Məhkəmə qərarları › İş №2-1(102)-2001/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2001/2022

15.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2001/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünsüzlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 15.11.2022 hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (üçüncü şəxslər: X15 və X17) “sərəncamın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1890/2022 nömrəli, 29 iyul 2022-ci il tarixli qərardadından iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı1 X3 xx.xx.2020-ci ildə vəfat etmişdir. Ölümündən sonra atasının adına olan mənzil anası İddiaçı2 adına rəsmiləşdirilmiş və buna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Sonradan onlara məlum olmuşdur ki, daima onların ailələrinin istifadəsində olan, yaşayış evlərinə bitişik qeyri-yaşayış sahəsi, yəni qaraja üçüncü şəxs X11 adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir.

2. İddiaçılar mövcud vəziyyətə aydınlıq gətirilməsi üçün Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə müraciət etmişlər və onlara bildirilmişdir ki, X12 adına 11 /145 inventar nömrəli, xx.xx.2008-ci il tarixli texniki pasport Bakı şəhəri, Cavabdeh başçısının 388/5 nömrəli, xx.xx.2004-cü il tarixli sərəncamı əsasında tərtib edilmiş və X2 əmlakı 1 saylı Bakı “ASAN” xidmət mərkəzində notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli, 4Ə-970 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X1.

3. İddiaçılar qeyd olunan məsələyə aydınlıq gətirilməsi üçün cavabdehə müraciət etmiş və cavabdehin 22 fevral 2021-ci il tarixli, 9/M-33-126 saylı cavab məktubunda onlara mülkiyyət hüquqlarının pozulmasına dair mübahisəli vəziyyət məhkəmə predmeti olduğundan məsələnin hüquqi müstəvidə həllinin zəruriliyi bildirilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

4. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı 3-cü şəxslər X15 və X17 işə cəlb edilməklə X12 adına 11/145 inventar nömrəli, xx.xx.2008-ci il tarixli texniki pasportun Bakı şəhəri Cavabdeh başçısının 388/5 nömrəli, xx.xx.2004-cü il tarixli sərəncamının ləğv edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən ev ddiaçıların xüsusi mülkiyyətindədir. Həmin ünvanda yerləşən mənzil Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin Qeydiyyat Vəsiqəsi ilə İddiaçı1 X3nun adına 11/27 payda xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə reyestr kitabında 181-ci səhifə 8696 qeydə alma 30 nömrə ilə 21700 xx.xx.1995-ci il tarixdə qeydi yyat aparılmışdır.

6. Bundan başqa, X3nun 1964-cü il tarixində verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasport da mövcuddur. Həmin pasportda tam ətraflı olaraq mənzillərinin və mənzilə bitişik olan, daim ailələrinin istifadəsində olan qeyri-yaşayış sahəsi yəni "qaraj” tam olaraq ətraflı göstərilmişdir. 7. xx.xx.2019-cu ildə X3 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə Bakı şəhəri, Nəsimi rayonu Ağadadaş Qurbanov küçəsi 44 saylı evə dair ilkin torpaq sənədlərinin, ilkin texniki pasportun surətinin verilməsinə dair ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlə t Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən müraciətə baxılmış və xx.xx.2019-cu il tarixli cavab məktubu ilə Bakı şəhəri, Nəsimi rayonu Ağadadaş Qurbanov küçəsi 44 saylı evə dair tərtib edilmiş texniki pasportun təsdiq edilmiş surətlərini göndərmişlər. Qeyd edilmişdir ki, həmin surətlərə diqqət yetirdikdə, müəyyən olunur ki, X6 məxsus ev, evə bitişik qaraj (evin içindən qaraja giriş-çıxış) tam olaraq aydın və ətraflı göstərilmişdir.

8. X3 xx.xx.2020-ci ildə vəfat etmişdir. Atasının ölümündən sonra bütün sənədləşmə yəni atasının adına olan mənzil anası İddiaçı2 adına rəsmiləşdirilmiş və buna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Sonradan onlara məlum olmuşdur ki, daima onların ailələrinin istifadəsində olan qeyri-yaşayış sahəsi yəni qaraja X1 2 adına qanunsuz olaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Daha sonra isə X17 onların qarajını X15 adlı bir şəxsə satmışdır. Məsələyə aydınlıq gətirilməsi üçün Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə müraciət etmişlər və onlara bildirilmişdir ki, X12 adına 11/145 inventar nömrəli, xx.xx.2008-ci il tarixli texniki pasport Bakı şəhəri, Cavabdeh başçısının 388/5 nömrəli, xx.xx.2004-cü il tarixli sərəncamı əsasında tərtib edilmiş və X2 əmlakı 1 saylı Bakı “ASAN” xidmət mərkəzində notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli, 4Ə-970 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X1.

9. Bundan sonra iddiaçılar Bakı şəhəri Cavabdehnə müraciət edərək, həmi n sərəncamın qeyri-qanuni, saxta sənəd əsasında verildiyi üçün ləğv edilməsini xahiş etmişlər. İcra Hakimiyyətinin 22 fevral 2021-ci il tarixli, 9/M-33-126 saylı cavab məktubunda mülkiyyət hüquqlarının pozulmasına dair mübahisəli vəziyyət məhkəmə predmeti olduğundan məsələnin hüquqi müstəvidə həllinin zəruriliyi qeyd edilmişdir.

10. İddiaçılar bütün yuxarıda qeyd olunanlara əsasən iddianın təmin olunmasını xahiş etmişlər.

11. Cavabdeh məhkəməyə iddianın mümkün sayılmaması barədə vəsatətlə müraciət edərək, bildirmişdir ki, iş materiallarına əlavə edilmiş notarius tərəfindən 20 avqust 1985-ci il tarixli təsdiqlənmiş Vəsiyyətnaməyə əsasən fiziki şəxs X14 ünvan 1 saylı fərdi yaşayış evinin sahibi dünyasını dəyişdikdən sonra öz əmlakını X6 miras qoymuşdur. Birgə iddiaçılar X8, X4, X9 Ənvər Ağam i oğlu cavabdeh X7 qarşı miras şəriklərinin tanıması və onlara çatası əmlak hissəsinə ayrılmasına dair Məhkəməyə müraciət etmişlər.

12. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 sentyabr 1994-cü il tarixli Qərarından “əsaslandırıcı” hissəsinin 10-cü səhfəsinin 4-cü abzasında qeyd olunmuşdur ki, «далее, из материалов судебного заседания усматривается, что гараж также был построен после 1964 года, вне границ спорного домавладения родственником Мирзоева Аслана Гусеинали оглы - Мирзоевым Рамизом, инвалидом İİİ группы от рождения для своей автомашины, полученной по льготам для инвалидов»- “daha sonra məhkəmə iclasının materiallardan görünür ki, X5 yaxın qohumu olan anadangəlmə lll-cü qrup əlil Ramiz Mirzəyev 1964-cü ildən sonra sözügedən mübahisəli fərdi yaşayış evinin hüd udlarından kənarda ona imtiyazlı qaydada verilmiş avtomobilini saxlamaq məqsədilə həmin qarajı tiktirmişdir.”

13. Qərarın 10-cü səhfəsinin 8-10-cu abzaslarında qeyd olunmuşdur ki, «Судебная коллегия принимает во внимание то обстоятельство, что Ахмедов Г.( Ахмедов Гаджи Хасмамед оглы) был пожилым человеком, не имел автомашины и не нуждался в строительстве гаража. При таком положении право собственности на гараж, как на зарегистрированное домовладения, должно принадлежать тому лицу, которое его построил. Судебная коллегия считает необходимым разъяснить право этого лица на обращение в суд в общеисковом порядке.» - “Məhkəmə kollegiyası bu halı da nəzərə alır ki, Q.Əhmədov (X14) yaşlı adam olub, avtomobili olmayıb və ona qaraj tikməyə ehtiyac olmayıb. Belə olan halda, dövlət qeydiyyatdan keçmiş fərdi yaşayış evinə mülkiyyət hüququ kimi sözügedən qaraja da, mülkiyyət hüququ onu tikən şəxsə məxsus olmalıdır. Məhkəmə kollegiyası zəruri hesab edir ki, həmin şəxsə bu məsələ ilə bağlı ümumi mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilməlidir”.

14. Qərarın nəticə hissəsində 12-ci səhfəsinin 5-ci abzasında məhkəmə belə nəticəyə gəlmişdir ki, «Судебная коллегия решила:... исключить из наследственной массы гараж, разъяснив право лицам, построевших это помещение, обращение в суд с иском о признании собственности на него.» - “Məhkəmə kollegiyası qərara aldı:...qaraj ümumi miras əmlak siyahısından çıxarılsın və bu sahəni tikən şəxslərə həmin sahəyə mülkiyyət hüququna alınmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin” İddiaçılar İddiaçı1 v ə İddiaçı2 Xəyrulla qızı xx.xx.2020 ci il tarixdə vəfat etmiş X5 varisləridir. Qaraj isə X5 mülkiyyətində olmayıb.

15. Göstərilən xüsusata əsasən Cavabdeh hesab edir ki, bu cür tələblər üzrə iddiaçılarının həmin iddia tələbi üzrə subyektiv hüququnun olmaması sübut olunub, bununla da hazırki iddianın mümkünlük şərtləri ödənilmədiyindən iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd); ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. ( 1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub- olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub- olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-ci bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9- cu bənd). Qeyd olunan Plenumun qərarındakı hüquqi mövqeyə görə işə baxan məhkəmələr, icraatın bütün mərhələrində iddia mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub- olmadığını yoxlamalıdır.

16. Cavabdeh bütün yuxarıda göstərilənlərə əsasən iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

17. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-720/2022 nömrəli, 26 yanvar 2022-ci il tarixli qərardadı ilə (hakim A.A.Abdullayeva) iddia mümkün sayılmamışdır.

18. Məhkəmə qeyd etmişdir ki, hazırkı iş üzrə iddia ərizəsi və işin hallarından müəyyən edilir ki, iddiaçılar mübahisəli sərəncam barədə məlumatı “Pro Bono” vəkil bürosunun müraciəti əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsi tərəfindən verilmiş **********03 nömrəli, xx.xx.2021-ci il tarixli cavab məktubundan əldə etmişlər və xx.xx.2021-ci il tarixdə isə məhkəməyə müvafiq iddia ərizəsi ilə müraciət etmişlər. Məhkəmə hesab edir ki, iddiaçılar 30 günlük iddia müddətini ötürməmişlər. Lakin, iddiaçıların hazırki iddia tələbini qaldırmaqda subyektiv hüquqları olmamışdır.

19. Belə ki, iş materiallarına əsasən, mübahisəli qaraj İİİ qrup əlil olmuş Ramiz Mirzəyev tərəfindən 1964-cü ildən sonra mübahisəli fərdi yaşayış evinin hüdudlarından kənarda ona imtiyazlı qaydada verilmiş avtomobilini saxlamaq məqsədilə tikilmiş, həmin qaraj vərəsəlik mübahisəsinin predmeti olan ümumi əmlak siyahısından çıxarılmış, həmin qaraja dair mülkiyyət hüququnun qarajı tikən şəxsə məxsus olmasına dair mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Hazırki iddiaçılar İddiaçı1 və İddiaçı2 xx.xx.2020-ci il tarixdə vəfat etmiş X5 vərəsələridir. Qaraj isə X5 mülkiyyətində olmamışdır. Göstərilən hal isə ona əsas verir ki, X5 mülkiyyətində olmamış qaraja görə iddiaçıların hazırki iddia tələbini irəli sürməyə subyektiv hüquqları olmamışdır.

20. İddiaçılar apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsi və işə mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişlər. b. apellyasiya instansiyası məhkəməsində icraat

21. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1890/2022 nömrəli, 29 iyul 2022-ci il tarixli qərardadı ilə (hakimlər A.S.Hüseynov /sədrlik edən və məruzəçi/, S.İ.Bəktaşi və M.Ə.Abbasov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-720/2022 nömrəli, 26 yanvar 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

23. İddiaçılar kassasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsi və iddianın mümkün sayılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

24. Kassasiya şikayətində işin halları və iddia tələbinin dəlilləri sadalanmış, əlavə olaraq İPM-nin 35.1-ci maddəsinə istinad edilərək qeyd olunmuşdur ki, mübahisəli qaraj sahəsi iddiaçıların mülkiyyətində olan fərdi yaşayış binası ilə eyni damın altında inşa edilmişdir, divarlar eynidir və onlara məxsus evin içərisindən qaraja qapı vardır ki, bu da həmin qarajdan daim istifadə etmələrini bir daha təsdiq etmişdir. b. kassasiya şikayətinə dair etirazın dəlilləri

25. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

26. İnzibati Prosessual Məcəllə (İPM) Maddə 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticə sində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qəra rdadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

27. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı Bənd 1.1. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılmas ı üçün zəruri ilkin şərt onun mümkün olmasıdır Bənd 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir Bənd 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır Bənd 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri i lə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.

28. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. KASSA SİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

29. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

30. Apellyasiya məhkəməsinin qərardadının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən olunmamışdır. Mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsasl anmadığından, apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

32. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

33. Məhkəmə kollegiyası qeyd edir ki, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur.

34. Yuxarıda istinad olunan normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur.

35. Həmçinin qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır.

36. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.

37. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququn tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə, yaxud həmin aktların etibarsızlığının tanınması barədə iddialara qanunvericilikdə inzibati məhkəmə icraatı qaydasında baxılması nəzərdə tutulmuşdur.

38. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edi lməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir.

39. Bəhs olunanlara əsasən hazırkı işin hallarından və iş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, mübahisəli qaraj İİİ qrup əlil olmuş Ramiz Mirzəyev tərəfindən 1964-cü ildən sonra mübahisəli fərdi yaşayış evinin hüdudlarından kənarda ona imtiyazlı qaydada verilmiş avtomobilini saxlamaq məqsədilə tikilmiş, həmin qaraj vərəsəlik mübahisəsinin predmeti olan ümumi əmlak siyahısından çıxarılmış, həmin qaraja dair mülkiyyət hüququnun qarajı tikən şəxsə məxsus olmasına dair mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur.

40. Hazırkı iddiaçılar İddiaçı1 və İddiaçı2 xx.xx.2020-ci il tarixdə vəfat etmiş X5 vərəsələridir. Qaraj isə X5 mülkiyyətində olmamış, onun tərəfindən inşa edilməmiş, qaraja olan istifadə və mülkiyyət hüququ hər hansı bir məhkəmə qərarı əsasında tanınmamış, qarajın altında olan torpaq sahəsi iddiaçılara müvafiq qaydada ayrılmamışdır. Belə olan halda, iddiaçıların hazırki iddia tələbini irəli sürməyə subyektiv hüquqları olmamışdır. Bu səbəbdən də, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddia mümkün sayılmamalıdır.

41. Odur ki, qanunvericiliyin yuxarıda istinad olunan normanın tələblərinə görə hazırkı mübahisə predmeti olan sərəncamın ləğv edilməsi ilə bağlı məsələni apellyasiya məhkəməsi lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağ lı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Apellyasiya məhkəməsinin qərardadında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına prosessual hüquq normasını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

42. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1890/2022 nömrəli, 29 iyul 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar