Məhkəmə qərarları › İş №2-1(102)-2005/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2005/2023

28.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2005/2023 28.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (müharibə veteranı adının və vəsiqəsinin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-281/2023 nömrəli, 4 may 2023-cü il tarixli qərarından iddiaçı tərəf indən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, 4/2-2055 nömrəli məktubunda qeyd olunur ki, N №-li hərbi hissə komandirinin N-1994-cü il tarixli nizami hissə üzrə əmrlərində iddiaçının xidməti barədə məlumat aşkar olunmamışdır. Zərdab rayon Hərbi Komissarlığının sənədləri Müdafiə nazirinin Katibliyinin Mərkəzi Arxivinə daxil olmadığından barəsində əlavə araşdırma aparılması mümkün olmamışdır.

2. SHXÇDX-nin Zərdab rayon şöbəsinin xx.xx.2022-ci il tarixli, 555 nömrəli məktubuna əlavə olunmuş iddiaçının Xidmət dəftərçəsinin təsdiq olunmuş surətindən görünür ki, orada onun N-1994-cü ildə hərbi xidməti, döyüş əməliyyatlarında iştirak ı barədə məlumatlar yoxdur.

3. Mərkəzi Arxivin xx.xx.2022-ci il tarixli, 4/2- 7073 nömrəli məktubunda qeyd olunur ki, N nömrəli hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında və hərbi hissə komandirinin yanvar N-cü il tarixdən dekabr 1994- cü il tarixədək nizami hissə üzrə əmrlərində İddiaçı xidməti, ezamiyyətdə olması barədə məlumat aşkar olunmamışdır.

4. İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı cavabdehə müraciət etmişdir.

5. Cavabdeh xx.xx.2022-ci il tarixli, 4/3-6526 nömrəli məktubunda Mərkəzi Arxivin xx.xx.2022-ci il tarixli 4/2-2055 nömrəli arayışına əsasən döyüş əməliyyatları aparılan dövrdə döyüş bölgəsinə ezam olunması və ya xidmət etməsi barədə məlumat olmadığına görə iddiaçıya “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtin a olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı N-1994-cü illərdə Zərdab rayon Hərbi Komissarlığında işlədiyi dövrdə N saylı hərbi hissədə ezamiyyətdə olmuşdur. Eyni zamanda həmin dövrdə aktiv döyüş əməliyyatlarında iştirak etmişdir. Bununla bağlı N saylı hərbi hissənin N saylı, xx.xx.1999-cu il tarixli arayışına əsasən Zərdab rayon Hərbi Komissarı kapitan M.İ.Rəhimov tərəfindən iddiaçıya xx.xx.1999-cu il tarixli 4/563 saylı arayış verilmişdir. Bundan başqa Azərbaycan Respublikasının s uverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirakını bir çox döyüş yoldaşları da şahid kimi təsdiqləyə bilərlər.

8. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı verilmiş etirazda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 №-li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən “1988- ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may 1994-cü il tarixindən sonra döyüş zonası nda hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara — müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma. kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən baş qa sənədlər əsasında “Müharibə veteranı” adı verilir.

9. Göründüyü kimi inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətinin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil, imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir. Hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehtiyata buraxılmasıdır.

10. İddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi və döyüş əməliyyatları dövründə İddiaçı N-cü ilin yanvar ayından 1994-cü ilin 12 may tarixinədək olan müddətlərdə N nö mrəli hərbi hissədə ezamiyyətdə olub-olmaması və həmin müddətlərdə hərbi hissənin tərkibində döyüşlərdə iştirak etməsi ilə bağlı digər halların arxiv sənədlərində yoxlanılmasına dair verilmiş sorğuya cavab olaraq, İddiaçı N nömrəli hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında və hərbi hissə komandirinin yanvar N-cü il tarixdən dekabr 1994-cü il tarixədək nizami hissə üzrə əmrlərində xidməti, ezamiyyətdə olması barədə məlumatların aşkar edilmədiyinə dair Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivi tərəfindən xx.xx.2022-ci il tarixli 4/2-7073 nömrəli arxiv arayışı təqdim edilmişdir. Göründüyü kimi iddiaçının iddia ərizəsində və hərbi biletində olan məlumatlar arxiv sənədlərində öz təsdiqini tapmamışdır.

11. Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adl arının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”sı arxiv məlumatlarını və digər halları əsas götürərək iddiaçının döyüş əməliyyatlarının aparıldığı dövrdə tam olaraq hərbi xidməti və qanuni əsaslarla ehtiyata buraxılması əmrlərlə təsdiqlənmədiyinə görə İddiaçı müraciətinə müsbət qərar qəbul edilməmişdir.

12. Hazırkı inzibati iş üzrə təqdim edilmiş sənədlərdən sübut olur ki, iddiaçının ona müharibə veteranı adının və vəsiqəsinin ilə bağlı arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur. Bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir (İPM-14.3), cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır (İPM-73.1), imtina mövcud prakt ikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (İPM-13.2 və 17).

13. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-341/2023 nömrəli, 25 yanvar 2023-cü il tarixli qərarı ilə (hakim F.İsmayılzadə) iddia rədd edilmişdir.

14. Məhkəmə qeyd etmişdir ki, iddiaçı “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, qanuni əsaslarla təxris olunmasını təsdiq edən sənədlərə malik deyildir. İddiaçı tələbin faktiki əsası kimi formal olaraq iş materiallarına istinad etmiş, lakin iş materialları və arxiv arayışları ilə onun hərbi əməliyyatlarda iştirak etməsi və əməliyyatların aparıldığı hərbi hissənin nəzdində ezamiyyətdə olması barədə məlumatlar öz təsdiqini tapmamışdır

15. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

16. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-281/2023 nömrəli, 4 may 2023-cü il tarixli qərarı ilə (hakimlər: V.İ.Məlikov /sədrlik edən və iyul məruzəçi/, R.R.Rəfiyev və G.İ.Cavadova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi il ə razılaşmışdır.

18. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

19. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Zərdab Rayon Polis Şöbəsində mühafizəçi işlədiyi vaxt, daha dəqiqi 1992-ci ildə Qarabağa yardım aparmış, o vaxt könüllü əməliyyatlarında iştirak etmişdir. 1992-ci ildə könüllü olaraq 1 həftəlik cəbhədə qalmış, Azərbaycanın Milli Qəhrəman Allahverdi Bağırovla şəxsən görüşmüş, Ağdam rayonu ərazisində gedən döyüşlərdə iştirak etmişdir. Döyüşlər zamanı burnu ağır formada zədə almışdır. Orda olarkən yeməkdən zəhərlənmişdi, üz-gözü yara tökdü. O vaxt onlarla Coratlı Məryəm həkim də vardı (fotoşəkli əlavə olunur, ona Xalidə deyə də müraciət edənlər vardı). Ümumiyyətlə, iddiaçının olduğu hərbi hissədə o vaxt N qadın vardı.

20. Sonradan polisdə ixtisarlar oldu və o da Zərdab Rayon Hərbi Komissarlığına hərbi qulluqçu vəzifəsinə keçdi. Orda da Qarabağa yardın aparmaq vəzifəsindən imtina eləmədi. Yardımlar aparan zaman elə olurdu həftələrlə qalırdı. N-1994-cü illərdə N saylı hərbi hissənin tərkibində Tərtərin Seysulan kəndi ətrafında gedən döyüşlərdə iştirak etmişdir (N saylı hərbi hissənin döyüşlərdə iştirak etməsi barədə arxiv arayışını kassasiya şikayətinə əlavə edir). Bu barədə arayış da var. Həmin döyüşlərdə 10 gün iştirak etmişdir. Sonradan atəşkəs olsa da gedib-gəlmiş, yardım aparmışdır. O, bütün həyatını bu işə qurban vermişdir. 3 yetim saxlayır və bir əl il qardaşına qulluq edir.

21. Bu günün tanınmış insanları var ki, o vaxt onunla cəbhə yoldaşları olublar: xidmət etdiyi hərbi hissənin komandiri general-leytenant X1 (komandiri olub, hazırda nazir müavinidir), Milli Qəhrəman Şükür Həmidov, general İkram Əliyev, şəxsi heyətin bölmə rəisi Xəzanov Elçin, Milli Qəhrəman Mübariz İbrahimov, kəşfiyyatçı general-leytenant Hilal Nəcəfov və başqaları. Bütün təlimlərdə nümunəvi iştirak etmişdir. Eyni zamanda keçirilən idman və rəqs müsabiqələrində də fəal iştirakı olub, birinciliklər əldə etmişdir.

22. Şəki Apellyasiya Məhkəməsinin baxış iclası zamanı müalicə olunurdu. Məhkəmənin vaxtından xəbəri olmayıb ki, xəstəlik kağızını ora göndərsin (xəstəlik kağızını da kassasiya şikayətinə əlavə edib). Sonrakı proseslərdə də məhkəmə ondan tələb etmədi, işə b iganə yanaşdı. Halbuki iddiaçının taleyi həll olunurdu.

23. Daha sonra aprel döyüşlərində cəbhədə olmuşdur. Hərbi hissədə həm yemək bişirmiş, həm də birbaşa döyüşlərdə iştirak etmiş, ordu korpusunda həm piyada döyüş, həm də hava hücumundan müdafiədə fəal iştirakı olub. Lazım gəlsə bütün döyüş yoluna bütün Zərdab camaatını özünə şahid aparar, onun əməyinə, zəhmətinə bütün Zərdab camaatı şahiddir.

24. Fakt budur ki, o döyüşmüşdür. Arxiv siyahılarında adının olmaması ona veteran statusunun verilməməsinə əsas ola bilməz. Bu fakt onun müharibədə, qanlı-qadalı döyüşlərdə iştirakına kölgə sala bilməz. Bu, birmənalı həqiqətdir ki, o, döyüşlərdə iştirak etmiş və veteranı adına ləyaqətlə layiqdir. Sənədlərdəki qanunauyğunsuzluq onun günahı ucbatından olmamışdır. Məhz məhkəmələr elə bunun üçün vardır. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 26. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə

3. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən təsdiq edilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövl üyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Maddə

7. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Veteran statusunu təsdiq edən sənədin bu Qanuna uyğun verilmədiyi aşkar edilərsə, həmin sənədi vermiş müvafiq icra hakimiyyəti orqanı onun geri alınmasını təmin edir.

27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə (28 sentyabr 2018-ci il tarixə olan dəyişikliyə əsasən): Bənd 1. “1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara-müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir.

28. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli Fərmanı «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanunun tətbiqi barədə: Maddə 3. ikinci hissəsi və 7-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikası Nazirlər Kabineti, 7-ci maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyy ətlərini öz səlahiyyətləri daxilində (müharibə veteranı, Silahlı Qüvvələr veteranı adlarının verilməsi ilə əlaqədar) Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti həyata keçirirlər. Həmin bəndin 11-ci yarımbəndinə görə «Müharibə veteranı» adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Ədliyyə Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir.

29. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissə sində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

30. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümk ün hesab edilmişdir.

31. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

33. X3 Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi mə sələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

34. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

35. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından idd iaçıya “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

36. Kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası bir daha vurğulayır ki, hazırkı qərarın 26-28-ci bəndlərində göstərilən normaların məzmununa əsasən, iddiaçıya müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə malik deyildir. İddiaçı tələbin faktiki əsası kimi formal olaraq iş materiallarına istinad etmiş, lakin iş materialları və arxiv arayışları ilə onun hərbi əməliyyatlarda iştirak etməsi və əməliyyatların aparıldığı hərbi hissənin nəzdində ezamiyyətdə olması barədə məlumatlar öz təsdiqini tapmamışdır.

37. Beləliklə, hazırkı mübahisəyə münasibətdə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün yuxarıda istinad olunan normalarla müəyyən edilmiş dispozisiya şərtləri iddiaçı tərəfindən ödənilməmişdir. Bu baxımdan iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsindən cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğun sayılmalıdır.

38. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin mübahisəyə dair iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

39. Yuxarıda şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-281/2023 nömrəli, 4 may 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar