Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2001/2023 28.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bələdiyyə qərarı ilə verilmiş torpaq sahəsində inşa edilmiş qeyriyaşayış binasına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq bu barədə müvafiq çıxarışın və texniki pasportun verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1974-cü il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “ilkin yerquruluşu sənədi, yəni faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları nəzərə alınmaqla Qax rayon Qax İngiloy bələdiyyəsinin 26 oktyabr 2007-ci il tarixli qərarı ilə ona satılmış 17 kv.m torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması, çıxarış və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 may 2023-cü il tarixli, 2-1(107)-115/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul et di. İŞİN HALLARİ
1. Qax rayon Qax İngiloy bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə iddiaçıya bələdiyyənin kənd təsərrüfatına az yararlı torpaqlarından kommersiya məqsədilə 17 kv.m torpaq sahəsi satılmış, iddiaçı tərəfindən bələdiyyənin hesabına satılan torpaq sahəsinin dəyəri ödənilmiş və tərəflər arasında torpaqların alqı-satqısına dair akt tərtib edilərək DT və XK-nın Qax rayon şöbəsi tərəfindən xx.xx.2008-ci il tarixdə 928 nömrə ilə qeydə alınaraq təsdiq edilmişdir.
2. Həmin torpaq sahəsinin sxematik planı tərtib edilərək Qax rayon Qax İngiloy bələdiyyəsinin sədri və DT və XK-nın Qax rayon şöbəsi tərəfindən təsdiq edilmişdir. Həmin sxematik plandan görünür ki, sözügedən torpaq sahəsi V.Eyvazov küçəsində səkiyə paralel olmaqla yerləşir və sahəsi 17 kv.m-dir.
3. Həmi n torpaq sahəsinə dair kadastr göstəricilərinin qeyd edildiyi A 025147 nömrəli plan-ölçü sənədi tərtib edilmişdir.
4. Qax Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli sərəncamı ilə sözügedən torpaq sahəsində layihə-smeta sənədləri əsasında ümumi sahəsi 17 kv.m, 1 mərtəbəli mağaza binasının tikintisinə başlanılmasına icazə verilmiş, tikiləcək olan müvafiq qeyri-yaşayış sahəsinin eskiz-layihəsi Qax Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsi ilə razılaşdırılaraq möhürlə təsdiq edilmişdir.
5. Sözügedən torpaq sahəsində tikilmiş ümumi sahəsi 17 kv.m, 1 mərtəbəli, 1 otaqlı qeyri-yaşayış sahəsinin (kommersiya mağazasının) istismara verilməsi barədə xx.xx.2011-ci il tarixli akt tərtib edilmiş və Qax Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2011-ci il tarixli, 104 nömrəli sər əncamı ilə həmin qeyri-yaşayış sahəsinin istismara qəbuluna icazə verilmişdir.
6. İddiaçı sözügedən torpaq sahəsində yerləşən həmin qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarışın və texniki pasportun verilməsi barədə cavabdehə müraciət etmişdir.
7. Cavabdeh xx.xx.2021-ci il tarixli məktubla iddiaçının müraciətinin təmin edilməsindən imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı qaydaları”na əlavədə göstərilmiş torpaqların alqı-satqısına dair akt ləğv edilmiş DT və XK-nın Qax rayon şöbəsində 01 dekabr 2007-ci il tarixdən sonra, yəni 11 yanvar 2008-ci ildə qeydiyyatdan keçdiyindən, istism ara qəbul aktı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin AzDTN 1.6-1-in tələblərinə cavab vermədiyindən və aktın tərtib edilməsində aidiyyəti qurumların iştirakı təmin edilmədiyindən, həmçinin ayrılmış torpaq sahəsi 17 kv.m olsa da, tikintinin 18.4 kv.m-də aparıldığı və tikilinin layihəyə uyğun inşa edilmədiyi müəyyən edildiyindən iddiaçının ərizəsinin icrası mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, ilkin yerquruluşu sənədi, yəni faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları nəzərə alınmaqla Qax rayon Qax İngiloy bələdiyyəsinin 26 oktyabr 2007-ci il tarixli qərarı ilə ona satılmış 17 kv.m torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması, çıxarış və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qax rayon Qax İngiloy bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə iddiaçıya sahibkarlıq məqsədilə 17 kv.m torpaq sahəsi satılmış, iddiaçı, satılmış torpaq sahəsinin dəyərini bələdiyyənin hesabına ödəmişdir. Bundan sonra iddiaçıya satılmış torpaq sahəsi üzərində inşa ediləcək qeyriyaşayış binasının eskiz-layihəsi hazırlanmış və Qax Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsi ilə razılaşdırılmışdır. Qax Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli sərəncamı ilə sözügedən 17 kv.m torpaq sahəsində 17 kv.m olan 1 mərtəbəli mağaza binasının tikintisinə başlanılmasına icazə verilmiş, xx.xx.2011-ci il tarixli tikintisi başa çatmış obyektin istismara verilməsi barədə akt tərtib edilmiş və Qax Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2011-ci il tarixli, 104 nömrəli sərəncamı əsasında yeni tikilmiş, ümumi sahəsi 17 kv.m, 1 mərtəbəli, 1 otaqlı kommersiya mağazasının istismara qəbuluna icazə verilmişdir. İddiaçı sözügedən qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması barədə cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır.
10. Cavabdehin iddia tələbinə qarşı etirazında qeyd edilmişdir ki, Azərbaycan Respublika sı Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı qaydaları”na əlavədə göstərilmiş torpaqların alqı-satqısına dair akt ləğv edilmiş DT və XK-nın Qax rayon şöbəsində 01 dekabr 2007-ci il tarixdən sonra, yəni 11 yanvar 2008-ci ildə qeydiyyatdan keçdiyindən, istismara qəbul aktı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin AzDTN 1.6-1-in (5 saylı əlavə) tələblərinə cavab vermədiyindən və aktın tərtib edilməsində aidiyyəti qurumların – Dövlət Yanğın Nəzarət Xidməti və Dövlət Əmək Müfəttişliyinin iştirakı təmin edilmədiyindən, həmçinin ayrılmış torpaq sahəsi 17 kv.m olsa da, tikintinin 18.4 kv.m-də aparıldığı və tikilinin layihəyə uyğun inşa edilmədiyi müəyyən edildiyindən iddiaçının ərizəsinin icrası mümkün olmamışdır.
11. Birinci i nstansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə Qax bələdiyyəsi zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.
12. Birinci instansiya məhkəməsinin iclasında üçüncü şəxsin nümayəndəsi izahat verərək bildirmişdir ki, iddiaçıya satılmış torpaq sahəsi - həmin torpaq sahəsinin yerləşdiyi əraziyə uyğun olaraq küçəyə və səkiyə paralel şəkildə ölçülmüş və sxem tərtib edilmişdir. İddiaçı, qeyri-yaşayış binasını bələdiyyə tərəfindən ona faktiki olaraq satılmış torpaq sahəsində inşa etmişdir. Bələdiyyə tərəfindən sözügedən əraziyə baxış keçirilmiş və müəyyən edilmişdir ki, iddiaçı tərəfindən təqdim edilən fotoşəkildə olduğu kimi, mağaza binası, digər mağazalarla eyni cərgədə küçəyə və səkiyə paralel şəkildə, bələdiyyənin ayırdığı torpaq sahəs inin sxeminə uyğun olaraq inşa edilmişdir. Odur ki, göstərilənlər nəzərə alınaraq iddia tələbinin təmin edilməsi xahiş edilir.
13. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 21 sentyabr 2022-ci il tarixli, 2-1(116)-751/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, cavabdehin üzərinə ilkin yerquruluşu sənədi (Qax rayon Qax İngiloy bələdiyyəsi və DT və XK-nın Qax rayon şöbəsi tərəfindən təsdiq edilmiş torpaq sahəsinin sxematik planı), yəni iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları nəzərə alınmaqla, Qax rayon Qax İngiloy bələdiyyəsinin 26 oktyabr 2007-ci il tarixli qərarı ilə ona satılmış 17 kv.m torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış binası üzərində iddiaçının mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması, çıxarış və texniki paspor tun verilməsi öhdəliyi qoyulmuşdur.
14. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
15. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər Vəzirxan Məlikov /sədrlik edən və məruzəçi/, Rövşən Rəfiyev və Günay Cavadova) 11 may 2023-cü il tarixli, 2-1(107)-115/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi torpaqların alqı-satqısına dair aktın ləğv edilmiş DT və XK-nın Qax rayon şöbəsində 01 dekabr 2007-ci il tarixdən sonra, yəni 11 yanvar 2008-ci ildə qeydiyyatdan keçməsi, istismara qəbul aktının Dövlət Şəhərsalma və Arxit ektura Komitəsinin AzDTN 1.6-1-in (5 saylı əlavə) tələblərinə cavab verməməsi və tikilinin layihəyə uyğun inşa edilməməsi ilə bağlı cavabdehin etirazının dəlillərinə münasibətdə qeyd etmişdir ki, inzibati icraat zamanı inzibati orqan tərəfindən məlumatların qeyd edilməməsi və ya düzgün qeyd edilməməsi yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Odur ki, müvafiq aktın natamam doldurulması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düş müş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi).
17. Tikinti obyektinin istismarına icazə verilməsi ilə bağlı aparılmalı olan icraata görə Qax Rayon İcra Hakimiyyəti cavabdehlik daşımış və sonuncu tərəfindən qeyriyaşayış obyektinin istismarına icazə verilmişdir. Cavabdehin vəzifəsi təqdim edilmiş sənədlər əsasında daşınmaz əmlak obyekti barədə məlumatları dövlət reyestrinə daxil etmək olmuşdur. Həmin məlumatların doğruluğuna və qanunvericiliyin tələblərinə uyğun olub-olmamasına hüquqi qiymət vermək isə Qax Rayon İcra Hakimiyyətinin vəzifəsi olmuş, yuxarıda istinad olunan sənədlərin məzmunundan göründüyü kimi, tikinti obyektinin istismarına icazə verilməsi ilə bağlı sənəd ötən müddət ərzində mübahisəl əndirilməmişdir. Odur ki, müvafiq sənədin düzgün tərtib edilməməsinin hüquqi nəticələri iddiaçının ziyanına şərh edilə və onun hüquqlarının pozulmasına səbəb ola bilməz. İddia tələbinə etirazında cavabdeh, qeyri-yaşayış binasının layihəyə uyğun inşa edilmədiyini qeyd etsə də, buna dair məhkəməyə hər hansı sübutlar təqdim etməmişdir.
18. Ayrılmış torpaq sahəsi 17 kv.m olsa da, tikintinin 18,4 kvadratmetrdə aparılması ilə bağlı cavabdeh orqanın dəlilinə münasibətdə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı sözügedən qeyri-yaşayış sahəsinin faktiki ölçüsü üzrə (yerləşdiyi torpaq sahəsi üzrə) deyil, ona satılmış 17 kv.m torpaq sahəsi üzərində yerləşən hissəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını və çıxarışın verilməsini tələb edir. Yəni iddiaçı qeyri-yaşayış sahəsinin sənədində olan ölçüsünə uyğun çıxarış almaq istəyir, qeyri-yaşayış sahəsinin artıq ölçüsünün çıxarışa daxil edilməsi kimi iddiaçının tələbi yoxdur (oxşar inzibati mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 25 fevral 2020-ci il tarixli, 2-1(102)-774/2020 nömrəli qərarı mövcuddur). Odur ki, apellyasiya instansiyası məhkəməsi, cavabdehin həmin dəlilini də əsassız hesab etmişdir.
19. Mübahisəli qeyri-yaşayış binası 1 yanvar 2013-cü ilədək, yəni Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək inşa edilmişdir. Odur ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.9-cu maddəsində nəzərdə tutulmuş tələblərin yerinə yetirilib-yetirilməməsinə hüquqi qiymət verilməlidir. İstinad olunan Qanunun 8.0.9.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair -... qeyri-yaşayış binalarına... münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İddiaçının, üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasını tələb etdiyi qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi, Qax rayon Qax İngiloy bələdiyyəs inin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə iddiaçıya satılmışdır. Hazırda həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ dövlət qeydiyyatına alınmamış olsa belə, hər bir halda torpaq sahəsinin iddiaçıya satılması, sözügedən torpaq sahəsi üzərində iddiaçının istifadə hüququnun mövcudluğunu sübut edir. İşdə olan qeyri-yaşayış binasının eskiz-layihəsindən görünür ki, müvafiq layihə Qax Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsi tərəfindən təsdiq edilərək razılaşdırılmışdır. Bundan sonra Qax Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli sərəncamı ilə 17 kv.m 1 mərtəbəli mağaza binasının tikintisinə başlanılmasına icazə verilmiş, xx.xx.2011-ci il tarixli tikintisi başa çatmış obyektin istismara verilməsi barədə akt və Qax Rayon İcra Hakimiyyəti başçısı nın xx.xx.2011-ci il tarixli, 104 nömrəli sərəncamı ilə 17 kv.m, 1 mərtəbəli, 1 otaqlı kommersiya mağazasının istismara qəbuluna icazə verilmişdir. Bununla da, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.9.2-ci maddəsində nəzərdə tutulmuş bütün şərtlər yerinə yetirilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdehin imtinası əsassız olmuş, iddianın təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla iddiaçının hüquqlarını pozmuşdur. Ona görə də, cavabdehin apellyasiya şikayətinin dəlilləri, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır.
21. Apellyasiya instansiya məhkəməsi öz hüquqi mövqeyinin əsası kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.9.2-ci maddəsinə, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci, 13.313.4-cü, 15.1-15.2-ci, 64.2-ci, 67.5-67.6-cı maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyəti haqqında” Əsasnamənin 3.11.1-ci bəndinə istinad etmişdir.
22. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
23. Cavabdehin kassasiya şikayəti onun imtina məktubunun, iddia t ələbinə qarşı etirazının və apellyasiya şikayətinin məzmununa uyğun tərtib olunmuş və qeyd olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.9.2-ci maddəsinin, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun (xx.xx.2007-ci il tarixədək qüvvədə olan redaksiyada) 6.2-ci, 9.6-cı maddəsinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin AzDTN 1.6-1-in (5 saylı əlavə) tələbləri pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
24. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək cavabdehin kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 25. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasın ın Qanunu Maddə
13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əs asını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur.... Maddə
15. Formal tələblərdən sui-istifadənin qadağan olunması 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. … Maddə
16. Hüququn tətbiqindən imtinanın qadağan olunması 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli ol an inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. 16.2. Hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır.... Maddə
19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötə bərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.... Maddə
64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı... 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.... Maddə
67. Qanunsuz inzibati aktın ləğv olunması... 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi v ə ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 26. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra – hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra – dövlət reyestri) aparılır.... Madd ə
8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair:... 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə – torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı;... Maddə
10. Hüq uqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi... 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd.... Maddə
12. Hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsi 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəs miləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir.... Maddə
15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
27. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə
139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudl aşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.... 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.... Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qay dada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;
28. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyəti haqqında” Əsasnamə
3. Yerli icra hakimiyyəti başçısının vəzifələri... 3.11. Təmir-tikinti, memarlıq və şəhərsalma sahələrində: 3.11.1. müvafiq ərazidə memarlıq və şəhərsalma sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin edir;
29. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.... Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.... Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üz rə qərarı qətidir.
30. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı 31. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarı
32. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 25 fevral 2020-ci il tarixli, 2-1(102)-774/2020 nömrəli qərarı KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
33. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
34. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
35. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
36. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışını n predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
37. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
38. Qanunvericiliyin yux arıda istinad olunan normaları baxımından iddiaçının iddia tələbi ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
39. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
40. Bu qənaətə gələrkən məhkəmə kollegiyası, həmçinin aşağıdakıları nəzərə alır.
41. İnz ibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipinin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir.
42. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin.
43. Məhkəmə kollegiyası qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqları na toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Ma raqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir (“X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarında əks olunan hüquqi mövqe).
44. Göründüyü kimi, tikinti obyektinin istismarına icazə verilməsi ilə bağlı aparılmalı olan icraata görə Qax Rayon İcra Hakimiyyəti cavabdehlik daşımış və sonuncu tərəfindən qeyri-yaşayış obyektinin istismarına icazə verilmişdir. Cavabdehin vəzifəsi təqdim edilmiş sənədlər əsasında daşınmaz əmlak barədə məlumatları dövlət reyestrinə daxil etmək olmuşdur. Həmin məlumatların doğruluğuna və qanunvericiliyin tələblərinə uyğun olubolmamasına hüquqi qiymət vermək isə Qax Rayon İcra Hakimiyyətinin vəzifəsi olmuş, yuxarıda istinad olunan sənədlərin məzmunundan göründüyü kimi, tikinti obyektinin istismarına icazə verilməsi ilə bağlı sənəd ötən müddət ərzində mübahisələndirilməmişdir. Odur ki, müvafiq sənədin düzgün tərtib edilməməsinin hüquqi nəticələri iddiaçının ziyanına şərh edilə və onun hüquqlarının pozulmasına səbəb ola bilməz.
45. Həmçinin cavabdeh qeyri-yaşayış binasının layihəyə uyğun inşa edilmədiyini qeyd etsə də, buna dair məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir.
46. Yuxarıda istinad olunan hüquq normalarından göründüyü kimi, tikilinin layihəsinin təsdiq edilməsi və onun istismara qəbuluna razılıq verilməsi Qax Rayon İcra Hakimiyyətinin səlahiyyətində olmuş və sonuncu, xx.xx.2011-ci il tarixli tikintisi başa çatmış obyektin istismara qəbulu haqqında sərəncamda yeni tikilmiş 17 kv.m, 1 mərtəbəli, 1 otaqlı kommersiya mağazasının layihə-smeta sənədləri əsasında inşa edildiyini qeyd edərək onun istismara qəbuluna icazə vermişdir. Beləliklə, həmin məlumatların doğruluğuna və qanunvericiliyin tələblərinə uyğun olub-olmamasına hüquqi qiymət vermək Qax Rayon İcra Hakimiyyətinin vəzifəsi olmuş, yuxarıda istinad olunan sənədlərin məzmunundan göründüyü kimi, Qax Rayon İcra Hakimiyyəti sözügedən obyektin tikinti layihəsinə uyğun inşa edildiy ini müəyyən etmiş və ötən müddət ərzində müvafiq sərəncam və digər sənədlər mübahisələndirilməmişdir.
47. Ayrılmış torpaq sahəsi 17 kv.m olsa da, tikintinin 18,4 kvadratmetrdə aparılması ilə bağlı cavabdehin dəlilinə münasibətdə apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, iddiaçı sözügedən qeyri-yaşayış sahəsinin faktiki ölçüsü üzrə (yerləşdiyi torpaq sahəsi üzrə) deyil, ona satılmış 17 kv.m torpaq sahəsi üzərində yerləşən hissəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını və çıxarışının verilməsini tələb edir. Yəni iddiaçı qeyri-yaşayış sahəsinin sənədində olan ölçüsünə uyğun çıxarış almaq istəyir, qeyri-yaşayış sahəsinin artıq ölçüsünün çıxarışa daxil edilməsi kimi iddiaçının tələbi yoxdur (oxşar inzibati mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməs inin İnzibati Kollegiyasının 25 fevral 2020-ci il tarixli, 2-1(102)-774/2020 nömrəli qərarı mövcuddur). Odur ki, apellyasiya instansiyası məhkəməsi, cavabdehin həmin dəlilini də əsassız hesab etmişdir.
48. Öhdəliyin icrası haqqında iddialar üzrə öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür.
49. Hazırkı işdə iddiaçı qanuni istifadəsində olan torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını zəruri edən şərtləri sübuta yetirsə də, cavabdeh müvafiq qeydiyyatın aparılmasından imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmişdir.
50. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə əsaslı nəticəyə gəlmişdir.
51. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
52. Yuxarıda şərh edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin olunmasın. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 may 2023-cü il tarixli, 21(107)-115/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.