Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2000/2023 28.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 10 saylı Ərazi Vergilər İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: apellyasiyanın mümkünlüyü, apellyasiya şikayəti üzrə müddətin buraxılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 10 saylı Ərazi Vergilər İdarəsinə qarşı "cavabdehin xx.xx.20 22-ci il tarixli **********751500 nömrəli şikayətin təmin edilməməsi barədə qərara əsasən ləğv edilməmiş xx.xx.2022-ci il tarixli **********927000 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarının ləğv edilməsi" tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 may 2023-cü il tarixli, 2-1(107)366/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "cavabdehin xx.xx.2022-ci il tarixli **********751500 nömrəli şikayətin təmin edilməməsi barədə qərara əsasən ləğv edilməmiş xx.xx.2022-ci il tarixli **********927000 nömrəli "Vergilərin, so sial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarının ləğv edilməsi" barədə qərar qəbul edilməsini xahiş etmişdir..
2. Şəki İnzibati Məhkəməsinin 27 mart 2023-cü il tarixli, 2-1(116)-809/2023 nömrəli qərardadı ilə (F.Hacızadə) iddiaçının iddiasının geri götürülmüş sayılması və iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.
3. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsi və xx.xx.2023-cü il tarixli ərizənin nəzərə alınaraq icraatın davam etdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
4. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 may 2023-cü il tarixli, 2-1(107)-366/2023 nömrəli qərardadı ilə (hakimlər: V.Məlikov - sədrlik edən və məruzəçi, E.Hüseynov və G.Cavadova) apellyasiya şikayəti mümkün sayılmamışdır.
5. İdd iaçı həmin qərardaddan kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 may 2023-cü il tarixli qərardadının ləğv edilməsini və xx.xx.2023-cü il tarixli ərizənin nəzərə alınaraq icraatın davam etdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
6. İddiaçı kassasiya şikayətində qeyd edir ki, məhkəmə tərəfindən qəbul edilmiş qərardad rəsmi qaydada poçt vasitəsilə şəxsən təqdim edilmədiyi üçün qərardaddan şikayət verilməsi üçün müəyyən edilmiş müddət ötürülməmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
7. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
8. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM) Maddə
135. Məhkəmə sənədlərinin çatdırılması və rəsmi qaydada verilməsi... 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
9. İnzibati Prosessual Məcəllə (İPM) Maddə
1. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tətbiqi dairəsi 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağ lı mübahisələrin (bundan sonra inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə
85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə
87. Apellyasiya instansiyası məhkəməsində icraat... 87.2. Ape llyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 87.3. Apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmə nin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
10. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir.
11. Apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
12. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması üçün əsas yoxdur.
13. İşi n hallarından müəyyən olunur ki, Şəki İnzibati Məhkəməsinin 27 mart 2023-cü il tarixli, 2-1(116)-809/2023 nömrəli qərardadı 28 mart 2023-cü il tarixdə İddiaçınə məxsus şəxsi elektron kabinetinə yerləşdirilmişdir. Lakin həmin qərardaddan apellyasiya şikayəti iddiaçı tərəfindən 08 may 2023-cü il tarixdə verilmişdir.
14. Cavabdehin kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, qərardad rəsmi qaydada poçt vasitəsilə şəxsən təqdim edilmədiyi üçün qərardaddan şikayət verilməsi üçün müəyyən edilmiş müddət ötürülməmişdir.
15. Məhkəmə kollegiyası iddiaçının dəlillərini əsaslı hesab etmir.
16. Belə ki, İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibat i mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Mülki Prosessual Məcəllənin 134.1.5-ci maddəsinə görə birinci instansiya məhkəməsinin aktları məhkəmə sənədi hesab edilir, birinci instansiya məhkəməsinin mübahisə ilə bağlı 27 mart 2023-cü il tarixli qərarı məhkəmə sənədidir və həmin Məcəllənin 135.6-cı maddəsinə müvafiq olaraq məhkəmə sənədi (27 mart 2023-cü il tarixli qərar) iddiaçının elektron kabinetində yerləşdirilmişdir. Mülki Prosessual Məcəllənin 135.1ci maddəsinə görə məhkəmə sənədinin elektron kabinetdə yerləşdirilməsi onun poçt göndərişi ilə çatdırılmasını istisna edir. “Elektron imza və elektron sənəd haqqında” Qanunun 3.5-ci maddəsinə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə sənə din notariat qaydasında təsdiqi və (və ya) dövlət qeydiyyatı tələb olunduğu hallar istisna olmaqla, elektron sənəd kağız daşıyıcıda olan sənədə bərabər tutulur və onunla eyni hüquqi qüvvəyə malikdir.
17. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qərarı xx.xx.2023-cü il tarixdə iddiaçının “Elektron məhkəmə” informasiya sistemində mövcud olan “elektron kabinet”ində yerləşdirildiyindən (təqdim edildiyindən) və iddiaçı tərəfindən həmin qərardaddan verilmiş apellyasiya şikayəti xx.xx.2023-cü il tarixində imzalanaraq məhkəməyə göndərildiyindən iddiaçı apellyasiya şikayətinin verilməsi üçün müəyyən olunmuş 10 günlük prosessual müddəti ötürmüşdür və kasasiya şikayətinin dəlilləri əsaslı deyildir.
18. Odur ki, cavabdehin şikayəti üzrə apellyasiyanın mümkünsüzlüyün ə dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
19. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 may 2023-cü il tarixli, 21(107)-366/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.