Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2004/2021 16.11.2021 ALİ MƏHKƏMƏ İddiaçı Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə (Açar sözlər: texniki şərtin verilməsi; Ali Məhkəmənin göstərişlərinin icra olunmaması; ekspert rəyi ilə razılaşmayan məhkəmənin bu mövqeyini əsaslandırmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi ilə, tərəflərin iştirakı olmadan, İddiaçı MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı “yeni texniki şərtin verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06.04.2021-ci il tarixli, 2-1( 103)-118/2021 nömrəli qərar və qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı Şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının 03.11.2016-cı il tarixli, 208 saylı sərəncamına əsasən İddiaçı MMC-yə Ş.Əzizbəyov, S.Vurğun, Mərdanov Qardaşları və S.Əsgərova küçələrinin kəsişməsindəki məhəllədə yerləşən torpaq sahəsində mövcud yaşayış və qeyri-yaşayış bina və qurğuların sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında iddiaçının istifadəsinə verilmişdir.
2. İddiaçı 06.09.2018-ci il tarixli ərizə ilə cavabdehə müraciət edərək İddiaçı MMC tərəfindən inşa edilən Bakı şəhəri, Nəsimi rayonu, Səmə d Vurğun, Şamil Əzizbəyov, Salatın Əsgərova və Mərdanov qardaşları küçələrinin kəsişməsindəki məhəllədə yerləşən ərazidəki yaşayış kompleksinə (330 mənzilli, 7 girişli, 4 binaya) 1800 kilovat saatlıq gücə texniki şərtin verilməsini xahiş etmişdir.
3. Cavabdeh "xxxx" ASC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun, Şamil Əzizbəyov, Salatın Əsgərova və Mərdanov qardaşları küçələrinin kəsişməsində yerləşən yüksəkmərtəbəli yaşayış binasının elektrik qurğularının ETŞ-yə qoşulması üçün 08.10.2018-ci il tarixli TX-18/0933 nömrəli “Texniki şərt” verilmişdir və həmin “Texniki şərt”də 35/16 kV-luq 117 saylı yarımstansiyasının 910 saylı transformator məntəqəsinin 35 kv-luq paylayıcı qurğusu rekonstruksiya edilərək (2 ədəd yuva) müvafiq avadanlıqlar quraşdırılması və İddiaçı MMC tərəfindən tik iləcək yeni transformator məntəqəsi həmin 1910 saylı transformator məntəqəsindən qidalanması nəzərdə tutulmuşdur.
4. Bundan sonra iddiaçı 23.10.2018-ci il, 14.11.2018-ci il və 22.11.2018-ci il tarixli ərizələrlə cavabdeh orqana müraciət etmiş, "xxxx" ASC tərəfindən İddiaçı MMC-yə verilən 08.10.2018-ci il tarixli TX-18/0933 saylı texniki şərtin dəyişdirilərək, İddiaçı MMC-yə 117 saylı yarımstansiyanın 6/04 kilovoltluq PQ-dən 6 kilovoltluq kabel xətti çəkilməklə elektrik enerjisi ilə təmin olunmasına dair yeni texniki şərtin verilməsini xahiş etmişdir.
5. Cavabdeh 17.12.2018-ci il tarixli məktubla bildirmişdir ki, İddiaçı MMC tərəfindən "xxxx" ASC-yə daxil olmuş rəsmi müraciətə əsasən hündürmərtəbəli binaların elektrik təchizatı ilə təmin olunması üçün Azərbaycan Respublikası Nazirlər Kabine tinin 27.08.2013-cü il tarixli, 234 saylı Qərarı ilə təsdiq edilmiş “İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları”nın 2.5-ci bəndinə əsasən "xxxx" ASC tərəfindən 08.10.2018-ci il tarixli, TX18/0933 saylı “Texniki Şərt” hazırlanaraq sifarişçiyə təqdim edilmişdir. Həmin Qaydaların 2.31-ci bəndinə əsasən tikinti obyektlərinin inşası üçün quraşdırılmış müvəqqəti enerji mənbəyinə digər istifadəçilərin qoşulması qəti qadağandır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı MMC cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən "xxxx" MMC-yə verilən 08 oktyabr 2018-ci il tarixli TX-18/0933 saylı texniki şərtin bəzi bəndlərinin dəyişdirilməsi, yol verilmiş nöqsanların aradan qaldırılması, İddiaçı MMC-yə 117 saylı yarımstansiyanın 52 saylı transformator məntəqəsindən 6/04 kV-luq PQ-dən 6 kV-luq kabel xətti çəkilməklə elektrik enerjisi ilə təmin olunması barədə yeni texniki şərtin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 86 saylı, 25.02.2016-cı il tarixli qərarına və Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının 208 saylı, 03.11.2016-cı il tarixli sərəncamına əsasən Bak ı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun, Şamil Əzizbəyov, Salatın Əsgərova və Mərdanov qardaşları küçələrinin kəsişməsindəki məhəllədə yerləşən torpaq sahəsində mövcud yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin sökülərək, yerində yeni binaların tikintisi cəmiyyətə həvalə edilmişdir. Tərəflərindən yuxarıda qeyd olunan ərazidə iki ədəd çoxmənzilli, hündürmərtəbəli yaşayış binası və yüzlərlə fərdi yaşayış evi sökülərək, ərazidə 7 girişli 4 ədəd çoxmənzilli yaşayış evinin inşasına başlanılmışdır. Hal-hazırda inşaat işləri davam etməkdədir. Onlar bir neçə dəfə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyinə şifahi və yazılı müraciətlər edib, tikinti komplekslərinə texniki şərtin verilməsini xahiş etsələr də, lakin onların müraciətlərinə cavab verilmədiyinə görə, müvafiq dövlət orqanlarına m üraciətlər etməli olmuşlar. Çoxsaylı şikayətlərindən sonra "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən "xxxx" MMC-yə 08.10.2018-ci il tarixli, TX18/0933 saylı texniki şərt verilmişdir. Lakin "xxxx" Açıq Səhmdar Cəmiyyəti məhz onlardan şikayətlər etdikləri üçün bilərəkdən yaxın məsafədə yerləşən transformator məntəqəsindən yox, qərəzli olaraq tamamilə əks istiqamətdə yerləşən transformator məntəqəsindən elektrik enerjisi ilə təchiz olunmalarına dair, heç bir əsası olmayan bir texniki şərt onlara təqdim edilmişdir. 8. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24.07.2019-cu il tarixli, 2-1(81)1278/2019 nömrəli qərarı ilə (hakim Şəhla Süleymanova) iddia təmin edilmiş, "xxxx" ASC tərəfindən "xxxx" MMC-yə verilən 08.10.2018-ci il tarixli TX-18/0933 saylı texniki şərtin bəzi bəndlərinin dəyişdiril məsi, yol verilmiş nöqsanların aradan qaldırılması, İddiaçı MMCyə 117 saylı yarımstansiyanın 52 saylı Transformator Məntəqəsindən 6/04 Kv-luq PQ-dən 6 Kv-luq kabel xətti çəkilməklə elektrik enerjisi ilə təmin olunması barədə yeni texniki şərtin verilməsi öhdəliyi "xxxx" ASC-yə həvalə edilmiş, ekspertiza tədqiqatının dəyəri 100 manat İPM-in 110.1-ci maddəsinə əsasən İddiaçı MMC-dən dövlət büdcəsinin xeyrinə tutulması qərara alınmışdır.
9. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəf Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələləri Tənzimləmə Agentliyinə də hazırkı mübahisə ilə bağlı müraciət etmiş və həmin Agentlik tərəfindən şikayətləri əsasında araşdırma aparılmış, araşdırma zamanı müəyyən edilmişdir ki, cavabdeh olan "xxxx" ASC tərəfindən kobud qanun pozuntusuna yol verilərək İd diaçı MMC-yə texniki şərti agentliklə razılaşdırmadan vermişdir.
10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti vermişdir. b. Apellyasiya instansiyası məhkəməsində birinci icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 05.12.2019-cu il tarixli, 2-1(103)-2435/2019 saylı qərarı ilə (sədrlik edən Ülvi Mayılov, hakimlər Mirzə Tağızadə, Valeh Ağayev) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1278/2019 saylı, 24.07.2019-cu il tarixli qərarı ləğv edilmiş, iddia təmin edilməmişdir.
12. Məhkəmə qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qərarı qeyrimüəyyən olmaqla, texniki şərtdə konkret olaraq hansı bəndlərin hansı məzmunda dəyişdirilməsi və aradan qaldırılması tələb olunan konkret hansı nöqsanlara yol verilməsi əsaslandırılmamışdır. Texniki şərt verilərkən əsas meyar kimi lazımi gücə malik enerji mənbəyindən istifadə olunması nəzərdə tutulduğundan, iddiaçıya verilən texniki şərtdə onun üçün tələb olunan gücü (1800 kvt) təmin edə biləcək 1910 saylı transformator məntəqəsindən elektrik enerjisi ilə təchiz olunması nəzərdə tutulmuşdur. Həmçinin, iddiaçının iddia etdiyi 117 saylı yarımstansiyanın əhatə zonasında yerləşən iri enerji tutumlu obyektlər yarımstansiyanın 35 kV-luq Paylayıcı Qurğudan elektrik enerjisi ilə təmin olunur və şəbəkənin 6 kV gərginlik sinfindən 35 kV-a keçirilməsi elektrik enerjisi itkilərin azaldılmasına, şəbəkənin yükgötürmə qabiliyyətinin yüksəldilməsinə gətirib çıxara bilər.
13. İddiaçı həmin qərardan kassasiya şikayəti vermişdir. c. Kassasiya inst ansiyası məhkəməsində birinci icraat
14. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 17.06.2020ci il tarixli, 2-1(102)-831/2020 saylı qərarına əsasən (sədrlik edən Zakir Quliyev, hakimlər Əhməd Əhmədov və İspəndiyar Şəfiyev) iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 05.12.2019-cu il tarixli, 2-1(103)-2435/2019 saylı qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
15. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi qənaət sözügedən iki elektrik transformatorun yüklüyü barədə, həmçinin onların texniki imkanları, enerji gücü, itkiləri haqqında hər hansı bir peşəkar ekspert rəyinə əsaslanmamışdır, halbuki burada xüsusi biliyə malik olan ekspertin təkrar olaraq dəvət edilməsi mütləqdir. ç. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06.04.2021-ci il tarixli 21(103)-118/2021 saylı qərardadına əsasən (sədrlik edən Elmira Nağıyeva, hakimlər Namiq Cəfərov və Vidadi Məmmədov) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24.07.2019-cu il tarixli, 2-1(81)-1278/2019 nömrəli qərarı ləğv edilmiş, İddiaçı MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı iddia tələbi – "xxxx" MMC-yə verilən 08.10.2018-ci il tarixli TX-18/0933 saylı texniki şərtin bəzi bəndlərinin dəyişdirilməsi, yol verilmiş nöqsanların aradan qaldırılması öhdəliyinin cavabdehə həvalə edilməsi” hissəsində mümkün sayılmamışdır.
17. Məhkəmə qeyd etmişdir ki, iddia tələbi nin bu hissəsi qeyri-müəyyəndir. Məhkəmə iddiaçıya yardım edərək iddia tələbinin dəqiqləşdirilməsini təklif etsə də, bununla bağlı ərizə məhkəməyə təqdim olunmamışdır. Həmçinin, iddiaçının iddia tələblərindən biri yeni texniki şərtin verilməsinin cavabdehin üzərinə qoyulması barədə tələbidir ki, bu iki tələb bir-birilə uzlaşmır.
18. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06.04.2021-ci il tarixli 21(103)-118/2021 saylı qərarına əsasən (sədrlik edən Elmira Nağıyeva, hakimlər Namiq Cəfərov və Vidadi Məmmədov) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24.07.2019-cu il tarixli, 2-1(81)-1278/2019 nömrəli qərarı ləğv edilmiş, iddia tələbi rədd edilmişdir.
19. Məhkəmə qeyd etmişdir ki, 52 saylı TM-in 6 kV-luq PQ-da, 117 saylı YS-nın i stər 6 kV-luq, istərsə də 35 kV-luq PQ-da nə ehtiyat güc, nə də ehtiyat yuva olmadığını, eyni zamanda yeni yuvaların quraşdırılması üçün yer olmadığından, həmçinin, 117 saylı yarımstansiyanın əhatə zonasına yerləşən iri enerji tutumlu obyektlər yarımstansiyanın 35 kV-luq Paylayıcı Qurğudan elektrik enerjisi ilə təmin olunduğundan və şəbəkənin 6 kV gərginlik sinifindən 35 kV-a keçirilməsi elektrik enerjisi itkilərin azaldılmasına, şəbəkənin yükötürmə qabiliyyətinin yüksəldilməsinə gətirib çıxaracağından hazırkı iddia tələbi təmin edilməməlidir.
20. Məhkəmənin adıçəkilən qərar və qərardadı 04.06.2021-ci il tarixində iddiaçıya təqdim edilmişdir.
21. İddiaçı 09.06.2021-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06.04.2021-ci il tarixli, 2-1 (103)-118/2021 nömrəli qərardadının ləğv edilməsini, İddiaçı MMC-nin cavabdehə "xxxx" ASC-yə qarşı iddia tələbinin – “cavabdeh tərəfindən İddiaçı MMC-yə verilən 08.10.2018-ci il tarixli TX-18/0933 saylı texniki şərtin bəzi bəndlərinin dəyişdirilməsi, yol verilmiş nöqsanların aradan qaldırılması öhdəliyinin cavabdehə həvalə edilməsi” hissəsində mümkün sayılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
22. İddiaçı 17.06.2021-ci il tarixində digər kassasiya şikayətini məhkəməyə təqdim edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06.04.2021-ci il tarixli 21(103)-118/2021 saylı qərarının ləğv edilməsi, İddiaçı MMC-yə 117 saylı yarımstansiyanın 52 saylı Transformator Məntəqəsindən 6/04 kV-luq PQ-dən 6 kV-luq kabel xətti çəkilməklə elektrik enerjisi ilə təmin olunması barədə yeni texniki şərtin verilməsi öhdəliyinin cavabdeh "xxxx" ASC-yə həvalə edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
23. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində qeyd olunanlar təşkil edir. Şikayətdə əlavə olaraq göstərilmişdir ki, iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəmə tərəfindən iddiaçıya yardım edilməmiş, bununla da İPM-in 13-cü maddəsinin tələblərini pozmuşdur. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi iddia tələbini qismən mümkün saymamaqla iddiaçının öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirməyi məhdudlaşdıraraq İPM-in 11.2-ci maddəsini, işin hallarının araşdı rılması prinsipinə əməl etməyərək İPM-in 12.1 və 12.2-ci maddələrinin tələblərini pozmuşdur.
24. İddianın mahiyyəti ilə bağlı isə qeyd edilmişdir ki, məhkəmə öz qərarında ekspert rəyinə, onun bəndlərinə istinad etsə də, qeyd etdiklərinin tam əksinə olaraq qanunsuz və əsassız qərar qəbul etmişdir. Məhkəmə ekspert rəyini nəzərə almayaraq və qiymətləndirməyərək MPM-in 88, 97.1, 101.3-cü maddələrini pozmuşdur. Həmçinin, məhkəmə ekspert rəyini qəbul etməməklə, yəni “uzaq məsafədə yerləşən yarımstansiya və transformator məntəqəsindən elektrik enerjisinin verilməsi barədə texniki şərtin verilməsi şəhər təsərrüfatına, yol insfrastrukturuna və digər kommunikasiya xətlərinə ziyan vurulmasına gətirib çıxaracağı” barədə bəndini qəbul etməməklə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi nin 3.0.1-ci, 4.1-ci və 7-ci maddəsinin tələblərini pozmuşdur.
25. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi iş üzrə Ali Məhkəmənin hüquqi mövqeyini nəzərə almamış, təkrar ekspert dəvət etməmiş, Ali Məhkəmənin qərarında göstərilən məsələləri araşdırmamış, bununla da İPM-in 96.11-ci maddəsini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
27. İşə baxılmasının vaxtı və yeri haqda lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda da işə baxılmasın ın və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ
28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27.08.2013-cü il tarixli, 234 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması” Qaydalarının 1.12-ci bəndinə əsasən texniki şərtlər Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11ci maddəsi ilə müəyyən edilmiş tələblər və ərazi planlaşdırılma sənədləri nəzərə alınmaqla verilir.
29. Həmin Qaydaların 2.3-cü bəndinə əsasən texniki şərtlər almaq (tələb edilən gücdən asılı olmayaraq) üçün sifarişçi tikinti obyektinin yerləşdiyi əraziyə xidmət edən enerjitəchizatı müəssisəsinə ərizə ilə müraciət etməli dir. Həmin enerjitəchizatı müəssisəsi sifarişçinin tikinti obyektinin yerləşdiyi əraziyə ən yaxın məsafədə olan lazımi gücə malik enerji mənbəyini müəyyən etməli və texniki şərtlər verməlidir.
30. Həmin Qaydaların 2.4-cü bəndinə əsasən ən yaxın məsafədə müəyyən edilən enerji mənbəyi digər ETM-in xidmət etdiyi ərazidə olarsa, texniki şərtlər almaq üçün müraciət edilən ETM bu müraciəti texniki şərtlər verilməsi üçün dərhal həmin ETM-ə göndərir və bu barədə sifarişçiyə məlumat verir.
31. Həmin Qaydaların 2.22-ci bəndinə əsasən ETM texniki şərtlərin hazırlanması məqsədi ilə elektrik qurğularının gücü 800 kVt-dan yuxarı olan sifarişçinin ərizəsini və ya tikintiyə icazə verən orqandan (qurumdan) ETM-ə daxil olan sorğunu, habelə təqdim edilmiş sənədləri ərizənin daxil olduğu gündən 3 (üç) iş günü müddətində dövlət elektroenergetika müəssisəsinə göndərir. Dövlət elektroenergetika müəssisəsi enerji təchizatı müəssisəsi ilə güc həddini ərizə alındığı gündən 10 (on) iş günü müddətində razılaşdırmalıdır.
32. Həmin Qaydaların 2.24-cü bəndinə əsasən sifarişçi aktiv istehlakçı olduqda, texniki şərtlər bu obyektin tikintisi üçün ixtisaslaşdırılmış institutlar tərəfindən hazırlanmış X1 tələbləri nəzərə alınmaqla verilir.
33. Həmin Qaydaların 2.27-ci bəndinə əsasən qoşulma nöqtəsi aşağıdakı yerlərdə olmalıdır: 2.27.1. yaşayış binasında olan mənzillər üçün yaşayış binasının həmin mənzillərin yerləşdiyi mərtəbədə ümumi istifadədə olan sahəsində quraşdırılmış lövhədə; 2.27.2. yaşayış binasının daxilində yerləşən qeyri-yaşayış sahələri üçün yaşayış binasının ümumi istifadədə olan sahəsində quraş dırılmış lövhədə; 2.27.3. tikinti obyektləri üçün ən yaxın məsafədə yerləşən gücə malik olan yarımstansiyada, transformator məntəqəsində, elektrik xəttində (mövcud güc imkan verərsə).
34. Həmin Qaydaların 3.2-1-ci bəndinə əsasən X2 Agentliyi tərəfindən 150 kVt-dan yuxarı elektrik qurğularının istismarına buraxılış aktı vermək üçün texniki baxış sifarişçilərin təqdim etdiyi aşağıdakı sənədlər əsasında keçirilir: 3.2-1.1. ETM-in və ya dövlət elektroenergetika müəssisəsinin verdiyi texniki şərtlər; 3.2-1.2. X2 Agentliyi və ETM ilə razılaşdırılmış enerji təchizatı layihəsi; (-)
35. Şəhərsalma və Tikinti Məcəlləsinin 11.2-ci maddəsinə əsasən müfəssəl planın tətbiqi dairəsindən və bu Məcəllənin 11.1-ci maddəsində nəzərdə tutulmuş mənada tikintilərin mövcud olduğu ərazinin hüdudlarından kənarda t ikinti obyektinin inşasına yalnız onun müvafiq ərazidə infrastruktur və mühəndis-kommunikasiya təminatının mümkün olduğu (mümkünlüyünün kifayət qədər əsaslandırıldığı) və həmin tikinti obyektinin aşağıdakı məqsədlər üçün nəzərdə tutulduğu hallarda yol verilir: (-) 11.2.3. rabitə, elektrik enerjisi, qaz, su, istilik, kanalizasiya təchizatının və ya müvafiq ərazi ilə bağlılığı olan sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün; (-)
36. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
37. Həmin Məcəllənin 12. 2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.
38. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
39. Həmin Məcəllənin 96.5-ci maddəsinə əsasən şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə.
40. Həmin Məcəllənin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir.
41. Həmin Məcəllənin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
42. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
43. Həmin Məcəllənin 29-1-ci maddəsinə əsasən İnzibati məhkəmə icraatında m əhkəmə ekspertizası ilə bağlı məsələlərin tənzimlənməsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəaları tətbiq olunur.
44. Mülki Prosessual Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
45. Həmin Məcəllənin 103.2-ci maddəsinə əsasən ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
46. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
47. Apellyasiya instansiya məhkəməsinin qərar və qərardad ı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktlarının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
48. Məhkəmə kollegiyası kassasiya şikayətinin Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06.04.2021-ci il tarixli 2-1(103)-118/2021 saylı qərardadı ilə bağlı dəlillərini əsassız hesab edir.
49. Belə ki, kassator ona iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəmə tərəfindən məlumat verilmədiyini bildirsə də, iş materiallarına əlavə olunmuş 22.10.2020-ci il tarixli məhkəmə bildirişindən (2-ci cild, iş v.73) görünür ki, İPM-in 13-cü maddəsinə əsasən iddiaçıya iddia tələbinin dəqiqləşdirilməsi təklif edilmişdir.
50. Buna baxmayaraq, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim etməmiş dir. Belə olan halda, iddia tələbinin “cavabdeh tərəfindən İddiaçı MMC-yə verilən 08.10.2018-ci il tarixli TX-18/0933 saylı texniki şərtin bəzi bəndlərinin dəyişdirilməsi, yol verilmiş nöqsanların aradan qaldırılması” hissəsi qeyri-müəyyən olaraq qalır. Odur ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddia tələbini bu hissədə mümkün hesab etməmişdir.
51. İddia tələbinin qalan hissəsinə münasibətdə isə apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının tətbiqində səhvə yol verilmişdir.
52. Belə ki, iş üzrə Ali Məhkəmənin İnzibati Kollegiyasının 17.06.2020-ci il tarixli 21(102)-831/2020 nömrəli qərarında qeyd edilmişdir ki, “Apelyasiya məhkəməsinin qənaə tinə görə iddiaçının iddia etdiyi 117 saylı yarımstansiyanın əhatə zonasına yerləşən iri enerji tutumlu obyektlər («X» ticarət mərkəzi, «X1» şirkətinin yaşayış binaları, 1910 saylı TM-dən elektrik enerjisi ilə təmin olunan yaşayış binaları) yarımstansiyanın 35 kV-luq Paylayıcı Qurğudan elektrik enerjisi ilə təmin olunur və şəbəkənin 6 kV gərginlik sinfindən 35 kV-a keçirilməsi elektrik enerjisi itkilərin azaldılmasına, şəbəkənin yükötürmə qabiliyyətinin yüksəldilməsinə gətirib çıxara bilər. Lakin apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu qənaət hər hansı bir peşəkar ekspert rəyinə, xüsusən də sözügedən iki elektrik transformatorun yüklüyü barədə, həmiçinin onların texniki imkanları, enerji gücü, itkiləri haqqında əsaslamamışdır, halbuki burada xüsusi biliyə malik olan ekspertin təkra r olaraq dəvət edilməsi mütləqdir”.
53. İşə təkrar baxan apellyasiya instansiyası məhkəməsi təkrar ekspertiza keçirilməsini təmin etməmiş, iki elektrik transformatorunun yüklüyü, onların texniki imkanları barədə əsaslı nəticəyə gəlmək üçün təkrarən xüsusi biliyə malik ekspert dəvət etməmiş, Ali Məhkəmənin qeyd edilən göstərişlərini icra etməmişdir.
54. İPM-in 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburi olduğundan, həmin göstərişlərin icra edilməməsi apellyasiya instansiyası məhkəməsinin ləğv edilməsi üçün əsasdır.
55. Eyni zamanda, apellyasiya instansiyası məhkəməsi yuxarıda göstərilən istiqamətdə araşdırma aparmayaraq hazırkı qərarın 36-38-ci bəndlərində göstərilən prosessual normaların tələblərini də pozmuşdur. Belə ki, işin qeyd edilən halları mübahisənin həlli üçün mühüm əhəmiyyət kəsb etdiyindən tərəflərin bildirməsindən asılı olmayaraq həmin halları araşdırmaq, zəruri sübutlar toplamaq məhkəmənin vəzifəsidir. Apellyasiya instansiyası məhkəməsi isə bu vəzifəsinə əməl etməmiş, bununla da prosessual pozuntuya yol vermişdir.
56. Bundan başqa, birinci instansiya məhkəməsinin istinad etdiyi 20.06.2019-cu il tarixli 7772 saylı məhkəmə mühəndis-texniki ekspertizasının rəyinə əsasən İddiaçı MMCyə məxsus hündürmərtəbəli yaşayış binalarının 52 nömrəli transformator məntəqəsindən elektrik enerjisi ilə təchiz edilməsinin texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi bu sübuta istinad edərək iddia tələbini təmin etmişdir.
57. Apellyasiya instansiyası məhkəmə si isə iddia tələbinin rədd edilməsi barədə qərar qəbul etsə də, yuxarıda göstərilən ekspert rəyi ilə razılaşmamasının səbəblərini qərarda göstərməmişdir. Hazırkı qərarın 44-45-ci bəndlərində göstərilən normaların məzmunundan aydın olur ki, ekspertin rəyi məhkəmə üçün məcburi olmasa da, ekspertin rəyi ilə məhkəmənin razılaşmaması qərarda əsaslandırılmalıdır. Apellyasiya instansiyası məhkəməsi isə öz qərarında ekspertin rəyi ilə razılaşmamasını əsaslandırmamış, bununla da göstərilən prosessual normaların tələblərini pozmuşdur.
58. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06.04.2021-ci il tarixli 2-1(103)-118/2021 saylı qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həm in məhkəməyə qaytarılmalıdır.
59. İşə təkrar baxan məhkəmə yuxarıda sadalanan pozuntuları aradan qaldırmalı, Ali Məhkəmənin göstərişlərini icra etməli, transformatorların texniki göstəricilərini dəqiq müəyyən etmək üçün təkrarən ekspert dəvət etməli, ekspert rəyi ilə razılaşmadıqda bunu qərarda əsaslandırmalıdır. Bundan başqa, məhkəmə hazırkı qərarın 28-35-ci bəndlərində göstərilən maddi hüquq normalarına uyğun olaraq mübahisəyə qiymət verməli, "xxxx" ASC tərəfindən İddiaçı MMC-yə verilmiş texniki şərtə dair Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələləri Tənzimləmə Agentliyinin razılığı olub-olmadığını müəyyən etməlidir.
60. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnz ibati Kollegiyasının 06.04.2021-ci il tarixli 21(103)-118/2021 saylı qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılsın. İddiaçının kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.