Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2001/2021 15.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: (artıq ödənilmiş pensiya məbləğinin geri qaytarılması) Hakimlər: Səyyad Kərimov - sədrlik edən və məruzəçi hakim, Zakir Quliyev, Rahib Nəbizadədən ibarət tərkibdə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Cavabdeh qarşı artıq ödənilmiş pensiya məbləğinin qa ytarılması tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2021-ci il tarixli, 2-1(103)-1491/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdehə 15 iyun 2014-cü il tarixdən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin olunmuşdur.
2. İddiaçı araşdırma nəticəsində 15.06.2014-ci il tarixdən 28.02.2018-ci il tarixədək olan dövr ərzində cavabdehə pensiyanın qanunvericliklə nəzərdə tutulmuş məbləğdən artıq ödənildiyinin müəyyən olunduğunu iddia edir.
3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə artıq ödənilmiş 2100,73 manat pensiya məbləğinin ondan tutularaq iddiaçının hesabına ödənilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat
4. Bakı İnzibati Məhkəməsinin (hakim F.İ.Mədətli) 04 mart 2021-ci il tarixli, 2-1(112)3555/2021 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır.
5. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırkı münasibətlərə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 82.1 və 82.2-ci maddəsi tətbiq edilməli, inzibati orqan tərəfindən müvafiq qərar qəbul edilərək icra edilməsi üçün icra məmuruna göndərilməli idi. İddiaçı qanunvericiliyin bu normalarına əməl etmədiyindən, iddia müm kün sayıla bilməz.
6. İddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin həmin qərardadının ləğv edilməsini, iş üzrə iddia ərizəsinin icraata qəbul edilməsini və iddianın təmin edilməsi barədə qərarın qəbul olunmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat
7. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2021-ci il tarixli, 2-1(103)-1491/2021 nömrəli qərardadı ilə (hakimlər A.B.Nuriyeva-sədrlik edən və məruzəçi, S.İ.Bəktaşi və A.S.Hüseynov) apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 04 mart 2021-ci il tarixli, 2-1(112)-3555/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır.
8. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır.
9. İddiaçı kassasiya şikayəti verərək həmin qər ardadın ləğv edilməsini və iddia tələbinin mümkün sayılması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
10. Kassasiya şikayətində qeyd olunmuşdur ki, apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə əsasən, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Hazırda əmək pensiyaçısının razılığı olmadığından, mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəməyə müraciət edilmişdir. Məhkəmə isə hesab etmişdir ki, qanunun qeyd edilən bu müdd əası ilə “İnzibati icraat haqqında” Qanunun müddəaları arasında ziddiyyət olduğundan, “İnzibati icraat haqqında” Qanun əsas götürülməlidir. Yəni inzibati orqan inzibati akt qəbul etdiyi təqdirdə özü həmin aktı icraya yönəltməlidir. Hesab edir ki, adı çəkilən normativ-hüquqi aktlar arasında hər hansı ziddiyyət yoxdur. İnzibati orqan qəbul etdiyi inzibati aktı icraya yönəldə bilər. Amma burada məsələ ondan ibarətdir ki, “Əmək pensiyaları haqqında” Qanun pensiyaçının razılığı olmadığı halda inzibati orqana belə bir qərar qəbul etməyə icazə vermir və bu hər hansı başqa norma ilə ziddiyyət təşkil etmir. Mövcud olmayan inzibati akt icraya yönəldilə bilməz. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 12. “Əmək pensiy aları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 39.1 Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.
13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 58.1 Barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Maddə 58.2. Hüquq varisi prosesə daxil ol ana qədər prosesdə edilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, hüquqi varisi üçün də məcburidir.
14. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 96.5. Şikayət in əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir. KASSAS İYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
15. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
16. Apelyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
17. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli araşdırılmamış, prosessual hüquq normaları düzgün tətbiq olunma mışdır. Bu baxımdan kassasiya şikayəti qismən təmin edilməli, apelyasiya məhkəməsinin qərardadı ləğv olunmalıdır.
18. Məhkəmə kollegiyası apelyasiya məhkəməsinin qərardadının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
19. Birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşan apelyasiya instansiyası məhkəməsi “İnzibati icraat haqqında” Qanunun müddəalarına iddiaçı inzibati orqan tərəfindən əməl olunmadığına istinad edərək iddianı mümkün saymamışdır.
20. Nəzərə almaq lazımdır ki, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur. Lakin hazırkı mübahisəyə münasibətdə iddianın mümkünlük şərtləri qeyd edilən tələblər baxımından tam yoxlanılmamışdır.
21. Belə ki, beynəlxalq hüququn hamılıqla qəbul olunmuş ümumi prinsipinə və “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanunun 10-cu maddəsinin müddəalarına görə, xüsusi və ümumi qanunlar arasında kolliziya yarandığı halla rda, xüsusi qanun ümumi qanunu üstələyir, yəni xüsusi qanunun müddəaları tətbiq olunur. Bu mənada hazırkı mübahisəyə münasibətdə xüsusi qanun olan “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin müddəaları tətbiq olunmalı və həmin maddədə nəzərdə tutulmuş şərtlərə riayət olunduğu təqdirdə, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği məhkəmə qaydasında tələb olunmalıdır.
22. Bununla bağlı nəzərə almaq lazımdır ki, hazırkı qərarın 12-ci bəndində istinad olunan normada təsbit olunmuş qaydaya əsasən, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda isə məhkəmə qaydasında tutulur (ƏPQ, 39.1ci maddəsi).
23. İş üzrə materiallardan görünür ki, i ddiaçı artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin cavabdehdən tutulması barədə onun yaşadığı ünvana məktub göndərmişdir. Məktubda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə istinad edilərək, artıq ödənilmiş pul vəsaitinin tutulması üçün yazılı razılığın qısa müddət ərzində iddiaçıya təqdim edilməsi cavabdehdən xahiş olunmuşdur.
24. Lakin həmin məktubun cavabdehə təqdim edilib-edilməməsi, təqdim edildiyi təqdirdə ona hər hansı münasibət bildirilməsi (razılığın verilib-verilməməsi) iş materialları ilə müəyyən edilmir. Halbuki məhkəmə xidməti mövqeyinə və məhkəmə qənaəti prinsipinin tələbinə görə həmin halları müəyyən etməli və qiymətləndirməli idi.
25. Bundan başqa, məhkəmə kollegiyası xüsusi olaraq vurğulayır ki, məhkəmə əlver işli inzibati aktın ləğvi və ya dəyişdirilməsi ilə bağlı mübahisənin mahiyyəti üzrə qərar qəbul edərkən, o cümlədən də artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin cavabdehdən geri tələb olunması ilə bağlı hallarda, “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsinin, xüsusən 67.5-67.13-ci maddələrinin tələblərinin, şəxsin həmin qanunda təsbit edilmiş etimad hüququnun inzibati orqan tərəfindən nəzərə alınııb-alınmadığını müəyyən etməli və ona qiymət verməlidir. Bu zaman həmçinin nəzərə alınmalıdır ki, 67.5-ci maddənin tələbinə görə, şəxsin özünün əlverişli hüquqi mövqeyinə olan etimadı qanunla qorunur. Xüsusən birdəfəlik və ya mütəmadi pul ödəmələri və ya əşyanın verilməsi ilə bağlı hallarda, şəxsin etimadının qanunla qorunub-qorunmadığı yuxarıda qeyd edilən mad dələrin müddəaları baxımından yoxlanılmalıdır. Məhkəmələr həmin maddədə nəzərdə tutulmuş ilkin şərtlərin ödənilib-ödənilmədiyini tam yoxlamaq səlahiyyətinə malikdir. Bu zaman həm də şəxsin etimad hüququna istinad etməsini istisna edən şərtlərin mövcudluğu da məhkəmələr tərəfindən xidməti vəzifəsinə görə yoxlanılmalıdır.
26. Həmçinin nəzərə almaq lazımdır ki, birdəfəlik və ya mütəmadi pul ödəmələrinin, o cümlədən artıq ödəmənin inzibati orqanın təqsiri üzündən baş verdiyi və şəxsin təqsirli davranışına bağlı olmadığı hallarda, inzibat icraat hüququnun müddəaları baxımından şəxsin əmlak vəziyyəti qorunmağa layiqdir. Bu zaman həmçinin şəxsin ona ödənilmiş pul vəsaitlərini xərclədiyi və buna görə də həmin vəsaiti qaytarmaq iqtidarında olmadığı və ya onu qaytaracağı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda həmin şəxsin etimad hüququnun qanunla qorunduğu da nəzərə alınmalıdır. Başqa cür yanaşma, şəxsin vicdansız və təqsirli davranışına bağlı olmadığı hallarda, sosial təminat sahəsində qanunun düzgün tətbiqinə məsuliyyət daşıyan inzibati orqanın yanlış hərəkətinin məsuliyyətinin və səhv hesablamanın neqativ hüquqi nəticələrinin yükünün həmin şəxsin üzərinə qoyulması demək olardı.
27. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçiv əsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır.
28. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir.
29. Qeyd edilən qayda artıq ödənilmiş əmək pensiyası məbləğinin şəxsdən geri tələb olunması ilə bağlı hallara da tam şəkildə tətbiq olunur. Nəzərə almaq lazımdır ki, şəxsə ödənilmiş vəsaitin geri tələb olunması onun iqtisadi maraqları sferasına və əmlak hüquqlarına müdaxilə ilə bağlı olduğu üçün, inzibati orqan həmin pensiyanın təyin olunması barədə qərarın qəbulu ilə nəticələnmiş in zibati icraatı təzələməyə, icraat çərçivəsində pensiyanın artıq ödənilib-ödənilməməsini və bunun səbəblərini müəyyən etməyə, etimad hüququnun qorunması prinsipinin tələbləri və “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından həmin məbləğin tələb edilməsinin mümkünlüyünü yoxlamağa və yalnız bundan sonra şəxsin razılığı və ya məhkəmə qaydasında geri tələb edilən məbləğ barədə qərar qəbul etməyə haqlı sayılmalıdır.
30. Nəzərə almaq lazımdır ki, qeyd olunan halların araşdırılması və müəyyən edilməsi hazırkı mübahisə üzrə obyektiv və qanunauyğun qərarın qəbulu üçün mühüm əhəmiyyət kəsb edir.
31. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları tam müəyyən edilməmiş, bu səbəbdən prosessual hüquq normalarının tətbiqində yanlışlığa yol verilmiş, məhkəmənin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmamışdır.
32. Odur ki, kassasiya şikayəti iddianın mümkün sayılmaması barədə qərardadın ləğv edilməsi hissəsində təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə təkrar baxılması zamanı apelyasiya məhkəməsi tərəfindən bu qərarın əsaslandırma hissəsində qeyd olunan hallar, obyektiv araşdırma prinsipinin tələblərinə uyğun olaraq araşdırılmalı və müəyyən edilməlidir.
33. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilir. Bakı Apelyasiya Məhkəməsinin İnzib ati Kollegiyasının 13 avqust 2021-ci il tarixli, 21(103)-1491/2021 saylı qərardadı ləğv edilir. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilir. Qərar qətidir.