Məhkəmə qərarları › İş №2-1(102)-2004/2019

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-2004/2019

27.05.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2004/2019 27.05.2019 ALİ MƏHKƏMƏ 2-1(102)-2004/19 Kasasiya şikayətinin mümkün sayılmaması barədə QƏRARDAD Bakı şəhəri 21 may 2019-cu il Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Zakir Quliyev cavabdeh Azərbaycan Respublikası iş üzrə cavabdeh Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin kasasiya şikayətini nəzərdən keçirərək müəyyən etdi: İddiaçı “xxxx” MMC cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə qarşı «səyyar vergi yoxlamasının nəticələri üzrə aktların ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Daha sonra iddiaçı iddianın dəyişdir ilməsi (dəqiqləşdirilməsi,) barədə əlavə ərizə təqdim edərək və iddia tələbinin “29 dekabr 2017-ci il və 6 mart 2018-ci il tarixli aktların, 27 aprel 2018-ci il tarixli qərarın ləğv edilməsi” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini (dəqiqləşdirilməsi) qəbul edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2066/2018 saylı, 15 may 2018-ci il tarixli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3271/2018 saylı, 26 oktyabr 2018-ci il tarixli qərardadı ilə iddia "29 dekabr 2017-ci il və 06 mart 2018-ci il tarixli aktların ləğv edilməsi hissəsində mümkün sayılmamışdır. Qərardaddan müəyyən edilmiş müddətdə şikayət verilməmişdir. Birinci in stansiya icraatı zamanı cavabdeh “iş üzrə icraatın dayandırılması” barədə vəsatət təqdim etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 09 yanvar 2019-cu il tarixli, 2-1(82)155/2019 saylı iş üzrə icraatın dayandırılması barədə qərardadı ilə vəsatətin təmin edilməməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərardadından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 09 yanvar 2019-cu il tarixli qərardadının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 mart 2019-cu il tarixli 2-1(103)-903/19 saylı qərardadı ilə cavabdehin apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 09 yanvar 2019-cu il tarixli qərardadının dəyişdirilmədən saxlanılmasıqərara a lınmışdır. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 mart 2019-cu il tarixli qərardadından narazı qalan cavabdeh həmin qərardaddan kasasiya şikayəti vermişdir. Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti mümkün sayılmamalı, onun qəbulundan imtina edilməlidir. Belə ki, icraatın dayandırılması Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 7-ci maddəsi ilə təmzimlənir. Göründüyü kimi, həmin maddədə işin icraatının dayandırılmaması barədə qərardaddan şikayət vermək hüququ göstərilməmişdir. Eyni zamanda qeyd edilməlidir ki, həmin Məcəllənin 83.1-ci maddəsinə görə şikayət inzibati-iqtisadi məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və müstəqil mübahisələndirilməsi bu Məcəllə ilə nəzərdə tutulmuş qərardadlardan verilə bilər. Yəni müstəqil qaydada mübahisə ləndirilən qərardadların növləri konkret olaraq göstərilmişdir. Həmin Məcəllənin 83.1-ci maddəsinə bu Məcəllə ilə müstəqil qaydada mübahisələndirilməsinə yol verilməyən qərardadlardan məhkəmənin yekun qərarı ilə birlikdə şikayət verilə bilər. Bu da onu qeyd etməyə əsas verir ki, tərəf yekun məhkəmə qərarı qəbul edildikdən sonra həmin qərardan şikayət verdikdə müstəqil mübahisələndirməyən qərardaddan birlikdə şikayət verə bilər. Beləliklə, qanunvericiliyin tələblərindən göründüyü kimi apelyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş yalnız elə qərardadlardan kasasiya şikayəti verilə bilər ki, Məcəllədə həmin qərardadın kasasiya qaydasında müstəqil mübahisələndirilməsi imkanı birbaşa təsbit edilmiş olsun. Buna görə də cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti mümkün sayılmamal ı, onun qəbulundan imtina edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 7, 83.1, 83.2-ci maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin kasasiya şikayəti mümkün sayılmasın və onun icraata qəbulundan imtina edilsin. Ali Məhkəmənin hakimi Zakir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar