Məhkəmə qərarları › İş №2-1(102)-2001/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2001/2019

29.05.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2001/2019 29.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinə qarşı iş üzrə QƏRAR Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinə qarşı güzəştli şərtlərlə əmək pensiyası hüququnun yarandığı 23.09.2016-cı il tarixdən, yəni 55 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyi n edilməsi və təyin edilmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)782/2019 saylı iş üzrə 14.03.2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 29 may 2019-cu il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1961-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuşdur. Cavabdeh dövlət sosial müdafiə fondu olaraq qüvvədə olan qanunvericiliyə və təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq öz fəaliyyətini həyata keçirir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.1961-cı ildə anadan olmuşdur. 1985-ci ildə əmək fəaliyyətinə başlamış və hal-ha zırda “X1 Kompani SA’’ şirkətinin Azərbaycandakı Nümayəndəliyində, 3 saylı neft mədəni və qaz-kompressor sexində neft və qazçıxarma üzrə rəis müavini vəzifəsində işləyir. 11.12.1989-cu ildə “Əzizbəyovneft” NQÇİ-nin Neft və qazçıxarma sahəsində neft və qazçıxarma üzrə operator peşəsinə işə qəbul edilmiş, 13.11.1990-cı ildə neft və qazçıxarma üzrə operator peşəsinə, 14.05.1991-ci ildə neft və qazçıxarma üzrə usta köməkçisi peşəsinə, 01.10.1991-ci ildə struktur dəyişikliyi ilə əlaqədar olaraq “Suraxanıneft” NQÇİ-yə keçirilərək “Suraxanıneft” NQÇİ-nin 3 saylı neft və qazçıxarma sexinə neft və qazçıxarma üzrə usta köməkçisi peşəsinə qəbul edilmişdir. 04.11.1994- cü ildə neft və qazçıxarma üzrə operator peşəsinə, 05.09.1995-ci ildə neft və qazçıxarma üzrə usta vəzifəsinə, 25.12.2003-cü ildə 3 saylı neft və qazçıxarma sexinin rəisi müavini vəzifəsinə, 02.06.2006-cı il tarixdən hal-hazıra kimi “Suraxanı NQÇİ-nin ləğv edilməsi ilə əlaqədar yaranmış “X1 Kompanı SA” şirkətinin Azərbaycandakı Nümayəndəliyində, 3 saylı neft mədəni və qaz-kompressor sexində neft və qazçıxarma üzrə rəis müavini vəzifəsində işləyir. 1980-1982-ci illərdə hərbi xidmətdə olmuş, 19821985-ci illərdə Bakı Neft Texnikomunda əyani təhsil almışdır. Onun 2006-cı il tarixədək, yəni “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edildiyi tarixədək 25 ildən artıq ümumi stajı və 16 il zərərli iş sahəsində güzəştli stajı olmuşdur. 55 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə ərizə ilə DSMF-nin Bakı şəhəri Suraxanı rayon şöbəsinə müraciət etmiş, DSMF-nin Bakı şəhə ri Suraxanı rayon şöbəsi tərəfindən ona ünvanlanmış 07.07.2018-ci il tarixli cavab məktubunda müraciətinin təmin olunmasından imtina edilmişdir. Ona görə də 23.09.2016-cı il tarixdən, yəni 55 yaşının tamam olan vaxtdan pensiyanın təyin edilməsi və pensiya məbləğinin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsi xahişi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinə qarşı güzəştli şərtlərlə əmək pensiyası hüququnun yarandığı 23.09.2016-cı il tarixdən, yəni 55 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və təyin edilmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qo yulması barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Birinci instansiya məhkəməsinin 19.10.2018-ci il tarixli iş № 2-1(82)-3682/218, (sədrlik edən hakim Rüstəm Kərimli) qərarı ilə iddia tələbinin təmin edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 19.10.2018-ci il tarixli qərarının ləğv edilməsini, iddia tələblərinin isə rədd edilməsi barədə yeni qərarın çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 14.03.2019-cü il tarixli iş № 2-1(103)-782/2019 (hakimlər Vüsalə Baxışova - sədr lik edən və məruzəçi, Elmira Nağıyeva və Həmid Həmidov) qərarı ilə apelyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin 2-1(82)-3682/2018 saylı 19.10.2018-ci il tarixli qərarının ləğv edilməsi, iş üzrə yeni qərarın qəbul edilməsi, iddianın rədd edilməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: İddiaçı kasasiya şikayətini onunla əsaslandırmışdır ki, o xx xxxxxxxx 1961-ci ildə anadan olmuşdur. Ona məxsus 19 sentyabr 1985-ci il tarixdə açılmış ******* saylı əmək kitabçasına əsasən 1985-ci ildə əmək fəaliyyətinə başlamışdır. O 11.12.1989-cu ildə “Əzizbəyovneft” NQÇİ-nin Neft və qazçıxarma sahəsinə neft və qazçıxarma üzrə operator peşəsinə işə qəbul edilmişdir. 13.11.1990cı ildə neft və qazçıxarma üzrə operator peşəsinə keçirilmişdir. 14.05.1991-ci ildə neft və qazçı xarma üzrə usta köməkçisi peşəsinə keçirilmişdir. 01.10.1991-ci ildə struktur dəyişikliyi ilə əlaqədar “Suraxanıneft” NQÇİ-yə keçirilərək “Suraxanıneft” NQÇİ-nin 3 saylı neft və qazçıxarma sexinə neft və qazçıxarma üzrə usta köməkçisi peşəsinə qəbul edilmişdir. 04.11.1994-cü ildə neft və qazçıxarma üzrə operator peşəsinə keçirilmişdir. 05.09.1995-ci ildə neft və qazçıxarma üzrə usta vəzifəsinə keçirilmişdir. 25.12.2003-cü ildə 3 saylı neft və qazçıxarma sexinin rəis müavini vəzifəsinə keçirilmişdir, 02.06.2006-cı il tarixdən hal-hazıra kimi “Suraxanı NQÇl”-nin ləğv edilməsi ilə əlaqədar yaranmış “X1 Kompani SA” şirkətinin Azərbaycandakı nümayəndəliyində, 3 saylı neft mədən və qaz-kompressor sexində neft və qazçıxarma üzrə rəis müavini vəzifəsində işləmişdir. O 1980-1982-ci illərdə hərbi xi dmətdə olmuşdur. 1982-1985-ci illərdə Bakı Neft Texnikumunda əyani təhsil almışdır. Beləliklə, onu 2006-cı il tarixədək, yəni “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edildiyi tarixədək 25 ildən artıq ümumi stajını və 16 il zərərli iş sahəsində güzəştli stajı olmuşdur. Onun 23.09.2016-cı il tarixdə, yəni 55 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iddia tələbini tam və hərtərəfli obyektiv araşdırmadan formal bir qərar qəbul etmişdir. Apelyasiya instansiyası məhkəməsi mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, iş üzrə toplanmış sübutlara düzgün hüquqi qiymət verməmişdir. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Bakı Apelya siya Məhkəməsinin MK-nin 14 mart 2019-cu il tarixli 2(103)-782/2019 saylı qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına vəkilsiz gəlmiş, cavabdehin nümayəndəsiisə məhkəmə iclasına gəlmədiyi üçün işə onların iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsi 14 mart 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. İddiaçı kasasiya şikayətində qeyd etmişdir ki,o xx xxxxxxxx 1961-ci ildə anadan olmuşdur. Ona məxsus 19 sentyabr 1985-ci il tarixdə açılmış ******* saylı əmək kitabçasına əsasən 1985-ci ildə əmək fəaliyyətinə başlamışdır. O 11.12.1989-cu ildə “Əzizbəyovneft” NQÇİ-nin Neft və qazçıxarma sahəsinə neft və qazçıxarma üzrə operator peşəsinə işə qəbul edilmişdir. 13.11.1990cı ildə neft və qazçıxarma üzrə operator peşəsinə keçirilmişdir. 14.05.1991-ci ildə neft və qazçıxarma üzrə usta köməkçisi peşəsinə keçirilmişdir. 01.10.1991-ci ildə struktur dəyişikliyi ilə əlaqədar “Suraxanıneft” NQÇİ-yə keçirilərək “Suraxanıneft” NQÇİ-nin 3 saylı neft və qazçıxarma sexinə neft və qazçıxarma üzrə usta köməkçisi peşəsinə qəbul edilmiş dir. 04.11.1994-cü ildə neft və qazçıxarma üzrə operator peşəsinə keçirilmişdir. 05.09.1995-ci ildə neft və qazçıxarma üzrə usta vəzifəsinə keçirilmişdir. 25.12.2003-cü ildə 3 saylı neft və qazçıxarma sexinin rəis müavini vəzifəsinə keçirilmişdir, 02.06.2006-cı il tarixdən hal-hazıra kimi “Suraxanı NQÇl”-nin ləğv edilməsi ilə əlaqədar yaranmış “X1 Kompani SA” şirkətinin Azərbaycandakı nümayəndəliyində, 3 saylı neft mədən və qaz-kompressor sexində neft və qazçıxarma üzrə rəis müavini vəzifəsində işləmişdir. O 1980-1982-ci illərdə hərbi xidmətdə olmuşdur. 1982-1985-ci illərdə Bakı Neft Texnikumunda əyani təhsil almışdır. Beləliklə, onu 2006-cı il tarixədək, yəni “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edildiyi tarixədək 25 ildən artıq ümumi stajını və 16 il zərərl i iş sahəsində güzəştli stajı olmuşdur. Onun 23.09.2016-cı il tarixdə, yəni 55 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iddia tələbini tam və hərtərəfli obyektiv araşdırmadan formal bir qərar qəbul etmişdir. Apelyasiya instansiyası məhkəməsi mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, iş üzrə toplanmış sübutlara düzgün hüquqi qiymət verməmişdir. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası kasasiya şikayətində qeyd olunan bu dəlili iş materiallarına əlavə olunmuş sübutlarla müqayisə edərək belə qənaətə gəlmişdir ki, kasasiya şikayətində qeyd olunan bu dəlil əsassızdır. Belə ki, iş materiallarından görünür ki, 11.12.1989-cu ildən - 2006-cı ilədək iddiaçı quruda neft və qazçı xarma sahəsində operator, usta köməkçisi, usta, rəis müavini vəzifələrində işləmişdir, lakin iddiaçının hərbi xidmət müddəti və təhsil müddəti nəzərə alınarsa belə 1998-ci ilədək 25 il ümumi iş stajına malik olmamışdır. İddiaçının işlədiyi usta və usta köməkçisi vəzifələri “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda 12-ci bölməsində 2130100b saylı kodla nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 9.1-ci maddəsinə əsasən (01.07.2017-ci il tarixdən qüvvədə olan redaksiyada) axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağı r olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 11.12.2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 2.1.8-ci bəndinə əsasən Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdi q edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublika sının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə p ensiya hüququna malikdir. Həmin Qanuna 13.06.1997-ci il tarixli qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulan yaş hədləri 01.08.1997-ci il tarixdən - 01.08.2000-ci il tarixədək hər il 6 ay artırılmışdır. Bu baxımdan da Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası hesab edir ki, iddiaçının məhz 55 yaşından, yəni 23.09.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunla müəyyən edilmiş yaş həddinə çatmadığına dair cavabdehin tələbin təmin edilməsindən imtina edilməsi əsaslı olmuşdur. Eyni zamanda yuxarıdakı qanun müddəalarına uyğun olaraq iddiaçı müvafiq yaş həddinə çatdıqda onun pensiya hüququ yaranacaqdır. Bütün yuxarıda göstərilənlərə istinadən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxark ən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və buna görə də apelyasiya instansiyası məhkəməsinin 14.03.2019-cu il tarixli qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 14.03.2019-cu il tarixli 21(103)-782/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim Zakir Quliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar