Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2003/2024 07.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Məmmədsadiq qızı cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: şikayətin əsaslandırılmaması, oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu; şikayət üzrə kassasiyanın mümkün sayılmaması). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı Məmmədsadiq qızının cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “ünvan 1 ünvanında yerləşən “A vant Park” yaşayış kompleksinin 2-ci binasında, 2-ci blok, 11-ci mərtəbə, 4 nömrəli, 1 otaqlı mənzilə görə qaytarılacaq olan ƏDV-nin yekun məbləği barədə məlumatın müvəkkil banka (ABB-nin baş ofisi (Müştəri Xidmətləri Departamenti)) ötürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və xx.xx.2023-cü il tarixdə qəbul edilmiş **********283000 nömrəli imtina qərarının ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 mart 2024-cü il tarixli, 2-1(103)-1795/2024 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən “ Avant Park” yaşayış kompleksinin 2-ci binasında, 2ci blok, 11-ci mərtəbə, 4 nömrəli, 1 otaqlı mənzilə görə qaytarılacaq olan ƏDV-nin yekun məbləği barədə məlumatın müvəkkil banka (ABB-nin baş ofisi (Müştəri Xidmətləri Departamenti)) ötürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və xx.xx.2023-cü il tarixdə qəbul edilmiş **********283000 nömrəli imtina qərarının ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
2. İddiaçı ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhərində qeydiyyatda olduğu üçün inzibati işin baxılması üçün aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmişdir.
3. Bakı İnzibati Məhkəməsinin (hakim: G.A.Sevdimalıyeva) 29 dekabr 2023-cü il tarixli 2-1(112)-17524/2023 nömrəli qərardadı ilə inzibati iş baxılması üçün aidi yyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir.
4. Birinci instansiya məhkəməsinin 29 dekabr 2023-cü il tarixli 2-1(112)-17524/2023 nömrəli qərardadı 30 dekabr 2023-cü il tarixdə saat 09:19-da cavabdeh vergi orqanının Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetinə yerləşdirilməklə rəsmi qaydada çatdırılmışdır.
5. Cavabdeh vergi orqanı 18 yanvar 2024-cü il tarixdə qərardaddan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və işin baxılması üçün həmin məhkəməyə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
6. Cavabdeh vergi orqanı buraxılmış prosessual müddətin bərpası barədə ərizə ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət etmişdir.
7. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Ş.A.M əmmədova /sədrlik edən və məruzəçi/, C.A.Yusifov və P.A.Hüseynov) 29 mart 2024cü il tarixli, 2-1(103)-1795/2024 nömrəli qərardadı ilə cavabdeh tərəfindən verilmiş ərizə təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-ci il tarixli 2-1(112)17524/2023/2023 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti üzrə apelyasiya mümkün sayılmamış və apelyasiya şikayətinin qəbulundan imtina edilmişdir.
8. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
9. Məhkəmə kollegiyası hesab edir ki, İPM-in 94.2, 96.2-96.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şik ayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.
10. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və v ahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.
2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.
3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırıl malıdır.
4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.
5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.
11. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəmə si tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.
12. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsinin mövcud və aydın olması, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməsi və təcrübənin tərəflər üçün əlçatan və bəlli olması) mövcuddur. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda (o cümlədən, xx.xx.2022-ci il tarixli, 2-1(102)-100/2022 nömrəli, xx.xx.2022-ci il tarixli, 2-1(102)-256/ 2022 nömrəli qərarlarda) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, əgər iş materiallarına əsasən, inzibati məhkəmə icraatının iştirakçılarının qanunla nəzərdə tutulmuş müddəti ötürdüyü müəyyən edilərsə, müddətin üzrlü səbəblərdən ötürülməsi barədə sübutlar da təqdim edilməklə müddət bərpası barədə vəsatət (ərizə) verilməli, müddətin ötürülmədiyi iddia edilirsə, bu barədə müvafiq sübutlar təqdim edilməlidir. Qeyd edilən hərəkətlərin yerinə yetirilməməsi şikayətin qəbulundan imtina üçün əsasdır. Belə hallarda apellyasiyanın mümkün sayılmaması barədə apelyasiya instansiyası məhkəməsinin qərardadlarından verilmiş kassasiya şikayətləri də təmin edilmir.
13. Hazırki iş üzrə cavabdeh vergi orqanı buraxılmış prosessual müddətin bərpası barədə ərizə ilə Bakı Apellyasiya Məhkəməsinə müraci ət edərək bildirmişdir ki, birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı xx.xx.2024-cü il tarixdə EMİSnə yerləşdirilmişdir. Cavabdeh isə həmin qərardadı əldə edən kimi, dərhal apellyasiya şikayəti vermişdir. (apellyasiya şikayəti xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir).
14. Göründüyü kimi, cavabdeh vergi orqanı buraxılmış müddətin bərpası barədə ərizəsini əsaslandırmamış, müddətin hansı səbəblərdən buraxılmasına aydınlıq gətirməmiş, eləcə də, ondan asılı olmayan üzrlü səbəbdən vaxtında apelyasiya şikayəti verə bilmədiyinə dair sübutlar təqdim etməmişdir.
15. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilm işdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe ilə bağlı çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına, eləcə də cavabdeh kassasiya şikayəti verərkən vəkillə təmsil olunduğuna görə tərəflər üçün əlçatan və bəlli olmuşdur.
16. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tət biqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur.
17. Bundan başqa, iş üzrə İPM-in 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.
18. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 mart 2024-cü il tarixli, 21(103)-1795/2024 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.