Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2002/2019 17.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı pensiyanın yenidən hesablanması tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-232/2019 nömrəli, 21 fevral 2019cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, 17 iyul 2019-cu il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı (bundan sonra - iddiaçı) xx.xx.1966-cı ildə xxx kəndində anadan olmuş, 1984-cü ilin oktyabr ayından hərbi xidmət etmiş, 27 iyun 2017-ci ildən hərbi xidmətdən tərxis olunmuşdur. (AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsi, H3 seriyalı, ******* nömrəli hərbi bilet) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şə rtlərlə Təyinat İdarəsinin (bundan sonra cavabdeh) təqdim etdiyi pensiyaçının uçot vərəqində olan “Əmək pensiyası təminatı üçün hərbi qulluqçu (xüsusi rütbəli şəxs) haqqında Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna təqdim olunan məlumat vərəqi”nə əsasən iddiaçının 25 il 9 ay 8 gün təqvimi xidmət ili vardır, güzəştli xidmət illəri 13 il 2 ay 3 gün, cəmi xidmət illəri və iş stajı 38 il 11 ay 11 gündür, 20.09.2017-ci ildə yaşa görə xidmətdən ehtiyata buraxılmışdır, cəmi təminatı 835,50 manat, o cümlədən 300 manat vəzifə maaşı, 110 manat rütbə maaşı, 136,50 manat xidmət illərinə görə əlavə, 64,0 manat ərzaq payı əvəzinə kompensasiya, 75,0 manat məharət dərəcəsinə, İİR ilə sərhəddə xidmətə görə 45,0 manat, xüsusi şəraitə görə 75 manat əlavə təşkil etmişdir. Cavabdehin 16.10.2017-ci il tarixli qərarına əsasən iddiaçıya 21.09.2017-ci il tarixdən 763,14 manat pensiya təyin edilmişdir. İddiaçı pensiyasının yenidən hesablanması üçün cavabdehə müraciət etmiş, cavabdehin iddiaçının ərizəsinə cavab olaraq ünvanladığı 03/89/02-125 nömrəli, 08.02.2018-ci il tarixli məktubunda bildirilmişdir ki, iddiaçıya 38 il 11 ay 11 gün xidmət illərinə görə təminat xərcliyinin 92,84 faizi, yəni 763,14 manat məbləğində pensiya hesablanmışdır və hər ay ödənilir. Bundan sonra, iddiaçı cavabdehə qarşı Dövlət Sərhəd Xidmətində 20 təqvim ilindən yuxarı xidməti nəzərə alınaraq pensiyasının yenidən, yəni 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin 50%-i məbləğinə hər sonrakı il üçün 3 faiz miqdarında əlavə məbləğ hesablanmasının cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəmə yə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində 20 ildən yuxarı müddətdə xidmət etmişdir. Şəxsi heyətin siyahısından və bütün təminat növlərindən çıxarılması haqqında 27 iyun 2017-ci il tarixli əmrlə həmin xidmətdən ehtiyata buraxılmışdır. Ehtiyata buraxılarkən ödəniləcək pensiya məbləği düzgün hesablanmamışdır. Pensiya hesablanarkən 20 təqvim ilindən yuxarı xidmətinin hər ili üçün müvafiq təminat xərcliyinin 3 faizi miqdarında deyil, 2 faizi miqdarında əlavə olunmuşdur. Əslində isə iddiaçının 20 təqvim ilindən yuxarı xidmətinin hər ili üçün pensiyasına 3 faiz miqdarında əlavə hesablanması hüququ göstərilən yeni dəyişikliyin qüvvəyə minməsindən əvvəl yaranmışdır və həmin müddətədək 01 iyul 2017-ci il tarixədək artıq mövcud idi. Bununla əlaqədar olaraq iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fonduna həmin məzmunlu ərizə ilə müraciət etmişdir. Həmin Fondun göndərdiyi 08 fevral 2018-ci il tarixli, 03/89/02-125 nömrəli məktubla iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı hesab edir ki, pensiya hüququnun yaranması onun xidmətdən tərxis olunduğu gündən deyil, 20 il xidməti tamam olduqdan sonra yaranmışdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçıya Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən pensiya təmin edilməsi üçün göndərilmiş məlumat vərəqinə və həmçinin iddiaçının 16.10.2018-ci il tarixli ərizəsinə əsasən məlumat vərəqində tərxis edildiyi 20.09.2017-ci il tarixdən müvafiq təminat xərcliyinin 92,84 faizi məbləğində əmək pensiyası təyin edilmişdir. Qanunvericilikdə 01.07.2017-ci il tarixdən 3 faiz 2 faizlə əvəz edilmişdir. Yuxarıda qeyd edilən iddiaçının pensiya hüququ iddiaçının ərizə ilə müraciəti qanunda edilmiş tarixdən sonrakı vaxtları əhatə etdiyindən iddia tələbi birbaşa qanunvericiliyin tələblərinə ziddir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24 sentyabr 2018-ci il tarixli, 2-1(81)2042/2018 nömrəli qərarı ilə (sədrlik edən: M.T.Hacıbəyova) iddia təmin edilmiş, iddiaçıya yaşa görə əmək pensiyasının yenidən, yəni 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin 50%-i, 20 ildən yuxarı hərbi xidmətin hər ili üçün müvafiq təminat xərcliyinin 3 faiz miqdarında hesablanması vəzifəsi cavabdehə həvalə edilmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdehin imtinası əsassız olmaqla iddiaçının hüquqlarını pozmuşdur. Məhkəmənin həmin qərarından cavabdeh tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21 fevral 2019-cu il tarixli, 2-1(103)-232/2019 nömrəli qərarı ilə (sədrlik edən: C.A.Yusifov, hakimlər: V.M.Ağayev və A.B.Nuriyeva) apelyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24 sentyabr 2018-ci il tarixli, 2-1(81)-2042/2018 nömrəli qərarı nəticə hissədə ‘‘3 faiz miqdarında” sözlərindən sonra, “lakin əmək pensiyası ilə birlikdə müvafiq təminat xərcliyindən artıq olmamaqla”, sözləri əlavə olunmaqla dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Apelyasiya ins tansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş Departamenti Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin **********5 nömrəli, 06 fevral 2019-cu il tarixli əmrinin 1.3.-cü bəndinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi adlandırılmışdır. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində qeyd olunur ki, Bakı Apellyas iya Məhkəməsi qərar qəbul edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, vətəndaşların pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin pensiya təminatı ilə bağlı funksiyaların həyata keçirilməsi Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli, 495 və 499 nömrəli Fərmanlarının 2.2-ci və 4.-cü bəndlərinə əsasən, 2007-ci il 01 yanvar tarixdən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna həvalə edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsinə əsasən, təminat xərcli yi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir. Həmin Qanunun 9.6-cı maddəsinə əsasən, hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Məhkəmələr qərar qəbul edərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydalarını” nəzərə almamışdır. Belə ki, həm in qərarda qeyd edildiyi kimi, hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən hazırlanır və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna göndərilir. İddiaçıya Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən pensiya təyin edilməsi üçün göndərilmiş “məlumat vərəqi”nə və həmçinin iddiaçının 16.10.2017-ci il tarixli ərizəsinə əsasən ona “məlumat vərəqi”ndə tərxis edildiyi 20.09.2017-ci il tarixdən müvafiq təminat xərcliyinin 92,84 faizi məbləğində əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə, Qanunun 20.14.1-ci maddəsinə edilmiş əlavəyə əsasən 3 faiz - 2 faizlə əvəz edilmişdir. Qanunda edilmiş dəyişikliklər 01.07.2017-ci il tarixdən qüvvədədir. İddiaçının pensiya hüququ, iddiaçının ərizə ilə müraciəti qanunda müəyyən edilmiş tarixdən sonrakı vaxtları əhatə etdiyindən, iddia tələbi birbaşa qanunvericiliyin tələblərinə ziddir. Daha sonra qeyd edilir ki, vətəndaşın pensiya hüququ onun qulluq etdiyi orqandan tərxis edildiyi tarixdən yaranır. Belə ki, iddiaçının qulluq etdiyi Dövlət Sərhəd Xidmətində tərxis edildiyi tarix “məlumat vərəqi”ndə 20.09.2017-ci il qeyd edilmişdir. İddiaçı həmin tarixdən etibarən ehtiyata buraxılmış və son haqq-hesab həmin tarix də daxil olmaqla cavabdeh tərəfindən ödənilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə icraatının iştirakçıları məhkəmə iclasında təmsil olunmamışlar. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, məhkəmə icraatının iştirakçılarına təqdim edilmiş bildirişdə onların məhkəmə iclasına gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-nin 62.3-cü maddəsi). İddiaçının vəkili əvvəlki məhkəmə iclasında kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və apelyasiya instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlkin olaraq qeyd olunmalıdır ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən əsaslıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. “Əmək pensiyaları haqqında” Qanunun (2017-ci il 1 iyul tarixdən qüvvədə olan redaksiyada) 9.5-ci maddəsinə əsasən, aşağıdakı hərbi qulluqçuların (hərbi rütbəl ərdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: 9.5.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular; Həmin Qanunun 9.6-cı maddəsinə əsasən, hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Həmin Qanunun 20.1-ci maddəsinə əsasən, qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: (...) 20.1.11. bu qanunun 9.5-ci maddəsində göstərilən hərbi qulluqçular;... Həmin Qanunun 20.14-cü maddəsinə əsasən, bu qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.14.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin—50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə—55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin—2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla;... Qeyd edilən normaların məzmunundan göründüyü kimi, 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular pensiya hüququ əldə edirlər. İddiaçı həmin şərti ödəy ərək əmək pensiyası hüququnu, həm də 2017-ci il 1 iyul tarixdən əvvəl - “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinə edilmiş əlavə və dəyişikliklər qüvvəyə minənədək qazanmışdır. İddiaçının pensiya hüququnun yaranmasından sonra şərtlərin dəyişdirilməsi və ya qanunda yeni şərtlərin nəzərdə tutulması onun hüququna təsir etmir. Başqa sözlə, ona bir dəfə məxsus olan tələb hüququ mövcud olaraq qalmaqda davam edir. Məhkəmə kollegiyası qeyd edir ki, azı 20 təqvim ili xidmət etmiş iddiaçının pensiya hüququ 2017-ci il 1 iyul tarixdən əvvəl yarandığından, ona 2017-ci il 1 iyul tarixədək 20 ildən yuxarı hərbi xidmətin hər ili üçün müvafiq təminat xərcliyinin 3 faizi miqdarında əlavə hesablanmalıdır. Belə ki, iddiaçı 2017-ci il 1 iyul tarixədək 20 ildən artıq hərbi xidmətin hər ili üçün mü vafiq təminat xərcliyinin 3 faizi miqdarında əlavəni “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinin həmin tarixədək qüvvədə olmuş redaksiyasına uyğun olaraq qazanmışdır. “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinin həmin tarixədək qüvvədə olmuş redaksiyasında 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili üçün müvafiq təminat xərcliyinin 3 faizi miqdarında əlavə nəzərdə tutulmuşdur. 2017-ci il 1 iyul tarixdən sonrakı müddətə gəldikdə, iddiaçı həmin müddət üçün müəyyən edilən əlavəni almaq hüququnu məhz həmin tarixdən sonrakı xidmət müddətinə görə qazandığından, onun əmək pensiyasına 2017-ci il 1 iyul tarixdən sonrakı müddət üçün əlavəni “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinin 2017-ci il 1 iyul tari xdən qüvvəyə minmiş redaksiyasına uyğun (20 ildən yuxarı hərbi xidmətin hər ili üçün müvafiq təminat xərcliyinin 2 faizi miqdarında) təyin etməkdə cavabdeh inzibati orqan haqlı olmuşdur. Beləliklə, şikayət qismən təmin olunmaqla apelyasiya instansiyası məhkəməsinin qərarı iddia tələbinin 2017-ci il 1 iyul tarixədək müddətə aid hissəsində dəyişdirilmədən saxlanılmalı, iddia qalan hissədə təmin olunmamalı, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 29 noyabr 2018-ci il tarixli, 2-1(103)-2645/2018 nömrəli qərarı qismən - iddia tələbinin 2017-ci il 1 iyul tarixindən sonrakı dövrə aid hissəsində ləğv edilsin və həmin hissədə iddia təmin edilməsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti qismən təmin edilsin. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-2002/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2002/2019
17.07.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver