Məhkəmə qərarları › İş №2-1(102)-2003/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2003/2022

15.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2003/2022 15.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı regional ərazi filialına qarşı işi üzrə QƏRARİ (Açar sözlər: 62 yaşdan yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1959-cu il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Döv lət Sosial Müdafiə Fondunun 2 saylı regional ərazi filialına qarşı “62 yaşdan yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 iyun 2022-ci il tarixli, 2-1(105)-390/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçının ИТ-İ ******* nömrəli əmək kitabçasına əsasən 1991-ci ilədək Quba rayon 1 №li konserv zavodu, Əzizbəyov sovxozu və Quba Aqrofirmasında işlədiyi, 25 yanvar 1991-ci ildən 30 dekabr 2006-cı ilədək Kənd Təsərrüfatı və Qida Sənayesi işçiləri X2 rayonu Komitəsində işləməsi öz əksini tapmışdır.

2. İddiaçının 1976-1991-ci ilədək Quba rayon 1 №li konserv zavodu, Əzizbəyov sovxozu v ə Quba Aqrofirmasında işləməsi Azərbaycan Respublikası Dövlət X3 25 iyun 2021-ci il tarixli, 576a saylı arxiv arayışı ilə də öz təsdiqini tapmışdır.

3. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir.

4. Cavabdeh 8 sentyabr 2021-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, iddiaçının 25 il sığorta stajı olmadığı üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

5. İddiaçı 7 oktyabr 2021-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək onun 1976-1991-ci ilədək Quba rayon 1№li konserv zavodu, Əzizbəyov sovxozu və Quba Aqrofirmasında işlədiyi, 25 yanvar 1991- ci ildən 30 dekabr 2006-cı ilədək Kənd Təsərrüfatı və Qida Sənayesi işçiləri X2 rayonu Komitəsində işlədiyi dövrlər sığorta stajı saymaqla yaşa görə ona əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o 1976-1991-ci illərdə Quba rayon 1№-li konserv zavodu, Əzizbəyov sovxozu və Quba Aqrofırmasında işləmişdir. Daha sonra xx.xx.1991-ci ildən 30 dekabr 2006-cı ilədək Kənd Təsərrüfatı və Qida Səmayəsi işçiləri X6 rayonu Komitəsində işləmişdir. İşlədiyi dövrlər əmək kitabçasında öz əksini tapmışdır. İşlədiyi dövrlərdə Kənd Təsərrüfatı və Qida Sənayesi işçiləri X6 rayonu Komitəsində işlədiyi müddət ərzində əmək haqqı almış, əmək kitabçasında qeyd edilmiş və əmək haqqı alması ilə bağlı bank kitabçası verilm iş, orada əmək haqqı alması qeyd edilmişdir. İşlədiyini təsdiq edən əmək kitabçasında qeydlər və bank kitabçası vardır.

7. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçının yaşa görə əmək pensiyası hüququ xx.xx.2021-ci il tarixdə yaranmışdır. İddiaçının yaşa görə əmək pensiyası hüququ yaranan vaxt tələb edilən pensiya kapitalı 28800 manat, malik olduğu pensiya kapitalı isə 10160.85 manatdır. İddiaçı 1976-1991-ci illər ərzində Quba rayon 1 nömrəli konserv zavodu, Əzizbəyov sovxozu və Quba Aqrofirmasında işlədiyi iddia edir. Həmin dövrlərin təsdiqi ilə bağlı arxiv arayışları təqdim edilmişdir. Əmək haqqı ilə bağlı təqdim edilən xx.xx.2021-ci il tarixli, 576 nömrəli arxiv arayışına əsasən 1976-ci ilin sentyabr ayında adı Naibə, oktyabr və noya br aylarında adı N, 1977-ci ilin yanvar ayında isə Nasib kimi yazılmışdır. Həmçinin, həmin arxiv arayışında ümumilikdə 43 ay olmaqla əmək haqqı xanası boş buraxılmışdır. Bu əsaslar həmin arxiv arayışının mötəbərliyinə şübhə yaradır. İddiaçının xx.xx.1991-ci il tarixdən xx.xx.2006-ci il tarixə qədər əmək fəaliyyəti ilə məşğul olduğunu iddia etdiyi Kənd Təsərrüfatı və Qida Sənayesi işçiləri X6 rayon Komitəsinin sənədlərinin araşdırılması mümkün olmamışdır. Belə ki, həmin müəssisə hazırda fəaliyyət göstərmir və X9 filialı tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 830 nömrəli arayışa əsasən komitənin heç bir sənədi arxivə təhvil verilməmişdir. Həmçinin, Komitə ilə bağlı tərəflərindən xx.xx.2022-ci il tarixli, **********7 nömrəli sorğu ilə Azərbaycan Respublikasının Dövlət Statistika Komi təsinə müraciət edilmişdir. Sorğuya cavab olaraq təqdim edilən xx.xx.2022-ci il tarixli, 01/3-191 nömrəli məktuba əsasən “Kənd Təsərrüfatı və Qida Sənayesi işçiləri X2 rayonu Komitəsi” xx.xx.1997-ci il tarixində statistik vahidlərin dövlət reyestrində qeydiyyatdan keçmişdir. Həmin dövrün mübahisəli olmasının digər əsası isə məcburi dövlət sosial sığorta haqlarının ödənilməməsi ilə bağlıdır. 1 yanvar 2006-ci il tarixdən etibarən ödənilən məcburi dövlət sosial sığorta haqları elektron sistem vasitəsilə qeydiyyata alınır və vətəndaşın fərdi hesabının sığorta hissəsində toplanır. İddiaçı ilə bağlı Komitə tərəfindən heç bir ödəniş həyata keçirilməmişdir. Bu hal 2006-ci il 1 yanvar tarixindən əvvəlki dövr ərzində də ödənişlərin həyata keçirilməsinin mötəbərliyini şübhə altında qoyur.

8. Sumqayıt İnzibati Məhkəməsinin 25 fevral 2022-ci il tarixli, 2-1(118)-324/2022 nömrəli qərarı (hakim: X5) ilə iddia qismən təmin edilmiş, iddiaçının 1976-1991-ci ilədək Quba rayon 1 №li konserv zavodu, Əzizbəyov sovxozu və Quba Aqrofirmasında işlədiyi, 25 yanvar 1991-ci ildən 1 yanvar 2006-cı ilədək Kənd Təsərrüfatı və Qida Sənayesi işçiləri X2 rayonu Komitəsində işlədiyi dövrlər sığorta stajı saymaqla yaşa görə ona əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.

9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının həmin dövrlərdə iş fəaliyyətini təsdiq edən əmək kitabçası mövcuddur. Arxivə məlumatların tam verilməməsi iddiaçının məsuliyyətinə səbəb ola bilməz. Ona görə də cavabdeh inzibati orqanın həmin arxiv arayışının mötəbər sübut kimi qəbul etməməsi əsaslı h esab edilə bilməz. Məhkəmə həmçinin qeyd etmişdir ki, komitənin heç bir sənədinin arxivə təhvil verilməməsi iddiaçının məsuliyyətinə səbəb ola bilməz. İddiaçının işlədiyi illər əmək kitabçası ilə də öz təsdiqini tapmışdır. Qeyd edilən dövrlər nəzərə alındıqda iddiaçının 25 il sığorta stajı yaranmış olur. Bu isə inzibati orqanın imtinasının əsassız olduğunu göstərir.

10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

11. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 iyun 2022-ci il tarixli, 2-1(105)-390/2022 nömrəli qərarı (hakimlər: X4 (sədrlik edən və məruzəçi), X1 və X8) ilə Sumqayıt İnzibati Məhkəməsinin 25 fevral 2022-ci il tarixli qərarı də yişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

14. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda və iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. b. kassasiya şikayətinə etirazın dəlilləri

15. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

16. Azərbaycan Respublikası Konstitusiyası Maddə

38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. İİ. Yardıma möhtac olanlara kömək etmək ilk növbədə onla rın ailə üzvlərinin borcudur. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. İV. Təqaüdlərin və sosial müavinətlərin minimum məbləği qanunla müəyyən edilir. V. Dövlət xeyriyyəçilik fəaliyyətinin, könüllü sosial sığortanın və sosial təminatın başqa növlərinin inkişafı üçün imkanlar yaradır. 17. “Əmək pensiyaları haqqında” Qanun: Maddə

7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə

21. Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyə nlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.... 18. “Əmək pensiyaları haqqında” Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları: 3.2-ci bənd. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası;...

19. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə

67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrü fatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Maddə

69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. 20. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı: Maddə 1.1. Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli, 638 saylı qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə:

1. Əmək stajı iş, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.

22. İnzibati Prosessual Məcəllə: a. Maddə

14. Sübut etmə vəzifəsi 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçın ın arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. b. Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiya sı məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübah isələrə dair iş üzrə qərarı qətidir.

23. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

25. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə madd i hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

27. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

28. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

29. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçıya 62 yaşdan yaşa görə əmək pensiyasının təyin edilməsi üçün apellyasiya məhkəməsi iddiaçının ümumi iş stajının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələl əri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına və hazırkı qərarın 16-22a bəndlərində qeyd olunan hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

30. Həmçinin iş materialları ilə müəyyən olunur ki, iddiaçının əmək kitabçasında da onun 1991-ci ilədək Quba rayon 1 №li konserv zavodu, Əzizbəyov sovxozu və Quba Aqrofirmasında işlədiyi, 25 yanvar 1991-ci ildən 30 dekabr 2006-cı ilədək Kənd Təsərrüfatı və Qida Sənayesi işçiləri X2 rayonu Komitəsində işləməsi öz əksini tapmışdır. Eyni zamanda, iddiaçının 1976-1991-ci ilədək Quba rayon 1 №li konserv zavodu, Əzizbəyov sovxozu və Quba Aqrofirmasında işləməsi Azərbaycan Respublikası Dö vlət X3 xx.xx.2021-ci il tarixli 576a saylı arxiv arayışı ilə də öz təsdiqini tapmışdır.

31. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd olunan və mötəbər olan əmək kitabçasında və arxiv arayışında qeyd edilən iş illəri nəzərə alınmaqla iddiaçının tələb olunan 25 il sosial sığorta stajını topladığı və eyni zamanda iddiaçı qanunvericiliklə müəyyən olunmuş yaş həddinə çatdığına görə onun pensiya hüququ yaranmış olur. Nəticə etibarı ilə, 62 yaşdan yaşa görə əmək pensiyası hüququnun yarandığı barədə apellyasiya məhkəməsinin qiymətləndirməsi qanunauyğun və əsaslıdır.

32. Bundan başqa, hazırkı qərarın 20.a bəndində göstərilən normanın tələbinə uyğun olaraq sübutetmə yükü üzərinə düşən tərəf kimi cavabdeh iddiaçıya pensiya təyin edilməsini istisna edən faktiki halların mövcudluğunu sübut ed ə bilməmişdir.

33. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iddiaçının yaşa görə pensiya almaq hüququ yaranmışdır. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddianın qismən təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır.

34. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 iyun 2022-ci il tarixli, 2-1(105)-390/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar