Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2001/2020 07.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial X1 rayon şöbəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: (işlədiyi illərin sığorta stajına daxil edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Musayevanın, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial X1 rayon şöbəsinə qarşı işlədiyi illərin sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasıtələbinə dair Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(107)-283/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1962-ci il tarixdə Balakən rayon Qaysa kəndində anadan olmuşdur. Cavabdeh Dövlət Sosial X1 rayon şöbəsi olaraq qüvvədə olan qanunvericiliyə və təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq öz fəaliyyətini həyata keçirir. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial X1 rayon şöbəsinə qarşı xx.xx.1989-cu ildən - xx.xx.2001-ci il tarixədək Bakı şəhərində yerləşən Azərsənaye tikintiquraşdırma trestində çilingər, xx.xx.2002-ci ildən xx.xx.2005-ci ilədək Bakı şəhərində yerləşən Mülki Tikinti İdarəsində çilingər işlədiyi illərin sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1992-ci ildən sonrakı dövrün iş stajları aylar üzrə hesablanmış əmək haqlarına əsasən müəyyən edilir. Onun xx.xx.1989cu ildən - xx.xx.2001-ci ilədək və xx.xx.2002-ci ildən xx.xx.2005-ci ilədək Bakı şəhərində yerləşən idarələrdə işlədiyi dövrün aylar üzrə əmək haqları barədə məlumatları təqdim etməlidir, lakin iddiaçı həmin idarələr ləğv edildiyinə və həmin idarələri tapa bilmədiyinə görə həmin məlumatları təqdim edə bilməmişdir. Daha sonra iddiaçı iddia t ələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək xx.xx.1992-ci ildən - xx.xx.2001-ci il tarixədək Bakı şəhərində yerləşən Azərsənaye tikintiquraşdırma trestində çilingər, xx.xx.2002-ci ildən xx.xx.2005-ci ilədək Bakı şəhərində yerləşən Mülki Tikinti İdarəsində çilingər işlədiyi illərin sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli,2-1(116)-299/2020 nömrəli (sədrlik edən hakim İlqar Cabbarov) qərarı ilə iddianın təmin edilməsi, cavabdeh Dövlət Sosial X1 rayon şöbəsinin üzərinə İddiaçı “xx.xx.1992-ci ildən - xx.xx.2001-ci il tarixədək Bakı şəhərində yerləşən Azərsənaye tikintiquraşdırma trestində çilingə r, xx.xx.2002-ci ildən - xx.xx.2005-ci ilədək Bakı şəhərində yerləşən Mülkitikinti İdarəsində çilingər işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. Birinci instansiya məhkəməsi xx.xx.2006-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında 1996-cı il 26 dekabr tarixli 186-cı qərarının 1.1-ci və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaların”nın 3.2 və 3.2.1-ci bəndlərinə əsaslanaraq iddiaçının işlədiyi müddətlər üzrə sığorta stajının təsdiq edilməsi üçün əmək haqqından məcburi dövlət sosial sığorta haqqının ödənilməməsi ilə bağlı cavabdehin dəlilləri əsassız olmasına dair nəticəyə gəlmişdir. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2020-ci il tarixli, 2-1(107)-283/2020 nömrəli (hakimlər Rövşən Rəfiyev - sədrlik edən və məruzəçi, Vəzirxan Məlikov və Rafail Əliyev) qərarı ilə birinci instansiya məhkəməsinin xx.xx.2020-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Apelyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 57 və 60-cı, Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında» Qanunun 12.1-ci xx.xx.2006-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu, Azərbaycan Respublikası «Vətəndaşların hüquq və azadlıqlarını pozan qərar vəhərəkətlərdən (hərəkətsizlikdən) məhkəməyə şikayət edilməsi haqqında» Qanununun 1 və 2-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında 1996-cı il 26 dekabr tarixli 186-cı qərarının 1.1-ci və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaların”nın 3.2 və 3.2.1-ci bəndlərinə