Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2003/2021 08.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi şöbəsinə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: ( vəkil tərəfindən tərtib edilməmiş kassasiya şikayəti) Hakimlər: Səyyad Kərimov - sədrlik edən və məruzəçi hakim, Zakir Quliyev, Rahib Nəbizadədən ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi şöbəsinə qarşı pensiyanın yenidən hesablanması və yaranmış fərqin ödənilməsi tələbinə dai r iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09.07.2021-ci il tarixli, 2-1(103)-720/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları İddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək əmək pensiyasının illər üzrə fərqlər nəzərə alınmaqla yenidən hesablanması və yaranmış borcun ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 23.10.2020-ci il tarixli, 2-1(112)-4886/2020 nömrəli qərarı ilə (hakim P.Hüseynov) iddia təmin edilməmişdir. İddaçı apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsi İnzibati Kol legiyasının 09.07.2021-ci il tarixli, 2-1(103)-720/2021 nömrəli qərarı ilə (hakimlər: A.Nuriyeva-sədrlik edən və məruzəçi, S.Bəktaşi və A.Hüseyn) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 23.10.2020-ci il tarixli, 2-1(112)-4886/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti verərək apelyasiya məhkəməsinin həmin qərarının ləğv olunmasını xahiş etmişdir. Lakin kassasiya şikayəti vəkil tərəfindən imzalanmamış və vəkilin orderi şikayətə əlavə edilməmişdir. Kassasiya şikayəti vəkil tərəfindən tərtib edilib imzalanmadığından və vəkilin orderi şikayətə əlavə edilmədiyindən iş kassasiya şikayətinin mümkünlüyünün yoxlanılmasına təyin edilmişdir. Məhkəmə kassasiya şikayətinin mümkünlüyünə baxmağı və qərar qəbul etməyi mümkün saymışdır. Əsaslandırma Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakı səbəblərdən kassasiya şikayəti mümkün sayılmamalıdır. İPM-in 96.2-ci maddəsinin tələbinə görə Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Kassasiyanın mümkünlüyü əsasları dedikdə, kassasiya şikayətinin İPM-in 90-cı maddəsində nəzərdə tutulan hallarda və şikayət vermə hüququ olan şəxslər tərəfindən verilməsi, habelə kassasiya şikayətinin İPM-in 94-cü maddəsində müəyyən olunmuş tələblərə və müddətlərə riayət olunmaqla verilməsi, İPM-in 95.1-ci maddəsində nəzərdə tutulmuş formal tələblərə uyğun şəkildə verilməsi başa düşülür. İPM-nin 90.3-cü maddəsində nəzərdə tutulmuş göndərici normaya əsasən həmin məcəllənin müvafiq fəslində başqa qayda müəyyən edilmədiyi hallarda, şikayət üzrə məhkəmə icraatında Azərbaycan Respublikası MPM-nin (bundan sonra mətndə - MPM) kassasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq edilir. Kassasiya şikayətinin forma və məzmununa dair MPM-nin 67.1-ci və 407-ci maddələrində nəzərdə tutulmuş şərtlər də kassasiyanın mümkünlüyü əsaslarına aiddir. İPM-nin müddəalarına zidd olmayan MPM-nin 67.1-ci maddəsinin tələbinə görə kassasiya şikayəti yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Həmin Məcəllənin 407.3-cü maddəsinə əsasən, şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. MPM-nin 407.4-cü maddəsinin tələbinə əsasən şikayətə vəkilin orderi əlavə olunmalıdır. Qeyd olunan mümkünlük şərtləri baxımından işin halları araşdırılarkən kassasiya şikayətinin vəkil tərəfində n tərtib olunmadığı və imzalanmadığı, habelə şikayətə vəkilin orderinin əlavə edilmədiyi müəyyən olunmuşdur. Qeyd edilən hal kassasiya şikayətinin mümkün sayılmaması əsaslarına aiddir və şikayətin mümkün sayılmamasını şərtləndirir. Kassasiya şikayəti Ali Məhkəməyə daxil olduqdan sonra məhkəmə kollegiyası İPMnin 96.3-cü maddəsinə əsasən iddiaçının dinlənilmə hüququnu təmin etmək məqsədilə işi kassasiya şikayətinin mümkünlüyü məsələsinə baxılmasına təyin etmiş, həmçinin məhkəmənin yardım etmə vəzifələrini müəyyən edən İPM-nin 13-cü və 95-ci maddələrinin tələbinə əsasən, mövcud çatışmazlıqlar konkret qeyd edilməklə ona rəsmi bildiriş və sms xəbərdarlıq göndərilmiş, eyni zamanda ona həmin çatışmazlıqların aradan qaldırılması, yəni məhkəməyə vəkil tərəfindən tərtib olunmuş və imzalanmış kassasi ya şikayətinin göndərilməsi təklif olunmuş və bunun üçün ağlabatan müddət təyin olunmuşdur. Həmçinin qeyd edilən çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri iddiaçıya izah edilərək bunun iddianın mümkün sayılmamasına səbəb olacağı bildirilmişdir. Buna baxmayaraq, iddiaçı qeyd olunan çatışmazlıqları aradan qaldırmamış, vəkil tərəfindən tərtib edilmiş və imzalanmış kassasiya şikayətini məhkəməyə təqdim etməmişdir. Sonradan iddiaçı tərəfindən vəkillə təmin olunma barədə ərizə təqdim edilmişdir. Lakin iddiaçı kassasiya şikayətinin tərtib edilməsi üçün dövlət vəsaiti hesabına vəkillə təmin olunması barədə ərizəsini qanunla müəyyən edilmiş müddətdə, yəni kassasiya şikayətinin verilməsi üçün İPM-nin 94.1-ci maddəsində müəyyən olunmuş müddətdə təqdim etməmişdir. Bununla bağlı nəzər ə almaq lazımdır ki, kassasiya şikayəti yuxarıda qeyd edilən tələblərə əməl olunduğu, xüsusilə də vəkil tərəfindən tərtib olunaraq imzalandığı və şikayətə vəkilin orderi əlavə olunduğu təqdirdə apelyasiya məhkəməsi tərəfindən qəbul edilməli və kassasiya instansiyasına göndərilməlidir. Həmçinin nəzərə almaq lazımdır ki, kassasiya şikayətinin vəkil tərəfindən tərtib edilməsini nəzərdə tutan MPM-nin 67.1-ci maddəsinin tələbi baxımından, vəkillə təmin olunma barədə vəsatətin verilməsi və həmin vəsatət üzrə müvafiq qərarın qəbul edilməsi məsələsi maraqlı şəxs tərəfindən kassasiya şikayəti verilənə qədər həll edilmiş olmalıdır. Həmçinin MPM-in 67.2ci maddəsinə görə, bu Məcəllə ilə vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üç ün kifayət qədər vəsaiti olmadıqda, məhkəmə aktını qəbul etmiş məhkəmə işdə iştirak edən şəxslərin yazılı müraciəti əsasında vəkilin prosesdə iştirakını təmin edir. Bu qayda hüquqi müəyyənlik və prosessual qənaət prinsiplərindən irəli gəlir. Bundan əlavə, iddiaçı maddi imkanı olmadığı üçün vəkillə müqavilə bağlaya bilmədiyini qeyd etsə də, gəlirləri və vəkillə təmin olunmasını zəruri edən hallar barədə müvafiq sənədləri məhkəməyə təqdim etməmişdir. Odur ki, yuxarıda qeyd edilən səbəblərdən vəkillə təmin olunma barədə vəsatət məhkəmə kollegiyası tərəfindən təmin edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayətinin vəkil tərəfindən tərtib olunmadığını və imzalanmadığını, habelə şikayətə vəkilin orderinin əlavə olunmadığını nəzərə alaraq kassasiya mümkü n sayılmamalı və şikayətin qəbulundan imtina edilməlidir. İPM-in 96.3-cü maddəsinə görə kassasiya mümkün sayılmadıqda, Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. İPM-nin 96.3-cü maddəsinə əsasən, şikayətin qəbulundan imtina edildiyi hallarda, apelyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir.
12. Yuxarıda şərh edilənlərə və İPM-in 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti mümkün sayılmır. Kassasiya şikayətinin qəbul olunmasından imtina edilir.