “vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə növbədənkənar vergi yoxlaması keçirilə bilər”. Göründüyü kimi qeyd edilən normada – İ) yalnız orqanına mənbəyi bəlli olan məlumat daxil olması İİ) vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edilməsi halında növbədə nkənar vergi yoxlamasının keçirilməsinə icazə verilir. İndiki halda isə “X2” MMCnin gəlirlərini və ya vergitutma obyektini gizlətməsinə, azaltmasına dair heç bir mənbədən məlumat daxil olmamış, bununla bağlı vergi orqanında heç bir əsaslı şübhə halı olmamışdır. Beləliklə də növbədənkənar səyyar vergi yoxlamasının qanuni əsası mövcud olmadığına görə vergi yoxlaması və bununla bağlı qərar qəbul edilməsi qanunsuzdur. Həmçinin Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinin dispozisiyasında aktda qeyd edilən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi (vergilərin və digər icbari ödənişlərin hesablanması və ödənilməsi) vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi – ifadəsi yer almır. Beləliklə də vergi orqanı tərəfindən aktda Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə yer alma yan bir norma mətni qeyd edilmiş və bununla da qanunsuz yoxlamaya hüquqi əsas yaradılmaq istənilmişdir. Buna görə də vergi orqanı tərəfindən qanunsuz formada başladılmış vergi yoxlaması və məsuliyyət qərarı təbii olaraq heç bir hüquqi qüvvəyə malik ola bilməz. Ancaq yenə də aşağıda əlavə olaraq yoxlama gedişində və akt tərtibində yol verilən kobud pozuntular qeyd ediləcəkdir.

17. AR Vergi Məcəlləsinin 38.1-ci maddəsinə görə səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Həmin Məcəllənin 38.2-ci maddəsinə görə növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər a rtırıla bilər”. Qeyd edilən hüquq normalarından da göründüyü kimi səyyar (qanunda növbəti və ya növbədənkənar ayrımı aparılmadan hər ikisi əhatə edilmişdir) vergi yoxlaması 30, ən çoxu isə cəmi 120 gündən artıq aparıla bilməz. Bununla bağlı bildirilir ki, yoxlama gedişatında yoxlamanın uzadılmasına dair vergi ödəyicisinə yalnız bir dəfə məlumat verilmiş, yoxlamanın dayandırılmasına dair isə heç bir rəsmi məlumat verilməmişdir.

18. Vergi yoxlaması dövrü ərzində vergi ödəyicisi tərəfindən AR Vergi Məcəlləsinin 134-cü maddəsinə (hesablama metodu ilə uçot aparan vergi ödəyicisi gəlir əldə edilməsinin və xərc çəkilməsinin faktiki vaxtından asılı olmayaraq gəlirini və xərcini müvafiq surətdə gəlir almaq hüququnun əldə edildiyi və ya xərcin çəkilməsi barədə öhdəliyin yarandığı vaxt nəzərə almalıd ır.) əsasən gəlir və xərclərin hesablama metodundan istifadə edilməsinə baxmayaraq, aktda qanunsuz olaraq guya ki, vergi ödəyicisinin AR Vergi Məcəlləsinin 131-ci maddəsinə (kassa metodu ilə uçot aparan vergi ödəyicisi gəliri əldə edəndə və ya gəlir onun sərəncamına veriləndə, bu gəliri nəzərə almalı və gəlirdən öz xərclərini yalnız bu xərcləri çəkdiyi zaman çıxmalıdır.) əsasən gəlir və xərclərin kassa metodundan istifadə edildiyi qeyd edilmişdir (istinad – aktın 6-cı vərəqəsinin son abzası) Vergi yoxlamasının illərcə təcrübəyə malik vergi əməkdaşları tərəfindən aparıldığını nəzərə alsaq, o zaman belə bir səhvə yol verilməsinin nə qədər böyük qanun pozuntusu və səhlənkarlıq nümunəsi olduğu məlum olur.

19. İPM-nin 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırı ldıqdan sonra qiymətləndirilir. Məhkəmə kollegiyası iddiaçı tərəfindən təqdim edilmiş sübutları tam və hərtərəfli araşdırmamış mübahisəli qalan məsələləri iddiaçının əleyhinə həll etmişdir.

20. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kassasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası xx.xx.2022-ci il tarixli, 2-1(105)- 142/2022 saylı qərarının iddianın təmin edilməyən hissəsində ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsinə dair qərarın qəbul edilməsini xahiş etmişdir. Cavabdehin kassasiya şikayətinin dəlilləri

21. Kassasiya şikayətində qeyd edilmişdir ki, məhkəmə kollegiyasi qərarında dəlil olaraq ifadə edir ki, cavabdeh inzibati orqan, iddiaçı tərəfindən yoxlama dövrü ərzində 39.119.408,7 manat məbləğində,о cümlədən,11.730.581,6 manat kommersiya məqsə di ilə mal idxal etdiyini bildirsədə də, bunu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Əksinə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, yük gömrük bəyannamələrinə əsasən, yoxlama dövrü ərzində iddiaçı tərəfindən malların invoys dəyəri nəzərə alınmaqla cəmi 3.515.775,3 manat məbləğində, о cümlədən 7.768.948,15 manat məbləğində kommersiya məqsədi ilə mal idxal edilmişdir. Bundan əlavə cavabdeh tərəfindən məhkəmə kollegiyasına elektron fayl formasında təqdim edilmiş cədvəldən də görünür ki, yoxlama dövrü ərzində həqiqətən də, ölkə ərazisinə idxal edilmiş malların əksər hissəsinin qiyməti gömrük bəyannaməsində göstərilmiş invoys dəyəri ilə deyil, statistik (gömrük) dəyəri ilə hesablanmışdır.Beləliklə, sadalanan qanunvericilik normalarına əsasən, idxal olunan malların mə daxil dəyəri həmin malların alış dəyəri (invoys dəyəri), rüsumlar və vergilər, habelə həmin malların sığorta xərcləri, gömrük ərazisinə daxil olduğu yerədək nəqliyyat xərcləri və həmin yerədək yüklənmə və boşaldılma xərcləri daxil olmaqla faktiki ödənilmiş məbləğlər əsasında müəyyənləşdirilir.Həmçinin,qeyd olunmuşdur ki,mallar Azərbaycan Respublikasına idxal olunarkən gömrük orqanları tərəfindən malların statistik dəyərlərinin hesablanması yalnız gömrük məqsədləri uyğun istifadə olunur. 22.Qeyd olunan dəlillərlə bağlı öncəliklə cavabdeh bildirmişdir ki, Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən "X2" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən satış məqsədilə idxal olunan mallarda vergi ödəyicisi tərəfindən təqdim olunmuş ilkin mühasibat sənədləri, hesabat-axtarış məlumat bazası və vergil ərin hesablanması üçün zəruri olan digər sənədlər əsasında aparılan yoxlamaya və keçirilən inventarizasiyaya əsasən 3.948.071,19 manat əskik gəlmə aşkarlanmışdır. Belə ki, vergi ödəyicisinin yoxlama dövrü ərzində 39.119.408,7 manat dəyərində idxal olmuşdur.

23. Yoxlamaya təqdim edilmiş materiallara əsasən müəyyən olunmuşdur ki, sair plastik məmulatların istehsalı üzrə 24.170.285.4 manat dəyərində xammal idxal olunmuşdur. Eyni zamanda yük gömrük bəyannamələrinə əsasən müəyyən olunmuşdur ki, 902.062,6 manat dəyərində taxta, 1.565.204,5 manat dəyərində DSP, 707.397,6 manat dəyərində MDF, 43.877 manat dəyərində avadanlıq idxal etmişdir.

24. Beləliklə müəyyən olunmuşdur ki, vergi ödəyicisinin 11.730.581,6 manat (39.119.408,7 - 24.170.285.4 - 902062,6 - 1.565.204,5 - 707.397,6 - 43.877,0) dəyəri ndə idxalı kommersiya məqsədi ilə olmuşdur.

25. Məhkəmə kollegiyasi heç bir araşdırma aparmadan və qanunvericiliyi yanlış təfsir edərək tətbiq edilməli olmayan "Gömrük tarifi haqqında" qanunun 1.1.5, 3.5, 4.1 və 12.1-ci maddələrini və Vergi Məcəlləsinin 139-cu maddəsini iş üzrə tətbiq etmiş, lakin tətbiq edilməli olan Vergi Məcəlləsinin 143 və 162-ci maddələrini isə iş üzrə tətbiq etməli olduğu halda tətbiq etməmişdir. 26.Cavabdeh həmçinin qeyd etmişdir ki, məhkəmə kollegiyasi iş materiallarında mövcud olan тəhkəmə-mühasibat ekspertizasının xx.xx.2021-ci il tarixli, 9/3782 saylı və xx.xx.2021-ci il tarixli, 9/3967 saylı ekspert rəylərinə istinad etmiş və onları mötəbər sübut hesab etmişdir. Qeyd olunan rəylərin qeyri-mötəbər sübut hesab edilməsi və təkrar məhkəmə-mühasibat və məhkəmə texni ki ekspertizasının təyin edilməsi barədə əsaslandırılmış vəsatət təqdim edilməsinə baxmayaraq, qeyd olunan vəsatət əsassız olaraq təmin edilməmişdir. 27. Мəhkəmə kollegiyasi qərarında qeyd etmişdir ki, hazırkı iş üzrə cavabdeh nə qəbul etdiyi qərarda, nə də apellyasiya şikayətində iddiaçının dövriyyəsinə ticarət əlavəsi tətbiq etməklə ƏDV hesablanmasının normativ əsasını göstərməmiş, şəxsi mülahizəsi əsasında ticarət əlavəsini tətbiq etmək adı ilə iddiaçının dövriyyəsini əsassız artırmışdır.

28. Məhkəmə kollegiyasi hansı mallara hansı dərəcədə vergi orqanı tərəfindən ticarət əlavəsi əlavə edilməklə hesablamaların aparılmasını müəyyən etməmiş, sadəcə ümumi cümlələrlə hesablamaların əsaslarını şübhə altına almağa cəhd etmişdir. Halbuki vergilər hesablanarkən heç bir ticarət əlavəsi tətbiq ed ilmədən həyata keçirilmişdir.

29. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kassasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(105)-142/2022 nömrəli qərarının iddianın təmin edilmiş hissədə ləğv edilməsi və iddia tələbinin tam rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

30. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

31. Vergi Məcəlləsi. Maddə

3. Vergilərin müəyyən edilməsinin və tutulmasının əsasları Maddə 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə

23. Vergi orqanlarının hüquqları Maddə 23.1.1. Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanının hüquqlarına aid edilmişdir. Maddə

36. Vergi yoxlamaları və maliyyə institutlarında vergi monitorinqi Maddə 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən, vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Maddə

42. Sənədlərin tələb edilməsi Maddə 42.1. Səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 38.1-ci maddəsinə uyğun olaraq vergi ödəyicisinə göndərdiyi bildirişlə birlikdə yoxlama üçün zəruri olan sənədləri, habelə elektron faylları vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada tələb edə bilər. Sənədlərin və ya elektron faylların verilməsi barəsində tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 15 iş günü müddətində vergi orqanına təqdim etməlidir. Vergi ödəyicisi tərəfindən vergilərin hesablanmasına təsir edən və yoxlama dövründə təqdim edilən sənədlərdən fərqli sənədlər əlavə vergi yoxlamasının təyin edildiyi tarixdən 30 iş günü müddətində təqdim edilməlidir. Maddə

53. Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətin ümumi əsasları Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin po zulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Maddə 58.1. Verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa vergi ödəyicisinə (bu Məcəllənin 58.1-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesabl anmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Maddə

85. Vergi öhdəliyinin yerinə yetirilməsi müddətləri və həmin müddətlərin dəyişdirilməsi 85.4. Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Maddə

159. Vergitutma obyekti 159.1. Malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətb iq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. Vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDVnin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 219 nömrəli qərarı: 1.3. Qanunvericilikdə başqa hallar nəzərdə tutulmadıqda, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu bəndin məqsədləri üçün malların (işlərin, xidmətlə rin) barter edilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına ödənilməsinə bərabər tutulur 1.4. Malları (işləri, xidmətləri) alan şəxs (bundan sonra-alıcı) tərəfindən elektron qaimə-fakturalarda göstərilən malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyəri həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin (bundan sonra -satıcı) bank hesabına, ƏDV-nin məbləği isə ƏDV-nin depozit hesabına köçürülməlidir. (16 fevral 2008-ci il tarixli 47 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 127) ilə 1.4-cü bənddə “şəxsin (bundan sonra satıcı)” sözlərindən sonra “bank” sözü çıxarılmışdır. 1 dekabr 2020ci il tarixli 476 nömrəli qərarı ilə “vergi hesab faktura larında” sözləri “elektron qaimə fakturalarda” sözləri ilə əvəz edilmişdir və həmin bənddə (bundan sonra satıcı) sözlərindən sonra “bank” sözü əlavə edilmişdir). (-). 2.1. ƏDV-nin depozit hesabına vəsaitlər aşağıdakı, lakin bunlarla məhdudlaşdırılmayan mənbələrdən daxil ola bilər: - ƏDV qeydiyyatında olan vergi ödəyicisinin öz bank hesablarından; - digər vergi ödəyicilərinin bank hesablarından;

32. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında» Əsasnamə 1.5. Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilə r. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. 3.1 Reyestrə yoxlayıcı orqan, sahibkarlıq fəaliyyəti subyektləri, habelə yoxlamalar və məhdudlaşdırıcı tədbirlər barədə məlumatlar daxil edilir. 3.3.4. sahibkarın qeydiyyata alınması tarixi, vergi ödəyicisi kimi qeydiyyata alınması, yenidən qeydiyyata alınması və qeydiyyatdan çıxarılması tarixləri, hansı vergilərin (sadələşdirilmiş və ya ƏDV, mənfəət və ya gəlir) ödəyicisi olması; 3.4.10. yoxlanılan dövr (dövrün başlanğıc və son tarixləri göstərilməklə) və ya yoxlamanın xüsusiyyətlərindən asılı olaraq cari fəaliyyəti; 3.4.11. yoxlamanın müddəti (başlama və sona çatma tarixləri göstərilməklə); 3.4.16. yoxlamanın dayandırılması və ya vergi yoxlamalarının müddətinin artırılması barədə məlumat (tarix, müddət, əsas, qərarı verən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı göstərilməklə); 3.4.17. yoxlamanın keçirilib-keçirilməməsi barədə məlumat (keçirilmədikdə, bunun səbəbləri); 3.4.18. yoxlamanın nəticəsi (yoxlama suallarının siyahısından (vergi yoxlamaları və tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi ilə bağlı aparılan, həmçinin bu Əsasnamənin 1.5-2-ci bəndində nəzərdə tutulmuş yoxlamalar istisna olmaqla) bu yoxlama üçün seçilmiş hər bir konkret suala münasibətdə qanun pozuntusunun aşkar olunub-olunmaması);

33. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

34. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

35. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ

36. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayəti təmin edilməli, cavabdehin kassasiya şikayəti isə rədd olunmalıdır.

37. Belə ki məlum olduğ u kimi, iddiaçı “X2” MMC cavabdeh Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 14 aprel 2020-ci il tarixli, **********198960 saylı vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

38. Apellyasiya instansiya məhkəməsi hazırki iş üzrə qəbul etdiyi 23 iyun 2022-ci il tarixli qərarla iddiaçı və cavabdehin apellyasiya şikayətlərinin qismən təmin edilməsi Sumqayıt İnzibati Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli, 2-1(118)-164/2021 nömrəli qərarının ləğv edilməsi, iş üzrə yeni qərar qəbul edilməsi, iddianın qismən təmin edilməsi, 2 saylı Ərazi Vergilər İdarəsinin 14 aprel 2020-ci il tarixli, **********198960 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı qismən – 271287.25 manat əlavə dəyər vergisinin hesablanması və həmin məbləğə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən maliyyə sanksiyasının tətbiq edilməsi hissəsi istisna olmaqla, qərar qalan hissədə ləğv edilməsi və iddianın qalan hissədə təmin edilməməsi nəticəsinə gəlmişdir.

39. Apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, xx.xx.2018-ci il tarixli, **********167576 nömrəli səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərara əsasən, “X2” MMC üzrə 2016-cı il fevral ayından 2018-ci ilin avqust ayına qədər olan dövrlər üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. xx.xx.2020-ci il tarixli, **********167712 nömrəli səyyarvergi yoxlaması ak tına əsasən, vergi ödəyicisi tərəfindən əlavə dəyər vergisi üzrə 1.848.161 manat, ödəmə mənbəyində tutulan vergi üzrə 84.380 manat vergi borcunun azaldılması aşkar edilmişdir. Cavabdehin 14 aprel 2020-ci il tarixli **********198960 nömrəli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarı ilə iddiaçı 2016-cı il ƏDV üzrə 88345.16 manat, 2017-ci il ƏDV üzrə 184149.39 manat, 2018-ci il ƏDV üzrə 1575667.57 manat, 2016-cı il ÖMV üzrə 1260 manat, 2017-ci il ÖMV üzrə 1260 manat, 2018-ci il ÖMV üzrə 81860 manat, cəmi 1932542.12 manat əlavə vergi borcu və 921.468.49 manat maliyyə sanksiyası üzrə vergi məsuliyyətinə cəlb edilmişdir. Bu qərarla razılaşmayan vergi ödəyicisi həmin qərarı mübahisələndirmişdir.

40. Məhkəmə kollegiyası ilk öncə qeyd etm əyi hesab edir ki, sahibkarlıq sahəsində aparılan istənilən yoxlama “ Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin müddəalarına riayət edilməklə aparılmalıdır.

41. Məlum olduğu kimi, “ Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.5-ci bəndinə əsasən Sahibkarlıq fəəaliyyətini həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər.

42. Beləliklə yoxlayıcı orqan sahibkarlıq sahəsində aparılan hər bir yoxlamanın və həmin yoxlama ilə bağlı Əsasnamənin 3.4-cü bəndində göstərilən məlumatların, o cümlədən yoxlamanın dayandırılması və ya vergi yoxlamalarını n müddətinin artırılması, vergi yoxlamalarının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanın Vergi Məcəlləsinin 49.1-ci maddəsində nəzərdə tutulan qərarın qəbulundan sonra 5 iş günü ərzində isə yoxlamanın nəticəsi barədə məlumatların reyestrə daxil edilməsini təmin etməlidir. 43. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunl arının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.

44. İş materiallarında olan 21.22020-ci il tarixli vergi yoxlama aktlarından görünür ki, yoxlamanın uzadılması barədə xx.xx.2019-cu il tarixli qərar və əlavə vergi yoxlaması barədə xx.xx.2019-cu il tarixli qərar yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır.

45. Belə olan halda cavabdehin iddiaçıya dair apardığı səyyar vergi yoxlamalarının hüquqi nəticəsi olmamaqla yanaşı, iddiaçı barəsində məsuliyyət tədbirləri tətbiq edilə bilməz.

46. Lakin apellyasiya məhkəməsi hazırki inzibati mübahisənin həll edərkən iş üzrə qanuni və əsaslı məhkəmə qərarı qəbul edilməsi üçün xüsusi əhəmiyyət kəsb edən işin sözügedən hallarını nəzərə almamışdır.

47. Hə mçinin məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, cavabdeh tərəfindən iddiaçıda sözügedən növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi, cavabdehin özünün də xx.xx.2018-ci il tarixli səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarında yazdığı kimi Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən keçirilmişdir.

48. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, nəzərə almaq lazımdır ki, Vergi Məcəlləsinin sözügedən norması vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edildiyi hallarda növbədənkənar vergi yoxlamasının keçirilməsinin mümkünlüyünü nəzərdə tutur.

49. Hazırkı iş üzrə cavabdeh tərəfindən Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə istinad edilməklə növbədənkənar yoxlamanın aparılmasına rəğmən, cavabdeh mənbəyi bəlli olan hansı məlumatları əldə etdiyi, həmin məlumatların əsaslılığı və mötəbərliliyi barədə məhkəməyə hər hansı sübut təqdim etməmiş və yoxlamanın qanuniliyini əsaslandırmamışdır. Nəzərə almaq lazımdır ki, növbədənkənar vergi yoxlamasının təyin edilməsi barədə qərar qəbul edərkən cavabdehin sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, habelə yoxlamanın başlanılmasını zəruri edən halları və məlumatları öz qərarında dəqiq göstərməyə və əsaslandırmağa borcludur.

50. Qeyd edilməlidir ki, növbədənkənar yoxlamanın aparılması əsaslarının qanunvericiliklə dəqiq və həm də müfəssəl şəkildə müəyyən edilməsi, bir tərəfdən, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində adminstrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir.

51. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın, xüsusilə də növbədənkənar yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu zaman həm də nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar (inzibati akt) qəbul etdiyi hallarda, inzibati orqan öz mülah izələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır.

52. Belə ki, növbədənkənar yoxlamanın keçirilməsi ilə bağlı cavabdeh diskresion səlahiyyətə malikdir. Nəzərə almaq lazımdır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda həmin səlahiyyəti qanunvericiliklə, o cümlədən vergi qanunvericiliyi ilə müəyyən olunmuş hüdudlar çərçivəsində və həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə düzgün həyata keçirməyə borcludur. Hazırkı mübahisəyə münasibətdə diskresion səlahiyyətlərin məhz növbədənkənar yoxlamanın təyin edilməsi qaydasında həyata keçirilməsini, yəni növbədənkənar yoxlamanın keçirilməsini zəruri edən şərtlərin mövcudluğu inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Belə ki, səlahiyyətverici n ormanın məzmununa görə, cavabdeh həmin yoxlamanı keçirə bilər, lakin bunu bütün hallarda və həmişə etməyə borclu deyil. Əgər inzibati orqan növbədənkənar yoxlamanın keçirilməsi barədə qərara gəlmişdirsə, onda VM-nin 38.3-cü maddəsinin müddəaları baxımından diskresion səlahiyyətindən niyə məhz bu qaydada istifadə etməsini açıqlamaq və əsaslandırmaq öhdəliyi daşıyır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin, o cümlədən də iddiaçının inzibati orqandan diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. İnzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarəti həmin orqanlar, o cümlədən cavabdeh tərəfindən diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsininin yoxlanılmasını da ehtiva edir. İnzibati orqanın diskresion səlahiyyətə malik olduğunu bilmədiyi və ya həmin səlahiyyətdən düzgün istifadə etmədiyi hallarda inzibati orqan tərəfindən qəbul olunmuş qərar qanunsuz hesab olunur.

53. Hazırkı mübahisəyə münasibətdə isə növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi və keçirilməsi üzrə inzibati orqanın diskresion səlahiyyətlərindən düzgün istifadə etdiyi, diskresion səlahiyyət əsasında qəbul olunmuş qərarını əsaslandırdığı, yoxlamanın keçirilməsi üçün yuxarıda qeyd olunan əsasların mövcudluğu, həmin əsasların mötəbərliyi və qanuniliyi iş materialları ilə təsdiq olunmur. Bu mənada cavabdeh tərəfindən aparılmış yoxlama iddiaçının sahibkarlıq fəaliyyətinə və konstitusiyanın qoruma sferasına aid olan azad sahibkarlıq hüququna qanunsuz müdaxilə kimi qiymətləndirilməlidir. 54.Bütün yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab e dir ki, iddiaçının kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiya məhkəməsinin inzibati kollegiyasının 23 iyun 2022-ci il tarixli qərarı qismən yəni “ 2 saylı Ərazi Vergilər İdarəsinin 14 aprel 2020-ci il tarixli **********198960 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı 271.287.25 manat əlavə dəyər vergisinin hesablanması və həmin məbləğə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən maliyyə sanksiyasının tətbiq edilməsi hissəsi istisna olunmaqla” hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qərar qəbul edilməli, iddiaçının iddiası sözügedən hissədə də təmin edilməli, apellyasiya məhəkəməsinin inzibati kollegiyasının qərarı qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin kassasiya şikayəti rədd edilməlidir.

55. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilsin. Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 iyun 2022-ci il tarixli 2-1(105)-142/2022 nömrəli qərarı qismən yəni, “2 saylı Ərazi Vergilər İdarəsinin 14 aprel 2020-ci il tarixli, **********198960 saylı Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə qərarı 271.287.25 manat əlavə dəyər vergisinin hesablanması və həmin məbləğə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən maliyyə sanksiyasının tətbiq edilməsi hissəsi istisna olmaqla” hissəsində ləğv edilsin. Həmin hissə üzrə yeni qərar qəbul edilsin. İddiaçının iddiası həmin hissədə təmin edilsin, “2 say lı Ərazi Vergilər İdarəsinin 14 aprel 2020-ci il tarixli, **********198960 saylı Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə qərarı 271.287.25 manat əlavə dəyər vergisinin hesablanması və həmin məbləğə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən maliyyə sanksiyasının tətbiq edilməsi” hissəsində də ləğv edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 iyun 2022-ci il tarixli 2-1(105)-142/2022 nömrəli qərarı qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar