Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2005/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı1 və qeyrilərinin cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRAR Açar sözlər: sərbəst toplaşma azadlığı 16.07.2019 giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi ilə, İddiaçı1 və qeyrilərinin (bundan sonra iddiaçılar) cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə (bundan sonra cavabdeh) qarşı “sərbəst toplaşma azadlığına müdaxilənin qanunsuz sayılması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2 -1(103)-521/2019 saylı, 5 fevral 2019-cu il tarixli qərardadından iddiaçıların verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 16 iyul 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçılar 5 dekabr 2018-ci il tarixdə cavabdeh orqana müraciət edərək 15 dekabr 2018-ci il tarixdə saat 15:00-dan 17:00-dək 10 min nəfərin iştirakı ilə Yasamal rayonu ərazisində “Məhsul” stadionunda mitinq keçiriləcəyini və mitinqdə Qarabağla bağlı şüarlar səsləndiriləcəyini bildirmişlər. Cavabdeh müraciətə 10 dekabr 2018-ci il tarixli məktubla cavab verərək Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin ölkə daxilində beynəlxalq miqyasda ciddi iş aparmasına, Qarabağ məsələsi ilə bağ lı aparılan danışıqların şəffaf aparılmasına, bütün tədbirlərdə bu məsələlərin kütləvi informasiya vasitələri ilə işıqlandırılmasına istinadla 15 dekabr 2018-ci il tarixdə planlaşdırılan mitinqin keçirilməsinin məqsədəuyğun hesab edilməməsini bildirmişdir. İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 15 dekabr 2018-ci il tarixli mitinqin keçirilməsinə cavabdeh tərəfindən qadağa qoyulmasının qanunsuz hesab olunmasına və ləğv edilərək həmin tarixdə mitinq keçirilməsinə məhkəmə qərarı ilə icazə verilməsinə, bu qadağanın təşkilatçıların Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsində, “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun 1ci maddəsində, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 11-ci maddəsində təsbit olunmuş sərbəst toplaşma azadlığının pozuntusu kimi tanınmasına, cavabdehin xəbərdarlıq məktubuna cavab olaraq qəbul edilmiş qərarı deyil, “İnzibati icraat haqqında” Qanunun tələblərinə zidd olaraq məktub göndərməsi “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun 10-cu maddəsinin pozuntusu kimi tanınmasına, “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun 11-ci maddəsinin tələbinə uyğun olaraq iddiaya 2 gün müddətində baxılmasının təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişlər. İddia onunla əsaslandırılmışdır ki, mitinqin keçirilməsində məqsəd Qarabağın azad olunması səylərinə ictimai dəstəyi nümayiş etdirmək olmuşdur. Bundan başqa, bir müddət əvvəl, cari ilin sentyabrın 29-da oxşar mövzuda dinc mitinq keçirilmişdir və bu toplantı həm daxili, həm də beynəlxalq ictimaiyyətdə geniş rezonans yaratmış, torpaqların işğaldan azad olunması zərurətinə diqqəti artırmışdır. Təşəbbüs qrupunun təqdim etdiyi xəbərdarlığa cavabdehin verdiyi cavabdan göründüyü kimi cavabdeh toplantının keçirilməsi barədə qanunda nəzərdə tutulmuş “xəbərdarlıq” institutunu “icazə” institutu ilə əvəz etmişdir. Halbuki təşkilatçılar tərəfindən icra hakimiyyətinə müraciətin məqsədi icazə almaq yox, keçiriləcək mitinq barəsində onu xəbərdar etmək idi. Çünki belə bir icazənin alınması qanunvericilikdə nəzərdə tutulmamışdır. Təşkilatçıların müraciətinə bu cavab toplantının keçirilməsinin cavabdeh tərəfindən qadağan edilməsi kimi qiymətləndirilməlidir. Cavabdeh orqanın bu qadağası qanuna zidd və əsassız hesab edilməlidir. Cavabdeh mitinqin keçirilməsinə bu formada müdaxilə etməklə Azərbaycan Respublikasının qanunvericiliy ində təsbit olunmuş insan hüquqlarının, xüsusən də, sərbəst toplaşmaq azadlığının pozuntusuna yol vermişdir. Belə ki, təşkil olunacaq toplantı dinc aksiya idi. Müvafiq orqanların qabaqcadan xəbərdar olunmaları bir daha bunu sübut edir. Təşkilatçıların dinc aksiyalarda iştirak etmək hüququ Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuşdur. İddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 11, 49cu, “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun 7, 10-cu maddələrinə istinad olunmuşdur. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X1, 2-1(81)-5091/18 saylı iş) 14 dekabr 2018-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Birinci instansiya məhkəməsi iddianı mümkün saymamasını onunla əsaslandırmışdır ki, hazırkı iddia İnzibati Prosessual Məcəl lənin 2.2.5 və 36.2-ci maddələri ilə təsbit edilmiş müəyyən etmə və ya tanınma haqqında iddia növünə aiddir. İnzibati Prosessual Məcəllənin 36.2-ci maddəsi elə inzibati aktların qanuna zidd olmasının müəyyənləşdirilməsinə aiddir ki, həmin inzibati aktlar artıq inzibati iddianın qaldırılmasından əvvəl başqa cür qüvvəsini itirməli və bununla da iddiaçı üçün daha heç bir hüquqi nəticə yaratmamalıdır. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində qeyd edilməlidir ki, inzibati akt qanunla müəyyən edilmiş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Göstərilənlərə əsasən, iddia mümkün sayılmamalıdır. 1 saylı Bakı İnzibati-iq tisadi Məhkəməsinin 14 dekabr 2018-ci il tarixli qərardadı ilə razılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X4məruzəçi, X3 və X5, 2-1(103)-521/2019 saylı iş) 5 fevral 2019-cu il tarixli qərardadla iddiaçıların apellyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlamışdır. İddiaçılar 15 aprel 2019-cu il tarixdə kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi və işin yenidən araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi, cavabdeh orqanın 15 dekabr 2018-ci il tarixli mitinqin təşkilatçılarının təqdim etdikləri xəbərdarlıqda göstərilən toplantının keçirilməsinə icazə verilməməsinin təşkilatçıların Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsində, “Sərbəst toplaşmaq azadlığı haqqında” Q anunun 1-ci maddəsində, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 11-ci maddəsində təsbit olunmuş sərbəst toplaşma azadlığının pozuntusu kimi tanınmasını xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Məhkəmə qərardadın hüquqi əsaslarını dəqiq göstərməmiş, ümumi ifadələr ilə kifayətlənmişdir. Bu ifadələrdə iddia növləri sadalanır. Buradan belə bir nəticəyə gəlmək olar ki, məhkəmənin mövqeyinə görə iddiaçılar iddianın növünün seçimində səhvə yol vermişlər. İddiaçılar məhkəmənin bu mövqeyi ilə razılaşmırlar. Hətta iddiaçılar iddia növünün seçimində səhvə yol veriblər, bu hal iddianın mümkünsüz sayılması üçün əsas ola bilməzdi. Şikayətin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 49-cu,İnzibati Prosessual Məcəllənin 13-cü, İnzibati məhkəmə icr aatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarın 4.2, 5.1, 5.2, 5.3-cü, “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun 3-cü maddələrinə istinad olunmuşdur. əsaslandırma hissəsi: İddiaçılar və cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamasına baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlar məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onların iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). İddiaçıların kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində (İPM-in 94.1-ci maddəsi) verilmiş dir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. İddiaçılar iddia ərizəsində 15 dekabr 2018-ci il tarixdə saat 15.00-dan 17.00-dək Ermənistan tərəfindən işğal olunmuş torpaqların azad edilməsi məsələsinə həsr edilən mitinq keçirilməsini planlaşdırdıqları barədə 5 dekabr 2018-ci il tarixdə cavabdehə rəsmi xəbərdarlıq göndərdiklərini, lakin cavabdehin Avropa İnsan Hüquqları Konvensiyasının 11ci maddəsinin, Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsinin və “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun 7 və 10-cu maddələrinin tələblərinə əməl etməyərək hər kəsin di nc toplaşmaq azadlıq hüququnu pozduğunu bildirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişlər. İddiaçılar cavabdehə ünvanladıqları 5 dekabr 2018-ci il tarixli müraciətlərində Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərinin Ermənistanın işğalı altında qalmasına etiraz etmək və torpaqların azadlığı işinə ictimai dəstəyi nümayiş etdirmək üçün dekabr ayının 15-də saat 15.00-dan 17.00-dək Yasamal rayonunda “Məhsul” stadionunda mitinq keçirilməsinin nəzərdə tutulduğunu bildirmişlər. Mitinqin keçirilməsi üçün şəraitin yaradılması və təhlükəsizliyin təmin edilməsi cavabdehdən xahiş olunmuşdur. Cavabdeh 5 dekabr 2018-ci il tarixdə keçirilməsi planlaşdırılan yürüşün təşkilatçılarına ünvanladığı 10 dekabr 2018-ci il tarixli məktubda ölkə Prezidentinin respublikanın ərazi bütövlüyünün təmin olunm ası ilə bağlı ciddi iş aparıldığı, bu məsələlərin kütləvi informasiya vasitələri ilə işıqlandırıldığı qeyd olunaraq həmin tarixdə mitinqin keçirilməsinin məqsədəuyğun olmadığı bildirmişdir. İddiaçılar hesab edir ki, cavabdeh onların Avropa İnsan Hüquqları Konvensiyasının 11-ci maddəsi (yığıncaqlar və birləşmək azadlığı), Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsi (sərbəst toplaşmaq azadlığı) ilə müəyyən olunmuş hüquq və azadlıqlarını pozmuşdur. Cavabdeh mitinqin keçirilməsinə qadağa qoyulması səbəbini əsaslandırmamış, mitinqin keçirilmə yerinə müdaxilə etməklə onların sərbəst toplaşmaq azadlığının pozuntusuna yol vermişdir. Konstitusiyanın 49-cu maddəsinə görə hər kəsin başqaları ilə birlikdə sərbəst toplaşmaq azadlığı, mitinq keçirmək hüququ vardır. “Sərbəst toplaşmaq azadlığ ı haqqında” Qanunun 1-ci maddəsinə görə hər kəsin başqaları ilə birlikdə sərbəst toplaşmaq azadlığı Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr ilə təmin edilir. Həmin azadlığın həyata keçirilməsi və məhdudlaşdırılması bu Qanunla müəyyən edilir. Dövlət sərbəst toplaşmaq azadlığının həyata keçirilməsini təmin edir və bu Qanuna uyğun təşkil edilən toplantıların dinc və silahsız keçməsi üçün müvafiq tədbirlər görür. Birinci instansiya məhkəməsi tərəfindən 14 dekabr 2018-ci il tarixdə, apellyasiya məhkəməsi tərəfindən 5 fevral 2019-cu il tarixdə qərardad qəbul edilmişdir. İddia tələbində həm də mitinqin 15 dekabr 2018-ci il tarixdə keçirilməsinə icazə barədə olmuşdur. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azər baycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarında qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır (1.1-ci bənd).İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir (1.2-ci bənd).Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd).Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılma lı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd). İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. İddianın mümkünlüyü yoxlanılmadan iddianın əsaslılığı (yuxarıda sadalanan maddi hüquq normalarının pozulub-pozulmaması) araşdırıla bilməz. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. İddia yalnız o zaman mümkün sayılır ki, iddiaçı cavabdehin hərəkəti nəticəsində hüquq və qanunla qorunan maraqlarının pozulduğunu bildirsin. Bu şərt hər hansı şəxsin heç bir əsas olmadan başqalarının adından iddia qaldırmasının qarşısının alınmasına xidmət edir. Apellyasiya məhkəməsinin qərardadında qeyd edilmişdir ki, iddiaçılar müəyyən etmə və tanınma haqqında iddia ilə məhkəməyə müraciət etmişlər. İPM-in 36.1-ci maddəsinə görə müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər (36.2-ci maddə). Hazırkı halda iddiaçıların məhkəməyə müraciət edən zaman c avabdeh tərəfindən artıq icra edilmiş inzibati aktın qəbul edilməsi müəyyən edilməmişdir. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun mənasından da göründüyü kimi, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. İddia mümkünlük şərtlərinə cavab vermədiyindən ape llyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur. Kassasiya şikayətinin təmin olunması üçün əsaslar mövcud deyildir. Şikayət təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-521/2019 saylı, 5 fevral 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-2005/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2005/2019
16.07.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver