Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2002/2020 07.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı Cavabdehnə (üçüncü şəxslər X7 və X3 iştirakı ilə) qarşı iş üzrə QƏRAR Açar sözlər: (üçüncü şəxslərin pasport qeydiyyatından çıxarılması) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Musayevanın iştirakı ilə, İddiaçı Cavabdehnə (üçüncü şəxslər X7 və X3 iştirakı ilə) qarşı üçüncü şəxslərin pasport qeydiyyatından çıxarılması tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İK-nın 07 avqust 2020-ci il tarixli, 2-1(103)-1058/2020 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kasasiya şik ayətinə əsasən işə 07 oktyabr 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə (üçüncü şəxslər X7 və X3 iştirakı ilə) qarşı Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava ev 24 ünvanından pasport qeydiyatından çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinə müraciət etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 06.02.2020-ci il tarixli,2-1(112)-356/2020 nömrəli (sədrlik edən hakim Miminat Hacıbəyova) qərardadı iləiddianın mümkün sayılmaması qərara alınmışdır. Birinci instansiya məhkəməsi“İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 apre l 2015-ci il tarixli, 5 nömrəli qərarının 1.1, 5.2-ci bəndlərinə, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə istinad etmişdir. İddiaçı həmin qərardaddan apelyasiya şikayəti verərək qərardadın ləğv edilməsini, iddianın mümkün sayılaraq işin mahiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi barədə qərardadın qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 07.08.2020-ci il tarixli, 2-1(103)-1058/2020 nömrəli (hakimlər Mirzə Tağızadə - sədrlik edən və məruzəçi, Ülvi Mayılov və Xəyalə Cəmilova) qərardadı ilə birinci instansiya məhkəməsinin06.02.2020-ci il tarixli qərardadının dəyişdirilmədən saxla nılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Apelyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən eyni maddi və prosessual hüquq normalarına və Mülki Məcəllənin 139.1, 152.1, 157.1, 157.2, 157.8, 180.1, 180.2, 1151.1-ci maddələrinə istinad etmişdir. Kasasiya şikayətinin dəlilləri: İddiaçının kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,iddiaçının atası X8 31.08.2017-ci il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra ünvan 1ünvanında yerləşən həyət evi miras qalmışdır. X1 həmin həyət evinin tam həcmdə iddiaçıya qalması üçün bəzi hüququ məsələləri həll etmişdir. Belə ki, o, iki şahidin iştirakı ilə 19.05.2017-ci il tarixdə Bakı şəhəri 19 saylı notariat kontorunda vəsiyyətnamə yazaraq bildirmişdir ki, ölən günədək ona məxsus olan bütün daşınar və daşınmaz əmlak ı oğlu İddiaçı Hüseyin oğluna vəsiyyət etmişdir. Eyni zamanda həmin vəsiyyətnamə ilə iddiaçının atası sağlığında qanun üzrə digər vərəsələri vərəsəlik hüququndan məhrum etmişdir. Hal-hazırda həmin vəsiyyətnamə qüvvədədir. Bakı şəhəri 9 saylı notariat kontorunun notariusu tərəfindən verilmiş şəhadətnaməyə əsasən iddiaçı tərəfındən həmin əmlakın qəbul edilməsi və həmin əmlakın iddiaçının mülkiyyətində, sahibliyində və istifadəsində olması qeyd edilmişdir. Atasının vəfatından sonra mübahisəli evlə bağlı iddiaçının bacısı Eyvazova Aidə Hüseyn qızı ona qarşı iddia qaldırmışdır. O, Bakı şəhəri Yasamal rayon Məhkəməsində iddia qaldıraraq mübahisəli evə köçürülməyi barədə tələbi məhkəmə tərəfındən tam araşdırılmış və iş üzrə qəbul edilmiş 2(004)-344/2018 saylı, 22.05.2018-ci il tarixli qətnamə i lə mübahisəli evə köçürülməsi barədə iddia tələbi rədd edilmişdir. Məhkəmənin qətnaməsindən narazı qalan Eyvazova Aidə Hüseyn qızı Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyası apelyasiya həmin iş üzrə 2(103)-9151/2018 saylı, 03.10.2018-ci il tarixli qətnamə qəbul etmişdir. Apelyasiya şikayəti rədd edilmiş və Bakı şəhəri Yasamal rayon Məhkəməsinin iş 2(004)344/2018 saylı, 22.05.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyası 2(102)-1486/2019 saylı 13.03.2019-cu il tarixli qərarı ilə Eyvazova Aidə Hüseyn qızının kasasiya şikayəti təmin edilməmişdir. Məhkəmənin iddianın mümkün sayılmamasına gətirdiyi yeganə əsas həmin evin daşınmaz əmlakın dövlət reyestr indən çıxarışının olmamasıdır. Lakin, məhkəmələr tərəfindən müəyyən edilmiş faktlar və hallar Mülki Prossesual Məcəllənin 82-ci maddəsinədə öz həllini tapmışdır. Məhkəmə qətnamələri ilə müəyyən edilmişdir ki, Eyvazova Aidə Hüseyn qızının mübahisəli evdə ona məxsus heç bir əşya yoxdur. Eyni zamanda, Ali məhkəmə qeyd etmişdir ki, mübahisəli mənzilə Eyvazova Aidə Hüseyn qızının heç bir hüququ yoxdur. Beləliklə, Eyvazova Aidə Hüseyn qızının oğlu X2 anasının hüququ olmadığından həmin evdə heç bir bağlılığı olmadığından xüsusilə həmin evdə yaşamadığından qeydiyyatdan çıxarılmalıdır. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin 07.08.2020-ci il tarixli, 2-1(103)1058/2020 nömrəli qərardadının ləğv edilməsini, iddianın mümkün sayılması barədə qərard adın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı, cavabdehin nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasına gəldikləri üçün işə onların iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 07.08.2020-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübah isə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır. Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, kasasiya şikayətində qeyd olunan dəlillər əsassızdır. Be lə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının: - 1.1-ci bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. - 1.2-ci bəndinə əsasən, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. - 1.3-cü bəndinə əsasən, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. - 1.4-cü bəndinə əsasən, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparıl an hüquqi dəyərləndirmədir. - 2.1-ci bəndinə əsasən, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. - 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. - 8.5-ci bəndinə əsasən, iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdı ğından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. -8.6-cı bəndinə əsasən, iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. Bu baxımdan da Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, inzibati məhkəmə icraatı qaydasında qaldırılan iddianın hüquqi cəhətdən yoxlanılması ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. Hazırkı mübahisədə iddiaçının iddia qaldırmağa subyektiv hüququnun olmadığı üçün iddianın əsaslılığının araşdırılmasına imkan vermir. Belə ki, hazırkı tələbində iddiaçı üçünc ü şəxslər X4 və X3 Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava ev 24 ünvanından pasport qeydiyatından çıxarılmasını tələb edir. İşdən görünür ki, iddiaçı qeydiyyatdan çıxarılmasını tələb etdiyi mübahisəli daşınmaz əmlaka dair əşya hüququnun olmasına dair hər hansı hüquqmüəyyənedici sənədi təqdim etməmişdir. İddiaçı həmin evlə bağlı vəsiyyətnamənin mövcudluğuna və onun vəsiyyət üzrə vərəsə olaraq atasından qalmış bütün əmlaka, o cümlədən, hazırkı mübahisəli evə sahib olmasını iddia etsə də, qeyd edilən hal iddiaçının həmin evə dair hüququnun mövcudluğuna dəlalət etmir. İşdən, eləcə də tərəflərin izahatından da müəyyən olunur ki, mübahisəli evə dair miras qoyanın mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Bundan başqa iş materiallarından görünür ki, iddiaçı R usiya Federasiyasının vətəndaşı olmaqla Azərbaycan Respublikasında qeydiyyatı müvəqqəti xarakter daşıyır, mübahisəli evə dair daimi qeydiyyatı yoxdur. Belə ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş 13.01.2020-ci il tarixli, 15/15 saylı arayışdan görünür ki, iddiaçı 13.01.2020-ci il tarixdən 11.04.2020-ci il tarixə qədər ünvan 2 ünvana isə daimi qeydiyyatı yoxdur. Bundan başqa, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 05.09.2019cu il tarixli, 2(004)-317/2019-cu il tarixli qətnaməsi ilə İddiaçı X6 və X5 qarşı onların Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava ev 24 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə iddiası iddiaçının subyektiv hüquqa malik olmaması əsası ilə təmin edilməmişdir. Azərbaycan Respublikasın ın İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Bütün yuxarıda göstərilənlərə istinadən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və buna görə də apelyasiya instansiyası məhkəməsinin 07.08.2020-ci il tarixli qərardadının ləğv edilməsi üçün əsaslar yoxdur. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: İddiaçının kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07.08.2020-ci il tarixli, 21(103)-1058/2020 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-2002/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2002/2020
07.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver