Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2005/2020 18.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və X1 ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2-1(103)-514/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1944-cü ildə doğulmuşdur və Bakı şəhərində yaşayır.
2. İddiaçıya məxsus hərbi biletində və əmək kitabçasında əksini tapmış məlumatlara əsasən o, 23.121968-xx.xx.1969-cu ilədək hərbi xidmətdə olmuş, xx.xx.1971-xx.xx.1976ci, xx.xx.1976-xx.xx.1996-cı illərdə Tikinti Sənayesi Nazirlyində 8 saylı trestin 1 saylı tikinti sahəsində qüllə kranı maşinisti, xx.xx.1996-xx.xx.1997-ci illərdə «Sənayetikintimexaniasiya» İTM-də qüllə kranı maşinisti, xx.xx.1997-xx.xx.2002-ci illərdə «xxxx» ASC-də qüllə kranı maşinisti, xx.xx.2004-xx.xx.2016-cı illərdə “xxxx” MMC-də qullə kranı maşinisti işləmişdir.
3. İddiaçıya xx.xx.2007-ci il tarixdə xx.xx.2006-cı il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı xx.xx.2018-ci il tarixdə cavabdehə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasını xahiş etmişdir.
4. Cavabdeh iddiaçının xahişini təmin etməkdən imtina etmiş və iddiaçıya xx.xx.2018-ci il tarixli məktubla cavab verərək bildirmişdir ki, onun xx.xx.2006-cı ilədək 34 il 1 ay 14 gün iş stajına malik olduğunu qəbul etmiş, lakin onun güzəştli arayışı olmadığından 1971-2004-cü ill ər üzrə iş stajının nəzərə alınmasını və ona güzəştli şərtlərlə pensiya təyin olunmasını mümkünsüz sayır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı 2018-ci il 16 avqust tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, onun xx.xx.1971-ci ildən xx.xx.2004-cü il tarixədək müxtəlif təşkilatlarda qaldırıcı qurğunu idarə edən (kran maşinisti) fəzifəsində işlədiyi illərin güzəştli sığorta stajı kimi nəzərə alınmaqla, xx.xx.1996-cı ildən - 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək təyin edilməsi və yaranacaq fərqin xx.xx.1996-cı ildən hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehin imtinasını qanunsuz və əsassız hesab edir. Onun 33 ildən artıq zərərli iş stajı vardır. 7. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-209/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə (hakim X.İmanov) iddia qismən təmin edilmiş, İddiaçı xx xxxxxxxx 1971-ci il tarixdən xx xxxxxx 2004-cü il tarixədək kran maşinisti peşəsində işlədiyi illər güzəştli iş stajı kimi nəzərə alınmaqla 57 yaşının tamam olduğu xx xxxxxx 2001-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və xx.xx.2006-cı ildən xx.xx.2006-cı ilədək ödənilməmiş əmək pensiyasının iddiaçıya ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.
8. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
9. Cavabdeh də qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Yuxarı instansiyası məhkəmələrindəki icraat
10. Bakı Apelyasiya Məhkəməsinin İİK-nın 2-1(103)-1596/2019 nömrəli, xx.xx.2019cu il tarixli qərarı ilə apelyasiya şikayətləri təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, xx.xx.1944-cü il təvəllüdlü iddiaçının 57 yaşının tamam olduğu xx.xx.2001-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmış olur. Həmin vaxt qüvvədə olan, «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 13-cü maddəsinin «b» bəndinə əsasən 2 №-li Siyahı üzrə göstəricilərdə çalışan şəxslər üçün 25 il ümumi, 12 il 6 ay xüsusi iş stajı olduquda, 57 yaşdan pensiya hüququnun yarandığı nəzərdə tutulurdu. Lakin iddiaçının çalışdığı kran maşinisti peşəsi həmin vaxt nə 1-ci, nə də 2-ci Siyahıda yer almadığından, qanunun həmin normasının iddiaçıya şamil edilməsi istisna olunur. Hazırkı mübahisəli hüquq münasibətlərinə «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci və 32.1-ci və Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin 7-ci maddələri tətbiq olunmaqla, iddiaçıya onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı xx.xx.2001-ci il tarixdən (57 yaşdan) təyin olunmalı, lakin ona pensiyanın hesablanıb ödənilməsi həmin qanunun müəyyən etdiyi hazırkı prosedur qaydalarına müvafiq olaraq müəyyənləşdirilməlidir. Həmin qərarla razılaşmayan iddiaçı və cavabdeh ayrı-ayrılıqda qərardan kassasiya şikayəti vermişlər.
11. Azə rbaycan Respublikası Ali Məhkəməsinin İİK-nın 2-1(102)-8542998/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərarı ilə (hakimlər X.Məmmədov, A.Hüseynov və R.Nəbizadə) iddiaçının kassasiya şikayəti qismən, cavabdehin kassasiya şikayəti təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İİK-nın xx.xx.2019-cu il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apelyasiya məhkəməsinin istinad etdiyi Azərbaycan Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın 1.1.2-ci bəndinə münasibətdə aşağıdakılar qeyd edilməlidir. Həqiqətən də Siyahının həmin bəndində müəyyən edilmi şdir ki, «Tikintidə, rekonstruksiyada, yenidən texniki təchizatda və əsaslı təmirdə: dağ-mədən yerlərində, metropolitenlərdə, yeraltı arxlarda, tunellərdə və s. yeraltı qurğularda yeraltı işlər») «a» (fəhlələr) bəndinin 12-ci yarımbəndində («kran maşinistləri») xüsusilə ağır iş şəraitinə aid olan peşələr sırasına aiddir. Lakin nəzərə almaq lazımdır ki, 1-ci bənd ümumən Dağ-mədən sahəsindəki peşələrə həsr edilmişdir və 1.1.2-ci bənd həmin 1-ci bəndin alt bəndidir. Bu isə o deməkdir ki, 1.1.2-ci bənddə nəzərdə tutulan peşələr məhz dağ-mədən sahəsindəki işlərə aiddir. Apelyasiya məhkəməsi isə iddiaçının işlədiyi krançı peşəsini 1.1.2-ci bəndə aid etsə də, onun həqiqətən dağ-mədən sahəsində işləməsi halını araşdırmamış və qiymətləndirməmişdir.
12. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiy asının 2-1(103)-514/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarı ilə (hakimlər M.Tağızadə, Ü.Mayılov, X.Cəmilova) iddiaçının kassasiya şikayəti təmin edilməmiş, cavabdehin apelyasiya şikayəti qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-209/2019 nömrəli xx xxxxxx 2019-cu il tarixli qərarı iddianın qismən təmin olunmuş - İddiaçı xx xxxxxxxx 1971ci il tarixdən xx xxxxxx 2004-cü il tarixədək kran maşinisti peşəsində işlədiyi illər güzəştli iş stajı kimi nəzərə alınmaqla 57 yaşının tamam olduğu xx xxxxxx 2001-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və xx.xx.2006-cı ildən xx.xx.2006-cı ilədək ödənilməmiş əmək pensiyasının iddiaçıya ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulması hissəsində ləğv edilməsi, iddianın həmin hissədə rədd edilməsi, qərarın qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.
13. İddiaçı həmin qərardan da kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. Kassasiya şikayətinin dəlilləri
14. Kassasiya şikayətinin dəlillərinə görə, iddiaçının 33 ildən artıq zərərli və ümumi iş stajı olduğu nəzərə alınmaqla ona 52 yaşdan güzəştli şərtlərə pensiya təyin edilməli idi. xx xxxxxx 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 1-ci abzasının “a” yarımbəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, də nizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan xx xxxx 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq olunmuş 1 nömrəli siyahı üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası yuxarıda göstərilənləri nəzərə almamış və tam qanunsuz qərar qəbul etmişdir. b. Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Cavabdehin vəkili kassasiya şikayətinin təmin olunmamasını xahiş etdi.
16. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı tərəf məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə iddiaçı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesa b etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ
17. Azərbaycan Respublikasının Konstitusiyası Maddə
38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır.... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
17. «Əmək pensiyaları haqqında» Qanun Bu Qanun Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemini müəyyən edir. Maddə
3. Əmək pensiyası təminatı hüququ 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə
7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci ilin iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istsisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci ilin iyulun 1-dən başlaya raq 2021-ci ilin 1-dək, qadınların yaş həddi 2017-ci ilin iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə
9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.... Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Maddə
30. Əmək pensiyasını təyin edən orqan 30.1. Əmək pensiyası şəxsin (ərizəçinin) daimi yaşadığı yer, qaçqın və məcburi küçkünlərə isə məskunlaşdıqları yer üzrə məcburi dövlət sosial sığortası, pensiyalar və pensiyalara əlavələr sahəsində idarəetməni hayata keşirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir. 18. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanun Maddə
13. Əmək şəraitinə görə pensiyalar. Axırıncı iş yerindən asılı olmayaraq əmək şaraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa (xx.xx.1997-ci il tarixədək qüvvədə olan redaksiya); b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin v ə göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa. xx.xx.1997-ci il 321-İQD saylı Qanunla 13-cü maddəyə edilən dəyişikliyə əsasən, qeyd olunan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1dək hər il 6 ay artırılmışdır. 19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları Əlavə
2. «Əmək pensiyaları təyin olunması üçün zəruri olan sənədlərin Siyahısı»... 2.4.1-ci bənd. «Əmək pensiyaları haqqında» Qanunun 9-cu maddəsinə əsasən, yaşa görə pensiya təyin e dilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim olunur.
20. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. Belə ki, iddia tələbinin hüquqi əsasını təşkil edən “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin təhlilindən göründüyü kimi o kişilərə güzəştli şərtlərlə əmək pensiyası təyin edilə bilər ki: 57 yaşına çatmış olsun; bu şəxs xx.xx.2006-cı il tarixə azı 25 il sığorta stajına malik olsun; bu müddətin azı 12 il 6 ayını istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısında göstərilən yeraltı işlərdə, incəsənət in xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləmiş olsun.
24. Əgər bu şərtlərdən hər hansı biri mövcud olmazsa, qeyd olunan qanun normasına əsasən şəxsə güzəştli şərtlərlə əmək pensiyası təyin olunması mümkün olmayacaqdır.
25. İddiaçının 57 yaşa çatması işin mübahisəsiz halıdır.
26. Lakin iddiaçının işlədiyi peşə və istehsalat sahəsinin, «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin,vəzifələrin və göstəricilərin” 1 və ya 2 saylı Siyahılarına aid olması müəyyən edilmir.
27. Bu qərarın 19-cu bəndində qeyd olunduğu kimi “Əmək pensiyaları haqqında» Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim olunur.
28. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Baxılan iş üzrə Azərbaycan Respublikası “Azərsənayetikinti” Səhmdar Cəmiyyəti “xxxx” Törəmə Müəssisəsi və “xxxx” ASC tərəfindən verilmiş arayışlarda (i.v.4344) iddiaçının işlədiyi 6-cı dərəcəli krançı peşəsinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli Qərarı ilə və Azərbaycan Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş Siyahının 35-ci bölməsinə (ümumi peşələr üzrə) əsasən güzəştli şərtlə pensiya hüququ verdiyi göstərilmişdir. Lakin həmin arayışlarda iddiaçının işlədiyi peşənin Siyahıda əks olunmuş konkret kodu göstərilməmişdir. Buna gərə də apelyasiya instansiyası məhkəməsi haqlı olaraq həmin arayışı sübut kimi qəbul etməmişdir.
29. Bundan başqa, hər iki Siyahının ümumi peşələr bölməsində krançı peşəsi nəzərdə tutulmamışdır. Azərbaycan Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın 1.1.2-ci bəndində nəzərdə tutulan peşələr məhz dağ-mədən sahəsindəki işlərə aiddir. Lakin iddiaçının dağ-mədən işlərində krançı işləməsi müəyyən olunmamışdır.
30. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə və İPM-nin 96 və 98-ci maddələrinə əsasən QƏRARA ALDİ İddiaçının kassasiya şikayəti təmin olunmasın. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 202 0-ci il tarixli 21(103)-514/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.