əsaslanaraq qeyd etmişdir ki, cavabdeh inzibati orqan tərəfindən İddiaçı “xx.xx.1992-ci ildən xx.xx.2001-ci il tarixədək Bakı şəhərində yerləşən Azərsənaye tikintiquraşdırma trestində çilingər, xx.xx.2002-ci ildən xx.xx.2005-ci ilədək Bakı şəhərində yerləşən Mülkitikinti idarəsində çilingər işlədiyi illərin həmin idarənin əmr kitabları və əməkhaqqı cədvəllərinə əsasən yoxlanılmasının mümkün olmaması səbəbi ilə iddiaçının işlədiyi illərin onun sosial sığorta stajına daxil edilməsindən imtina etməsi əsassız olmaqla qanunvericiliyin tələblərinə ziddir. Belə ki, müvafiq sənədlərin arxivə təhvil verilməsi, habelə arxivdə mövcud olub-olmaması sığortaolunan iddiaçının vəzifəsi deyildir. O cümlədən, məcburi dövlət sosial sığorta yuxarıda qeyd olunan müəssisələrə aiddir və uçotun vaxtlı-vaxtında aparılmasına nəzarət etmək isə Dövlət Sosial Müdafiə Fondunun vəzifəsiolduğuna dair nəticəyə gəlmişdir. Kasasiya şikayətinin dəlilləri: Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,məhkəmə işi tam araşdırmamış, həmin müəssisələrin qeyd olunan dövrlərdə fəaliyyət göstəribgöstərməməsini aydınlaşdırmaq məqsədilə müvafiq qurumlara sorğular verməmiş və düzgün əsaslandırma aparmadan qərar çıxarmış, bununla da pozuntuya yol vermişdir. İş materiallarından da müəyyən edilir ki, iddiaçının tələb olunan nə stajı, nə də pensiya kapitalı vardır. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Şəki Apelyasiya Məhkəməsinin qərarının ləğv edilməsi barədə yeni qərarın qəbul edilməsini və ya inzibati işin yenidən araşdırılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsi barədə yeni qərarın qəbul edilməsini və ya inzibati işin yenidən araşdırılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmasını Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etm işdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlmədiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, cavabdehin vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instans iyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91- ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır. Cavabdeh kasasiya şikayətində qeyd etmişdir ki, məhkəmə işi tam araşdırmamış, həmin müəssisələrin qeyd olunan dövrlərdə fəaliyyət göstərib-göstərməməsini aydınlaşdırmaq məqsədil ə müvafiq qurumlara sorğular verməmiş və düzgün əsaslandırma aparmadan qərar çıxarmış, bununla da pozuntuya yol vermişdir. İş materiallarından da müəyyən edilir ki, iddiaçının tələb olunan nə stajı, nə də pensiya kapitalı vardır. Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, kasasiya şikayətində qeyd olunan dəlillər əsassızdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüquq una malikdir. Konstitusiyasının 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası “Vətəndaşların hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) məhkəməyə şikayət edilməsi haqqında” Qanununun 6-cı maddəsinin 1-ci və 2-ci abzaslarına əsasən məhkəmə şikayətə baxılmasının nəticələri barədə qətnamə çıxarır. İş materiallarından görünür ki, iddiaçı təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu xx.xx.2019-ci il tarixli 278 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, “xx.xx.1992-ci ildən sonrakı dövrün iş stajları ayl ar üzrə əmək haqqlarına əsasən müəyyən edilir, lakın Sizin xx.xx.1989-cu ildən - xx.xx.2001-ci ilədək Bakı şəhərində yerləşən sənaye Tikinti Quraşdırma Trestində və xx.xx.2002-ci ildən xx.xx.2005-ci ilədək Bakı şəhərində yerləşən Mülki Tikinti idarəsində çilingər işlədiyiniz illərin aylar üzrə haqqı barədə məlumatları tapa bilmədiyinizə görə həmin illəri sığorta stajınıza əlavə edilməsi qanunauyğun deyil”. Hazırkı iş üzrə mübahisəli məsələ xx.xx.1992-ci il tarixindən - xx.xx.2005-ci il tarixədək əmək fəaliyyəti ilə bağlı olmuşdur. xx.xx.2006-cı il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçası dır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında 1996-cı il 26 dekabr tarixli 186-cı qərarının 1.1-ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaların”nın 3.2 və 3.2.1-ci bəndlərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: əmək kitabçası;.. Hazırda qüvvədə olan “Əmək pensiy aları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin qaydaların 3.2.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nə zərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a(X2) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Həmin qaydaların 3.6-cı bəndə əsasən Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Göründüyü kimi, mövcud “Qaydalar” "Əmək pensiyaları haqqında" Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit etmişdir. Bu halda Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, müvafiq sənədlərin arxivə təhvil verilməsi, habelə arxivdə mövcud olub-olmaması sığortaolunanın vəzifəsi hesab edilə bilməz və məcburi dövlət sosial sığorta haqlarının uçotunun aparılmasına nəzarətin həyata keçirilməsi qüvvədə olan qanunvericiliyə əsasən Dövlət Sosial Müdafiə Fondunun funksional vəzifəsinə aid edilmişdir. Cavabdehin xx.xx.2019-cu il tarixli **********9 nömrəli məktubunda isə görünür ki, iddiaçı xx.xx.2019-cu il tarixdən 2-ci qrup əlillik dərəcəsi verilmiş və həmin tarixdən ona tələb olunan pensiya kapitalı 14.650 manat olmuşdur. Onun təqdim etdiyi sənədlərə əsasən 13 il iş stajı və hər ilə 701 manat 47 qəpik kapitalı olmaqla 13 il x 701,47 = 9.119,11 manat kapitalı olmuşdur. İddiaçının xx.xx.1992-ci ildən 2005-ci ilədək olan dövr sığorta stajına daxil edilərsə, tələb olunan pensiya kapitalı 15.853 manat edərdi, bu da ona əlilliyə görə əmək pensiyası hüququnu yaradardı. Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında» Qan unun 12.1-ci əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Eyni zamanda iddiaçıya verilmiş xx.xx.2018-ci il tarixli 278 nömrəli imtina məktubunda inzibati orqan tərəfindən vətəndaşa həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələrinin istifadə müddətini və həmçinin də şəxsin şikayət və ya iddia verəcəyi orqanlara, o cümlədən məhkəməyə şikayət verilməsi haqqında izahat verilməmişdir. Azərb aycan Respublikası «Vətəndaşların hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) məhkəməyə şikayət edilməsi haqqında» Qanununun 1-ci maddəsinə əsasən dövlət orqanlarının və yerli özünüidarə orqanlarının, müəssisələrin, idarələrin və təşkilatların, ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətləri (hərəkətsizliyi) nəticəsində öz hüquq və azadlıqlarını pozulmuş hesab edən Azərbaycan Respublikasının hər bir vətəndaşının məhkəməyə müraciət etmək hüququ vardır. Həmin Qanunun 2-ci maddəsinə əsasən vətəndaş onun hüquq və azadlıqlarını pozan qərarlar və hərəkətlər (hərəkətsizlik) barəsində birbaşa məhkəməyə və ya tabelik qaydasında yuxarı dövlət orqanlarına və yerli özünüidarə orqanlarına, müəssisələrə, idarələrə və təşkilatlara, ictimai birliklərə, vəzifəli şəxs lərə şikayətlə müraciət edə bilər. Bu səbəbdən də Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, iddiaçının işlədiyi müddətlər üzrə sığorta stajının təsdiq edilməsi üçün əmək haqqından məcburi dövlət sosial sığorta haqqının ödənilməməsi ilə bağlı cavabdehin dəlilləri əsassız olmuşdur. Bütün yuxarıda göstərilənlərə istinadən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və buna görə də apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: Cavabdehin kasasiya şikayəti təmin edilməsin. Ş əki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(107)-283/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-2001/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2001/2020
07.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver