Məhkəmə qərarları › İş №2-1(102)-2003/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2003/2023

05.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2003/2023 05.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd: xx.xx.1961) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və həmin tarixdən ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-40/2023 nömrəli, 26 aprel 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1961-ci ildə doğulmuş, xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixədək hərbi xidmətdə olmuş, xx.xx.1982-ci il tarixdən xx.xx.1983-cü il tarixədək texniki peşə təhsili almış, xx.xx.1983-cü il tarixdən xx.xx.1985-ci il tarixədək, xx.xx.1985-ci il tarixdən xx.xx.1990-cı il tarixədək, xx.xx.1990-cı il tarixdən xx.xx.1991-ci il tarixədək, xx.xx.1992-ci il tarixd ən xx.xx.1992-ci il tarixədək, xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək, xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək, xx.xx.1994-cü il tarixdən xx.xx.1996-cı il tarixədək, xx.xx.1996-cı il tarixdən hazırki vaxtadək işləmişdir.

2. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmiş, sonuncu xx.xx.2021-ci il tarixli **********9 nömrəli və xx.xx.2022-ci il tarixli **********2 nömrəli məktublarla imtina edərək bildirmişdir ki, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiql əşdirilməsi barədə ərizə ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək ona hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və həmin tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1961-ci ildə Şəki rayonunda doğulmuşdur. O, 1983-cü ildən bu günədək müxtəlif sahələrdə işləmişdir. Son olaraq xx.xx.1995-ci ildən "xxxx" MMC-nin Kabel Təsərrüfatına Xidmət Mərkəzinin Şəki kabel sahəsində işləmişdir. Onun güzəştli şərtlərlə yaşa görə pensiya hüququ yaranmışdır.

5. Cavabdeh iddia tələbinə yazılı etirazını onunla əsaslandırmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerin dən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi d övlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir.

6. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-1175/2022 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilərək iddiaçıya hüququnun yarandığı xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və həmin tarixdən bu günə kimi ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı hüququnun yarandığı gündən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiya sının təyin edilərək, ödənilməsindən ibarətdir. xx.xx.1961-ci il təvəllüdlü iddiaçının 60 yaşı xx.xx.2021-ci il tarixdə tamam olmuş, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ilkin tələb olan 60 yaşı tamam olduqdan sonra cavabdehə müraciət etmiş, artıq ilk dəfə xx.xx.2022-ci il tarixdə onun müraciətinə fərdi hesabının sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi tələbinə cavab verməməsi əsası ilə imtina cavabı verilmişdir. İşin hallarının araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2002-ci il tarixdən xx.xx.2018-ci il tarixədək kabelçi lehimləyici işində zərərli iş şəraitində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə ə mək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın “rabitə” bölməsinə (30) əsasən, qurğuşunlaşdırılmış kabellərin, polietilen və polixlorvinil üzlüklü kabellərin lehimlənməsi üzrə işlərdə məşğul olan kabelçilər-lehimləyicilər güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. Beləliklə, iddiaçı ikinci tələbə də cavab verməklə ümumilikdə 25 ildən artıq iş stajına malikdir. Nəhayət, son tələb olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən minimum məbləği imtinanın verildiyi xx.xx.2021-ci il tarixə 40800 manat müəyyən edildiyi halda, məhkəmə araşdırması nəticəsində, indeksləşdirmə aparılması və cavabdehin təqdim etdiyi məlumatlara əsasə n ümumi məbləğin müəyyən edilməsi yolu ilə iddiaçının xx.xx.2021-ci il tarixə qeydə alınmış pensiya kapitalının 46327,263 manat təşkil etdiyi müəyyən edilmişdir. Beləliklə, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə təsbit edilmiş hər üç tələbə cavab verməsi öz təsdiqini tapmışdır.

8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 21(107)-40/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-1175/2022 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılaraq iddia təmin edilməmişdir.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları tam və hərtərəfli araşdırılmadan iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı hesablanarkən 2020-ci ildə istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun 2.6% götürməklə hesablamalı olduğu halda, 16,6% götürməklə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq 2020-ci il üzrə - 18.032,52 + 16.6% = 21.025,9183 manat, 2021-ci il üzrə - 21.025,9183 + 11.4% = 23.422,873 manat hesablanmışdır.

11. Məhkəmə kollegiyası tərəfindən cavabdehə sorğu edilmi ş və xx.xx.2023-cü il tarixdə məhkəmə kollegiyasına daxil olmuş xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubu ilə bildirilmişdir ki, iddiaçının xx.xx.2006-cı il tarixinədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 16902,89 manat, xx.xx.2006 - xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində isə fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı 20729,15 manat olmaqla cəmi pensiya kapitalı 37632,04 manat təşkil edir. İddiaçının xx.xx.2006-cı il tarixinədək olan 21 il 5 ay 13 gün iş stajı pensiya kapitalına çevrilməklə hesablanmış və Azərbaycan Respublikası Prezidentinin müvafiq illər üzrə sərəncamlarına əsasən indeksləşdirilərək 16902,89 manat müəyyən edilmişdir. Adıçəkilən şəxsin həmin tarixdən sonrakı işlədiyi dövr üzrə fərdi hesabında xx.xx.2021-ci il tarixin ədək 20729,15 manat pensiya kapitalı qeydə alınmışdır. İddiaçının xx.xx.2006-cı il tarixinədək ümumi iş stajı 21 il 5 ay 13 gün (xx.xx.1979 - xx.xx.1981-ci il, xx.xx.1983 - xx.xx.1985-ci il, xx.xx.1985 - xx.xx.1990-cı il, xx.xx.1990 - xx.xx.1991-ci il, xx.xx.1992 - xx.xx.1992-ci il, xx.xx.1995 - xx.xx.1996-cı il, xx.xx.1996 - xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər) təşkil edir.

12. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edərək hesab etmişdir ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edən inzibati orqanın hərəkətləri əsaslı olmuş, işə baxan birinci instansiya məhkəməsi tam araşdırma aparmamış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermiş və bu səbəbdən də iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlməmişdi r.

13. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

14. Kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, iddiaçının xx.xx.2006-ci il tarixədək iş stajı 24 il 11 ay 15 gün olmasına baxmayaraq, cavabdeh tərəfindən təqdim edilmiş və məhkəmə tərəfindən qəbul edilmiş məktubda onun iş stajı 21 il 5 ay 13 gün qəbul edilməklə indeksasiya həmin müddətə münasibətdə aparılmışdır. Cavabdehin məktubu mötəbər sübut kimi qəbul edilməklə iddia rədd edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Cavabdehin kassasiya şikayətinə qarşı etirazının dəlilləri imtina məktubu və iddia tələbinə et irazın dəlilləri ilə eynilik təşkil edir. TƏTBİQ EDİLƏN HÜQUQ

16. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sü butetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 9 6.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

18. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdı r. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Şikayət qərarın ləğv edilməsi hissəsində əsaslıdır və həmin hissədə təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

20. Yuxarıda istinad olunan prosessual normalarda təsbit olunmuş işin hallarının araşdırılması prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu, məhkəmənin xidməti vəzifəsindən irəli gəlir.

21. İşin materiallarına görə, cavabdeh iddiaçının xx.xx.2006-cı il tarixədək olan iş stajını xx.xx.1979 - x x.xx.1981-ci il, xx.xx.1983 - xx.xx.1985-ci il, xx.xx.1985 xx.xx.1990-cı il, xx.xx.1990 - xx.xx.1991-ci il, xx.xx.1992 - xx.xx.1992-ci il, xx.xx.1995 xx.xx.1996-cı il, xx.xx.1996 - xx.xx.2005-ci il dövrləri olmaqla 21 il 5 ay 13 gün hesablamışdır. Göründüyü kimi, iddiaçının xx.xx.1982-ci il tarixdən 06.7.1983-cü il tarixədək təhsil müddəti və xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək, xx.xx.1993-cü il tarixdən xx.xx.1995-ci il tarixədək olan iş müddətləri cavabdeh tərəfindən nəzərə alınmamış, apellyasiya instansiyası məhkəməsi tərəfindən də həmin müddətlərin hansı səbəbdən iş stajına daxil edilməməsinin səbəbləri araşdırılmamış, onlara münasibət bildirilməmişdir. Halbuki, həmin müddətlərin nəzərə alınması iddiaçının pensiya kapitalının məbləğinə təsir edə bilər.

22. Bundan başqa, xx.xx.2006-cı il tarixə toplanmış pensiya kapitalının indeksləşdirilməsi ilə bağlı cavabdehin dəlilləri, o cümlədən istehlak qiymətləri indeksinin illik səviyyəsinə dair məlumatları apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmadan, qeyd-şərtsiz qəbul edilmişdir. Halbuki, apellyasiya instansiyası məhkəməsi iddiaçının xx.xx.2006-cı il tarixə toplanmış pensiya kapitalının indeksləşdirilməsi nəticəsində onun 60 yaşının tamam olduğu tarixə məbləğini Dövlət Statistika Komitəsinin rəsmi internet səhifəsindəki (https://www.azstat.org/pr03101011/) məlumatlardan və “İstehlak qiymətləri indeksinin hesablanmasına dair kalkulyator”dan istifadə etməklə dəqiqliklə hesablaya və cavabdehin məlumatı ilə müqayisə etməklə qiymətləndirə, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının illər üzrə indeksləşdirilməsinin düzgün icra olunub-olunmadığını müəyyən edə bilərdi.

23. Bu cür araşdırma həm də ona görə zəruri idi ki, apellyasiya instansiyası məhkəməsi cavabdehə göndərdiyi 27 yanvar 2023-cü il tarixli, 2-1(107)-40 2023 №-li sorğuda xx.xx.2006-cı il tarixədək və həmin tarixdən xx.xx.2021-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının həmin illər üzrə indeksləşdirmə əmsalları göstərilməklə (açıqlama cədvəli əlavə edilməklə) ətraflı məlumatın verilməsini tələb etsə də, cavab məktubunda belə bir ətraflı açıqlama cədvəli əks olunmamış, cavabdeh əvvəlki mövqeyini təkrarlamaqla kifayətlənmiş, apellyasiya instansiyası məhkəməsi də cavabdehin həmin cavabda əks olunmuş dəlillərini tam və hərtərəfli araşdırm adan və digər sübutlarla birgə qiymətləndirmədən qəbul etmişdir.

24. Beləliklə, İPM-nin 12.1, 58.7 və 82-ci maddələrinin tələbləri apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmamışdır.

25. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iş təkrar baxılması və həmin normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir.

26. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və iş həmin normaların tələbələrinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın təmin edilməsi tələbinə aid hissədə təmin oluna bilməz.

27. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALD İ Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 aprel 2023-cü il tarixli, 2- 1(107)-40/2023 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Kassasiya şikayəti qalan hissədə təmin edilmir. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar