Məhkəmə qərarları › İş №2-1(102)-2003/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2003/2019

17.07.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2003/2019 17.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinəqarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-2003/2019) Bakı şəhəri xxxx 2019-cu il GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, X1 ibarət tərkibdə, İ.Muradovun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı ailə başçısını itirməyə görə əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin həvalə edilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-556/2019 saylı qərarından cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsi və onun vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, xxxx 2017-ci il tarixdən ona ailə başçısını itirməyə görə ərinin təminat xərcliyinin 80 faizi məbləğində pensiya təyin edilərək ödənilməsini, həmin dövrdən hazıradək pensiya məbləğində yaranmış fərqin (35 faizi, ilə 80 faizi aras ındakı fərqin) birdəfəlik ödənilməsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. 1 saylı Bakı inzibati-iqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli, 2-1(81)-4402/2018 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir (hakim E.Məmmədov). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (V.Məmmədovsədrlik edən və məruzəçi, hakimlər S.Seyidova və İ.Əhmədov ) xxxx 2019-cu il tarixli, 21(103)-556/2019 saylı qərarı ilə 1 saylı Bakı İnzibati-lqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxanılmış, cavabdehin apellyasiya şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasının xxxx 2019-cu il tarixli qərarından cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi və onun vəkili Vəkil tərəfindən kassasiy a şikayəti verilərək, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri, tərəflərin izahatları Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş, düzgün tətbiq edilməmiş, pensiya qanunvericiliyinin müddəalarının ümumi şəkildə sadalanmasmdan ibarət olan apellyasiya şikayətinin faktiki mahiyyətdə dəlillərinə görə, əmək pensiyalarının ödənilməsi məcburi dövlət sosial sığorta ayırmaları üzrə daxilolmalar hesabına həyata keçirilir ki, bu da hər ay üçün sığortaedəniər tərəfindən ödənilən vəsaitlər hesabına formalaşır. Keçmiş dövr üçün yaranmış böyük borc məbl əğləri hissə-hissə ödənilir. Həmin məbləğin birdəfəlik ödənilməsi üçün əlavə vəsait tələb olunur ki, bunun da Fondun büdcəsində birdəfəlik ödənilməsi nəzərdə tutulmamışdır. Lakin keçmiş dövrlər üçün yığılmış borcun ödənilməsi faktiki olaraq vətəndaşın müraciət etdiyi tarixdə hüququ yarandığı tarixdən hesablanır, gecikmiş ayların sayına bölünməklə aparılır. İddiaçı və cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahi sələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası tərəflərin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiklərini nəzərə alaraq, işə kassasiya şikayətinin dəlilləri əsasında onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən madd i və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-556/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, cavabdehin iddiaçıya ünvanlanan xxxx 2017-ci il tarixli ***** saylı məktubuna görə, iddiaçının mərhum həyat yoldaşı X2 xxxx 2012-ci il tarixdən xxxx 2012-ci il tarixədək pensiyası Neftçala rayon hərbi komissarı vəzifəsinə uyğun olaraq 778 manat təminat xərcliyinin 28 il xidmət müddətinə görə 79 faizi məbləğdə, yəni 614,62 manat təşkil edərək ödənilmiş, iddiaçıya xxxx 2012-ci il tarixli ərizəsinə əsasən xxxx 2012-ci il tarixdən ailə başçısının itirilməsinə görə mərhum həyat yoldaşı X1 778 manat təminat xərcliyinin 35 faizi məbləğində, yəni 272,30 manat pensiya təyin olunmuş, həmçinin bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən xxxx 2013-cü il tarixdən mərhum həyat yoldaşının işlədiyi vəzifənin vəzifə maaşı 665 manat, rütbə maaşı 130 manat, xidmət illərinə görə 40 faiz əlavə 318 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası 64 manat olmaqla, təminat xərcliyi 1.177 manat təşkil etdiyindən həmin təminat xərcliyinin 35 faiz həcmində, yəni 411,95 manat məbləğdə pensiya düzgün hesablanmışdır və hər ay ödənilir. İddiaçı cavabdehə ünvanladığı 25.07.2018-ci il tarixli məktubla normativ-hüquqi aktların tələblərini rəhbər tutaraq hüquqi vəziyyətini yaxşılaşdıran qanunun qəbul edildiyi tarixdən etibarən ərinin təminat xərcliyinin 80 faizi həcmində pensiyanın yenidən təyin edilərək ona ödənilməsini xahiş etmiş, müraciət xxxx 2018-ci il tarixdə cavabdehə təqdim edilmiş, lakin 35 gündən çox keçməsinə baxmayaraq müraciətə cavab verilməmiş və iddiaçı xxxx 2018ci il tarixdə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Apellyasiya məhkəməsi iş materiallarına istinad etməklə o nəticəyə gəlmişdir ki, iddiaçıya ailə başçısını itirməyə görə xxxx 2012-ci il tarixdən mərhum ərinin təminat xərcliyinin 35 faizi məbləğdə pensiya təyin edilmiş, lakin “Əmək pensiyaları haqqında” AR Qanununa xxxx 2017-ci il tarixdən edilmiş dəyişikliklər təyin edilmiş onun pensiyasının məbləğində artımlara səbəb olsa da, həmin dəyişiklik iddiaçıya münasibətdə tətbiq edilməmişdir. Bununla bağlı cavabdehin mövqeyi ondan ibarətdir ki, dəyişikliklərin qüvvəyə mindiyi tarix xxxx 2017-ci il olduğundan, iddiaçının pensiya hüququ sözügedən qanundan əvvəlki dövrü əhatə etdiyindən və Qanunda edilmiş dəyişikliklər qüvvəsini aldı ğı tarixdən sonra hüquq qazanmış vətəndaşlara şamil edildiyindən, müraciət təmin edilməməlidir. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinin tələbinə görə, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. «Normativ haquqi aktlar haqqında» Konstitusiya Qanununun 87.2-ci maddəsinin tələbinə əsasən də, fiziki və ya hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdrən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilibgöstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. Belə ki, həmin tarixdən qüvvəyə minmiş xxxx 2017-ci il tarixli ***** nömrəli Qanunla “Əmək pensiyaları haqqında" AR Qanununun 20.17.2-ci maddəsinə «miqdarı ilə» sözlərindən sonra «(ailəyə düşən ümumi məbləğ ailə başçısının təminat xərcliyinin 80 fazindən az olduqda həmin məbləğə çatdırılmaqla)» sözləri əlavə edilmişdir (1.76-cı maddə). Göstərilən dəyişikliyə əsasən vəfat etmiş hərbi qulluqçular sırasından olan pensiyaçıların ailə üzvlərinə - ailənin əmək qabiliyyəti olmayan hər bir üzvünə ailə başçısının təminat xərcliyinin 35 faizi miqdarı ilə (ailəyə düşən ümumi məbləğ ailə başçısının təminat xərcliyinin 80 faizindən az olduqda həmjn məbləğə çatdırılmaqla) müəyyənləşdirliən məbləğlə bu qanunla təyin edilən əmək pens iyasının məbləği arasındakı fərq qədər qulluq stajına görə əmək pensiyasına əlavələr ödənilir. Bu isə hərbi qulluqçular sırasından olan pensiyaçıların ailə üzvlərinə təyin ediləcək ailə başçısını itirməyə görə pensiya məbləğinin təminat xərcliyinin 80 faizindən az olmamaqla təyin edilməli olmasına dair qanunvericinin iradəsini ifadə edir. «Əmək pensiyaları haqqında» AR Qanununun 37.7-ci maddəsinə əsasən, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Apellyasiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona ailə başçısını itirməyə görə pensiyanın yenidən hesablanması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməs ini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunmur (İPM-14.3), qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunauyğun olmamış və iddiaçının hüquqlarını pozmuşdur (İPM73,1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («İnzibati icraat haqqında» AR Qanununun 17-ci maddəsi). Beləliklə, məhkəmələr iş materiallarına istinad etməklə iddia tələbinin təmin edilməsi barədə qanuni nəticəyə gəlmişlər və işə kassasiya qaydasında baxan məhkə mə kollegiyası xxxx 2017-ci il tarixdə qanunvericiliyə edilmiş dəyişikliklər nəticəsində iddiaçının pensiyasının məbləğinin ərinin təminat xərcliyinin 80 faizinə çatdırıldığını, bununla da onun hüquqi vəziyyətinin yaxşılaşdığını, pensiya məbləği hesablandığı halda yaranmış fərqin əmək pensiyası alan şəxsin mülkiyyəti hesab edildiyinə görə yaranmış fərqin də birdəfəlik ödənilməli olduğunu nəzərə alaraq kassasiya şikayətinin bununla bağlı dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol ve rilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-556/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin İPM-nin 91, 96.8 və 98ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-556/2019 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar