Məhkəmə qərarları › İş №2-1(102)-2005/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2005/2022

29.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2005/2022 29.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X2 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1959-ci il təvəllüdlü; FİN-xxxxxxx) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirl iyi tabeliyində Dövlət Sosial Müdafiə X2 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “1974-cü ildən 2005-ci ilədək fəhlə, iş icraçısı peşəsində işlədiyi illəri nəzərə alaraq ona əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-339/2022 nömrəli, 12 may 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 1 sentyabr 1976 – 27 iyun 1977-ci il tarixlərdə Sumqayıt şəhər 91 saylı orta texniki peşə məktəbində “elektrik qaynaqçısı” ixtisası üzrə təhsil almışdır.

2. İddiaçı 25 oktyabr 1978 – 6 noyabr 1980-ci il tarixlərdə hərbi xidmətdə olmuşdur.

3. Əmək kitabçasına əsasən, 19 yanvar 1981-ci il tarixdə “Mərkəzləşdirilmiş TəmirTikinti Trestinin İxtisaslaşdırılmış Təmir Tikinti İdarəsində” 3№li quraşdırıcı sahəyə 2-ci dərəcəli elektrik qaynaqçısı işinə qəbul olunmuş, 11 noyabr 1983-cü il tarixli, 586/0k saylı əmrlə sahəyə 3-cü dərəcəli elektrik qaynaqçısı, 11 noyabr 1987-ci il tarixli 169 saylı əmrlə sahəyə 2-ci dərəcəli elektrik qaynaqçısı, 30 iyul 1990-cı il tarixli 152/k saylı əmrlə sahəyə 4-cü dərəcəli elektrik qaynaqçısı, 22 iyul 1992-ci il tarixli 73 saylı əmrlə sahəyə 5-ci dərəcəli elektrik qaynaqçısı işinə keçirilmişdir. 27 aprel 2000-ci il tarixli 16/k saylı əmrlə işdən azad olunmuşdur. 9 yanvar 2001- 8 avqust 2005-ci illərdə “Azərsənayetikinti” SC 2 saylı müəssisədə 5-ci dərəcəli elektrik qaynaqçısı işində işləmişdir. 3 dekabr 2019 -cu il tarixdən "xxxx" İş Mərkəzi MMC-də işə qəbul edilmişdir. 4. 6 fevral 2020-ci il tarixli arayışa əsasən, iddiaçı 9 yanvar 2001-ci il tarixdən 2 avqust 2005-ci il tarixədək “Azərsənayetikinti” SC-nin 2 saylı müəssisəsində əl qaynaqçısı vəzifəsində işləmişdir. AR Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş 2 N-li siyahının 23200000-19106 şifri (kodu) üzrə ona güzəştli şərtlərlə əmək pensiyası təyin olunması hüququ verilir.

5. İddiaçı 28 yanvar 2021-ci il tarixdə ərizə ilə cavabdehə müraciət edərək, əmək pensiyasının təyin olunmasını xahiş etmişdir.

6. Cavabdehin 23 fevral 2021-ci il tarixli məktubu ilə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İmtinada “Əmək pen siyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci və 1.0.8-ci maddələrinə istinad edilərək göstərilir ki, təqdim edilmiş sənədlərdən iddiaçının ümumi iş stajı 25 ildən az (24 il 3 ay 13 gün) təşkil edir. Bundan başqa, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 38400,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 18736,87 manat təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsin də icraat

7. İddiaçı cavabdehə qarşı xx.xx.2021-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

8. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşdirmə verərək, 57 yaşı tamam olduğu gündən, yəni 15 noyabr 2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul edilmişdir.

9. İddiaçı ərizəsində göstərmişdir ki, xx.xx.1976-cı ildən xx.xx.2005-ci ilədək ayrı-ayrı müəssisələrdə işləmiş, ümumi əmək stajı 29 ilə yaxın olmuşdur. 29 il ümumi iş stajı olduğundan, həmçinin güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ verən işlərdə çalışdığı üçün 57 yaşdan, xx.xx. 2016-cı ildən əmək pensiyası hüququ yaranmışdır.

10. Cavabdeh tərəfindən verilmiş iddiaya dair yazılı etirazın əsasını imtina məktubunda qeyd edilənlər təşkil edir.

11. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-540/2022 nömrəli, 21 yanvar 2022-ci il tarixli qərarı ilə (hakim C.B.Məmmədov) iddia təmin edilmiş, iddiaçıya 57 yaşı tamam olduğu 15 noyabr 2016-cı il tarixdən (lakin pensiya ödənişlərinin 21 yanvar 2018-ci ildən ödənilməsi nəzərə alınmaqla) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.

12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320№li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən isteh salatların, peşələrin, vəzifələrin və göstəricilərin” 2№li Siyahısına uyğun olmaqla xx.xx.2006-cı ilə qədər təhsil dövrü də daxil olmaqla 25 ildən çox ümumi və 20 ildən çox güzəştli iş stajı mövcuddur. Həmçinin, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1.1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.

13. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarın ləğv edilm əsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat

14. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(105)-339/2022 nömrəli, 12 may 2022-ci il tarixli qərarı ilə (hakimlər: Z.T.Məmmədov /sədrlik edən və məruzəçi/, H.Ç.Babayeva və F.Ə.Məmmədov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

16. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİ N DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

17. Cavabdehin kassasiya şikayətinin dəlilləri imtinanın və iddiaya qarşı etirazın dəlilləri ilə eynilik təşkil edir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

19. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 20. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: (xx.xx.2017-ci il tarixədək olan redaksiya) Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işl ərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığorta olunanların kişilər – 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.

21. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsin i yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən ) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. X1 Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasi ya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

27. Bununla belə, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

28. İlk öncə qeyd edilməlidir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ yarandığı dövrdə qüvvədə olan qanunvericilik normasının tələbinə görə, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatının aparılması üçün o, 57 yaşını tamamlayanda azı 25 il ümumi və azı 12 il 06 ay güzəştli iş stajını toplamalı idi.

29. Qeyd edilməlidir ki, cavabdeh iddiaçının güzəştli iş stajını müb ahisələndirmir və onun 12 il 6 aydan artıq güzəştli iş stajına malik olması işdə olan sənədlərlə də sübuta yetirilir. Cavabdeh imtinasında iddiaçının 25 ildən az (23 il 05 ay 13 gün) ümumi iş stajına malik olduğunu bildirir. Kassasiya şikayətində isə Mərkəzi Filiala təqdim etdiyi sənədlərə əsasən iddiaçının 24 il 3 ay 13 gün ümumi iş stajına malik olduğu bildirilir. Hər bir halda cavabdehin mövqeyi ondan ibarətdir ki, iddiaçının ümumi iş stajı 25 ildən azdır və onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir.

30. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün apellyasiya məhkəməsi iddiaç ının ümumi və xüsusi iş stajının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır.

31. Cavabdeh iddiaçının güzəştli iş stajını mübahisələndirməsə də, qeyd edilməlidir ki, işin araşdırılmış hallarına görə, iddiaçı 1977- 2005-ci illərdə elektrik qaynaqçısı peşəsi üzrə işləmişdir. Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstərilən siyahıların təsdiq edilməsi haqqında Azərbayvcan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş 2 nömrəli siyahıda qeyd olunan (XXXİİİ, 23200000-19906) əl ilə qaynaq aparan elektrik qaynaqçıları peşəsi iddiaçının işlədiyi peşəyə tam uyğundur. İddiaçının əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmadığını təsdiq edən sübut işdə yoxdur. İddi açının yuxarıda qeyd olunan əmək fəaliyyətinə dair məlumatlar ona məxsus əmək kitabçası ilə yanaşı işin 37-ci səhifəsində olan, iddiaçının işləmiş olduğu "xxxx" MMC-nin xx.xx.2016-cı il tarixli arayışı və apellyasiya baxışı zamanı iddiaçının təqdim etdiyi “Azərsənayetikinti” Səhmdar Cəmiyyətinin 2 nömrəli müəssisənin 12 may 2022-ci il tarixli, 09/44 nömrəli arayışı ilə də təsdiq olunur. İddiaçının “elektrik qaynaqçı”sı kimi işlədiyi müddət əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün tələb olunan 12 il 6 aylıq müddətdən artıqdır.

32. İddiaçının ümumi iş stajına gəldikdə isə əmək kitabçası üzrə işlədiyi, eyni zamanda təhsil aldığı və hərbi xidmət etdiyi dövrlər də daxil olmaqla 57 yaşını tamamladığı xx.xx.2016- ci il tarixə 25 ildən artıq ümumi st ajı vardır.

33. Cavabdeh iddiaçının xx.xx.2001-xx.xx.2005-ci illərdə işlədiyi “Azərsənayetikinti” SC-nin 2 saylı müəssisəsindəki sığorta stajının şübhəli olmasını bildirir. Həmin dəlillər qeyd edilən müəssisənin direktorunun birinci instansiya və apellyasiya məhkəmələrində şahid kimi verdiyi ifadələrlə yanaşı, təqdim edilmiş həmin müəssisənin nizamnaməsi, dövlət qeydiyyatına və uçot vahidlərinin dövlət reyestrinə alınma barədə şəhadətnamələr, habelə işin 38-39-cu səhifələrində olan DSMF-nin Abşeron-Xızı regional filialının həmin müəssisənin hesablanmış, ödənilmiş və silinmiş sosial sığorta haqları barədə xx.xx.2021ci il tarixli məktubu ilə təkzib olunur. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 19761977-ci illərdə Sumqayıt şəhər 91 saylı orta texniki peşə məktəbində oxuduğu dövrləri n də iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməsinə dair aşağı instansiya məhkəmələrinin mövqeyi düzgün olmuşdur.

34. İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyi barədə dəlilə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, 57 yaşı tamam olduğu xx.xx.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu qazanmışdır. Qeyd edilənlərə əsasən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının tətbiq edilməsi 1 iyul 2017-ci il tarixdən qüvvəyə mindiyindən, bu tələb iddiaçıya şamil edilə bilməz. Qanundakı sonrakı dəyişiklik iddiaçının artıq bunadək qazanmış olduğu bu hüququ aradan qaldırmır.

35. Beləliklə də, iddiaçı ya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün zəruri olan şərtlərin (57 yaş, azı 25 il ümumi iş stajı və 12 il 6 ay xüsusi iş stajının tamamlanması) ödənilməsi işin məhkəmələr tərəfindən müəyyən edilən hallarına əsasən sübuta yetirilmişdir.

36. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya məhkəməsi prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla sübutları düzgün qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir. Ona görə də məhkəmə kollegiyası apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi i lə də razılaşır.

37. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(105)-339/2022 nömrəli, 12 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar