Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2006/2020 27.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (pensiyanın dayandırılması, qaçqın statusu) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Dadaşov İlqar Ağababaş oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, iddiaçının vəkili Vəkil, cavabdehin vəkili X3 və üçüncü şəxsin vəkili X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı (Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi üçüncü şəxs olmaqla) pensiyanın verilməsinin bərpa edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-592/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1967-ci il təvəllüdlüdür.
2. İddiaçı 1993-cü ilin iyun ayından daxili işlər orqanında polis vəzifəsinə daxil olmuş, xx xxx 2016-cı il tarixdə öz arzusu ilə ehtiyata buraxılmışdır.
3. İddiaçı xx xxxx 2016-cı il tarixdə yaşa görə əmək pensiyasının təyin e dilməsi barədə ərizə ilə cavabdehə müraciət etmişdir. Cavabdehin 16/3314 saylı, xx xxxx 2016-cı il tarixli qərarı ilə iddiaçıya xx xxx 2016-cı ildən etibarən aylıq 801,04 manat olmaqla, ömürlük pensiya təyin edilmiş, xx xxxxxxx 2017-ci il tarixədək pensiya ödənilmişdir.
4. Daxili İşlər Nazirliyi Maliyyə Plan İdarəsi tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət edilmiş və pensiyanın ödənişinin dayandırılması tələb olunmuşdur. Dayandırmanın səbəbi kimi iddiaçının Almaniya Federativ Respublikasında siyasi sığınacaq alması göstərilmişdir. Bu səbəbdən də, pensiyanın ödənişi x xxxxxx 2017-ci il tarixdən dayandırılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Maliyyə-Plan İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 3-cü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi işə cəlb edilməklə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Maliyyə-Plan İdarəsinin üzərinə müəyyən hərəkətləri etməkdən çəkinməyə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə iddiaçıya pensiya verilməsini bərpa etmək və xx xxxxxxx 2017-ci il tarixdən verilmiş pensiyanın verilməsi öhdəliyinin qoyulmasını xahiş etmişdir.
6. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Maliyyə-Plan İdarəsinin cavabdeh sırasından çıxarılaraq 3-cü şəxs qismində cəlb edilməsi, iş üzrə cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tanınmasını, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən iddiaçıya pensiya verilməsinin bərpa edilməsi və xx xxxxxxx 2017-ci il tarixdən ona pensiyasının verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırdmışdır ki, iddiaçı 1993-cü ilin iyun ayından daxili işlər orqanlarına polis vəzifəsinə daxil olmuş, DİN-nin xx.xx.2016-cı il tar ixli, 1243 ş/h nömrəli əmri ilə “öz arzusuna görə” xx.xx.2016-cı il tarixdə daxili işlər orqanlarından xaric edilmişdir. Daxili İşlər Nazirliyinin xx.xx.2016-cı il tarixli 027-3826-1216 saylı məlumat vərəqinə əsasən ona xx.xx.2016-cı il tarixdən yaşa görə əmək pensiyası təyin edilmiş, Daxili İşlər Nazirliyi Maliyyə-Plan İdarəsi ərizəçinin ölkəni tərk edərək Almaniyada siyasi mühacir qismində məskunlaşması ilə əlaqədar ona pensiya ödənişinin dayandırılması barədə cavabdehə məktub göndərmiş və cavabdeh Daxili İşlər Nazirliyi Maliyyə-Plan İdarəsinin məktubuna əsasən iddiaçının pensiyasını xx xxxxxxx 2017-ci il tarixdən dayandırmışdır.
8. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı Daxili İşlər Nazirliyində ümumilikdə, 26 il 9 ay qulluq etmiş və x xxx 2 016-cı il tarixdə öz arzusu ilə ehtiyata buraxılmışdır. İddiaçı x xxxx 2016-cı il tarixdə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə ərizə ilə İdarəyə müraciət etmişdir. İdarənin 16/3314 saylı, xx xxxx 2016-cı il tarixli qərarı ilə iddiaçıya x xxx 2016-cı ildən etibarən aylıq 801,04 manat olmaqla, ömürlük pensiya təyin edilmişdir. İdarə tərəfindən iddiaçıya xx xxxxxxx 2017-ci il tarixədək pensiya ödənilmişdir. İddiaçının qulluq etdiyi Daxili İşlər Nazirliyi Maliyyə Plan İdarəsi tərəfindən İdarəyə müraciət edilmiş və pensiyanın ödənişinin dayandırılması tələb olunmuşdur. Dayandırmanın səbəbi kimi iddiaçının Almaniya dövlətindən siyasi sığınacaq alması göstərilmişdir. Bu səbəbdən də, pensiyanın ödənişi x xxxxxx 2017-ci il tarixdən dayandırılmışdır. Milli Məclisin x xxxxxx 1992-ci il t arixdə ratifikasiya etdiyi “Qaçqınların statusu haqqında” Cenevrə Konvensiyasına görə, qaçqın irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən... şəxsdir. Göründüyü kimi, qaçqın statusu irqi, dini, vətəndaşlıq əlamətlərinə, müəyyən bir sosial qrupa mənsubluğu və ya siyasi əqidəsinə görə təqib olunanlara şamil edilir. İddiaçının Almaniyada siyasi sığınacaq və “qaçqın” statusu almasının əsasında duran səbəblər onlara bəlli deyildir, işə də bu barədə hər hansı sübut əlavə olunmamışdır. Ancaq iddiaçının siyasi sığınacaq aldığı faktdı r; deməli, Cenevrə Konvensiyası çərçivəsində iddiaçı Azərbaycan dövləti tərəfindən “təqib edildiyini” bəhanə gətirərək Almaniya dövlətindən qaçqın statusu almışdır. Eyni zamanda, diqqətə almaq lazımdır ki, “qaçqın” statusu almaq üçün iddiaçı ya Azərbaycan dövlətinin himayəsindən istifadə edə bilmədiyini, ya da istifadə etmək istəmədiyini irəli sürməli olmuşdur. Çünki, Konvensiyanın “qaçqın”a verdiyi anlayış məhz bu çərçivədədir. Ancaq yuxarıda qeyd edildiyi kimi, iddiaçı x xxx 2016-cı ildən etibarən aylıq 801,04 manat olmaqla, ömürlük pensiya təyin edilmişdir. Yəni, Azərbaycan dövləti iddiaçını himayəsiz buraxmamışdır. Deməli, iddiaçı özü Azərbaycan dövlətinin himayəsindən imtina etmiş, Almaniya dövlətindən onlara bəlli olmayan “bəhanələrlə” qaçqın statusu almışdır. Əks halda, Almaniya döv ləti iddiaçıya belə bir status verməzdi. Təsadüfi deyildir ki, Konvensiya bununla bağlı önəmli bir normanı ehtiva edir. Həmin normaya görə, şəxs vətəndaşı olduğu dövlətin himayəsindən könüllü surətdə yenidən istifadə etdikdə, qaçqın statusunu itirir (m.1). Beləliklə, iddiaçı Azərbaycan dövlətinin himayəsindən, o cümlədən əmək pensiyası almaq hüququndan özü könüllü şəkildə imtina etmiş, onlara bəlli olmayan “səbəblər” irəli sürməklə Almaniya dövlətinin “himayəsinə” sığınmışdır. Nəticədə ona təyin edilmiş pensiyanın dayandırılması qanuni və əsaslı olmuşdur. 9. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1943/2019 saylı, xx xxxx 2019cu il tarixli qərarı ilə (hakim: A.A.Abdullayeva) iddia tələbi rədd edilmişdir.
10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh tərəfindən id diaçıya təyin olunmuş pensiya əsaslı olaraq dayandırıldılmışdır.
11. Məhkəmənin həmin qərarından iddiaçı apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki birinci icraat
12. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)2448/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə (sədrlik edən: V.M.Məmmədov, hakimlər: S.S.Seyidova və İ.B.Əhmədov) apelyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1943/2019 saylı, xx xxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apelyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, ilkin sübutetmə yükü qanunvericilikl ə üzərinə düşən tərəf kimi iddiaçının pensiyasının verilməsinin bərpa olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunur.
14. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini, iddianın tam təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. c) kassasiya instansiyası məhkəməsindəki birinci icraat
15. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(102)-3677/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (sədrlik edən: Z.M.Quliyev, hakimlər: N.İ.Rəsulb əyova və İ.K.Hüseynov) iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(103)-2448/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
16. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, işin halları hərtərəfli araşdırılmamışdır. ç) apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat
17. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-592/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qərarı ilə (sədrlik edən: M.N.Tağızadə, hakimlər: Ü.A.Mayılov və X.A.Cəmilova) apelyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2-1(81)-1943/2019 saylı, xx xxxx 2019-cu il tarixli qərarı dəyişdirilmə dən saxlanılmışdır.
18. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəlmiş olduğu hüquqi nəticə ilə razılaşmışdır.
19. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini, iddianın tam təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
20. Şikayət müəllifi qeyd edir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, məhkəmə kollegiyası qərar qəbul edərkən maddi hüquq normalarını düzgün təfsir etməmiş və Konstitusiya normasını iş üzrə tətbiq etməli olduğu halda bunu etməmiş, eyni zamanda Ali Məhkəmənin xx.xx.2020-ci il tarixli qərarında g östərilən mövqeyini nəzərə almamaqla İnzibati Prosessual Məcəllənin 12.1-ci, 58.7-ci və 68.2-ci maddələrinin tələblərini kobud şəkildə pozub, təkrar apellyasiya icraatı keçirməsinə baxmayaraq heç bir araşdırma aparmamış, bununla da birinci instansiya məhkəməsinin qərarında əks olunanları öz qərarına köçürməklə xidməti vəzifəsini bitmiş hesab etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Cavabdeh kassasiya şikayətinə etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları:
22. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi.
23. Cavabdehin və üçüncü şəxsin vəkilləri kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və apelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməd ən saxlanılmasını xahiş etdilər. TƏTBİQ EDİLƏN HÜQUQ 24. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə. 1 Qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir.
25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
27. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı ta m olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
29. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin mövqeyini əsaslı hesab edərək qeyd edir ki, cavabdeh orqanın imtinası əsaslı olmuşdur. Belə ki, cavabdehin xx xxxx 2016-cı il tarixli qərarı ilə iddiaçıya xx xxx 2016-cı ildən etibarən aylıq 801,04 manat olmaqla, ömürlük pensiya təyin edilmiş və xx xxxxxxx 2017-ci il tarixədək ödənilmişdir. Daxili İşlər Nazirli yi Maliyyə Plan İdarəsi tərəfindən İdarəyə müraciət edilmiş və pensiyanın ödənişinin dayandırılması tələb olunmuşdur. Dayandırmanın səbəbi kimi iddiaçının Almaniya Federativ Respublikasında siyasi sığınacaq alması göstərilmişdir. Bu səbəbdən də, pensiyanın ödənişi xx xxxxxx 2017-ci il tarixdən dayandırılmışdır.
30. Cavabdeh və üçüncü şəxs iddiaçının Almaniyada siyasi sığınacaq aldığını, iddiaçının nümayəndəsi isə bu halın sübut olunmadığını bildirmiş, lakin iddiaçının 4 ilə yaxın bir müddət ərzində xarici ölkədə hansı əsaslarla yaşamasını izah edə bilməmişdir.
31. Əksinə, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Prokurorluğunun xx.xx.2018-ci il tarixli, 03/1-162006084/40 saylı məktubundan görünür ki, vəkil Nemət Kərimlinin sorğusuna cavab olaraq bildirilmişdir ki, xx.xx.19 67-ci ildə Xaçmaz rayonunun Sayad kəndində anadan olmuş, xx xxxxxx 2016-cı il tarixdə Azərbaycan Respublikasını tərk edərək Almaniya Federativ Respublikasında məskunlaşmış İddiaçı barəsində Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində saxta sənədlərdən istifadə etməklə xarici ölkələrdə yaşamaq icazəsi alınması faktları üzrə Azərbaycan Respublikası CM-nin 318-1.2.3, 320.1, 320.2 və digər maddələri ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi çərçivəsində cinayət təqibi həyata keçirilir.
32. Göründüyü kimi, iddiaçının Azərbaycan Respublikasının ərazisini xx xxxxxx 2016-cı il tarixdən tərk etməsi və Almaniya Federativ Respublikasında məskunlaşması (onun siyasi sığınacaq və yaxud “qaçqın” statusu almasının əsasında duran səbəblər məlum olmasa da) işin mübahisəsiz halıdır.
33. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının 1992-ci ildə qoşulduğu BMTnin “Qaçqınların statusuna dair” Konvensiyasının müddəalarına istinad edərək qeyd edir ki, qaçqın statusu irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqib olunanlara şamil edilir.
34. Azərbaycan Respublikasının 1992-ci ildə qoşulduğu BMT-nin “Qaçqınların statusuna dair” Konvensiyasında da “ Qaçqın anlayışının tərifi” adlı 1-ci maddəsində qaçqına oxşar tərif verilmişdir.
35. İddiaçının Almaniyada siyasi sığınacaq alması faktdır. Belə olan halda, Konvensiya çərçivəsində iddiaçı Azərbaycan dövləti tərəfindən “təqib edildiyini göstərərək Almaniya dövlətindən qaçqın statusu almış, eyni zamanda, bu statusu almaq üçün ya Azərbaycan dövl ətinin himayəsindən istifadə edə bilmədiyini, ya da istifadə etmək istəmədiyini irəli sürməli olmuşdur. Lakin iddiaçıya xx.xx.2016-cı il tarixdən aylıq 801,04 manat məbləğdə pensiya təyin etməklə Azərbaycan dövləti iddiaçını himayəsiz buraxmamışdır. Deməli, iddiaçı özü Azərbaycan dövlətinin himayəsindən imtina etmişdir. Əks halda, Almaniyada ona belə bir status verilməzdi.
36. Belə olan halda, iddiaçının Konvensiyanın üzvü olan hər iki dövlətin sosial təminatimkanından eyni zamanda istifadə etməsi yolverilməzdir. Heç təsadüfi deyil ki, Konvensiya da elə həmin 1-ci maddəsində vətəndaşı olduğu ölkənin himayəsindən yenidən könüllü istifadə etdikdə şəxsə bu Konvensiyanın müddəalarının daha şamil edilməyəcəyini bildirir.
37. Bununla da, iddiaçı Azərbaycan dövlətinin himayəsindən, o cümlədən əmə k pensiyası almaq hüququndan könüllü imtina etməklə, başqa dövlətin himayəsinə sığınmış, həmin dövlətin sosial təminat imkanından istifadə etdiyindən ona təyin edilmiş pensiyanın dayandırılması qanuni və əsaslı olmuşdur.
38. Beləliklə, mübahisənin müəyyən olunmuş hallarına hüquq normaları apelyasiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmişdir. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apelyasiya məhkəməsinin qərarı isə qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır.
39. Yuxarıda göstərilənlərə və İPM-in 96 və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-592/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir